Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-57/2024 02.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi,məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi,dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi X10, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, “HP co LTD” şirkəti, menecer işləyən, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdə saat 21 radələrində sürücülük hüququ olmaqla bacısı X8 məxsus olan və etibarnamə əsasında idarə etmək hüququ olan qardaşı Şahid1 iştirakı ilə idarə etdiyi “Mercedes Benz-220” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Balaxanı yolu ilə Balaxanı qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq ötməyə başlamazdan əvvəl sürücü qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı və bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək əks istiqamətli hərəkət zolağına çıxmaqla, həmin hərəkət zolağı ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olan, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “KİA Ceed” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində idarə etdiyi “Mercedes Benz-220” markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Şahid1 təpə nahiyəsinin, sol əlin İ barmağının, sol diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan, X12 alın nahiyəsində, sağ gicgah nahiyəsinin və sağ üst göz qapağının sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan, X2 qulaq seyvanı nahiyəsinin sıyrığı, sol baldır nahiyəsinin və sağ diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan, Şahid2 Rəfail qızının alın nahiyəsinin, sağ göz qapaqları və sağ gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ əlin arxa səthinin qançırlı sıyrıqları, sol baldır nahiyəsinin qançırlı sıyrığı, alın nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin ön səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurulmasına, eləcə də KİA Ceed” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol sirkə kasasının sınığı, alın nahiyəsinin, burun əsasının, burun ucunun, burun qanadının, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin, sol bud nahiyəsinin, İ sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin dərialtı hematomaları, sağ diz oynağı nahiyəsinin və sağ bud nahiyəsinin qançırları, sol ayağın bayır topuğunun qançır-şişkinliyi kimi xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sağlamlığına AZ AĞİR zərər vurulmasına, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 isə postravmatik şok və qarın daxili qanaxma ilə müşayiət olunan dalağın, sol böyrəyin, mədəaltı vəz quyruq hissəsinin, hepatoduodenal bağ kənarının əyriliyinin seroz qişasının, böyük piyliyin, siqmavari bağırsaq müsariqəsinin cırılması, qaraciyərin səthi cırılmış yarası, peritonarxası hematoma, sol tərəfli V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalı yerdəyişən sınıqları, çənəaltı nahiyənin, burun ucunun, sol yanaq nahiyəsinin, üst dodağın dərisinin, sağ və sol əlin arxa səthlərinin, sol dirsək oynağı nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirməklə ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır. Sonuncu təxminən 2008-ci ildən etibarən özünə məxsus, lakin böyük bacısı X6 adına olan “Mercedes Benz-220” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili baş etibarnamə ilə idarə edir. Bundan əlavə öz avtomobilini adına olan “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Mahiyyəti üzrə deyə bilər ki, 01 yanvar 2023-cü il tarixdə gün ərzində onun ailəsi və qardaşının ailəsi ilə birlikdə öz şəxsi avtomobilləri ilə bacısı Leylagilin Novxanı bağlarında yerləşən evlərinə qonaq getmişdirlər. Günorta vaxtından axşam saat təxminən 20:30 qədər bağ evində olandan sonra oradan çıxıb hərəsi yaşadığı evinə gəkmək üçün şəxsi avtomobillərinə əyləşmişlər. Oradan çıxarkən qardaşı Hamlet özünü pis hiss etdiyindən ona məxsus “Mercedes Benz-220” markalı **-EF-*** d.q.n-lı avtomobilin sükanı arxasına o əyləşmişdir. Həmin avtomobildə o, ön sərnişin oturacaqında qardaşı Hamlet, arxa oturacaqda isə qardaşının həyat yoldaşı Şahid2 Rəfail qızı, xx.xx.2014-cü il təvəllüdlü övladları X15 və onun xx.xx.2018-ci il təvəllüdlü övladı X24 əyləşmişlər. Belə ki, mənzil başına çatmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Balaxanı yolu ilə üzü Sabunçu rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Hərəkətdə olduqları yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Belə ki, borular və buruqların olduğu yerin yaxınlığından keçən zaman əks istiqamətdə hərəkət zolağından hərəkətdə olduqları yola avtomobil çıxdığından o həmin avtomobilin sürücüsünə öz yoluna keçmək üçün ona uzaq işıqlarla işarə edib xəbərdarlıq etsə də, avtomobilin öz yoluna keçmədiyini görüb daha sonra toqquşmanın qarşısını almaq üçün sağa çəkib ehtiyyat torpaq sahəsinə qismən çıxdığından və avtomobilin sağ tərəfə aşma ehtimalı yarandığından, bunun qarşısını almaq üçün asfalt yola qayıtmaq məqsədi ilə sükanı sola burandan sonra hər iki avtomobil qabaq sol hissəsi ilə toqquşmuşdur, avtomobillərin hansı zolaqda toqquşduğunu artıq xatırlamır. Zərbənin təsirindən idarə etdiyi avtomobil dövriyyə vurub yolun sol hissəsinə torpaqlı ehtiyat hissəsinə torpaqlı ehtiyyat hissədə dam üstündə aşmışdır, markası sonradan ona məlum olan qara rəngli “Kia” markalı avtomobildə dövrüyyə vurub aşmadan qabağı Balaxanı qəsəbəsi istiqamətində yolun sol tərəfində torpaqlı ehtiyyat hissədə dayanmışdır. Hadisədən sonra yolda olan tanımadığı sürücülər avtomobildən çıxmağa onlara köməklik göstərmişdirlər, eləcədə arxasınca gələn “Mercedes-Benz” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən həyat yoldaşı X16 avtomobilini saxlayıb onlara köməklik etmişdir, o, gəlini Gülnarə, qızı, qardaşının qızı hadisənin şokunu keçirib və xəsarət aldığından yoldan keçən taksi avtomobili ilə evə gəlmişdirlər. İdarə etdiyi avtomobillə toqquşan “Kia” markalı avtomobildə olan sürücü və qadın sərnişinin hara və nə ilə getdiyini o görməmişdir. Qardaşı Hamlet isə hadisə yerində qalaraq polisin gəldiyini gözləmişdir. Hadisə anında hava yağmursuz, yol örtüyü isə asfalt betondan idi. O, və Gülnarənin səhərə kimi yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərin ağrıları keçmədiyindən məcbur olaraq səhəri gün X31 Xəstəxanasına tibbi yardım üçün müraciət etmişdirlər. O, həmçinin ifadəsində toqquşma baş verməmişdən əvvəl “KİA” markalı avtomobili idarə etdiyiniz “Mersedes” markalı avtomobilə münasibətdə neçə metr məsafədə qarşında gördüyünü dəqiq bilmədiyini,idarə etdiyi avtomobillə yolun sağ tərəfində olan ehtiyyatlı torpaq sahəsindən əsas yola qayıdan kimi anidən toqquşma baş verdiyini, baş vermiş hadisə zamanı qardaşı Hamlet sol diz nahiyəsindən və sol əlindən xəsarət aldəğından, o sol ayağından, döş qəfəsindən, qarın nahiyəsindən, sol topuqundan, gəlinləri Gülnarə baş və qarın nahiyəsindən xəsarət almışdır. Eləcə də, qardaşı qızı X15 və qızı X17 yüngül formada xəsarət almışdırlar, lakin onlar hər hansı bir tibb müəssisəsinə müraciət etmədikləri, hadisə baş verən gün 01 yanvar 2023-cü il tarixdə o, heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini, hadisə baş verən anda o avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini,qəsdən törədilmədiyini,ötmə əməliyyatı etmədiyini, heç kimin hadisədən sığortalanmadığını bildirmişdir. Əlavə olaraq idarə etdiyi nəqliyyat vasitəsinin hələ də ona və ya sahibinə qayhtarılmadığını bildirmişdir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən oğluna məxsus olan “Kia Ceed” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Bundan əlavə avtomobili adına olan “B, C, D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Mahiyyəti üzrə deyə bilər ki, 01 yanvar 2023-cü il tarixdə gün ərzində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov ünvanında yaşayan oğlu Bağırlı Elvin gilin evlərinə yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə idarə etdiyi avtomobil ilə qonaq getmişdirlər. Günorta vaxtından axşam saatlarına qədərə orada olduqdan sonra yaşadığı ünvana qayıtmaq üçün oradan çıxıb idarə etdiyi avtomobilə əyləşərək yola düşmüşdürlər. Yoldaşı Zərərçəkmiş şəxs2 ön sərnişin oturacağında əyləşmişdir. Belə ki, mənzil başına çatmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Balaxanı yolu ilə üzü Mehdiabad istiqamətində hərəkət etməyə başlamışdırlar. Həmin vaxt yol qaranlıq olduğundan o avtomobilin işıqlarını yandıraraq hərəkətə davam etmişdir. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Belə ki, həmin istiqamətdə saatda 50 km/saat sürətlə hərəkətdə olduğu zaman həmin yolda borular və buruqların olduğu yerin yaxınlığından keçən zaman onun hərəkət istiqamətinə gözlənilmədən yüksək sürətlə hərəkət edən bir avtomobil çıxmışdır və hər şey çox anidən baş verdiyindən həmin avtomobil ilə onun idarə etdiyi avtomibili toqquşmuşdur. Həmin avtomobil onun idarə etdiyi avtomobilin sol tərəfini vurmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil yolun torpaqlı ehtiyat hissəsinə çıxaraq sol yanı üstə çevrilmiş şəkildə qalmışdır. Hadisədən sonra yolda olan tanımadığı sürücülər avtomobildən çıxmağa onlara köməklik göstərmişdirlər. Avtomobildən endikdən sonra həmin avtomobilin onlardan bir xeylı qabağda dövrüyyə vurub torpaqlı sahəyə çıxaraq orada dayandığını görmüşdür. Hadisə zamanı yoldaşım İradə belinin sındığını ona bildirmişdir. O, özünü həmin vaxt o qədər də, pis hiss etmədiyindən orada olan şəxslərə İradəni xəstəxanaya aparmalırını bildirmişdir və özü avtomobilin yanında qalmişdır. Oğlu Elvinə baş vermiş hadisə barəsində məlumat vermişdir. Orada bir qədər dayandıqdan sonra onunda halı pisləşməyə və bədənimdə ağrılar hiss etməyə başlamışdır. Oğlu Elvin ora çatdıqdan sonra onu orada olan şəxslərin birinin avtomobili ilə xəstəxanay aparmışdır. Həmin vaxt qəzanı törədən avtomobildən hər hansı bir sürücü və yaxud sərnişin orada onlara yaxınlaşmamışdır və hadisənin kimin törətdiyi onlara naməlum olaraq qalmışdır. Sonradan həmin avtomobilin Mercedes Benz-220” markalı **- EF-*** dövlət qeydiyyat nömrəli qara rəngli avtomobil olması və Təqsirləndirilən şəxs tərəfindən idarə olunması bizə məlum olmuşdur. Bildirmək istəyir ki, hadisə baş verən vaxt hava yağmursuz, yol örtüyü isə asfalt betondan idi. Toqquşma baş verməmişdən əvvəl “KİA” markalı avtomobili idarə etdiyi avtomobilə münasibətdə neçə metr məsafədə qarşısında gördüyünü dəqiq bilmədiyini, avtomobili idarə edərkən spirtli içki və ya hər hansı bir digər güclü təsir edici vasitə qəbul etmədiyini, bildirmək istəyir ki, hadisə baş verən anda o avtomobili təxminən 50 km/saat sürətlə idarə etdiyini, vurulduğu anda onun üçün təhlükə yaranmışdır, həmin avtomobil onun qarşısına çıxanda təqribən aralarında 2- 3 metr məsafə olmuşdur və zənnincə həmin avtomobil ötmə əməliyyatını düzgün etməmiş və onunla toqquşmuş, onun üçün təhlükədə aralarında olan 2-3 metr məsafədən yarandığını bilmişdir. 02 dəfə qarşı tərəfin barışmaq üçün adam göndərdiyini və əksinə onu hirsləndirdiklərini bildirmişdir.”Xalq Sığorta” 5000 manat ödəmişdir. Barışıq üçün göndərilən adam “3000 manat pul veririk sizə və nə siz bizi nə də biz sizi tanımırıq” söyləmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə yanaşı, 264-cü maddəsi ilə də tövsif olunmasını, ona dəyən xərcin ödənilməsini, mülki iddianın təmin edilməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra hadisə yerindən yayındığını, hətta həmin vaxt çox güman ki onun deyil, nəqliyyat vasitəsini qardaşı və ya başqa birinin idarə etdiyini qeyd etmişdir. Əlavə olaraq hadisə vaxtı idarə etdiyi nəqliyyat vasitəsinin yararsız hala düşdüyünü və istintaq orqanı tərəfindən avtomobil ona qaytarıldıqdan sonra 2800 manata satdığını bildirmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yavaş-yavaş gəldikləri zaman birdən maşına nəyinsə dəydiyini hiss etmişdir.Nə oduğunu anlamamışdır.Toqquşma anını görməmişdir.Şahin ondan necə olduğunu soruşmuşdur.O isə tində olduğunu, amma tərpənə bilmədiyini, belində nə isə olduğunu söyləmişdir. Onu maşından çıxardaraq yerə uzatmışdırlar.Yerin buz olduğunu, soyuqdan əsdiyini bildirmişdir. Orada gəlin və uşaqlar olmuşdur. Ona su vermişdirlər. Əsməyinin səbəbinin soyuqdan və ya həyəcandan olduğunu anlamamışdır. Ağrıdığını, çanağında iki yerdə sınıq olduğunu bildirmişdir.Onu bir nəfər oğlan xəstəxanaya aparmışdır.Xəstəxanada onu snimka etmişdirlər.Şahin onun telefonu ilə oğluna zəng etmişdir. Elvin Şahini başqa bir maşın ilə xəstəxanaya gətirmişdir. Orada qeyd olunub ki, o, kəllə-beyin travması almış və ciyəri deşilmişdir. Bəlkə də buna görə o, çox şeyi xatırlamırdı. Ondan sonra o, iyirmi neçə gün, bir ay xəstəxanada qalmışdır. Şahinin ağ ciyərinə hava qaçmışdı deyə o, komada olmuşdur. Onlar doqquz aydır ki, işləmirlər. Borcun içində olduqlarını bildirmişdirlər.Təqsirləndirilənin isə işlədiyini, salamat olduğunu, yaxşı maaş aldığını bildirmişdir. Təqsirləndirilən xəstəxanaya gələrək onun oğluna bilmirdiz bura bahalı yerdir, nəyə gətirdiniz bura demişdir. Oğlunun borc taparaq atasını müalicə elətdirdiyini bildirmişdir.Sadəcə o, işləyir. Üç aydan sonra axsaya-axsaya işə çıxdığını bildirmişdir. O, bağçada işləyir. 350 manat maaş alır. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X1 Jalə Şakir qızının qohumlarının onlara qarşı hörməətsizlik etdiyini, barışığa hazır olmalarına, onların qohumlarını hörmətlə qarşılamalarına baxmayaraq təqsirləndirilən şəxsin yaxınlarının və özünün dəymiş ziyanı ödəmək istəmədiklərini bildirmişdir. Həmçinin əlavə olaraq Təqsirləndirilən şəxs hadisə yerindən yayındığını və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə tövsif edilməli olduğunu qeyd etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə gün ərzində ailə və yaxın qohumları ilə birlikdə Novxanı bağlarında qohumlarının bağ evində qonaq olandan sonra saat 20:30 radələrində bağ evindən çıxıb yaşadığı Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” qəsəbəsinə qayıtmaq üçün Binəqədi rayonu, Mehdiabad- Balaxanı yolu ilə üzü Sabunçu rayonu istiqamətində hərəkət etməyə başlamışdılar. Bağdan çıxanda özünü pis hiss etdiyindən avtomobilini bacısı Təqsirləndirilən şəxs idarə edirdi, özü qabaq sərnişin oturacağında, həyat yoldaşı Şahid2 Rəfail qızı, xx.xx.2014-cü il təvəllüdlü qızı X15 və bacısı Jalənin qızı xx.xx.2018-ci il təvəllüdlü X24 isə arxa sərnişin oturacağında əyləşmişdirlər. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Belə ki, borular və buruqların olduğu yerin yaxınlığından keçən zaman əks istiqamətli hərəkət zolağından hərəkətdə olduqları yola avtomobil çıxdığından bacısı Jalə ona uzaq işıqlarla işarə edib daha sonra toqquşmanın qarşısını almaq üçün avtomobili sağa çəkib ehtiyyat torpaq sahəsinə çıxıb daha sonra asfalt yola qayıtmaq üçün sükanı sola burduğundan hər iki avtomobil qabaq sol hissəsi ilə toqquşmuşdur, avtomobillərin hansı zolaqda toqquşduğunu dəqiq xatırlamır. Zərbənin təsirindən avtomobil dövriyyə vurub yolun sol hissəsinə torpaqlı ehtiyyat hissədə dam üstündə aşmışdır, markası sonradan ona məlum olan qara rəngli “Kia-Rio” markalı avtomobildə dövrüyyə vurub aşmadan qabağı Balaxanı istiqamətində yolun sol tərəfində torpaqlı ehtiyyat hissədə dayanmışdır. Hadisədən sonra yolda olan tanımadığı sürücülər avtomobildən çıxmağa onlara köməklik göstərmişlər, eləcədə arxasınca gələn “Mersedes-Benz” markalı **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən yeznəsi X16 avtomobilini saxlayıb onlara köməklik etmişdir, bacısı Jalə, yoldaşı Gülnarə, qızı, bacısının qızı hadisənin şokunu keçirib və xəsarət aldığından yoldan keçən taksi avtomobili ilə evə yola salınmışlar. Eləcədə Jalənin idarə etdiyi avtomobillə toqquşan “Kia-Rio” markalı avtomobildə olan sürücü və ya sərnişinin hara və nə ilə getdiyini o, görməmişdir. O, isə hadisə yerində qalaraq polisin gəldiyini gözləmişdir, ilk öncə hadisə yerinə yol polisi, daha sonra Sabunçu polisi gəlmiş və sonda Binəqədi RPİ-nin əməkdaşları gələrək zəruri sənədləşdirmə işləri aparmışdırlar. Hadisə anında hava yağmursuz, yol örtüyü isə asfaltbetondan idi.O, həmçinin ifadəsində baş vermiş hadisə zamanı sol diz nahiyəsindən və sol əlindən xəsarət aldığınır, eləcədə bacısı Jalə sol ayağından və döş qəfəsindən, yoldaşı Gülnarə baş və qarın nahiyəsindən xəsarət aldığını, növbəti günü səhər X31 xəstəxanasına müraciət etdiklərini, eləcədə qızı X15 və bacısı Jalənin qızı X17 yüngül formada xəsarətlər aldıqlarını, lakin hər hansı bir tibb müəssisəsinə müraciət etmədiklərini, bacısı Təqsirləndirilən şəxs avtomobili idarə edərkən spirtli içki və ya hər hansı bir digər güclü təsir edici vasitə qəbul etmədiyini, bacısı Təqsirləndirilən şəxs hadisə baş verən anda avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Polis əməkdaşları hadisə yerinə gələn zaman bacısı Təqsirləndirilən şəxs hadisəni törətməsi barədə onlara məlumat verdiyini bildirmişdir. Bacısı da hadisə zamanı xəsarət aldığından və hadisənin təsirində olduğundan nəqliyyat vasitəsində olan və xəsarət alan digər şəxslərlə birlikdə evə getdiyi, bacısının şəxsi məlumatlarını təhqiqatçıya verdiyini əlavə etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid2 Rəfail qızı 01 yanvar 2023-cü il tarixdə gün ərzində ailə və yaxın qohumları ilə birlikdə Novxanı bağlarında qohumlarının bağ evində qonaq olandan sonra saat 20:30 radələrində bağ evindən çıxıb yaşadığı Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” qəsəbəsinə qayıtmaq üçün Binəqədi rayonu, Mehdiabad- Balaxanı yolu ilə üzü Sabunçu rayonu istiqamətində hərəkət etməyə başlamışdılar. Yoldaşı bağdan çıxanda özünü pis hiss etdiyindən avtomobili yoldaşının bacısı Təqsirləndirilən şəxs idarə edirdi, həyat yoldaşı qabaq sərnişin oturacağında, özü , xx.xx.2014-cü il təvəllüdlü qızı X15 və Jalənin qızı xx.xx.2018-ci il təvəllüdlü X24 isə arxa sərnişin oturacağında əyləşmişdirlər. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Belə ki, borular və buruqların olduğu yerin yaxınlığından keçən zaman əks istiqamətli hərəkət zolağından hərəkətdə olduqları yola avtomobil çıxdığından Jalə uzaq işıqlarla işarə edib daha sonra toqquşmanın qarşısını almaq üçün avtomobili sağa çəkib ehtiyat torpaq sahəsinə çıxıb daha sonra asfalt yola qayıtmaq üçün sükanı sola burduğundan hər iki avtomobil qabaq sol hissəsi ilə toqquşmuşdur, avtomobillərin hansı zolaqda toqquşduğunu dəqiq xatırlamır. Zərbənin təsirindən avtomobil dövriyyə vurub yolun sol hissəsinə torpaqlı ehtiyyat hissədə dam üstündə aşmışdır, markası sonradan ona məlum olan qara rəngli “Kia-Rio” markalı avtomobildə dövrüyyə vurub aşmadan qabağı Balaxanı istiqamətində yolun sol tərəfində torpaqlı ehtiyyat hissədə dayanmışdır. Hadisədən sonra yolda olan tanımadığı sürücülər avtomobildən çıxmağa onlara köməklik göstərmişlər, eləcədə arxasınca gələn “Mersedes-Benz” markalı **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən yeznəsi X16 avtomobilini saxlayıb onlara köməklik etmişdir. Onlar hadisənin şokunu keçirib və xəsarət aldığından yoldan keçən taksi avtomobili ilə evə yola salınmışlar. Eləcədə Jalənin idarə etdiyi avtomobillə toqquşan “Kia-Rio” markalı avtomobildə olan sürücü və ya sərnişinin hara və nə ilə getdiyini o, görməmişdir. Hadisə anında hava yağmursuz, yol örtüyü isə asfalt-betondan idi.O, həmçinin ifadəsində baş vermiş hadisə zamanı yoldaşının sol diz nahiyəsindən və sol əlindən xəsarət aldığını, eləcədə Jalənin sol ayağından və döş qəfəsindən,özünün isə baş və qarın nahiyəsindən xəsarət aldığını, növbəti günü səhər X31 xəstəxanasına müraciət etdiklərini, eləcədə qızı X15 və Jalənin qızı X17 yüngül formada xəsarətlər aldıqlarını, lakin hər hansı bir tibb müəssisəsinə müraciət etmədiklərini, bacısı Təqsirləndirilən şəxs avtomobili idarə edərkən spirtli içki və ya hər hansı bir digər güclü təsir edici vasitə qəbul etmədiyini, Təqsirləndirilən şəxs hadisə baş verən anda avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş şahid X20 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin Təhqiqat şöbəsində baş təhqiqatçı kimi fəaliyyət göstərir. İfadəsində bildirmişdir ki, hadisənin əvvəlcə Sabunçu ərazi dairəsində baş verməsi müəyyən edilmiş daha sonra isə hadisənin baş verdiyi ərazinin Sabunçu inzibati ərazisinə deyil, Binəqədi inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Sonradan 102 xidməti tərəfindən məlumat Binəqədi RPİ-yə ötürülmüşdür. Məlumatı qəbul edən kimi hadisə yerinə getmişdir. Hadisə Mehdiabad-Balaxanı yolunda olmuşdur. Hadisə nəticəsində “Kia” markalı avtomobilin sürücüsü və sərnişini yaralanmışdır. Hadisə yerində olan bir nəfər kişi, qadın sürücünün stress keçirtdiyini və bacısı olduğunu bildirmiş və zəruri sənədləri təqdim etmişdir. Hadisə yerinə gedən zaman Təqsirləndirilən şəxs orada görməmişdir.O, sonradan Təqsirləndirilən şəxs izahatını almışdır. Təqsirləndirilən şəxs demişdir ki, xəsarət alıb və özünü pis hiss edib buna görə hadisə yerindən getməli olub. Təqsirləndirilən şəxs hadisədən 2 saat sonra oranı tərk etdiyini, ilk dəfədir başına belə bir iş gəldiyini, hadisənin 9-a qalmış baş verdiyini, camaatın köməkliyi ilə əks tərəfə çəkildiyini, təxminən həmin gün saat 22:30 radələrində hadisə yerini tərk etdiyini, qardaşının orada olduğunu, onun sənədlərini və sürücülük vəsiqəsini təhvil verdiyini bildirmişdir. Həmin şəxs hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsləri hadisə yerində qoyaraq oranı tərk etmişdir. Yalnız bir gün sonra müayinəyə getmiş, hadisədən sonra zərərçəkmiş şəxs çox ağır vəziyyətdə olduğunu bildirmiş, avtomobillər yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil dayanacağa yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Binəqədi RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış və icraata qəbul edilmişdir. 02 iyun 2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Rovşən Cavadov iş yerini dəyişməsi ilə əlaqədar cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsinin digər müstəntiqə həvalə edilməsi barədə raportla müraciət etmişdir. 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin CM-in maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə B1B kateqoriyalı, BA010045№-li sürücülük vəsiqəsi verilmiş, xx.xx.2031-ci ilədək etibarlıdır, Zərərçəkmiş şəxs1 adına xx.xx.2022-ci il tarixdə B1,B,C1,C,D1,D kateqoriyalı, BB703556 №-li sürücülük vəsiqəsi verilmiş, xx.xx.2031-ci il tarixədək etibarlıdır, hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmamışdır. AB 285531 №-li Nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadnaməsindən görünür ki, 1994-cü il buxılışlı qara rəngli Mersedes Bens 220 minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. AD 857478 №-li nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadnaməsindən görünür ki, 2007-cü il buxılışlı KİA Ceed markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil X18 məxsusdur. ƏN-İİ ******* № li xx.xx.2003-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, Mersedes Bens C220 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarət etmək hüququ X13 tərəfindən X7 etibar edilmişdir. **********007 №-li xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, KİA Ceed markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarət etmək hüququ X25 tərəfindən Zərərçəkmiş şəxs1 etibar edilmişdir. “URUD” firmasının mütəxəsislərinin verdiyi 24 iyul 2023-cü il tarixli qüsur aktından görünür ki, “Mersedes Benz C” markalı minik ** EF *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1994-cü il mühərrik nömrəsi “WDB2020221A229088 olan qara rəngli avtomaşına texniki baxış keçirilmiş, avtomobilin zədələnməsi nəticəsində 8330 (səkkiz min üç yüz otuz ) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperi X3 xx.xx.2023-cü il tarixdə tərtib etdiyi arayışdan görünür ki, “Kia Ceed” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri cəmi 10088 (on min səksən səkkiz) manat tələb olunur. “Mersedes Benz C” markalı minik ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia Ceed” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. Şahid1 Binəqədi RPİ-nin adına ərizə ilə müraciət edərək ona məxsus “Mersedes Benz C” markalı minik ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı bacısı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-57/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 20:30 dəqiqədən xx.xx.2023-cü il saat 24:00-a qədər daxil olan və çıxan zənglər, SMS mətnlər, habelə qeyd olunan müddət ərzində zənglər qəbul edilərkən və həmin nömrələrdən zənglər edilərkən abonentin hansı əhatə dairəsində olması (anten dairəsinin) barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün qərarın icrası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin, sol əlin İ barmağının, sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Vət.H.Ş .Qaracayevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarmı nəzərə alaraq alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər -sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sol ayaq pəncəsinin, sol topuq nahiyəsinin, sol daban nahiyəsinin qançırları, sol çənəaltı nahiyənin, sağ dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Vət.J.Ş. Qaracayevanm bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər.Vət.Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “X31” PHŞ-nə müraciət edərkən ona “Döş qəfəsinin və qamın küt travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnoz məhkəmə-tibbi müayinə zamanı xəsarətlərin obyektiv əlamətləri (qançır, sıyrıq və s.) ilə təsdiq olunmadığından həmin diaqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 17 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Şahid2 Rəfail qızının bədən səthində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin, sağ göz qapaqları və sağ gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ əlin arxa səthinin qançırlı sıyrıqları, sol baldır nahiyəsinin qançırlı sıyrığı, alın nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin ön səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.Vət.Şahid2nm bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. G.R. Qaracayeva xx.xx.2023-cü il tarixdə “X31” PHŞ-nə müraciət edərkən ona “Döş qəfəsinin və qarnın küt travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnoz məhkəmə-tibbi müayinə zamanı xəsarətlərin obyektiv əlamətləri (qançır, sıyrıq və s.) ilə təsdiq olunmadığından həmin diaqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, Azyaşlı M.E.Hüseynlinin bədən səthində səthində aşkar olunmuş-alın nahiyəsində, sağ gicgah nahiyəsinin və sağ üst göz qapağının sıyrıqları bərk küt əşyanın (əşyaların təsirindən müayyinədən 3-4 gün əvvəl əmələ əlmişdirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur. Azyaşlı M.E. Hüseynlinin bədən səthində aşkar olunmuş xəsarətlərin və lokalizalarınnı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 19 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü X9 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ qulaq seyvanı nahiyəsinin sıyrığı, sol baldır nahiyəsinin və sağ diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərərvurnayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Azyaşlı A.H.Qaracallının bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1-postravmatik şok və qarın daxili qanaxma ilə müşayiət olunan dalağın, sol böyrəyin, mədəaltı vəz quyruq hissəsinin, hepatoduodenal bağ kənarın min əyriliyin seroz qişasının, böyük piyliyin, siqmavari bağırsaq müsariqəsinin cırılması, qaraciyərin səthi cırılmış yarası, peritonarxası hematoma, sol tərəfli V,Vİ,Vİİ,Vİİİ,İX qabırğaların qapalı yerdəyişən sınıqları, çənəaltı nahiyənin, burun ucunun, sol yanaq nahiyəsinin, üst dodağın dərisinin, sağ və sol əlin arxa səthlərinin, sol dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X33” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 22:25-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddirlər.Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər-sol sirkə kasasının sınığı, alın nahiyəsinin, buran əsasının, burun ucunun, burun qanadının, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin dərialtı hematomaları, sağ diz oynağı nahiyəsinin və sağ bud nahiyəsinin qançırları, sol ayağın bayır topuğunun qançır- şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X33” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 22:20-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi üzrə 04 may 2023-cü il tarixli, 8/846 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C220 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2023-ci tarixli tarixli “hadisə yerinə baxış protokolu”ndan, sxemdən və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdabad- Balaxanı yolunda, yol nəqliyyat hadisə Mehdabad-Balaxanı istiqamətindəki yolda baş vermişdir. Yol asfalt örtüklü olmaqla, quru və düzdür, yolun sağ və sol hissəsində torqaqlı ehtiyat hissələri vardır. Yol üzərində tormoz izləri yoxdur, yolun asfalt örtüyün ümumi eni 10 metr, hərərəkət zolağının sayı 2, hərəkət zolaqların eni 5 metr, sağ ehtiyat hissənin eni 2 metr, sol ehtiyat hissəsinin eni 2 metrdir. xx.xx.2023-ci tarixli tarixli “hadisə yerinə baxış protokolu”ndan və sxemdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdabad-Balaxanı yolunda, yol nəqliyyat hadisə Mehdabad-Balaxanı istiqamətindəki yolda baş vermişdir. Yol asfalt örtüklü olmaqla, quru və düzdür, yolun sağ və sol hissəsində torqaqlı ehtiyat hissəsi vardır.Yol üzərində tormoz izləri yoxdur, yol örtüyün ümumi eni 10 metr, hərərəkət zolağının sayı 2, hərəkət zolaqların eni 5 metr,sağ ehtiyat hissənin eni 2 metr, sol ehtiyat hissəsinin eni 2 metrdir. Binəqədi RPİ-nin növbətçi hissəsinə Bakı şəhəri, Binəqədi rayonu, Mehdabad-Balaxanı yolunda “Kia Ceed markalı, 99VG 821 d.q.n. və “Mersedes Benz” markalı **-EF-*** dövlər qeydiyyat nişanlı avtomobillərin toquşması və xəsarət alanaların olması ilə bağlı daxil olmuş məlumat əsasında günün işıqlı vaxtında hadisənin baş verdiyi ünvana gəldim. Yolun mərkəzi hissəsinə əks istiqamətdə hərəkət zolağında ayıran 1.1 ayırıcı nişanlanan xətlət çəkilibdir. Yolun üzərində hər hansı bir yol nişanı işıqfor və ya vidio kamera qurğusu yoxdur. Baxış zamanı məlum olmuşdur ki, toqquşma baş vermiş ərazidə nəqliyyat vasitələrinin istiqamətləri iki tərəflidir ,hər iki istiqamətdə üzrə bir hərəkət zolağı vardır. Hadisə yerini təkrar günün işıqlı vaxtında müayinəsi zamanı müəyyən olunmuşdur ki, toqquşma hadisəsi yolun Mehdiabad istiqamətində olmuşdur. Həmin istiqamətdə yolun hərəkət hissəsində yenə avtomobillərə məxsus ehtiyat hissələin qırıqları yağ maye və şüşə qırıntıları dağılmışdır, eləcədə yolun mərkəz hissəsində kənarında 1 metr məsafədə asfaltın üzərində iki avtomobillərin toqquşması xarakterik cızıq izləri vardı.Yolun əks istiqamətində üzü Balaxanı qəsəbəsi istiqamətində olan yolda hər hansı bir toqquşmaya xarakterik izlər aşkar edilmədi.Bununla da hadisə yerinə təkrar müayinə başa çatdı. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto-cədvəldən görünür ki, 2007-ci il buraxılışlı qara metallik rəngli Kia Ceed markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən- sol qapısı, sol qabaq qanadı, kapotun sol qabaq hissəsi, avtomobilin sol qabaq diski və şinində zədə izləri vardır, qabaq buferin sol hissəsi zədədənlənmişdir və qopub salanmış vəziyyətdədir, ön alın şüşəsinin sol hissəsi zədələnmişdir, avtomobilin təhlükəzlik yastıqları açılmışdır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto-cədvəldən görünür ki, 1994 cü il buraxılışlı qara rəngli Mersedes Bens C220 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən- avtomobilin damı batmışdır, avtomobilin ön alın və arxa şüşələrinin sınmış vəziyyətdədir, avtomobilin sol qabaq və arxa qapısı qapısı əzilmiş vəziyyətdədir, avtomobiin ön hissəsi tam əzilmiş vəziyyətdədir, sol qabaq qanadı, sol yan güzgüsü, kapotun sol qabaq hissəsi, avtomobilin üzərində olan disklər və şinlərində zədə izləri vardır, qabaq buferin sol hissəsi zədədənlənmişdir və qopub salanmış vəziyyətdədir, ön alın şüşəsinin sol hissəsi zədələnmişdir, avtomobilin təhlükəzlik yastıqları açılmışdır. “Səhiyyə Nazirliyinin Respublika X23 