Məhkəmə qərarları › İş №1(001)-60/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-60/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-60/2022 05.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə və tamah niyyəti ilə 05 yanvar 2021-ci il tarixdə təxminən saat 05 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi həyət evinə hasardan aşmaqla evin girişində olan taxta qapının kilidini sındırmaqla qanunsuz daxil olaraq, həmin evin mətbəxindən 1 kq çəkisi 13 manat dəyərində 3 kq çəkidə ümumi dəyəri 39 manat dəyərində 3 kq mal əti, 1 kq çəkisi 4 manat olmaqla 3 kq çəkidə ümumi dəyəri 12 manata olan Karp adlı balığı, 1 ədədi 5 manat olmaqla 4 ədəd ümumi dəyəri 20 manat olan Siyəzən adlı broyler toyuğu, topdan satışı 1 kq çəkisi 0.60 qəpik olmaqla 30 kq çəkidə ümumi dəyəri 18 manat olan 1 torbada olan kartofu, 1 kq çəkisi 26,7 qəpik olmaqla 30 kq çəkidə ümumi dəyəri 8 manat olan soğan, evin yataq otağından geyim əşyaları dolabının üzərindən 01 ədəd 250 manat dəyərində “Huavei 3 İ” markalı mobil telefonu və 1 ədəd 50 manat dəyərində modeli bilinməyən “Samsung” markalı düyümlü mobil cihazı, həmin cihazın içərisində 0.30 qəpik yüklü balansı olan 30 manat dəyərində “Azercell” mobil operatooruna aid ***-***-**-** mobil nömrəsini və 1 ədəd 2x3 metr ölçüdə Türkiyə istehsalı “Gümüşsuyu Bağdat” markalı kənarları saçaqlı olan 120 manat dəyərində xalçanı gizli olaraq talayaraq, zərərçəkmiş şəxs Anar Məmmdova 547 manat 30 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə və tamah niyyəti ilə 09 may 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, İsfahani küçəsi nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin arxa hissəsində yerləşən saxlanc yeri kimi istifadə edilən qaraja bənzər kunqun qıfılını özü ilə gətirdiyi dəmir alətlə qıraraq oradan 1 ədəd benzinlə işləyən 250 manat dəyərində markası və firması məlum olmayan işıq generatorunu, iri ölçülü alüminium materialdan olan hər biri 150 manat dəyərində 02 ədəd toy yeməkləri bişirilməsi üçün nəzərdə tutulan qazanı, bir ədəd böyük ölçülü 150 manat dəyərində laqondanı, bir ədəd 80 manat dəyərində kiçik ölçülü laqondanı, bir ədəd iri ölçülü 150 manat dəyərində firması məlum olmayan dreli, bir ədəd nisbətən kiçik ölçülü firması məlum olmayan 70 manat dəyərində dreli, bir ədəd lambirin materialı bağlamaq üçün nəzərdə tutulan firması məlum olmayan 15 manat dəyərində dreli, 01 ədəd plastik materialdan olan boruları yapışdırmaq üçün 40 manat dəyərində firması məlum olmayan ütünü, 01 ədəd firması məlum olmayan 220 manat dəyərində qaynaq aparatını, “Opel” markalı avtomobil üçün nəzərdə tutulmuş 01 ədəd 80 manat dəyərində dinamo ehtiyat hissəsini, 01 ədəd 70 manat dəyərində ehtiyat hissəsini, 01 ədəd 450 manat dəyərində turbo ehtiyat hissəsini, 1 ədəd 250 manat dəyərində yanacaq nasosu ehtiyat hissəsini, 100 manat dəyərində 45-55 ölçüdə böyük kran açarlarını, 01 ədədi 35 manat olmaqla 02 ədəd peremiçka deyilən enerji ötürən kabeli, hər metri 5 manat olmaqla ümumilikdə 60 manat dəyərində 12 metr ölçüdə 10 mm diametrində qaynaq kabelini, hər metri 0.60 qəpik dəyərində 50 metr dolanıqlı halqa kimi 30 manat dəyərində birləşdirici kabeli, 01 ədəd 70 manat dəyərində tozsoranı, 01 ədədinin qiyməti 15 manat olmaqla alüminium materialdan olan ümumilikdə 30 manat dəyərində 02 ədəd tası, sayca 20 ədəd hər kv metri 15 manat olmaqla 3 kv metr ölçüdə ümumilikdə 45 manat dəyərində kafelləri, bir ədədinin qiyməti 2 manat olmaqla markalanmasına dair məlumat olmayan ümumilikdə 6 manat dəyərində 03 ədəd laqonda daşları, bir ədədinin qiyməti 3 manat olmaqla markalanmasına dair məlumat olmayan ümumilikdə 12 manat dəyərində 04 ədəd drel başlıqlarını, 01 ədəd 20 manat dəyərində markası bilinməyən kamera qurğunu, 3 manat dəyərində 01 ədəd şlanqı, 5 manat dəyərində 01 ədəd malakeşi, 5 manat dəyərində 01 dəst selekon və onu istifadə edilməsi üçün aləti və həmin evin həyətində bir tərəfi kəsik olan 300 manat dəyərində 01 ədəd su çənini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq 2881 manat dəyərində təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə və tamah niyyəti ilə 21.05.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı və ona məxsus olan ünvan 6 təmir tikinti işi başa çatmayan iki mərtəbəli evin pəncərələrinin şüşəsini sındırılmaqla həmin evə qanunsuz daxil olub oradan 1 ədəd “Samsung” markalı 104 ekran ölçüdə 600 manat dəyərində televizoru, 1 ədəd su isidən və soyudan 250 manat dəyərində “dispenser” aparatını, 1 ədəd 80 manat dəyərində uşaq velosipedi, 4 ədəd ***-**-** ölçüdə olan hər birinin dəyəri 200 manat olmaqla 800 manat dəyərində “Yokohama” markalı avtomobil təkərlərini, 1 ədəd 80 manat dəyərində manqalı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1810 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 03.06.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “mal bazarı”nın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış, 04.06.2021-ci il tarixdə saat 00.30-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 həmin PB-nə gətirilərək, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son bir neçə aydır heç bir işlə məşğul olmamış, heç bir qazanc yeri olmamış, ona görə də oğurluq etmək qənaətinə gəlmişdir. 05 yanvar 2021-ci il tarixdə təxminən saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində gəzdiyi zaman oğurluq etmək qərarına gəlmiş, həmin zaman o, ətrafa baxaraq ətrafda heç kimin olmadığını görmüşdür. O, hasardan aşma yolu ilə həmin evin həyətinə daxil olmuş, evin taxtadan olan giriş qapısını döymüş, heç kimin açmadığını görəndə isə həmin evdə heç kim olmadığı qənaətinə gələrək evin taxtadan olan giriş qapısına əli ilə zərbə vuraraq açmış və evin içərisinə daxil olmuşdur. Daha sonra həmin evin mətbəxində olan soyuducudan qida məhsullarını götürərək torbaya yığmış, digər otağa daxil olduqda həmin otaqda masanın üzərində 2 ədəd mobil telefon aparatının olduğunu görərək həmin telefonlarıda götürmüşdür. Sonra isə evdə qiymətli heç bir əşya tapa bilməmiş, yerdə olan 1 ədəd xalçanı götürərək həmin ünvanı tərk etmişdir. O, oğurladığı qida məhsullarını özünü istifadə etmiş, mobil telefon aparatlarını isə işlənmiş və köhnə vəziyyətdə olduğu üçün sata bilmədiyindən evinin yaxınlığında olan zibil qutusuna tulladığını bildirmişdir. O, oğurladığı balaca ölçülü xalçanı isə yaşadığı evdə saxlamış, saxlanıldıqdan sonra polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, Binəqədi qəsəbəsi İsfahani küçəsində olan fərdi yaşayış evlərinin birinin həyətində dəmir materialdan olan su çəninin olmasını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. 09 may 2021-ci il tarixdə saat təxminən 11 radələrində həmin çənin olduğu evin həyətinə daxil olmuş və evdə heç kəsin olmamasından istifadə edərək su çənini aparmaq üçün avtomobil axtarmışdır. Bundan sonra o, Binəqədi qəsəbəsi mərkəz adlanan yerin yaxınlığında “Qazel” markalı yük avtomobili saxlayaraq danışmış və 20 manat qarşılığında su çənini aparmaq üçün razılaşmışlar. O, həmin yük avtomobili ilə su çəninin olduğu yerə gəlmiş, birlikdə çəni Qazelə yükləyərək 3-cü mədən adlanan yerdə yerləşən əlvan metal alğı-satqı məntəqəsinə getmiş və həmin vaxt şəxsiyyət vəsiqəsini təqdim edərək 70 manata su çənini satmışdır. Su çənini satdıqdan sonra təkrar oğurluq etdiyi yerə qayıtmış və orada olan dəmir qarajın giriş hissəsinin qıfılını üzərində daşıdığı dəmir alətlə qıraraq açmışdır. Bundan sonra o, içəridə olan iki ədəd aliminium materialdan hazırlanmış böyük ölçülü qazanları, bir ədəd işıq generatorunu, bir ədəd qaynaq aparatını və həmin qarajda olan 1 ədəd generatorunu, iri ölçülü alüminium materialdan olan 02 ədəd qazanı, 2 ədəd laqondanı, kiçik, orta və böyük olmaqla 3 ədəd dreli, 01 ədəd plastik materialdan olan boruları yapışdırmaq üçün ütünü, 01 ədəd qaynaq aparatını, avtomobil ehtiyat hissələrini, kran açarlarını, elektrik kabellərini, 01 ədəd tozsoranı, 2 ədəd alüminium materialdan olan tası, kafelləri, 03 ədəd laqonda daşları, 04 ədəd drel başlıqlarını, 01 ədəd kamera qurğusunu, 01 ədəd şlanqı, 01 ədəd malakeşi, 01 dəst selekonu və onu istifadə edilməsi üçün aləti oğurlamışdır. O, oğurladığı əşyalarını çoxunu tanımadığı şəxslərə satmış, müəyyən əşyalar isə yaşadığı evdə qalmışdır. Bundan başqa o, 21.05.2021-ci il tarixdə saat 03 radələrində İsfahani küçəsində daş hasarla əhatə olunmuş evin hasarından aşaraq həyətə daxil olaraq orada yerləşən evin plastik materialdan olan pəncərəni sındıraraq içəri daxil olmuşdur. O, həmin evdən 1 ədəd “Samsung” markalı televizoru, 1 ədəd uşaq üçün balaca qırmızı rəngli velosipedi, 4 ədəd avtomobil təkərlərini, 1 ədəd dispanser su aparatını, 1 ədəd manqalı hissə-hissə çıxararaq evin həyətyanı daş hasarı tərəfə çıxarmışı və hasardan atmaqla hasarın yanına çöl tərəfə yığmışdır. Sonra “Qazel” markalı avtomobil saxladaraq sürücüyə həmin əşyaların özünə məxsus olduğunu və digər evinə apardığını bildirib həmin əşyaları öz yaşadığı evin həyətinə aparmışdır. Səhərsi günü həmin əşyalardan velosiped istisna olmaqla digərlərini tanımadığı şəxslərə satmışdır. Bundan başqa 04 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. O, buna etiraz etmədən polis bölməsinə getmiş və orada şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan şalvarın cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş və o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, heroini 03.06.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən mal bazarının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 30 manata, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməllərində peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 4 ünvanda yaşamamışdır. 20.05.2021-ci il tarixdə o, həmin evə gedib baxmış və hər şeyin yerində olmasını görümşdür. 21.05.2021-ci il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan adını xatırlamadığı şəxs ona zəng edərək evinin pəncərələrinin açıq olduğunu bildirmişdir. O, 23.05.2021-ci il tarixdə saat 17 radələrində evə gedib baxan zaman evdə olan müəyyən əşyaların yerində olmadığını görmüşdür. O, özünə məxsus evə baxış keçirən zaman müəyyən etmişdir ki, evdə olan 1 ədəd “Samsung” markalı 104 ekran ölçüdə 600 manat dəyərində televizor, 1 ədəd su isidən və soyudan 250 manat dəyərində “dispenser” aparatı, 1 ədəd 80 manat dəyərində uşaq velosipedi, 4 ədəd ***-**-** ölçüdə olan hər birinin dəyəri 200 manat olmaqla 800 manat dəyərində “Yokohama” markalı avtomobil təkərləri, 1 ədəd 80 manat dəyərində manqal oğurlanmışdır. Ümumilikdə baş vermiş hadisə nəticəsində ona 1810 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmədiyi üçün o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 15 il bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, İsfahani küçəsində 3 sot torpaq sahəsində 50 k.m ölçüdə bir yataq otağı, bir qonaq otağı, kiçik ölçüdə mətbəx və dəhlizdən ibarət ev tikmişdir. Həmin evin arxa tərəfində hərbi maşınların arxa yük yerində olan kunq deyilən saxlanc yerini torpağı aldığı vaxtlardan evinin həyətində olmuşdur. Həmçinin evin həyətində iki ton tutumu olan, bir tərəfi kəsilmiş su çəni olmuşdur. O, 04.05.2021-ci il tarixdə işi ilə əlaqədar Xaçmaz rayonuna getmiş, ailə üzvlərinin isə İmişli rayonuna getmişdir. 16 may 2021-ci il tarixdə axşam saatlarında evə qayıtmış və həmin gün ailə üzvləri də rayonda yaşadığı evə geri qayıtmışdır. 17.05.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evin arxa tərəfində yerləşən qapısı bağlanmış və qıfıllanmış kunqa yaxınlaşarkən kunqun yanında ona məxsus olan su çəninin yerində olmamasını görmüşdür. Bundan sonra o, kunqa daxil olaraq ora baxış keçirmiş və müəyyən etmişdir ki, kunqdan 1 ədəd benzinlə işləyən 250 manat dəyərində işıq generatoru, iri ölçülü alüminium materialdan olan hər biri 150 manat dəyərində 02 ədəd toy yeməkləri bişirilməsi üçün nəzərdə tutulan qazan, 1 ədəd böyük ölçülü 150 manat dəyərində laqonda, 1 ədəd 80 manat dəyərində kiçik ölçülü laqonda, 1 ədəd iri ölçülü 150 manat dəyərində drel, 1 ədəd nisbətən kiçik ölçülü 70 manat dəyərində drel, 1 ədəd lambirin materialı bağlamaq üçün nəzərdə tutulan 15 manat dəyərində drel, 01 ədəd plastik materialdan olan boruları yapışdırmaq üçün 40 manat dəyərində ütün, 01 ədəd 220 manat dəyərində qaynaq aparatı, “Opel” markalı avtomobil üçün nəzərdə tutulmuş 01 ədəd 80 manat dəyərində dinamo ehtiyat hissəsi, 01 ədəd 70 manat dəyərində ehtiyat hissəsi, 01 ədəd 450 manat dəyərində turbo ehtiyat hissəsi, 1 ədəd 250 manat dəyərində yanacaq nasosu ehtiyat hissəsi, 100 manat dəyərində 45-55 ölçüdə böyük kran açarları, 01 ədədi 35 manat olmaqla 02 ədəd peremiçka deyilən enerji ötürən kabel, hər metri 5 manat olmaqla ümumilikdə 60 manat dəyərində 12 metr ölçüdə 10 mm diametrində qaynaq kabeli, hər metri 0.60 qəpik dəyərində 50 metr dolanıqlı halqa kimi 30 manat dəyərində birləşdirici kabel, 01 ədəd 70 manat dəyərində tozsoran, 01 ədədinin qiyməti 15 manat olmaqla alüminium materialdan olan ümumilikdə 30 manat dəyərində 02 ədəd tas, sayca 20 ədəd hər kv metri 15 manat olmaqla 3 kv metr ölçüdə ümumilikdə 45 manat dəyərində kafel, 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 6 manat dəyərində 03 ədəd laqonda daşları, 1 ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd drel başlıqları, 01 ədəd 20 manat dəyərində kamera qurğusu, 3 manat dəyərində 01 ədəd şlanq, 5 manat dəyərində 01 ədəd malakeş, 5 manat dəyərində 01 dəst selekon və onu istifadə edilməsi üçün alət oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona təxminən 2900 manat zərər dəymişdir. Dəymiş zərər ödənilmədiyi üçün o, Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə baxışı zamanı elan edilmiş ifadəsindən görünür ki, 05.01.2021-ci il tarixdə saat 07 radələrində yaşadığı evə gələn zaman evindən oğurluq olmasını aşkar etmişdir. Belə ki, evin mətbəxindəki markası bilinməyən köhnə soyuducudan 1 kq 13 manat olmaqla 3 kq çəkidə mal əti, 1kq 4 manat olmaqla 3 kq çəkidə 1 ədəd Karp balığı, 1 ədəd 5 manat olmaqla 4 ədəd Siyəzən broyler toyuğu oğurlanmışdır. Sonra mətbəxdə topdan satışı 60 qəpik olmaqla 30 kq çəkidə 1 çuval kartof ümumilikdə 18 manat dəyərində, 1 kq 26,7 qəpik olmaqla 30 kq çəkidə soğanı ümumilikdə 8 manat dəyərində evində olmadığını yəni, oğurlanmasını müəyyən etmişdir. Bundan başqa digər otaqlardan yataq otağına baxdıqda evdə dağıntı olduğunu görmüş, belə ki, yataq otağından geyim əşyaları dolabının üzərindən ona məxsus 01 ədəd iki il bundan öncə 250 manata aldığı Huavei 3 İ markalı mobil telefonun yerində olmadığını görmüş, həmin telefonun içərisində nömrə olmamış və onu ehtiyat telefon kimi saxlamışdır. Daha sonra həmin dolabın üzərində ehtiyat telefon kimi saxladığı 50 manat dəyərində Samsung markalı düyməli mobil telefon yerində olmamış, həmin telefonun içərisində qardaşının adına olan, lakin özünün istifadə etdiyi ***-***-**-** mobil nömrəsi olmuş, nömrə təxminən 30 manat dəyərində və həmin mobil nömrədə təxminən 30 qəpik balans olmuş, həmin nömrədə internet meqabayt olmamışdır. Evin dəhlizində yerə sərilmiş vəziyyətdə olan təxminən 2x3 metr ölçüdə olan xalça da yerində olmamış, xalanı təxminən 1 il öncə Cəlilabad rayonundan 150 manata almış və onun da oğurlandığını müəyyən etmişdir. Ümumilikdə ona 577 manat 30 qəpik maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən 2-ci korpusda metal qəbul etmə məntəqəsində metal alğı-satqısı ilə məşğuldur. 09.05.2021-ci il tarixdə saat 15 radələrində sonradan adı bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbul etmə məntəqəsinə “Qazel” markalı avtomobil ilə gəlmiş və sonuncu ona yaxınlaşaraq ona yaxınlaşaraq yaşadığı evin həyətində olan su çənini satmaq istədiyini demişdir. Taleh həmçinin ona su çənin hazırda yararsız olduğunu və çənin bir tərəfinin kəsik olmasına görə satmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs çəni şəxsiyyət vəsiqəsi ilə qəbul edə biləcəyini demiş və sonuncu şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, su çəninin çəkisini müəyyən etmişdir. Belə ki, çənin ümumi çəkisi 230-235 kq olmuş və o Təqsirləndirilən şəxs 1 kq təxmini 30 qəpik olmaqla ümumi 70 manat ödəyərək çəni almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 03.06.2021ci il tarixdə 43-cü PB-nə mötəbər mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və həmin məlumat əsasında əməliyyat qrupu yaradılmaqla müvafiq qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 həyata keçirmiş, o, isə qrup üzvü olmuşdur. Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində 04.06.2021-ci il tarixdə saat 00.30 radələrində ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış və həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunda şübhəli olduğu deyilərək 43-cü PB-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş və sonuncu polis bölməsində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqdan sonra içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vasitənin nə olması və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda sonuncu həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin vasitəni öncəki gün saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan mal bazarının yaxınlığında, üzdən tanıdığı şəxsdən 30 manat pul ödəməklə əldə edib şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra onun üzərindən aşkar edilən narkotik vasitə heroinə bənzər vasitə qaplaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili Şahid4 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 03.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 04.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 04 iyun 2021-ci il tarixdə saat 00:30-da məhdudlaşdırılaraq, həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. 04.06.2021-ci il tarixli protokoldan görünür ki, Aslanov X4 RPİ-nin 43-cü PB-in əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 04.06.2021-ci il tarixli, 6/2249 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 243” möhür əksi “1....Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,710 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,710 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,660 qram. 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 05.06.2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayon prokuroru Nazim İmanovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin müstəntiqi İbrahim Vəliyev tərəfindən verilmiş vəsatət təmin edilməmiş və qərar sonuncuya 05.06.2021-ci il tarixdə saat 11:20-də elan edilmişdir. 05.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 05.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq hadisəsi üzrə müraciəti ilə əlaqədar toplanmış HK-1/1014 saylı material ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı davam etdirilmişdir. 23.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 21.05.2021-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 6 ünvanda baş vermişdir. 04.06.2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi ilə onun yaşadığı evin içərisindən onun üzərində daşıdığı sellofan torbadan və həmin evin ətrafından 4 ədəd drel başlığı, 3 ədəd laqonda daşı, 1 ədəd qara rəngli görüntü kamerası,1 ədəd dekor aləti,1 ədəd selikon tapançası və selikon, təxminən 2 metr uzunluğunda olan şlanq borusu, gümüşü və qırmızı rəngli 1 ədəd uşaq velosipedi və üzərində “Gümüşsuyu” yazısı olan 2x3 ölçüdə xalça aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 05.06.2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona vahid nüsxə üzrə tanınmaya təqdim edilən gümüşü və qırmızı rəngli bir ədəd uşaq üçün nəzərdə tutulan velosipedi tanıyaraq həmin velosipedin özü tərəfindən uşağı üçün aldığını və onlara məxsus olduğunu bildirmişdir. 07.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti ilə əsasında başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 28.02.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 05.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən evdə olan oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 05.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə, saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. 07.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 07.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti ilə əsasında başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 04.06.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 17.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 09 may 2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. 05.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən evdə olan oğurluq hadisəsinin baş vermə mexanizmini və oğurladığı əşyaları satdığı yerləri əyani şəkildə göstərmişdir. 05.06.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 götürülmüş üzərində əşyanın məxsusluğu və tərəfindən satılması barədə qeyd olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. 06.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 07.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə ünvan 7 ünvanında evdə olan oğurluq hadisəsinin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 07.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 07.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 4(001)-556/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablanmışdır. 07.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 15.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona vahid nüsxə üzrə tanınmaya təqdim edilən 4 ədəd drel başlığı, 3 ədəd laqonda daşı, 1 ədəd malakeş, 1 ədəd 2 metr uzunluğu olan şlanq, 1 ədəd selikon aparatı və selikon tanıdığını və ona məxsus olduğunu bildirmişdir. 21.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 ona vahid nüsxə üzrə tanınmaya təqdim edilən xalçanı tanıyaraq Cəlilabad rayonundan aldığını və ona məxsus olduğunu bildirmişdir. 23.07.2021-ci il tarixli, 2434 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 4(001)-799/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. 02.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə olan maddəni təqdim edib, həmin bükülünün içərisindəki maddənin heroin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.09.2021-ci il tarixli, 4(001)-920/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. 10.09.2021-ci il tarixli, 6/5908 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 1) 01 ədəd Türkiyə istehsalı,”Gümüşsuyu Bağdat”markalı,2x3 ölçülü, kənarları saçaqlı olan xalçanın 2021-ci ilin yanvar ayına - 120,0 manat; 2) 01ədəd markalanmasına dair heç bir məlumat olmayan, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin 2021-ci ilin may ayına– 40,0 manat; 3) 04 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan drel başlıqları 2021-ci ilin may ayına -12,0 manat; 4) 03 ədəd markalanmasına dair heç bir məlumat olmayan laqonda daşı 2021-ci ilin may ayına- 6,0 manat ; 5) 01 fənər qiyməti anlaşılmayan -0 manat; 6) 01 ədəd şlanq 2021-ci ilin may ayına – 3 manat; 7) 01 ədəd malakeş 2021-ci ilin may ayına - 5 manat; 8) 01 dəst selekon və onu istifadə edilməsi üçün alət 2021-ci ilin may ayına – 5 manatdır. Ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadədə olmuş 7 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti təxminən 191,0 manat müəyyən edilir. Digər 1 adda fənər haqqında ətraflı məlumat (markası, modeli, təyinatı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, o, ibtidai istintaq zamanı 1 ədəd su şlanqını, 1 ədəd malakeşi, 4 ədəd drel başlığını, 3 ədəd laqonda daşını, 1 ədəd selikon aparatını və selikonu saxlanması üçün təhvil almışdır. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, o, ibtidai istintaq zamanı 1 ədəd üzərində “Gümüşsuyu” yazısı olan xalçanı saxlanması üçün təhvil almışdır. 18.09.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd Türkiyə istehsalı “Gümüşsuyu Bağdat” markalı, 2x3 ölçülü, kənarları saçaqlı olan xalça, 1 ədəd velosiped, 4 ədəd drel başlığı, 3 ədəd laqonda daşı, 1 ədəd şlanq, 1 ədəd malakeş, 1 ədəd dəst selikon və onun istifadə edilməsi üçün alət, təmiz çəkisi 0,710 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq 1 ədəd velosiped və narkotik vasitə Binəqədi RPİ-nin saxlanc anbarında saxlanmış, digər maddi sübutlar sahiblərinə geri qaytarılmış, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. 20.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 04 iyun 2021-ci il tarixdə saat 00:30-da məhdudlaşdırılaraq, həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuş və 05 iyun 2021-ci il tarixdə saat 11:20-də barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu saxlanıldığı MSY-dən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 04 iyun 2021-ci il tarixdə saat 00:30-dan barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən saxlanıldığı MSY-dən azad edildiyi 05 iyun 2021-ci il tarixə saat 11:20-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 4(001)-556/2021 nömrəli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablanmış, eləcə də sonuncu 05 iyun 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,660 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd velosiped hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X5 təhvil verilməli, 1 (bir) ədəd su şlanqının, 1 (bir) ədəd dekor alətinin, 4 (dörd) ədəd drel başlığının, 3 (üç) ədəd laqonda daşının, 1 (bir) ədəd selikon tapançasının saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi, 1 (bir) ədəd “Gümüşsuyu Bağdat” markalı xalçanın saxlanması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 159,90 (bir yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 iyun 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,660 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd velosiped hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X5 təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd su şlanqının, 1 (bir) ədəd dekor alətinin, 4 (dörd) ədəd drel başlığının, 3 (üç) ədəd laqonda daşının, 1 (bir) ədəd selikon tapançasının saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi, 1 (bir) ədəd “Gümüşsuyu Bağdat” markalı xalçanın saxlanması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 159,90 (bir yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxs X3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar