Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-57/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1987-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1(bir) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi Vülkan dağı ətrafı yeni yaşayış massivi fərdi evdə yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair və xx.xx.1989-cu ildə Beyləqən rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, Vülkan dağı ətrafı yeni yaşayış massivi fərdi evdə yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə şəxslərin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə şəxslərin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 20.00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi Xırdalan şossesi 7-ci döngədə “Elmar” marketin qarşısında Təqsirləndirilən şəxs2 idarə etdiyi **-TC-*** nömrə nişanlı “Mersedes E klass” markalı avtomobili ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi **-RB-*** dövlət qeydiyyat nişanlı “Mersedes C klass” markalı taksi avtomobili təqib edib qarşısına keçməklə saxladaraq hər ikisi avtomobildən düşüb ictimai yer hesab olunan küçə-yol kənarında bir çox insanların gözü qarşısında davranış həddini aşaraq ictimai qaydanı kobud surətdə pozaraq həmin taksidə sərnişin olan tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət etməsinin zəruri olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan sürücü Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edəcəyi ilə hədələyib, Təqsirləndirilən şəxs2 sonuncuya məxsus avtomobilin ön parpress şüşəsini əl zərbələri, qabaq sol qanadını və ön bamperin sol tərəfini təpik zərbələri ilə vurub zədələməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmuş, sonra Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək sonuncunun iradəsinə zidd olaraq avtomobildən çıxardıb **-TC-*** dövlət nömrə nişanlı “Mersedes E klass” markalı avtomobilin yük yerinə salmaq istəyərkən buna nail ola bilmədikdə yerə yıxaraq hər ikisi əl və ayaq zərbələri ilə baş nahiyəsindən və bədənin müxtəlif yerlərindən vuraraq başın təpə nahiyəsinin əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ifadə olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu - qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 20.00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi Xırdalan şossesi 7-ci döngədə “Elmar” marketin qarşısında idarə etdiyi **-TC-*** nömrə nişanlı “Mersedes E klass” markalı avtomobili ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi **-RB-*** dövlət qeydiyyat nişanlı “Mersedes C klass” markalı taksi avtomobili təqib edib qarşısına keçməklə saxladaraq hər ikisi avtomobildən düşüb ictimai yer hesab olunan küçə-yol kənarında bir çox insanların gözü qarşısında davranış həddini aşaraq ictimai qaydanı kobud surətdə pozaraq həmin taksidə sərnişin olan tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət etməsinin zəruri olduğunu bəhanə edib heç bir əsaslı səbəb olmadan sürücü Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edəcəyi ilə hədələyib, sonuncuya məxsus avtomobilin ön parpress şüşəsini əl zərbələri, qabaq sol qanadını və ön bamperin sol tərəfini təpik zərbələri ilə vurub zədələməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmuş, sonra Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək sonuncunun iradəsinə zidd olaraq avtomobildən çıxardıb **-TC-*** dövlət nömrə nişanlı “Mersedes E klass” markalı avtomobilin yük yerinə salmaq istəyərkən buna nail ola bilmədikdə yerə yıxaraq hər ikisi əl və ayaq zərbələri ilə baş nahiyəsindən və bədənin müxtəlif yerlərindən vuraraq başın təpə nahiyəsinin əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ifadə olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs1 cüzi səbəb və bəhanə gətirərək, onun Mehmanın yaxın qohumlarına heç bir nalayiq ifadə və söyüş işlədilmədiyi halda onun sağ qabırğa nahiyəsinə iki qatlanan düyməli bıçaqla vurub qaçdıqdan sonra onu köməksiz vəziyyətə salmış, Zərərçəkmiş şəxs1 taksi avtomaşına (ağ rəngli) minib qaçdığına görə onu tutub saxlayıb polisə təhvil vermək üçün qardaşı Möhübbətə zəng etmiş, böyük çətinliklə yola çıxaraq xatırlamadığı taksi avtomaşını saxladaraq Zərərçəkmiş şəxs1 əyləşdiyi taksinin arxasınca sürməyi xahiş etmiş, Zərərçəkmiş şəxs1 onu vurduğu vaxtdan onun taksi saxladıb Zərərçəkmiş şəxs1 arxasınca getdiyi zaman xeyli vaxt keçmiş, o, Elmar marketin qarşısına çatanda qardaşı Möhübbətin Mehmanın əyləşdiyi taksi maşına yaxınlaşaraq düşməsini bildirməsini görmüş, aldığı xəsarətdən ondan kəskin qan axdığı üçün hərəkət qabiliyyətini itirmişdir.Taksidən düşüb Möhübbətin yanına çətinliklə yaxınlaşmış, tam yaxınlaşa bilməmiş, hal-vəziyyəti çox ağırlaşmışdır.O, Zərərçəkmiş şəxs1 heç bir söz deməmiş, əlqol atmamış, onu vurmamışdır.Qardaşı Möhübbət onun hal vəziyyətinin pis olmasını, paltarının qan içində olduğunu görüb onu tez xəstəxanaya aparmışdır. Aldığı xəsarətdən onun nəyinki Zərərçəkmiş şəxs1 vurub söymək imkanı olmuş, o, hətta hüşsüz vəziyyətdə olmuşdur.Həmin vaxt onun tərəfindən ictimai qaydanın pozulmasına səbəb ola biləcək, Zərərçəkmiş şəxs1 gəldiyi ağ rəngli taksi avtomaşına qarşı hər hansı hərəkətlərə səbəb olacaq hərəkətlər edilməmişdir.Bu hərəkətləri etməyə onun fiziki imkanı yol verməmişdir.Xəsarəti dərin olduğundan kəskin qanaxma ilə müşayiət olunan ağrı hiss etmiş, nəfəs ala bilməmişdir, qardaşı Möhübbətlə onun heç bir əlbirliyi olmamış, o, Möhübbətə zəng edib Mehmanı tutub, döyüb vurmaq barədə heç nə deməmişdir.Bundan başqa, onu bıçaqla vurub ölümlə üz-üzə qoyan Zərərçəkmiş şəxs1 qarşı onda xuliqanlıq niyyəti olmamış, qisas almaq niyyəti ehtimalı olsa da, lakin o, Zərərçəkmiş şəxs1 qanunla cəzalandılmasını üstün tutmuş, onu tez bir zamanda polisə təhvil vermək məqsədi ilə qardaşı Möhübbətə zəng edərək onu qaçmağa qoymamasını, eyni zamanda 102 xidmətinə zəng edib məlumat vermişdir.O, Elmar marketin qarşısına çatanda avtomaşından düşüb Möhübbətə yaxınlaşmaq istəyərkən halı pisləşmiş, başı gicəllənmişdir.Qardaşı Möhübbət bunu görüb onu dərhal xəstəxanaya aparmış, ətrafdan bir neçə şəxsi tanımışdır.Hadisənin şahidi orada bərbər işləmiş Qismət və əvvəllər şifahi tanıdığı Təbriz adlı şəxs olmuşdur.Onlar bütün bu hadisələri öz gözləri ilə görmüşlər.Qardaşı Möhübbət onu xəstəxanaya çatdırarkən onu reanimasiyaya aparmışlar.Sonra o, qardaşı Möhübbət və dayısı Pənahdan öyrənmişdir ki, həmin gün Zərərçəkmiş şəxs1 da xəstəxanaya getmiş, onda xəsarət olmadığını görmüşlər.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1(bir) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 adlı şəxs tərəfindən vurulmasını qardaşından eşitmişdir.Belə ki, qardaşı ona zəng edib Mehmanı tutub, polisə təhvil verməyi ona təklif etmişdir.Onların qardaşı Təqsirləndirilən şəxs1 bıçaqla vurub ölümlə üz-üzə qoyan Zərərçəkmiş şəxs1 qarşı hər hansı xuliqanlıq niyyətləri olmamışdır.Onlar Zərərçəkmiş şəxs1 qanunla cəzalandılmasını üstün tutmuşdurlar, onu tez bir zamanda polisə təhvil vermək məqsədi ilə qardaşı ona zəng edərək onu qaçmağa qoymamasını xahiş etmiş, qardaşı isə 102 xidmətinə zəng edib məlumat vermişdir.Qardaşı Təqsirləndirilən şəxs1 Elmar marketin qarşısına çatanda avtomaşından düşüb ona yaxınlaşmaq istəyərkən halı pisləşmiş, başı gicəllənmişdir.O, qardaşını pis vəziyətdə görüb onu dərhal xəstəxanaya aparmış, ətrafdan bir neçə şəxsi tanımışdır.Hadisənin şahidi orada bərbər işləmiş Qismət və əvvəllər şifahi tanıdığı Təbriz adlı şəxs olmuşdur.Onlar bütün bu hadisələri öz gözləri ilə görmüşlər.O, qardaşını xəstəxanaya çatdırdıqdan sonra onu reanimasiyaya aparmışlar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 sağlamlığı ilə bağlı olaraq məhkəmə iclasında geniş izahat verə bilmədiyini, istintaqda verdiyi ifadəsini tam təsdiq etdiyini bildirmişdir.Belə ki, zərərçəkmiş şəxsin istintaqda verdiyi ifadəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 ilə bir məhəllədə yaşayır və qonşuluq münasibətləri olmuşdur.Onunla münasibəti yaxşı olmuş, əvvəllər heç bir mübahisələri və ədavətləri olmamışdır.Təqsirləndirilən şəxs1 onu xx xxx 2019-cu il tarixdə saat 20:00 radələrində yaşadığı evin məhəlləsində onun anasını, digər yaxın qohumlarını, ailə üzvlərini, varyoxunu nalayiq ifadələrə söyüb təhqir etdiyi səbəbindən aralarında sözlə mübahisə olmuş, o, Təqsirləndirilən şəxs1 ağzına gələni danışmamasını deyib onu vuracağını demiş, Məhəbbət də onun ünvanına vurmayanın da var yoxunu....” sözlərini deyərək təhqir etmişdir.Bundan sonra o, Məhəbbəti bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir.Buna görə də, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilmişdir.Belə ki, xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində yaşadığı evin məhəlləsində Məhəbbəti görmüş, Məhəbbət Kəmalə adlı qadının ona söyüş söyməsindən hiddətlənib onunla əlaqəli olmayan səbəblərdən mübahisə etməyə çalışmış və ona var yox söyüşü söymüşdür.O, Məhəbbətə “səni bıçaqla vuraram” demiş, Məhəbbət “ vurmayanın da var yoxuna nəhlət” deyib onun ana- bacısını arvad-uşağını söymüş, bundan sonra o, Məhəbbəti evdən götürdüyü arada meyvə doğramaq üçün üzərində gəzdirdiyi bıçaqla sinəsinin sağ tərəfindən bir dəfə vurmuş və Məhəbbət onun üzərinə gəldiyi üçün sonuncuya məxsus maşının ətrafına qaçmışdır.Məhəbbət isə onun arxasınca qaçaraq onu təqib etmiş, sonra Məhəbbət qardaşı Möhübbətə zəng edərək onu hadisə yerinə çağırmış, o, qorxu və həyəcandan yola doğru qaçıb tanımadığı Mersedes markalı taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nömrəsinin sonu 418 nömrəli maşını saxladaraq əyləşmiş və hadisə yerindən uzaqlaşmışdır.Taksiyə minib məhəllədən çıxmış və Binəqədi şossesi tərəfdə yol kənarında şərab evi və 1001 xırdavat dükanının yanında olan zaman Məhəbbətin **-CT-*** nömrəli “Mersedes” markalı avtomobili taksinin qarşısına keçib maşını saxlatmış və arxadan da “Tofaş” markalı avtomobil maşının arxasına keçmişdir.Həmin vaxt o, maşının qapısını bağlamış və sürücüyə qapını açmamasını demişdir.Bu zaman Möhöbbət sərnişini olduğu taksi fəaliyyəti ilə məşğul olan Mersedes C 180 markalı avtomobilin kapot nahiyyəsinə, ön bamperin sol tərəfinə və avtomobilin ön parpress şüşəsinə əl və yumruq zərbələri ilə vuraraq qışqıraraq taksini hədələyib qapını açmasını tələb etmiş və “Mehman maşından düş səni aparıb başına oyun açacam səni döyəcəm” deyərək uca səslə onu təhdid etmişdir.Bu zaman taksi sürücüsü avtomobilinə zərər dəydiyini görüb qapını açmış, belə ki, avtomobilin ön parpress şüşəsi çat olmuş və sınmışdır.Sonra Möhübbət və yanında olan qardaşı Məhəbbət avtomobildən onu düşürüb küçədə yolun ortasında “şərab evi”nin qarşısında döymüşlər.Onlar iki qardaş, yəni Məhəbbət və Təqsirləndirilən şəxs2 onu yumruq və təpiklə döyüb onlara məxsus “Mersedes” e klass markalı sonu 423 nömrə nişanlı avtomobilin baqaj, yəni yük yerinə basmış, o, isə baqaja oturmaq istəməyərək özünü müdafiə etməyə çalışmış bu zaman Məhəbbət və Möhübbət onu yerə yıxmışlar.Möhübbət və qardaşı Məhəbbət onu dayanmadan yumruq və təpiklə döyüb “ sən heç kimsən” deyərək təhqir etmişlər. O, özündən getmiş və yerdə uzanıqlı vəziyyətdə olmuş, ətrafda olan tanımadığı kənar şəxslərə onu Məhəbbət və Möhübbətin əlindən almalarını xahiş etmişdir. Sonra onu yaşadığı evə kimsə aparmış və sonra evə təcili tibbi yardım çağıraraq ağrılarına görə həkimlər onu 1 saylı KTM-nə aparmışlar.O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Məhəbbət və Möhübbət qardaşları ona xəsarət yetirmişlər.xx xxx 2019-cu il tarixdə saat 20:00 radələrində Binəqədi şossesində “Şərab evi” dükanının qarşısında sözlə mübahisə ilə birlikdə 15 dəqiqə davam etmişdir.Mübahisə zamanı qeyd edilən ünvanda Şərab evinin qarşısında onu hər yerindən və daha çox da başından təpə hissəsindən və yuxarı ətrafından yumruq və təpiklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qardaşları vurub xəsarət yetirmişlər.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hal-hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təxminən 2 il olar ki, ona məxsus idarə etdiyi Mersedes Benz C 180 markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərmiş, sürücülük hüququ var, avtomobili etibarnamə ilə idarə etmişdir. xx.xx.2019-cu il tarixdə Zabrat qəsəbəsindən Xırdalan şəhərinə gələrkən Binəqədi şossesində “Xəzər” marketin yaxınlığında tanımadığı şəxs ona əl ilə işarə verərək saxlatmış, həmin şəxs həyəcanlı formada maşına əyləşmiş və maşını saxlamayaraq sürməsini tələb etmiş, o, həmin şəxsdən nə olduğunu soruşmuş, həmin şəxs heç nə olmadığını ona bildirmişdir.O, yoluna davam edərək 200 metr irəli sürmüş, bu zaman tanımadığı gümüşü rəngli “Mersedes” markalı avtomaşın onun idarə etdiyi maşının qarşısına verib saxlamağını tələb etmiş, o, məcbur qalaraq maşını saxlamış, bu zaman yanındakı şəxs ona maşını saxlamamağını tələb etmiş və qapıları bağlamışdır.“Mersedes” markalı avtomaşından əvvəlcə iki nəfər şəxs onun maşınına yaxınlaşmış, həmin şəxslər onun maşınında olan şəxsə maşından düşməsini tələb etmiş, yanındakı şəxs qapını açmamışdır.Bu zaman həmin şəxslərdən biri, yəni nömrə nişanının sonu 423 olan Mersedes E klass markalı avtomobilin sürücü tərəf qapısından düşən şəxs maşınının qabaq şüşəsinə yumruqla vuraraq ön parpresi çatlatmış, avtomobilin motorxanasının üst hissəsinin qapısını, yəni kapotunu yumruqla vurub əzmiş, avtomobilin ön patpresinin sol hissəsini qabaq sol qanadını təpiklə vuraraq batıq yaratmışdır. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Həmin şəxs qışqıraraq “Mehman sən kimsən ki, mənim qardaşımı bıçaqlamısan” deyərək avtomobilə zərər vuraraq ondan qapıları açmasını tələb etmiş, həmin vaxt **-TC-*** nömrə nişanlı avtomobilin arxa sağ qapısından bir nəfər düşmüş, həmin şəxs yaralı halda sağ tərəfini tutaraq sərnişinin oturduğu qabaq sağ tərəfin qapısının cəftəsini dartaraq “Mehman maşından düş” demişdir. O, həmin şəxslərin qardaş olduğunu müəyyən etmiş və sərnişininin cinayət törətməsini sonradan öyrənmişdir.Hadisə zamanı 423 nömrə nişanlı Mersedes markalı avtomobildən düşən qardaşların yanında digər şəxs də olmuşdur.Bu vaxt onlar maşında sərnişin kimi əyləşmiş əvvəllər tanımadığı şəxs ilə mübahisə etməyə başlamışlar və həmin şəxsi yumruq, təpiklə vuraraq öz maşınlarına otuzdurmaq istəmişlər.Onlardan biri, yəni bıçaqlanan şəxsin qardaşı sərnişin olan hadisə zamanı həm də sözlə mübahisədən adının Mehman olduğunu öyrəndiyi şəxsi avtomobilin baqaj, yəni yük yerinə oturtmağa çalışmış, bu zaman Mehman adlı şəxs onu yük yerinə oturtmaq istəyən şəxslərə müqavimət göstərərək yerə yıxılmış, yerdə olan zaman yaralı olan şəxsin yanındakı şəxs Mehmana əl və ayaq zərbələri ilə vuraraq xəsarət yetirmiş, mübahisə zamanı qardaşların yanında bir nəfər də digər şəxs olmuş, yerə yıxılan Mehman adlı şəxsin urəyi getmiş, mübahisə xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi Xırdalan şossesi “Elmar” marketlə üzbəüz yolun kənarında baş vermiş, bir neçə dəqiqə davam etmiş, sonra mübahisə yekunlaşmış, yerdə uzanıqlı vəziyyətdə olan və adamlardan kömək istəyən Mehman adlı şəxslə qardaşların mübahisəsi yekunlaşmış, onlar hadisə yerindən getmiş, sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hal- hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır.Mehmanla bir məhəllədə yaxın evdə yaşayırlar, Məhəbbət və Möhübbət qardaşları ilə uzun illərdir ki, qonşuluq münasibətləri, Mehmanla Məhəbbətin isə dost-tanış münasibətləri olmuşdur.2019-cu ilin may ayında məlum cinayət hadisəsi baş verməzdən 3 gün öncə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Xırdalan şossesi tərəfdə Pənah adlı tanışı ilə bir yerdə söhbət edən zaman Pənahın bacısı oğlu Təqsirləndirilən şəxs1 onların yanına gəlmiş, əsəbi halda ondan qardaşı Mehmanı soruşmuş, o, Məhəbbətdən nə baş verdiyini soruşmuş, Məhəbbət onun dayısı Pənah və onun yanında danışaraq bildirmişdir ki, yaşadığı evdə olanda telefonuna tanıdığı Kəmalə adlı qadından zəng gəlmiş, həmin vaxt evdə ailə üzvləri olduğundan telefonu bacısı oğlu Polad açaraq həmin Kəmalə adlı qadınla danışaraq zəng edənin saç ustası olub–olmamasını soruşmuş, həmin vaxt Kəmalə adlı qadın Polada və Məhəbbətin ünvanına sərt sözlər deyərək söyüşlə onun var-yoxunu təhqir etmişdir.Məhəbbətin sözündən guya onun ünvanına söyüş söyülməsinə səbəbin Mehman olması anlaşılmışdır.Ona görə də Məhəbbət Mehmanı axtardığını demiş, o da Məhəbbətə “sən Mehmanı neynirsən, qonşusuz ayıbdır, belə söhbət etməyin” demişdir.Məhəbbət də ya Mehman ortaya çıxıb Kəmalənin onun ünvanına söydüyü söyüşləri öz üzərinə götürəcəyini, ya da ki, Mehmanı tapıb döyəcəyini və onu vuracağını söyləmişdir. O, Məhəbbətə “ikiniz də qələt edəcəksiniz, ayıbdır.Dalaşmayın qonşuluq münasibətiniz var.Mən lazım olar Mehmanı da çağıraram bu məsələni xoş söz söhbətlə həll edərik.” Deyib məsələni sülh yolu ilə həll etməyə çalışmışdır.Bundan sonra Məhəbbət oradan getmişdir. Qeyd edilən hadisədən 3 gün keçdikdən sonra 2019-cu ilin may ayının 16-da saat 20:00 radələrində qardaşı Mehmanın həyat yoldaşı ona zəng edib bildirmişdir ki, “Mehmanı döyüblər. Köynəyi cırılıb, başı ağzı üzü qan içindədir”. O, Mehmanı Ramid adlı şəxsin yolda görüb maşına oturdub evə gətirdiyini öyrənmişdir. Bundan sonra o, dərhal qardaşı Mehmangilə getmiş, Mehmanın üst başının toz -torpaq olduğunu, başında çapıq kimi yerin qanadığını, ağzı üzünün qan olduğunu görmüş, dərhal 103-ə zəng etmişdir. Təcili tibbi yardım gələnə qədər Mehmandan nə baş verməsini soruşmuş, Mehman ona, həmin gün saat 20:00 radələrində məhəllədən yola çıxan zaman Məhəbbət idarə etdiyi 423 nömrə nişanlı Mersedes e klasla məhəlləyə girəndə maşını saxlamış, Mehmana nə üçün onun ünvanına Kəmalə adlı qadının söyüş söyməsini soruşmuş və Mehmana Kəmalə sənin anandı, ya bacındı,qeyrətini çəkirsən demiş, Mehman da Məhəbbətə diqqətli danışmasını, yoxsa onu vuracağını demiş, bu zəmində Məhəbbətlə Mehmanın arasında sözlə mübahisə olmuş, Məhəbbət Mehmanın ailə üzvlərini və mentalitet dəyərlərini söyüb təhqir edən zaman onu vurmayanın da varını yoxunu bir daha söyəndə Mehman Məhəbbəti bir dəfə bıçaqla vurmuş, bıçaq deyəsən Məhəbbətin əlində olmuş və yerə düşmüşdür. Sonra məhəlləyə Məhəbbətin qardaşı və tanışları gəlib Mehmanı döymək istəmişlər. Mehman məhəllədən yola doğru çıxıb yoldan taksiyə əyləşib Məhəbbət və qardaşı Möhübbət də onun arxasınca öz maşınları ilə sürüb Bakı şəhəri, Binəqədi Xırdalan şossesində “Elmar” marketlə üzbəüz Şərab evinin qarşısında Mehmanın olduğu taksi maşını saxlatmışlar, Möhübbət və Məhəbbət qardaşları maşından düşüb Mehmanın içində olduğu taksi avtomobilin şüşəsini qapısını vurub sındırıb əzmişlər.Həmin vaxt Məhəbbət və Möhübbətin yanında da kimsə olmuşdur. Onlar bir yerdə Mehmanı maşından düşürüb, yumruq təpiklə Mehmanı döyərək öz maşınlarının baqajına basmaq istəmişlər. Həmin vaxt ətrafda bir xeyli adam olmuş, kənar şəxslər hamısı hadisəni müşahidə etmişlər. Mehmanın deməsinə görə o, baqaja oturmadığı üçün X2rdaşları və onların yanında olan digər şəxs döyüb yumruq təpik vurub yerə yıxmışlar.Yerə yıxılan Mehmanın ürəyi getmiş, sonra camaat Mehmanı onların əlindən almışlar. Sonra yol kənarından avtomobili ilə keçən Ramid adlı şəxs Mehmanın yolun qırağı ilə üst başı cırıq döyülmüş halda başı üzü qan içində görüb onu öz avtomobilinə əyləşdirib yaşadığı evə gətirmişlər. Mehman ona bunları danışdıqdan sonra təcili tibbi yardım gəlmiş, onu 1 saylı KTM-nə aparmışlar. O, KTM-də Məhəbbətin qohumları, yəni anası, qardaşı Möhübbət və dayısını görmüş, bir neçə gün onlara gedib dil ağız edib onları barışdırmağa çalışsa da, Məhəbbət Mehmanı bağışlamayacağını, “Mehman Kəmalənin söyüşlərini öz üzərinə, öz ailəsinin arvadına götürməlidir” demişdir. Sonradan ona məlum olmuşdur ki, Kəmalə adlı qadının Məhəbbətə zəng edən zaman Məhəbbət evdə yoldaşı bilməsin deyə telefonu bacısı oğlu Polada verdiyini, Polad da mövzunu ona izah etmək üçün qadına saç ustasısı olub-olmadığını soruşmuşdur. Kəmalə də onları söyüb təhqir etmişdir.Burada Mehmanın nə günahı olduğunu bilməmiş, ancaq o, həmişə Mehmanı Məhəbbətlə dəfələrlə barışdırmağa çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaqa verdiyi ifadəsinə əsasən məlum olur ki, yaşadığı ərazi üzrə Mehmanın qardaşı Siyavuşu 10 ildir ki, tanışlıq münasibəti olmuşdur. Mehmanla isə dostluq yox şifahi tanışlıq münbasibəti olmuşdur.2019-cu ilin may ayının 16-da axşam namazından sonra saat 20:00 radələrində yaşadığı evdən çıxıb Baş Dövlət Yol Polis İdarəsi tərəfdə göy rəngli **-SJ-*** dövlət nömrə nişanlı Tofaş markalı avtomobilini təndir çörəyi almaq üçün idarə edən zaman yolüstü sarı rəngli qaz borusu və söyüdlər deyilən yerə çatanda bir nəfər şəxsin yolun kənarı ilə nataraz halda aşaraq yeridiyini, yaxınlaşdıqda isə həmin şəxsin Mehman olduğunu görmüşdür.O, Avtomobili yolun kənarında saxlayıb Mehmana nə olduğunu soruşmuşdur.Mehmanın dodağı qan, köynəyi isə cırılmış vəziyyətdə olmuşdur.Mehman avtomobilə əyləşmiş onu evə aparmasını xahiş etmiş və 4-5 nəfər tərəfindən döyüldüyünü demişdir.O, Mehmanı yaşadığı evə aparıb düşürmüş, yenidən təndir çörəyi almaq üçün Söyüdlər deyilən yeri avtomobili ilə keçən zaman 200 metr qabaqda kafelər olan yerdə bir neçə adam toplaşdığını, yolda sıxlıq olduğunu, ərazidə DYP maşınını görmüşdür.O, DYP avtomobilinin yeqin ki, sıxlığa görə ərazidə olduğunu düşünmüş və oradan keçib getmişdir.Bir neçə gün sonra ona məlum olmuşdur ki, Mehman kiminləsə mübahisə etmiş, həmin mübahisədə Mehman döyülmüş və kimisə bıçaqlamışdır. O, bundan başqa heç nə eşitmədiyini və mübahisənin şahidi olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx xxxx 2021-ci il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, həmin şəxslərə qarşı onun heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx xxxxx 2021-ci il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu ona dəymiş ziyanı tam ödəmişdirlər, hazırda həmin şəxslərə qarşı heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəlllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun oğlunun əvvəlllər məhkumluğu olmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Azərbaycan Respublikası Cinayət Məcələsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun CM-nin 221.2.1-ci maddəsi ilə özlərini qismən təqsirli bilmələri və hadisənin törədilməsində əsas günahkarın qarşı tərəf olmasını bildirməsi, təqsirləndirilən şəxslərin onları gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olması təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri və şahid ifadələri ilə və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir . Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməli CM-nin 221.2.1 -cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fəyyaz oğluna cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını,zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi Vülkan dağı ətrafı yeni yaşayış massivi fərdi evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Fəyyaz oğlunun təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi Vülkan dağı ətrafı yeni yaşayış massivi fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 Fəyyaz oğluna elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 Fəyyaz oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 Fəyyaz oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi Vülkan dağı ətrafı yeni yaşayış massivi fərdi evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 oğluna elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, Vülkan dağı ətrafı yeni yaşayış massivində yerləşən fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hakim Abbas Rzayev