Hüquqi şəxs”in xx.xx.2023-cü il tarixli, 2/202 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X21, xx.xx.2018-ci il təvəllüdlü X24 adlı iki azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 582/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Xəstəlik tarixindən çıxarışdan və qaimə fakturadan görünür ki, Zərərçəkmiş şəxs1 sağlamlığının pozulması nəticəsində müalicəsi üçün 32419,55 manat pul ödənilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun tərəfindən törədilmiş cinayət əməli nəticəsində müalicə xərci kimi 32419,55 manat məbləğində, avtomobilinə dəymiş ziyan kimi 10088 manat maddi ziyan, mənəvi olaraq 10000 manat, dövlət rüsumu olaraq 150.26 manat olmaqla, cəmi 52507,55 manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsini xahiş etmişdir. "xxxx"MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd cd diskə baxış keçirilən zaman cinayət işin obyektiv araşdırması üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Həmçinin məhkəmə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilməli olması ilə arqumentlərinə dair onu bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli qərarına əsasən şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs obyektiv səbəblərdən hadisə yerində sona qədər qala bilməsə də qardaşı X4 hadisə yerində qalması, hadisəni törədən şəxs olan bacısı barədə məlumatları tətqiqatçıya təqdim etməsi onun əməlinin hadisə yerindən qaçma kimi tövsif edilməsini istisna edir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-1-ci maddəsinin sanksiyası həddində ona nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1, mənzil 62 ünvanı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “KİA CEED” markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C” markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi X8 qaytarılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasında sağlamlığının pozulması nəticəsində müalicəsi üçün 32419,55 manat məbləğində maddi ziyan dəydiyini göstərməklə həmin müraciətinə ödəniş qəbzlərini sübut kimi əlavə etmişdir. Məhkəmə mülki iddianın nəqliyyat vasitəsinə vurulmuş 10088 manat məbləğində ziyanın 5088 manat hissəsində tutulmasını ona görə əsaslı hesab edir ki, sığortta şirkəti tərəfindən nəqliyyat vasitəsinə vurulmuş ziyanın 5000 manat məbləğində hissəsi artıq Zərərçəkmiş şəxs1 ödənilmişdir. Buna göörə məhkəmə 10088 manat məbləğində pul tələbinin 5000 manatını artıq ödənilmiş hesab etməklə, qalan 5088 manat məbləğində pulun cavabdehdən tutulmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Plenum qərarının 4-cü bəndinə görə, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 6-cı bəndinə əsasən, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmçinin jhəmin qərarda plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərara əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində onun tərəfindən törədilən cinayət əməli nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı ) Zərərçəkmiş şəxs1 ciddi bədən xəsarətləri almasını, yaşı nəzərə alınmaqla onun fiziki iztirablar keçirtməsini ona mənəvi zərərin vurulmasını təsdiq edən hal kimi qiymətləndirməklə, məhkəmə tərəfindən iddia ərizəsinin mənəvi zərərə münasibətdə qismən təmin olunmasını və həmin zərərin 3000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3-cü bəndinə görə iddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 150,26 manat təşkil edir. Yuxarıda qeyd edilən normanın tələbinə uyğun olaraq iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 150,26 manat puldan 130,26 manat məbləğ mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət işi üzrə sağlamlığa vurulmuş ziyana görə 32419,55 manat, nəqliyyat vasitəsinə dəymiş ziyana görə 5088 manat, vurulmuş mənəvi ziyana görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 130,26 manat olmaqla, ümumilikdə 40637,81 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1, mənzil 62 ünvanı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət işi üzrə sağlamlığa vurulmuş ziyana görə 32419,55 manat, nəqliyyat vasitəsinə dəymiş ziyana görə 5088 manat, vurulmuş mənəvi ziyana görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 130,26 manat olmaqla, ümumilikdə 40637,81 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C” markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi X8 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış “KİA CEED” markalı ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-57/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-57/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver