Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-61/2021 12.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, «X11» elmi-tibbi jurnalın məsul katibi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Bakı-Batumi küçəsi, bina 1 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cü məhəllədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, hüquq verən və vəzifədən azad edən digər rəsmi sənəd olan arayışı istifadə etmək, yəni karantin postlarında təqdim etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və satma, həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 vətəndaş Şahid5 guya «X11» beynəlxalq elmi-tibbi jurnalının əməkdaşı olması ilə bağlı hüquq verən və vəzifədən azad edən arayışı, eləcə də, təkrarən tanışı Təqsirləndirilən şəxs2 özünün də guya həmin jurnalın əməkdaşı olması ilə bağlı hüquq verən və vəzifədən azad edən arayışı karantin postlarında təqdim etmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 məhəllədə yerləşən «Azərbaycan Nəşriyyatı»nda öz xidməti otağında qeyd olunan jurnalın 2 ədəd boş blankında jurnalın redaktorunun imzasını saxtalaşdırıb öz imzasını çəkmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid5 adına olan saxta arayışı satmaq üçün xx xxxxx 2020-ci il tarixdə saat 13-40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbəyov küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs2 şərti alıcı qismində cəlb edilmiş Şahid5la görüşərək saxta sənədin satılması müqabilində sonuncudan 100 manat alaraq 50 manatını Təqsirləndirilən şəxs1 vermiş, sonuncu çantadan çıxardığı arayışda Şahid5 tam anket məlumatlarını yazdıqdan sonra baş redaktorun yerinə çəkdiyi imzanın üzərinə jurnalın möhürünü vurub hüquq verən və ya vəzifədən azad edən digər sənədi istifadə etmək məqsədilə qanunsuz saxtalaşdırmaqla hazırlamış, bundan sonra, hər ikisi həmin saxta arayışı Şahid5 satmaqla «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1-ci bəndinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin, yəni koronavirus (COVİD-19) pandemiyasının yayılmasıüçün real təhlükə yaratmış, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar saat 14.05-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbəyov küçəsində yerləşən keçmiş “Azərbaycan Beynəlxalq Universiteti”nin yaxınlığında saxlanılmış, baxış zamanı hər birinin üzərindən Şahid5 aldıqları iki ədəd 50 manatlıq pul əsginasları, Təqsirləndirilən şəxs1 əlindəki çantadan «X11» beynəlxalq elmi-tibbi jurnalının bir ədəd möhürü, Təqsirləndirilən şəxs2 adına guya həmin jurnalın əməkdaşı olmasına dair Təqsirləndirilən şəxs1 tərəfindən saxtalaşdırılmaqla qanunsuz hazırlanmış saxta arayış, 16 ədəd doldurulmamış boş arayış blankları aşkar edilərək götürülmüşdür.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, hüquq verən və vəzifədən azad edən digər rəsmi sənəd olan arayışı istifadə etmək, yəni karantin postlarında təqdim etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və satma, həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 vətəndaş Şahid5 guya «X11» beynəlxalq elmi-tibbi jurnalının əməkdaşı olması ilə bağlı hüquq verən və vəzifədən azad edən digər rəsmi sənəd sayılan arayışı, eləcə də, təkrarən tanışı Təqsirləndirilən şəxs2 özünün də guya həmin jurnalın əməkdaşı olması barədə hüquq verən və vəzifədən azad edən arayışı karantin postlarında təqdim etmək məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 məhəllədə yerləşən «Azərbaycan Nəşriyyatı»nda xidməti otağında jurnalın 2 ədəd boş blankında redaktorun imzasını saxtalaşdırıb öz imzasını çəkmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid5 adına tərtib edilmiş saxta arayışı satmaq üçün xx xxxxx 2020-ci il tarixdə saat 13.40-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbəyov küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs2 şərti alıcı qismində cəlb edilmiş Şahid5la görüşərək saxta sənədin satılması müqabilində sonuncudan 100 manat alaraq 50 manatını Təqsirləndirilən şəxs1 vermiş, sonuncu çantadan çıxardığı arayışda Şahid5 tam anket məlumatlarını yazdıqdan sonra baş redaktorun yerinə çəkdiyi imzanın üzərinə jurnalın möhürünü vurub hüquq verən və ya vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz saxtalaşdırmaqla hazırlamış, bundan sonra hər ikisi həmin saxta arayışı Şahid5 satmaqla, bununla da «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarının 1-ci bəndinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah məqsədi ilə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin, yəni koronavirus (COVİD-19) pandemiyasının yayılmasıüçün real təhlükə yaratmış, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 14.05-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbəyov küçəsində yerləşən keçmiş “Azərbaycan Beynəlxalq Universitet”in yaxınlığında saxlanılmış, baxış zamanı hər birinin üzərindən Şahid5 aldıqları iki ədəd 50 manatlıq pul əsginasları, Təqsirləndirilən şəxs1 əlindəki çantadan «X11» beynəlxalq elmi-tibbi jurnalının bir ədəd möhürü, Təqsirləndirilən şəxs2 adına guya həmin jurnalının əməkdaşı olmasına dair Təqsirləndirilən şəxs1 tərəfindən saxtalaşdşırmaqla qanunsuz hazırlanmış saxta arayış, 16 ədəd doldurulmamış boş arayış blankları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 139-1.1 və 320.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdə «X11» X10 jurnalı yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatda durub Azərbaycan Nəşriyyatında yer götürərək fəaliyyətə başamışdır. «X11» X10 jurnalında ondan başqa heç kim işləməmiş, o, isə həmin jurnalda məsul katib vəzifəsində çalışmışdır. O, qeyd edilən jurnalda fəaliyyətə başladıqdan sonra jurnal üçün möhür sifariş edib hazırlatdırmışdır. Pandemiya dövründə maddi imkanı pis olduğu və kütləvi informasiya vasitələrinin nümayəndələri karantin dövrü ərzində sərbəst şəkildə hərəkət edə bildikləri üçün qərara gəlmişdir ki, müxtəlif insanların guya «X11» jurnalının əməkdaşı olmalarına dair saxta arayış hazırlasın və 50 manat müqabilindlə satsın. Saxta arayışdan istifadə edən şəxs həmin arayışı karantin rejimini qoruyan polis postlarında göstərəcək və beləliklə də hakimiyyət orqanlarını aldadaraq sərbəst hərəkət etmək imkanı əldə edəcəkdir. Bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən bu fikrini ona bildirmiş və sonuncu ona karantin rejimi ilə bağlı olaraq özünün də sərbəst hərəkət edə bilmədiyini deyib onun üçün də saxta arayış hazırlamasını xahiş etmişdir. Aslan onun uzun müddətli tanışı olduğu üçün razı olmuşdur. xx xxxxx 2020-ci ildə səhər saatlarında Aslan ona zəng edərək tanışı Elçin adlı şəxsin saxta arayış almaq istədiyini və bunun müqabilində 100 manat pul verəcəyini demişdir. O, Aslanın bu təklifi ilə razılaşıb sonuncu ilə həmin gün günorta saatlarında Bakı şəhəri 7-ci mikrorayon ərazisində Elçinlə görüş təyin etmişdir. Bundan sonra o, həmin günü Azərbaycan Nəşriyyatında yerləşən xidməti otağına gedərək orada olan kompüterdə hazırlanmış arayışları çıxararaq redaktorun imza yerinə imza edib saxtalaşdırıb özü ilə götürmüşdür. O, arayışların birini Təqsirləndirilən şəxs2 adına hazırlamış, digər arayışa imza edib çantasına qoymuş, əlavə olaraq bir neçə imzasız boş arayış tərtib edərək özü ilə götürmüşdür. Həmin tarixdə saat 14 radələrində Aslanla Bakı şəhəri, Binəqədi rayonuda yerləşən keçmiş Azərbaycan Beynəlxalq Universitetinin yanında görüşüb dayanmışlar. O, görüşə bir ədəd çanta ilə gəlmiş və həmin çantanın içərisində boş arayışlar, Təqsirləndirilən şəxs2 üçün hazırladığı arayış ilə yanaşı «X11» jurnalının möhürü olmuşdur. O, qeyd edilən yerə çatan kimi Təqsirləndirilən şəxs2 onun üçün hazırladığı arayışı vermişdir. Bir qədər sonra Elçin adlı şəxs də onların olduqları yerə gəlmişdir. Aslan Elçinlə kənarda görüşüb söhbət etdikdən sonra onun yanına gəlib Elçinin anket məlumatlarını ona demişdir. Bundan başqa Aslan ona Elçindən həmin arayışa görə 100 manat aldığını deyərək 50 manatı özünə götürüb qalan 50 manatı ona vermişdir. Bundan sonra o, çantasından bir ədəd boş arayış blankını götürüb həmin arayışda Şahid5 tam anket məlumatlarını yazmış və möhürü çıxarıb arayışda baş redaktorun imzasının üzərindən vurmuşdur. Bundan sonra o, həmin arayışı Aslana vermişdir ki, aparıb Elçinə versin. Aslan arayışı ondan götürərək Elçinin yanına tərəf gedərək arayışı vermiş və bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə aparmışlar. Həmin idarədə törətdiyi cinayət əməlini etiraf etmiş və müvafiq sənədləşmə aparılaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, «X11» Beynəlxalq Elmi-Tibbi jurnalda ondan başqa işçi işləməmiş, arayışlarda qeyd edilən direktor A.Ə.Mehdiyev onun xalası oğludur və sonuncunun həmin jurnalla heç bir əlaqəsi olmamış, özü tərəfindən hazırlanmış saxta arayışlarda direktor kimi A.Ə.Mehdiyevin adını qeyd edib sonuncunun yerinə imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və himayəsində bir azyaşlı uşağı vardır. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 139-1.1 və 320.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «X11» Beynəlxalq Elmi-Tibbi jurnalının məsul katibi olan tanışı Anarla söhbət edən zaman sonuncuya xüsusi karantin rejimi tətbiq edildiyinə görə sərbəst hərəkət edə bilmədiyini demişdir. Həmin zaman Anar ona işlədiyi jurnalın möhürünün daima onun özündə olduğunu, əgər istəsə, guya həmin jurnalın əməkdaşı olmağı haqqında saxta arayış verə biləcəyini demişdir. O, Anarın bu təklifi ilə razılaşmış, sonuncu həmçinin ona əgər belə arayış almaq istəyən şəxs olacağı təqdirdə arayış hazırlayaraq 50 manata sata biləcəyini demişdir. Bundan bir neçə gün sonra o, tanışı Elçinlə söhbət edərkən bu barədə Elçinə danışmış və sonuncu saxta arayış almaq istədiyini demişdir. O, bunun müqabilində Elçindən 100 manat pul istəmiş və sonuncu onunla razılaşmışdır. O, Elçinlə razılaşmışdır ki, xx xxxxx 2020-ci il tarixdə Binəqədi rayon ərazisində görüşsünlər. O, həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs1 zəng edərək, tanışı Elçin adlı şəxsin saxta arayış almaq isdədiyini və sonuncunun bunun müqabilində 100 manat pul verəcətyini, həmin puldan 50 manatı özünə götürüb digər 50 manatı ona verəcəyini və xx xxxxx 2020-ci il tarixdə günorta saatlarına Elçinlə görüş təşkil etdiyini demişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1, görüşə gələn zaman onun üçündə guya «X11» Beynəlxalq Elmi-Tibbi jurnalda işləməsi barədə arayışı gətirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşmış və xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində sonuncu ilə Bakı şəhəri, Binəqədi rayonuda yerləşən keçmiş Azərbaycan Beynəlxalq Universitetinin yanında görüşüb dayanmışlar. Bu zaman Təqsirləndirilən şəxs1 onun üçün hazırladığı saxta arayışı təqdim etmişdir. Bundan sonra Elçin həmin yerə gəlmiş və o, Anarın yanından ayrılaraq sonuncuya yaxınlaşıb ondan 100 manatı almış və 5 dəqiqə gözləməsini xahiş etmişdir. Bundan sonra o, Anara yaxınlaşaraq Elçinin anket məlumatlarını deyib aldığı puldan 50 manat vermiş və sonuncu çantasından boş arayış çıxaraq ona Elçinin ad, soyad və ata adını qeyd edib üzərinə möhür vurmuşdur. O, arayış hazır olduqdan sonra aparıb Elçinə vermiş və bu zaman polis əməkdaşları ona və Anara yaxınlaşıb özlərini təqdim edərək onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə aparmışlar. Həmin idarədə törətdiyi cinayət əməlini etiraf etmiş və müvafiq sənədləşmə aparılaraq şübhəli şəxs qismində tutulmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və himayəsində iki azyaşlı uşağı vardır. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Şahid5 Baş X1 İdarəsinə müraciət edərək, Aslan və Anar adlı şəxslərin birlikdə ölkədə xüsusi karantin rejimində küçədə sərbəst gəzmək üçün tələb olunan saxta arayışları hazırlayıb satışı ilə məşğul olduqlarını bildirmişdir. Həmin məlumatı dəqiqləşdirmək üçün xx xxxxx 2020-ci il tarixdə raportla rəhbərliyə məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi o, həyata keçirmiş, əməliyyat müvəkkili Şahid2 isə qrupa üzv olması müəyyən edilmişdir. Ərizəçi Şahid5 keçirəcək tədbirdə öz vəsaiti hesabına könüllü iştirak etməsini bildirdiyindən bir ədəd seriya nömrəsi B33937394 olan 50 manatlıq və bir ədəd seriya nömrəsi B33606982 olani 50 manatlıq pul əsginasından ibarət olan 100 manat pulu dəvət olunmuş hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə təqdim etmişdir. Həmin pul əsginaslarının ksero surətləri çıxarılaraq Şahid5 təqdim edilmişdir. Daha sonra ərizəçi Şahid5 Aslan adlı şəxslə telefon əlaqəsi saxlamış və saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən keçmiş «Beynəlxalq Universitetin» yaxınlığında görüş yeri təyin etmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra onlar tədbir iştirakçıları ilə birlikdə xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsinə yola düşmüş və saat 14:05-də qeyd edilən ünvana çatmışlar. Qeyd edilən ünvanda Şahid5 xarici görünüşcə Aslan adlı şəxsə bənzər şəxsə yaxınlaşıb 100 manat pulu vermiş və sonuncu pulu götürdükdən sonra aralanıb bir nəfər şəxslə görüşmüşdür. Kənardan həmin şəxsləri izləyən zaman Aslan adlı şəxsin digər şəxsə pul verməsinin şahidi olmuşlar. Bundan sonra həmin şəxs çantasından bir ədəd A4 formatında kağız çıxarıb ora yazı yazmış daşın üzərində çantadan çıxardığı möhürü kağıza vurmuşdur. Bundan sonra hər iki şəxs Şahid5 tərəf gəlmiş və Aslan adlı şəxs Şahid5 yaxınlaşıb əlindəki arayış ehtimalı olan A4 formatında kağızı vermiş və sonuncu onlara işarə etmişdir. Bundan sonra o, əməliyyat müvəkkili Şahid2la birlikdə hal şahidlərinin iştirakı ilə həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib qərarla tanış etmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 Şahid5 100 manat pulu qəbul edib 50 manat pulu özündə saxlamış, 50 manatı isə Təqsirləndirilən şəxs1 verərək sonuncunun az öncə hazırladığı Eçin İsmayılovun «X11» Beynəlxalq Elmi-Tibbi jurnalında işçi kimi işlədiyi və xüsusi karantin rejimində sərbəst hərəkət etməsindən ötrü DİN-nin ərazi postlarına təqdim etmək üçün xx xxxxx 2020-ci il tarixli arayışı satmışdır. Hər iki şəxs üzərində olan Şahid5 məxsus 2 ədəd 50 manatlıq pul əsginasını könüllü olaraq təqdim etmişlər. Şahid5 ona məxsus az öncə hazırlanan saxta ehtimal olunan arayışı, Təqsirləndirilən şəxs2 özündə olan yeni hazırlanmış eyni arayışı araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 razılığı ilə çantasına baxış keçirilmiş və çantada olan 1 ədəd möhür,1 ədəd qələm və 22 ədəd hazır çap olunmuş A4 formatında arayışları araşdırmaya təqdim etmişdir.Təqdim olunan 1 ədəd möhür,1 ədəd qələm və 22 ədəd A4 formatında çap olunmuş arayışlar götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalarla təstiq olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə tanışlıq münasibətləri olmuşdur. Pandemiya dövründə ölkədə karantin rejimi tətbiq edildiyi üçün vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırılmışdır. O, Aslanla telefonla danışan zaman sonuncu ona, karantin rejimində sərbəst hərəkət etməkdən ötrü qurulmuş postlara təqdim etmək üçün nəşriyyatda işləyən tanışı Anar vasitəsi ilə 100 manat pulun müqabilində arayış hazırlayıb verə biləcəyini demişdir. O, da virusun çox yayılmaması üçün Aslan və Anarın əməllərini ifşa etməkdən ötrü xx xxxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinə ərizə ilə müraciət etmiş və şəxsi vəsaiti hesabına Aslan və Anar adlı şəxsin qanunsuz əməllərini ifşa edilməsində iştirak etməyinə hazır olduğunu bildirmişdir. Belə ki, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə şəxsi vəsaitində olan 02 ədəd 50 manatlıq pul əsginasından ibarət 100 manat pulun ksero surəti çıxarılmış və yenidən özünə qaytarılmışdır. Bundan sonra Aslan adlı şəxslə əlaqə saxlamış, həmin arayışdan lazım olduğunu deyərək həmin gün saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən keçmiş «Beynəlxalq Universitetin» yaxınlığında görüş yeri təyin etmişlər. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra hal şahidləri və polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana yollanmış və saat 14:05-də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon A.Kumanbayev küçəsinə çatmışlar. Qeyd edilən yerdə Aslan ona yaxınlaşıb 100 manat pulu götürdükdən sonra aralanıb bir nəfər şəxslə görüşmüş və görüşdüyü şəxsə pul vermişdir. Həmin şəxs çantasından bir ədəd A4 formatında kağız çıxarmış və yazdıqdan sonra daşın üzərində çantadan çıxardığı möhürlə möhürləmişdir. Bundan sonra Aslan ona tərəf gəlmiş və sonuncu ona yaxınlaşıb əlindəki arayışı verdikdən sonra polis əməkdaşlarına işarə etmişdir. Polis əməkdaşları hal şahidləri ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edib qərarla tanış etmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş və həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 ondan 100 manat pulu qəbul edib 50 manat pulu özündə saxlamış, 50 manatı isə Təqsirləndirilən şəxs1 verərək sonuncun az öncə hazırladığı onun «X11» Beynəlxalq Elmi-Tibbi jurnalında işçi kimi işlədiyi və xüsusi karantin rejimində sərbəst hərəkət etməsindən ötrü DİN-nin ərazi postlarına təqdim etmək üçün xx xxxxx 2020-ci il tarixli arayışı satmışdır. Hər iki şəxs üzərində olan ona məxsus 2 ədəd 50 manatlıq pul əsginasını könüllü olaraq təqdim etmişlər. Ona məxsus az öncə hazırlanan saxta ehtimal olunan arayışı, Təqsirləndirilən şəxs2 özündə olan yeni hazırlanmış eyni arayışı araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 razılığı ilə çantasına baxış keçirilmiş və çantada olan 1 ədəd möhür, 1 ədəd qələm və 16 ədəd hazır çap olunmuş A4 formatında arayışlar aşkar edilmiş və həmin əşyalar sonuncu tərəfindən araşdırmaya təqdim edilmişdir. Təqdim olunan 1 ədəd möhür,1 ədəd qələm və 22 ədəd A4 formatında çap olunmuş arayışlar polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilib imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 139-1.1 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Aslan və Anar adlı şəxslərin Respublika ərazisində xüsusi karantin rejimi qaydaları pozaraq sərbəst hərəkət etmək istəyən vətandaşlara saxta hazırladıqları barədə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında sonuncuların müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə protokollardan görünür ki, Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə polis postlarına təqdim etmək üçün saxta buraxılış vərəqəsi alınması məqsədi ilə Şahid5 şəxsi vəsaitindən təqdim etdiyi bir ədəd B seriyalı 33937394 nömrəli 50 (əlli) manatlıq və bir ədəd B seriyalı 33606982 nömrəli 50 (əlli) manatlıq pul əsginaslarından ibarət olmaqla 100 manat pulun keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün kserosurəti çıxarılmaqla Şahid5 verilmiş və keçirilmiş əməliyyat-axtarış zamanı «X11» Beynəlxalq Elmi-Tibbi jurnalına aid arayışlar aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 5/145 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs2 adına yazılmış xx xxxxx 2020-ci il tarixli A-1/0-133 nömrəli və Şahid5 adına yazılmış xx xxxxx 2020- ci il tarixli A-1/0-135 nömrəli arayışların blankı və mətni axınlı çap üsulu ilə rəqəmsal çap (çoxaldıcı qurğu, printer) qurğusunda hazırlanmışdır. Həmin arayışlar “AZƏRBAYCAN RESPUBLİKASİ SƏHİYYƏSİ “X11” BEYNƏLXALQ ELMİ-TİBBİ JURNAL”-ına məxsus arayışın nümunəsi ilə eynilik təşkil edir. Təqsirləndirilən şəxs2 adına yazılmış xx xxxxx 2020-ci il tarixli A-1/0-133 nömrəli və Şahid5 adına yazılmış x xxxxx 2020-ci il tarixli A-1/0-135 nömrəli arayışlarda olan möhür əksləri relyef klişe vasitəsilə bir başa vurulmuşdur. Tədqiq olunan möhür əksləri «*Azərbaycan Respublikası «X11” jurnalı SH Journal NAMİNƏ Jurnal» məzmunda mətni olan möhürlə vurulmuşdur. xx.xx.2020-ci il tarixli, 5/155 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Şahid5 adına yazılmış xx xxxxx 2020- ci il tarixli A-1/0-135 nömrəli arayışın mətni və imza: Təqsirləndirilən şəxs2 adına yazılmış xx xxxxx 2020-ci il tarixli A-1/0-133 nömrəli arayışın əlyazma mətni və imza-Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)- 423/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbirinin seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)- 422/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbirinin seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-309/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin KSPSM və MDQMİ-nin x.m.i.ü. üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxxx 2020-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 adına yazılmış xx xxxxx 2020-ci il tarixli A-1/0-133 nömrəli və Şahid5 adına yazılmış xx xxxxx 2020- ci il tarixli A-1/0-135 nömrəli arayışlar, 16 ədəd boş arayış blankları, 1 ədəd möhür, 100 manat pul vəsaiti maddi sübut kimi tanınaraq, arayışlar cinayət işinin materiallarında saxlanılmış, 1 ədəd möhür BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və 100 manat pul isə gündəlik tələbat əşyası olduğundan sahibinə qaytarılmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə iyirmi faiz məbləğdə pul tutulmaqla iki il islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 70 nömrəli məktubdan görünür ki, «X11» Beynəlxalq Elmi- Tibbi jurnal Azərbaycan Mətbuat Şurasının üzvü deyildir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 139-1.1 və 320.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 139-1.1 və 320.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli Yasamal rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum edildiyi islah işləri cəzasından Milli Məclisin xx.xx.2013-cü il tarixli qərarına əsasən azad edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Boks Federasiyasının xasiyyətnamədən və müvafiq diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 1996-cı ildən boks ilə məşğul olmağa başlamış, bir çox turnirlərin mükafatçısı olmuş və müsbət xarakterizə olunmuşdur. AZ-İİ 281842 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. AZ-İİİ 511674 nömrəli və AZ-İİİ 972895 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü Bayramova Kövsər Aslan qızı adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 139-1.1 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 139-1.1 və 320.1-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 139-1.1 və 320.1ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cinayətin təkrar törədilməsi və cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə təqsirləndirildiyi maddələrdə tövsif edici əlamət kimi göstərilmədiyindən, məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini və həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 139-1.1 və 320.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək əlavə cəzaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sonuncu ona elan edilmiş ittihamlar üzrə nəzərdə tutulmuş cinayət əməllərini «X11» elmi-tibbi jurnalın məsul katibi vəzifəsində işləyən zaman törətmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza, eləcə də müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzaların Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı CM-in 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı xx xxxxx 2020-ci il tarixdə məhdudlaşdırılaraq sonuncu xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-422/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırkı vaxtadək, yəni 10 ay 5 gündür ki həbsdə saxlanılır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə təqsirləndirildiyi maddələrdə tövsif edici əlamət kimi göstərilmədiyindən, məhkəmə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, boks idman növü üzrə keçirilən daxili və beynəlxalq yarışlarda təltif edilməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 139-1.1 və 320.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı xx xxxxx 2020-ci il tarixdə məhdudlaşdırılaraq sonuncu xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-423/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırkı vaxtadək, yəni 10 ay 5 gündür ki həbsdə saxlanılır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan üzərində «Azərbaycan Respublikası X11» əksi olan 1 (bir) ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış «X11 X10» jurnalının arayışları və ezamiyyə vərəqəsi cinayət işinin materiallarında saxlanılmalı, eləcə də iş üzrə maddi sübut kimi tanınmış cəmi 100 manat olan pul vəsaitinin sahibi Şahid5 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaitinin 92,5 (doxsan iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1, qalan 92,5 (doxsan iki manat əlli qəpik) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilər tərəfindən məhkəməyə təqdim edilmiş hesabatlardan görünür ki, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq zamanı ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 107 (bir yüz yeddi) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək ümumilikdə digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq zamanı ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 107 (bir yüz yeddi) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək ümumilikdə digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat və cəmi 107 (bir yüz yeddi) saat hüquqi yardıma görə isə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 642 (altı yüz qırx iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi ilə 1 (bir) il müddətə kütləvi informasiya vasitələrində rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 1 (bir) il müddətə kütləvi informasiya vasitələrində rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 10 (on) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən hazırkı günədək, yəni 10 (on) ay 5 (beş) gün müddətə həbsdə olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş kütləvi informasiya vasitələrində rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 9 (ay) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 10 (on) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən hazırkı günədək, yəni 10 (on) ay 5 (beş) gün müddətə həbsdə olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan üzərində «Azərbaycan Respublikası X11» əksi olan 1 (bir) ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «X11 X10» jurnalının arayışları və ezamiyyə vərəqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış cəmi 100 manat olan pul vəsaitinin sahibi Şahid5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaitinin 92,5 (doxsan iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1, qalan 92,5 (doxsan iki manat əlli qəpik) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat və cəmi 107 (bir yüz yeddi) saat hüquqi yardıma görə isə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 642 (altı yüz qırx iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev