Məhkəmə qərarları › İş №1(001)-565/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-565/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-565/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 1(001)-415/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2022-cı il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mkr. dairəsində yerləşən dayanacaqdan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti istiqamətində hərəkət edən 165 saylı marşurut xətti üzrə işləyən avtobusda Zərərçəkmiş şəxs əynində olan cins şalvarının arxa sağ cibindən dəyəri 400 manat təşkil edən, **********89305 və **********89313 imei kodlu, «Xiaomi» markalı, «Poco X3 Pro» modelli, 128 GB yaddaş tutumlu, 6 GB RAM, 2021-ci il Çin istehsallı mobil telefon aparatını, içərisində olan 4,00 manat dəyərində (050) ***-**-** saylı GSM nömrə və 4,00 manat dəyərində (051) ***-**-** saylı GSM nömrə ilə birlikdə çıxararaq gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 408 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, sonuncu dəfə 2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və 2021-ci ilin noyabr ayında cəzasını bitirib azadlığa çıxmışdır.O, azadlığa çıxdıqdan sonra çörək pulu qazanmaq üçün fəhləlik edərək özünü dolandırmışdır.Arabir pulu olmayanda xırda oğurluqlar da etmişdir, lakin ona ittiham olunan və baxılan iş üzrə cinayəti o, törətməmişdir, həmin telefon onun tərəfindən oğurlanmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istintaq vaxtı verdiyi ifadədən imtina etdiyini və heç bir cinayət törətmədiyinə görə məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O. «Eleqant kofe» adlanan kafedə ofisiant işləyir. 08 aprel 2022-ci il tarixdə 3-cü mkr., dairəsindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 115 nömrəli orta məktəbə getmək üçün 165 saylı xətt avtobusuna minmişdir. Saat 12:30 radələrində 115 nömrəli məktəbin yanında avtobusdan enmişdir. Bu zaman yolu əks istiqamətə keçmiş və əlini əynində cins şalvarının arxa sağ cibinə salaraq özünə məxsus «Xiaomi» markalı mobil telefonunu istifadə etmək üçün çıxarmaq istəmişdir.Lakin ona məxsus «Xiaomi Poco» markalı İMEİ **********89305 və **********89313 imei kodlu mobil telefonunun cibində olmamasını və oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonunu xx.xx.2021-ci il tarixdə 575 manata almışdır.Əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 115 saylı orta məktəbin yaxınlığında 165 saylı marşurut avtobusunun içərisində olmuşdur.O, avtobusda gedərkən onun arxa tərəfində ayaq üstə bir nəfər şəxs dayanmışdır.Həmin şəxs ağ saçlı, təxminən 40-45 yaşlarında, orta boylu, sağ bilək nahiyəsində döymə olmuşdur.Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 10-da 4-cü PŞ-nin inzibati binasında ona göstərilmiş şəxsi görüb tanımışdır.Həmin adını və soyadını bilmədiyi şəxsi xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində 165 saylı marşurut avtobusunun içərisində 115 nömrəli məktəb istiqamətində gedərkən ilk dəfə görmüşdür. Həmin marşurut avtobusun ortasında o, ayaq üstə dayanmış, həmin şəxs də onun yanında arxa tərəfində ayaq üstə dayanmışdır.Bundan sonra avtobus 115 saylı məktəbin yaxınlığındakı dayanacaqda dayandıqda, o, avtobusdan enmişdir. Yolu keçdikdən sonra əlini əynindəki boş olan cins şalvarının arxa sağ cibinə saldıqda, mobil telefonunun oğurlandığını aşkar etmişdir.O, həmin şəxsin avtobusdan ondan öncə, ya da ondan sonra endiyini xatırlamamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini, buna görə də, ondan şikayətçi olduğunu bildirmiş və barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən «Toğrul Telekom» telefon mağazasını işlətmişdir.O, əvvəllər məhkum olunmamışdır.xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında o, işdə olarkən bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gələrək pula ehtiyacı olduğu üçün özünə məxsus mobil telefon aparatını satmaq istədiyini bildirmişdir.O, mobil telefonu alıb baxmış, həmin telefon qara rəngli, «Xiaomi» markalı, «Poco X3 Pro» modelli, 128 GB yaddaş tutumlu, 6 GB RAM, 2021-ci il Çin istehsallı, lakin müdaxilə olunduğu üçün nasaz vəziyyətdə olduğunu görmüşdür.Təqsirləndirilən şəxs həmin mobil telefonu 100 manata satmaq istədiyini bildirdikdə, o, ona 80 manat verə biləcəyini bildirmişdir.Samir onunla razılaşdıqdan sonra o, ondan şəxsiyyətini təsdiq edən sənədinin surətini çıxardıqdan sonra, Samir adlı şəxsə 80 manat pul verib mobil telefonu ondan almışdır.Bundan sonra Samir çıxıb getmişdir.Həmin telefon nasaz vəziyyətdə olduğundan o, ehtiyat hisslərinə bölərək ayrı ayrılıqda digər şəxslərə 120 manat dəyərində satmışdır.Həmin telefonun oğurluq olduğunu bilməmişdir.Yəni Təqsirləndirilən şəxs həmin mobil telefonun onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4434 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd qara rəngli, “Xiaomi” markalı, “Poco X3 Pro” modelli, 128GB yaddaş tutumlu, 6 GB RAM, 2021-ci il Çin istehsallı. saz vəziyyətdə mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla- 400,00 manat, (050) ***-**-** saylı GSM nömrə -4,00 manat, (051) ***-**-** saylı GSM nömrə -4,00 manat. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 1(001)-415/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 noyabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir.Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumuluğu ödənilməmişdir və yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun vəkilinin çıxışını, dövlət ittiamçısının mövqeyini, zərərçəkmiş şəxs və şahid ifadələrini dinləyib, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yəni onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə (6 dəfə) məhkum olunduğunu, bunun da onun islah olunmadığını, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.5-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir.Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır.Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayəti etiraf etməməsi onun cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsdən oğurlanmış telefonu satın almış Şahid ifadəsi və ctinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəşad Cəfərov tərəfindən qəbul edilmiş 16 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə tutulmuşdur.İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəşad Cəfərov tərəfindən 18 may 2022-ci il tarixdə qəbul edilmiş şübhəli şəxsə qətimkan tədbirinin seçilməsi barədə qərardan məlum olur ki, 18 may 2022-ci ildə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün müvəqqəti saxlama yerindən azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, yenidən tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Ramin Nağdəliyevin təqdimatına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulmanın əvvəli 23 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır.Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətin residivi olduğundan Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 01 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 (otuz beş) saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar