Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-600/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Qumluq ərazi dairəsi, Mastalıbəyli kənidndə qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən Azərbaycan Dəmir Yolu Su idarəsinin inzibati binasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 06 iyun 2022-ci il tarixdə təxminən saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “SALT” otelinin 12 nömrəli otağında sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs başqa şəxslərlə ona xəyanət etməsindən şübhələnməsi və telefon zənglərinə cavab verməməsi səbəbindən aralarında şəxsi münasibətlərinin pozulması və qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs bədən nahiyyələrinə yumruq, təpik və istintaqa məlum olmayan kəmərlə vuraraq və mismarla sol kürək nahiyəsini cızaraq, sonuncuya sağ kürək nahiyəsinin, sağ bazunun orta-yuxarı və sol bazunun aşağı 1/3-nin bayır səthlərinin qançırları, sol baldırın yuxarı 1/3-nin ön-bayır səthinin hematoması, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin sıyrıq-cızığı və səthi yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 2021-ci ilin yanvar ayında İnternet sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. Səbinə ona ərindən boşanmdığını və sonuncu ilə yaşamadığını demişdir. O, Səbinə ilə uzun müddət ərzində müxtəlif parklarda, ünvanlarını xatırlamadığı müxtəlif gündəlik mənzillərdə görüşərək yaxınlıq etmişdir. Lakin sonra ona məlum olmuşdur ki, Səbinə ona yalan danışır, həm əri Kamranla barışaraq ikinci dəfə ailə həyatı qurmuş, həm də digər şəxslərlə görüşür. Səbinə onun zənglərinə isə cavab verməmiş, bununla da onda qısqanclıq hissini yaratmışdır. 06 iyun 2022-ci il tarixdə o, Səbinə ilə əvvəlcədən razılaşaraq təxminən saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən “SALT” otelin 12 nömrəli otağında görüşmüşdür. Görüş zamanı o, Səbinəyə başqa şəxslərlə də görüşməsinə, onu aldatmasına və zənglərinə cavab verməməsinə görə irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, Səbinəni söyərək sağ kürək nahiyəsinə, sağ və sol bazusuna, sol baldır nahiyəsinə kəmərlə, yumruq və təpiklə vurmuşdur. O, otaqda təmirdən qalmış mismarı götürərək, Səbinənin sol kürək nahiyəsinə mismarla adının baş hərifini yazmaq istədiyini bildirib Səbinəni qorxutmaq istəmiş, lakin belə bir şey etmək niyyəti olmamışdır. O, Səbinəni döyəndə mismar sonuncunun həmin nahiyəsində toxunmuş və sıyrıq-cızıqlar yetirmişdir. Sonra Səbinə fürsət taparaq tez otaqdan çıxıb qaçıb getmişdir. Bundan sonra o, oradan çıxıb öz şəxsi işləri ilə bağlı getmişdir. Hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəl evli olmuş və nikahdan 2 övladı olsa da, nikahı pozulmuş və ərindən ayrılmışdır. Təqsirləndirilən şəxs ilə o, hadisədən təxminən 18 ay əvvəl internet vasitəsi ilə tanış olmuş, sonra isə yaxın münasibətləri yaranmışdır. 06 iyun 2022-ci il tarixdə Məhəmmədəli ilə əvvəlcədən qarşılıqlı razılaşaraq həmin tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən “SALT” otelin 12 nömrəli otağında görüşərək, otaqda bir müddət ünsiyyətdə olduqdan sonra aralarında qısqanclıq zəminində mübahisə yaranmışdır. Məhəmmədəli onu xəyanət etməkdə ittiham etmişdir. Bu səbəbdən aralarına mübahisə yaranmış, saat 14 radələrində həmin otaqda aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onu söyərək, sağ kürək nahiyəsinə, sağ və sol bazusuna, sol baldır nahiyəsinə kəmərlə, yumruq və təpiklə vurmuşdur. Məhəmmədəli otaqda tapdığı mismarı götürərək onun sol kürək nahiyəsinə mismarla adının baş hərifini yazmaq istədiyini bildirərək onun kürəyinə də xəsarətlər yetirmişdir. Sonra o birtəhər yaxasını qurtarıb otaqdan çıxıb gedə bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Səbinə əvvəl evli olmuş və həmin nikahından 2 övladı olmuşdur. Səbinə ərindən ayrılmış, lakin rəsmi olaraq boşanmamışdır. Səbinə Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 18 ay əvvəl internet vasitəsi ilə tanış olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. 06 iyun 2022-ci il tarixdə axşam saatlarında qızı Zərərçəkmiş şəxs yaşadığı evə gəldikdə sonuncunun xəsarət alaraq gərgin vəziyyətdə olmasını görmüşdür. Səbinə ağlayan zaman yaxınlaşıb harada xəsarət alması barədə soruşmuş, sonuncu ağlaya-ağalaya Məhəmmədəli ilə əvvəlcədən razılaşaraq həmin gün təxminən saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən “SALT” otelin 12 nömrəli otağında görüşdüyünü, otaqda bir müddət ünsiyyətdə olduqdan sonra aralarında qısqanclıq zəminində mübahisə yarandığını demişdir. Bu səbəbdən Məmmədzadə X1, qəsdən döyüb bədənin müxtəlif nahiyələrinə kəmərlə, yumruq və təpiklə vurmuş, otaqda tapdığı mismarı götürüb Səbinənin sol kürək nahiyəsinə mismarla adının baş hərifini yazmaq istədiyini bildirmiş və kürəyinə də xəsarətlər yetirmişdir. Sonra Səbinə birtəhər yaxasını qurtarıb otaqdan çıxıb gedə bilmişdir. O, Səbinədən bunları eşitdikdə Məhəmmədəli barəsində polis orqanına şikayət etməsini məsləhət görmüşdür. Qızı Səbinə həmin gün halının pis olmasını, sabahısı günü gedib şikayət edəcəyini bildirmişdir. 07 iyun 2022-ci il tarixdə Səbinə Məhəmmədəlinin cinayəti barədə polisə məlumat vermiş, həmçinin polis bölməsinə gedib ərizə ilə şikayət etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1-də yerləşən “SALT” oteli icarəyə götürüb işlədir. Həmin otelə gələn müştərilərin qeydiyyatı aparılsa da ayın sonunda həmin qeydiyyat ləğv edilmişdir. O, oteldə iş rejiminə əsasən hər gün orada olmuşdur. 06 iyun 2022-ci il tarixdə o, işdə olmuş, lakin həmin tarixdə saat 12-dən saat 14-dək otelin 12-ci otağında hansı müştərilərin olmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımamış, sonuncuların oteldə qalmaqlarını xatırlamamışdır. 06 iyun 2022-ci il tarixdə otelin 12-ci otağında səs-küy olmasını, kiminsə dalaşmasını eşitməmişdir. Yalnız Zərərçəkmiş şəxs adlı şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etdikdən sonra araşdırma aparılması zamanı məlum olmuşdur ki, 06 iyun 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxslər otelin 12-ci otağında olmuşlar və saat 14 radələrində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmıış material üzrə faktı görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən “SALT” otelin 12 nömrəli otağında baş vermişdir. xx.xx.2022-ci il tarixli, 1146 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ kürək nahiyəsinin, sağ bazunun orta-yuxarı və sol bazunun aşağı 1/3-nin bayır səthlərinin qançırları, sol baldırın yuxarı 1/3-nin ön-bayır səthinin hematoması küt əşyanın (əşyaların), döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin sıyrıqcızığı və səthi yarası iti uclu əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 06 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən sağ kürək nahiyəsinə, sağ və sol bazuya, sol baldır nahiyəsinə kəmərlə, yumruq və təpiklə vurma, sol kürək nahiyəsinə iyi uclu əşya ilə, ola bilsin mismarla fiziki güc tətbiqi nəticəsində gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən “SALT” otelin 12 nömrəli otağında baş vermiş hadisənin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-687/2020 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən üzərində 02 il 04 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-600/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-600/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver