Məhkəmə qərarları › İş №1(001)-595/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-595/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-595/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 72-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi tikili evdə yaşayan Təqsirləndirilən şəxsoğlununAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binada açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə saat 01.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi tikili evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində başlanmış mübahisə zamanı yumruq və təpiklə sonuncunun baş və bədən nahiyələrinə vuraraq ona başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, alın nahiyəsinin mərkəzinə yaxın sağ yarısının hematoması, üst dodağın sağ yarısının şişkinliyi fonunda selikli qişaya qansızma, boyunun arxa səthinin aşağı 1/3-nin mərkəzinin və sol yarısının qançırı, sağ kürəküstü nahiyyənin qançırı və qançır fonunda sıyrıqları, sağ kürək nahiyyəsinin lövhəvari hematoması, sağ kürəkaltı nahiyyənin qançırı, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, arxa sağ-yan səthinin şişkinlik fonunda qançır, sol saidin orta 1/3-nin bayır səthinin qançırı, sağ saidin aşağı 1/3-nin ön səthinin sıyrıqları, sağ diz oynağının ön səthinin, sol diz oynağının ön səthinin yuxarı-bayır yarısının, sol baldırın yuxan 1/3-nin iç səthinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında ifadə verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o 2010-cu ildən Zərərçəkmiş şəxs ilə rəsmi nikah ilə ailəlidir və bu nikahdan 3 övladları var. Rəhimə ilə ailə qurandan sonra Rəhimənin anası onların ailə mübahisəsinə daima müdaxilə etmiş və bu səbəbdən aralarında mübahisəsi daha da artırmışdır. xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində o evə gəlmiş və Rəhimənin mobil telefonuna baxış keçirən zaman “Telegram” tətbiqinə linklər gəlməyə başlamış və orada həmin linkə daxil olaraq kazino oyunu oynamağı təklif edilmişdir.Bu səbəbdən də o Rəhiməyə həmin linklərə daxil olmamasını bildirmişdir. Daha sonra isə təxminən 20 gün bundan əvvəl İsmayıllı rayonun da qızıllarını oğurlatdığına görə aralarında mübahisə yaranmış və o da əsəbləşib sol əli ilə onun saçından tutub onu divanın üzərində otuzdurmuş, sağ əli ilə baş nahiyəsinin arxa sağ hissəsinə 5-6 dəfə yumruq zərbəsi endirmişdir, təkrar yumruq ilə üst dodaq nahiyyəsinə zərbə vuraraq üst dodağının içəri hissəsinə xəsarət yetimişdir. Daha sonra sağ ayağı ilə sinə nahiyyəsinin orta hissəsinə 34 dəfə, sol və sağ ayağının diz qapağının üst hissəsinə 2 dəfə, kürək nahiyyəsinin aşağı sağ və sol hissələrinə 3-4 dəfə təpik zərbəsi vurmuş, sağ qolunun dirsəkdən yuxarı hissəsinə sillə ilə 3-4 dəfə zərbələr vurmuşdur.Daha sonra ayaqları ilə onun hər iki ayağının üzərinə çıxıb hər iki qolunun biləkdən yuxarı hissəsindən əlləri ilə bərk sıxıb dırnaqları ilə cırmışdır.Daha sonra isə ənsə nahiyyəsinə sillə vurub dırnaqları ilə cırmışdır.Bundan sonra da sağ çiyinin yuxarı hissəsini də əli ilə sıxıb dırnağı ilə cırmışdır.Daha sonra əsəblərini sakitləşdirmək üçün evdən çıxıb getmişdir.Daha sonra ona məlum olmuşdur ki, Rəhimə onu döyməyi ilə bağlı 40-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir.Həmin vaxt evdə onlardan başqa heç kəs olmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2010-cu ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikah ilə ailəlidir və bu nikahdan 3 övladları var.Kənan ilə ailə qurandan sonra aralarında mütəmadi olaraq mübahisələr olmuşdur.xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində əri Kənan evə gəlib onunla mübahisə etmiş və sol əli ilə saçından tutub onu divanın üzərində otuzdurmuş, sağ əli ilə baş nahiyyəsinin arxa sağ hissəsinə 5-6 dəfə yumruq zərbəsi endirmiş, təkrar yumruq ilə üst dodaq nahiyyəsinə zərbə vuraraq üst dodağının içəri hissəsinə xəsarət yetirmişdir. Daha sonra sağ ayağı ilə sinə nahiyəsinin orta hissəsinə 3-4 dəfə, sol və sağ ayağının diz qapağının üst hissəsinə 2 dəfə, kürək nahiyyəsinin aşağı sağ və sol hissələrinə 3-4 dəfə təpik zərbəsi vurmuş, sağ qolunun dirsəkdən yuxarı hissəsinə sillə ilə 3-4 dəfə zərbələr vurmuş, daha sonra ayaqları ilə hər iki ayağının üzərinə çıxıb hər iki qolunun biləkdən yuxarı hissəsindən əlləri ilə bərk sıxıb dırnaqları ilə cırmışdır. Daha sonra isə ənsə nahiyyəsinə sillə vurub dırnaqları ilə cırmışdır. Bundan sonra da sağ çiyninin yuxarı hissəsini də əli ilə sıxıb dırnağı ilə cırmışdır.Bundan sonra 40-cı PB-nə yaxınlaşıb və ərizə ilə müraciət etmişdir. Əri Kənan onu döyən zaman evdə heç kəs yox idi. Kənanın onu döyməsinə görə üst dodağının içəri hissəsində, hər iki qollarının biləkdən yuxarı içəri hissəsində, sağ çiyin hissəsində başının arxa sağ tərəfində, ənsə nahiyyəsində, sağ ayağının diz qapağının yuxarı hissəsində, sinəsinin orta hissəsində xəsarəti olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödəməsini, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmiş və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, təqsirləndirilən şəxsin vəkilinin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmiş və onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan «MTE və PA Birliyi» X2 Binəqədi rayon şöbəsindən alınmış 1651 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində ənsə nahiyyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, alın nahiyyəsinin mərkəzinə yaxın sağ yarısının hematoması, üst dodağın sağ yarısının şişkinliyi fonunda selikli qişaya qansızma, boyunun arxa səthinin aşağı 1/3-nin mərkəzinin və sol yarısının qançırı, sağ kürəküstü nahiyyənin qançırı və qançır fonunda sıyrıqları, sağ kürək nahiyyəsinin lövhəvari hematoması, sağ kürəkaltı nahiyyənin qançırı, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, arxa sağ-yan səthinin şişkinlik fonunda qançır, sol saidin orta 1/3-nin bayır səthinin qançırı, sağ saidin aşağı 1/3-nin ön səthinin sıyrıqları, sağ diz oynağının ön səthinin, sol diz oynağının ön səthinin yuxarı- bayır yarısının, sol baldırın yuxarı 1/3-nin iç səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 25 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl ilə, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına pul ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 saata görə 102 (yüz iki) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikasının CPM-nin 40.3, 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 17 (on yeddi) saat hüquqi xidmətin dəyəri 102 (yüz iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar