Məhkəmə qərarları › İş №1(001)-577/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-577/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-577/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Yusif qızının, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Cəbrayıl rayonu, Stansiya Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Cəbrayıl rayonu, Stansiya Mahmudlu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, X11, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Yusif qızınun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Elnur Allahverdiyevi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Ağdam rayon X6 Hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq buna inandırdıqdan sonra Zərərçəkmiş şəxs qohumu Şahid vasitəsi ilə göndərdiyi 5000 manat pulu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında və 6500 manat pulu xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “Tərlan” şadlıq sarayının qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Yusif qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, qohumu Sadıqova Nahidənin vasitəsi ilə tanımışdır. Belə ki, sonuncu Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə laborant vəzifəsində çalışır və Zərərçəkmiş şəxs də Ağdam rayonu, Quzanlı kəndində ət mağazasını işlədir. Zərərçəkmiş şəxs ona oğlu Elnurun işsiz olduğunu və sonuncunu AR FHN-nin Ağdam rayon X6 Hissəsinə yanğısöndürən vəzifəsinə işə düzəltmək istədiyini bildirmişdir. O, da Əyyuba jurnalistika sahəsində işlədiyini, geniş əlaqələrinin olduğunu və oğlunun işə düzəlməsində Əyyuba köməklik gösətərə biləcəyini demişdir. Əyyub ondan xahiş etmişdir ki, bu məsələ ilə məşğul olsun. Bir neçə müddətdən sonra o, Əyyubu görəndə demişdir ki, oğlunun işini düzəldə bilər, lakin bu işi görmək üçün 12000 manat məbəlğində pul lazım olacaqdır. Zərərçəkmiş şəxs də həmin məbləğin çox olduğunu ona dedikdə, o, Əyyuba həmin məbləğdən 500 manat məbləğində pul keçə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ona inanıb razılaşmışdır, pulu hissə-hissə göndərəcəyini demişdir və sonra o, Bakı şəhərində olanda Əyyubla danışdır. Əyyub xx.xx.2019-cu il tarixdə ilk məbləq kimi qohumu olan taksi sürücüsünün vasitəsi ilə 5000 manat məbləğində pulu ona göndərmişdir. Araşdırma zamanı həmin pulu gətirən şəxsin Şahid olduğunu bilmişdir. Əyyubun göndərdiyi həmin 5000 manat məbləğində pulu Şahid Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında götürmüşdür, ikinci dəfə isə xx.xx.2019-cu il tarixdə Əyyubun göndərdiyi 6500 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında həmin taksi sürücüsü Şahid götürmüşdür. Beləliklə o, Zərərçəkmiş şəxs ümumilikdə 11500 manat məbəlğində pul almışdır. Lakin həmin ərəfələrdə həyat yoldaşı xəstə olduğundan, həmin pulları xərcləmiş, Zərərçəkmiş şəxs oğlu Elnuru işə düzəltməyə çalışmamış, sonra pulunu da qaytara bilməmişdir. Hazırda o, öz əməlinə görə peşimandır və Əyyubun pulunu qaytarmaq istəyir. Zərərçəkmiş şəxs məxsus pulu dələduzluq yolu ilə ələ keçirməyisində X1 iştirakı olmamışdır. Nahidə onları tanış etsə də, onun cinayət əməlində heç bir marağı və iştirakı olmamışdır. Həmin cinayəti o, özü tək törətmişdir. Digər hər hansı bir şəxs də onun cinayətində iştirak etməmişdir. Bildirir ki, Zərərçəkmiş şəxs heç kimə rüşvət vermək məqsədi olmayıb, Əyyub ondan belə xahiş etməyib, o, da Əyyuba hər hansı bir konkret vəzifəli şəxsə rüşvət verəmək lazım olacağı barədə deməmişdir, ümumiyyətlə bununla bağlı aralarında heç bir söhbət və ya razılaşma olmamışdır. Onun Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyində hər hansı bir tanışı yoxdur, bu və ya digər Dövlət orqanlarında kimi isə işə düzəltmək üçün hər hansı bir əlaqəsi və imkanı yoxdur. Zərərçəkmiş şəxs oğlunu da işə düzəldə bilməzdi, ona sadəcə pul lazım olduğundan Zərərçəkmiş şəxs aldadıb pulunu almışdır. Yəni o, Zərərçəkmiş şəxs oğlunun işini düzəldəcəyini vəd edərək pulunu alanda əvvəlcədən bilirdi ki, sonuncu üçün heç bir iş düzəldə bilməyəcəkdir. Hadisə vaxtı o, özünü hər hansı bir vəzifəli şəxs kimi təqdim etməmiş, Əyyuba hər hansı bir konkret vəzifəli şəxslə yaxın münasibətdə olmağını deməmiş, ümumiyyətlə hansı isə vəzifəli şəxsin adını çəkməmişdir. O, sadəcə özünü dövlət orqanlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək Əyyubu buna inandırmış, sonuncu da ona inanaraq 11500 manat pulunu ona taksi sürücüsü olan əmisi oğlu Bəxtiyar vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs oğlunu Dövlət orqanına işə düzəldənədə hər hansı bir sənədini almamışdır. O, Cəbrayıl rayonunda qeydiyyatdadır, əvvəl Səbail rayonu, Badamdar qəsəbəsində yaşamış, son dövrdə isə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinin X7 yaşayır. Başqa cinayət əməlləri törətməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, hal-hazırda dəymiş ziyanı tam olaraq ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 işlətdiyi mağazanın müştərisi kimi tanımış, sonuncu Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə laborant vəzifəsində çalışır və müştərisi kimi onunla yaxşı münasibəti yaranmışdır. O, bir dəfə 2019-cu ilin yanvar ayında Nahidə ilə söhbət edəndə oğlu Elnur Allahverdiyevin işsiz olduğunu, oğluna iş axtardığını bildirmişdir və Nahidə də ona Təqsirləndirilən şəxs kimi uzaq qohumunun olduğunu, həmin xanımın jurnalistika sahəsində işldiyini və geniş əlaqələrinin olduğunu bildirib, Ülviyyənin mobil nömrəsini ona vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır və oğlu Elnuru AR FHN-nin Ağdam rayonu filialına yanığın söndürən vəzifəsinə düzültəmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da bu məsələni həll edə biləcəyini və bu işlə bağlı ona sonradan zəng edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə söhbət edtikdən təxminən 20 gün sonra, Təqsirləndirilən şəxs ona zəng edərək, oğlu Elnurun iş məsələsini AR FHN-də danışdığını və bu işin həlli üçün cəmi 12000 manat məbəlğində pul lazım olacağını bildirmişdir. O, isə Təqsirləndirilən şəxs həmin məbləğin çox olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 500 manat məbləğində pulu ona keçə biləcəyini demiş və o, 11500 manat verəcəyi ilə razılaşmışdır, demişdir ki, pulu hissə-hissə verəcəkdir və Ülviyyə bununla razılaşmışdır. Danışıqlarəna əsasən xx.xx.2019-cu il tarixdə 5000 manat məblğində pulu taksi sürücüsü olan əmisi oğlu Şahid vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Bəxtiyar aparıb həmin pulu Bakı şəhərində Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır və sonunucu ona həmin məbləğin çatdığını bildirmişdir. Təxminən bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək, onunla Bakı şəhəri ərazisində görüşmək istədiyni bildirmişdir. O, Bakı şəhərinə gəlmişdir, AR FHN-nin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Danışıq zamanı o, Təqsirləndirilən şəxs oğlunu AR FHN-nin Ağdam rayonu filialına işə yanğın söndürən vəzifəsinə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona oğlu Elnurun işinin həll olunacağını, lakin, qalan 6500 manat məbləğində pulu da vermək lazım olduğunu bildirmişdir. O, isə Ülviyyəyə həmin pulu yaxın vaxtlarda göndərəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı Ağdam rayonuna qayıtmışdır və xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs yenidən qohumum Şahid vasitəsi həmin 6500 manat məbəlğində pulu yollamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır və sonunucu ona həmin 6500 manat məbləğində pulun ona çatdığını bildirmişdir. Bundan sonrakı günlərdə o, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə bir neçə dəfə Bakı şəhəri ərazisində görüşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ona müxtəlif bahənələr gətirərək, oğlu Elnuru işə düzəltməmişdir və verdiyi 11500 manat məbəlğində pulunu da qaytarmamışdır. Sonda isə Ülviyyə ümumiyyətlə zənglərinə cavab verməmişdir. O, da bundan sonra məcbur qalıb hüquq-mühafizə orqanlarına bu barədə şikayət ərizəsi yazmışdır. Hadisə vaxtı oğlu işsiz olmuşdur, oğlunun maddi imkanı olmadığından Təqsirləndirilən şəxs ona məxsus pulu ələ keçirmiş və iş üzrə maddi ziyan ona vurulmuşdur. Odur ki, iş üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. 11500 manat məbləğində pulu o, Təqsirləndirilən şəxs oğlu Elnur Allahverdiyevi AR FHN-nin Ağdam rayonu filialına yanğın söndürən vəzifəsinə işə düzəlmək üçün vermişdir. Həmin pulu əmisi oğlu Bəxtiayrın vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı bunları inkar etməsi, 700 manat məbəlğində pulu borc götürdüyünü bildirməsi yalandır, o, Ülviyyəyə 11500 manat məbləğində pulu vermişdir və ifadəsini Ülviyyənin üzünə qarşı təsdiq edə bilər. Təqsirləndirilən şəxs hər yerdə əlaqəsi olan şəxs kimi özünü göstərmişdir, lakin həmin Nazirlikdə konkret bir yüksək vəzifədə olan şəxsin adını çəkməmişdir. X2 bu işdə heç bir marağı və iştirakı olmamışdır, ondan pul və ya hədiyyə istəməməmiş və almamışdır. X5 ilə indi də onun yaxşı münasibəti var, Nahidə özü bilməmişdi ki, Ülviyyə onu aldadacaq, əksinə, hadisədən əvvəl Ülviyyəni işguzar adam kimi tanıyırmış. Onda olan məlumata görə Təqsirləndirilən şəxs cinayət əməllərində digər şəxslər iştirak etməmişlər. Bildirir ki, onun heç kimə rüşvət vermək məqsədi olmamış, pulunu alanda da Təqsirləndirilən şəxs həmin pulu hər hansı bir konkret vəzifəli şəxsə rüşvət verəcəyi barədə deməmiş, ümumiyyətlə bununla bağlı aralarında heç bir söhbət və razılaşma olmamışdır. Təqsirləndirilən şəxs onu rüşvətə təhrik etməmişdir. O, elə zənn edirdi ki, bu işlə bağlı Təqsirləndirilən şəxs nə isə xərcləri olacaqdır. Təqsirləndirilən şəxs dələduzluq edərkən özünü hər hansı bir vəzifəli şəxs kimi təqdim etməmiş, görüşərkən hər hansı bir xidməti vəsiqə təqdim etməmişdir. Təqsirləndirilən şəxs özünü Dövlət orqanlarda geniş əlaqələri olan şəxs kimi göstərirmiş, yəni belə yolla inandıraraq onu aldadıb dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Ağdam rayonu ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Cinayət işi ilə bağlı göstərə bilər ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. xx.xx.2019-cu il tarixdə Əyyub ona Ağdam rayonu Quzanlı kəndində 5000 manat məblğində pulu verdi ki, həmin pulu aparıb Bakı şəhərində Təqsirləndirilən şəxs versin. O, da həmin 5000 manat pulu və Təqsirləndirilən şəxs mobil nömrəsini Əyyubdan alıb Bakı şəhərinə yollanmışdır. O, pulu Bakı Beynalxalq Avtovoğzalda verməli idi, oraya çatanda, o, Təqsirləndirilən şəxs mobil nömərəsinə zəng vuraraq sonuncu ilə danışmışdır və Ülviyyə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında olaraq orada görüşməyi istəmişdir. O, da razılaşaraq həmin yerə gedib Ülviyyə ilə görüşüb pulu sonuncuya vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Əyyub ona 6500 manat məbəlğində pulu verib, həmin pulun da Təqsirləndirilən şəxs çatdırmağı xahiş etmişdir. O, da həmin pulu Əyyubdan alıb və Ülviyyə ilə danışıb aparıb sonuncunun dediyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən «Tərlan» şadlıq sarayının qarşısına. Orada Təqsirləndirilən şəxs ilə görüşərək, pulu sonuncuya vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əmisi oğlu Əyyubun ümumilikdə 11500 manat məbləğində pulunu ələ keçirsə də aldadıb vədinə əməl etməyərk Elnuru AR FHN-nin Ağdam rayonu filialına işə yanğınsöndürən vəzifəsinə düzəltməmişdir. İş materiallarında olan: ********* №-li cinayət işi xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinib tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. 02 iyun 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırılmış və 19 avqust 2023-cü il tarixdə işin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla Təqsirləndirilən şəxsnun dələduzluq cinayət əməlini törədərkən Zərərçəkmiş şəxs son dəfə göndərdiyi 6500 manat pulu harada alıb ələ keçirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Yusif qızı dəymiş ziyanın 25 faizi miqdarında məbləğini, yəni 2875 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Yusif qızının təqsirli olaraq CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs Yusif qızının əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yusif qızınun əməlinə görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Yusif qızınun təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 08 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilsi əmlak və ekspertiza xərci yoxdur. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Yusif qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Yusif qızınun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yusif qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 08 (səkkiz) ədəd ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar