Məhkəmə qərarları › İş №1(001)-594/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-594/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-594/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonu Qılışlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, məcburi köçkün, Kəlbəcər rayonu Qılışlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qasım bəy Zakir küçəsi qonaq evində müvəqqəti məskunlaşmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü ildə saat 21:00-da Bakı şəhəri Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yanında etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz E270 CDİ» minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda tanışı Zərərçəkmiş şəxs ilə aralarında borc pula görə yaranmış mübahisə zamanı qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi vuraraq, ona sol gicgah və sol almacıq nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır. Təxminən 6 ay öncə Məhərrəm atası İlhamdan 100 manat borc almış, aldığı borcu vaxtında qaytarmamışdır. 29 avqust 2023-cü ildə saat 20:30-da Məhərrəmə zəng edərək borcu tələb etmiş, 30 dəqiqə sonra Bakı şəhəri Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yanında görüşmüşlər. Məhərrəm onun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşmiş, avtomobilin salonunda onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, sağ əli ilə Məhərrəmin sol üz nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi endirmişdir. Daha sonra Məhərrəm ondan polisə şikayət etmişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. Təxminən 6 ay öncə o, Yunisin atası İlhamdan 100 manat borc almışdır. Bir müddət sonra Yunis onun mobil nömrəsinə zəng edərək, borcu geri istəmişdir.Pulu olmadığı üçün qaytara bilməmişdir. Buna görə Yunis onu bir neçə dəfə nalayiq ifadələrlə söymüşdür. 29 avqust 2023-cü ildə saat 20:30-da Yunis yenidən onun istifadəsində olan mobil nömrəyə zəng edərək borcu kobud şəkildə tələb etmiş, onu nalayiq ifadələrlə söymüşdür. Buna görə onunla Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yanında görüşmüşlər. Təxminən saat 21 radələrində Yunisin idarə etdiyi “Mercedes” markalı avtomobilində əyləşərkən Yunisdən onun söyməsinin səbəbini soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı Yunis sağ əli ilə onun sol üz nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi endirmişdir. Bunun nəticəsində xəsarət almışdır. Həmin gün Binəqədi RPİ-in 40-cı PB-yə gedib Yunisin onu vurması barədə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barışmalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizanın 1608 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol gicgah və sol almacıq nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədənin hissələri (yumruq və s.) nəticəsində əmələ gələ bilərdilər (cild 1, i.v.62-65). Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnın ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 tərəfindən tərtib edilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.57). İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnın ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o barəsində olan material üzrə icraata zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilməsinə etiraz etmir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Zərərçəkmiş şəxs barışıqla bağlı ərizəsini nəzərdən keçirib, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. 299.3-cü maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə. 300.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin, həmçinin cinayət əməli ilə əlaqədar ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi iş üzrə Təqsirləndirilən şəxs cəmi 10 (on) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclasda iştirak etmiş, işin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair material üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 60 (altmış) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar