Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-58/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: X9 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hazırkı iş üzrə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 312/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncuya 8000 manat müqabilində əlillik xəstəliyinə görə sosial müavinətin verilməsinə əsas olacaq tibbi diaqnozu təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda 8000 manat məbləğində və xx.xx.2020-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 1600 manat məbləğində olmaqla, ümumilikdə 9600 (doqquz min altı yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncuya 4000 manat müqabilində əlillik xəstəliyinə görə sosial müavinətin verilməsinə əsas olacaq tibbi diaqnozu təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Dədə» adlanan kafedə ortaq tanışları Şahid vasitəsi ilə 4000 (dörd min) manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncuya 6000 manat müqabilində əlillik xəstəliyinə görə sosial müavinətin verilməsinə əsas olacaq tibbi diaqnozu təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Dədə» adlanan kafedə 6000 (altı min) manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X9 özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid ilə o, təxminən 15 il öncə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində tanış olmuş, sonuncu ilə normal dost kimi münasibəti vardır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Aydınla aralarında olan söhbət əsnasında sonuncuya yalandan tibb sektorunda nüfuzlu tanışlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə təqaüdləri kəsilmiş əlillərin təqaüdlərini bərpa edə biləcəyini bildirmişdir. Bundan sonra Şahid ona Zərərçəkmiş şəxs1 kimi tanışının olduğunu və həmin şəxs əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. O, Şahid yalandan bu işin öhdəsindən gələ biləcəyini və həmin şəxsi onunla görüşdürmək lazım olduğunu bildirmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Şahid zəng edərək, onu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parka dəvət etmişdir. Həmin gün o, Aydın və Zərərçəkmiş şəxs1lə görüşmüş və sonuncu ona əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmiş, o, isə Zərərçəkmiş şəxs1 bu işi görmək üçün 8000 manat məbləğində pul lazım olacağını demişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, Hicranla yenidən həmin parkda görüşmüş və sonuncu ona Aydının yanında 8000 manat məbləğində pulu sayaraq vermiş, o, isə Hicrana yaxın gələcəkdə işinin həll olunacağını bildirmişdir. Təxminən üç gündən sonra ona təcili pul lazım olduğundan, Hicrana zəng edərək, yalandan həmin işin həlli üçün əlavə olaraq 1600 manat pul lazım olduğunu və həmçinin dövlət tərəfindən ona avtomobilin də veriləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Hicranla yenidən həmin yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda görüşərək, sonuncundan 1600 manat məbləğində pulu almışdır. Beləliklə o, Zərərçəkmiş şəxs1 ümumilikdə 9600 manat məbləğində pulu aldıqdan sonra, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs1 verdiyi vədi yerinə yetirməmişdir. Daha sonra 2021-ci ilin iyun ayında Şahid ona Zərərçəkmiş şəxs3 kimi tanışının olduğunu və həmin şəxs əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. O, Şahid yalandan bu işin öhdəsindən gələ biləcəyini və bu işin həlli üçün 5000 manat məbləğində pul lazım olacağını bildirmişdir. Şahid da onun sözlərini Zərərçəkmiş şəxs3 çatdıracağını bildirmişdir. Təxminən bir neçə gündən sonra Şahid ona zəng edərək, Zərərçəkmiş şəxs3 əlində cəmin 4000 manat məbləğində pulun oldğunu bildirmiş, o, da Şahid həmin pulu götürüb ona çatdırmasını demişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Aydın onunla Bakı şəhəri, Binəqədi ərazisində yerləşən «Dədə» adlanan kafedə görüşərək, Zərərçəkmiş şəxs3 ona verdiyi 4000 manat məbləğində pulu çatdırmışdır. Həmin pulu da o, öz şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs3 verdiyi vədi yerinə yetirməmişdir. Bundan başqa həmin ərəfələrdə, yəni 2021-ci ilin iyun ayında Şahid ona Zərərçəkmiş şəxs2 kimi tanışının olduğunu və həmin şəxs əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. O, da Şahid yalandan bu işin öhdəsindən gələ biləcəyini və həmin şəxsi onunla görüşdürmək lazım olduğunu bildirmişdir. Daha sonra o, Aydın və Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çayxanada görüşmüş və sonuncu ona əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmiş, o, isə Natiqə bu işi görmək üçün 6000 manat məbləğində pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs2 ona bir neçə gündən sonra xəbər edəyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Aydınla, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi ərazisində yerləşən «Dədə» adlanan kafeyə gələrək, Zərərçəkmiş şəxs2 ona Ayıdının yanında 6000 manat məbləğində pulu vermişdir. Həmin pulu da o, öz şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs2 verdiyi vədi yerinə yetirməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığından və onlara vurulmuş ziyanı tamamilə ödədiyindən məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X4 elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2-ci qrup əlil olduğu üçün, uzun illər əlillik təqaüdü almış, lakin, təqaüd sonradan kəsildiyindən, əlillik dərəcəsini yenidən bərpa etmək qərarına gəlmişdir. 2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çay evində olduğu zaman, təsadüfən Şahid ilə tanış olmuş və sonuncuya əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. Şahid isə ona bu işləri Namiq adlı tanışının vasitəsi ilə həll edə biləcəyini deyərək, onu tam olaraq inandırmışdır. Bundan sonra Şahid istifadəsində olan mobil nömrəsini lazım olarsa zəng etməsi üçün ona vermişdir. O, bir qədər düşündükdən sonra, əlillik dərəcəsini yenidən bərpa etmək üçün Şahid zəng edərək müraciət etmişdir. Sonuncu ilə bu məsələni müzakirə etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən həmin əlillər üçün nəzərdə tutulmuş çayxanada görüş təyin etmişlər. 2021-ci ilin iyun ayının əvvəlində, həmin yerdə Şahidla görüşən zaman, sonuncu bu məsələnin həlli üçün, yəni əlillik dərəcəsinin yenidən bərpası üçün 5000 manat məbləğində pul lazım olduğunu və bu işi əvvəllər tanımadığı X9 həll edəcəyni bildirmişdir. O, Şahid təklifi ilə razılaşmış və həmin məbləği hazır etdikdən sonra xəbər edəcəyini bildirmişdir. Lakin, həmin vaxt cəmi 4000 manat məbləğində pul vəsaitini hazır edə bilmiş və Aydına Əhmədova bu barədə məlumat vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Aydınla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən yuxarıda sözügedən çayxanada görüşmüş və 4000 manat məbləğində pulu ona vermiş ki, sonuncu da öz növbəsində həmin pulu Namiq Mahmudova çatdırsın. 2021-ci ilin iyul ayında Namiq Mahmudov ona zəng edərək, Bakı şəhəri ərazisində yerləşən Mərkəzi Xəstəxanaya getmək lazım olduğunu, orada adına xəstəlik tarixçəsinin açılacağını bildirmiş və o, bundan sonra həmin yerə getmişdir. Həmin ünvanda olarkən, Namiq Mahmudovla birlikdə onu özünü Asif adı ilə DTX-nin həkimi kimi təqdim edən şəxs qarşılamışdır. Orada onlar növbəyə dayanmış, növbə ona çatdıqda, Asif adlı şəxsin köməkliyi ilə adına tibbi tarixçə açılmış və Namiq Mahmudov ona getməyi, məsələ həll olunduqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Bir müddət keçdikdən sonra o, Aydın və Namiqdən məslənin həlli barədə soruşmuş, lakin həmin şəxslər müxtəlif bəhanələr gətirmiş və işini həll etməmişlər. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, X10 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayəti olmadığını, aralarında barışıq olduğunu bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2-ci qrup əlil olduğu üçün 2009-cu ildən 2020-ci ilə qədər olan müddət ərzində əlillik təqaüdü almış, lakin, təqaüd sonradan kəsildiyi üçün, əlillik dərəcəsini yenidən bərpa etmək qərarına gəlmişdir. Bunun üçün ona kömək edə və məsləhət verə biləcək adam axtarırmış. 2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çay evində olduğu zaman, təsadüfən Şahid ilə tanış olmuş və sonuncuya əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. Şahid isə ona bu işləri Namiq adlı tanışının vasitəsi ilə həll edə biləcəyini deyərək, onu tam olaraq inandırmışdır. Bundan sonra Şahid istifadəsində olan mobil nömrəsini ona vermiş ki, lazım olan zaman zəng etsin. O, bir qədər düşündükdən sonra, əlillik dərəcəmi yenidən bərpa etmək üçün Şahid zəng edərək müraciət etmişdir. Sonuncu ilə bu məsələni müzakirə etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən həmin əlillər üçün nəzərdə tutulmuş çayxanada görüş təyin etmişlər. 2021-ci ilin iyun ayının ortalarında, həmin yerdə Şahidla görüşən zaman, sonuncu bu məsələnin həlli üçün, yəni əlillik dərəcəsinin yenidən bərpası üçün 6000 manat məbləğində pul lazım olduğunu və bu işi əvvəllər tanımadığı X9 həll edəcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış və dediyi məbləği hazır etdikdən sonra ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə 6000 manat məbləğində pulu hazır etdikdən sonra, Şahid bu barədə məlumat vermiş və həmin gün Aydınla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının yaxınlığına görüşmüşdür. Həmin yerdə Aydın telefon vasitəsi ilə Namiq Mahmudovla əlaqə saxlamış və sonuncudan harada olub-olmadığı barədə soruşmuşdur. Namiqin cavabından sonra həmin gün saat 18 radələrində Aydınla birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Dədə” adlanan kafeyə getmişlər. Həmin kafeyə daxil olduqdan sonra, orada bir nəfər əvvəllər tanımadığı şəxsin əyləşdiyini görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq salamlaşıb onun əyləşdiyi masaya əyləşmiş və orada o, həmin şəxsin X9 olduğunu bilmişdir. Əlillik dərəcəsinin bərpa edilməsi barədə bir müddət danışdıqdan sonra, Namiq Mahmudov ondan 6000 manat məbləğində pulu istəmiş və o, həmin pulu Namiqə verdikdən sonra sonuncu pulu saymış və ondan bayıra çıxmasını xahiş etmişdir. Bir müddət keçdikdən sonra Aydınla Namiq bayıra çıxmış və sonuncu ona «narahat olma, işin həll olunacaqdır» sözlərini demişdir. Bundan sonra Namiqlə mütəmadi olaraq əlaqə saxlamağa başlamış və Namiq ona hər dəfə məsələnin həll olunacağını bildirirmiş. 2021-ci ilin iyul ayında Namiq Mahmudov ona zəng edərək, Bakı şəhəri ərazisində yerləşən Mərkəzi Xəstəxanaya getmək lazım olduğunu, orada adına xəstəlik tarixçəsinin açılacağını bildirmiş və o, bundan sonra həmin yerə getmişdir. Həmin ünvanda olarkən, Namiq Mahmudovla birlikdə onu özünü Asif adı ilə DTX-nin həkimi kimi təqdim edən şəxs qarşılamışdır. Orada onlar növbəyə dayanmış, növbə ona çatdıqda, Asif adlı şəxsin köməkliyi ilə ona tibbi tarixçə açılmış və Namiq Mahmudov ona getməyini, məsələ həll olunduqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Bir qədər uzun müddət keçdikdən sonra o, Aydın və Namiqdən məsələnin həlli barədə soruşmuş, lakin, həmin şəxslər müxtəlif bəhanələr gətirərək, nə işini həll etmiş, nə də ki ondan almış olduqları 6000 manat pulunu geri qaytarmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, X10 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayəti olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 Qəyanət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iclasda onun istintaqda verdiyi ifadəsi səsləndirilmişdir. İfadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsinin qazisidir və 2-ci qrup əlildir. Namiq Mahmudovu üç il bundan öncə dostu Aydının vasitəsi ilə tanımışdır. Aydınla 2020-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda oturub çay içərkən söhbət əsnasında Aydına təqaüdünün dayandığını bildirmişdir. Aydın ona Namiq adlı tanışının olduğunu, bu işlərlə məşğul olduğunu və bu işi həll edə biləcəyini bildirmişdir. Daha sonra Aydın, Namiqə zəng edərək, sonuncunu olduqları yerə dəvət emiş və Namiq də həmin yerə getmiş və söhbət əsnasında o, öz problemlərini Namiqə demişdir. Namiqdə bu işin düzəlməsində ona köməklik edə biləcəyini, lakin bunun müqabilində 8000 manat məbləğində pul lazım olacağını bildirmişdir. Razılaşdıqdan sonra, səhəri gün o, Namiqə Bakı şhəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda görüşərək 8000 manat məbləğində pulu sayıb vermişdir. Təxminən üç gün keçdikdən sonra, Namiq ona zəng edərək, əlavə 1600 manat məbləğində pul lazım olduğunu bildirmiş və əlillik bərpa olan kimi dövlət tərəfindən ona avtomobil veriləcəyini də bildirmişdir. Bu səbəbdən də o, 1600 manatı da həmin yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda Namiqə vermişdir. Bundan sonra bir qədər vaxt keçmiş və o, dəfələrlə Namiqə zəng vursa da, sonuncu telefonu açmamışdır. Daha sonra bir qədər müddət keçmiş və o, Namiqlə çayxanada görüşmüş, lakin Namiq həmin pulu ona qaytarmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə göndərilmiş ərizədə o, X5 qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında onun istintaqda verdiyi ifadəsi səsləndirilmişdir. İfadəsində bildirmişdir ki, X6 təxminən 15 ildir tanıyır, sonuncu ilə Bakı şəhəri ərazisində yerləşən çayxanaların birində tanış olmuş, Namiqlə normal münasibəti olmuşdur. Namiq ona X15 Komissiyasında tanışlarının olduğunu, bu məsələ ilə bağlı problemi olan şəxslərə müəyyən pulun müqabilində köməklik göstərə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da tanıyır. Belə ki, sonuncular da onun kimi birinci Qarabağ döyüşlərinin iştirakçılarıdırlar. Həmin şəxslərlə adətən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çay evində görüşüb söhbət edirmişlər. 2020-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən parkda Zərərçəkmiş şəxs1lə oturub çay içərkən, söhbət əsnasında Hicran ona təqaüdünün dayandığını bildirmişdir. O, isə köməklik məqsədi ilə Hicrana, Namiq adlı tanışının olduğunu və bu işi həll edə biləcəyini bildirmişdir. Daha sonra o, Namiqə zəng edərək, sonuncunu olduqları yerə dəvət etmiş, Namiq də həmin yerə gəlmiş və söhbət əsnasında Hicran öz problemlərini Namiqə danışmışdır. Namiq bu işin düzəlməsində Hicrana köməklik edə biləcəyini, lakin bunun müqabilində 8000 manat məbləğində pul lazım olacağını bildirmişdir. Sonradan ona məlum olmuş ki, Hicran Namiqə ümumlikdə 9600 manat məbləğində pul vermişdir, bu barədə ona Namiqin özü bildirmişdir. Bundan sonra 2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çay evində olduğu zaman, təsadüfən Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və sonuncu ona əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. O, isə Arzumana bu işləri Namiq adlı tanışının vasitəsi ilə həll edə biləcəyini demişdir. Daha sonra o, istifadəsində olan mobil nömrəsini Arzumana vermiş ki, lazım olan zaman ona zəng etsin. Bu barədə isə zəng edib tanışı Namiq Mahmudova bildirdikdə, sonuncu bu işin həlli üçün 5000 manat məbləğində pul lazım olacağını bildirmişdir. 2021-ci ilin iyun ayının əvvəlində, həmişə olduqları yerdə Arzumanla görüşən zaman, sonuncuya bu məsələnin həlli üçün, yəni əlillik dərəcəsinin yenidən bərpası üçün 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Arzuman təkliflə razılaşmış və həmin məbləği hazır etdikdən sonra xəbər edəcəyini bildirmişdir. Lakin, Arzuman həmin vaxt cəmi 4000 manat məbləğində pul vəsaitini hazır edə bildiyini ona demiş, o, isə bu barədə Namiqə zəng edərək məlumat vermiş, Namiqdə öz növbəsində həmin məbləğlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Arzuman onunla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən yuxarıda sözügedən çayxanada görüşmüş və 4000 manat məbləğində pulu ona vermiş ki, o, da öz növbəsində həmin pulu Namiq Mahmudova çatdırsın. Arzuman ona həmin məbləğdə pulu verdikdən sonra, pulu özündə saxlamış və həmin gün Namiq Mahmudov çayxanaya gəldikdə, o, Arzumanın ona verdiyi 4000 manat məbəlğində pulu Namiqə vermişdir. Bundan sonra 2021-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əlillər üçün nəzərdə tutulmuş çay evində olduğu zaman, təsadüfən Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və sonuncu ona əlillik dərəcəsini yenidən bərpa etmək istədiyini bildirmişdir. O, isə Natiqə bu işləri Namiq adlı tanışının vasitəsi ilə həll edə biləcəyimi demişdir. Daha sonra o, istifadəsində olan mobil nömrəsini Natiqə vermiş ki, lazım olan zaman ona zəng etsin. Bu barədə zəng edib tanışı Namiq Mahmudova bildirdikdə, sonuncu bu işin həlli üçün 6000 manat məbləğində pul lazım olacağını bildirmişdir. 2021-ci ilin iyun ayının ortalarında, Natiq ona zəng etmiş və onunla həmişə olduqları yerdə görüşərək, bu işin həlli üçün 6000 manat pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və xx.xx.2021-ci il tarixdə 6000 manat məbləğində pulu hazır etdikdən sonra, ona bu barədə məlumat vermiş və həmin gün Natiqlə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının yaxınlığına görüşmüşlər. Həmin yerdə o, telefon vasitəsi ilə Namiq Mahmudovla əlaqə saxlamış və sonuncudan harada olub-olmadığı barədə soruşmuşdur. Namiqin cavabından sonra həmin gün saat 18 radələrində Natiqlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Dədə” adlanan kafeyə getmişlər. Həmin kafedə Namiq Mahmudov, Zərərçəkmiş şəxs2 əlillik dərəcəsini bərpa edəcəyinə söz verib sonuncudan 6000 manat məbləğində pulu almışdır. Sonradan ona məlum olmuş ki, Namiq Mahmudov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqaüdlərini bərpa edə bilməyib və onlardan aldığı pulları da qayatarmayıb. Namiq Mahmudov yuxarıda göstərilən şəxlərdən aldığı pullardan ona heç bir məbləğdə pul verməyib, onun məqsədi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kömək etmək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040047 nömrəli cinayət işi 18 yanvar 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır. 230040047 nömrəli cinayət işi üzrə 23 yanvar 2023-cü il tarixdə X1 şübhəli şəxs qismində tutulmasından ötrü barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 230040047 nömrəli cinayət işi üzrə 11 aprel 2023-cü il tarixdə X9 şübhəli şəxs qismində tutularaq istintaq orqanlarına təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 11 aprel 2023-cü il tarixdə saat 13:00 dəqiqədə ********* nömrəli cinayət işi üzrə X1 əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və həmin tarixdə o, şübhəli şəxs qismində tutulmuşdur. 13 aprel 2023-cü il tarixdə X9 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə X9 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti həmin gün saat 13:05 dəqiqədə başlanmış 14:00 dəqiqədə bitmişdir. 13 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 04 may 2023-cü il tarixdə Binəqədi rayon Prokurorluğundan xx.xx.2023-cü il tarixli HK-1\28 saylı araşdırma materialı daxil olmuş və müəyyən olunmuşdur ki, X9 2020-ci ilin iyun ayından etibarən ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 da ümumilikdə 9600 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə baş müstəntiq Rövşən Cavadov tərəfindən X1 barəsində araşdırması aparılan HK- 1\28 saylı toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 11 may 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Sabiq baş müstəntiq Rövşən Cavadov xidməti iş yerini dəyişməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Emin Musayevə həvalə olunmuş və həmin tarixdə cinayət işi onun icraatına qəbul edilərək, istintaqı təzələnmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi dayandırılmış və xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək, istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X4 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs X4 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs X4 qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 4(001)-312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Mahmudov NamiqTamraz oğlu barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və 178.2.4-cü maddəsinə əsasən, xeyli miqdarda törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X4 CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı X1 təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxs X4 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, onlara vurulmuş ziyanın ödənilməsi və onların təqsirləndirilən şəxsdən heç bir tələb və şikayətlərinin olmamasını X1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, X1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, X1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətdə Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və X9 dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X1 xx.xx.2023-cü il saat 13:05 dəqiqədən xx.xx.2023-cü il barəsində başqa yerə getməmnək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilənədək tutulduğu 3 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. X4 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 55 saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 3 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X1 yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. X3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 55 saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-58/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-58/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver