Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-59/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonu, Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 08 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 15:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 55 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 3068 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1-ci epizod üzrə özünü təqsirli bilir və saxlanılarkən üzərində həqiqətən narkotik vasitə olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni Nəsimi rayonu, Papanin adlanan ərazidən alıb geri qayıdanda yanvar ayında təxminən günorta saatlarında Ə.Naxçıvani küçəsində saxlanılmışdır. Saxlanıldıqdan sonra bölməyə gətirilmiş, üzərinə baxış keçirilərkən ondan həqiqətən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 2-ci epizod üzrə isə özünü təqsili bilmir və saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. O həmin vaxt dostları ilə çay evində olarkən 4-5 nəfər polis əməkdaşları çay evinə daxil olaraq onları oradan götürüb polis bölməsinə aparmış, yanındakı dostunu buraxsalar da üstündə hər hansı maddə olmamasına baxmayaraq onu yenidən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə sənədləşdirmişlər. Belə ki, 1-ci dəfə tutulmasından təxminən 10-15 gün sonra axşam radələrində “Kəmalə Nərmin” şadlıq evinin həyətində olan çay evində özü və iki dostu ilə oturmuşdur. Həmin vaxtı çay evində 5-ci Polis Bölməsinin əməliyyatçılarından olan Babək də orda kimlərləsə çay içirdi. O, Babəki bölmədə tutulduğu vaxtdan tanıdığı üçün çay evinə girəndə Babəki görərək ona salam da vermişdir. Çay evində oturub çay içərkən Babək ona baxmış, onun üzərində heç nə olmadığı üçün özünü rahat hiss etmişdir. Təxminən 20-25 dəqiqədən sonra 4-5 nəfər polis əməkdaşları çay evinə daxil olaraq onları bölməyə aparmışlar. Yanında olan dostu ümumiyyətlə heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Tək qorxusu dostunun narkotik vasitəyə görə tutulması olmuşdur. Onu dostu ilə hədələyərək boynuna götürməsə dostunu narkotiklə, onun isə narkotik vasitələrin satışı ilə sənədləşdiriləcəyini dediklərindən məcbur qalıb narkotik vasitəni üzərinə götürmüş, bundan sonra dostunu buraxmışlar. 2-ci epizod üzrə olanları müstəntiqə bildirmiş, müstəntiq ona dediklərini araşdıracağını bildrisə də daha sonra dediklərini araşdırmamışdır. Onunla olan şəxslərdən biri Şahid5 olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almışdır ki, münasib vaxtda istifadə etsin. xx.xx.2024-cü il tarixdə saat 20:00-da ünvan 4 ünvanında piyada gedən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişdirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmış və orada ona müdafiəçi verilərək hüquq və vəzifələri izah edilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl bu barədə qərarla tanış olmuş və iştirakçılara elan edilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun, göy rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabını çıxarıb içərisini nümayiş etdikdə ayaqqabının da içərisindən heçnə aşkar olunmamışdır. Ondan üzərində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş şəffaf sellofana bükülmüş bükümün içərisində nə olduğu soruşulduqda, şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Habelə etiraf etmişdir ki, o, narkotik vasitə istifadəçisi olaraq bu bükümdəki heroini 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Yekunda təhqiqatçı tərəfindən onun barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və o, həmin protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. O saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün səxsi istifadəsi üçün istifadə etmişdir.” Təqsirləndirilən şəxs 2-ci epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilmiş suallara cavab olaraq 2-ci epizod üzrə saxlanılarkən üzərində həqiqətən də hər hansı maddə olmadığını, çay evinə daxil olan polis əməkdaşlarından Elvin adlı şəxsi xatırladığını, Orxanın isə orada olmadığını, Orxanın onun 1-ci epizod üzrə saxlanılarkən orda olduğunu, bundan başqa çay evində saxlanılarkən polis əməkdaşı Babəkin də orda oturaraq çay içdiyini, həmin vaxtı Zamin və Elnur adlı tanışları ilə bir yerdə olduqlarını, onların hər üçünün də polislər tərəfindən çay evindən polis bölməsinə birlikdə aparıldığını bildirmişdir. 1-ci epizod üzrə şahidlər Şahid1 və Şahid2 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs həmin şahidlərin ifadələrinin doğru olduğunu, onun 1-ci epizod üzrə həmin şahidlər tərəfindən saxlanıldığını və saxlanılarkən üzərində həqiqətən də narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə 2-ci epizod üzrə üzərində hər hansı maddə olmadığını, bununla bağlı deyəcək əlavə sözünün olmadığını, ədalətli qərar veriləcəyinə inandığını, 1-ci epizod üzrə isə özünü təqsirli bildiyini, himayəsində az yaşlı övladının olduğunu, ayağında yara olduğunu, atası və anası olmadığını bildirməklə məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 8 yanvar 2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 55 ünvanının yaxınlığında saxlayaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirmişlər. Bölmədə video-çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşı Şahid1 ilə birlikdə təxminən saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 55 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək onun şübhəli şəxs qismində 5-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmiş, saxlanılarkən və ya polis bölməsində olarkən ona hər hansı formada təzyiq və ya hədə-qorxu olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hadisə təxminən yanvar ayında, Ş.Məmmədova küçəsində olmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində yaxınlaşaraq video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilərkən onun üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin əməliyyat məlumatına əsasən digər polis əməkdaşı Şahid3 ilə birlikdə 25 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 8-9 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 3068 ünvanına gedərək onu şübhəli şəxs qismində saxladıqlarını, saxlayarkən onun üzərində narkotik vasitə olan heroin olması barədə əməliyyat məlumatı daxil olmasını, üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etməsini bildirdklərini, saxladıqları yerdə yolun ortasında onun üzərinə baxış keçirdiklərini, Təqsirləndirilən şəxs da üzərindəki çox da böyük olmayan, şəxsi istifadəsi üçün olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroini könüllü çıxarıb onlara göstərdiyini, onun təqdim etdiyi narkotik vasitəni həmin yerdə özünün şəxsən gördüyünü, lakin hansı cibindən çıxardığını hazırda dəqiq xatırlamadığını, şəxsi saxladıqları yerdə olanları rəsmiləşdirmək üçün şəraitlərinin olmadığından ona həmin narkotik vasitəni cibinə qoymasını və bölməyə gedəcəklərini, bölmədə vəkil dəvət edilərək həmin narkotik vasitənin ondan götürülməsinin videoçəkilişlə sənədləşdiriləcəyini dediyini, onun da həmin narkotik vasitəni cibinə qoyaraq onlarla birlikdə bölməyə gəldiyini, şəxsi təhqiqatçıya təhvil verdiklərini, daha sonra vəkil dəvət edildiyini, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş həmin narkotik vasitənin videoçəkilişdə təkrar çıxarıb təhqiqatçıya təqdim etdiyini, bunların da sənədləşdirildiyini, şəxsi bölməyə gətirərkən qollarından tutduqları üçün saxlanılarkən onlara göstərdiyi narkotik vasitəni atmağa imkanının olmadığını, hava qaranlıq olduğundan ətrafda başqa şəxslər olmasını görmədiyini, şəxsi tək saxladıqlarını, onun üzərindən başqa hansı əşyaların olmasını xatırlamadığını, hazırda dediklərinin doğru və həqiqət olduğunu və dəqiq xatırladığını bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “Mənə verilən suallara cavab olaraq göstərə bilərəm ki, mən Binəqədi RPİnin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışıram. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğum həmkarım Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 ilə birlikdə olan zaman xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonu, Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlayıb gəzdirməsi, satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə raportla müraciət edildi. Daxil olmuş mötəbər məlumat əsasında həmkarım Şahid3 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvan 7 ünvanına getdik. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğumuz Təqsirləndirilən şəxs yaxınlaşaraq, özümüzü təqdim etdikdən sonra narkotik vasitənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, bizimlə birlikdə xidmət göstərdiyimiz Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etdik. Həmin şəxs təklifimizdən imtina etməsə də, narahatçılıq hissi keçirdib bizimlə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getdi. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxladıq. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nizami Babazadəyə həvalə olundu. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olundu, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edildi. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirildi, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərsində maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldü. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, həmin bükümdə olan heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi, protokol ucadan oxundu, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalandı.” Şahid4 ibtididai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni saxlalılarkən onlara təqdim etməsi hissəsi göstərilmədiyini, dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs saxlayarkən üzərində narkotik vasitə olduğu halda təqdim etməsini bildirdiklərini, onun da üzərində olan narkotik vasitəni onlara təqdim etdiyini, bunu şəxsi boş-boşuna polis bölməsinə aparmamaq üçün dəqiqləşdirdiklərini, Təqsirləndirilən şəxs da üzərində olan narkotik vasitəni onlara təqdim etdikdən sonra rəsmiləşdirmək üçün onu bölməyə apardıqlarını, məhkəməyədək icraat zamanı olan ifadəsində saxlanılarkən şəxsin narkotik vasitəni onlara təqdim etməsi hissəsinin niyə göstərilmədiyini bilmədiyini, çox güman ki, buna zərurət olmadığından müstəntiq tərəfindən ifadəsinə salınmadığını, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmasında iştirak etmədiyini, sadəcə xx.xx.2024-cü il tarixdə saxlanılmasında digər polis əməkdaşı Həmzə ilə birlikdə iştirak etdiyini, şəxsə qarşı da heç bir təzyiq və hədə-qorxu olunmadığını, onu saxladıqları yer ilə polis bölməsi arasındakı məsafənin 5 dəqiqəlik məsafə oldğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə digər polis əməkdaşı Şahid4 ilə birlikdə təxminən 20:00 radələrində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3068 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs 5-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki, psixoloji təsir olmamışdır. Təqsirləndirilən şəxsin əməliyyat-tədbirində onun iştirak etməməsi, həmçinin çayxanada saxlanılması barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs saxlanılmasında o şəxsən iştirak etmişdir. Onunla birlikdə əməliyyat-tədbirində Orxan adlı polis əməkdaşı da olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yerdə üzərinə baxış keçirməmişlər, baxış bölmədə və video çəkiliş ilə aparılmışdır, Orxan verdiyi ifadədə ola bilsin yeni tələblər ilə səhv salmışdır. Təqsirləndirilən şəxs onlar çayxanada deyil, küçədə saxlamışlar və həmin zaman Təqsirləndirilən şəxs tək olmuş, yanında heç kim olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs yaşadığı yerdə onun qohumları yaşayır və o da həmin yerə gəlib-getdiyi üçün Təqsirləndirilən şəxs oradan tanıyır. Hazırda tarixini və saatını dəqiq xatırlamadığı axşam radələrində o, Cahangir və Elnur adlı şəxslə Cahangirin yaşadığı evin qarşısında görüşərək çay evinə getmək qərarına gəlmişlər. Çay evinə gəlib əyləşdikdən sonra polislər həmin yerə daxil olaraq özlərini təqdim etdikdən sonra onları 5-ci polis bölməsinə aparmışlar. Onlar polis bölməsinə aparılarkən üzərlərində narkotik vasitə olmamışdır. Çünki çay evində olarkən ordan çıxdıqdan sonra narkotik vasitə almaq istəmişlər. Lakin, polislər onları polis bölməsinə aparmışlar. Buna görə də polisə aparılarkən üzərlərində narkotik vasitə olmamışdır. Bölməyə daxil olduqdan sonra birinci Cahangiri vurmuşlar, daha sonra onlarla birlikdə saxlanılan Elnuru döymüşlər, özü isə 1-ci qrup əlil və xəstə olmasını bildirərək onu vurmamalarını xahiş etmişdir. Daha sonra üzərlərini yoxlamağa başlamışlar, onların üstündən heç nə aşkar olunmamışdır. Əvvəl onları döymüşlər, daha sonra isə bir birlərindən ayırmışlar. Lakin otaqlar bir-birinə bitişik olduğu üçün səsləri eşitmək mümkün olmuşdur. O, Cahangirin səsini eşitmişdir. Daha sonra onu başqa otağa aparmışlar, xeyli mübahisədən sonra heç bir sənədə qol çəkmədiyindən onu yenidən öz otağına apararaq, daha sonra Cahangirə də eyni qaydada güc tətbiq etmişlər. O, Cahangirdən necə olduğunu soruşanda Cahangir məcbur qalıb üzərinə götürdüyünü bildirmişdir. Onu səhəri gün günortadan sonra buraxmışlar. Onları aparmağa gələn polislər 4-5 nəfər olmuş və 2 avtomobil ilə gəlmişlər. Həmin günü Elnur və Cahangiri bilmir, lakin o narkotik vasitə istifadə etməmiş, oraya da alıb istifadə etmək üçün getmiş, lakin tutulduqları üçün narkotik vasitə ala bilməmişlər. Cahangir onun yanında istifadə etməsə də, onun narkotik vasitə istifadə etdiyi hiss olunurdu. Cahangirlə o əvvəllər arada bir narkotik vasitə istifadə etmişlər. O, Mərdəkanda qaldığından Cahangirlə tez-tez görüşməmişdir. Onu bölməyə apardıqdan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edərək məhkəməyə təqdim etmişlər və məhkəmə onu inzibati qaydada cərimə etmişdir. Onu, Cahangiri və yanlarında olan Elnur adlı şəxsi, yəni üçünü də, çay evində birlikdə saxlayaraq polis bölməsinə aparmışlar və onları guya ayrı-ayrılıqda tutulmuş kimi sənədləşdirmişlər. Məhkəmədə onun barəsində inzibati qaydada işə baxılarkən hazırkı məsələlər barədə hər hansı bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,298 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:10-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 15:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd açıq rəngli sellofana bükülmüş bükümü və “Samsunq” markalı telefonu təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 01 ədəd bükümün içərisində olan maddənin el arasında “kakos” deyilən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qr. olması müəyyən olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqtaçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüş və bu barədə tərtib edilmiş protokol istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/69 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "....Təqsirləndirilən şəxs və s. soyadlar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,298 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,248 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf edildikdən sonra çəkisi 0,248 qram olan heroin maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,359 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:20-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 20:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti saat 21:40-da başlanılmış 22:10-da qurtarmışdır. CPMnin 247.1.9-cu maddəsinə əsasən şəxsi axtarış nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o sol yan cibindən “Samsunq” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində olan vasitənin el arasında "kakos" deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü xx.xx.2024-cü il tarixdə saat səhər saatlarında öz istifadəsi üçün Nəsimi rayonu, Papanin deyilən ərazidən tanımadığı şəxsdən 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və tərəzidə 0.46 qr. göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 247.1.8-ci maddəsinə əsasən şəxsi axtarış aparılarkən "Panasonic" markalı videokameradan istifadə edilmiş və çəkiliş iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/533 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "....Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,359 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,309 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf edildikdən sonra çəkisi 0,309 qram olan heroin maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 32.5,181.3.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 il, 5 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs AR CM-nin 32.2,181.3.2-ci maddəsi ilə bəraət verilmiş, AR CM-nin 234.1-ci maddəsi ilə üzərində 1 il, 6 ay, 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. Bundan başqa o, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,həmin hökm Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli 1(064)-16/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun üzərindən şəxsi axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-422/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli i, 1(001)-422/2024 saylı qərarı ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində ünvan 8 ünvanının yaxınlığında tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-647/2024 saylı qərarından görünür ki, Şahid5 AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin iş üzrə Şahid5 xx.xx.2024-cü il tarixdə, saat 23:35-də inzibati qaydada tutulduğu göstərilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə xx.xx.2025-ci il tarixli (1001)-59/2025 saylı sorğu göndərilərək həmin idarənin 5-ci Polis Bölməsinə 25 yanvar 2024-cü il tarixdə gətirilmiş şəxslərin siyahısına dair qeydiyyat kitabının təsdiq edilmiş surətinin göndərilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-46/2- 17867/2025 saylı məktubu ilə həmin sorğuya cavab olaraq təqdim edilmiş 5-ci Polis Bölməsinə gətirilmiş şəxslərin siyahısına dair qeydiyyat kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15-də əməliyyat müvəkkiləri Şahid4 və Şahid3 tərəfindən bölməyə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da azad olunmuşdur. Həmçinin çıxarışda X5 həmin tarixdə saat 21:15-də bölməyə gətirilərək idarənin müvəqqəti saxlama yerinə təhvil verilməsi, xx.xx.2024-cü il tarixdə saat 13:00-da azad edilməsi qeyd olunmuşdur. Cinayət işinin 10-cu vərəqində olan “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarışdan isə görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 20:15-də əməliyyatçı M.Şahid2 tərəfindən bölməyə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 22:00-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv olunması haqqında” ibtdiai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Emin Cahangirovun qərarından görünür ki, X5 25 yanvar 2024-cü il tarixdə Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 0,383 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşıması, həmin tarixdə saat 21:00 radələrində Binəqədi rayon Pİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 3068 ünvanında saxlanılaraq ünvan 10 Pİ-nin 5-ci PB-nin inzibati binasına gətirilməsi və orada 25 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış ilkin yoxlama materialı əsasında başlanılmış ********* saylı cinayət işi üzrə Binəqədi rayon Pİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Rza Nəzərov tərəfindən qəbul edilən X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərarı X5 üzərində xəsarətlər olması əsası ilə ləğv edilməklə cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Binəqədi rayon Pİ-nin İŞ-nə qaytarılmışdır. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Zəhra Hümbətova və xx.xx.2010-cu il təvəllüdlü Aytən Hümbətova adlı iki övladı vardır. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iki epizod üzrə törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə xx.xx.2025-ci il tarixli epizod üzrə əsaslıdır və həmin epizod üzrə cinayət əməlini törətməkdə təqsiri sübut olunur, lakin xx.xx.2024-cü il tarixli epizod üzrə gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə xx.xx.2024-cü il tarixli epizod üzrə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun həmin epizod üzrə qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə təqsirləndirilən şəxsə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli epizodlar üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İlk öncə təqsirləndirilən şəxsin 08 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşıması, həmin tarixdə, saat 15:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 55 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən həmin polis bölməsinə gətirilməsi və həmin tarixdə saat 16:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi barədə məhkəmə qeyd edir ki, təqsriləndirilən şəxsin həmin cinayət əməlini törətməsi iş materialları ilə tam olaraq sübut olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə özünü təqsirli bilərək həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək xx.xx.2024-cü il tarixdə saxlanılarkən həqiqətən də üzərində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Nəsimi rayonu, Papanin adlanan ərazidən alıb geri qayıdan zaman təxminən günorta saatlarında Ə.Naxçıvani küçəsində saxlanıldığını bildirmiş, həmin epizod üzrə şahidlər Şahid1 və Şahid2 dindirildikdən sonra həmin şahidlərin ifadələrinin doğru olmasını qeyd etmiş, “şəxsi axtarış və götürmə istintaq hərəkətinin“ aparılması zamanı qeydə alınmış video yazıya məhkəmə iclasında baxış keçirilərkən həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələri iş üzrə digər sübutlarla üst-üstə düşərək həmin epizod üzrə təsirləndirilən şəxsə verilmiş ittihamın düzgün olması müəyyən edilmişdir. Həmin epizod üzrə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar isə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşıması, həmin tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 3068 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən həmin polis bölməsinə gətirilməsi və həmin tarixdə saat 21:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi ilə bağlı ona verilmiş ittihamla bağlı qeyd edir ki, ibtidai istintaq orqanın gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə həmin epizod üzrə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun həmin epizod üzrə qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Təqsirləndirilən şəxsə xx.xx.2024-cü il tarixli epizod üzrə verilmiş ittiahımın əsasını ibtidai istintaq zamanı onun təqsirini etiraf etməsi barədə ifadəsi, şahidlər Şahid4 və Şahid3 ifadələri, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti protokolu təşkil etmişdir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının xx.xx.2024-cü il tarixli epizod üzrə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs etiraf edici ifadə verərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata heroin aldığını, həmin tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 3068 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq 5-ci polis bölməsinə aparıldığını və üzərinə bölmədə video-çəkiliş aparılmaqla baxış keçirilən zaman üzərindəki narkotik vasitə olan bükümü təqdim etdiyini bildirsə də, məhkəmə istintaqı zamanı həmin epizod üzrə özünü təqsirli bilməyərək saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmadığını, çayxanada tanışları Elnur və Zamin ilə birlikdə olduqları zaman 4-5 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq hər üçünün polis bölməsinə gətirildiyini, bölmədə dostlarının narkotiklə sənədləşdirilməsi və özünün də narkotik vasitələrinin satışı ilə sənədləşdirilməsi ilə hədələndiyi üçün törətmədiyini cinayət əməlini boynuna götürdüyünü bildirmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar yoxlanılarkən öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan sənədlərə əsasən təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 3068 ünvanının yaxınlığında saxlanıldığı və yanında digər şəxslərin olmadığı göstərilmişdir. Lakin təqsirləndirilən şəxs çayxanadan yanında olan Elnur və Zamin adlı şəxslə birlikdə saxlanılaraq polis bölməsinə aparıldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları təsdiq edərək onun Təqsirləndirilən şəxs və Şahid5lə birlikdə çayxanada olduqları zamanı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldıqlarını, aparılarkən üzərlərində hər hansı qanunusz maddə olmadığını, heç bir sənədə imza atmadığından onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edildiyini və məhkəmə tərəfindən inzibati qaydada cərimə edildiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-647/2024 saylı qərarı ilə Şahid5 AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edildiyi, onun xx.xx.2024-cü il tarixdə, saat 23:35də inzibati qaydada tutulduğu müəyyən edilmişdir. Şahid5 oğlunun barəsində tərtib edilmiş tutma protokolunda tutulduğu saat 23:35 olaraq qeyd edilsə də, məhkəmə hesab edir ki, həmin protokol tərtib edilərkən tutma saatı onun azadlığın məhdulaşdırıldığı vaxtdan deyil, tutma barədə protokol tərtib edildiyi saat olaraq göstərilmişdir. Bundan başqa xx.xx.2024cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv olunması haqqında” ibtdiai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi Rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Emin Cahangirovun qərarı ilə X5 25 yanvar 2024-cü il tarixdə Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 0,383 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşıması, həmin tarixdə saat 21:00 radələrində Binəqədi rayon Pİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 3068 ünvanında saxlanılaraq ünvan 10 Pİ-nin 5-ci PB-nin inzibati binasına gətirilməsi və orada 25 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış ilkin yoxlama materialı əsasında başlanılmış ********* saylı cinayət işi üzrə Binəqədi rayon Pİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Rza Nəzərov tərəfindən qəbul edilən X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərarı həmin şəxsin üzərində xəsarətlərin olması əsası ilə ləğv edilməklə cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Binəqədi rayon Pİ-nin İŞ-nə qaytarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs və X8 xx.xx.2024-cü il tarixdə axşam saatlarında eyni yerdə, yəni Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 3068 ünvanında saxlanılmışlar. Təqsirləndirilən şəxs birlikdə saxlanıldıqları qeyd etdiyi Şahid5 və X5 həqiqətən də xx.xx.2024-cü il tarixdə axşam saatlarında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə təqsirləndirilən şəxsin şübhəli şəxs qisimində saxlanılarkən tək olmaması, onun Şahid5 və X8 ilə birlikdə saxlanılması barədə göstərdiyi xüsusarların həqiqətə uyğun olduğu qənaətinə gəlir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsaslı hesab edir. Bundan başqa təqsirləndirilən şəxs 2-ci epizod üzrə saxlanılarkən Şahid4 orda olmadığını göstərmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında həmin xüsusatlarla bağlı ziddiyyətlər mövcuddur. Belə ki, Cinayət işinin 10cu vərəqində olan “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15də əməliyyatçı M.Şahid2 tərəfindən bölməyə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 22:00-da azad edilmişdir. Qeyd edilən çıxarışda məlumatın sıra nömrəsi 271 olaraq göstərilmişdir. Lakin məhkəmənin verdiyi sorğuya cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-46/2-17867/2025 saylı məktubu ilə təqdim edilmiş 5-ci Polis Bölməsinə gətirilmiş şəxslərin siyahısına dair qeydiyyat kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15-də əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 tərəfindən bölməyə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da azad olunmuşdur. Həmçinin çıxarışda X5 həmin tarixdə saat 21:15-də bölməyə gətirilərək idarənin müvəqqəti saxlama yerinə təhvil verilməsi, xx.xx.2024-cü il tarixdə saat 13:00-da azad edilməsi qeyd olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxsa dair məlumatlar kitabda 68-cı sıra nömrəsində, X8 barəsində isə 69-cu sıra nömrəsində qeyd edilmişdir. Halbuki, hər polis bölməsində bir “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı” olmasına baxmayaraq hazırda cinayət işinin materiallarında bununla bağlı tamamilə bir-birinə zidd iki çıxarış mövcuddur. Göründüyü kimi təqsirləndirilən şəxsi polis bölməsinə gətirmiş əməliyyatçıların adları barədə ziddiyyətlər mövcuddur və bu isə sənədləşmənin düzgün aparılmamasına, onun saxlanılmasında hansı polis əməkdaşının iştirak etməsinə əsaslı şübhələr yaratmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tədqiq edilən zaman həmin protokolun da pozuntularla formal olaraq tərtib edilməsi müəyyən edilmişdir. Belə ki, həmin protokola əsasən qeyd edilən istintaq hərəkətinin xx.xx.2024-cü il tarixdə saat 21:40-da başlanıldığı, saat 22:10-da qurtardığı, yəni şəxsi axtarış və götürmə istintaq hərəkətinin 30 dəqiqə davam etməsi, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü cibindən çıxardaraq masanın üzərinə qoyduğu, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, onun sol yan cibindən “Samsunq” markalı mobil telefonu çıxararaq masaının üzərinə qoyduğu göstərilsə də, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən istintaq hərəkətinin ümumilikdə 8 dəqiqə 30 saniyə davam etməsi, Təqsirləndirilən şəxs sağ cibindən yalnız bir ədəd şəffaf salofana bükülmüş bükümü çıxararaq təqdim etməsi, daha sonra onun üzərində atxarış aparılsa da başqa hər hansı əşyanın aşkar edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, həmin istintaq hərəkəti 8 dəqiqə 30 saniyə davam etməsinə baxmayaraq tərtib edilmiş protokolda qeyd edilən istintaq hərəkətinin 30 dəqiqə davam etməsi, habelə şəxsin üzərindən hər hansı telefon aşkar edilmədiyi halda onun sol yan cibindən “Samsunq” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyması göstərilmiş, həmin istintaq hərəkətinin aparılmasına dair protokol hazırda məhkəmə iclasında iştirak edən şahidlər Şahid4 və Şahid3 tərəfindən də imzalanmışdır. Bu da həmin istintaq hərkətinin formal olaraq və pozuntularla tərtib edilməsinə dəlalət edir və həmin sübut şəxsə verilmiş ittihamın əsasını təşkil edən sübut kimi qiymətləndirilə bilməz və bu səbəbdən də sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsasını təşkil edən digər subutlar isə şahidlər Şahid4 və Şahid3 ifadələridir. Məhkəmə Şahid4 ifadəsinə münasibətdə qeyd edir ki, o ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs ünvan 7 ünvanında şübhəli şəxs qsimində saxlayaraq 5-ci Polis Bölməsinə dəvət etdiklərini, bölmədə keçirilən şəxsi axtarış və götürmə zamanı onun könüllü olaraq əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirsə də, məhkəmə istintaqı zamanı tamamilə başqa məzmunda ifadə verərək Təqsirləndirilən şəxs saxlayarkən üzərində olan narkotik vasitəni təqdim etməsini təklif etdikdən sonra onun cibindən narkotik vasitəni çıxararaq onlara göstərdiyini, daha sonra ona həmin narkotik vasitəni cibinə qoymasını və rəsmiləşdirmək üçün bölməyə apardıqlarını, bölməyə apardıqdan sonra saxlanılarkən onlara göstərdiyi narkotik vasitəni təkrar çıxararaq təqdim etdiyini və bunların rəsmilşədirildiyini, hazırda dediklərinin doğru və həqiqət olduğunu və dəqiq xatırladığını bildirmişdir. İfadəsində əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəməyədək icraat dövründə verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanılarkən onlara təqdim etməsi hissəsi göstərilmədiyini, dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs saxlayarkən üzərində narkotik vasitə olduğu halda təqdim etməsini bildirdiklərini, onun da üzərində olan narkotik vasitəni onlara təqdim etdiyini, bunu şəxsi boş-boşuna polis bölməsinə aparmamaq üçün dəqiqləşdirdiklərini, şəxs də narkotik vasitəni onlara təqdim etdikdən sonra rəsmiləşdirmək üçün onu bölməyə apardıqlarını, məhkəməyədək icraat zamanı olan ifadəsində saxlanılarkən şəxsin narkotik vasitəni onlara təqdim etməsi hissəsinin niyə göstərilmədiyini bilmədiyini, çox güman ki, buna zərurət olmadığından müstəntiq tərəfindən ifadəsinə salınmadığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərkətinin keçirilməsinə dair tərtib edilmiş protokol da Şahid4 tərəfindən imzalanmışdır. Həmin protokolda təqsirləndirilən şəxsin üzərindən “Samsunq” markalı telefon da aşkar edilməsi qeyd edilsə də videoyazdan şəxsin üzərindən mobil telefon aşkar edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi Şahid4 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələr bir-birindən kəskin fərqlənməklə ziddiyətlidir, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair tərtib edilmiş protokol pozuntularla formal olaraq tərtib edilməsinə baxmayaraq həmin protokolu imzalamış Şahid4 ziddiyətli ifadələri təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq edən subut kimi istifadə edilə bilməz. Məhkəmə digər Şahid3 verdiyi ifadə ilə bağlı isə qeyd edir ki, həmin ifadə də sübut kimi qəbul edilə bilməz və təqsirləndirilən şəxsə elan edilmiş ittihamın əsasını təşkil edə bilməz. Belə ki, Şahid3 məhkəmə iclasında Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşı Şahid4lə birlikdə xx.xx.2024-cü il tarixdə təxminən 20:00 radələrində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 3068 ünvanı yaxınlığında saxladıqlarını qeyd etsə də, o ibtdiai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs həmkarı Şahid2 ilə birlikdə saxladıqlarını bildirmiş və həmin ifadəsini imzalamışdır. Göstərilən hal Şahid3un ibtidai istintaq zamanı verdiyi ifadəsinin müstəntiq tərəfindən tərtib edilməsini və onun da həmin ifadəni oxumadan imza etməsini təsdiq edir. Əks təqdirdə Şahid3 həmin ifadəsində Təqsirləndirilən şəxs həmkarı Şahid2 ilə deyil, Şahid4lə birlikdə saxlamasını göstərər və bununla bağlı protokola qeydini verərdi. Ən maraqlısı isə ondan ibarətdir ki, iş üzrə sübutların qiymətləndirilməsi və ittiham aktında Şahid3 ifadəsi qeyd edilərkən müstəntiq tərəfindən həmin uyğunsuzluq heç bir əsas olmadan aradan qaldırılmağa çalışılmış, yəni Şahid3 ifadəsində guya X7 Mehdiyevlə birlikdə saxlamasını göstərmişdir. Halbuki, Şahid3 şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs Şahid2 ilə saxladığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, şahid H.Əzizli məhkəmə iclasında ifadə verərkən ittiham aktında olan ifadəsi ilə əvvəlcədən tanış olaraq bu məzmunda ifadə vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərkətinin keçirilməsinə dair tərtib edilmiş protokolu da Şahid3 imzalamışdır. Lakin bir az əvvəl də qeyd edildiyi kimi həmin protokolda təqsirləndirilən şəxsin üzərindən “Samsunq” markalı telefonun da aşkar edilməsi qeyd edilsə də videoyazıdan şəxsin üzərindən mobil telefonun aşkar edilməməsi müəyyən edilmişdir. Buna baxmayaraq formal olaraq tərtib edilmiş həmin protokol Şahid3 tərəfindən də imzlanmışdır. Qeyd edilənlərə əsasən də Şahid3un ifadəsi Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın əsasını təşkil edə bilməz. Odur ki, şahidlər Şahid4 və Şahid3 ifadələrində olan ziddiyyətlər onların istintaq zamanı verdiyi ifadələrinin mötəbərliyini istisna edir, həmin ifadələrin sübutların siyahısından çıxarırlmasını zəruri edir. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ikinci epizod üzrə müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 25 yanvar 2024-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 21:50-də tərtib olunmuş protokolla o və müdafiəçisi X6 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi X4 həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin 20 dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil X4 imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı 2-ci epizod üzrə Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/533 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Yuxarıda şərh olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs 2-ci epizod üzrə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs 2-ci epizod üzrə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan təqsirliliyi sübuta yetirilmədiyinə görə onun 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxlamaqla üzərində daşıması ilə bağlı müddəalar xaric edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada 25 yanvar 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 0,359 qram narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,309 qram təşkil edən narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılmalıdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 08 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan narkotik vasitə heroin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını və səmimi ifadə verərək 1-ci epizod üzrə törətdiyi əməli etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM-59.2). Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətinxarakteri,ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.Belə ki,məhkumluğu olan şəxstərəfindən yenicinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğun ödənilməsi məhkumun cəza çəkməkdən azad edildiyi vaxtdan hesablandığı və az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluq cəza çəkib qurtarıldığı gündən iki il keçdikdə ödənildiyi nəzərə alınmaqla qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni Füzuli Rayon Məhkəməsinin hökmü ilə az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi xx.xx.2023-cü il tarixdən iki il keçməmiş törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi cinayət əməlini onun üzərində yaranmış məhkumluq ödənilmədən törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın (cinayətlərin residivi) olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının yarısından az olmamalıdır. Bundan başqa məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla ümumilikdə 4 (dörd) gün müddət şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, məhkəmə tərəfindən onun barəsində elan edilmiş axtarış üzrə 27 avqust 2024-cü il tarixdə tutularaq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş və həmin tarixdən hazırkı tarixədək həbsdə saxlanılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan təqsirliliyi sübuta yetirilmədiyinə görə onun 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxlamaqla üzərində daşıması ilə bağlı müddəalar xaric edilməli, o 08 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,298 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxlamaqla üzərində daşıması epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın (cinayətin residivi) olması ilə yanaşı, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində seçilmiş həbs qətimkan tədbirinin icra edildiyi 27 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,298 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,248 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/69 saylı ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/533 saylı ekpsertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına aid edilməli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********) köçürülməli (CPM-198.1), hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada 25 yanvar 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 0,359 qram narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,309 qram təşkil edən narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılmalıdır. . CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdə göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 290 (iki yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan təqsirliliyi sübuta yetirilmədiyinə görə onun 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,359 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşıması ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 6 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada 25 yanvar 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 0,359 qram narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,309 qram təşkil edən narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,248 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/69 saylı ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/533 saylı ekpsertiza tədqiqatının dəyəri olan 81 manat məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 290 (iki yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-59/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-59/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver