Məhkəmə qərarları › İş №1(001)-6/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-6/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-6/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 17.15 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Xususi ittihamçı X3 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X9 şikayətində X7 ona qarşı kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Bəziləriniz irad bildirirsiniz ki, o xanımın 4 oktava səsi var deyə nə istəsə deyə bilər.Xeyir səhv fikirdir, ən güclü səs eşşəkdədi, 6 oktava səsi var, onda eşşək başımıza çıxmalıdır?» «Mənim toylardan vaxtım yoxdur, o, Yekaterinaya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, instaqram tab gətirməz, əxlaqsızın böyüyü sənsən!» «Yalandan hürməyi var, tutağan deyil» və sair ifadələr yazaraq onun şərəf və ləyaqətini ləkələdiyini iddia etmişdir. Buna görə də, xüsusi ittihamçı Flora X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X9 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə - şikayətdə qeyd olunan : kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar –, «Bəziləriniz irad bildirirsiniz ki, o xanımın 4 oktava səsi var deyə nə istəsə deyə bilər.Xeyir səhv fikirdir, ən güclü səs eşşəkdədi, 6 oktava səsi var, onda eşşək başımıza çıxmalıdır?» «Mənim toylardan vaxtım yoxdur, o, Yekaterinaya geniş cavab verim.Həyatında olan kişiləri sadalasam, instaqram tab gətirməz, əxlaqsızın böyüyü sənsən!» «Yalandan hürməyi var, tutağan deyil» və sair sözlər yazaraq cavablandırmasının xüsusi ittihamçı F.Kərimovanın şərəf və ləyaqətini ləkələyən və böhtan xarakterli məlumatlar yaydığına görə X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 bəzi adamların onun adından guya onun Flora Kərimovanı təhqir etdiyini göstərərək ona qarşı qoymağa çalışırlar. O, sadəcə olaraq Flora Kərimovanın onun haqqında dediyi sözlərə qarışılıq olaraq cavab vermişdir. O, bir daha bəyan edir ki, Flora Kərimovaya söyüş yazmamışdır və yazılanlara görə də o, cavabdeh deyil. Buna görə də, onun əməlində hər hansı cinayət tərkibi olmadığına, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı cinayət tərkibi olmadığına görə, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X7 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət təqibinə xitam verilməli, habelə CM-nin 147.2-ci maddəsi ilə isə onun təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə isə ona bəraət verilməlidir. Belə ki, iş materiallarında kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn: «Bəziləriniz irad bildirirsiniz ki, o xanımın 4 oktava səsi var deyə nə istəsə deyə bilər.Xeyir səhv fikirdir, ən güclü səs eşşəkdədi, 6 oktava səsi var, onda eşşək başımıza çıxmalıdır?» «Mənim toylardan vaxtım yoxdur, o, Yekaterinaya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, instaqram tab gətirməz, əxlaqsızın böyüyü sənsən!» «Yalandan hürməyi var, tutağan deyil» və sair sözlər kimi ifadələr əks olunan yazı mətnləri mövcuddur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən məlum olur ki, xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 (müğənni) məhkəmə iclaslarına gəlməkdən yayındığına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-9/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarına əsasən - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmış və həmin qərar icra edilməsi üçün 15 mart 2023-cü il tarixdə aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Bundan sonra, işə baxan hakim Mahirə Kərimova Azərbaycan Respublikasının Ədliyyə Nazirinin 25 iyun 2023-cü il tarixli, 315-K saylı əmrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunduğuna görə təqrir əsasında iş materialları 03 iyul 2023-cü il tarixdə icraatıma verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı 27 may 2024-cü il tarixli, 3-13-46-2/2-7375 saylı məktubla X11 27 may 2024-cü il tarixdə Rusiya Federasiyasından – Azərbaycan Respublikasına geri qayıdarkən “Heydər Əliyev” adına X10 saxlanılmış və dərhal polis əməkdaşları tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə gətirildiyindən, bununla da iş üzrə icraatın dayandırılması zərurəti aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-46/2024 saylı qətnaməyə əsasən iddia qismən təmin edilmiş, … qeyd olunan məlumatlar həqiqətə uyğun olmayan, X4 şərəf və ləyaqətini, işgüzar nüfuzünü ləkələyən məlumatlar hesab edilmiş, X9 barəsində yuxarıda qeyd edilən yayılmış məlumatların həqiqətə uyğun olmayan, X4 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilmiş, X9 barəsində yuxarıda qeyd edilən yayılmış məlumatların həqiqətə uyğun olmayan, X4 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatar olması barədə «İnstaqram» sosial şəbəkəsində və «X6» MMC-yə məxsus «Huriyyət.az» İnternet domeni üzərindən təkzib verilməsi vəzifəsi cavabdeh X7 üzərinə qoyulmuş, cavabdeh X5 vurulmuş mənəvi zərərə görə 10 000 (on min) manat pulun iddiaçı X4 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2767/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən məlum olur ki, cavabdeh X7 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-46/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X2 nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində xüsusi ittihamçı Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn: , «Bəziləriniz irad bildirirsiniz ki, o xanımın 4 oktava səsi var deyə nə istəsə deyə bilər.Xeyir səhv fikirdir, ən güclü səs eşşəkdədi, 6 oktava səsi var, onda eşşək başımıza çıxmalıdır?» «Mənim toylardan vaxtım yoxdur, o, Yekaterinaya geniş cavab verim.Həyatında olan kişiləri sadalasam, instaqram tab gətirməz, əxlaqsızın böyüyü sənsən!» «Yalandan hürməyi var, tutağan deyil» və sair. Həmin məlumatları paylaşaraq təhqir və böhtan xarakterli ifadələri işlətməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında Flora Kərimovanın yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları yaymış və həmin məlumatların təhqir və böhtan olması ekspertizanın rəyləri ilə də təsdiqini tapdığına görə Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrinin maddələrinin təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Həmçinin, qanunvericiliyə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onlun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X11 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrlə təqsirli hesab edilməli, lakin həmin maddələrlə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin qüvvədə olan redaksiyasının məzmunundan aydın olur ki, CM-nin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. İş materiallarına əsasən baxılan iş üzrə cinayətin törədildiyi vaxtdan, yəni 15 mart 2019-cu il, 16 mart 2019-cu il, 24 mart 2019-cu il , 25 mart 2019-cu il, 30 noyabr 2019-cu il, 01 dekabr 2019-cu il, 02 dekabr 2019-cu il, 03 dekabr 2019-cu il, 04 dekabr 2019-cu il, 05 dekabr 2019-cu il, 16 dekabr 2019-cu il, 04 yanvar 2020-ci il və sair tarixlərdən artıq 2 ildən artıq vaxt keçdiyinə görə (cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər nəzərə alınmaqla) təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəzərə alınmalıdır ki, CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 AR CM 147.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X11 - xüsusi ittihamçı Flora Kərimovanı hər hansı ağır və ya xüsusilə ağrır cinayətdə ittiham edərək ona hər hansı böhtan atmamışdır. Belə ki, CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X7 istinad edilən (Azərbaycan Respublikası CM-in 147.2) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Lakin, təqsirləndirilən şəxs X7 istinad edilən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə cinayət əməlini cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, sübutların məcmusu həmin maddə ilə xüsusi ittihama qiymət verilməsi baxımından kifayət etmir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X7 ümumiyyətlə CM-nin 147.2-ci maddəsi ilə isə təqsirliliyi sübuta yetirilmir.Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, X7 təqsirli bilindiyi CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona həmin maddə ilə bəraət verilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar