Məhkəmə qərarları › İş №1(001)-60/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-60/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-60/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məkhəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Laçın rayonu, Novruzalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 pensiya düzəldəcəyinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, vahid qəsdlə 06.09.2019-cu il tarixdə saat 17 radələrində onun yaşadığı evdə 2200 (iki min iki yüz) manat, 08.09.2019-cu il tarixdə saat 16 radələrində eyni yerdə 800 (səkkiz yüz) manat nağd pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 ünvanlı sosial müavinət düzəldəcəyinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 2019-cu ilin sentyabr ayının axırlarında, saat 17:15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən «Qayalı» marketin yaxınlığında 3000 (üç min) manat nağd pulunu ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 gözdən əlilik qrupu üzrə təqaüdə çıxmasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 24.09.2019-cu il tarixdə, saat 11:50-də sonuncunun sahibi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Nur Telekom» mobil telefon dükanında mili məzənnə ilə 1700 (bir min yeddi yüz) manat olan 1000 (bir min) ABŞ dolları və 2300 (iki min üz yüz) manat nağd pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu Şahid1 pensiya almaq üçün sosial müavinət düzəldəcəyinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 10.10.2019-cu il tarixdə, saat 11 radələrində Sumqayıt şəhər Avtovağzalının yaxınlığında yerləşən avtomobil ehtiyyat hissələri dükanının yaxınlığında 2500 (iki min beş yüz) manat nağd pulunu ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan məktəblərinin birinin təmirinin həyata keçiriləcəyinə dair vəd verib aldadaraq, vahid qəsdlə 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Hərbi Hospitalın yaxınlığında 1000 (bir min) manat, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən avtomaşın ehtiyyat hissələrinin satışı ilə məşğul olan dükanda əmisi oğlu Şahid3 vasitəsi ilə 4000 (dörd min) manat, 2020-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında 500 (beş yüz) manat, 2020ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri “20 yanvar” metrostansiyasının yanında 340 (üç yüz qırx) manat, bir gün sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova heykəlinin yanında 100 (bir yüz) manat pulunu ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs5 ümumilikdə 5094 (beş min doxsan dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Abbas Sumqayıt şəhər 1 saylı poliklinikada mühafizəçi işləyir. Belə ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində o, poliklinikaya getmişdir. Orada olarkən söhbət əsnasında o, Abbasla tanış olmuşdur. O, Abbasa yalandan demişdir ki, Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda işləyir, pensiya və sosial yardım düzəldir. Abbas onun üçün pensiya düzəldə biləcəyini soruşmuş. O da, Abbasdan nə xəstəliyi olduğunu soruşmuş, Abbas da ona onurğa sümüyünün qırıldığını, belində 8 dəmir olduğunu demişdir. O Abbasa demişdir ki, problem deyil, şəxsiyyət vəsiqəsinin kserosurəti və poliklinikadan xəstəliyi ilə bağlı epikriz alıb gətirsin, bu işin qiyməti 4000 manatdır, onun üçün 3000 manata edər. Bunu Abbasa yalandan onu inandırmaq üçün demişdir. Abbas onunla razılaşmışdır. Təxminən 2 gün sonra, yəni 06.09.2019-cu il tarixdə Abbas ona zəng edib demişdir ki, epikrizi ala bilməyibdir. O Abbasa demişdir ki, epikriz lazım deyil, şəxsiyyət vəsiqənin kserosurəti və pulu götürüb gəlsin. Abbas da ona pulu tam hazırlaya bilməliyini, üstündə 2200 manat pul olduğunu, qalan 800 manatı da 1-2 günə verəcəyini demişdir. O da Abbasa demişdir ki, 2200 manat pulu gətirib evə versin. Həmin gün axşam saat 17 radələrində Abbas onun yaşadığı evə gələrək 2200 manat pulu və şəxsiyyət vəsiqəsinin kserosurətini təklikdə ona vermişdir. O da Abbasa yalandan demişdir ki, pul tam hazır olmayınca Dövlət Sosial Müdafiə Fonduna gedə bilməyəcək. Təxminən 2 gün sonra, yəni 08.09.2019-cu il tarixdə Abbas 800 manat pulu onun arvadı Yaquta vermişdir və ona zəng edib pulu Yaquta verdiyini demişdir. O, Abbasa yalandan demişdir ki, oturub gözləsin, zəng edəndə gələr, bu proses 1-2 ay çəkir. Lakin həmin pulları heç kimə verməyərək, Abbasın işini həll etmədən özünə sərf etmişdir. Bundan başqa, 2019-cu ilin sentyabr ayının əvvəllərində Abbas ona demişdir ki, bir nəfər tanışı var, ona sosial yardım düzəltmək lazımdır. O da Abbasa demişdir ki, gedib kommunal ödənişlərin bütün çekləri, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin kserosurətlərini, Sumqayıt şəhərində yerləşən «Asan» xidmətdən ailə tərkibi haqqanda arayış alıb gətirib ona versin, həmin işi 2500 manata həll edəcək. Təxminən 10 gün sonra, Abbas həmin şəxsin sənədləri ona gətirəndə sənədlərə baxıb görmüşdür ki, o, tanımadığı Namiq adlı şəxsin məsələsini həll edir. Abbas ona həmçinin 2500 manat pulu da vermişdir. Abbasdan aldığı 2500 manat pulu o, özünə sərf etmişdir, heç kimə verməmişdir. Abbasa yalandan demişdir ki, həmin proses 1 ay çəkir, kod gəlməlidir. Lakin 1 aydan sonra Namiqə sosial yardımın düşməməsi barədə sms gəldiyindən, Abbas ona zəng edib Namiqin ondan pulunu geri tələb etdiyini, gətirib pulunu qaytarmasını demişdir. O da Abbasa demişdir ki, Namiq getsin Sumqayıt şəhər sosial yardım fonduna maraqlansın nə üçün ona düşmür. Hətta 2019-cu ilin noyabr ayının axırlarında, axşam saatlarında o, Bakı şəhərindən tanımadığı taksi sürücüsünün idarə etdiyi «Opel» makalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə X4 məxsus arvadı Yaqut Şahmarovaya məxsus kartı da göndərmişdir ki, hələlik Namiqin kartı düzələnədək gedib ayba-ay arvadının kartından pensiyasını çıxartsın. Sonra Abbas ona zəng edərək kartın bağlı olduğunu dedikdə isə, o, Abbasa narahat olmamasını, kartı açdıracağını demişdir. Lakin o, kartı açdıra bilməmişdir. Sonradan eşitmişdir ki, Namiq gedib ondan polisə şikayət etmişdir. 2500 manat pulu da öz şəxsi ehtiyacına sərf etmişdir, heç kimə verməmişdir. Bundan başqa, 2019-cu ilin sentyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 onunla görüşərkən ondan soruşmuşdur ki, bir nəfər tanışı var, ona gözdən əlilik qrupu üzrə təqaüdə çıxmaqda köməklik edə bilər?. O da Abbasa demişdir ki, həmin məsələni 4000 manata həll edə bilər. Daha sonra 24.09.2019-cu il tarixdə saat 11:50 radələrində o, Abbasla görüşüb onun tanışının Sumqayıt şəhəri, 10-cu mikrorayonda işlətdiyi «Nur Telekom» mağazasına getmişlər. Orada Abbas ona Elxan adlı şəxsi təqdim edərək demişdir ki, onun məsələsini həll edəcək. Elxanı ilk dəfə elə o dükanda görmüşdür, əvvəllər o Elxanı görməmiş, tanımamış və onların heç bir münasibətləri olmamışdır. Elxan da Abbasın və dükanda olan başqa 2 nəfər şəxslərin yanında ona 1000 ABŞ dolları və 2300 manat pul olmaqla cəmi 4000 manat pul vermişdir. Ondan sonra o, Elxanla birlikdə Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına poliknikaya gedib həkimlərdən keçirtmiş, 100 manata qədər də orada pul xərcləmişdir. Orada həkimlər demişdir ki, 2020-ci ilin fevral ayında gəlib həkim komissiyasından keçməlidir. Lakin Elxan demişdir ki, o vaxta kimi gözləyə bilməz, məsələsini tez həll etsin. Bu səbəbdən də Elxan ondan pulunu tələb etməyə başlamışdır. 15.12.2019-cu il tarixdə o, Abbasla birlikdə Elxanın işlədiyi dükana getmişlər. O, Elxana demişdir ki, əgər 15.01.2020-ci il tarixədək işini həll etməsəm sənə 5000 manat pul qaytaracaq. Elxan da ona demişdir ki, dediklərini kağız parçasında öz xətti ilə yazıb versin. O da Elxanla razılaşaraq kağız parçasından öz xətti ilə «Mən Təqsirləndirilən şəxs Elxandan 5000 manat pulu iş görmək üçün 15.01.2020-ci ilə kimi iş görməsinə söz verirəm, əks təqdirdə 5000 manat qaytaracağıma söz verirəm» sözünü yazaraq imza edib, 15.12.2019-cu il tarix göstərmişdir. Lakin o, Elxanın pulunu qaytara bilməmişdir. 4000 manat pulu da heç kimə verməmiş, özünə xərcləmişdir. Sonradan Elxan da gedib onun barəsində polisə şikayət etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 Abbas vasitəsi ilə tanıyır. Zərərçəkmiş şəxs4 da oğluna pensiya düzəltmək üçün ona köməklik göstərməyini xahiş etdiyindən o Vahidə həmin məsələni 2500 manata həll edəcəyini demişdir. Vahid də onunla razılaşmışdır və onlar 10.10.2019-cu il tarixdə, günorta saatlarında Sumqayıt şəhər Avtovağzalının yaxınlığında görüşmüşlər. Vahid həmin vaxt Abbas və 1 nəfər başqa şəxslə birlikdə onun yanına gəlmişdir. Vahid onların yanında ona 2500 manat pulu vermişdir. Lakin o, pula ehtiyacı olduğu üçün həmin pulu da ələ keçirərək öz şəxsi ehtiyacına sərf etmişdir. Vahid də ona zəng edib məsələ barədə maraqlandıqda Vahidə də hər dəfə müxtəlif bəhanələr gətirib aldatmış, vaxtı uzadıb yalandan məsələni həll edəcəyini bildirmişdir. Daha sonra isə telefonunu söndürmüşdür. Vahid də ondan gedib polisə şikayət etmişdir. Bundan başqa soyadını və atasının adını xatırlamadığı mərhum Ədalət adlı şəxsi uzun müddətdir ki, tanımışdır. O, 2020-ci ilin mart ayında vəfat etmişdir. Ədalətin vasitəsi ilə o, «xxxx» MMC tikinti şirkətinin təsisçisi və direktoru olan Zərərçəkmiş şəxs5lə birlikdə tanış olmuşdur. Ədalət Bakı şəhəri, «Hərbi» hospitalın yaxınlığında yaşamaqla, orada onun ofisi olmuşdur. 2019-cu ilin dekabr ayının ortalarında o, tanışı Ədalətin Bakı şəhəri hərbi hospitalının yaxınlığında yerləşən ofisində olarkən Zərərçəkmiş şəxs5 soyadlı şəxsdə ora gəlmişdir. Asifi o, elə orada ilk dəfə görürmüş, əvvəllər tanışlıqları olmamışdır. Söhbət əsnasında o, yalandan demişdir ki, onun Təhsil Nazirliyi ilə əlaqəsi var və Təhsil Nazirliyinin balansında olan məktəblərin təmiri və tikintisində yaxın adamları olduğu üçün Təhsil Nazirliyinin Şamaxı-İsmayıllı zonasında tikiləcək məktəbin təmir tikinti işlərinə tikinti şirkəti lazımdır. Həmin vaxt Ədalət demişdir ki, Asif tikinti şirkətində işləyir, şirkətin direktorudur, bu barədə nə lazımdır onunla danışa bilər. O da Asifə demişdir ki, Təhsil Nazirliyinin Şamaxı-İsmayıllı zonasında tikiləcək məktəbin təmir tikinti işlərini onun rəhbəri olduğu tikinti şirkətinə həvalə edə bilər, lakin bunun müqabilində o, X3 10.000 manat pul ödəməlidir. Asif də onun sözlərinə inanıb razılaşmışdır. Həmin ərəfədə Asif ona hüquqi şəxs kimi şirkətin adından etibarnamə verib Təhsil Nazirliyindən layihə və tikinti sənədlərini götürməyini demişdir. Daha sonra Asif ona etibarnamə verdiyi ərəfədə o, Asifdən guya X3 pul köçürmək lazım olduğunu deyib işin artıq demək olar ki, həll edildiyini bildirmişdir. Asif isə pulu hansı yol ilə köçürəcəyini dedikdə, o, Asifə demişdir ki, etibarnamə onsuzda ondadır, pulu əlbə-əl ona versin. O, Asifdən 5 məktəbin layihəsinin olduğunu və hər məktəbə görə 10.000 manat pul istəsə də, Asif ondan cəmi 01 məktəb istəyib onun pulunu verəcəyini bildirmişdir. Beləliklə də, 2019-cu ilin dekabr ayının ortalarında Asif sözügedən işin həlli üçün əvvəlcə ona Ədalətin ofisində sonuncunun yanında 1000 manat pulu beh olaraq vermişdir. Daha sonra o, yalandan pulun təcili çatmasını deyib yenə də Asifdən pulun qalan hissəsini istədikdə, Asif ona Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən avtomaşın ehtiyyat hissələrinin satışı ilə məşğul olan əmisi qızının yoldaşı Nadir vasitəsi ilə sonuncunun dükanında 4000 manat pulu 2019-cu ilin dekabr ayının ortalarında vermişdir. Asif ona 5000 manat pul verdikdən sonra, o, Asifdən yerdə qalan 5000 manatı təcili çatdırmasını söyləmişdir. Asif isə ilin sonu olduğuna görə işçilərinin əmək haqlarını vaxtında verə bilmədiyini ona deyib yerdə qalan pulu verə bilməyəcəyini demişdir. Bu səbəbdən o, Asifə təklif etmişdir ki, yerdə qalan pulu verə bilmədiyi təqdirdə Sarvan adlı tanışı var o faizə pul verir, o, Xətai rayonunda tikilməkdə olan binanadan bir mənzili tanışı Sərvanın adına keçirməklə sonuncu ona 10.000 manat pul verəcək, həmin pulun 5000 manatına gedib işçilərinin əmək haqqısını verər, qalan 5000 manatı isə o, özünə götürməklə guya Təhsil Nazirliyinə verəcəyi 10000 manatı bağlayacaq. Asif də onunla razılaşmışdır və 2020-ci ilin yanvar ayında Asif özünə məxsus Bakı şəhəri Xətai rayonu Xocalı prospektində tikilməkdə olan 24 mərtəbəli yaşayış binasının 21-ci mərtəbəsindəki evi tanışı Sərvan adlı şəxsin adına keçirərək aralarında alqı-satqı müqaviləsi bağlanılmış, Asif evi Sərvanın adına keçirməklə, ona 25.000 manatlıq ödəniş qəbzi vermişdir. Sərvan da Asifə bu girovun müqabilində 10.000 manat pul verməliydi. X5 həmin puldan 5000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu 5 saylı xəstəxananın yaxınlığında onun yanında vermişdir və yerdə qalan 5000 manat pulu Asifə verməyərək demişdir ki, onun Sərvana borcu var, həmin borcu ondan alacaq. Sərvan Asifə 5000 manat verərkən o, Asifə demişdir ki, məktəbin təmiri və tikintisi üçün heç olmasa yerdə qalan ona verəcəyi 5000 manat pulun 500 manatını versin. Asif də Sərvanın ona verdiyi 5000 manat puldan elə həmin vaxtı 500 manatı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəyaxanın yanında ona vermişdir. Daha sonra 2020-ci ilin fevral ayının əvvəllərində o, eyni adla Asifdən Bakı şəhəri, 20 yanvar metsrostansiyasının yanında 340 manat, ondan təxminən 1 gün sonra isə Bakı şəhəri, Ayna Sutlanova heykəlinin yanında sonuncu 100 manat pulu da almışdır. Bundan sonra o, Asifdən pul almamışdır. Beləliklə də o, Asifdən ümumilikdə 5940 manat məbləğində pul alaraq, aldadıb heç bir iş görməmişdir, həmin pulu heç kimə verməyərək öz tələbatına sərf etmişdir. Onun Təhsil Nazirliyində heç bir tanışı yoxdur və heç vaxt olmamışdır. Ədalət və Asifi inandırmaq üçün o, Təhsil Nazirliyində tanış adamının olduğunu demişdir. O, ziyanı ödəyə bilmir, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhər 1 saylı poliklinikada fəhlə işləyir. 2019cu ilin sentyabr ayının əvvəllərində o işdə olarkən bir nəfər şəxs işlədiyi poliklinikaya gəlmişdir. Söhbət əsnasında o bilmişdir ki, həmin şəxsin adı Buluddur, dediyinə görə Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda işləyir, pensiya və sosial yardım düzəldir. O, Buluda müraciət edərək onun üçün pensiya düzəlnməsini xahiş etmişdir. Bulud da ona demişdir ki, onda nə xəstəlik var?. O, onurğa sümüyünün qırıldığını, belində 8 dəmir olduğunu demişdir. Bulud da ona problem olmadığını, şəxsiyyət vəsiqəsinin kserosurəti və poliklinikadan xəstəliyi ilə bağlı epikriz alıb gətirməsini, həmin işin qiymətinin 4000 manat olduğunu, onun üçün 3000 manata edə biləcəyini demişdir. O da onunla razılaşmışdır. Buludun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini götürmüş, Bulud da onun nömrəsini götürmüşdür. Təxminən 2 gün sonra, yəni 06.09.2019-cu il tarixdə o ona zəng edib demişdir ki, epikrizi ala bilməyibdir. Bulud da ona demişdir ki, epikriz lazım deyil, şəxsiyyət vəsiqənin kserosurəti və pulu götürüb gəlsin. O, pulu tam hazırlaya bilmədiyini, üstündə 2200 manat pul olduğunu, qalan 800 manatı da 1- 2 günə verəcəyini dedikdə Bulud da ona 2200 manat pulu evdə verməsini bildirmişdir. Həmin gün axşam saat 17 radələrində o, tək onun yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8, mənzil 11-ə gedib 2200 manat pulu və şəxsiyyət vəsiqəmin kserosurətini ona təklikdə vermişdir. Bulud ona demişdir ki, pul tam hazır olmayınca Dövlət Sosial Müdafiə Fonduna gedə bilməyəcək. Təxminən 2 gün sonra, yəni 08.09.2019-cu il tarixdə o Buluda zəng edib demişdir ki, pul hazırdı harada görüşsünlər. Bulud da ona Bakıda işdə olduğu üçün evlərinə getməsin pulu arvadına verməsini demişdir. O da həmin gün saat 16 radələrində özü tək Buludun yaşadığı evə gedərək, 800 manat pulu arvadı Yaquta vermişdir və Buluda da zəng edib 800 manat pulu Yaquta verdiyini demişdir. Bulud ona «otur gözlə mən zəng edəndə gələrsən, bu proses 1-2 ay çəkir» sözünü demişdir. O Buluda inandığı üçün gözləmişdir. Həmin ərəfədə uzun müddətdir tanıdığı, dostluq münasibəti olduğu Zərərçəkmiş şəxs2lə 2019-cu ilin sentyabr ayının əvvəllərində görüşərkən sonuncu ona pensiya almaq üçün sosial müavinat düzəltmək istədiyini və onun tanışının olub-olmamasını soruşmuşdur. O da ona «belə bir şəxs var mənim üçün də pensiya düzəldir, adı Buluddur, Bakı şəhərində yerləşən Dövlət Sosial Müdafiə Fondunda işləməklə sosial müavinət pensiya düzəldir, ona deyə bilərəm» sözünü demişdir. Daha sonra o Buluda bu barədə dedikdə Bulud ona demişdir ki, Namiq kommunal ödənişlərin bütün çekləri, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin kserosurətlərini, Sumqayıt şəhərində yerləşən «Asan» xidmətdən ailə tərkibi haqqanda arayış alıb gətirsin, həmin işi də 3000 manata həll edəcək. O da bu barədə Namiqə demişdir. Namiq də 2019-cu ilin sentyabr ayının axırlarında Buludun dediyi həmin sənədləri toplayıb həmin gün saat 16:45 radələrində ona zəng edib demişdir ki, sənədlər və pul hazırdı. O da dostu Namiqlə birlikdə Buludun Sumqayıt şəhərində 12-ci mkr yerləşən kafenin yaxınlıqda saxladığı avtomobilə yaxınlaşıb maşınına əyləşmişlər. Namiq qarşı oturacaqda, özü isə arxa oturacaqda əyləşmişlər. Namiq sənədləri və 3000 manat pulu onun yanında Buluda vermişdir. Həmin vaxt Namiq Buluddan işinin nə vaxta həll olunacağını soruşmuş, o da Namiqə demişdir ki, 1 ay ərzində məsələ həll olunacaq ona kart verəcək. Namiq ondan harada yaşadığını soruşduqda, Bulud demişdir ki, 12-ci mikrorayonda poçtun arxasında proxodnoydan çıxan kimi, soldan 1-ci bina 1-ci blok, 4-cü mərtəbədə yaşayır. Daha sonra onlar oradan çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Bulud Namiqin məsələsini həll etməmiş, onu dəfələrlə arxayın edərək vaxtı uzatmış, axırda da bir qadının bank kartını vermişdir ki, gedib həmin kartdan xxxxdan pul çıxartsın, Namiq də həmin bankın bankomatına gedərək kartın bağlı olduğunu öyrənmişdir. Sonradan Namiq onunla birlikdə 2019-cu ilin dekabr ayının axırlarında Buludun yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8, mənzil 1-ə getdik, qapını döydükdə qapını Buludun arvadı Yaqut Şahmarova və Buludun qardaşının arvadı açmışlar. Namiq məsələ barədə onlara danışıb, Buludun ona verdiyi kartı onlara göstərmişdir. Yaqut da bildirmişdir ki, həmin kart ona məxsusdur. Həmin vaxt Buludun qardaşının arvadı onlara demişdir ki, puldan əlini üzsün Bulud pulu qaytarmayacaq, 15 gündürki evə gəlmir, əvvəllər məhkumluğu olubdur, özünü yormasın, dələduzdur. Namiq də məcbur olub bu barədə polisə şikayət etmişdir. Daha sonra onlar Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunaraq orada izahat yazmışlar. Həmin ərəfədə o ən çox istəmişdir ki, Namiqin pulu qaytarılsın, ona görə də Bulud barədə onun da 3000 manat pulu ələ keçitrdiyinə görə əvvəlcədən polisə şikayət etməmişdir. Hazırda isə o Buluddan şikayətçidir. Buludun bu hərəkətləri nəticəsində ona ümumilikdə 3000 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs3 uzun illərdir ki, tanıyır, dəfələrlə onun sahibi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Nur Telekom» telefon dükanına gedib-gəlmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində o onun dükanında olarkən söhbət əsnasında Elxan ona demişdir ki, gözünə görə təqaüd düzəltmək istəyir, bu işdə ona köməklik etsin. O da ona demişdir ki, bir nəfər tanışı var onun üçündə pensiya düzəldir, ona deyib əlaqə saxlayar. O tanışı dedikdə Buludu nəzərdə tutmuşdur. Daha sonra o, bu barədə Buluda demişdir. Bulud da ona işi 4000 manata həll edə biləcəyini demişdir. Bir neçə gün sonra, yəni 2019-cu ilin sentyabr ayının ortalarında o, Elaxının dükanına gedərək demişdir ki, Bulud adlı tanışının vasitəsi ilə ona gözdən əlilik qrupu üzrə təqaüdə çıxmaqda köməklik edə bilər, Bulud adlı tanışı həmin məsələni 4000 manata həll edir. Elxan da ona demişdir ki, Buludu da götürüb yanına gətirsin. 24.09.2019-cu il tarixdə saat 11:50 radələrində o, Buludla birlikdə Elxanın işlədiyi dükana getmişdir. O Buludu Elxana təqdim edərək bildirmişdir ki, onun məsələni bu şəxs həll edəcək. Elxan Buludu əvvəllər tanımamışdır. Elxan da həmin vaxt dükanda olan başqa 2 nəfər şəxsin və onun yanında Buluda 1000 ABŞ dolları və 2300 manat pul olmaqla cəmi 4000 manat pulu vermişdir. O Buluda orada tapşırmışdır ki, pis vəziyyətdə qalmasın, əgər bu işi görə biləcəksə məsələni həll etsin. Bulud da demişdir ki, o çox yüksək vəzifəli şəxslərin işlərini görmüş, Laçındandır, bütün işləri həll edir, bu onun üçün adi bir işdir. Bulud 45 gün ərzində Elxanın əlillik üzrə pensiya çıxmaq işini həll edəcəyini, onun qısa müddət ərzində təqaüd alacağını bildirmişdir. Ancaq 45 gün müddət keçməsinə baxmayaraq Bulud Elxanın işini həll edə bilmədiyi üçün ona zəng etmiş, o da Buluda zəng etmişdir. Bir neçə dəfə də Elxanın özü Buluda zəng etmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Elxan onunla əlaqə saxlayıb demişdir ki, Bulud işini həll edə bilmirsə gətirib pulunu qaytarsın, o pulu qaytarmasa ondan pulu alacaq. O da ona demişdir ki, pulu ona verməyibdir, Buluda veribdir, pulunu ondanda tələb etsin. Daha sonra o Buluda zəng edib bu barədə demiş və onlar 15.12.2019-cu il tarixdə onunla görüşüb Elxanın dükanına gəlmişlər. Bulud orada demişdir ki, ilin axırı olduğu üçün məsələ həll olunmur, ondan 1 ay vaxt istəyir, 4-5 aydır işini həll edə bilmir, əgər 15.01.2020-ci il tarixədək işini həll etməsə ona 5000 manat pul qaytaracaq. Elxan da ona demişdir ki, dediklərini kağız parçasında öz xətti ilə yazıb ona versin. O da razılaşaraq kağız parçasında öz xətti ilə «Mən Təqsirləndirilən şəxs Elxandan 5000 manat pulu iş görmək üçün 15.01.2020-ci ilə kimi iş görməsinə söz verirəm, əks təqdirdə 5000 manat qaytaracğıma söz verirəm» sözünü yazaraq imza edib, 15.12.2019cu il tarixi göstərmişdir. 06.01.2020-ci il tarixdə saat 19 radələrində o Elxanla birlikdə Buludun yaşadığı evə getmişlər, həmin vaxt Bulud evdə olmamış, aravadı Yaqut onların yanında Buluda zəng etmişdir. Bulud demişdir ki, Şamaxıdadır, orada ev tikir, gəlib onların pullarını qaytaracaq. 10.01.2020-ci il tarixdə o özü tək Elxanın «Nur telekom» dükanına getmişdir. Orada olarkən Elxan ona demişdir ki, Buluda zəng edir, lakin o onun telefonun qaldırmır, zəng etsin görsün telefonu açacaq, ya yox. O da Elxanın yanında Buluda zəng etmiş, Bulud telefonu açmış, o da ona demişdir ki, niyə Elxan zəng edir telefonu qaldırmır. Bulud da demişdir ki, işləri olduğu üçün telefonu qaldıra bilmir. O da ona niyə Elxanın pulunu qaytarmadığını soruşduqda, Bulud da 15.01.2020-ci il tarixədək Elxanın pulunu qaytaracağına söz verdiyini deyərək, 16.01.2020-ci il tarixədək pulunu qaytaracağını bildirmişdir. 12.01.2020-ci il tarixdə saat 18:30 radələrində o Elxana zəng edərək bildirmişdir ki, Bulud telefonunu qaldırmır. Həmin vaxt Elxan da ona demişdir ki, Bulud pulu qaytara bilmir, ondan pulu tələb edəcək. Həmin gündən sonra Elxan ona təziqlərini daha da artıraraq pulu qaytarmayacağı təqdirdə onu və ailə üzlərini öldürəcəyi ilə hədələməyə başlamışdır. O Buludla görüşüb Elxanın pulunu qaytarmasını tələb etmək istəsə də, Buludla əlaqə saxlaya bilməmişdir. Bulud onunla görüşməkdən yayınmışdır. Demək olar ki, Elxan hər gün ona zəng edir, qarşını kəsir və sözdə onu öldürəcəyi ilə, övladlarına zərər verəcəyi ilə hədələmişdir. Elxanın sözlə hədələrindən bezdiyi üçün özünü öldürmək qərarına gəlmiş və 11.01.2020-ci il tarixdə, saat 20 radələrində onun dükanına gedib üzərinə benzin töküb özünü öldürməyə cəhd etmişdir. Ancaq Elxan və dükanda olan digər şəxslər ona mane olmuşlar və özünü yandırmağa imkan verməmişlər. Onu dükandan çölə çıxartdıqdan sonra Elxan ona yaxınlaşaraq əl zərbələri ilə sifətinə, ayaq zərbələri ilə belinə vurub xəsarət yetirmişdir. Elxan onu döydükdən sonra o hüşunu itirmişdir. O ayıldıqda artıq xəstəxanada olmuhşdur. Həmin məsələ ilə bağlı Sumqayıt ŞPİnin 1-ci PB-də araşdırma aparılaraq, hüquqi qiymət verilmişdir. Kənan kimi çağırılan Şahid1 təxminən 6 ildir ki, tanıyır. 2019-cu ilin sentyabr ayının axırlarında o, Sumqayı şəhər Avtovağzalın yaxınılığında yerləşən kafedə Əlfida ilə görüşüb söhbət edərkən, sonuncu ona demişdir ki, özünə pensiya düzəltmək istəyir, tanışı var. O da ona demişdir ki, bir nəfər tanışı var, adı Buluddur, o Bakıda Dövlət Sosial Müdafiə Fondunda işləyir, ona deyəcək düzəldəcək, onun üçündə düzəldir. O da bu barədə Buluda zəng edib demişdir ki, Bulud ona demişdir ki, məsələni 2500 manat həll edə bilər. O bu barədə Əlfidaya demiş, o da atası Vahidə dedikdən sonra atası da razılaşmışdır. Hətta bildiyinə görə Vahid özü də Buludla danışmış və onlar razılaşmışlar ki, Sumqayıt şəhər Avtovağzalında görüşsünlər. 10.10.2019-cu il tarixdə saat 10:40 radələrində o Buludla avtovağzalın yanında görüşmüş, onun maşınına əyləşmiş və onlar Vahidi gözləməyə başlamışlar, çünki o Biləsuvar rayonundan getmişdir. Bir neçə dəqiqədən sonra Vahid Buluda zəng vurub demişdir ki, Sumqayıt şəhəri Avtovağzalın yaxınlığında olan avtomobil ehtiyat hissələri dükanın yanındadır, ora gəlsinlər. Onlar da ora getmişlər. Saat 11 radələri olardı Vahid tək deyildi, yanında kirvəsi Şahid2 da olmuşdur. Onlar da Buludun maşınına əyləşmişlər. Vahidi də o uzun müddətdir ki, Əlfidanın atası, həmdə yerli kimi tanıyır. Bayramı maşın sürücüsü kimi tanımış, münasibəti olmamışdır. Söhbət əsnasında Bulud orada onu tam əmin etmişdir ki, oğlu Əlfida üçün pensiya düzəldə bilər. Vahid də 2500 manat pulu onun və kirvəsi Bayramın yanında Buluda vermişdir. Bulud demişdir ki, 1 aya məsələ həll olunacaq. Daha sonra onlar ondan ayrılmışlar. 2019-cu ilin noyabr ayının axırlarında Bulud ona zəng edərək demişdir ki, Vahidin uşağını aparıb həkimlərdən keçirib, məsələsi bu yaxınlarda düzələcək. Lakin sonradan ona məlum olmuşdur ki, Bulud Vahidgilin məsələsini də həll edə bilməmiş, onun da 2500 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək Zərərçəkmiş şəxs2 sosial yardım məsələsini düzəltməsi üçün ona 2500 manat deyil, 3000 manat pul verdiyini bildirmişdir. O, Bulud barəsində ən ağır cəzanın təyin olunmasını istəyir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Şahid1 onun oğludur. 2019-cu ilin sentyabr ayının axırlarında oğlu Əlfida ona danışmışdır ki, bir nəfər Bulud adlı şəxslə tanış olmuş, Bulud ona pensiya düzəldir, bunun üçün 2500 manat pul lazımdır. O da ona bir neçə günə gəlib danışacaqlarını demişdir. 10.10.2019-cu il tarixdə saat 09 radələrində o, özünə məxsus 2500 manat pulu da götürüb Biləsuvar rayonundan Sumqayıt şəhəri Avtovağzalın yaxınlığında olan avtomobil ehtiyat hissələri dükana gəlmişdir ki, ehtiyyat hissələri alsın və həmin Bulud adlı şəxslə görüşsün. O orada olarkən Bulud oğlu Əlfidadan onun nömrəsini alıb ona zəng edib harada olduğunu soruşmuşdur. O da Buluda olduğu yeri demiş, sonuncu da bir azdan ora gələcəyini demişdir. Kirvəsi Şahid2 da yanında olmuşdur. Həmin gün saat 11 radələrində oğlu Əlfidanın dediyi Bulud adlı şəxs ağ rəngli, «Prado» markalı avtomobillə onların yanına gəlmiş, Buludun yanında da onun uzun illərdir ki, tanıdığı Zərərçəkmiş şəxs1 da olmuşdur. Onlar Abbasın maşınına əyləşmişlər. Buludu ilk dəfə idi görmüşdür. Bulud orada onu tam əmin etmişdir ki, oğlu Əlfida üçün pensiya düzəldə bilər. O da Buluda inanıb üzərində olan ona məxsus 2500 manat pulu Abbas və kirvəsi Bayramın yanında Buluda vermişdir. Bulud demişdir ki, 1 aya məsələ həll olunacaq. Daha sonra onlar ondan ayrılmış, o, rayona qayıtmışdır. Evə gəlib oğluna bu barədə demişdir. Bir ay sonra, yəni 2019-cu ilin noyabr ayının təxminən 10-da o görəndə ki, Bulud ona zəng etmir, özü onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib məsələ barədə maraqlandıqda, Bulud ona demişdir ki, uşağı Bakı şəhər 1 saylı mərkəzi şəhər xəstənxanasına aparmalıdır, komissiyadan keçsin, həftənin şənbə günü uşaq xəstəxananın qarşısında olsun, özü də gələcək. O da Buluda demişdir ki, uşağı göndərər. 2019-cu ilin noyabr ayının 16-da o, komissiyadan keçməsi üçün uşağı rayondan Bakıya göndərmişdir. Uşaq da Bakıya gəlmiş, Bulud onunla həmin xəstəxananın qarşısında görüşmüş, onu aparıb həmin xəstəxanada ancaq burun-boğaz həkimindən keçirmişdir. Daha sonra uşaq yenidən rayona qayıtmışdır. Uşaq həkimlərdən keçdikdən sonra Buludla əlaqə saxlamış, Bulud ona demişdir ki, 2019-cu ilin dekabr ayın 5-nə uşağın adına kart hazır olacaq. 04.12.2019-cu il tarixdə o, Buluda zəng edib məsələ barədə soruşduqda, Bulud ona demişdir ki, uşağın sənədi 14-cüdür, yəni ondan qabaq hələ 13 nəfər də var, ola bilsin ki, uşağın məsələsi hələ 1 ayda uzansın. 05.01.2020-ci il tarixdə o, Buluda zəng etdikdə Bulud ona demişdir ki, hələ düzəlməyib, ola bilsin ki, yarım saata-1 saata məsələ öz həllini tapsın. Təxminən 3-4 gün sonra o, Buludu yenidən yığanda, demişdir ki, düzəlmirsə, pulu qaytarsın, 1 gün də ona möhlət versin. O da Buluda demişdir ki, 1 gün də möhlət verir. Lakin 1 gün sonra görəndə ki, Bulud ona zəng etmir, özü ona zəng etdikdə telefonu artıq sönülü olmuş və yaxud telefonu açıq olsa da, çağırmış, o götürməmişdir. Ondan sonra o, Buludu görməmişdir. 27.02.2020-ci il tarixdə isə qərara almışdır ki, gedib bu barədə polisə şikayət etsin. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2004-cü ildən hazıradək «xxxx» MMC tikinti şirkətinin təsisçisi və direktorudur. Mərhum Ədaləti o, 2017-ci ildən tanımış, o, 2020-ci ilin mart ayında vəfat etmişdir. Bildiyinə görə, Ədalət Bakı şəhəri, «Hərbi» hospitalın yaxınlığında yaşamaqla, orada onun ofisi olmaqla, mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. 2019-cu ilin dekabr ayının ortalarında tanışı Ədalət onu Bakı şəhəri hərbi hospitalının yaxınlığında yerləşən ofisinə dəvət edib orada onu Bulud adlı şəxslə tanış etmişdir. Söhbət əsnasında Bulud demişdir ki, onun Təhsil Nazirliyi ilə əlaqəsi var və Təhsil Nazirliyinin balansında olan məktəblərin təmiri və tikintisində yaxın adamlar olduğu üçün Təhsil Nazirliyinin Şamaxı-İsmayıllı zonasında tikiləcək məktəbin təmir-tikinti işləri onun şirkətinə həvalə ediləcək, lakin bunun müqabilində o, X3 10.000 manat pul ödəməlidir. O da Buludun sözlərinə inanıb bu təklifinə razılaşmışdır. Həmin ərəfədə o, Buluda hüquqi şəxs kimi şirkətin adından etibarnamə verib Təhsil Nazirliyindən layihə və tikinti sənədlərini götürməsini tələb etmişdir. Daha sonra o, Buluda etibarnamə verdiyi ərəfədə Bulud ondan X3 pul köçürmək lazım olduğunu deyib işin artıq demək olar ki, həll edildiyini bildirmişdir. O isə pulu hansı yol ilə köçürəcəyini dedikdə Bulud etibarnamənin onsuz da onda olduğunu deyib pulu əlbəəl ona verməyini istəmişdir. Bulud ondan 5 məktəbin layihəsinin olduğunu və hər məkətəbə görə 10.000 manat pul istəsə də, o, Buluddan cəmi 01 məktəb istəyib onun pulunu verəcəyini bildirmişdir. Söhbət gedən ərəfələrdə Bulud onu tələsdirib pulu təcili çatdırmasını tələb etmişdir. 2019-cu ilin dekabr ayının ortalarında o, Ədalətin ofisində sonuncunun yanında 1000 manat pulu beh olaraq Buluda vermişdir. Daha sonra Bulud pulun təcili çatmasını deyib yenə də ondan qalan hissəsini istədikdə o, pulunun olmadığından Buluda Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən avtomaşın ehtiyyat hissələrinin satışı ilə məşğul olan əmisi qızının yoldaşı Nadirdən Sumqayıt şəhərinə Bulud adlı şəxsə 4000 manat pul çatdırmasını xahiş etmişdir və Nadir təxminən 2-3 gün sonra, yəni 2019-cu ilin dekabr ayının oratalarında onun yanına gələn Buluda həmin 4000 manat pulu vermişdir. Nadirin ona borcu olduğu üçün Nadir ona olan 5000 manat borcundan 4000 manatını Buluda vermişdir. Nadirin mobil telefon nömrəsi ***-***-**- **-dir. Beləliklə, o, Buluda 5000 manat pulu nağd əlbə-əl verdikdən sonra Bulud ondan yerdə qalan 5000 manat pulu da təcili çatdırmasını söyləmişdir. O, ilin sonu olduğuna görə işçilərinin əmək haqlarını vaxtında verə bilmədiyini gördükdə yerdə qalan pulu verə bilməyəcəni demişdir. Bu səbəbdən Bulud ona təklif etmişdir ki, yerdə qalan pulu verə bilmədiyi təqdirdə onun Sarvan adlı tanışı var, Sarvan faizə pul verir, onun Xətai rayonunda tikilməkdə olan binanadan bir mənzili tanışı Sərvanın adına keçirməklə sonuncu ona 10.000 manat pul verəcək, həmin pulun 5000 manatına o gedib işçilərinin əmək haqqısını versin, qalan 5000 manatı isə Bulud özünə götürməklə guya Təhsil Nazirliyinə verəcəyi 10000 manatı bağlayacaqdı. O da razılaşmışdır və 2020-ci ilin yanvar ayında ona məxsus Bakı şəhəri Xətai rayonu Xocalı prospektində tikilməkdə olan 24 mərtəbəli yaşayış binasının 21-ci mərtəbəsindəki özünə məxsus evi Buludun tanışı Sərvan adlı şəxsin adına keçirərək onunla Sarvan arasında alqı-satqı müqaviləsi bağlanılaraq, evi Sərvanın adına keçirməklə, ona 25.000 manatlıq ödəniş qəbzi vermişdir. Sərvan da ona bu girovun müqabilində 10.000 manat pul verməli olmuşdur. Lakin Sərvan ona həmin puldan 5000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu 5 saylı xəstəxananın yaxınlığında Buludun yanında vermiş və yerdə qalan 5000 manat pulu ona verməyərək demişdir ki, Buludun ona borcu var. O da Sərvana demişdir ki, həmin borcun ona nə aidiyyatı var. Sərvan da ona demişdir ki, Bulud onun şirkətinə məktəb tikintisi verəcək, həmin 5000 manat pulu ordan tutar. Buna baxmayaraq Sərvan ona 5000 manat pulunu verməmişdir. Sərvan ona 5000 manat verərkən Bulud ona demişdir ki, məktəbin təmiri və tikintisi üçün 500 manat pul da lazımdır. O da Sərvanın ona verdiyi 5000 manat puldan elə həmin vaxtı 500 manatı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yanında Buluda vermişdir. Qalan 4500 manat pul isə işçilərinin əmək haqqısına sərf etmişdir. Daha sonra 2020-ci ilin fevral ayının əvvəllərində Bulud eyni adla ondan Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında 340 manat, ondan təxminən 1 gün sonra isə Bakı şəhəri, Ayna Sutlanova heykəlinin yanında 100 manat pulunu almışdır. Lakin Bulud heç bir iş görməyərək onun ümumilikdə 5940 manat pulunu ələ keçirərək onu aldatmışdır. Pulunu da ondan geri tələb etdikdə telefonları qaldırmayıb ondan qaçmağa başlamışdır. Bundan başqa o, Sərvandan aldığı 5000 manatı ona geri qaytarıb girov qoyduğu evini sonuncudan geri istədikdə, Sərvan ona 10000 manat verəcəyi təqdirdə evini ona geri qaytaracağını söyləmişdir. O, Sərvana deyəndəki ona 5000 manat verdiyi təqdirdə nə üçün 10.000 manat pul istəyir. Sərvan isə bir daha ona demişdir ki, Buludun ona əlavə 5000 manat borcu olduğu üçün həmin pulu da ondan tələb edir. O da görəndə ki hər ikisindən pulunu ala bilmir, məcbur olub bu barədə polisə şikayət etmişdir. Mərhum Ədalət onu Buludla tanış etdikdən sonra sonuncu ilə arasında olan söhbətlərin heç birində iştirak etməmişdir. İlkin izahatında o, Buluda ümumilikdə 10940 manat pul verdiyini səhvən göstərmişdir. Belə ki, o, izahat verərkən Sərvanın da ona verəcəyi 5000 manat pulu Buludun ona verəcəyi 5940 manat pulun üstündə hesablamaqla cəmi 10940 manat göstərmişdir. O, Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Bulud yalan deyir. Ədalətin Təhsil Nazirliyində tanışıları olmamış, əksinə həmin Nazirlikdə Buludun deməsinə görə onun tanışları olmuşdur və Ədalətdən tanış tikinti şirkəti olub-olmasını maraqlandığı üçün, Ədalət də Buludu onunla tanış etmiş, bundan sonra söhbətlərdə də Ədalət iştirak etməmişdir. 5940 manat pulu da o, əlbə-əl Buluda vermişdir. Şikayətçidir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə baxış iclasında elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən məlum olur ki, o, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1la görüşərkən o, ona pensiya almaq üçün sosial müavinət düzəltdirmək istədiyini deyib ondan tanışının olub-olmamasını soruşmuşdur. Abbas da ona demişdir ki, belə bir tanıdığı şəxs var, onun üçün də pensiya düzəldir, adı Buluddur, Bakı şəhərində yerləşən Dövlət Sosial Müdafiə Fondunda işləməklə sosial müavinət pensiya düzəldir, ona deyə bilər. O, onunla razılaşmışdır. Daha sonra Abbas Buluda bu barədə demişdir. Abbas da ona bildirmişdir ki, Bulud ona deyibdir ki, onun işini həll edə biləcək, ona kommunal ödənişlərin bütün çeklərini, ailə üzvlərimin şəxsiyyət vəsiqələrinin kserosurətlərini, Sumqayıt şəhərində yerləşən «Asan» xidmətdən ailə tərkibi haqqanda arayışı alıb gətirməlidir, həmin işi də 3000 manata həll edəcək. O da həmin sənədləri toplayıb və 2019-cu ilin sentyabr ayının axırlarında saat 16:45 radələrində Abbasa zəng edib demişdir ki, Buludun dediyi həmin sənədləri toplayıbdır, pul da hazırdı. Abbas da zəng edib bu barədə Buluda demişdir. Daha sonra elə həmin gün o, Abbasla görüşərək Sumqayıt şəhəri 12-ci mikroroyan ərazisində yerləşən «Qayalı» marketin arxasında yerləşən kafeyə getmişlər. Abbas ona demişdir ki, Bulud da yoldadır Bakıdan Sumqayıta onların yanına gəlir. Saat 17:15 radələrində onlar kafedə olarkən Bulud Abbasa zəng edib demişdir ki, gəlibdir kafenin yanındadır. O da dostu Abbasla birlikdə kafedən çıxıb Buludun yaxınlıqda saxladığı ağ rəngli «Prado» markalı avtomobilinə yaxınlaşıb maşına əyləşmişlər. O qarşı oturacaqda, dostu Abbas isə arxa oturacaqda əyləşmişlər. Həmin vaxt dostu Abbas onu Buluda təqdim etmişdir. O Buludu əvvəllər tanımamış, görməmiş, ilk dəfə idi ki, onu görmüşdür. O Buludun dediyi sənədləri və özünə məxsus 3000 manat pulu Abbasın yanında ona vermişdir. Həmin vaxt o, Buluddan işinin nə vaxta həll olunacağını soruşmuşdur. O da ona 1 ay ərzində məsələnin həll olunacağını, ona kart verəcəyini demişdir. O ondan harada yaşadığını soruşduqda, Bulud ona demişdir ki, 12-ci mikrorayonda poçtun arxasında proxodnoydan çıxan kimi, soldan 1-ci bina 1-ci blok, 4-cü mərtəbədə yerləşən ev onlarındır. Onlar bir-birlərinin mobil telefon nömrələrini də götürmüşlər. 2019-cu ilin oktyabr ayının axırlarında o görəndə ki, Buluddan xəbər yoxdur, özü ona zəng edib « nə xəbər var, demişdin 1 aya məsələ düzələcək, niyə belə uzanır» sözünü demişdir. Bulud da ona demişdir ki, 10 gündə gözləsin, 10 gündən sonra kartı alacaq. 10 gündən sonra, yəni 2019-cu ilin noyabr ayının əvvəllərində o Buluda zəng edib məsələ barədə soruşduqda, bu dəfə ona demişdir ki, sistemdə problemlər yaranıb noyabr ayının axırında gedib kartı bankdan götürəcək. 2019-cu ilin noyabr ayının axırlarında Buluda zəng etdikdə isə ona demişdir ki, dekabr ayının 15-nə kartı hazır olacaq. O da Buluda demişdir ki, hər dəfə 10 gün, 15 gün deyib onu arxayın edib aldatmasın, alınmırsa pulunu qaytarsın, yada ki, kartını versin. Bulud da ona demişdir ki, ona kart yollayır, içində də külli miqdarda pul var, hələlik bu kartdan pul çıxardar, kart başqa bir şəxsindir. O da ona başqasının kartını ona niyə verdiyini soruşduqda, Bulud da ona narahat olmamasını kartın ona aid olduğunu demişdir. O da onunla razılaşmış və Bulud 2019-cu ilin noyab ayının axırlarında, saat 17 radələrində Bakı şəhərindən tanımadığı taksi sürücüsünün idarə etdiyi «Opel» makalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə ona xxxxa məxsus Yaqut Şahmarovaya məxsus **********487974 saylı kartı göndərmiş və onun mobil telefon nömrəsini də həmin taksi sürücüsünə vermişdir. Həmin gün saat 17:30 radələrində taksi sürücüsü ona zəng edib Sumqayıt şəhəri, 3-cü mikrorayon əraziisndə yerləşən aerokassanın yanında olduğunu dediyi üçün o da onun yanına gedib, həmin kartı ondan almış və sürücüyə 8 manat xidmət haqqı da vermişdir. Sürücü orta boylu, orta bədən quruluşlu təxminən 33-34 yaşlı oğlan olmuş, onu əvvəllər tanımamış, onun mobil telefon nömrəsi də silindiyi üçün bilməmişdir. O kartı həmin sürücüdən alıb baxdıqda görmüşdür ki, kart Yaqut Şahmarova soyadlı qadının adınadır və Buluda zəng edib, bu kartın qadına məxsus olduğunu bildirmişdir. Bulud da ona kartın Yaqutun adına olduğunu, kartın pulunu vermədiyi üçün kartın onda qaldığını demişdir. Bulud da ona «sənə nə lazımdır, pul lazımdır, get kartdan pulu çıxart, sənin kartını verdikdə, bu kartı yenidən mənə qaytararsan» sözünü demişdir. O da Buludla danışdıqdan sonra Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən «xxxx»ın bankomatına yaxınlaşıb kartı ora saldıqda, görmüşdür ki, kart bağlıdır. O yenidən Buluda zəng edib kartın bağlı olduğunu dedikdə isə, Bulud ona narahat olmamasını, kartı açdıracağını demişdir. Bundan sonra o Buluda bir neçə dəfə zəng etsə də ona zəng çatmamışdır. Sonradan o, dostu Abbasla birlikdə 2019cu ilin dekabr ayının axırlarında Buludun yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8, mənzil 1-ə getmişlər, qapını döydükdə qapını Buludun arvadı, sonradan ad və soyadını Yaqut Şahmarova kimi bildirdiyi qadın və Buludun qardaşının arvadı açmışlar. Həmin məsələ barədə onlara danışıb, Buludun ona verdiyi kartı onlara göstərmişdir. Onlardan biri Yaqut adlı qadın ona həmin kartın ona məxsus olduğunu demişdir. O da ona «yoldaşınız həmin kartı mənə yollayıb deyibdir ki, bu kartdlan hələlik istifadə edim, mənim kartımı sonra qaytaracaq, mən də kartı bankomata saldıqda kart bağlı idi» sözünü demişdir. Həmin vaxt Buludun qardaşının arvadı onlara demişdir ki, puldan əlini üzsün Bulud pulu qaytarmayacaq, 15 gündürki evə gəlmir, əvvəllər məhkumluğu olubdur, özlərini yormasınlar. O da məcbur olub 25.12.2019-cu il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Buludun onun 6000 manat pulunu ələ keçirtdiyini bildirmişdir. Daha sonra Sumqayıt ŞPİnin 1-ci PB-yə dəvət olunaraq orada ərizə və izahat yazmışdır. DİN-in 102 xidmətinə məlumat verərkən, eləcə də bölmədə ərizə yazıb, ondan izahat alınarkən o əsəbləşdiyi üçün bildirmişdir ki, guya Bulud onun 6000 manat pulunu ələ keçirmişdir. Əslində isə Bulud onun 6000 manat deyil, 3000 manat pulunu ələ keçirmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə baxış iclasında elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən məlum olur ki, Abbas dəfələrlə onun sahibi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Nur Telekom» telefon dükanına gəlib-getmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində tanışı Abbas onun dükanında olarkən söhbət əsnasında o, Abbasa demişdir ki, gözünə görə təqaüd düzəltmək istəyir, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra, yəni 2019-cu ilin sentyabr ayının ortalarında Abbas onun sahibi olduğu dükana gələrkən demişdir ki, Bulud adlı tanışının vasitəsi ilə ona gözdən əlilik qrupu üzrə təqaüdə çıxmaqda köməklik edə bilər, Bulud adlı tanışı həmin məsələni 4000 manata həll edir. O da Abbasa demişdir ki, Buludu da götürüb yanına gəlsin. 24.09.2019-cu il tarixdə saat 11:50 radələrində Abbas Buludla birlikdə onun işlədiyi dükana gəlmişdir. Abbas Buludu ona təqdim edərək bildirmişdir ki, onun məsələsini bu şəxs həll edəcək. Buludu o, ilk dəfə elə dükanında görmüş, əvvəllər onu görməmiş, tanımamış və onların heç bir münasibəti olmamışdır. O, Abbasın və həmin vaxt dükanda olan tanışları Əfsanə və Baba kimi çağırılan Məsim adlı şəxsin yanında Buluda 1000 ABŞ dolları və 2300 manat pul olmaqla cəmi 4000 manat pul vermişdir. Həmin vaxt Abbasa “mən səni tanyıram bir problem yaranarsa bu işin məsuliyyəti sənlikdir” sözünü demişdir. O da Buluda orada demişdir ki, pis vəziyyətdə qalmasın, əgər bu işi görə biləcəksə, məsələni həll etsmin. Bulud da çox yüksək vəzifəli şəxslərin işlərini gördüyünü, Laçından olduğunu, bütün işləri həll etdiyini, bunun onun üçün adi bir iş olduğunu demişdir. Abbas da təqaüdə çıxmaq işi alınmasa, onun pulunu özü qaytaracağını bildirmişdir. Bulud 45 gün ərzində onun əlillik üzrə pensiya çıxmaq işini həll edəcəyini, onun qısa müddət ərzində təqaüd alacağını bildirmişdir. Ancaq 45 gün müddət keçməsinə baxmayaraq Abbas və Bulud onun pensiyaya çıxmaq işini həll etmədikləri üçün o, Abbasla 2019-cu ilin noyabr ayının əvvəllərində əlaqə saxlayıb işini həll edə bilmirlərsə, pulunu qaytarmasını xahiş etmişdir. O, Abbasdan 4000 manat pulunu qaytarmasını tələb etdikdə Abbas pulu ona vermədiyini, pulu Buluda verdiyini, Abbasın da Buluddan pulu geri ala bilmədiyini, bu səbəbdən də onun pulunu qaytara bilmədiyini bildirmişdir. 15.12.2019-cu il tarixdə Abbas Buludla onun işlədiyi dükana gəlmişlər. Bulud ona ilin axırı olduğu üçün məsələnin həll olunmadığını, ondan 1 ay vaxt istədiyini, 4-5 aydır işini həll edə bilmədiyini, əgər 15.01.2020-ci il tarixədək işini həll etməsə, ona 5000 manat pul qaytaracağını demişdir. O da dediklərini kağız parçasında öz xətti ilə yazıb verməsini bildirmişdir. Bulud da onunla razılaşaraq kağız parçasından öz xətti ilə «Mən Təqsirləndirilən şəxs Elxandan 5000 manat pulu iş görmək üçün 15.01.2020-ci ilə kimi iş görməsinə söz verirəm, əks təqdirdə 5000 manat qaytaracğıma söz verirəm» sözünü yazaraq imza edib, 15.12.2019-cu il tarixi göstərmişdir. 10.01.2020-ci il tarixdə o, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən ona məxsus «Nur telekom» dükanında Abbasla görüşüb pulunu qaytarmasını xahiş etdikdə, Abbas Buludla əlaqə saxlamış, Bulud da Abbasa 15.01.2020-ci il tarixədək pulu qaytaracağına söz verdiyini deyərək, 16.01.2020-ci il tarixədək onun pulunu qaytaracağını bildirmişdir. 12.01.2020-ci il tarixdə saat 18:30 radələrində Abbas ona zəng edərək bildirmişdir ki, Bulud pulu qaytara bilmir. O da Abbasa «Buludu sənə görə tanımışam gedib pulumu alıb gətirib versin mənə, başqa heç nə lazım deyil» sözünü demişdir. Ancaq bu günə kimi Bulud onun işini həll etməmiş, nə də ondan aldığı 4000 manat pulunu qaytarmamışlar. Beləliklə də Bulud onu aldadaraq 4000 manat pulunu ələ keçirtmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə baxış iclasında elan olunmuş Şahid1 ifadəsindən məlum olur ki, adı Əlfida olsa da, hamı onu Kənan kimi çağırır. Zərərçəkmiş şəxs4 onun atasıdır, Şahid2 isə kirvəsidir. Əhməd Abbasovu təxminən 6 ildir ki tanıyır. O, Sumqayıt şəhər 1 saylı poliklinikada fəhlə işləyir. O Sumqayıt şəhər Avtovağzaldan Biləsuvar rayonunda yerləşən qəsəbəyə idarə etdiyi «Mersedes Sprinter» markalı mikroavtobusla sərnişin daşıyır. Əhməd də tez-tez Sumqayıt şəhər Avtovağzala gəlib-getmiş, orada yerləşən kafedə oturub çay içmişlər. 2019-cu ilin sentyabr ayının axırlarında o, Sumqayıt şəhər Avtovağzalın yaxınılığında yerləşən kafedə Abbasla görüşüb söhbət edərkən, ona demişdir ki, özünə pensiya düzəltmək istəyir, tanışı var? O da ona demişdir ki, bir nəfər tanışı var, adı Buluddur, o Bakıda Dövlət Sosial Müdafiə Fondunda işləyir, ona deyər düzəldər, onun üçündə düzəldir. O da onun yanında həmin Bulud adlı şəxsə zəng edib onun məsələsini demiş, Bulud da ona onun məsələsini 2500 manat həll edə biləcəyini demişdir. Daha sonra o rayona qayıtdıqda bu barədə atasına demişdir. Atası Vahid da danışıb onunla söhbət etməsini bildirmişdir. Həmin günün səhərisi o yenidən Sumqayıt şəhər avtovağzala gəlmiş, Abbasa zəng edib demişdir ki, Buludla onu görüşdürsün. Abbas da Buludla danışdıqdan sonra onunla görüşməyi qərara almışlar. Həmin gün saat 10 radələrində Abbas Buludla birlikdə sonuncunun idarə etdiyi ağ rəngli, «Prado» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı maşınla Sumqayıt şəhər Avtovağzalın yanına gəlmişlər. O onun maşınına əyləşmiş və Abbasın yanında söhbət etməyə başlamışdır. Buludu ilk dəfə elə həmin günü görmüşdür. Söhbət əsnasında Bulud ona demişdir ki, pensiya məsələsini 1 aya düzəldir, 1 aydan sonra kart alır, həmin işi elə belə adamla görmür, düzəltdiyi işlər 100 faizlikdir. O da ona inanmışdır. Həmin günü axşam rayona qayıdıb atasına bu barədə demişdir. Atası Vahid də razılaşmışdır ki, onun məsələsini Buludla həll etsin. 09.10.2019-cu il tarixdə o Abbasla telefonla danışarkən ona demişdir ki, Buludla danışıbdır, onunla görüşüb səhər pulu vermək lazımdır. O da bu barədə atasına demişdir. 10.10.2019-cu il tarixdə, səhər saatlarında atası Vahid kirvəsi Bayramın idarə etdiyi sərnişin daşıma mikroavtobusu ilə Biləsuvar rayonundan Sumqayıt şəhər Avtovağzalına gələrək, avtovağzalın yanında Buludla sonuncunun idarə etdiyi avtomobilində görüşmüşlər və atası Vahid 2500 manat pulu kirvələri Bayram, Abbasın yanında ona vermişdir. O həmin vaxt rayonda olmuşdur. Daha sonra atası Vahid rayona qayıdıb bu barədə ona demişdir. Bir ay sonra, yəni 2019-cu ilin noyabr ayının təxminən 10-da onlar görəndə ki, Buluda zəng etmir atası Vahid özü onun istifadəsində olan ***-***- **-** saylı mobil telefonuna zəng edib məsələ barədə maraqlandıqda, Bulud ona demişdir ki, uşağı Bakı şəhər 1 saylı mərkəzi şəhər xəstənxanasına aparmalıdır, komissiyadan keçsin, həftənin şənbə günü uşaq xəstəxananın qarşısında olsun, özü də gələcək. Atası da ona demişdir ki, uşağı göndərər. 2019-cu ilin noyabr ayının təxminən 16-da atası Vahid komissiyadan keçməsi üçün onu Bakıya göndərmişdir. O Bakıya gəlib Buludla həmin xəstəxananın qarşısında görüşmüşlər, o onu aparıb həmin xəstəxanada ancaq burun boğaz həkimindən keçirtmişdir. Daha sonra o yenidən rayona qayıtmışdır. O həkimlərdən keçdikdən sonra atası Vahid özü Buludla əlaqə saxlamış, Bulad da ona demişdir ki, 2019cu ilin dekabr ayın 5-nə onun adına kart hazır olacaq. 04.12.2019-cu il tarixdə atası Vahid Buluda zəng edib məsələ barədə soruşduqda, Bulud ona demişdir ki, onun sənədi 14cüdür, yəni ondan qabaq hələ 13 nəfər də var, ola bilsin ki, onun məsələsi hələ 1 ayda uzansın. 05.01.2020-ci il tarixdə atası Vahid Buluda zəng etdikdə, Bulud ona demişdir ki, hələ düzəlməyib, ola bilsin ki, yarım saata-1 saata məsələ öz həllini tapsın. Təxminən 3-4 gün sonra atası yenidən onu yığanda, demişdir ki, düzəlmirsə pullarını qaytarsın, Bulud da ona 1 gün də ona möhlət verməsini demişdir. Atası Vahid 1 gündə ona möhlət vermiş, lakin 1 gün sonra görəndə ki, Buluda zəng etmir, atası Vahid özü ona zəng etdikdə telefonu artıq sönülü olmuş və yaxud telefonu açıq olsa da çağırmış, o götürməmişdir. Bu səbəbdən də atası Vahid 27.02.2020-ci il tarixdə gedib Bulud barədə polisə şikayət etmişdir. Beləliklə də, Bulud onun pensiya məsələsini düzəltməsi adı ilə aldadıb 2500 manat pulunu ələ keçirmiş və hal-hazıradək də pulunu qaytarmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 istintaq orqanına verdiyi ifadəyə uyğun ifadə vermişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə baxış iclasında elan olunmuş Şahid3 ifadəsindən məlum olur ki, onun Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən avtomaşın ehtiyyat hissələrinin satışı ilə məşğul olan icarəyə götürüb işlətdiyi dükanı var. Zərərçəkmiş şəxs5 onun qohumudur. 2019-cu ilin dekabr ayının ortalarında qohumu Asif ona zəng edərək bildirmişdir ki, Bulud adlı tanışı var, onun işlədiyi dükana gələcək ona 4000 manat pul versin, həmin pulu da onun ona olan 5000 manat borcundan çıxacaq. Belə ki, onun Asifə 5000 manat borcu olmuşdur. O da Asiflə razılaşmışdır. Həmin günü axşam saatlarında Bulud adlı şəxs onun işlədiyi dükana gəlib Asif dediyi şəxs olduğunu bildirmişdir. O Buludu əvvəllər tanımamış, ilk dəfə elə dükana gəldikdə görmüşdür, onların heç bir tanışlığı, əlaqəsi olmamışdır. O, Asifin dediyi kimi 4000 manat pulu təklikdə dükanında Buluda vermişdir. Bulud 4000 manat pulu ondan götürüb, çıxıb getmişdir. Bundan sonra o, Buludu görməmişdir. Daha sonra o, Asifə zəng edib demişdir ki, pulu Buluda vermişdir. O, Asifin Buluda hansı səbəbdən 4000 manat pul verdiyini bilməmişdir. İş materiallarında olan “cinayət işinin başlanması haqqında” 16.01.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” 17.01.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18.01.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs 1 nömrəli şəhər poliklinikasının kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.01.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 12.10.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Siyəzən rayon Xalq Məhkəməsinin 07.07.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-7-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1, 313, 66.3-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.11.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.12.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1, 313, 66.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 308.1, 313, 320.1, 320.2, 66.3, 69.3cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı əsasında AR CM-nin 20.10.2017-ci il tarixli qanunda edilmiş dəyişikliklə bağlı olaraq 178.2.2, 178.2.3, 308.1, 313, 320.1-ci maddələri ilə təyin edilən cəza 4 (dörd) ilə endirilib, 69.3-cü maddəsi tətbiq edilmiş cəza 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün cəza təyin edilmiş, eyni zamanda 178.2.2, 178.2.3-cü maddələrinə dair müddəalar hökmdən xaric edilərək, 26.04.2019-cu il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 30.01.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Elxandan 15.12.2019-cu il tarixdə iş görmək üçün 5000 (beş min) manat götürmüş və 15.01.2020-ci il tarixə kimi işini həll edəcəyinə söz vermişdir. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 06.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 06.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutulması barədə” 06.02.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, o, tutularkən Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23.04.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona Yasamal rayon Məhkəməsinin 1(004)-40/2013 saylı, 03 may 2013-cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 29.02.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.02.2020-ci il tarixdə 18:05 radələrində Bakı şəhəri Nizami rayon ərazisində tutulmuşdur. İş materiallarında olan “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” 01.03.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 02.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” 30.03.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” 10.04.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 18.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “ibtidai istintaq müddətinin uzadılması haqqında” 07.05.2020ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay yəni, 08 iyul 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” 28.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, o, tutularkən Sumqayıt ŞPİ-nin İŞ-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 26.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2020-ci il tarixdə 16:30 radələrində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 27.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 1 ədəd “xxxx” ASC-yə məxsus viza kartı, Zərərçəkmiş şəxs3 təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçası və 6 ədəd fotoşəkillərın maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması və s. qərara alınmışdır. İş mareiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 28.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09.09.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 26.08.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 05.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 23.09.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 21.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(060)-435/2020 nömrəli cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu tətbiq edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 308.1, 313, 320.1 və 320.2ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməlləri cinayət hesab olunmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 308.1, 313, 320.1 və 320.2ci maddələri ilə təyin ediimiş cəzaları qismən toplamaq yolu ilə üzərində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmündə Təqsirləndirilən şəxs barəsində cinayətlərin məcmusunu müəyyən etməklə tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə dair müddəalar həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş və cinayətin residivinə və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs 03 may 2013-cü il tarixdən cəza çəkməsi nəzərə alınmaqla, o, cəzasını çəkmiş hesab edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu zərərçəkmiş şəxslər və şahidlərin verdiyi ifadələr və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməklə əməllərindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs 26.04.2019-cu il tarixdən cəzadan azad edilsə də, həmin tarixdən iki il keçmədən o yenidən qəsdən cinayət törətdiyi üçün onun məhkumluğu ödənilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkumluğunun ödənilməməsini, ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.02.2020-ci il tarixdən 02.03.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzə maddi sübut kimi tanınmış 1 ədəd “xxxx” ASC-yə məxsus viza kartı, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı 01 ədəd kağız parçası və 6 ədəd fotoşəkillər cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 29.10.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29.02.2020-ci il tarixdən 02.03.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 26 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzə maddi sübut kimi tanınmış 1 ədəd “xxxx” ASC-yə məxsus viza kartı, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı 01 ədəd kağız parçası və 6 ədəd fotoşəkillər cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar