Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-599/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olan, Gədəbəy rayonu, Arıqıran ərazi dairəsi, Arıqıran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2016-cı il tarixdə saat 02 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan da evin həyətində olan nərdivanı ikinci mərtəbənin eyvanına söykəyərək eyvana qalxıb qapını üzərində olanda vintaçanla açıb evə qanunsuz daxil olaraq yataq otağında olan paltar şkafından 1500 manat dəyərində 1 ədəd bijüteriya boyunbağını, digər yataq otağında olan paltar şkafından 600 manat dəyərində 1 ədəd xəz dəri qadın gödəkçəsini, həmin paltar şkafının yanında olan qutunun içərisindən 650 manat məbləğində kağız pulları və evin zirzəmisində yerləşən iş otağındakı saxlanc yeri hesab olunan seyfi otaqdan tapdığı açarla açıb qanunsuz daxil olaraq seyfin içərisindən 02 dekabr 2016-cı il tarix üçün məzənnəsi 1,7339 manat olan 1000 ABŞ dolları gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4483.9 (dörd min dörd yüz səksən üç doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 11 dekabr 2016-cı il tarixdə saat 01 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan da evin pəncərəsinin dəmir barmaqlığını yerindən çıxardıqdan sonra üzərində olan vintaçanla pəncərəni açıb evə qanunsuz daxil olaraq yataq otağındakı paltar şkafının siyirməsində olan qutudan 1500 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 550 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 450 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, 350 manat dəyərində 1 ədəd qızıl qadın qolbağını, 500 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 300 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 200 manat dəyərində 1 cüt qızıl sırğanı, 100 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünü, qonaq otağında olan güzgülü dolabın üzərindəki stəkanın içərisindən 200 manat dəyərində 3 ədəd qızıl dişi və həmin dolabın üzərindən 50 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefonu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 31 mart 2018-ci il tarixdə saat 23 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab edilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hasarının olmamasından istifadə edib evin həyətinə, oradan da pəncərəni üzərində olan vintaçanla açıb qanunsuz daxil olaraq yataq otağında olan paltar şkafının üzərindəki saxlanc yeri hesab edilən çemodanı açıb qanunsuz daxil olaraq içərisindən 650 manat dəyərində təkqaşlı 1 ədəd qızıl qadın üzüyünü və 320 manat məbləğində kağız pulları, qonaq otağında olan güldanın içərisindən 320 manat dəyərində 1 cüt qızıl sırğanı, təmirsiz otaqdan 90 manat dəyərində 6 ədəd bardağı ilə birlikdə 1 ədəd billur suqabını, hər birinin maddi dəyəri 50 manat olan 2 ədəd meyvəqabını və 120 manat dəyərində 1 ədəd “Bohema” markalı suvenir meyvəqabını gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 08 noyabr 2021-ci il tarixdə saat 23 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs4 qızma məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, A.İsfahani küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan da evin pəncərəsinin dəmir barmaqlığını yerindən çıxardıqdan sonra üzərində olan vintaçanla pəncərəni açıb evə qanunsuz daxil olaraq yataq otağında olan dolabın siyirməsindən 200 manat dəyərində 1 dəst bijüteriya sırğa və üzüyü. 3000 manat dəyərində üzərində 1 ədəd kulon olan damla formalı 1 ədəd qızıl boyunbağını, 300 manat dəyərində bijüteriya dəstini və həmin siyirmədə olan pul kisəsindən 5 ədəd 100 manatlıq əskinazlardan ibarət kağız pulları gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 28 mart 2023-cü il tarixdə saat 22 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab edilən ünvan 6-də yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan da üzərində olan vintaçanla pəneərəni açıb evə qanunsuz daxil olaraq yataq otağının divarında quraşdırılmış vəziyyətdə olan 1200 manat dəyərində 1 ədəd “Samsung" markalı televizoru, digər yataq otağında olan 1000 manat dəyərində 1 ədəd xalçanı, dolabın siyirməsindən 500 manat məbləğində kağız pulları və 200 manat dəyərində 2 qram, 583 əyar olan 1 cüt qızıl sırğanı gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 30 mart 2023-cü il tarixdə saat 09 radələrində tamah niyyətilə Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab edilən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan da üzərində olan vintaçanla pəncərəni açıb evə qanunsuz daxil olaraq yataq otağında olan paltar şkafının siyirməsindən 570 manat məbləğində kağız pulları, dəhlizdə olan qabdan 500 manat dəyərində 5 qram, 583 əyar olan 1 ədəd qızıl boyunbağını və 300 manat dəyərində 3 qram, 583 əyar olan 1 cüt qızıl sırğanı gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1370 (min üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün xx.xx.2016-cı ildə saat 02 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən evləri müşahidə etmiş, bu zaman orada olan yeni tikililərin birinin işığının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O həmin evin arxa hasarından aşıb evin 2-ci mərtəbəsinə həyətdə olan pilləkəni qoyub plastik qapını özündə olan vintaçan vasitəsi ilə açıb evə daxil olmuşdur. O, evin içərisində təxminən 15 dəqiqə müddətində axtarış apardıqdan sonra evin yataq otağında olan dolabın yanında olan qutuya baxdıqda 650 manat nağd pulun olmasını görüb həmin pulu götürüb cibinə qoymuşdur. Sonra o, orada hər hansı bir əşya aşkar etmədiyi üçün evin aşağı mərtəbələrinə düşmüşdür. Bu zaman evin ən aşağı mərtəbəsində iş otağına bənzər otağın olmasını görmüş, həmin otağın sol küncündə olan seyfə yaxınlaşmışdır. Seyfin içərisində hər hansı bir əşyanın olub olmadığını dəqiqləşdirmək məqsədi ilə seyfi silkələdikdə seyfin altında açarın olmasını görmüş, həmin açarla seyfi açdıqda içərisində yuxarı hissədə kiçik bir saxlanc yerinin olmasını aşkar etmişdir. Həmin yerə baxdıqda orada olan sənədlərin içərisində 10 ədəd 100 ABŞ dollarının olmasını görmüş, həmin pulları cibinə qoyduqdan sonra evə giridiyi yerdən çölə çıxmışdır. O həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, lakin həmin evdən xəz dəri gödəkçə və boyunbağı oğurlamamışdır. Bundan başqa, maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün o, oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2016-cı ildə saat 01 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən evləri müşahidə etmiş, bu zaman orada olan yeni tikililərin birinin işığının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin hasarından aşıb evin pəncərəsinə yaxınlaşdıqda pəncərədə dəmir barmaqlıqların olmasını görmüşdür. O, həmin dəmir barmaqlıqları əli ilə silkələyib boşaltdıqdan sonra ayağını divara yapışdırıb möhkəm şəkildə çəkmiş və dəmir barmaqlıq qaynaq yerindən qopub yerə düşmüşdür. Bundan sonra o, evin plastik pəncərəsini özündə olan vintaçan vasitəsi ilə açıb evə daxil olmuşdur. O, evin içərisində təxminən 15 dəqiqə ərzində axtarış apardıqdan sonra evin yataq otağında olan dolabın içərisindən qırmızı rəngli qızıl-zinət əşyalarının qoyulduğu qabı içərisindəki qızıl zinət əşyaları ilə və üç ədəd qızıl dişlə birlikdə oğurlayıb evə daxil olduğu yerdən həyətə, oradan da çölə çıxıb uzaqlaşmışdır. O, həmin qızıl-zinət əşyalarını Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən qızıl alqı və təmiri adlı qızıl qəbul edən yerlərə pul qarşılığında vermişdir. O, həmin evdən “Nokia” markalı mobil telefon oğurlamamışdır. Bundan başqa, o, 2018-ci ildə Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsi 42-də yerləşən evdən də oğurluq etmişdir. Belə ki, maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün o, oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2018-ci ildə saat 16 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən evləri müşahidə etmişdir. Bu məqsədlə o, orada olan evlərin birinin böyük darvazasına çöp qoyub müşahidə etmişdir. Saat 23 radələrində o, çöpün yerində olmasını və evin işığının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin digər tərəfinə keçdikdə qapının olmadığını, həyətə girişin rahat olmasını gördüyü üçün oradan həyətə daxil olub evin pəncərəsinə yaxınlaşmışdır. O, evin plastik pəncərəsini özündə olan vintaçan vasitəsi ilə açıb evə daxil olmuşdur. O, evin içərisində təxminən 10 dəqiqə müddətində axtarış apardıqdan sonra evin yataq otağında olan dolabın üzərindən bir ədəd qızıl üzüyü oğurlayıb evə daxil olduğu yerdən həyətə, oradan da çölə çıxıb uzaqlaşmışdır. Həmin qızıl zinət əşyasını o, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən qızıl alqı və təmiri adlı qızıl qəbul edən yerlərə pul qarşılığında satmışdır. O, həmin evdən ancaq bir ədəd qızıl üzük oğurlamış, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi digər əşyaları oğurlamamışdır. Bundan başqa, o, 2021-ci ildə Binəqədi rayonu Binəqədi qəsəbəsi A.İsfahani küçəsində yerləşən evdən də oğurluq hadisəsi törətmişdir. Maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün o, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2021-ci ildə saat 15 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi İsfahani küçəsində yerləşən evləri müşahidə etmiş, orada olan evlərin birinin darvazasına çöp qoyub müşahidə etmişdir. Axşam saat 23 radələrində o, çöpün yerində olmasını və evin işığının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin digər kənar tərəfinə keçib hasardan həyətə daxil olub orada olan evin pəncərəsinə yaxınlaşmışdır. O, pəncərədə olan dəmir barmaqlığı əli ilə və ayağı ilə güc verib qopararaq kənara atmış və evin plastik pəncərəsini özündə olan vintçan vasitəsi ilə açıb evə daxil olmuşdur. O. evin içərisində təxminən 15 dəqiqə axtarış apardıqdan sonra evin yataq otağında olan dolabın içərisindən bir ədəd qızıl klon, bir ədəd qızıl boyunbağı və təxminən 200 manat miqdarında pulu həmin otaqda olan pul qabının içərisindən götürmüş, oğurluq hadisəsini başa çatdırıb həyətə, oradan da çölə çıxıb uzaqlaşmışdır. O, həmin qızıl-zinət əşyalarını Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən qızıl alqı və təmiri adlı qızıl qəbul edən yerlərə pul qarşılığında satmışdır. O, həmin evdən bir ədəd qızıl klon, bir ədəd qızıl boyunbağı və təxminən 200 manat məbləğində pul oğurlamışdır. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi digər əşyaları və 500 manat məbləğində pul oğurlamamışdır. O, həmin oğurluq hadisələrini evləri müşahidə etmək üsulu ilə törətmişdir. Belə ki, o, oğurluğa getməzdən əvvəl oğurluq hadisəsi törədəcəyi evi müşahidə edib qapısına çöp yerləşdirirmişdir. İkinci dəfə həmin çöpün yerində olmasını görüdtiyündə evdə kiminsə olmadığından əmin olub evlərə daxil olmuşdur. Bundan başqa, maddi vəziyyətinin pis olması və pula ehtiyacı olduğu üçün ayağında elektron qandalın olmasına baxmayaraq 2023-cü ilin mart ayının 27-də o, tanışı X4 ilə birlikdə Bakı şəhərinə iş axtarmaq üçün gəlmişdir. O, Binəqədi rayonu Binəqədi kəndində yaşayan tanışı Kamillə əlaqə saxlayıb tanışı ilə birlikdə iş axtarmaq məqsədi ilə gəldiyini, iş tapanadək yaşadığı evdə müvəqqəti olaraq qala bilib- bilməyəcəyini soruşmuşdur. Kamil uzun müddətdir onu tanıdığı üçün heç bir problemin olmadığını, evində müvəqqəti qala biləcəyini demişdir. Mart ayının 27-də o Kamilin evində gecələdikdən sonra səhəri gün iş axtarmış, lakin tapa bilməmişdir. Rayona qayıtmaq üçün pulu olmadığına görə o, oğurluq etmək qərarına gəlmişdir. 28 mart 2023-cü il tarixdə ünvan 4 ünvanında o, piyada hərəkət edən zaman evləri müşahidə etmişdir. Saat 22 radələrində o, bir evin işığının yanmadığını görmüş və həmin evə daxil olmaq məqsədi ilə hasardan həyətə keçmişdir. Daha sonra o, evi bir neçə dəqiqə ərzində rahat şəkildə müşahidə etdikdən sonra özündə olan vintaçanla evin bir pəncərəsini açıb mətbəx otağına daxil olmuşdur. O, evi 10 dəqiqə ərzində axtardıqdan sonra yataq otağından divarda asılmış olan “Samsung" markalı televizoru oğurlayıb evə daxil olduğu pəncərədən həyətə düşmüşdür. O, əlində tutmuş olduğu televizorla hasardan çıxa bilməyəcəyini başa düşdüyü üçün həyət darvazasını açıb çölə çıxmış və televizoru tanışı Kamilin yaşadığı evin yaxınlığına aparmışdır. O, televizoru Kamilin evinə apara bilməyəcəyi üçün yaşadığı ünvandan aralıda gizlətmişdir. xx.xx.2023-cü il tarixdə o, iş axtaracağını bildirib Kamilin yaşadığı evdən çıxmışdır. O, Kamilin yaşadığı evin yaxınlığında gizlətdiyi televizoru götürüb getmişdir. Yolda olarkən həmin televizoru satmaq üçün ondan şəxsiyyət vəsiqəsini istəyəcəklərini, şəxsiyyət vəsiqəsini isə unudaraq Kamilin yaşadığı evdə qoyduğu yadına düşmüşdür. Bu səbəbdən o, Elbəyiyə zəng edib şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşmuş, Elbəyi üzərində olduğunu, hansı səbəblə soruşduğunu demişdir. O, Elbəyiyə Neftçilər metrostansiyasınm yaxınlığında görüşmələrini bildirmişdir. Saat 16 radələrində o, Elbəyi ilə Neftçilər metrostansiyası yaxınlığında görüşmüşlər. Bundan sonra o, həmin televizoru Neftçilər metrostansiyasınm yaxınlığında olan “İmişli Telecom" adlı mağazaya 20 manata öz şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün Elbəyinin şəxsiyyət vəsiqəsi ilə satmışdır. O, evdən yalnız “Samsung” markalı televizor oğurlamış, başqa hər hansı əşya oğurlamamışdır. Bundan başqa, maddi vəziyyəti pis olduğundan və təcili olaraq pula ehtiyacı olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 09 radələrində o, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Binəqədi rayonu M.Ələkbərov küçəsi döngə 6-da olan evləri müşahidə etdikdən sonra orada olan evlərin birinin darvazasından bir nəfər qadının yanında olan uşaqla çölə çıxmasını və məhəlləni tərk etdiyini gördükdən sonra həmin evin yanma getmişdir. O, qapıdan evi müşahidə etdikdən sonra darvazanın üzərindən həyətə daxil olmuşdur. Həyətə keçdikdən sonra o, həyət qapısını içəridən bağlamış və özündə olan vintaçanla pəncərini açıb evin mətbəxinə keçmişdir. O. yataq otağını axtarmağa başlamış, yataq otağındakı dolabdan 320 manat pul vəsaitini götürüb cibinə qoymuşdur. Bir az vaxt keçdikdən sonra o, həyət qapısının səsinin gəlməsini eşitmiş, həyətə kiminsə gəlməsindən şübhələndiyi üçün yataq otağının pəncərəsindən qaçmağı fikirləşib pəncərini açmışdır. Pəncərədə dəmir barmaqlığın olduğunu gördüyü üçün barmaqlığı əli ilə silkələmiş, lakin barmaqlığın aralanmadığını gördüyündən təpiklə bir neçə dəfə zərbə vurub barmaqlığı yerə salmışdır. Bundan sonra o, bir başa çölə çıxıb həmin evdən uzaqlaşmışdır. Həmin evdən 320 manat pul vəsaitini oğurlamış, Zərərçəkmiş şəxs6 qeyd etdiyi bir cüt qızıl sırğanı isə oğurlamamışdır. O, evdən oğurlamış olduğu 320 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun törətmiş olduğu oğurluq hadisəsindən heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu İ.Cümşüdov küçəsi ev 15 mənzil 69-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi nömrəsiz evdə yaşamışdır. Sonuncu dəfə o, 30 noyabr 2016-cı il tarixdə yaşadığı həmin evin və həyətin giriş qapısını açarla bağlayıb getmişdir. 04 dekabr 2016-cı il tarixdə saat 17 radələrində həmin evə baxmaq üçün gəlmişdir. O, evin ikinci mərtəbəsində yerləşən eyvana nərdivan söykəndiyini, eyvandakı plastik qapının açıldığını görmüşdür. O, evin ikinci mərtəbəsində yerləşən yataq otağında platar dolabından 1500 manat dəyərində bir ədəd bijuteriya boyunbağının, ikinci yataq otağındakı paltar dolabından 600 manat dəyərində bir ədəd qadın üçün xəz dəri gödəkçənin, yataq otağındakı qutunun içərisindən 650 manat və evin zirzəmisindəki iş otağındakı seyfdən 1000 ABŞ dolları pulun oğurlandığını bilmişdir. Hadisə nəticəsində ona 2750 manat və 1000 ABŞ dolları maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, o, 10 dekabr 2016-cı il tarixdə saat 21:30 radələrində yaşadığı evi tərk edib bir qədər aralıda yerləşən qardaşının evinə getmişdir. 11 dekabr 2016-cı il tarixdə saat 03 radələrində o, yaşadığı evə qayıtmışdır. Həyətin darvazasının açıq olduğunu, nərdtaxtanın həyətə atıldığını və evin qabaq sağ tərəfindəki pəncərənin dəmir barmaqlığının və torunun çıxarılaraq yerə qoyulduğunu görmüşdür. O, oğurluq baş verdiyini başa düşmüş və DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. O, evin qapısının arxa tərəfdən bağlandığını bilmiş və pəncərədən evə daxil olmuşdur. Evə baxdıqda yataq otağındakı şkafın dolabındakı siyirmədən 1500 manat dəyərində bir ədəd qızıl boyunbağının, 550 manat dəyərində bir ədəd kişi qızıl üzüyünün, 450 manat dəyərində bir ədəd qadın qızıl üzüyünün, 350 manat dəyərində bir ədəd qadın qızıl üzüyünün, 500 manat dəyərində bir ədəd qadın qızıl boyunbağının, 300 manat dəyərində bir ədəd kişi qızıl üzüyünün, 200 manat dəyərində bir cüt qızıl sırğanın, 100 manat dəyərində bir ədəd qadın qızıl üzüyünün və qonaq otağındakı qorkanın üstündəki stəkanın içərisindən ümumi dəyəri 200 manat olan üç ədəd qızıl dişin, dolabdan isə bir ədəd 50 manat dəyərində “Nokia" markalı mobil telefon oğurlandığını görmüşdür. Ümumilikdə ona 4200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 31 mart 2018-ci il tarixdə saat 11 radələrində ailəsi ilə birlikdə evdən çıxaraq Saatlı rayonuna getmiş, 01 aprel 2018-ci il tarixdə saat 02 radələrində yaşadığı evə qayıtmışdır. O, yaşadığı mənzilin giriş qapısını açarla açmış, lakin qapı açılmamışdır. Bundan sonra o, evin arxa pəncərəsinin açıq olduğunu görmüş və həmin pəncərədən mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra evin giriş qapısının içəridən bağlandığını aşkar etmişdir. Mənzil dağınıq vəziyyətdə olmuşdur. Bundan sonra ona evindən oğurluq olduğu məlum olmuşdur. Mənzilə baxış keçirərkən mənzilin yataq otağında paltar dolabının üstündə çamadanda qiyməti 650 manat olan tək qaşlı bir ədəd qadın qızıl üzüyünün, 320 manat nağd pulun, zalda güldanın içərisində qiyməti 320 manat olan bir cüt qızıl sırğanın, arxa otaqda isə qiyməti 90 manat olan bir ədəd billiır materialdan olan krafinkanın altı ədəd bakalı ilə birlikdə, hər birinin qiyməti 50 manat olan iki ədəd meyvə qabının, qiyməti 120 manat olan bir ədəd “Bohema" markalı suvenerin (meyvə qabı) yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qızı Şahid1 DİN-in 102 xidmətinə zəng etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı ev ona məxsusdur. 08 noyabr 2021-ci il tarixdə səhər saatlarında anası ona məxsus evdə olmuş, qapını və pəncərəni bağlayıb evdən çıxaraq getmişdir. 09 noyabr 2021-ci il tarixdə saat 08:30 radələrində evinə gəldikdə evin dağınıq vəziyyətdə olduğunu, yataq otağının pəncərəsində olan dəmir barmaqlığın çıxarılaraq yerə atıldığını görmüşdür. O, evə nəzər saldıqda digər yataq otağında olan termonun çəkəcəyindəki qutunun içərisində olan bir dəst bijuteriya sırğa və üzüyün, bir ədəd damla şəkilində qızıl boyunbağının üzərində qaşla işləməli kulonu ilə birlikdə, bijuteriya dəstləri və çəkəcəkdəki boz rəngli dəri materialdan olan pul kisəsinin içərisindən 5 ədəd 100 manatlıq əskinasların, ümumilikdə 500 manat nağd pulun oğurlandığını görmüşdür. Bundan başqa naməlum şəxslərin “Samsung" markalı planşeti yararsız vəziyyətə saldıqlarını görmüşdür. O, DİN-in 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsi gələrək sənədləşmə aparmışlar. Hadisə nəticəsində ona ümumilikdə 4000 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus yataq otağında olan termonun çəkəcəyindəki qutunun içərisində olan 200 manat dəyərində bir dəst bijuteriya sırğa və üzük, 3000 manat dəyərində bir ədəd damla şəklində qızıl boyunbağı üzərində qaşla işləməli kulonu ilə birlikdə, 300 manat dəyərində bijuteriya dəstləri və çəkcəkdəki boz rəngli dəri materialdan olan pul kisəsinin içərisindən 5 ədəd 100 manatlıq əskinaslar, ümumilikdə 500 manat nağd pul oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, növbəli iş qrafiki əsasında çalışdığına görə növbədə olan günlərdə ailə üzvlərini gecələmələri üçün qayınatasının evinə göndərmişdir. 28 mart 2023-cü il tarixdə o, işi ilə əlaqədar növbədə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 9-da işə getmiş, təxminən bir-iki saat sonra isə onun ailə üzvləri atasının yaşadığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən evinə getmişlər. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı ünvana qayıtmışdır. Yaşadığı evin həyətinin işığının sönülü olduğunu və mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olarkən qapının kilidinin bağlı olduğunu görmüş, evə pəncərədən daxil olaraq evə daxil olan naməlum şəxsin evdə olub-olmamadığını bilmək məqsədi ilə otaqlara baxmışdır. Həmin vaxt o, evinə daxil olmuş naməlum şəxs və ya şəxslərin uşaq otağında divarda asılmış 1200 manat dəyərində “Samsung" markalı televizoru, yataq otağından bir ədəd 1000 manat dəyərində xalçanı, yataq otağında olan dolabdan 500 manat pul vəsaitini və bir cüt iki qram 583 əyar olan 200 manat dəyərində uşaq sırğasını oğurladığını bilmişdir. Oğurluq hadisəsini aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermiş və bu barədə ərizə ilə 43-cü PB-nə müraciət etmişdir. Hadisə zamanı ona ümumilikdə 2900 manat dəyərində maddi zərər dəymişdir. Belə ki, oğurlanmış “Samsung" markalı televizorun qiyməti 1200 manat, xalçanın qiyməti 1000 manat, bir cüt iki qram 583 əyar olan uşaq sırğasının qiyməti 200 manat olmuş, həmçinin, ona məxsus 500 manat nağd pul oğurlanmışdır. Oğurluqla bağlı onun şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində həyat yoldaşı Şahid2 qızı Nazlı Ağayevanı məktəbə aparmaq üçün evdən çıxmış və evə saat 09:30-da geri qayıtmışdır. Həmin vaxt həyat yoldaşı evin həyət qapısının içəridən kilidli olmasını aşkar etmiş və zəng edib ona məlumat vermişdir. O, həyat yoldaşına orada gözləməməyini, yaxınlıqda yaşayan qohumugilə getməsini demişdir. Saat 20 radələrində yaşadığı evə qayıtmış, həyətə hasardan daxil olduqda mətbəxin pəncərəsinin açıq olmasını və evin giriş qapısının içəridən bağlı olmasını aşkar etmişdir. O, DİN-in 102 xidmətinə məlumat vermiş, sonra oraya gəlmiş polis əməkdaşları ilə birlikdə evə daxil olduqda, həmin vaxt evin yataq otağının dağınıq vəziyyətdə olmasını, həmin otaqda olan dolabdan 570 manat nağd pulun, qapının giriş hissəsinin yanında olan bijuteriya əşyalarının saxlanıldığı qabdan bir ədəd 5 qram çəkidə 583 əyar olan 500 manat dəyərində qızıl boyunbağının və bir cüt 3 qram çəkidə 583 əyar olan 300 manat dəyərində qızıl sırğanın oğurlanmasını aşkar etmişdir. Naməlum şəxs otağın pəncərəsinin dəmir barmaqlıqları sındırıb qaçmışdır. O bu barədə ərizə ilə 43-cü polis bölməsinə müraciət etmişdir. Hadisə zamanı ona ümumilikdə 1370 manat dəyərində maddi zərər dəymişdir. Hadisə ilə bağlı onun şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. O, qızılların oğurlanmasını polis əməkdaşları evdən getdikdən sonra evi axtaranda bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işi üzrə Şahid5 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid2, X5, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/762 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 29 mart 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 29 mart 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 01 vərəq şəxsiyyət vəsiqəsinin (şəxsiyyəti təsdiq edən sənədin) surətidir. Şəxsiyyət vəsiqəsinin surətinin aşağı hissəsində olan kağızın ağ hissəsində “özümə məxsus olan “Samsung” markalı televizoru pula ehtiyacım olduğu üçün satdım” yazısı qeyd olunmuş və imzalanmışdır. Odur ki, Şahid4 könüllü olaraq təqdim etdiyi, 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi təzələnərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və icraata qəbul edilərək CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/2755 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 11 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, yeni tikilidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/2716 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 04 dekabr 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi təzələnərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və icraata qəbul edilərək CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/842 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi təzələnərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və icraata qəbul edilərək CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 əmlakının oğurlanması ilə əlaqədar toplanmış HK-1/2346 nömrəli materialla bağlı fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 09 noyabr 2021-ci il tarixdə ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evindən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət törətmiş şəxs (şəxslər) müəyyən edilənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.2 və 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-433/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 06 vərəq sənədlərin surətidir. Odur ki, Şahid5 könüllü olaraq təqdim etdiyi, 01 ədəd vərəq sənədlərin surəti iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-708/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə, yəni 10 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Binəqədi RPİ-nin X6 köçürülməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani göstərməklə əyani təsvir etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ümumi vurulmuş zərər 18553,9 manat məbləğində qiymətləndirilmiş və Şahid4 istintaqa təqdim etdiyi 01 vərəqdən ibarət üzərində əlyazmalar və imzanın qeyd olunduğu X1 adına olan şəxsiyyət vəsiqəsinin surəti, Şahid5 istintaqa təqdim etdiyi 06 vərəqdən ibarət üzərində əlyazmalar və imzanın qeyd olunduğu Təqsirləndirilən şəxs adına olan sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti mötəbər dəlil olduğundan maddi sübut kimi saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yetkinlik yaşına çatmayan övladlarının olması, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X3 Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 1218 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 05 ay 20 gününü çəkmiş və 01 il 06 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-526/2022 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. 24 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-433/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay 16 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-708/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimat təmin edilmiş, həbsdə saxlamanın müddəti 02 (iki) ay müddətinə, yəni 10 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış 7 vərəqdən ibarət üzərində əlyazmalar və imzanın qeyd olunduğu vəsiqələrin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər onlara cinayət hadisəsi zamanı vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-526/2022 hökmü ilə məhkum edildiyi 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 06 (altı) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 09 (doqquz) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut növü kimi 7 vərəqdən ibarət üzərində əlyazmalar və imzanın qeyd olunduğu vəsiqələrin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-599/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-599/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver