Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-587/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 2 azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Xan” adlı şəxsin bank kartının hesabına 200 manat pulu ödəmə terminalı vasitəsilə köçürdükdən sonra naməlum şəraitdə sonuncu tərəfindən Binəqədi rayonu Binəqədi şossesində yolun kənarında gizlədilmiş satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,896 qram çəkidə narkotik vasitə heroini və 0,838 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 17 aprel 2023-cü ildə saat 19:00-da Binəqədi RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün yanında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in inzibati binasına gətirilib həmin gün saat 20:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Marlboro” markalı siqaret qutusunun içində 03 ədəd şəffaf rəngli sellofan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,275 qram və 0,358 qram olmaqla, ümumi çəkisi 0,896 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,838 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Marlboro” markalı siqaret qutusunun içində 03 ədəd şəffaf rəngli sellofan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,857 qram və 1,250 qram olmaqla, ümumi çəkisi 3,191 qram, öz aralarında eyni tərkibli olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülsə də, həmin narkotik vasitənin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan vermir. Bu səbəbdən ittiham hökmünün təsviri hissəsində törədilmiş cinayət əməllərinin sırasında təsvir edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, müxtəlif növ narkotik vasitələri çəkmək yolu ilə qəbul edir, psixotrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə 2023-cü ilin aprel ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşının kartına pul köçürmə yolu ilə 200 manat dəyərində hər biri şəffaf rəngli sellofanda olan 7 büküm narkotik vasitə almışdır. Həmin narkotik vasitələrin içərisində heroin, marixuana və psixotrop maddə metamfetamin olmuşdur. Onları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində ünvanı xatırlamadığı gizli yerdən götürmüşdür. 3 büküm marixuana, 3 büküm heroin və 1 büküm metamfetamini əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində “Marlboro” markalı siqaret qutusunun içərisində saxlayaraq gəzdirmişdir. 17 aprel 2023-cü ildə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Çermet” körpüsü adlanan yerdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-in əməkdaşlarıdırlar.Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-yə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-in inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil Binəqədi RPİ-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir.Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyaların olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir.O, könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı “Marlboro” markalı siqaret qutusunun içərisində 3 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin, 3 ədəd şəffaf rəngli sellofana bükülmüş marixuana və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş pixotrop maddə metamfetamini masanın üzərinə qoymuşdur. Gödəkçəsinin sol yan cibində saxladığı özünə məxsus qara rəngli “Redmi Note9” markalı mobil telefonu üzərində olan ***-***-**-** GSM nömrəsi ilə birlikdə və gödəkçəsinin sol iç cibində saxladığı özünə məxsus “Leo Bank” tərəfindən verilmiş pul kartını, “Kapital Bank” tərəfindən verilmiş pul kartını və “Umico” kartını aşkar olunaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları üzərində olan paltarlara və ayaqqabılarına baxış keçirmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunan 07 ədəd büküm açdıqda 01 ədəd bükümdə içində psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə narkotik vasitə heroin və 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddələr narkotik vasitə heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə metamfetamindir, həmin maddələrin istifadəçisidir, 1 həftə əvvəl öz istifadəsi üçün almışdır. Üzərindən aşkar edilən 07 ədəd şəffaf rəngli büküm içərisindəki maddələr ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmişdir və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkilin və polis əməkdaşları tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Cəza təyin edərkən himayəsində iki azyaşlı uşağın olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-in 43-cü PB-in CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Daha sonra 17 aprel 2023-ci ildə saat 19:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Çermet körpüsü adlanan yerin yaxınlığında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-in inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-in inzibati binasına gəlmişdir. Binəqədi RPİ-in inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı “Marlbro” markalı siqaret qutusunun içərisində olan 3 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz formasında olan narkotik vasitə heroinə bənzər maddəni, 3 ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş ot formasında olan marixuanaya bənzər vasitəni və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal formada psiotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoyaraq həmin narkotik vasitələri və psixotrop maddəni təxminən bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşı “Xan” adlı şəxsə pul köçürəndən sonra Binəqədi şossesində ünvanı dəqiq bilmədiyi gizli yerdən götürdüyünü bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd qara rəngli “Redmi Note 9” markalı mobil telefon və gödəkçənin sol iç cibində saxladığı “Leo Bank” tərəfindən verilmiş pul kartı, “Kapital Bank” tərəfindən verilmiş pul kartı və “Umico” kartı aşkar olunaraq götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş maddələr boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri Ruslan barədə könüllü ifadə verir. 2012-ci ildən Təqsirləndirilən şəxsla evlidir. 2023-cü ilin əvvəllərindən Ruslanın davranışında və səhhətində müəyyən dəyişikliklər yaranmağa başlamış, o bu əlamətlərdən şübhələnərək Ruslanın narkotik vasitədən istifadə etdiyini düşünmüşdür. Bu barədə Ruslandan soruşmuş, lakin Ruslan bunu qəti surətdə rədd etmişdir. Sonradan Ruslan öz istəyi ilə səhhətində problem olduğunu əsas gətirərək müalicə götürmüş, sistem köçürülmüş və qanı yuyulmuşdur. Əslində o və digər ailə üzvləri Ruslanın narkotik vasitədən istifadə etdiklərini bilsələr də, bunu Ruslanın üzünə vurmamışlar. 17 aprel 2023-cü ildə saat 16:15 radələrində Ruslan evdən çıxaraq avtomobil üçün ehtiyat hissələri almağa getmiş, bir neçə saat keçsə də, evə qayıtmamışdır. O narahat olub Ruslanla telefon əlaqəsi yaratsa da, Ruslanın telefonu bağlı olmuşdur. Sonradan polisdən zəng gəlmiş və polis əməkdaşları Ruslanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunduğunu bildirmişlər. Bundan sonra o, Binəqədi RPİ-yə yaxınlaşmış və orada bu məlumatı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.22-23). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü ildə saat 19:00-da Binəqədi RPİ-in CAŞın əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün yanında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in inzibati binasına gətirilib həmin gün saat 20:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Marlboro” markalı siqaret qutusunun içində 03 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 03 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.31-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/557 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş vasitələr....” yazı və imzalar olan zərfdə 01 ədəd “Marlboro” markalı siqaret qutusunun içində 03 ədəd şəffaf rəngli sellofan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,857 qram və 1,250 qram olmaqla, ümumi çəkisi 3,191 qram, öz aralarında eyni tərkibli olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd şəffaf rəngli sellofan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,275 qram və 0,358 qram olmaqla, ümumi çəkisi 0,896 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,838 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v.39-44). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.224-225). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.95-99). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 2882 mömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.156-157). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1,i.v.158). Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd sellofan bükümdə hər birinin ayrıayırlıqda təmiz çəkiləri 1,084 qr, 0,857 qr. və 1,250 qram olmaqla ümumi çəkisi 3,191 qram bitki mənşəli kütlələr öz aralarında eyni tərkibli olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 0,263 qr., 0,275 qr. və 0,358 qram olmaqla ümumi çəkisi 0,896 qram olan qəhvəyi maddələr öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,838 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, habelə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq 3,041 qram narkotik maddəmarixuana, ekspert tədqiqatından sonra qalıq 0,746 qram olan narkotik maddə-heroin, ekspert tədqiqatından sonra qalıq 0,788 qram psixotrop maddə metamfetamin maddi sübut qismində saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmiş və 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 1,i.v.192-193). Məhkəmə kompüter-texniki ekspertizasının 18 may 2023-cü il tarixli 5/595 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı Android əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redimi 9S” markalı arxa markalanma göstəricisinə görə “M2003J6A1G” mobil smatfon hal-hazırda işlək vəziyyətdədir. “X3 9S” markalı arxa markalanma göstəricisinə görə “M2003J6A1G” modelli mobil smartfonun “imeil” kodunu müəyyən etmək mümkün olmadı. “X3 9S” markalı arxa markalanma göstəricisinə görə “M2003J6A1G” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. “X3 9S” markalı arxa markalanma göstəricisinə görə “M2003J6A1G” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 1,i.v.198-202). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1614 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublixası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1,i.v.203-205). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-874/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü Tuncay və xx.xx.2015-ci il təvəllüdlü Yusif adlı uşaqları var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqlar olmasını təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını, özünün etiraf etdiyi kimi 2 ilə yaxın müddətdir ki, narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə hazırlıq iclasında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət (4 ay) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 2882 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 3,041 qram narkotik vasitə marixuana, qalıq çəkisi 0,746 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,788 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 168 (yüz altmış səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək həbsdə saxlandığı 4 (dörd) ay cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 3,041 qram (qalıq çəkisi) narkotik vasitə qurudulmuş marixuana, 0,746 qram (qalıq çəkisi) narkotik vasitə heroin və 0,788 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 168 (yüz altmış səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-587/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-587/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver