Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-598/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X6 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Heydər Əliyev prospekti, ev 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Müdafiəçi2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1 və 32.4, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Müdafiəçi2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməyə, daşımağa və saxlamağa təhrik etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, o, Şahid3 sövdələşmə üsulu ilə satış məqsədi olmadan, yəni şəxsi istifadələri üçün qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etməyə, saxlamağa və daşımağa təhrik edərək, bu məqsədlə 22 yanvar 2022-ci il tarixdə saat 11 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində dayanmış taksi fəaliyyəti ilə məşğul olan Şahid7 idarə etdiyi “Mercedes Benz” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid3 20 (iyirmi) manat pul vermiş, sonuncu həmin pula 3 (üç) manat pul da əlavə edərək, avtomobildən düşüb yaxınlıqda yerləşən “Azercell MMC”-yə məxsus mağazanın qarşısında X3 23 (iyirmi üç) manat pula qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,731 qram çəkidə narkotik vasitə olan heroin alaraq əldə edib saxlamış, narkotik vasitəni daşıyaraq onun olduğu “Mercedes Benz” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra Şahid7 avtomobili İmişli şəhəri, N.Savalanov küçəsində idarə edərkən, o və Şahid3 İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada Şahid3 üzərində aparılan şəxsi axtarış zamanı sağ əlinin ovuc hissəsində saxladığı bir ədəd şəffaf polietilen kəsiyi bükümündəki 0,731 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 10 iyun 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,441 qram narkotik vasitə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsinin ümumi miqdarı 0,12 qram olan 3 ədəd narkotik vasitə metadon həbi əldə edərək üzərində saxlayıb daşımış, 11 iyun 2022-ci il tarixə keçən gecə, saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, «Məlikov adına X9»nin yanındakı parkın yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilib şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,441 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və konvalyut kəsiyindəki üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin miqdarı 1 ədəd həbdə 0,04 qram, ümumi miqdarı 0,12 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o, İmişli rayonunda olan zaman həmyerlisi Amilə zəng vurub narkotik vasitə almaq istədiyini demişdir. Amil də ona narkotik vasitə götürməyə yeri olduğunu və 20 manata tapa biləcəyini bildirmişdir. O da Natiq adlı şəxsin taksi maşını ilə gəlib Amillə görüşüb 20 manat pulu vermişdir. Amil “Azercell”in yaxınlığında avtomobildən düşüb narkotik vasitə olan heroini almağa getmiş, lakin kimdən alacağını o, bilməmişdir. Daha sonra isə Amil yenidən zəng edib gəlib Natiqin avtomobilinə oturub narkotik vasitəni əldə etdiyini bildirmişdir. Daha sonra onlar həmin narkotik vasitəni birlikdə çəkməyə getmişlər. Onları İmişli rayon polis əməkdaşları İmişli şəhəri «5 mərtəbə» adlanan yerdə saxlayaraq İmişli Rayon Polis şöbəsinə gətirmişlər. Orada isə Natiqlə o, sərbəst buraxmış və Amil isə saxlanılmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Maştağa qəsəbəsində olan zaman yerdən tiryək və metadon həblərini taparaq götürüb cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində “Məlikov” xəstəxanasının yanındakı parkda piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 4-cü Polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Polis Şöbəsinə gəldikdən sonra dövlət büdcəsi vəsaiti əsasında müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində video çəkiliş altında axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 01 büküm narkotik maddə olan tiryək və 03 ədəd metadon həbini könüllü şəkildə təhvil vermişdir. Təqdim etdiyi narkotik vasitələr təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, həmin protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməllərindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Müdafiəçi2 elan edilmiş CM-in 234.1 və 32.4, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş İmişli RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman İmişli şəhər sakini Şahid3 üzərində narkotik vasitə gəzdirməsi və 22 yanvar 2022-ci il tarixdə saat 11 radələrində İmişli şəhər, N.Savalanov küçəsində “1001 inşaat” xırdavat mağazası istiqamətində hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində o, İmişli RPŞ-nin polis əməkdaşlar Şahid4, Şahid6 və digər polis əməkdaşları ilə birlikdə İmişli şəhəri N.Savalanov küçəsində üzü “1001 inşaat” xırdavat mağazası istiqamətində hərəkətdə olan “Mercedes Benz” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb Şahid3 özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib, yanında olan adları sonradan məlum olan Müdafiəçi2 və Şahid7lə birlikdə İmişli RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə, video çəkiliş vasitəsi ilə Şahid3 üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan edilən, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid3 də sağ əlinin ovuc hissəsində saxladığı 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edib heroin olduğunu bildirirək həmin narkotik vasitə olan heroini X4 aldığını bildirmişdir. Şahid3 təqdim etdiyi narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid5 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə 4-cü Polis Şöbəsinə ünvan 3 ünvanında yaşayan Müdafiəçi2 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 4-cü Polis şöbəsinin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə, saat 04 radələrində Müdafiəçi2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində parkın yaxınlığında piyada olan zaman saxlanılmış və 4-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Müdafiəçi2 hüquq və vəzifələri izah olunmuş, dövlət büdcəsi hesabına vəkillə təmin edilmişdir. Müdafiəçi2 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq öz razılığı ilə video çəkilişlə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı ilk əvvəl Müdafiəçi2 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Müdafiəçi2 da əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü və 03 ədəd üzərinə “Metadon” sözü həkk olunmuş həbləri çıxardaraq masanın üstünə qoymuşdur. Müdafiəçi2 həmin bükümdəki vasitənin və həblərin nə olduğu soruşulduqda, həmin vasitənin narkotik vasitə tiryək və həblərin də narkotik vasitə metadon olduğunu bildirmişdir. Bundan sonra Müdafiəçi2 üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı qanunla qadağan olunmuş əşya tapılmamışdır. Təhqiqatçı Müdafiəçi2 bükümdəki vasitə ilə həbləri haradan əldə etdiyini soruşmuş, sonuncu həmin tiryəki və metadon həblərini yerdən taparaq götürüb cibinə qoyduğunu və üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Müdafiəçi2 təqdim etdiyi büküm və həblər zərfə qoyulub möhürlənmiş və onlar zərflərin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid3, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Müdafiəçi2 11 iyun 2022-ci il tarixdə saat 04:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiəçi2 saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm və 03 ədəd üzərində “Metadon” sözü həkk olunmuş həb aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3285 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №173” dairəvi möhür əksi olan, “Müdafiəçi2 təqdim etdiyi...” sözləri soyad və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,441 qram olan, tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir., konvalyut kəsiyindəki üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 03 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə - metadondur, 03 ədəd metadonun ümumi miqdarı 0,12 qram, (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı-İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı-İİ) daxildir. Tiryəkin təmiz çəkisi – 0,441 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,390 qram. Metadon həblərinin sayı 3 ədəd, cəmi tədqiqata sərf edildi – 1 ədəd, qalıq 2 ədəd xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında, iş otağında Müdafiəçi2 üzərində aparılmış şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü və 03 ədəd “Metadon” həbini çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həblərin “metadon” həbləri olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-684/2022 nömrəli qərarından görünür ki, Müdafiəçi2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Müdafiəçi2 İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-(036)-09/2019 nömrəli hökmü ilə hökmü ilə CM-in 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 barəsində CM-in 32.4, 234.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid3 qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə İmişli rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 22 yanvar 2022-ci il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 saxlanılaraq İmişli RPŞ-nə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3285 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketddəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,731 qram olan maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid3 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 CM-in 32.4, 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Müdafiəçi2 xx.xx.2022-ci il tarixdə elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin İB-də Müdafiəçi2 barəsində CM-in 32.4, 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 4345 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Müdafiəçi2 opiodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Müdafiəçi2 cəzası sona çatdığı üçün xx.xx.2020-ci il tarixdə İmişi rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 aşkar edilib götürülmüş təmiz çəkisi 0,441 qram olan narkotik vasitə tiryək və üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 03 ədəd narkotik vasitə metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,390 qram qalmış qalığı və 02 ədəd metadon həbi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Müdafiəçi2 üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Müdafiəçi2 CM-in 234.1 və 32.4, 234.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə yanaşı 32.4, 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Lakin, təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərin CM-in 234.1-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq ona verilmiş ittihamdan CM-in 32.4, 234.1-ci maddəsi xaric edilərək cinayət təqibi CM-in 234.1-ci maddəsi davam etdirilməlidir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qramdan 50 qramadək, metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qramdan 1,6 qramadək müəyyənləşdirilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Müdafiəçi2 üzərindən aşkar edilmiş narkotik vasitə metadonun təmiz çəkisi 0,12 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Müdafiəçi2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, Müdafiəçi2 üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram narkotik vasitə tiryək aşkar olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 19-cu qrafasına əsasən narkotik vasitə sayılan 0,5 qram tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Müdafiəçi2 üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 0,441 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Müdafiəçi2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Müdafiəçi2 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdarda olmadığından həmin əməl cinayət məsuliyyətinə səbəb olmur və bu əmələ görə də Müdafiəçi2 cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə, narkotik vasitə tiryəklə ilə bağlı müddəaların Müdafiəçi2 irəli sürülmüş ittihama daxil edilməsini əsassız sayır və hesab edir ki, bu hal ittihamdan xaric olunmalı və maddi sübut kimi tanınan narkotik vasitə tiryəkin taleyi həll olunmadan hazırki hökmün surəti Müdafiəçi2 inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün müvafiq orqana göndərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 törətdiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Müdafiəçi2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Müdafiəçi2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Müdafiəçi2 təqsirləndirildiyi CMin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını təqsirləndirilən şəxs Müdafiəçi2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Müdafiəçi2 tərəfindən cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs Müdafiəçi2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Müdafiəçi2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Müdafiəçi2 azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-684/2022 nömrəli qərarı ilə Müdafiəçi2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Müdafiəçi2 xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək isə həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Müdafiəçi2 11 iyun 2022-ci il tarixdən hazırki vaxtadək həbsdə olduğu 4 (dörd) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Müdafiəçi2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Müdafiəçi2 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Müdafiəçi2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 02 ədəd metadon həbi qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Müdafiəçi2 tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Müdafiəçi2 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 234.1-ci maddəsi xaric edilsin. Müdafiəçi2 verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ilə bağlı müddəalar xaric edilsin. Müdafiəçi2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Müdafiəçi2 xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 4 (dörd) ay 10 (on) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Müdafiəçi2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Müdafiəçi2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Müdafiəçi2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Müdafiəçi2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 02 ədəd metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Müdafiəçi2 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Müdafiəçi2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,441 qram olan narkotik vasitə tiryəkə görə şəxsin inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün hökmün surəti Binəqədi rayon Polis İdarəsinə göndərilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-598/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-598/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver