Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-60/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Zəkəryayev Şahid Aydın oğlunun, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, N.Nərimanov küçəsi, ev 21/1-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, ev 18 B-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixə keçən gecə, saat 02:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Ravon R4 LT» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsindən Bakı şəhəri Biləcəri-Binəqədi yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1-ci döngənin yaxınlığında «Misli» Azərlotoreyanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməmiş və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 80-90 km/saat sürətlə idarə edərək yolun solundan sağına keçən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan piyada X3 avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşayiət olunan sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınığı, sağ körpücük sümüyünün, sağdan l-İV, soldan l-ll qabırğalarının sınığı, sol bud-çanaq oynağının və sağ baldır sümüklərinin qapalı sınığı, sağ aşıq-baldır oynağının açıq sınığı, ağciyərlərə və dalağa qansızma, alt çənə sümüyünün sınığı, alt çənə nahiyəsinin və sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ qaş nahiyəsinin, sağ göz qapaqları və gözaltı nahiyənin, burun belinin, döş qəfəsinin sağ yarısının, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin qançırları, döş qəfəsi nahiyəsinin arxa səthinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin və sol ayaq pəncəsinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmadan X14 aparılarkən yolda ölməsinə və «Ravon R4 LT» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində mülkiyyətçisi Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə 2 332 manat maddi ziyan dəyməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü subaydır, ağciyər xəstəliyi olduğu üçün hərbi xidmətdə olmamışdır.Təxminən 3 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur və BC kateqoriyalı sürücülük vəsiqəsi var. O, əvvəllər başqa maşınlar günlük icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən bir ay əvvəl isə «Ravon» markalı, ** PX *** nömrəli avtomobili Zərərçəkmiş şəxs MMC-yə ilkin ödəniş etməklə kredit yolu ilə almış və aylıq 450 manat kredit ödəyir.Həmin MMC avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir.O, taksi fəaliyyətini «Bolt» taksi şirkəti ilə əməkdaşlıq edərək həyata keçirir.12 iyun 2022-ci il tarixə keçən gecə saat təxminən 1-2 radələrində şirkətdən gələn sifariş əsasında Bakı şəhəri, 6-cı paralel küçəsindən bir qadın müştəri götürmüş və həmin müştərini sifarişə uyğun olaraq Bakı şəhəri Binəqədi qəsəbəsinə mərkəzi küçəyə aparmışdır.O, Xırdalan dairəsinə gəlib oradan sağa Bakı şəhəri, Biləcəri-Binəqədi yoluna çıxmış, Baş Dövlət Yol Polisi idarəsinin binasını və ondan sonra gələn dörd yol ayrıcını da keçib yoluna davam etmişdir.O, dörd yol ayrıcından sonra saatda təxminən 70 km sürətlə öz yolu ilə hərəkətini davam etdirmiş və təxminən 400-500 metr getmişdir ki, irəlidə yolun sol kənarından bir cavan oğlanın adi yerişlə yolu sağa doğru düzünə keçməyə başladığını görmüş və o, piyadanın yolun ortasına, yəni qırıq xətlərə çatıb dayanıb onu buraxacağını fikirləşmişdir.Lakin piyada adi yerişlə qırıq xətlərə çatandan sonra artıq ona yaxınlaşan vaxt qaçaraq onun qarşısından yolu sağa doğru keçmək istəmişdir.O, əyləci basmağa çatdıra bilməmiş və avtomobilin qabaq sol yan tərəfi ilə piyadanı vurmuşdur.Piyadanın başı onun avtomobilinin qabaq alın şüşəsinin sol tərəfinə dəymiş və zərbənin təsirindən piyada sol tərəfə asfaltın üzərinə yıxılmışdır.O, cəld maşını saxlamış və maşından düşərək piyadaya yaxınlaşmış, piyada başından xəsarət almışdır.Ətrafa adamlar yığılmış və onların köməkliyi ilə xəsarət alan piyadanı onun maşınına qoymuşlar.Həmin zaman o, maşında olan müştərini artıq görməmiş, çox güman ki, artıq o, çıxıb getmişdir.O, heç yerdə dayanmadan xəsarət alan şəxsi dərhal X14 gətirmişdir.Həmin zaman o, xəsarət alan şəxsin sağ olduğunu ehtimal etmiş, lakin onu xəstəxanaya çatdıran zaman həkimlər artıq onun maşınında xəsarət alan şəxsə baxıb onun öldüyünü demişlər.Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər.Sonradan, xəstəxanada avtomobili ilə vurduğu şəxsin X5 olması ona məlum olmuşdur.O, bildirmişdir ki, hadisə zamanı ondan irəlidə başqa avtomobil olmamış, hadisə zamanı o, sərxoş olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmişin hüquqi varisi X8 bildirmişdir ki, onun dörd övladı var, Quluzadə Seymur onun böyük oğludur və onunla birlikdə yaşamışdır.Seymur orta təhsilli olmuş, hərbi xidmətdə olmuş, rəsmi iş yeri olmamış, lakin iş olanda onunla birlikdə fəhlə işi görmüşdür. Seymurun heç kimlə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. 11 iyun 2022-ci il tarixdə Seymurla birlikdə fəhlə işi görmüş və saat təxminən 21:00 radələrində işləri qurtarıb yaşadıqları evə gəlmişlər.Seymur yuyunub az müddət sonra qardaşı Elçinlə birlikdə həyətə çıxmışdır. Sonra Elçin qayıtmış, Seymurun həyətdə olduğunu və az müddət sonra evə gələcəyini bildirmişdir. O, həmin zaman yorğun olduğu üçün yatmışdır.Artıq gecədən keçmiş, saat 3-ə işləmiş Seymurun öz telefonundan ona zəng gəlmişdir.Ona geri zəng etmiş, telefona cavab verən şəxsin adının Mahmud olduğunu və idarə etdiyi avtomobillə Seymuru vurduğunu və hal-hazırda Seymuru «Semaşko» xəstəxanasına gətirdiyini bildirmişdir.O, hadisə barədə qaynı Yusifə zəng vurub ona məlumat vermiş və özü də dərhal deyilən xəstəxanaya getmişdir.O, xəstəxanaya çatanda artıq oğlu Seymurun öldüyünü bilmişdir.O, məhkəmədən hadisənin obyektiv araşdırılmasını və təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını tələb edir.O, oğlu Seymurun 12 iyun 2022-ci il tarixə keçən gecə saat 02:00 radələrində hadisə yerində, yəni Bakı şəhəri Biləcəri-Binəqədi yoluna nə üçün getməsi barədə ehtimal edir ki, Seymur həmin ərazidə olan çayxanaya getmiş, təxminən bilir ki, Seymurun yanında tanışı İdris və adını bilmədikləri bir nəfər olmuşdur.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu və qanuna uyğun şəkildə ciddi cəzalandırılmasını xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Zəkəryayev Şahid Aydın oğlu bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan «Ravon R4» markalı, ** PX *** nömrəli avtomobilin piyadanı vurması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə MMC-nin müvafiq məktub və etibarnaməsi əsasında onun hüquq və qanuni mənafelərini nümayəndə qismində təmsil edir.Belə ki, MMC tərəfindən 02 avqust 2021 -ci il tarixdə həmin avtomobil daxili lizinq müqaviləsi əsasında bir şəxsə satılmış, sonradan həmin şəxslə qarşılıqlı razılaşmaya əsasən avtomobillə bağlı öhdəliklər 09 may 2022-ci il tarixli müqavilə əsasında Təqsirləndirilən şəxs ötürülmüş və avtomobil ona təhvil verilmişdir.Həmçinin, MMC-də olan qaydalara əsasən Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir.Sonradan onlara məlum olmuşdur ki, 12 iyun 2022-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və piyadanı vurmuşdur.Hadisə nəticəsində həmçinin onların mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir.Sonradan həmin avtomobil onların əməkdaşlıq etdiyi servisdə yoxlanışdan keçmiş və avtomobilə hadisə nəticəsində 2 332 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur.Onlar MMC olaraq həmin qiymətlə razıdırlar. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmişin hüquqi varisi X8 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən avtomobil təmir edildiyi üçün avtomobilin 12 iyun 2022-ci il tarixə keçən gecə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnməsi faktı ilə bağlı onların MMC olaraq Mahmuda qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir.12 iyun 2022-ci il tarixə keçən gecə 6-cı Polis Bölməsinə məlumat daxil olmuşdur ki, Biləcəri- Binəqədi yolunda yol-nəqliyyat hadisəsi baş vermiş, belə ki, avtomobil piyadanı vurmuş və avtomobili idarə edən sürücü vurduğu piyadanı X14 gətirmişdir.Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu xəstəxanaya getmişdir.O da əməliyyat qrupunda imiş. Xəstəxanada ona məlum olmuşdur ki, ağ rəngli «Ravon» markalı avtomobil piyadanı vurmuş və avtomobili idarə edən sürücü piyadanı elə həmin avtomobillə xəstəxanaya gətirmiş, piyada xəstəxanaya çatanda artıq ölmüşdür.«Ravon» markalı avtomobil xəstəxananın həyətində imiş, avtomobilin qabaq sol tərəfi zədələnmişdir.Sürücünün sənədlərinə baxdıqda onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.Daha sonra müstəntiq və sürücü ilə birlikdə hadisə yerinə gəlmişlər.Əməliyyat qrupunun digər üzvləri isə avtomobili cərimə meydançasına yerləşdirmişlər və ölən şəxsin meyidi müayinə üçün tibbi ekspertizaya aparılmışdır.Hadisə yerində sürücü avtomobillə hansı istiqamətdə hərəkət etdiyini və piyadanı harada vurduğunu göstərmişdir.Müstəntiq tərəfindən fotoşəkillər çəkilmiş, protokol və sxem tərtib edilmişdir.Həmçinin, hadisə yerində avtomobilin sınmış güzgüsü də tapılıb götürülmüşdür.Bundan sonra sürücünü alkoqol müayinəsinə aparmışlar və müayinədən sonra müstəntiq sürücü ilə birlikdə X12 gəlmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 12 iyun 2022ci il tarixə keçən gecə o, dostu və qohumu Şahid3lə danışaraq birlikdə Baş Dövlət Yol Polisi idarəsindən Bakı şəhəri Binəqədi qəsəbəsinə doğru təxminən 1,5 kilometr məsafədə yolun sol kənarında yerləşən «099» çay evinə getmişlər.Həmçinin, Raul adlı dostu da onlarla olmuşdur. Onlar çay evinə çatanda tanıdıqları Seymurun orada başqa dostları ilə oturub yeyib-içdiyini görmüşlər.Belə ki, onlar Seymuru elə həmin çay evində görüb tanış olmuş, yəni aralarında yaxın münasibətləri və bir-birlərində telefon nömrələri belə yoxdur, ancaq orada görüşəndə salamlaşmışlar.Onlar ümumi salamlaşmış və özləri ayrı stolda əyləşmişlər. Onlar həmin çay evində təxminən bir saat yarım müddətinə oturmuş, o, spirtli içki içmiş, lakin İdris içməmişdir.Daha sonra İdrislə oradan çıxıb yaxınlıqda olan «Azərsiti» kafesinə getmələri qərarına gəlmiş, Raul isə çay evində qalmaq istədiyini bildirmişdir.O, İdrislə çay evindən çıxdıqları zaman Seymurun da onlarla bərabər çay evindən bayıra çıxdığını görmüşlər. O, Seymurun çay evinin yanında kiminləsə danışdığını görmüş, lakin ona əhəmiyyət verməmiş və oradan aralanmış, piyada «Azərsiti» kafesinə gəlmişlər.O, İdrislə «Azərsiti» kafesinə çatıb orada əyləşmiş və az sonra Seymurun da təklikdə ora gəldiyini görmüşdür.Həmin kafeni o, bəyənmədiyi üçün oradan çıxmış və bu zaman Seymur da təklikdə onlara qoşularaq birlikdə «099» çay evinə qayıtmaq qərarına gəlmişlər.Piyada «099» çay evinə tərəf, yəni Baş Dövlət Yol Polisi İstiqamətində gələrkən həmin yolda yolun sol tərəfində olan «Dəli dağ» kafesinin qarşısına yaxınlaşanda o, həmin kafeyə girib- çıxacağını demiş və özü təklikdə yolu sola tərəf keçmişdir. O, «Dəli dağ» kafesinə çatıb pilləkənlə girişinə qalxmış, içəri keçmək istəyən anda möhkəm zərbə səsi eşitmiş və ani anda ətrafda deyiləndən başa düşmüşdür ki, maşın adam vurmuş və geri çevriləndə elə başa düşmüşdür ki, maşın İdrisi vurmuşdur. Özü içkili olduğu üçün şoka düşmüş və özünü itirmiş, yolun kənarına gəlsə də yolu keçə bilməmişdir.Həmin an İdrisi orada görmüş və artıq başa düşmüşdür ki, maşın Seymuru vurmuş və o, uzaqdan Seymurun yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür.Həmin an Seymur maşına qoyulmuş və oradan aparılmışdır.O, isə dediyi kimi içkili olduğu üçün orada gözləmişdir.Xeyli müddət sonra İdris ora qayıtmış və ona məlum olmuşdur ki, Seymuru vuran sürücü onu xəstəxanaya aparmış, İdris də orada olan başqa oğlanlarla maşınla sürücünün arxasınca xəstəxanaya getmiş və xəstəxanada artıq Seymurun öldüyü məlum olmuşdur.Bundan sonra İdris onun yanına gəlmiş və onlar birlikdə evə getmişlər. O, hadisəni bilavasitə görməmişdir, belə ki, onun üzü kafeyə tərəf olmuş və kafenin içərisinə girən anda zərbə səsi eşitmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, 12 iyun 2022ci il tarixə keçən gecə o, dostu və qohumu Şahid2la danışaraq birlikdə Baş Dövlət Yol Polisi idarəsindən Bakı şəhəri, Binəqədi qəsəbəsinə doğru təxminən 1,5 kilometr məsafədə yolun sol kənarında yerləşən «099» çay evinə getmişlər.Həmçinin, Raul adlı dostları da onlarla olmuşdur. Onlar çay evinə çatanda tanıdıqları Seymurun orada başqa dostları ilə oturub yeyib-içdiyini görmüşlər.Belə ki, onlar Seymuru elə həmin çay evində görüb tanış olmuş, yəni aralarında yaxın münasibətləri və bir-birlərində telefon nömrələri olmamış, ancaq orada rastlaşanda salamlaşmışlar.Onlar ümumi salamlaşmış və özləri ayrı stolda əyləşmişlər. Onlar çay evində təxminən bir saat yarım müddətinə oturmuş, Cəlal spirtli içki içmiş, lakin o, içməmişdir. Daha sonra onlar oradan çıxıb yaxınlıqda olan «Azərsiti» kafesinə getmək barədə qərara gəlmiş, Raul özü çay evində qalmış, o, isə Cəlalla oradan çıxmışdır. Həmin vaxt Seymurun da onlarla bərabər çay evindən bayıra çıxdığını görmüş, Seymur çay evinin yanında kiminləsə danışmış, lakin ona əhəmiyyət verməyib oradan aralanmış və piyada «Azərsiti» kafesinə gəlmişlər.O, Cəlalla «Azərsiti» kafesinə çatıb orada əyləşmiş və az sonra Seymurun da təklikdə ora gəldiyini görmüşlər. Həmin kafeni Cəlal bəyənmədiyi üçün oradan çıxdıqları zaman Seymur da təklikdə onlara qoşulmuş və birlikdə «099» çay evinə qayıtmaq qərarına gəlmişlər. Piyada «099» çay evinə tərəf, yəni Baş Dövlət Yol Polisi istiqamətində gələrkən həmin yolda yolun sol tərəfində olan «Dəli dağ» kafesinin qarşısına yaxınlaşanda Cəlal həmin kafeyə girib-çıxacağını demiş və özü təklikdə yolu sola tərəf keçmişdir.Bir neçə metr getdikdən sonra Seymur da həmin kafeyə girib baxıb çıxacağını demişdir.O, Seymurdan bir neçə metr irəlidə olmuş və yol kənarı ilə piyada hərəkət etmişlər.Seymur yolu keçməyə başlamış və yolun ortasına çatanda Baş Dövlət Yol Polisi tərəfdən gələn ağ rəngli sedan tipli maşın onu vurmuşdur.Zərbənin təsirindən Seymur yolun sağ tərəfinə, yəni o, olan tərəfə düşmüşdür. O, Seymura yaxınlaşıb onun üz-başının qan içində olduğunu görmüş və özünü itirərək əllərini başına tutub şoka düşmüşdür. Həmin vaxt görmüşdür ki, Seymuru vuran maşın təxminən 50 metr irəlidə yolun sağında saxlamış və sürücü maşından düşüb o da əllərini başına tutmuşdur.O, köməyə adam çağırması üçün cəld «099» çay evinə tərəf qaçmışdır. Bir neçə saniyə müddətinə «099» çay evinə qaçıb köməyə adam çağırıb geri qayıdanda artıq Seymuru vuran sürücünün maşını çevirib Seymurun yanına gəlməsini və artıq Seymuru həmin maşına qoyub hərəkətə başlamasını görmüşdür.Həmin vaxtı orada olan üzdən tanıdığı şəxslərdən bir neçə maşın Seymurun olduğu maşının arxasınca sürmüş, o, da həmin maşınlardan birinə əyləşmişdir.Seymuru vuran sürücü onu 1 saylı X14 gətirmiş və xəstəxanaya çatanda onlara məlum olmuşdur ki, Seymur artıq vəfat etmişdir.O, hadisə yerində Seymurun telefonunu götürmüş və xəstəxanada telefonu Seymuru vuran sürücüyə vermişdir ki, özü Seymurun ailəsinə məlumat versin, o, məlumatı verə bilməz.Sürücünün əlləri əsdiyi üçün o nömrə yığa bilməmiş, orada olan uşaqlardan kimsə Seymurun telefonunda olan ailə üzvlərindən kiminsə nömrəsini yığmış və telefonu sürücüyə vermiş, sürücü özü danışıb hadisə barədə məlumat vermişdir.Daha sonra xəstəxananın mühafizəsi onlara artıq orada dayanmağın bir mənasının olmadığını demiş və onlar oradan uzaqlaşmışlar.Cəlal içkili olduğu üçün o, hadisə yerində qalmış, xəstəxanaya gəlməmişdir.O, gördüyü qədər hadisəni törədən həmin maşın sürətli hərəkət etmiş, amma konkret sürətini bilə bilməmiş, həmçinin hər şey ani baş verdiyi üçün həmin maşının yolun hansı hissəsi ilə hərəkət etməsini görə bilməmiş, lakin, Seymur yolu keçəndə yolun sağ tərəfindən, yəni Binəqədi tərəfdən başqa maşınlar hərəkət etmiş, ona görə də Seymuru vuran sürücünün qarşı yola çıxması mümkün deyil, həm də Seymur vurulana qədər yolu bir qədər keçmiş və yolun ortasında olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən X9 bildirmişdir ki, o, Statistika dairəsində yerləşən «Secund Cup» kafesində xəzinədər işləyir.Hər gecə saat təxminən 00:30-da kafe bağlanır və bir qədər də təmizlik işləri apardıqdan sonra o, işdən çıxıb taksi ilə evinə gəlir. 12 iyun 2022-ci il tarixə keçən gecə saat təxminən 01:30 radələrində o, işdən çıxmış və «Bolt» şirkətindən sifariş etdiyi «Ravon» markalı nömrəsini xatırlamadığı taksi avtomobili ilə yaşadığı evə gəlməyə başlamışdır.Taksidə o, tək olmuş və sürücü cavan oğlan olmuşdur.Onlar Xırdalan dairəsindən sağa dönüb Binəqədi qəsəbəsi istiqamətində hərəkətlərini davam etdirmişlər.Baş Dövlət Yol Polisi İdarəsini keçdikdən bir qədər sonra o, maşına nəsə zərbə ilə dəydiyini hiss etmişdir. Sürücü həmin zərbədən sonra təxminən 20-30 metr irəlidə maşını saxlamış və özü çox həyəcanlı imiş, sanki şoka düşüb özünü itirmişdi.O, əvvəl nə baş verdiyini anlamasa da həmin yerə çoxlu insanların toplaşmasından başa düşmüşdür ki, sürücü maşınla adam vurub.Belə ki, maşının qabaq şüşəsinin sol tərəfi çatlamışdır.Belə ki, sürücü maşını saxlayıb maşından düşmüş, o, isə az bir müddət, təxminən bir-iki dəqiqə maşında oturmuş və görmüşdür ki, artıq bu maşınla yolunu davam edə bilməyəcək və telefonu ilə başqa taksi sifariş verib aşağı düşmüşdür.Bundan sonra sürücü maşını çevirib hadisə olan yerə sürmüşdür.Artıq həmin vaxt onun sifariş etdiyi taksi gəldiyi üçün o, digər taxsiyə əyləşib çıxıb getmişdir.O, sürücünün yol boyu maşını idarə edərkən hərəkətlərində hər hansı qeyri-adilik, sərxoşluq, yuxululuq və hər hansı digər şübhəli bir hal hiss etməmişdir, normal qaydada yolu gəlmişlər.Hadisə anında sürücünün avtomobili hansı sürətlə hərəkət etməsini dəqiq deyə bilməz, amma o qədər də sürətlə getmirmişlər, təxminən 80-90 km/saat sürət olarmış, hadisə olan yerdə yol əsasən boş olduğu üçün sürücülər orada həmin sürətlə hərəkət edirlər. Sürücü həmin vaxt öz yolunda imiş, çünki o, oturduğu taksidə sürücü qarşı yola çıxanda o, həmişə buna etirazını bildirir.Hadisədən sonra sürücünün hadisə yerindən yayınması və ya yayınmağa cəhd etməsi ilə bağlı hər hansı hərəkətlər etməsinin şahidi olmamışdır.Sürücü hadisədən sonra maşını yolun sağında saxlayıb özü də maşından düşmüşdü.Onun hadisə yerindən yayanmaqla bağlı hər hansı hərəkətini görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının 16 aprel 2019-cu il tarixli, 54 saylı rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 112 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə X2 meyitində həyati xəsarətlər aşkar olunmuşdur. Bu xəsarətlər onun ölümündən əz əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.X2 ölümünə səbəb sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızma olmuşdur.Beləliklə, X2 yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır.İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 04:45-də başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. X2 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilinin onu vurması nəticəsində əmələ gəlmişdirlər. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir.Etlil spirtinin qatılığı 0,6 %-dir və onun sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu yarada bilərdi. Narkotik maddələr aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 8/1943 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, «Ravon» markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Səmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan "xxxx" MMC servisdən daxil olmuş qüsur aktına əsasən müəyyən edilmişdir ki, hadisə nəticəsində «Ravon» markalı, ** PX *** nömrəli avtomaşına 2 332 manat maddi ziyan dəymişdir. İş materiallarında olan X8 tərəfindən təqdim edilmiş bir ədəd CD formatlı diskə keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, diskdə iki ədəd müxtəlif formatda çəkilmiş eyni görüntüləri əks etdirən videofayl vardır.Videofayllara baxıldıqda görünür ki, biri göy rəngli və bir qara rəngli köynəkdə olan iki nəfər oğlan yol kənarı ilə piyada gedir və kameranın görüntü dairəsindən çıxır, az müddət sonra qara köynəkli oğlan zərbə ilə vurularaq geriyə doğru atılır və ani anda kameranın görüntü dairəsinə düşür, lakin asfalt üzərinə düşdüyü yer kameranın görüntü dairəsinə düşmür, daha sonra ətrafa insanlar toplaşır.Kameranın görüntü dairəsi konkret olaraq obyektin qarşısı olmaqla yolun kənarına düşdüyü üçün piyadanın avtomobillə vurulma hadisəsi görüntülərə düşmür. İş materiallarında olan AE 734595 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X15 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/13523 nömrəli 12 iyun 2022-ci il tarixli protokoluna əsasən müəyyən edilmişdir ki, hadisə törədilərkən Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçnin çıxışını, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini və dövlət ittihamçısının çıxışını dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulmalı və dövlət nəfinə keçirilməldir. İş üzrə maddi sübut olan «Ravon» markalı, ** PX *** nömrəli avtomobilin sahibi Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut olan baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsinin görüntüləri olan CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan «Ravon» markalı, ** PX *** nömrəli avtomobilin sahibi Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut sayılmış qeyd edilən yol nəqliyyat hadisəsinin görüntüləri olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ**********000 0001944S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ******************** VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-60/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-60/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver