Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-578/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 81, mənzil 24-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə qeyri-rəsmi ailə münasibətində olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında qonaq qismində olarkən, həmin gün saat 10 radələrində Zərərçəkmiş şəxs yataq otağında yatmasından istifadə edib, evin dəhlizində olan paltar dolabına qoyulmuş əl çantasının içərisindəki pul qabıdan həmin dövrün məzənnəsi ilə 5780 manat təşkil edən 3400 ABŞ dollarını və 1600 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 7380 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən “SİMPATY” adlanan klubda bir xanımla tanış olmuşdur. Həmin xanım özünü ona Lamiyə kimi təqdim etmiş o, isə özünü ilk öncə Ruslan kimi təqdim etmişdir. Bir müddət keçdikdən sonra o, əsil adını Lamiyəyə bildirmişdir. Onlar biri-biri ilə münasibət qurmağa başlamış və münasibətləri qeyri-rəsmi ailə münasibətinə çevrilmişdir. Lamiyənin əvvəllər kirayədə yaşadığı ünvan 2 ünvanında o, cəmi iki dəfə olmuşdur. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə Lamiyə evdə yemək süfrəsi açmış və həmin süfrəyə o, rəfiqəsi Cəmiləni də dəvət etmişdir. Evdə oturub bir qədər yeyib içdikdən sonra, Lamiyə ona evdə spirtli içki Viskini də olduğunu bildirmişdir. O, Lamiyəyə həmin içkidən dadmaq istədiyini bildirmiş, Cəmilə isə buna etiraz etmiş və içkiləri qarışdırmaq istəmədiyini bildirmişdir. Lamiyə Viskini gətirmiş və həmin içkini Lamiyə ilə içməyə başlamışlar. Bundan sonra o, hamılıqda “SİMPATY” klubuna getməyi təklif etmiş və hamı razılaşdıqdan sonra onlar hamılıqla həmin kluba getmişlər. Klubda o, yenə də spirtli içki sifariş etmiş və Lamiyə ilə araq içməyə başlamışdır. Bir müddət keçdikdən sonra, Cəmilə klubda özünü yaxşı hiss etmədiyini və evə getmək istədiyini bildirmişdir. Bu səbəbdən kluba olan hesabı ödəmək üçün Lamiyə durmuş və əl çantasından pulqabını çıxarıb açdıqda o, pulqabının içərisində olan pulları görmüş, lakin, o, Lamiyəyə klubda hesabı verməyə qoymamış və 35 manat məbləğində hesabı özü ödəmişdir. Sonra onlar taksi sifariş verib klubdan çıxmış və ilkin olaraq Cəmiləni yaşadığı evinə aparmış, sonra isə Lamiyə ilə birlikdə sonuncunun həmin dövrdə yaşadığı ünvan 2 ünvanına getmişlər. Evə daxil olduqdan sonra, o, Lamiyənin əl çantasını dəhlizdə olan dolabın içinə qoyduğunu görmüşdür. Daha sonra Lamiyə yerinə uzanmış və yerinə uzanan kimi, sərxoş olduğundan dərhal yuxuya getmişdir. O, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yuxudan oyandıqdan sonra, əynini geyinib, yataq otağından çıxaraq dəhlizə keçmiş, dəhlizdə olan dolabın içərisində gödəkcənin altından Lamiyəyə məxsus əl çantasını götürüb içərisinə baxdıqda, çantada olan pulqabının ağzını açdıqda, içərisində ABŞ dolları və milli manatın oluğunu görüb, həmin pulları götürüb pulqabını çantanın içərisinə, çantanı isə yerinə qoyaraq, Lamiyənin evini tərk etmişdir. Lamiyənin evini tərk etdikdən sonra, sonuncunun evindən oğurladığı pulları saymış və götürdüyü ABŞ dollarının 3400, milli pulun isə 1600 manat məbləğində olduğunu müəyyən etmişdir. Oğurladığı pulların bir qismini xərcləmiş, bir qismini isə yəni, 700 ABŞ dollarını və 500 manat məbləğində pulu polis əməkdaşlarına saxlanılan zaman könüllü olaraq təhvil vermişdir. O, himayəsində 1 az yaşlı uşağının olmasının, əməlini səmimi etiraf etməsinin, peşman olmasının, zərər çəkmiş şəxslə barışıq əldə edilməsinin, sonuncunun ondan şikayət və tələbinin olmasının nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “SİMPATY” adlanan klubda bir nəfər əvvəllər tanımadığı şəxslə tanış olmuşdur. Həmin şəxs ilk öncə özünü ona «Ruslan» adı ilə təqdim etmiş, tanışlıqdan bir müddət keçdikdən sonra, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, Anarla gələcəkdə ailə quracağına inanaraq, sonuncu ilə qeyri-rəsmi ailə münasibətinə girmişdir. Anar cəmi iki dəfə onun əvvəllər kirayədə yaşadığı ünvan 2 ünvanında olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evdə yemək süfrəsi açmış və həmin süfrəyə Anarla rəfiqəsi Cəmiləni də dəvət etmişdir. Evdə oturub bir qədər yeyib içdikdən sonra o, Anara evdə spirtli içki olan Viskinin də olduğunu bildirmişdir. Anar da ona həmin içkidən dadmaq istədiyini, rəfiqəsi Cəmilə isə buna etiraz etmiş və içkiləri qarışdırmaq istəmədiyini bildirmişdir. Anar çox israr etdikdən sonra o, Visqini gətirmiş və həmin içkini Anarla içməyə başlamışlar. Bundan sonra Anar hamılıqla “SİMPATY” klubuna getməyi təklif etmiş və onlar Anarın çox israrından sonra hamılıqla həmin kluba getmişlər. Klubda Anar yenə də spirtli içki sifariş etmiş və Anarla o, araq içməyə başlamışlar. Anar ona arağı daha çox süzmüş, özü isə az-az içmişdir. Bir müddət keçdikdən sonra, rəfiqəsi Cəmilə klubda özünü yaxşı hiss etmədiyini və evə getmək istədiyini bildirmişdir. Bu səbəbdən də o, kluba olan hesabı ödəmək üçün durmuş və əl çantasından pulqabını çıxarıb açdıqda, Anar onun pulqabısının içərisinidə olan pullarını görmüş, lakin, Anar ona klubda hesabı verməyə qoymamış və 35 manat məbləğində hesabı Anar özü ödəmişdir. Daha sonra onlar taksi sifariş verib klubdan çıxmış və ilkin olaraq rəfiqəsi Cəmiləni yaşadığı evinə aparmışlar, sonra isə Anarla birlikdə həmin dövrdə yaşadığı ünvan 2 ünvanına getmişlər. Evə daxil olduqdan sonra o, əl çantasını dəhlizdə olan dolabın içinə qoymuş, çantanın üzərinə isə gödəkçəsini qoymuşdur. Daha sonra yerinə uzanmış və yerinə uzanan kimi, sərxoş olduğundan dərhal yuxuya getmişdir. O, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində yuxudan oyandıqdan sonra, Anarın evdə olmadığını görmüşdür. Bundan sonra o, rəfiqəsi Cəmiləyə zəng vuraraq, bu barədə yəni, Anarın evdən çıxıb getdiyi və qapını kilidləmədiyi barədə məlumat vermişdir. Cəmilə ilə danışdıqdan sonra, mənzilin qapısını bağlayıb yenidən yerində uzanıb yatmışdır. Həmin gün saat 13 radələrində yuxudan oyanmış və bir qədər evdə işlərini gördükdən sonra əl çantasını yoxlamışdır. Belə ki, dolabın ağzını açıb çantasının içərisində olan pulqabını yoxladıqda, içərisində 3400 ABŞ dolları və 1600 manat məbləğində pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal bir neçə dəfə Anarın mobil nömrəsinə zəng vurmuş, lakin Anar ona cavab verməmişdir. Anarın onun yuxuya getməsindən istifadə edərək, dəhlizdəki dolaba qoyduğu çantasının içərsində olan pulqabıdan həmin dövrün məzənnəsi ilə 5780 manat təşkil edən 3400 ABŞ dollarını və 1600 manat məbləğində nağd pulunu gizli şəkildə ələ keçirməsini düşünmüşdür. Daha sonra o, Rəfiqəsi Cəmilənin mobil telefonuna zəng vuraraq məlumat vermiş və Cəmilə gəldikdən sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, evindən oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7380 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında rəfiqəsi Zərərçəkmiş şəxs ona zəng edərək, kirayədə yaşadığı ünvan 3 ünvanda yemək süfrəsi açdığını bildirmiş və onu da həmin süfrəyə dəvət etmişdir. Dəvətdən sonra o, Lamiyəgilə getmiş və orada olan zaman Lamiyənin tanışı Anar adlı şəxs də qonaq gəlmişdir. Həmin evdə bir qədər yeyib içdikdən sonra Anar onu və Lamiyəni “SİMPATİ” klubuna dəvət etmişdir. Anarın çox israrından sonra onlar kluba getmişlər. Klubda olan zaman Anar yenə də içki sifariş vermiş və Lamiyə ilə Anar araq içməyə başlamışlar. Anar Lamiyəyə içkini daha çox süzmüş özü isə az-az içmişdir. Bir müddət keçdikdən sonra o, özünü pis hiss etdiyindən, evə getmək istədiyini Lamiyəyə bildirmişdir. Bundan sonra taksi sifariş verib oradan çıxmışlar. İlkin olaraq taksi onu evinə aparmış, sonra isə Anarla Lamiyəni sonuncunun yaşadığı evinə aparmışdır. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Lamiyə ona zəng edərək, Anarın evdən çıxıb getdiyi və giriş qapısını bağlamadığı barədə bildirmişdir. Həmin gün, saat 16 radələrində Lamiyə ona zəng vuraraq, dolabın içərisinə qoyduğu çantasında olan 3400 ABŞ dolların və 1600 manat məbləğində pulun yerində olmadığını bildirmişdir. Bundan sonra o, dərhal Lamiyənin yaşadığı evinə getmiş və Lamiyə bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v.1 ) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 4 ünvanında baş vermişdir. (i.v. 6-11) xx.xx.2022-ci il tarixli maddi sübutun könüllü olaraq təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 ədəd yüzlük əskinazları ilə 700 ABŞ dolları və 05 ədəd yüzlük əskinazları ilə 500 manat məbləğində pullar götürülmüşdür. (i.v. 21,22) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.47-48) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 57-58) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-607/2022 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 74-78) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin Məhkəmənin xx.xx.2016-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanun tətbiq edilərək hökmdən CM-nin 177.2.4-cü maddəsi xaric edilib, cəzası 03 il 10 gün saxlanılıb. xx.xx.2018-ci il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 08 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v.79-81, 90-95) xx.xx.2022-ci il tarixli əşyaya baxış keçirilməsi protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı «LB05605930C; LD98701613C; LP68803978J; PF11306925F; JG77363407A; GU67067028B; MB 79111389B;» seriyalı 07 ədəd yüzlük əskinazları ilə ABŞ dolları və «A75154109; A79080169; C22034058; A18671862; A56059523» seriyalı yüzlük əskinazları ilə milli manatın olduğu müşahidə olunur. Pul əskinzalarına baxış keçirildikdən sonra, qablaşdırılaraq saxlanılması üçün 01 ədəd zərfə yerləşdirilmişdir. (i.v. 96) xx.xx.2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, «LB05605930C; LD98701613C; LP68803978J; PF11306925F; JG77363407A; GU67067028B; MB 79111389B;» seriyalı 07 ədəd yüzlük əskinazları ilə ABŞ dolları və «A75154109; A79080169; C22034058; A18671862; A56059523» seriyalı yüzlük əskinazları ilə milli manat maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 98-99) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 114-116) xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərək təsdiqləmişdir. (i.v. 117-120) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmiş və CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işinin materiallarına hissəvi xitam verimişdir. (i.v. 121-126) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.129-130) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-953/2022 qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. (i.v.155-159) “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-607/2022 qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)-953/2022 qərarı ilə həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 05 ay 29 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «LB05605930C; LD98701613C; LP68803978J; PF11306925F; JG77363407A; GU67067028B; MB 79111389B;» seriyalı 07 ədəd yüzlük əskinazları ilə ABŞ dolları və «A75154109; A79080169; C22034058; A18671862; A56059523» seriyalı yüzlük əskinazları ilə milli manatın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi nın təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 42 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış «LB05605930C; LD98701613C; LP68803978J; PF11306925F; JG77363407A; GU67067028B; MB 79111389B;» seriyalı 07 ədəd yüzlük əskinazları ilə ABŞ dolları və «A75154109; A79080169; C22034058; A18671862; A56059523» seriyalı yüzlük əskinazları ilə milli manatın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-578/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-578/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver