Məhkəmə qərarları › İş №1(001)-602/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-602/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-602/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 03 iyun 2022-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,964 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 03 iyun 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,964 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 iyun 2022-ci il tarixdə, səhər saat 10-11 arasında anası onu çağıraraq yuxudan oyatmışdır. O, evinin həyətə çıxarkən polis əməkdaşı Şahid1 onunla getməli olduğunu, sənədlərə qol çəkməli olduğunu və bundan sonra evə qayıdacağını bildirmişdir. O, isə paltarını dəyişib gələcəyini bildirmiş və sonra paltarını dəyişib həyətə çıxaraq polis əməkdaşı ilə birlikdə getmişlər. Şahid1 bölmədə olarkən ona barəsində şikayət olduğundan elan edilmiş ittiham üzrə cinayəti boynuna götürməli olduğunu bildirmişdir. O, bölmədə sənədlərə oxumadan qol çəkmişdir. Onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Bundan başqa o, paltarını dəyişib getdiyindən üzərində psixotrop maddə daşıyaraq polis bölməsinə aparacaq qədər ağılsız hərəkətə yol verməzdi. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, Şahid1 onu aparmağa gələrkən tək olmuşdur. Həmin gün Şahid1 onun ünvan 1 ünvanında yerləşən evinin həyətə daxil olmuşdur. O, paltarını dəyişdikdən sonra Şahid1la birlikdə getmişdir. Şahid1 həyətə daxil olub onu aparmağa gələrkən anası, həyətə yaxın məsafədə dayanan qonşuları və əmisi bunun şahidi olmuşlar. Ona görə də, deyilənlərin nəzərə alınaraq məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 03 iyun 2022-ci il tarixdə, axşam saat 5 və 6 radələrində daxil olmuş məlumat əsasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanının qarşısına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini bildirdikdə, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisində psixotrop maddə olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olması barədə məlumatlar olmamışdır. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evdən aparmamış, “PEUGEOT” markalı xidməti avtomaşını özü sürmüş, Təqsirləndirilən şəxs və Şahid2 arxada oturmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşarkən o, tək olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə rəisi vəzifəsində işləyir. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 03 iyun 2022-ci il tarixdə, axşam saat 5 və 6 radələrində daxil olmuş məlumat əsasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanının qarşısına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini bildirdikdə, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisində psixotrop maddə olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olması barədə məlumatlar olmamışdır. Şahid2 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən Şahid1la birlikdə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs şəxsi maşınla Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 03 iyun 2022-ci il tarixdə, səhər saat 10-11 arası polis əməkdaşı Şahid1 393 qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanına gəldi. O, Təqsirləndirilən şəxs axtarırdı, bunun üçün sonuncunun yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də 4 saylı evin həyətinə daxil oldu. Təqsirləndirilən şəxs anası sonuncunun yatdığını bildirdi. Həyətin qapısı açıq olduğundan və yaxın məsafədə olduğundan danışıqları eşidirdi. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs anasına bildirdi ki, sonuncu sənədlərə qol çəkməlidir. Təqsirləndirilən şəxs anası sonuncunu səsləyərək oyatdıqdan sonra Təqsirləndirilən şəxs həyətə çıxmışdır. Şahid1 Təqsirləndirilən şəxs onunla getməli olduğunu və sənədlərə qol çəkməli olduğunu bildirdi. Təqsirləndirilən şəxs isə paltarını dəyişib gələcəyini bildirdi və sonra evdən çıxıb polis əməkdaşı ilə birlikdə getdilər. F.Hüseynov suallara cavab olaraq bildirdi ki, Şahid1 tək gəlmişdir. Həmin gün Şahid1 Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də yeləşən 4 saylı evin həyətinə daxil oldu. Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra Şahid1la birlikdə getdi. Məhkəmə baxışı iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 03 iyun 2022-ci il tarixdə, səhər saat 10-11 arası polis əməkdaşı Şahid1 393 qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanına gəldi. O, Təqsirləndirilən şəxs axtarırdı, bunun üçün sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də yerləşən 4 saylı evin həyətinə daxil oldu. Təqsirləndirilən şəxs anası sonuncunun yatdığını bildirdi. Həyətin qapısı açıq olduğundan və yaxın məsafədə olduğundan danışıqları eşidirdi. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs anasına bildirdi ki, sonuncu sənədlərə qol çəkməlidir. Təqsirləndirilən şəxs anası sonuncunu səsləyərək oyatdıqdan sonra Təqsirləndirilən şəxs həyətə çıxmışdır. Şahid1 Təqsirləndirilən şəxs onunla getməli olduğunu və sənədlərə qol çəkməli olduğunu bildirdi. Təqsirləndirilən şəxs isə paltarını dəyişib gələcəyini bildirdi və sonra evdən çıxıb polis əməkdaşı ilə birlikdə getdilər. Ə.Hüseynov suallara cavab olaraq bildirdi ki, Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanına tək gəlmişdir. Həmin gün Şahid1 Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil oldu. Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra Şahid1la brilikdə getdi. Məhkəmə baxışı iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də küçədə əyləşib domino oynayırdı. 03 iyun 2022-ci il tarixdə, səhər saat 10-11 arası polis əməkdaşı 393 qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanına gəldi. O, Təqsirləndirilən şəxs axtarırdı. O, Təqsirləndirilən şəxs anasını çağıraraq Təqsirləndirilən şəxs istədiklərini bildirmişdir. Anası Təqsirləndirilən şəxs yatdığını bildirərək çağırmağa gedəndə polis əməkdaşı onun arxasınca həyətə daxil oldu. Təqsirləndirilən şəxs anası sonuncunu səsləyərək oyatdıqdan sonra Təqsirləndirilən şəxs həyətə çıxmışdır. Polis əməkdaşı Təqsirləndirilən şəxs onunla getməli olduğunu və sənədlərə qol çəkməli olduğunu bildirdi. Təqsirləndirilən şəxs isə paltarını dəyişib gələcəyini bildirdi. Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra əmisinin onunla birlikdə getməsini təklif etdikdə polis əməkdaşı ehtiyac olmadığını bildirdi və Təqsirləndirilən şəxs polis əməkdaşı ilə birlikdə getdi. M.İbrahimov suallara cavab olaraq bildirdi ki, polis əməkdaşı 35-40 yaş arasında, orta boylu, mülki geyimdə olan bir şəxs idi. Polis əməkdaşı tək gəlmiş və Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olmuşdur. Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra polis əməkdaşı ilə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi döngə 2, ev 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində gəzdirməsi bildirilmişdir.Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, X3 cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psıxotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (i.v. 4) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs ətrafında gizli və ya aşkar üsullarla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, əməliyyat qrupunun yaradılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də küçədə tədbir iştirakçıları ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 17.30-da saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. (i.v. 8) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də, küçədə şübhəli şəxs qismində saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. (i.v.22-23) xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddəyə bənzər kütlə olan şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisində olan kütlənin “patı” olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini bildirmişdir. (i.v.35-36) Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2022-ci il tarixli, 6/3137 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi “... brahimov Əli....” və.s sözlər, imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,964 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v.44-44) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddəyə bənzər kütlə olan şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisində olan kütlənin “patı” olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini bildirmişdir. (i.v. 55) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.57-58) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-637/2022 saylı, xx.xx.2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 72-74) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qanuniliyini yoxlanılmasına dair müracit geri qaytarılmışdır. (i.v. 77) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 11 ay 29 gün müddətinə azadlığdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 81-90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 4491 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (i.v.97-98) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş 0,964 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 0.914 qram hissəsi saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması video görüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 99-102) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-984/2022 saylı, xx.xx.2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (i.v. 126-127) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə və psixotrop maddə olmadığını, eləcə də, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanının yaxınlığında deyil, evindən gəlib polis əməkdaşı Şahid1 apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq etsələr də, məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİnin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli raportdan, xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2-də, küçədə şübhəli şəxs qismində saxlanılaraq 43-cü polis bölməsinə gətirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Cəfərov X5 rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanının qarşısına gəldiklərini, orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxsi piyada hərəkətdə olarkən tərəflərindən saxlanıldıqlarını bildirmişlər. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahidlər X4, X7, X1 Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yeləşən evindən 03 iyun 2022-ci il tarixdə, səhər saatlarında polis əməkdaşı tərəfindən aparıldığını və polis əməkdaşının tək olduğunu bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirildiyi göstərilsə də, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yeləşən evindən aparılması müəyyən edilmişdir. Məhkəmə qeyd olunan sübutlarla bağlı hesab edir ki, iş üzrə toplanmış ilkin sübutar – xx.xx.2022-ci il tarixli raport, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəməyəqədər icraatda toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında polis əməkdaşları sonuncuya yaxınlaşaraq bölməyə dəvət etmişlər, lakin məhkəmə istintaqında isə belə bir məlumatın olmadığı, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə qanunsuz daxil olunaraq bölməyə aparılması müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına ifadə verərkən 03 iyun 2022-ci il tarixdə, günorta saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində bir bükümdə patı kimi tanınan psixotrop maddə aldığını və üzərində saxlayaraq istifadə etmək üçün gəzdirdiyini, 03 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2 ünvanında yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman ona iki nəfər şəxsin yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etdiklərini, polis əməkdaşları üzərində psixotrop maddə olmasında şübhə olduğunu bildirərək onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etdiklərini, polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirildiyini, axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə olan şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoyduğunu bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 03 iyun 2022-ci il tarixdə, səhər saat 10-11 arasında anasının onu çağıraraq yuxudan oyatdığını, evinin həyətə çıxarkən polis əməkdaşı Şahid1 onunla getməli olduğunu, sənədlərə qol çəkməli olduğunu və bundan sonra evə qayıdacağını bildirdiyini, o, isə paltarını dəyişib gələcəyini bildirmiş və sonra paltarını dəyişib həyətə çıxaraq polis əməkdaşı ilə birlikdə getdiyini, Şahid1 bölmədə olarkən ona barəsində şikayət olduğundan elan edilmiş ittiham üzrə cinayəti boynuna götürməli olduğunu bildirmiş, o, bölmədə sənədlərə oxumadan qol çəkdiyini, onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, bundan başqa o, paltarını dəyişib getdiyindən üzərində narkotik vasitəni daşıyaraq polis bölməsinə aparacaq qədər ağılsız hərəkətə yol verməyin mümkünsüz olduğunu bildirmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə ittiham elan edərkən ittihamın əsasını sonuncunun ibtidai istintaqda verdiyi etirafedici ifadələri də təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyəqədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr sübut kimi qiymətləndirilərək, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri digər sübutlarla təsdiq edilmədiyindən sonuncuya qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin və məhkəmə istintaqı zamanı dindirilən şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra polis əməkdaşı ilə getmişdir. Belə olan halda Təqsirləndirilən şəxs paltarını dəyişdikdən sonra polis əməkdaşı ilə polis bölməsinə gedərkən üzərində psixotrop maddə saxlaması qətiyyən inandırıcı deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Xüsusilə qeyd olunmalıdır ki, həm təqsirləndirilən şəxsin , həm də məhkəmə istintaqında dindirilən şahidlərin (F.Hüseynov, Ə.Hüseynov, M.İbrahimov) ifadələrindən görünür ki, polis əməkdaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşdur. Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci maddəsinə görəəƏməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə...... “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsinəgörəbu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin qanunun dördüncü hissəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin qanunun beşinci hissəsinə görə bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olma ilə bağlı heç bir qərar qəbul olunmamış, yalnız Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qanuniliyini yoxlanılmasına dair müracit geri qaytarılmışdır. Qeyd edilən qərarda isə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerinə, bina və saxlanc yerinə baxış keçirilməsi müəyyən edilmişdir. Göründüyü kimi yaşayış yerinə daxil olma kimi əməliyyat axtarış tədbiri nəzərdə tutulmadığı halda polis əməkdaşı Təqsirləndirilən şəxs həyətinə daxil olmaqla qanunvericiliyin sadalanan normalarını pozmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxsa elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X9 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,964 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, xx.xx.2022-ci il tarixli raport, xx.xx.2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar Cinayət-Prosessual Qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunduğundan və eləcə də cinayət işinin materialları ilə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin (F.Hüseynovun, Ə.Hüseynovun, M.İbrahimovun), Təqsirləndirilən şəxs ifadələri mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlər ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət- Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış 0,964 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dərhal ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 0,964 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.914 qram hissəsi maddi sübut hesab edilərək Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 0.914 qram psixotrop maddə metamfetamin qalıqları həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 40 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0.964 qram psixotrop maddə metamfetamin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitələrin qalıqları olan 0.964 qram psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar