Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-601/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 17 avqust 1974-cü ildə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 (iki) il 3 (üç) ay hissəsi çəkilməmiş qalmış, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 3(001)- 2918/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 03 oktyabr 2022-ci il, 17 yanvar 2023-cü il və 13 fevral 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 aprel 2023-cü il tarixinə kimi 2900,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə el adəti ilə ailə həyatı qurmuşlar. Evliliklərindən 26 may 2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar müxtəlif işlərdə işləmiş və maddi vəziyyəti yaxşı olmuşdur. Bundan əlavə özünə məxsus taksi şirkəti olmuş, sonradan işlərində problemlər yarandığından fəaliyyətini dayandırmışdır. Öz adına rəsmiləşdirilməmiş VAZ-21011 markalı avtomobil olmuş, lakin həmin avtomobili satmışdır. Əvvəllər Səidə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Səidə himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı qətnaməsinə əsasən ondan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İlk vaxtlar ödənişlər etsə də, narkotik vasitələr istifadəçisi olduğundan və imkanının kifayət qədər olmadığından alimenti ödəməmişdir. Alimenti tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli tarixli inzibati qərarına əsasən isə 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. Təqdimat verilən günə, yəni 27 aprel 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 2900,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər törətdiyi cinayətə görə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəzasını probasiya nəzarəti altında çəkir. Daim fərqli işlərdə işlədiyindən Məşğulluq mərkəzinə müraciət etməmişdir. Naxçıvan şəhərində valideynlərinə aid torpaq sahələri var, yaxın zamanlarda onları satıb aliment borcunu ödəmək niyyətindədir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə el adəti ilə ailə qurmuşlar. Həmin evlilikdən 26 may 2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində birlikdə kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs müxtəlif yerlərdə işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Rövşən ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib dava-dalaş saldığından, övladı ilə maraqlanmadığından ayrılmışlar və uşaq onun himayəsində qalmışdır. Uşağı tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Göyçay Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə, daha sonra yaşadığı yer üzrə Binəqədi rayon icra İcra və Probasiya şöbəsinə aidiyyəti üzrə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Göyçay Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli inzibati qərarına əsasən isə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 27 aprel 2023-cü il tarixə ödənməmiş aliment borcu 2900,00 manat təşkil etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hazırda taksi fəaliyyəti ilə məşğul olur və yetərli qazanc əldə edir. Bundan əlavə torpaq sahələri də vardır ki, onun hesabına aliment borcunu ödəyə bilər, lakin qərəzli olaraq ödəmək istəmir. Ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 201/2021 saylı, 27 yanvar 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. İcra vərəqəsi 06 iyul 2021-ci il tarixində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən ərazi aidiyyatı üzrə Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və həmin tarixdə tələbin könüllü icrasına dair bildiriş cavabdeh Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adında tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı və bank hesabları aşkar olunmamışdır. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borcun ödənilməsi məqsədilə cavabdeh Təqsirləndirilən şəxs 09 avqust 2022-ci ildə Binəqədi rayon İcra Şöbəsinə dəvət olunmuş, onun izahatı alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs alimentin ödəməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciət olunsada, alimenti ödəməkdən yayınmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixində icra şöbəsinə dəvət olunmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə aparılmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən cavabdeh 3(001)-2918/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarla 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdılması üçün 27 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 8(001)-718/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadına əsasən cavabdehin ölkədən getmək hüququ məhdudulaşdırılmışdır. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)- 201/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmdə faktiki imkanlarından istifadə etmir. Onun əməlində qərəzlilik müşahidə olunur. Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixə ödənilməmiş aliment borcu 2900,00 manat təşkil edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1-2). Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 31 may 2023-cü il tarixli Təqdimatından görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 3(001)- 2918/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 03 oktyabr 2022-ci il, 17 yanvar 2023-cü il və 13 fevral 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 aprel 2023-cü il tarixinə kimi 2900,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir (cild 1, i.v 7-8). Göyçay Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 26 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir (cild 1, i.v 9-10). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(046)-201/2021 saylı qətnaməsində göstərilən tələbi icra etmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 8 gün müddətə həbs edilmişdir (cild 1, i.v 26-30). 03 oktyabr 2022-ci il, 17 yanvar 2023-cü il və 13 fevral 2023-cü il tarixli Xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir (cild 1, i.v 33-34,49-52). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 105-106). Qətimkan tədbiri seçmək haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 117-119). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 4(001)- 1118/2023 saylı qərarından görünür ki, Binəqədi RPİ-in İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 21-1/3-25121/5 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Binəqədi RPİ-in İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə tutulduğu 06 noyabr 2023-cü il tarixə cəzasının 2 il 3 ay hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir (cild 1, i.v 85). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı uşağın saxlanılması üçün ödəməli olduğu, lakin xx.xx.2023-cü ilədək ödəmədiyi 2900 manat aliment borcu vardır. Məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da aliment borcundan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Bundan başqa torpaq sahəsi olduğunu və onu satıb aliment borcunu tam bağlayacağını bildirib məhkəmədən vaxt istəsədə, ona verilmiş vaxt ərzində vədini yerinə yetirməmiş, üstəlik narkorik vasitələrin qanunsuz dövriyyəsinə görə Binəqədi RPİ-in əməkdaşları tərəfindən tutulmuş, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənərək CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Çünki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, azadlıqdan məhrum etmə növündə cəza çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməli olmasına dair mövqeyini onunla əsaslandırır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (indiki İXM 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İşin təsvir edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə sonuncu xəbərdarlıq 13 fevral 2023-cü il tarixdə verilmişdir. Başqa sözlə, icra məmuru müxtəlif qanuni vasitələrlə məhkəmə aktının icrasının təmin edilməsi üçün şərait yaratmış, 13 fevral 2023-cü il tarixdə sonuncu xəbərdarlıqdan sonra bütün imkanların tükəndiyini görüb daha sərt cinayət təsiri tədbirindən istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birinci iş üzrə hökm çıxarıldıqdan sonra törədilmiş cinayət kimi qiymətləndirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək onun həbsdə olduğu nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəmi 1 (bir) il 1 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilərək CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib üzərində qəti cəza 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-601/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-601/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver