Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-583/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, Nizami Gəncəvi küçəsi ev 33A qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, H.Şirvani küçəsi nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu Səmədov Vəkilxan Qabil oğlunun həbsdən azad edilməsi üçün köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayının sonlarında ünvan 1 ünvanda 15.000 manat, iki gün sonra Nəsimi rayonu, “Şamaxinka” adlanan yerdə “Neptun” marketin qarşısında 2000 manat, 2022-ci ilin sentyabr ayının sonlarında ünvan 1 ünvanının qarşısında 3000 manat və Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 109 ünvanında yerləşən “Al” marketdən ödəmə terminalından hissə-hissə ödəməklə ümumilikdə 3000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxsə 23000 manat olmaqla xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən onun barəsində verilmiş ittihamla razı deyil. Belə ki, onunla hazırki iş üzrə zərərçəkmiş şəxs arasında olan münasibət əslində mülki xarakterli münasibət olmuşdur. Belə ki, ona qarşı ittihamda irəli sürüldüyü kimi o Zərərçəkmiş şəxs onun oğlunu həbsdən azad etdirməsi ilə bağlı pul almamışdır. Zərərçəkmiş şəxs pul almasında məqsəd onunla birgə torpaq sahəsində ev tikintisi və həmin evlərin satılması, yəni birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, qazanc əldə edilməsi olmuşdur. Ev tikib-satmaq və gəlir ələdə etmək barədə o Qabillə razılaşmışdır. Həmin vaxt onun işlərinin yaxşı getməməsi səbəbindən həmin pulu xərcləmiş və Qabilə narahat olmamasını, onun pulunu qaytaracağını bildirmişdir. Lakin, sonradan o 30 noyabr 2022-ci il tarixdə başqa bir cinayətin törədilmnəsi ilə tutulduğundan və Zərərçəkmiş şəxs onu tapa bilmədiyindən onun barəsində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair DİN 102 zəng xidməti mərkəzinə zəng etmişdir. O cəzaçəkmə müəssisəsində olan zaman müstəntiq Zərərçəkmiş şəxs vermiş olduğu şikayətlə bağlı ora gəlmiş və izahatını almışdır, o vermiş olduğu izahatında hadisənin necə baş verdiyini bildirmişdir. Daha sonra o həbsdən çıxan gün müstəntiqin yanına getmişdir. Hazırki cinayət işi ilə bağlı ittiham aktını məhkəmənin hazırlıq iclasında əldə etmişdir, ittiham aktını oxuyan zaman orada CM-in 61-ci maddəsinə əsasən törətdiyi cinayət əməlində cinayətin residivinin göstərilməsi ona məlum olmuşdur. İttiham aktında niyə onun vəziyyətinin ağırlaşdırıldığı, əməlində cinayətin residivinin olmasına baxmayaraq, residivin göstərilməsi barədə müstəntiqdən soruşduqda, müstəntiq bununla bağlı məhkəmənin qərar verəcəyini bildirmişdir. Məhkəmə iclasında təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin nəzərə alınmasını, onun barıəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 oktyabr 2023-cü il tarixli iclasında cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında borc münasibəti olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus torpaq sahəsini maddi ehtiyacı olduğundan satmışdır, sonradan Orxan adlı şəxsin vasitəsi ilə Rəşadı tanımış, Rəşad ona ev tikintisi və satışı ilə məşğul olduğunu bildirmişdir, o da Rəşadla birlikdə ev tikintisi ilə məşğul olmaq üçün Rəşada pul vermişdir, Rəşad ona torpaq sahəsinin harada olmasını göstərməmiş və o həmin torpaq sahəsinin harada olmasından məlumatsız olmuşdur. Onun oğlu Səmədov Vəkilxan Qabil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda həbsdədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Rəşada həmin pulu borc olaraq vermişdir, sonradan Rəşad ona vermiş olduğu pulun hamısını qaytarmışdır, hazırda Rəşada qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı da, o təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini , bununla bağlı notarial qaydada ərizə verdiyini bildirmiş, lakin müstəntiq tərəfindən həmin notarial qaydada təsdiq edilmiş ərizə qəbul edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus torpaq sahəsi olmuşdur, həmin torpaq sahəsini satmışdır və 23000 manat pulu olmuşdur, həmin pulu Rəşada vermişdir. Sonradan Rəşad yoxa çıxmış, Orxanla birgə onu axtarmış, tapa bilmədikləri üçün Rəşad barəsində polisə müraciət etmişdir. Məhkəmənin 02 oktyabr 2023-cü il tarixli iclasında Şahid ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs isə bir müddətdir ki, tanıyır. Çünki, Zərərçəkmiş şəxs oğlu Vəkilxana taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil vermişdir. Qabil Rəşadı onun vasitəsi ilə tanımışdır. Sonradan Rəşada pul lazım olduğundan Qabil də Rəşada pul vermişdir. Qabil onun yanında Rəşada 15000 manat bir, 2000 manat da bir pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs olan zərər ödənilmişdir, hesab edir ki, bu iş məhkəməyə gəlməyə bilərdi. Şahid dövlət ittihamçısı tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Qabil verdiyi pulu geri almaq üçün DİN 102 zəng xidməti mərkəzinə müraciət etmişdir, onun Zərərçəkmiş şəxs oğlunun həbs edilməsi ilə bağlı məlumatı olmamışdır. Şahid müdafiəçi tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ibrtidai istintaq zamanı vermiş olduğu ifadənin məzmunu ilə tanış olmamış imza etmişdir. Bu səbəbdən həmin ifadədə göstərilənlərdən məlumatı yoxdur. Cinayət işi üzrə Şahid cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur, hansı səbəbdən ziddiyyətli ifadələr verməsinin səbəbi soruşulmuşdur. Cinayət işi üzrə Şahid ziddiyyətlər barədə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Qabilin Rəşada hissə-hissə 6000 manat pul verməsi qeyd edilsə də, onun həmin 6000 manat pulun verilməsindən məlumatı olmamış, bundan əlavə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs və şahid tərəfindən məhkəmə istintaqı zamanı verilmiş olan ifadələrlə cinayət işinin ibtidai istintaqı zamanı verilmiş olan ifadələr arasında ziddiyyətlər olduğundan cinayət işinə tam, obyektiv, hərtərəfli baxılmasını təmin etmək üçün cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası 16 oktyabr 2023-cü il tarixə saat 16:00-a tarixə təxirə salınmışdır. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 ifadə verərək bildirmilşdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmnə istintaqı zamanı bildirdikləri ifadələr tamamilə cəfəngiyyatdır. Bunlar hamısı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırması üçün planının bir hissəsidir. Hazırda həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edirlər. Zərərçəkmiş şəxs burada onun üzünə deyə bilərmi ki, o Təqsirləndirilən şəxs həqiqətən ev tikib-satmaq məqsədi ilə pul vermişdir. Oğlunun həbsdən azad edilməsi ilə bağlı ona ümumiyyətlə pul verməmişdir. Zərərçəkmiş şəxs onun yanına gəlmiş, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən notarial qaydada təsdiq edilmiş ərizə vermək istədiyini bildirmişdir.Zərərçəkmiş şəxs özü tək onun qəbulunda olanda Təqsirləndirilən şəxs tərəfindən ona həmin zərərdən pul ödənilmədiyini, Rəşadın həmin pulu ona gələcəkdə ödəycəyini bildirmişdir. Bu səbəbdən o Zərərçəkmiş şəxs ərizəsini qəbul etməmişdir. Sonradan zərərçəkmiş şəxs həmin ərizəni poçt vasitəsi ilə göndərmişdir. O da həmin ərizəni cinayət işinin materiallarına əlavə etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı dəfələrlə istintaqın rəisinin qəbulunda olmuşdur. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o müstəntiqin yanına getmiş, Təqsirləndirilən şəxs barəsində vermiş olduğu ərizəni geri götürmək istədiyini bildirmişdir, lakin müstəntiq onunla razılaşmamışdır. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs ilkin olaraq 15000 manat pul vermişdir, Təqsirləndirilən şəxs ona torpağın sənədini göstərməmişdir, torpağın özünü göstərmişdir. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 qeyd etdikləri ilə bağlı bildirmişdir ki, müstəntiq cinayət işinin ibtidai istintaqı zamanı ona zərərçəkmiş şəxslə aralarında olan məsələnin borca pul verilməsi ilə bağlı olduğunu deməyə şərait yaratmamışdır, o hətta cinayət işinin ibtidai istintaqı zamanı onun barəsində olan cinayət işinə aidiyyət qaydalarına uyğun olarqaq Binəqədi Rayon Polis İdarəsində araşdırıla bilməməsini bildirmiş, müstəntiq isə cavabında ona hər bir halda onun barəsində Cinayət Məcəlləsinijn 178.2.4-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqının getdiyini, onun üçün nə fərq etdiyini bildirmişdir. O torpaqla bağlı ifadəsini Fuad Bağırova vermişdir. Əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs həmin pulu onun kart hesabına göndərmişdir. Bununla bağlı kart hesabından çıxarışı təqdim edə bilər.Həmin kart hesabından çıxarışla da təsdiq edilir ki,Qabil ona həmin pulu oğlu Vəkilxanın həbsdən azad edilməsi ilə bağlı yox, həqiqətən torpaq məsələsi ilə bağlı vermişdir. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki,zərərçəkmiş şəxslə onun arasında üzləşdirmə keçirilən zaman həm ona, həm də zərərçəkmiş şəxsə bildirilmişdir ki, ifadələri dəyişmək olmaz, əks halda cinayət məsuliyyəti yaranacaq, bu səbəbdən ifadəsini dəyişə bilməmişdir. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən pul ona sonuncu dəfə Sədərək bazarının yanında vermişdir. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixli iclasında cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə bank hesabından çıxarışı təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən onun kart hesabına 13 iyun 2023-cü il tarixdə “ABB” mobil tətbiqi vasitəsi ilə 1000 manat, “Birbank” mobil tətbiqi vasitəsi ilə 1000 manat, 17 iyun 2022-ci il tarixdə “Milli Ön” vasitəsi ilə 1400 manat, 18 iyun 2023-cü il tarixdə “e manat” ödəniş terminalı vasitəsi ilə 1500 manat, 24 iyun 2022-ci il tarixdə “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 100 manat, 30 iyun 2022-ci il tarixdə isə “birbank” mobil tətbiqi vasitəsi ilə 900 manat məbləğində pul ödənilmişdir. Təqdim edilmiş bank hesabından çıxarışla bağlı Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq biledirmkişdir ki, 2022-ci ilin iyun ayı ərzində onun kart hesabına pulu ancaq Zərərçəkmiş şəxs ödəmişdir. Ondan başqa heç kim onun kart hesabına ödəniş etməmişdir. Təqdim edilmiş bank hesabından çıxarışla bağlı Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun mobil telefonunda mobil bankçılıq proqramı “birbank” mobil tətbiqi heç vqaxt olmayıb və o həmin tətbiqdən istifadə edərək pul göndərmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiq xatırlamasa da, ola bilər ki, o pulu göndərmək üçün başqa şəxsə vermiş və həmin şəxs də pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixə təxirə salınmış məhkəmə iclası Zərərçəkmiş şəxs mobil tətbiqlər vasitəsi ilə pulun göndərilməsi üçün pulu verdiyi şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə təxirə 30 oktyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu göndərmək üçün həmin pulu tanışlarından birinə verdiyini, o da öz tanışının mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə pulu Təqsirləndirilən şəxs kart hesabına göndərdiyini, lakin hazırda tanışının Azərbaycan Respublikasının ərazisində olmadığını bildirmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, lakin buna baxmayaraq özünü ona elan edilmiş ittihamla bağlı təqsirli bilməməsi hissəsinə, eyni zamanda cinayət işi üzrə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxs və şahidin cinayət işinin ibtidai istintaqı zamanı verdikləri ifadələri ilə məhkəmə istintaqı dövründə verdikləri ifadələr arasında ziddiyyətlərin mövcudluğunu münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı ifadə verərkən bildirmişdir ki, oğlu Vəkilxan Səmədov 2022-ci ilin iyun ayının sonlarında narkotik vasitələrin qanunsuz istifadəsinə görə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Oğlu tutulduqdan sonra o, onun azad olunmasına görə dost tanışla maraqlanmışdır ki, oğlunu həbsdən nece azad etdirə bilər. Söhbət əsnasında o, bunu əvvəllərdə tanıdığı Şahid dedikdə sonuncu bir nəfər tanışının olduğunu, ona bu barədə deyib xəbər edəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Orxan həmin adamla danışdığını və işi həll edə biləcəyini bildirmişdir. O, Orxana həmin şəxsi götürüb evə gəlməsini demişdir. Beləliklə, 2022-ci ilin iyul ayının sonlarında saat təxminən 15 radələrində Orxan, arvadı Zülfiyyə və tanımadığı bir nəfər onlara gəlmiş, həmin vaxt Orxan onu həmin şəxslə tanış edib adının Rəşad olduğunu bildirmişdir. Zülfiyyə evdə yoldaşı İlahə ilə qalmış, o„ Orxan və Rəşad yaşadığı evin həyətində üçü oturub söhbət etmişdir. Söhbət əsnasında Rəşad bildirmişdir ki, Nərimanov rayon polis idarəsində işi aparan polis əməkdaşı ilə danışdığını, işi həll edəcəyini və 3 aydan sonra oğlu Vəkilxamn həbsdən azad olunacağını bildirmişdir. İşin həll olunacağı müqabilindən Rəşad ilkin olaraq 15000 manat, oğlu həbsdən çıxdıqdan sonra isə 500 manatda alacağını demişdir. O, Rəşadla razılaşmış və elə Orxanın yanında yaşadığı evdə Binəqədi rayonunda 15000 manat pulu Rəşada vermişdir. Həmin gündən iki gün sonra Rəşad zəng edərək oğlunun işi ilə bağlı yenidən 2000 manat pul lazım olduğunu dedikdə o, 2000 manat pul götürüb “Şamaxinka” adlanan yerdə Neptun marketin qarşısında yenədə Orxanın yanında Rəşada vermişdir. Təxminən iki ay sonra 2022-ci ilin sentyabr ayında o, Rəşada bu işə görə yaşadığı evin qarşısında sonuncunun idarə etdiyi Opel markalı avtomaşında 3000 manat vermiş, sonradan müxtəlif tarixlərdə xatırlamadığı vaxtlarda 2022-ci ilin noyabrına qədər yaşadığı evin yaxınlığında olan Al marketdəki ödəmə aparatından hissə-hissə Rəşadın adını dəqiq bilmədiyi kartına 3000 manatda pul ödəmişdir. 14 noyabr 2022-ci il tarixdə oğlu Vəkilxana Bakı Ağır Cinayətlər məhkəməsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildikdə o, bu barədə Rəşada bildirdikdə sonuncu narahat olmamağım Apellyasiya məhkəməsində oğlunu buraxdıracağını bildirmişdir. Lakin həmin vaxtlarda Rəşadın özünündə Xəzər rayon polis idarəsi tərəfindən həbs olunduğunu bildikdə o, Rəşad tərəfindən aldadıldığını başa düşmüş və onun barəsində Binəqədi rayon polis idarəsinin 43- cü polis bölməsinə şikayət etmişdir. Göründüyü kimi cinayət işi üzrə Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsinin əksinə olaraq məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxsla aralarında borc münasibətlərinin olduğunu, Rəşadı tanışı Orxanın vasitəsi ilə tanıdığını, özünə məxsus torpaq sahəsini satdığından 23000 manat məbləğində pulunun olduğunu, həmin pulu Rəşada verməkdə məqsədinin onunla birlikdə ev tikib-satmaq olduğunu, Rəşada bu məqsədlə ilkin olaraq 15000 manat, daha sonra isə 2000 manat məbləğində pul verdiyini, sonradan Rəşadı tapmadığı üçün onun barəsində polisə müraciət etdiyini, tanışlarının ona əgər Təqsirləndirilən şəxs onu aldatdığını polisə bildirsə bu zaman həmin pulu daha tez alacağını bildirməsini, elə bu səbəbdən polisə şikayət edən zaman Təqsirləndirilən şəxs onun oğlunu həbsdən azad etdirmək məqsədi ilə pulunu aldığını, daha sonra qaytarmadığını bildirmişdir. Məhkəmə cinayət işi üzrə Zərərçəkmiş şəxs verdiyi ziddiyyətli ifadələrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ev tikib-satmaq üçün pul verdiyini bildirsə də, məhkəmənin 02 oktyabr 2023-cü il tarixli iclasında dövlət ittihamçısı tərəfindən ona verilmiş suala cavab olaraq həmin torpaq sahəsinin harada yerləşməsini bilmədiyini bildirmiş, daha sonra isə məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında dövlət ittihamçısı tərəfindən ona təkrar olaraq sual verildikdə o Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsininin harada yerləşməsini göstərməsini, lakin torpaq sahəsinin sənədlərini görmədiyini bildirmişdir. Bundan əlavə məhkəmənin 02 oktyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs ilkin olaraq 15000 manat, daha sonra isə 2000 manat pul verdiyini bildirmiş, daha sonra məhkəmənin 20 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həmin pul vəsaitini ona oğlu həbs edilməmişdən əvvəl verildiyini qeyd etdikdən sonra o ifadəsini dəyişmiş, heç vaxt telefonda olan mobil bankçılıq xidmətlərindən istifadə etməsə də, Təqsirləndirilən şəxs kart hesabına göndərilmiş olan pul vəsaitlərini onun tərəfindən göndərildiyini, bunu qohumu olan şəxsin tanışının mobil telefonu vasitəsi ilə etdiyini bildirsə də sonradan həmin şəxslər barədə məhkəməyə “qohumum olan bir şəxsin tanışının” vasitəsi ilə göndərdiyini bildirib, qohumunun hazırda Azərbaycan Respublikasının ərazisində olmadığını bildirmişdir. Bundan əlavə cinayət işi üzrə şahid də məhkəmə iclasında ifadə verən zaman Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə onun iştirakı ilə ilkin olaraq 15000 manat, daha sonra isə 2000 manat pul verdiyini bildirmişdir. Bundan əlavə məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq əlavə şahid qismində ifadə verən zaman cinayət işinin ibtidai istintaqı dövründə zərərçəkmiş şəxsin ona Təqsirləndirilən şəxs pul verməsində məqsədinin birgə ev tikib satmaq olmasını bildirmədiyini, yalnız ona dəymiş zərərin ödənilməsi barədə notarial qaydada ərizə verdiyini bildirmişdir. Həmin məhkəmə iclasında zərərçəkmiş şəxs yenə də, həqiqətən Təqsirləndirilən şəxs birgə ev tikib satmaq üçün pul verdiyini təsdiq etməmiş, yalnız Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qatşı heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəsini müstəntiqə təqdim etmək istədiyin və müstəntiqin onu qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsinin əksinə məhkəmə istintaqında ifadə verməsinə baxmayaraq, məhkəmənin 02 oktyabr, 16 oktyabr, 23 oktyabr tarixli iclaslarında da məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin dəqiqləşdirilməsi məqsədi ilə verilən eyni suallara müxtəlif məhkəmə iclasında fərqli cavablar vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Şahid ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, belə ki, onunla Naxçıvan şəhərində eyni məktəbdə oxumuşdur. Vəkilxan Səmədovu isə 2021-ci il tarixdən tanımış, onunlada tanışlığı belə olmuşdur ki, o, Vəkilxana taksi fəaliyyəti ilə məşğul olmaq üçün Toyota Prius markalı avtomobil vermişdir. Qabili isə oğlu Vəkilxana görə tanımışdır. 2022-ci ilin iyul aylarında söhbət əsnasında Qabil ona oğlu Vəkilxamn narkotiklə tutulduğunu və oğlunu həbsdən azad etdirmək üçün adam axtardığını bildirdikdə o, bir nəfər tanışının olduğunu bu barədə ona deyib xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayının sonlarında o, bu barədə Rəşadla danışmış və Qabilə kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Rəşad isə bu barədə kiminləsə danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra Rəşad zəng edərək məsələni həll edə biləcəyini dedikdə o, bu barədə Qabilə demiş və 2022-ci ilin iyul ayının sonlarında saat təxminən 15 radələrində o, arvadı Zülfiyyə və Rəşad Qabilin yaşadığı evə getmişdir. O, Rəşadı Qabillə tanış etmiş, daha sonra o, Rəşad və Qabil sonuncunun yaşadığı evin həyətində oturub söhbət etmişlər. Söhbət əsnasında X10 rayon polis idarəsində işi aparan polis əməkdaşı ilə danışdığını, işi həll edəcəyini və 3 aydan sonra Vəkilxanın həbsdən azad olunacağını bildirmişdir. İşin həll olunacağı müqabilində Rəşad ilkin olaraq 15000 manat, Yəkilxan həbsdən çıxdıqdan sonra isə 500 manatda alacağını demişdir. Qabil Rəşadla razılaşmış və yanında Rəşada 15000 manat pul vermişdir. Həmin gündən iki gün sonra Qabil zəng edərək Rəşadla “Şamaxinka” adlanan yerdə Neptun marketin qarşısında görüşəcəyini deyərək onuda ora çağırmış, görüş zamanı Qabil onun yanında oğlunun işi ilə əlaqədar Rəşada 2000 manat pul vermişdir. Sonradan o, eşitmişdir ki, Qabil Rəşada verdiyi 17000 manat puldan əlavə hissə-hissə olaraq 6000 manatda pul vermişdir. 14 noyabr 2022-ci il tarixdə Vəkilxana Bakı Ağır Cinayətlər məhkəməsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildikdə o, Rəşadın Qabili aldatdığını, hətta sonuncudan əlavə olaraq hissə-hissə 6000 manatda pul aldığını bilmişdir. O, Qabili hansı səbəbdən aldatdığını, onu pis vəziyyətdə qoyduğunu Rəşaddan soruşduqda sonuncu narahat olmamağı Apellyasiya məhkəməsində işin həll olacağını bildirmişdir. Lakin həmin vaxtlarda Rəşadın özünündə Xəzər rayon polis idarəsi tərəfindən həbs olunduğunu bildikdə o, artıq Rəşadın Qabili aldatdığını başa düşmüşdür. Qabil özüdə bu barədə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə şikayət etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək Təqsirləndirilən şəxs uzun müddət tanıdığını, Zərərçəkmiş şəxs onun oğlu Vəkilxana tajksi fəaliyyöəti il məşğöul olmaq üçün avtomobil verdiyindən bir müddətdir tanıdığını, Qabilin Rəşadı onun vasitəsi ilə tanıdığını, sonradan Rəşada pul lazım olduğundan Qabilin ona pul verməsini, Qabilin Rəşada ilkin olaraq 15000 manat, daha sonra isə 2000 manat pul verdiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini imzalamasına baxmayaraq, orada nə yazılmasından məlumatsız olduğunu, 6000 manat pulu Qabilin Rəşada nə vaxt və necə verməsindən məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, Şahid cinayət işi üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə birgə ev tikib satmaq üçün pul verdiyini bildirsə də, Şahid məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Rəşada pul lazım olduğundan Qabilin ona pul verdiyini bildirmişdir. Yəni, Orxan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ev tikib satmaq üçün pul verməsini deyil, Rəşada pul lazım olduğundan ona pul verdiyini bildirmişdir. Məhkəmə cinayət işi üzrə həm zərərçəkmiş şəxsin, həm də şahidin cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasındakı ziddiyyətlərə öz mövqeyini bildirərək cinayət işi üzrə Zərərçəkmiş şəxs və Şahid məhkəmə istintaqı zamanı vermiş olduqları ifadəsini əsas sübut növü kimi qəbul edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı özünü ona elan edilmiş ittihamda təqsirli bilsədə də, məhkəmə istintaqı zamanı təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona həmin pulu birgə ev tikib satmaq üçün verdiyini bildirsə də, göstərilən hal məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs həmin pulu Qabilin ona oğlu Vəkilxan həbs edilməzdən əvvəl verdiyini, yəni Qabildən onun oğlu Vəkilxanın həbsdən azad etdirilməsinə köməklik edəcəyi vədi ilə pul almadığını bildirmiş, eyni zamanda Qabilin ona həmin pulları oğlu Vəkilxan tutulmasından əvvəl yəni 28 iyundan əvvəl verdiyini bununla bağlı bank hesabından çıxarışlar olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bankdan çıxarış tədqiq edilərkən, Rəşadın bank hesabına 13 iyun 2023-cü il tarixdə saat 17:01:10-da “ABB” mobil tətbiqi vasitəsi ilə 1000 manat, 17:01:18-də “birbank” mobil tətbiqi vasitəsi ilə 1000 manat,17 iyun 2022-ci il tarixdə “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 1400 manat, 18 iyun 2022-ci il tarixdə “Emanat” ödəniş terminalı vasitəsi ilə 1500 manat, 24 iyun 2022-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsi ilə 1000 manat, 30 iyun 2022-ci il tarixdə “birbank” mobil tətbiqi vasitəsi ilə 905 manat məbləğində pul ödənildiyi məlum olmuşdur. Lakin, Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq heç vqaxt mobil bankçılıq xidmətindən istifadə etmədiyini, telefonunda bununla bağlı hər hansı bir mobil tətbiq olmadığını, pulu Rəşad Məmmədoiva özünün yox hər hansı bir tanışı vasitəsi ilə göndərə biləcəyini bildirmiş, daha sonra pulu qohumunun tanışının telefonunda olan mobil tətbiq vasitəsi ilə göndərdiyini, həmin qohumunun hazırda Azərbaycan Respublikasınıjn ərazisində olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan əlavə zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ilkin olaraq 15000 manat verdiyini, daha sonra 2000 manat verdiyini bildirmiş, göstərilən xüsusatı Şahid da təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona pul verməkdə məqsədinin birgə ev tikib satmaq olmasınl, bununla bağlı Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar müstəntiq Fuad Bağırov tərəfindən onun şahid qismində izahatı alınan zaman qeyd etdiyini bildirsə də, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs izahatından görünür ki, o Zərərçəkmiş şəxs ona birgə ev tikib satmaqla bağlı pul verməsini bildirməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməsinə dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır, beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri deyil, cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduqları ifadələri əsas sübut növü kimi qəbul etməklə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Hərbi səfərbərlik xidmətinin inzibati binasının yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında 27 sentyabr 2022-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 Rəşad Kamil oğlunun övladıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağı olan, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(003)-488/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il, 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-663/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il, 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra zərərçəikmiş şəxsə dəymiş zərəri ödədiyindən, eyni zamanda dəymiş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə pul ödədiyindən CM-in 80-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəuyən olunmur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dn alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə olan cinayət işinə xx.xx.2015-ci il tarixedə CPM-in 40.2.1-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1950 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti iki ilə endirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1600 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 02 il 03 aya endirilmiş və 1600 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 24 günündən şərti olaraq vaxtından əvvəl qazad edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(003)-488/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il, 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-663/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini(əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini) təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-583/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-583/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver