Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-604/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni yaşayış massivi, döngə 16 fərdi həyət evində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 08 iyul 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,409 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 22:00-da Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 23:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,409 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onu 08 iyul 2024 günorta təxminən saat 14:00-15:00 radələrində saxlamışlar və axşama qədər bölmədə qalmış, həmin zaman üstündə heç nə olmamış, sadəcə qorxduğu üçün boynuna götürmüşdür. Narkotik vasitələrdən istifadə edir, lakin tutulduğu zaman üzərində narkotik vasitə olmamışdır. Tutulduğu günün axşamı bölmədə ona narkotik vasitəni vermişlər ki, çəkilişdə ona məxsus olmasını bildirsin. İşi məhkəməyə daxil olduqdan sonra cəmi bir dəfə narkotik vasitədən istifadə etmiş, artıq müalicə almaqdadır. Üstündə narkotik vasitə olması barədə müfdafiəçisinə və prokuror heçnə bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 16, fərdi tikili nömrəsiz evdə anası Ətrabə İbrahimova, atası Habil İbrahimov və qardaşı Orxan İbrahimov və onun ailəsi ilə birlikdə yaşayır. O 2020-ci ildə Qubadlı, Zəngilan və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2016-cı ilin iyul aylarında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 ildir ki, narkotik vasitə heroin qəbul etmiş, o həmin heroini falqaya dolduraraq siqaret kimi çəkmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən öz istifadəsi üçün 15 manata bir ədəd şəffaf sellofana bükülmüş bükümü götürüb üzərində saxlamışdır ki, istifadə etsin, xx.xx.2024-cü il tarixdə saat 22:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında küçədə piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitələrin və psixotrop maddələrin saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan hər hansı bir əşyanın olduğu halda masanın üzərinə qoyması barədə təklif etmiş, o etiraz etmədən əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə içərisində narkotik maddə heroin olan bükülünü çıxarıb polislərə təqdim etmişdir. Təhqiqatçı həmin bükümün içərisinə baxdıqdan sonra bükümdə olan maddənin nə olduğunu ondan soruşmuş, o da öz növbəsində həmin maddənin heroin olduğunu və həmin maddəni səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul verərək aldığını demişdir. Üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı telefonun video kamerası ilə çəkiliş aparılmışdır. Daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş üzərindən aşkar olunaraq götürülmüş heroin maddəsi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Qeyd olunan faktla əlaqədar özünü günahkar hesab edir. Əlavə olaraq bildirmişdir ki, o bölmədə izahat verərkən ona hər hansı fiziki və mənəvi təzyiq göstərilməmişdir. Törətdiyi əməlin məsuliyyətini dərk edir.” Təqsirləndirilən şəxs son sözündə “Vətən müharibəsi” iştirakçısı olmasını bildirməklə məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 08 iyul 2024-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kütlə aşkar olunmuş, təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduğu zaman o həmin kütlənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədi ilə həmin günü səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pul ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə hər hansı bir formada təzyiq yaxud təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-in cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiq edərək bildirmişdir ki, 08 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat təxminən 22:00 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-in 40-cı polis bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim etmiş, həmin maddənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmamasına dair bildirdiklərinin həqiqətə uyğun olmadığını, onun mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini, hətta təqsirləndirilən şəxsin narkotik vasitə istifadə etməsinə dair onun valideynləri tərəfindən də məlumat verildiuyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il, saat 22:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə açıq qəhvəyi spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0.56 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, qəhvəyi rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddəni 08 iyul 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə, tanımadığı şəxsdən 15 manat müqabilində alaraq üzərində saxlayıb daşımasını və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/3547 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №234...” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” yazısı, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,409 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,359 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə, tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün narkotik vasitə heroin aldığını, istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 08 iyul 2024-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq bölməyə aparıldığını və bölmədə üzərində olan narkotik vasitə təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə, tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün narkotik vasitə heroin aldığını, istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 08 iyul 2024-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq bölməyə aparıldığını və bölmədə üzərində olan narkotik vasitə təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, protokola “ifadəmi oxudum sözlərimlə doğru yazılmışdır. İfadənin doğru olduğunu öz imzamla təsdiq edirəm” qeydi etməklə həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Əsədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 134041 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Azərbaycan Respublikası Medalının Vəsiqəsin”dən görünür ki, Təqsirləndirilən şəxs İ-3406 nömrəli “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs İ-35335 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, belə ki, sonuncu özünü təqdim etmiş, onun yanında üç nəfər polis əməkdaşlar vardır, polis əməkdaşları 40cı PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, sahə inspektoru və kriminalistidir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predment olması barədə sual verilmiş, sonuncu da əynində olan tünd boz rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, bükümdə narkotik vasitə heroin vardır, bükümü 08 iyul 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq öz üzərində saxlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun əməli AR CM-nin 177.3.2-ci maddəsindən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək Təqsirləndirilən şəxs 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 il, 6 aya endirilmişdir. xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 il, 8 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhərin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(010)- 636/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qərarları nəzərə alınmaqla ona təyin edilmiş 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il, 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli, 4748 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülümüş bir ədəd bükümdə 0,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra ekspertizadan qaytarılmış qalıq qalmış 0,359 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması məqsədi ilə Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, bundan əlavə şəxsi axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitənin üzərində olmadığı barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun sözügedən məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış və şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntüyə baxış zamanı qeyd alınmış videogörüntünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim edir, həmin narkotik vasitəni 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir, həmçinin şəxsi axtarış və götürmə barədə protokolu isə imzası ilə təsdiq edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında 08 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat təxminən 22:00 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-in 40-cı polis bölməsinə gətirilmiş, bölmədə üzərində olan narkotik vasitə heroini təqdim etmiş və həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması barədə bildirdiklərini onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmağa nail olmaq və özünü müdafiəsi üçün düşünülümüş addım kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Qeyd edilməsi zəruridir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövrü vermiş olduğu ifadələri iş materialları ilə uyğunluq təşkil etmiş, həmin ifadələr arasında hər hansı bir ziddiyyət olmamışdır. Bunun tam əksi olaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdikləri fikirlərin arasında müəyyən ziddiyyətlər olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında əvvəlcə ona təzyiq olmasını, fiziki təzyiqə məruz qalmasını bildirmiş, daha sonra isə həmin ifadəsinin tam əksinə döyülmədiyini sadəcə xəstə olduğu üçün cinayət əməlini törətdiyini etiraf etməyi məzmununda fikirlər səsləndirmişdir. Məhkəmə qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsininin toplanmış digər sübutlarla uyğun təşkil etməsini, həmçinin məhkəmə iclasında verdiyi ifadəsində ziddiyyətli məqamların olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirilən şəxsin ibtidai istintaqda əldə olunmuş ifadəsinə üstünlük verir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyinin və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, onun “Vətən Müharibəsi” iştirakçısı və müharibə veteranı olmasını, həmçinin “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra onun əməli AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, daha sonra cəzası 4 il, 6 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə 1 il, 8 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməyə görə məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə daha əvvəl məhkum olunduğu cəzadan xx.xx.2019-cu il tarixdə azad olunduğundan onun həmin əmələ görə məhkumluğu ödənilmiş, hazırkı cinayət əməlini isə məhkumluğu ödənildidkən sonra, yəni xx.xx.2024-cü il tarixdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,359 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni yaşayış massivi, döngə 16 ünvanında yerləşən yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 282-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, yeni yaşayış massivi, döngə 16 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,359 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-604/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-604/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver