Məhkəmə qərarları › İş №1(001)-564/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-564/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-564/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1ə Bayram qızı, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə,

1. xx.xx.1985-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.2002-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

3. xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsinin şüşəsini yerindən çıxarıb həmin pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, daxildən mənzilin giriş qapısını açaraq, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 birlikdə mənzilə qanunsuz daxil olub, mənzildən 50 manat dəyərində 01 ədəd «Tefal» markalı ütünü, 70 manat dəyərində 01 ədəd yataq dəstini, 20 manat dəyərində 01 ədəd qırmızı rəngli tərəzi, 60 manat dəyərində 01 ədəd mətbəx «mikser»-ini, 50 manat dəyərində 01 ədəd qızılı rəngli toy çantasını, 60 manat dəyərində 01 ədəd boz rəngli məktəbli çantasını, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 02 ədəd uşaq çantalarını, 40 manat dəyərində 01 ədəd tünd göy rəngli əl çantasını, içərisində 10 manat olan 5 manat dəyərində 01 ədəd pul qabını, 65 manat dəyərində 01 ədəd tünd qırmızı rəngli ziyafət ayaqqabısını, 70 manat dəyərində 01 ədəd qırmızı rəngli ziyafət donunu, 40 manat dəyərində 01 ədəd hamilə paltarını, 20 manat dəyərində 01 ədəd «Mag» markalı fırçanı, hər birinin dəyəri 70 manat olmaqla, 210 manat dəyərində 03 ədəd qadın ətirlərini, hər birinin dəyəri 15 manat olmaqla, 45 manat dəyərində 03 ədəd «Avon» markalı şampunları, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 02 ədəd «Avon» markalı uşaq şampunlarmı, hər birinin dəyəri 20 manat olmaqla, 40 manat dəyərində 02 ədəd uşaq ətirlərini, 25 manat dəyərində 01 ədəd «Mag» markalı kosmetik teni, hər birinin dəyəri 10 manat olmaqla, 30 manat dəyərində 03 ədəd müalicəvi diş pastalarım, 10 manat dəyərində 01 ədəd dırnaq dəsti, 10 manat dəyərində 01 ədəd kofe bişirən aparat, hər birinin dəyəri 5 manat olmaqla, 10 manat dəyərində 02 cüt sadə bijuteriya sırğaları, 5 manat dəyərində 01 ədəd bijuteriya qolbağı, 5 manat dəyərində 01 ədəd bijuteriya boyunbağını, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd ipək materialdan hazırlanmış gecə paltarlarım (pijama), hər birinin dəyəri 25 manat olmaqla, 50 manat dəyərində 02 ədəd süfrələri, hər birinin dəyəri 45 olmaqla, 90 manat dəyərində 02 ədəd «Aldo» markalı eynəkləri, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd nikel materialdan hazırlanmış qazanları, 25 manat dəyərində 01 ədəd ləb-ləbi qabını, 20 manat dəyərində 01 ədəd dəmir materialdan hazırlanmış içki qabını, hər birinin dəyəri 40 manat olmaqla, 80 manat dəyərində 02 ədəd kosmetika qablarını, 5 manat dəyərində 01 ədəd kosmetik güzgünü, 5 manat dəyərində 01 ədəd kiçik ölçülü pul qabını, 10 manat dəyərində üzərində «X14» yazıları olan, 68x138 sm ölçülü, çəhrayı rəngli, 01 ədəd təzə hamam dəsmalını, 3 manat dəyərində alt hissəində «RT» yazıları olan, 36 ölçülü, mavi rəngli, istifadə edilməmiş 01 ədəd ev üçün tərliyi, 5 manat dəyərində üzərində «LCW Teen» yazıları olan, 13-14 yaş ölçülü istifadədə olmuş 01 ədəd ətəyi, 10 manat dəyərində üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadədə olmuş qəhvəyi rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «Espenica» yazıları olan L ölçülü, istifadədə olmuş çəhrayı rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «X11» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd uzunqol köynəyi, 8 manat dəyərində üzərində «GAP Kids» yazıları olan, XXL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd qısaqol köynəyi və 3000 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs qızma məxsus ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsinin şüşəsini yerindən çıxarıb həmin pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, daxildən mənzilin giriş qapısını açaraq, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə mənzilə qanunsuz daxil olub, mənzildən 50 manat dəyərində 1 ədəd «Tefal» markalı ütünü, 70 manat dəyərində 01 ədəd yataq dəstini, 20 manat dəyərində 01 ədəd qırmızı rəngli tərəzi, 60 manat dəyərində 01 ədəd mətbəx «mikser»- ini, 50 manat dəyərində 01 ədəd qızılı rəngli toy çantasını, 60 manat dəyərində 01 ədəd boz rəngli məktəbli çantasını, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 1 ədəd uşaq çantalarını, 40 manat dəyərində 01 ədəd tünd göy rəngli əl çantasını, içərisində 10 manat olan 5 manat dəyərində 01 ədəd pul qabını, 65 manat dəyərində 01 ədəd tünd qırmızı rəngli ziyafət ayaqqabısını, 70 manat dəyərində 01 ədəd qırmızı rəngli ziyafət donunu, 40 manat dəyərində 01 ədəd hamilə paltarını, 20 manat dəyərində 01 ədəd «Mag» markalı fırçanı, hər birinin dəyəri 70 manat olmaqla, 210 manat dəyərində 1 ədəd qadın ətirlərini, hər birinin dəyəri 15 manat olmaqla, 45 manat dəyərində 03 ədəd «Avon» markalı şampunları, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 02 ədəd «Avon» markalı uşaq şampunlarım, hər birinin dəyəri 20 manat olmaqla, 40 manat dəyərində 02 ədəd uşaq ətirlərini, 25 manat dəyərində 01 ədəd «Mag» markalı kosmetik teni, hər birinin dəyəri 10 manat olmaqla, 30 manat dəyərində 03 ədəd müalicəvi diş pastalarmı, 10 manat dəyərində 01 ədəd dırnaq dəsti, 10 manat dəyərində 01 ədəd kofe bişirən aparat, hər birinin dəyəri 5 manat olmaqla, 10 manat dəyərində 02 cüt sadə bijuteriya sırğaları, 5 manat dəyərində 01 ədəd bijuteriya qolbağı, 5 manat dəyərində 01 ədəd bijuteriya boyunbağını, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd ipək materialdan hazırlanmış gecə paltarlarını (pijama), hər birinin dəyəri 25 manat olmaqla, 50 manat dəyərində 02 ədəd süfrələri, hər birinin dəyəri 45 olmaqla, 90 manat dəyərində 02 ədəd «Aldo» markalı eynəkləri, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd nikel materialdan hazırlanmış qazanları, 25 manat dəyərində 01 ədəd ləb-ləbi qabını, 20 manat dəyərində 01 ədəd dəmir materialdan hazırlanmış içki qabını, hər birinin dəyəri 40 manat olmaqla, 80 manat dəyərində 02 ədəd kosmetika qablarını, 5 manat dəyərində 01 ədəd kosmetik güzgünü, 5 manat dəyərində 01 ədəd kiçik ölçülü pul qabını, 10 manat dəyərində üzərində «X14» yazıları olan, 68x138 sm ölçülü, çəhrayı rəngli, 01 ədəd təzə hamam dəsmalını, 3 manat dəyərində alt hissəində «RT» yazıları olan, 36 ölçülü, mavi rəngli, istifadə edilməmiş 01 ədəd ev üçün tərliyi, 5 manat dəyərində üzərində «LCW Teen» yazıları olan, 13-14 yaş ölçülü istifadədə olmuş 01 ədəd ətəyi, 10 manat dəyərində üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadədə olmuş qəhvəyi rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «Espenica» yazıları olan L ölçülü, istifadədə olmuş çəhrayı rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «X11» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd uzunqol köynəyi, 8 manat dəyərində üzərində «GAP Kids» yazıları olan, XXL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd qısaqol köynəyi və 3000 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs qızma məxsus ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsinin şüşəsini yerindən çıxarıb həmin pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, daxildən mənzilin giriş qapısını açaraq, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə mənzilə qanunsuz daxil olub, mənzildən 50 manat dəyərində 01 ədəd «Tefal» markalı ütünü, 70 manat dəyərində 01 ədəd yataq dəstini, 20 manat dəyərində 01 ədəd qırmızı rəngli tərəzi, 60 manat dəyərində 01 ədəd mətbəx «mikser»- ini, 50 manat dəyərində 01 ədəd qızılı rəngli toy çantasını, 60 manat dəyərində 01 ədəd boz rəngli məktəbli çantasını, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 2 ədəd uşaq çantalarını, 40 manat dəyərində 01 ədəd tünd göy rəngli əl çantasını, içərisində 10 manat olan 5 manat dəyərində 01 ədəd pul qabını, 65 manat dəyərində 01 ədəd tünd qırmızı rəngli ziyafət ayaqqabısını, 70 manat dəyərində 01 ədəd qırmızı rəngli ziyafət donunu, 40 manat dəyərində 01 ədəd hamilə paltarını, 20 manat dəyərində 01 ədəd «Mag» markalı fırçanı, hər birinin dəyəri 70 manat olmaqla, 210 manat dəyərində2 ədəd qadın ətirlərini, hər birinin dəyəri 15 manat olmaqla, 45 manat dəyərində 03 ədəd «Avon» markalı şampunları, hər birinin dəyəri 15 manat olmaqla, 30 manat dəyərində 02 ədəd «Avon» markalı uşaq şampunlarım, hər birinin dəyəri 20 manat olmaqla, 40 manat dəyərində 02 ədəd uşaq ətirlərini, 25 manat dəyərində 01 ədəd «Mag» markalı kosmetik teni, hər birinin dəyəri 10 manat olmaqla, 30 manat dəyərində 03 ədəd müalicəvi diş pastalarmı, 10 manat dəyərində 01 ədəd dırnaq dəsti, 10 manat dəyərində 01 ədəd kofe bişirən aparat, hər birinin dəyəri 5 manat olmaqla, 10 manat dəyərində 02 cüt sadə bijuteriya sırğaları, 5 manat dəyərində 01 ədəd bijuteriya qolbağı, 5 manat dəyərində 01 ədəd bijuteriya boyunbağını, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd ipək materialdan hazırlanmış gecə paltarlarını (pijama), hər birinin dəyəri 25 manat olmaqla, 50 manat dəyərində 02 ədəd süfrələri, hər birinin dəyəri 45 olmaqla, 90 manat dəyərində 02 ədəd «Aldo» markalı eynəkləri, hər birinin dəyəri 50 manat olmaqla, 150 manat dəyərində 03 ədəd nikel materialdan hazırlanmış qazanları, 25 manat dəyərində 01 ədəd ləb-ləbi qabını, 20 manat dəyərində 01 ədəd dəmir materialdan hazırlanmış içki qabını, hər birinin dəyəri 40 manat olmaqla, 80 manat dəyərində 02 ədəd kosmetika qablarını, 5 manat dəyərində 01 ədəd kosmetik güzgünü, 5 manat dəyərində 01 ədəd kiçik ölçülü pul qabını, 10 manat dəyərində üzərində «X14» yazıları olan, 68x138 sm ölçülü, çəhrayı rəngli, 01 ədəd təzə hamam dəsmalını, 3 manat dəyərində alt hissəində «RT» yazıları olan, 36 ölçülü, mavi rəngli, istifadə edilməmiş 01 ədəd ev üçün tərliyi, 5 manat dəyərində üzərində «LCW Teen» yazıları olan, 13-14 yaş ölçülü istifadədə olmuş 01 ədəd ətəyi, 10 manat dəyərində üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadədə olmuş qəhvəyi rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «Espenica» yazıları olan L ölçülü, istifadədə olmuş çəhrayı rəngli 01 ədəd donu, 10 manat dəyərində üzərində «X11» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd uzunqol köynəyi, 8 manat dəyərində üzərində «GAP Kids» yazıları olan, XXL ölçülü, ağ rəngli, istifadədə olmuş 01 ədəd qısaqol köynəyi və 3000 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayında ümumi tanışlarının vasitəsi ilə Bakı şəhərində Şahid3 adlı şəxslə tanış olmuşdur. Onun Bakı şəhərində daimi yaşamağa yeri olmadığına görə, Orxan ona dostu Kamran adlı şəxsin yaşadığı ünvan 5-da müvəqqəti qalmağı təklif etmiş və o, Orxanla razılaşmışdır. Kamranın yaşadığı ev iki mərtəbədən ibarət olmuş, birinci mərtəbəsində iki mənzil yerləşmiş, hər mənzil öz növbəsində iki otaqdan ibarət olmuş, mətbəx isə ümumi olmuşdur. Onların yaşadıqları mənzil evin sol tərəfində yerləşmiş və ayrıca girişi olmuş, mənzilin bir otağında o, Orxan və sonuncunun qeyri-rəsmi yaşadığı Aynurə adlı qadın, digər otaqda isə Orxanın dostu Kamran adlı şəxs qeyri-rəsmi yaşadığı Sona adlı qadınla qalmışdır. Üzbəüz olan mənzil isə Kamranın dayısı Şahid5 məxsus olmuş, lakin həmin mənzildə yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evdə o, Aynurə və Sona olduqları zaman, Sona onlara Şahid5 mənzilindən oğurluq etməyi təklif etmişdir. O, da Aynurə ilə Sonanın təklifi ilə razılaşmışdır. Bundan sonra o, bıçaqla pəncərənin mismarını əyərək, pəncərənin şüşəsini yerindən çıxarmış, daha sonra isə o, Aynurə və Sonanın köməkliyi ilə həmin pəncərədən Şahid5 mənzilinə daxil olub, içəridən mənzilin giriş qapısını açmışdır. Aynurə ilə Sona mənzilə daxil olduqdan sonra müxtəlif ev və mətbəx əşyalarını, geyim və kosmetik vasitələri götürüb həmin mənzili tərk etmişlər. Aynurə və Sona qapıdan çıxdıqdan sonra o, qapını içəridən bağlamış və mənzilə girdiyi pəncərədən çıxıb, pəncərəni yerinə qoymuşdur. Oğurladıqları əşyaları onlar yaşadıqları mənzilə qoymuşlar. Onlar oğurladıqları əşyalara öz aralarında bölmüşlər, lakin dəqiq olaraq kimin hansı əşyanı götürməsini xatırlamır. Oğurladığı əşyalardan bəzi geyimləri geyinmək məqsədi ilə qaldığı otaqda saxlamış, digər əşyalardan 01 ədəd ləbləbi qabını və 01 ədəd fincan-nəlbəki dəstini Aynurə ilə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında əvvəllər tanımadıqları şəxsə 30 manata satmışlar. Digər əşyaları isə xatırlamadığı məişət tullantıları qutusuna atmışdır. Oğurluq etdikdən sonra qaldıqları evdən çıxaraq, Nəsimi rayonu, “Xutor” adlanan ərazidə kirayədə yaşamağa başlamışdır. O, həmin mənzildən nağd pul götürməmiş və həmin evdə nağd pulun olmasını görməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin onlar tərəfindən ödənilməsini, sonucunun ondan heç bir şikayət və tələbinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əsl adı Sona olsa da, tanışları onu Sofi deyə çağırmışlar. Şahid4 ilə o, 1 ildir ki, qeyri-rəsmi ailə münasibətində ünvan 5 ünvanında yaşamışdır. Həmin ev iki mərtəbədən ibarət olmuş, birinci mərtəbədə iki mənzil yerləşmiş, hər mənzil öz növbəsində iki otaqdan ibarət olmuşdur. Onların yaşadıqları mənzil evin sol tərəfində yerləşmiş, ayrıca girişi olmuş, mənzilin bir otağında onunla Kamran, digər otaqda isə Aynurə, Orxan və sonuncunun tanışı Samirə adlı qadın yaşamışdır. Üzbəüz olan mənzil isə Kamranın dayısı Şahid5 məxsus olmuş və həmin mənzildə yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evdə o, Samirə və Aynurə olduqları zaman Şahid5 mənzilindən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Samirə bıçaqla pəncərənin msimarmı əyərək, pəncərənin şüşəsini yerindən çıxarmış, daha sonra isə Samirə onun və Aynurənin köməkliyi ilə həmin pəncərədən Şahid5 mənzilinə daxil olub, içəridən mənzilin giriş qapısını açmışdır. Bundan sonra o, Aynurə ilə mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra oradan müxtəlif ev və mətbəx əşyaları, paltar və kosmetik vasitələr götürüb çıxmışlar. Aynurə ilə o, qapıdan çıxdıqdan sonra, Samirə qapını içəridən bağlamış və mənzilə girdiyi pəncərədən çıxıb, pəncərəni yerinə qoymuşdur. Yaşadıqları mənzilə qayıtdıqdan sonra onlar oğurladıqları əşyaları öz aralarında bölmüşlər. O, həmin mənzildən nağd pul götürməmiş və həmin evdə nağdı pulun olmasını görməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin onlar tərəfindən ödənilməsini, sonucunun ondan heç bir şikayət və tələbinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 ilə 2 ildir ki, qeyri-rəsmi ailə münasibətində yaşayır. ünvan 5 ünvanında 2022-ci ilin iyul ayından yaşamışdır. Həmin ev iki mərtəbədən ibarət olmuş, birinci mərtəbəsində iki mənzil yerləşmiş, hər mənzil öz növbəsində iki otaqdan ibarət olmuşdur. Onların yaşadıqları mənzil evin sol tərəfində yerləşmiş və ayrı girişi olmuş, mənzilin bir otağında o, Orxanla və sonuncunun tanışı Samirə adlı qadın, digər otaqda isə Orxanın dostu Kamran adlı şəxs qeyri-rəsmi yaşadığı Sona adlı qadınla qalmışdır. Üzbəüz olan mənzil isə Kamranın dayısı Şahid5 məxsus olmuş və həmin mənzildə yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Samirə və Sona evdə olduqları zaman, Sona onlara Şahid5 evindən oğurluq etməyi təklif etmişdir. Maddi vəziyyətləri yaxşı olmadığına görə Samirə ilə o, Sonanın təklifi ilə razılaşmışdır. Bundan sonra Samirə bıçaqla pəncərənin mismarını əyərək, pəncərənin şüşəsini yerindən çıxarmış, daha sonra isə Samirə onun və Sonanın köməkliyi ilə həmin pəncərədən Şahid5 mənzilinə daxil olub, içəridən mənzilin giriş qapısını açmışdır. Bundan sonra o, Sona ilə mənzilə daxil olmuşdur. Onlar həmin mənzildən müxtəlif ev və mətbəx əşyaları, geyim və kosmetik vasitələr götürüb çıxmış, həmin əşyaları öz aralarında paylaşmışlar. Hal-hazırda kimin hansı əşyanı götürməsini xatırlamır. O, həmin mənzildən nağd pul götürməmiş və həmin mənzildə nağd pulun olmasını görməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildə Şahid5 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladları vardır. Ailə həyatı qurduqdan sonra ünvan 5 ünvanında yaşamışdır. Həmin evin həyətinə daxil olduqda üzbəüz yerləşən evin iki qapısı vardır. Sol tərəfdə yerləşən qapı yaşadığı evin qapısıdır, sağ tərəfdə yerləşən ev isə baldızı Ətrə Əhmədova tərəfindən kirayə verilmişdir. Son bir ildir ki, atasının səhhəti ilə bağlı o, ailəsi ilə bəzən atasının evində qalmışdır. Sonuncu dəfə 04 avqust 2022-ci il tarixdə günorta saatlarında evinə gəldikdə evdə yataq otağında olan şkafın içərisində dəsmalların arasına qoymuş olduğu 3000 manat pulun yerində olmadığını aşkar etmişdir. Daha sonra o, şkafın digər hissələrinə baxış keçirdikdə, müxtəlif ev və mətbəx əşyalarının, geyimlərin və kosmetik vasitələrin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, həyat yoldaşı Azərə zəng edərək, bu barədə məlumat vermiş və ətrafa baxış keçirərkən, baldızının oğlu Kamranın qeyri-rəsmi yaşadığı Sona adlı qadının həyəcanlı şəkildə ikinci mərtəbədən götürdüyü çantanı evin mansard hissəsinə apardığını görmüşdür. O, cəld hərəkət edərək, Sonanın yanına getmiş və çantanın içərisində nə olduğunu soruşmuş, Sona isə yataq dəsti olduğunu, anasının göndərdiyini bildirmişdir. Sonanın həyəcanlı olduğunu gördükdə çantanı açmış və içərisindən özünə məxsus olan əşyalardan 02 cüt sırğalarının, 01 ədəd kosmetika qabının, 01 ədəd kosmetik güzgünün, uşağa məxsus kiçik ölçülü pul qabının olduğunu görmüşdür. Sonadan bu barədə soruşduqda, sonuncu həmin əşyaları ona bir qadın tərəfindən verildiyini bildirmişdir. Daha sonra Sona Leyla adlı baldızına zəng vurmuşdur. Leyla tez bir zamanda həmin yerə gələrək, onun tapdığı əşyaları təpiklə vuraraq dağıtmış və nəyə görə Sonanı incitdiyini bildirmişdir. Bundan sonra həyat yoldaşı evə gəldikdən sonra DİN-in 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hal-hazırda onlara dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmiş, onlarla barışmış, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5-da yerləşən ev iki mərtəbədən ibarət olmuş, birinci mərtəbəsində iki mənzil yerləşmiş, hər mənzil də öz növbəsində iki otaqdan ibarət olmuş, mətbəx isə ümumi olmuşdur. Həmin evdə oğlu Kamran, gəlini Sona, bacısı Şahid1 və qardaşı Azər öz ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Azər ona zəng edərək, gəlini Sona və digər orada yaşayan qızlar tərəfindən evindən oğurluq edildiyini bildirmişdir. O, isə Azərin bu sözlərinə inanmayıb həmin evə getmiş, orada ona həqiqətən də Sona və rəfiqələri tərəfindən qardaşı Azərin evindən oğurluq edildiyi məlum olmuşdur. Azər ona polisə şikayət etdiyni və Sonanı tutduracağını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə 2 ildir qeyri-rəsmi ailə münasibəti qurmuşdur. Sonuncu ilə birlikdə ünvan 5 ünvanında 2022-ci ilin iyun ayından yaşamağa başlamışlar. Həmin ev iki mərtəbədən ibarət olmuş, birinci mərtəbəsində iki mənzil yerləşmiş, hər mənzil də öz növbəsində iki otaqdan ibarət olmuşdur. Yaşadıqları mənzil evin sol tərəfində yerləşmiş və ayrı girişi olmuş, mənzilin bir otağında o, Aynurə və tanışı Samirə adlı qadın, digər otaqda isə dostu Kamran adlı şəxs qeyri-rəsmi münasibətdə olduğu Sona adlı qadınla yaşamışdır. Üzbəüz olan mənzil isə Kamranın dayısı Şahid5 məxsus olmuş və həmin mənzildə yaşayış olmamışdır. O, 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər olan müddət ərzində Zığ qəsəbəsində yerləşən «Dəniz pişikləri» kursunda olmuş və müvəqqəti olaraq həmin yerdə yaşamışdır. Oradan qayıtdıqdan sonra ona Aynurə, Sona və Samirə adlı qadınların Azərin evindən oğurluq etməsi məlum olmuş, sonuncuların həmin evdən nə oğurladıqlarını bilməmiş və baş vermiş oğurluq hadisəsindən onun xəbəri olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 5 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 01 ədəd üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadə olmuş qəhvəyi rəngli don, 01 ədəd üzərində «Espinika» yazıları olan, L ölçülü, istifadə olmuş çəhrayı rəngli don, 01 ədəd üzərində «X12» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadə olmuş uzunqol köynək və 01 ədəd üzərində «GAP Kids» yazıları olan XXL ölçülü, ağ rəngli, istifadə olmuş qısaqol köynək istintaq orqanına könüllü təqdim edilmişdir xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 01 ədəd üzərində «LCW Teen» yazıları olan, istifadə olmuş ətək istintaq orqanına könüllü təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 tərəfindən 01 ədəd üzərində «X14» yazıları olan, çəhrayı rəngli hamam dəsmalı və 01 cüt alt hissəsində «RT» yazıları olan mavi rəngli, istifadə edilməmiş ev üçün tərlik istintaq orqanına könüllü təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim olunmuş əşyaların arasından 01 ədəd hamam dəsmalını, 01 cüt ev üçün tərliyi, 01 ədəd ətəyi, 02 ədəd donu və 02 ədəd qadın köynəyini tanıyaraq həmin əşyaların evindən oğurlandığını, həmin əşyaları, ölçüləri, rəngləri və digər parametrlərinə görə tanıdığını bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli, 9/565 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56,00 müəyyən edilir. O cümlədən: 01 ədəd üzərində «X14» yazıları olan, 68x138 sm ölçülü, çəhrayı rəngli, təzə hamam dəsmalı - 10 manat; 01 ədəd alt hissəsində «RT» yazıları olan, 36 ölçülü, mavi rəngli, istifadə edilməmiş ev üçün tərlik - 3,00 manat; 01 ədəd üzərində «LCW Teen» yazıları olan, 13-14 yaş ölçülü istifadə olmuş ətək (yubka) - 5,00 manat; 01 ədəd üzərində «lcel London» yazıları olan, 38 ölçülü, istifadədə olmuş qəhvəyi rəngli don - 10,00 manat; 01 ədəd üzərində «Espinika» yazıları olan, L ölçülü, istifadədə olmuş çəhrayı rəngli don - 10,00 manat; 01 ədəd üzərində «X12» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadədə olmuş uzunqol köynək - 10,00 manat; 01 ədəd üzərində «GAP Kids» yazıları olan XXL ölçülü, ağ rəngli, istifadədə olmuş qısaqol köynək -8,00 manat. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 144-1.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadə olmuş qəhvəyi rəngli don, 01 ədəd üzərində «Espinika» yazıları olan, L ölçülü, istifadə olmuş çəhrayı rəngli don, 01 ədəd üzərində «X12» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadə olmuş uzunqol köynək və 01 ədəd üzərində «GAP Kids» yazıları olan XXL ölçülü, ağ rəngli, istifadə olmuş qısaqol köynək, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd üzərində «LCW Teen» yazıları olan, istifadə olmuş ətək və X1 götürlmüş 01 ədəd üzərində «X14» yazıları olan, çəhrayı rəngli hamam dəsmalı və 01 cüt alt hissəsində «RT» yazıları olan mavi rəngli, istifadə edilməmiş ev üçün tərlik cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və sonunculardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmənin elektron portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2019-cu il təvəllüdü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini qismən təqsirli bilərək, onlara verilmiş ittihamlarda xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən mənzildən nağd pul oğurlamamaları barədə ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxlərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmələri məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və yenə həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadə olmuş qəhvəyi rəngli don, 01 ədəd üzərində «Espinika» yazıları olan, L ölçülü, istifadə olmuş çəhrayı rəngli don, 01 ədəd üzərində «X12» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadə olmuş uzunqol köynək və 01 ədəd üzərində «GAP Kids» yazıları olan XXL ölçülü, ağ rəngli, istifadə olmuş qısaqol köynək, 01 ədəd üzərində «LCW Teen» yazıları olan, istifadə olmuş ətək, 01 ədəd üzərində «X14» yazıları olan, çəhrayı rəngli hamam dəsmalı və 01 cüt alt hissəsində «RT» yazıları olan mavi rəngli, istifadə edilməmiş ev üçün tərliyin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 16.7 (on altı manat yetmiş qəpik) manatı Təqsirləndirilən şəxs1, 16.7 (on altı manat yetmiş qəpik) manatı Təqsirləndirilən şəxs2 və 16.6 (on altı manat altmış qəpik) manatı Təqsirləndirilən şəxs3 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə Bayram qızı məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 36 (otuz altı) saat və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1ə Bayram qızı təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat, Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 36 (otuz altı) saat və Müdafiəçi3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 38 (otuz səkkiz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə Bayram qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat və Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd üzərində «İcel London» yazıları olan, 38 ölçülü, istifadə olmuş qəhvəyi rəngli don, 01 ədəd üzərində «Espinika» yazıları olan, L ölçülü, istifadə olmuş çəhrayı rəngli don, 01 ədəd üzərində «X12» yazıları olan, 3XL ölçülü, ağ rəngli, istifadə olmuş uzunqol köynək və 01 ədəd üzərində «GAP Kids» yazıları olan XXL ölçülü, ağ rəngli, istifadə olmuş qısaqol köynək, 01 ədəd üzərində «LCW Teen» yazıları olan, istifadə olmuş ətək, 01 ədəd üzərində «X14» yazıları olan, çəhrayı rəngli hamam dəsmalı və 01 cüt alt hissəsində «RT» yazıları olan mavi rəngli, istifadə edilməmiş ev üçün tərliyin saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 16.7 (on altı manat yetmiş qəpik) manatı Təqsirləndirilən şəxs1, 16.7 (on altı manat yetmiş qəpik) manatı Təqsirləndirilən şəxs2 və 16.6 (on altı manat altmış qəpik) manatı Təqsirləndirilən şəxs3 tutularaq, X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ə Bayram qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat və Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar