Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-586/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2000-ci il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, azərbaycanlı, əvvəllər məhkum edimiş, işsiz, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, “Tayqa” marketi ilə üzbəüz yataqxanada yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən saxlanc yeri hesab olunan köşkün taxta materialdan olan giriş qapısını güc tətbiq etmək yolu ilə açmaqla, qanunsuz daxil olaraq oradan dəyəri 300 manat təşkil edən üzərində 2 ədəd qaz balonları olan “ALLQAZ 2000 PS0,5/2” kompakt qaynaq aparatını, dəyəri 40 manat olan 1 ədəd markasız direli, dəyəri 70 manat olan 1 ədəd 12 mm diametrli kondisoner üçün nəzərdə tutulmuş mis borunu, dəyəri 80 manat olan 1 ədəd 10 mm diametrli mis borunu və dəyəri 12,60 manat olan 1 ədəd 2.5 mm diametrli ağ rəngli elektrik kabeli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 502,60 (beş yüz iki manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etirafedici xarakterli ifadələri, zərərçəkmiş şəxsin ifadələri, diskə baxış protokolu, ifadənin yerində yoxlanılması, ekspertiza rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oğurluq etmək məqsəsilə 24 mart 2024-cü il tarixdə saat təxminən 02:30 radələrində oğurluq etmək məqsəsilə yaşadığı evdən çıxıb Bakı şəhəri Binəqədi rayonunda Bəhlulzadə küşəsinə yaxın Yarmarka adlanan yerə gəlmişdir. Sonra dönüb Bəhlulzadə küçəsi ilə gedərkən yolun kənarında dəqiq ünvanını bilmədiyi yerdə fanel materialdan düzəldilmiş köşkü görüb, həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Köşkün üzərində olan taxta qapıya yaxınlaşdıqda, həmin giriş qapısının üzərində asma qıfılın olduğunu görmüşdür. O, köşkə daxil olmaq məqsədi ilə qapının arasına olan boşluqlara əllərini salıb, taxta qapını özünə tərəf var gücü ilə çəkmişdir ki, ara yaransın ki o, köşkə daxil ola bilsin. Bu vaxt asma kilitin üzərində olan petlə qapının yanına bərkilidilmiş yerindən aralandıqda orada boşluq yaranmış və onun həmin boşluqdan köşkə daxil olmaq imkanı yaranmışdır. O, həmin boşluqdan köşkə daxil oluqdan sonra şalvarının cibində olan alışqanı çıxarıb üzərində olan işiğını yandırmışdır. O, həmin köşkə baxış keçirdikdən sonra oradan məişət texnikasının təmir zamanı aparat kimi istifadə edilən 1 (bir) bir ədəd payatnik adlanan qaz balonları olan əşyanı, 1 (bir) ədəd direli və kondisonerlər üçün nəzərdə tutulmuş təxminən 2-3 ədəd mis və kabel borularını götürüb, sonra daxil olduğu qaydada yəni, açdığı boşluqdan çıxaraq oradan uzaqlaşmışdır. Binəqədi rayonu, Bəhluzadə küçəsinə yaxın yerdə yerləşən “uçuq bina” kimi adlanan yerə gəlib köşkdən oğurladığı həmin əşyaları orada gizlədib evə getmişdir. O, həmin gün saat 06 radələrində yaşadığı evdən çıxıb, oğurladığı əşyaları gizlətdiyi yerə gəlmiş və pul əldə etmək məqsədilə oğurladığı mis və kabel borularını götürüb Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə getmişdir. Dərnəgül qəsəbəsində əlvan metal alışı və satışı ilə məşğul olan tanımadığı şəxsə mis borularını ümumilikdə 15 (on beş) manat müqabilində satmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Elektrik kabel borunu sata bilmədiyi üçün onu yaxınlıqda yerləşən zibil yeşiyinə atmışdır. 28 mart 2024-cü il tarixdə saat 18:30 radələrində o, özünə məxsus laqondanı götürüb Binəqədi rayonu “Xəqani” yanacaq doldurma məntəqəsinin yanına iş götürüb işləmək məqsədilə yol ilə gedən zaman onu “Ramil” şadlıq sarayının arxasında iki nəfər polis əməkdaşı saxlamışdır. Onunla sorğu sual edən zaman o, həmin polis əməkdaşlarına köşkdən oğurluq etdiyini etiraf etmişdir. Onu həmin polis əməkdaşları Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmiş və orada araşdırma aparılmışdır. O isə oğurluq hadisəsi barədə polis əməkdaşlarına hər şeyi olduğu kimi danışmışdır. Məhkəmədə ibtidai istintaq zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə 39-da yerləşən yataqxananın qarşısında yerləşən küçədə, qeyri-qanuni yolla fanel materialdan quraşdırılmış köşkdə kondisionerlərin təmiri ilə məşğul olur. Həmin köşkdə ona məxsus təmir zamanı istifadə etdiyi alətlər və digər əşyalarda vardır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində həmişə olduğu kimi işlədiyi köşkə baxış keçirmək məqsədi ilə gəlmişdir. Köşkün qapısına baxış keçirən zaman görmüşdür ki, naməlum şəxs(lər) işlədiyi köşkün giriş qapısının üzərində olan cəftəsini əyib və qıraraq boşluq yaradıb içəriyə daxil olmuşlar. Lakin taxda qapının üzərində olan asma qıfıl qırılmamışdır. O, bunu gördükdən sonra anlamışdır ki, köşkdən oğurluq baş vermişdir. O, bundan sonra giriş qapısını açıb köşkə daxil olmadan əvvəl baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edib bu haqda məlumat vermişdir. Hadisə yerinə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları və təhqiqaçısı gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirən zaman mən qapının üzərində olan asma qıfılı açmışdır. Sonra köşkə daxil olub nəzərdən keçirən zaman oradan ona məxsus məişət texnikasının təmir zamanı aparat kimi istifadə etdiyim üzərində 2 ədəd qaz balonları olan 1 (bir) bir ədəd qaynaq aparatının, 1 (bir) ədəd direlin və kondisonerlər üçün nəzərdə tutulmuş təxminən 6 (altı) metr uzunluğunda diametri 12 mm olan və təxminən 6 (altı) metr uzunluğunda diametri 10 mm olan mis borunun, uzunluğu 7 (yeddi) metr olan 4 (dörd) çıxışlı diametri 2.5 mm olan ağ rəngli elektrik kabelinin oğurlandığını aşkar etmişdir. Ona məlum oldu ki, oğurluq nəticəsində ona təxminən 1000 manat dəyərində maddi ziyan dəymişdir. Lakin daha sonra mən dəqiqləşdirdi ki, 2020-ci ildə 1 (bir) bir ədəd qaynaq aparatını Şamaxinka adlanan ərazidə yerləşən mağazadan cəmi 560 (beş yüz altmış) manat pul verib almışam, 2019-cu ildə 8-ci km yerləşən bazardan 01 ədəd direli 50 (əlli) manata alımışam, bundan sonra 2023-cü ilin oktyabr ayında 8-ci km yerləşən bazardan diametri 12 mm olan 6 (altı) metr uzunluğunda mis boruları 70 manata, bundan başqa diametri 10 mm olan təxminən 6 (altı) metr uzunluğunda mis boruları təxminən 80 manata almışam, həmin bazardan 4 (dörd) çıxışlı diametri 2.5 mm, 7 (yeddi) metr olan ağ rəngli elektrik kabelini metrəsini 1.80 manatdan, ümumilikdə 12 manat 60 qəpiqə almışam. Bununla da ona ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat 60 (altmış qəpik) miqdarda maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, zərərin ödənildiyini, aralarında barışıq olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 06 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-224/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 2 (iki) ay olmaqla, yəni 04 iyul 2024-cü il tarixdək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay olmaqla, yəni 04 sentyabr 2024-cü il tarixdək uzadılmışdır. 13 avqust 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanılması zamanı istintaqa vermiş olduğu ifadəsini yerində göstərərək bir daha təsdiq etmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 (bir) ədəd diskin yaddaşında 03 ədəd faylın «VİD-20240405- WA0056» «VİD-20240405-WA0058» və «VİD-20240405- WA0059» olduğu müəyyən edildi. Videogörüntüdən müəyyən edilir ki, «VİD-20240405- WA0056» adlı fayla baxış keçirildikdə görünür ki, xx.xx.2024-cü Pa 02:02:08-də əynində qara rəngli üzərində qırmızı və sarı zolaqlar olan kapuşonlu gödəkçə və açıq göy rəngli şalvar və ayağında açıq rəngli idman ayaqqabısına oxşar ayaqqabı geyinmiş Təqsirləndirilən şəxs yol ilə piyada hərəkət edir. Baxış keçirilmiş faylda olan çəkiliş 00 dəqiqə 16 saniyədə bitir.«VİD- 20240405-WA0058» adlı fayla baxış keçirildikdə görünür ki, 2024-03-24 03:11:52-də əynində qara rəngli üzərində qırmızı və sarı zolaqlar olan kapuşonlu gödəkçə və açıq göy rəngli şalvar və ayağında açıq rəngli idman ayaqqabısına oxşar ayaqqabı geyinmiş Təqsirləndirilən şəxs sağ əlində ağ rəngli torba, sol əlində qara rəngli torba ilə evin həyətinin sağ hissəsində olan ağaclığa tərəf piyada hərəkət edir. Baxış keçirilmiş faylda olan çəkiliş 00 dəqiqə 43 saniyədə bitir.«VİD-20240405-WA0059» adlı fayla baxış keçirildikdə görünür ki, 2024-03-24 03:00:34-də əynində kapuşonlu gödəkçə olan bir nəfər şəxs yolun ortası ilə piyada hərəkət edir. Baxış keçirilmiş faylda olan çəkiliş 00 dəqiqə 18 saniyədə bitir.Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, xx.xx.2024-cü il tarixdə gecə saatlarında evdən çıxıb, ünvan 2 ünvanında yerləşən köşkə oğurluq etmək məqsədilə getmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 9/2798 nömrəli rəyindən görünür ki, təhqiqat nəticəsi:- analoji mallara müvafiq olaraq ekspertiza təyin haqqında qərarda göstərilən malların təqdim edilmiş fotoşəkillərə əsasən istifadə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 40,00 manat müəyyən olunur .Qərarda göstərilənlən qaz balonu və qaynaq aparatının ölçüsü ,həcmi haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmək aparmaq mümkün olmadı. Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2024-cü il tarixli,1537 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və ondan idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 9/4138 nömrəli rəyindən görünür ki, təhqiqat nəticəsi:02 ədəd qaz balonları olan 01 ədəd (kondisioner, soyuducu və s.) mis borularının qaynağı üçün nəzərdə tutulmuş “ALLQAZ 2000 PSO,5/2” kompakt qaynaq aparatının istifadə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan bazar qitməti nəzəri hesablama yolu ilə təxminən 300,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-114/2024 nömrəli, 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-681/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngülləşdirilərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Cəza müddəti bitdiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, hadisə yerlərinə baxışlar protokolları, əldə olunmuş maddi sübutlar və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CMnin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəyə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 18.1-ci maddəyə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətdiyi müəyyən edildiyindən onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, aralarında barışıq olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi sərf etdiyi 25 iş saatına görə 6 manat hesab edilməklə, 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-586/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-586/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver