Məhkəmə qərarları › İş №1(001)-61/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-61/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-61/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə,

1. xx.xx.1982-ci il tarixdə Qubadlı rayon, Eyvazlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

2. xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, özlərini qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan şəxs kimi, həmçinin Təqsirləndirilən şəxs2 onun xalası qızı, Təqsirləndirilən şəxs3 isə sonuncunun həyat yoldaşı kimi təqdim edib, ondan alacaqları qızıl-ziynət əşyalarını guya Rusiya Federasiyasından gələn və Bakı Hava Limanında oteldə qalan “Lidya” adlı qadına sataraq pulunu gətirəcəklərini vəd verib aldadaraq inandırmış, bu məqsədlə 16 avqust 2018-ci il tarixdə günorta radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda sonuncudan cəmi 31.660 manat dəyərində, 23 çeşiddə 349.3 qram çəkidə və 17 avqust 2018-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Bulaq” adlı restoranda Zərərçəkmiş şəxs cəmi 6540 manat dəyərində, 7 çeşiddə və 71,5 qram çəkidə qızıl-zinət əşyalarını alıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 38.200 manat məbləğində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, özlərini qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan şəxs kimi, həmçinin özünü Təqsirləndirilən şəxs2 həyat yoldaşı, sonuncunu isə Təqsirləndirilən şəxs1 xalası qızı kimi təqdim edib, ondan alacaqları qızıl-ziynət əşyalarını guya Rusiya Federasiyasından gələn və Bakı Hava Limanında oteldə qalan “Lidya” adlı qadına sataraq pulunu gətirəcəklərini vəd verib aldadaraq inandırmış, bu məqsədlə 16 avqust 2018-ci il tarixdə günorta radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda sonuncudan cəmi 31.660 manat dəyərində, 23 çeşiddə 349.3 qram çəkidə və 17 avqust 2018-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Bulaq” adlı restoranda Zərərçəkmiş şəxs cəmi 6540 manat dəyərində, 7 çeşiddə və 71,5 qram çəkidə qızıl-zinət əşyalarını alıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 38.200 manat məbləğində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-61/2022 nömrəli qərarı ilə CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində olarkən özünə məxsus qızılları satmaq məqsədilə Şirvan şəhərində yerləşən “Köhnə bazar” deyilən ərazidə olan lombarda getmişdir. O, lombarda özünə məxsus olan qızılları orada işləyən əvvəllər tanımadığı adı sonradan ona məlum olan Fuad və Turala göstərmiş, Fuad qızıllara baxdıqdan sonra qızıllara görə ona 2900 manat verə biləcəyini demişdir. Bundan sonra Fuad onu Turalla bərabər lombardda qoyub qızılların əyyarını yoxlamaq üçün harasa gedib tez bir zamanda qayıdacağını bildirmişdir. Fuad lombarddan çıxsa da geri qayıtmamış, yanında qalan Tural Fuadın qardaşı olduğunu bildirib ona narahat olmamağı bildirmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq Fuad geri qayıtmamışdır. O, Fuadın qayıtmadığını görüb lombardda səs-küy salarkən həmin yerə toplaşan şəxslər Fuadın dələduz olduğunu deyib ona polisə müraciət etməyini məsləhət görmüşlər. Lakin onun həyat yoldaşı Şirvan şəhərindən olduğu üçün o, qərara gəlmişdir ki, Fuadın bu hərəkəti barədə öncə valideynlərinə müraciət etsin. Bundan sonra soraqlaşaraq Fuadın valideynlərinin yanına gəlmiş və orada anası Gülarə və atası Əlizadə ilə görüşüb baş vermiş vəziyyəti onlara danışmışdır. Fuadın valideynlərinin yanında olan zaman Bakir adlı şəxs də orada olmuşdur. Fuadın anası Gülarə ondan xahiş etmişdir ki, Fuadın bu hərəkəti barədə polisə müraciət etməsin və onun pulunu tez bir zamanda hissə-hissə qaytaracaqdır. Həmçinin Bakir də ona şikayət etməməyini bildirmiş, orada söhbət zamanı sonuncu Bakı-Rusiya avtobusunda sürücü işlədiyini, uzun illər Moskva şəhərində yaşadığını bildirdikdə onunla ortaq tanışları çıxmışdır. Həmçinin orada söhbət zamanı ona məlum olmuşdur ki, Gülarəgil əvvəllər qızıl alveri ilə məşğul olsalar da sonradan müflis olmuşlar. Həmçinin özü də onlara Rusiya Federasiyasında qızıl alveri ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı Bakir ona təklif etmişdir ki, Rusiya Federasiyasına qızıl aparsın və o, sataraq əldə edilmiş gəlirdən Gülarəgilin borcunu silsin, oda Bakirin bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2018-ci ilin iyul ayında Gülarənin əri Əlizadə Bakirlə birlikdə ümumi dəyəri 5000 manat olan 107 qram qızılı götürərək Rusiya Federasiyasına getmiş və həmin qızılları onun sözü ilə xalası oğlu Vahidə verib geri qayıtmışlar. Həmin qızılların maya dəyəri 5000 manat olsa da satış qiyməti 7200 manat təşkil edirmiş ki, bunun da 2200 manatı xeyir olmuşdur. Vahid qızılları aldıqdan 4-5 gün sonra 3600 manat pulu hissə-hissə öz adından poçt vasitəsilə Gülarənin adına Şirvan şəhərinə göndərmiş, 1 həftə sonra isə Vahid ona həmin satılan qızılların yerdə qalan 3600 manatını göndərmişdir. Bundan sonra həmin pulu gətirib Gülarənin evində özü və əri Əlizadənin iştirakı ilə Bakirə vermiş, yəni 5000 manat qızıl müqabilində onlar Bakirə xeyirlə birlikdə 7200 manat pul vermişlər. Bakirə axırıncı 3600 manat pulu verərkən Gülarənin ona olan 2900 manat borcunu tam bağlamasını bildirərkən Gülarə ondan xahiş etmiş ki, həmin borcu ona hissəhissə versin və bir qədər söhbətdən sonra o, razılaşmışdır. Bundan sonra Gülarə ona borcundan 300 manat pul qaytarmışdır. Bundan sonra o, Bakirlə razılaşmışdır ki, ona satmaq üçün əlavə olaraq qızıl versinlər və sabahsı gün xx.xx.2018-ci il tarixdə Bakir ona Gülarəgilin evində maya dəyəri 11800 manat olan 221 qram qızıl vermiş, həmin qızılı 18500 manata satmalı olmuşdur. Həmin qızıla görə Gülarəyə ilkin olaraq 1000 manat pul ödəmiş və Gülarəyə 17500 manat borclu qalmışdır. Qeyd edilən qızılları təhvil aldqıdan sonra həmin qızılları Bakirin vasitəsilə Rusiya Federasiyasında yaşayan xalası oğlu Vahidə göndərmişdir. Bakir qızılları qəbul etdikdən 1-2 gün sonra Rusiya Federasiyasına gedib qızılları Vahidə təhvil vermişdir. Onların Bakirlə razılıqlarına görə Vahid həmin qızılların pulunu xx.xx.2018-ci il tarixdə göndərməli olmuşdur. Bir neçə gün sonra Bakir Rusiyadan qayıdarkən qardaşının ona göndərdiyi əşyaları ilə bərabər apardığı qızıldan 2000 manatlıq qızıl komplekti gətirərək həmin komplektin qaytarıldığını bildirmiş və o, komplekti Bakirdən götürərərk sonda hesablaşacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə rəfiqəsi Xuramangildə olarkən Xuraman ona xalası qızı Zivərdən onun nisyə qızıl almağını eşitdiyini bildirmiş və ondan xahiş etmişdir ki, ona nisyə 500 qram qızıl təşkil etsin. Bundan sonra Bakirə zəng vuraraq əlavə 500 qram qızıl lazım olduğunu bildirərkən, Bakir 17500 manat borcunu bağladıqdan sonra ona həmin çəkidə qızıl verə biləcəyini bildirmişdir. Bakirə onlara qızıla görə borclu olduğu 17500 manat puldan 2000 manatlıq qızıl komplektlə birlikdə 15500 manat qaytaracağını demiş, Bakir də onunla razılaşmışdır. Bu söhbətləri Bakirlə paralel Gülarə ilə də etmişdir. Bundan sonra Xuramana Gülarəgillə aralarında olan məsələləri danışmış və hazırda onlara 15500 manat borcunun olduğunu bildirmiş və Xuramana təklif etmişdir ki, həmin borcu bağladığı təqdirdə o, yenə qızıl götürə bilər. Xuraman da onunla razılaşmışdır. Bundan sonra o, Gülarəgilə bu təklifi edərkən ondan götürəcəyi 3 partiya qızılın rəfiqəsi Xuramana verəcəyini deməmişdir. Belə ki, onlar onun Rusiya Federasiyasında yaşayan Lidiya adlı qadınla alver etdiyini bildiklərindən onlardan götürəcəyi növbəti qızılları da Lidiyaya verəcəyini bildirmişdir. Bunun etməyinin səbəbi isə o, Gülarəgilin onun əlavə kimlərlə alver etməyini bilməsini istəməməyi ilə əlaqədar olmuşdur. xx.xx.2018-ci il tarixdə Xuramanla zəngləşərək Sumqayıt şəhərində görüşmüş, görüş zamanı onlar Xuramanla avtomobildə Novxanıda yerləşən “Kolyon” restoranına gəlmiş və orada Namiq adlı şəxslə görüşmüşlər. Xuraman Namiqi qeyri-rəsmi əri kimi təqdim etmiş və Namiqin faizə 10.000 manat pul tapdığını və 10.000 manata görə 1000 manat faiz ödəyəcəklərini bildirmişdir. Daha sonra onlar üçü Şirvan şəhərinə Gülarəgilə gəlmişlər. Gülarəgilin evinin qarşısında Xuramandan 10.000 manat pulu alıb Gülarəgilə keçib qızılı götürmək istəyərkən Xuraman onunla birlikdə evə keçmək istədiyini və onun həqiqətən də pulu Gülarəyə verib-verməyəcəyini görmək istədiyini bildirmiş və o, Xuramana etiraz etməmişdir. Xuramana özünü Gülarəyə onun xalası qızı kimi təqdim etməsini istəmiş, belə ki, o, Gülarəyə başqa şəxsə qızıl verəcəyini deməmiş, bundan sonra onlar Xuramanla Gülarəgilə keçmişlər. Orada oturub çay içərkən Əlizadə Namiqi də evə dəvət etmiş, orada hamının yanında bir qədər öncə evə keçərkən Xuramandan aldığı 10.000 manat pulu sayaraq Gülarəyə vermişdir. Gülarə özü bir daha pulu saydıqdan sonra onun Gülarəyə əlavə olaraq 5500 manat verməli olduğunu bildirərkən o, Gülarəyə ilkin olaraq həmin 10.000 manat pulu götürüb ona qızılları təhvil verməsini, onun onlarda qalacağını, xalası qızı kimi təqdim etdiyi Xuramanın qızılları aparıb Lidiyaya göstərəcəyini, sabahsı gün əlavə olaraq 5500 manatı da gətirəcəyini bildirdikdən sonra Gülarə onunla razılaşmışdır. Bundan sonra onlar telefon vasitəsilə Bakirlə danışıb vəziyyəti Bakirə demişlər və Bakir razılıq verdikdən sonra Gülarə Əlizadəyə 10.000 manatı verərək həmişə qızıl götürdükləri Raziyə adlı qadının yanına göndərmişdir. Bir qədər sonra Əlizadə geri qayıtmış və özü ilə qızıl-zinət əşyaları gətirmişdir. Bundan sonra onunla Gülarə evin 2-ci mərtəbəsinə çıxmış və orada haqqhesab etməyə başlamışlar. Gülarə ona 23 çeşiddə 349 qram çəkidə qızıl-zinət əşyaları vermiş və sabahsı gün onun 5500 manatı verdikdən sonra ona əlavə olaraq 150 qram qızıl verəcəyini bildirmişdir. Bundan sonra o, qızılları Xuramana təhvil vermiş və onlar çıxıb getmişlər, özü isə Gülarəgildə qalmışdır. xx.xx.2018-ci il tarixdə Xuramanla Namiq yenidən Gülarəgilə gəlmiş və özləri ilə 5500 manat pul gətirmişlər. Onlar evə keçdikdən sonra həmin 5500 manatı Xuramandan alıb Gülarəyə vermiş, Gülarə pulu götürdükdən sonra nisyə mal götürdüyü Raziyəyə zəng vurmuş və Raziyə ilə danışıq zamanı Raziyə 150 qram qızıl hazır edə bilmədiyini, yalnız 71 qram qızıl hazır etdiyini bildirmişdir. Gülarə ona Raziyədən 71 qram qızılı götürüdükdən sonra Bakı şəhərində yerləşən Moskva Univermağında qohumlarından əlavə olaraq 79 qram qızıl götürərək ona verəcəyini bildirmişdir. Bundan sonra Xuraman və Namiq onunla birlikdə onun Şirvan şəhərində yerləşən öz evinə gəlmiş və o, şəxsi əşyalarını götürdükdən sonra yenidən Gülarəgilə qayıtmışdır. Onlar Gülarəni və oğlu Turalı da götürüb Raziyənin işlədiyi “Elit” TM-nin qarşısına gəlmiş və Raziyə onların əyləşdiyi avtomobilə yaxınlaşaraq 7 çeşiddə olmaqla 71 qram qızlı Gülarəyə vermiş və Gülarə də həmin qızılı ona, o isə öz növbəsində Xuramana vermişdir. Bunda sonra onlar hamısı Bakı şəhərinə yola düşmüşlər. Yolda Gülarə qızıl götürəcəyi şəxslə danışarkən həmin şəxs artıq gec olduğunu, qızıl verə bilməyəcəyini və yalnız sabah qızıl verəcəyini bildirmiş, o, da sabaha qalacağı təqdirdə qızılın lazım olmayacağını bildirmişdir. Belə ki, Xuraman ona götürdüyü qızılları həmin gecə Rusiya Federasiyasına göndərəcəyini demiş, onlar artıq Bakı Avtovağzalına çatdığı üçün Xuraman təklif etmişdir ki, yorğun olduğu üçün Biləcəri qəsəbəsində yerləşən “Bulaq” kafesində oturub biraz dincəlsinlər. Bundan sonra “Bulaq” kafesinə keçib orada əyləşmişlər. Xuramanla Namiq bir masa arxasında, onunla Gülarəgil bir masa arxasında oturmuş, Gülarə ilə öz aralarında götürüdükləri qızıllarla bağlı haqq hesab etməyə başlamışlar. Belə ki, Gülarədən ümumilikdə 30 çeşiddə olmaqla ümumilikdə 31660 manat maya dəyəri olan qızıl götürmüş, həmin qızılları Xuramanla elə oradaca 40.000 manata razılaşmış və Xuraman həmin 40.000 manat pulu ona xx.xx.2018-ci il tarixdə verməli olmuşdur. Gülarədən xx.xx.2018-ci il tarixinə kimi vaxt almış, bu danışıqları hər biri ilə ayrılıqda etmişdir. Belə ki, onların bir-başa əlaqəyə girməsini istəməmiş və Gülarə də onunla razılaşmışdır. Gülarə ilə söhbət etdikdən sonra Gülarə oğluna paltar almaq üçün “Binə” TM-nə gedəcəyini bildirmiş, həmin zaman özü də öz uşağına paltar almaq məqsədilə onlarla TM-nə gedəcəyini bildirmiş və taksi ilə “Binə” TM-nə gəlmişlər. Orada bir qədər alver etdikdən sonra saat təxminən 19-20 radələrində TM-dən çıxmışlar. Gülarə qohumu ilə Şirvan şəhərinə, özü isə Sumqayıt şəhərinə anasıgilə gəlmişdir. O, yaşadığı evə çatdıqdan sonra Xuraman ona zəng edərək yaşadığı evə çağırmışdır. Bundan sonra o, Xuramanın yaşadığı evə getmiş və Namiqində orada olduğunu və bir qədər öncə götürdükləri 71 qram qızılın masanın üzərində olduğunu görmüşdür. Xuramangildə olan zaman Gülarədən götürdükləri qızıllarla bağlı haqq-hesab etmişlər. Bundan sonra Xuraman ona Gülarədən götürdüyü qızılların bir hissəsini rəfiqəsi Səadətə verəcəyini bildirib Namiqi evdə tək qoymaq istəmədiyini əsas gətirərək ondan həmin qızılları Səadətə verməyi xahiş etmişdir. O, Səadətin evinin yerləşdiyi yeri tanımadığını dedikdə Xuraman azyaşlı oğlu Musanı onunla birlikdə göndərəcəyini demiş və o etiraz etməmişdir. Bundan sonra Xuraman ona bükülü sellofan vermiş və o Musa ilə birlikdə Səadətin yaşadığı ünvana getmişdir. O, Səadətin yaşadığı evə keçib görüşdükdən sonra Xuramanın qızıl adı ilə verdiyi bükümü masanın üzərinə qoymuş və bu zaman pərdənin arxasından polis əməkdaşları çıxaraq özlərini təqdim edib gətirdiyi bükümün içərisində narkotik maddə olmasını demişlər. Bundan sonra polis əməkdaşları onu tutaraq idarəyə aparmış və barəsində cinayət işi başlanılmışdır. Göstərilənləri nəzərə alıb barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, səyyar olaraq qızıl ticarəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 2013-cü il tarixdən tanımışdır. Belə ki, İlahənin xalası qızı Zivər onunla qonşuluqda yaşayırmış, bundan başqa İlahənin bacısı Nuranə qonşuluqda yaşayan Elmir adlı şəxsin həyat yoldaşı olmuş və onların tanışlığı həmin şəxslərin vasitəsilə yaranmışdır. O, İlahə ilə tanış olarkən İlahə Rusiya Federasiyasında yaşadığını, Azərbaycan Respublikasına tez-tez gəlib-getdiyini və səyyar ticarətlə məşğul olduğunu, yəni qeyd edilən dövlətlərdən bir-birinə mal aparıb satdığını bildirmişdir. Tanışlığı zamanı aralarında yaranmış münasibət zamanı İlahə ondan özünə qızıl verməsini və həmin qızılı Rusiya Federasiyasına aparıb sataraq gəlir əldə etməyi təklif etdiyi üçün o, İlahə ilə razılaşmış və İlahəyə xeyli sayda qızıl-zinət əşyası vermişdir. İlahə ilə onun arasında onun arasında 2013-cü ilin sonuna kimi ticarət olmuş və İlahə ona 60.000 manat borclu qalmışdır. Bu səbəbdə onların aralarında məhkəmə çəkişməsi olmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İlahənin ona 60.000 manat pul verməsi ilə bağlı xeyrinə qərar qəbul edilmişdir. İlahə onun pulunu ödəyə bilməsə də o, hissə-hissə ona geyim əşyaları verməklə borcundan çıxmış və ona 48.000 manat borclu olmuşdur. Təxminən 2018-ci ilin iyul ayında İlahə onunla əlaqə saxlayaraq qızıl ticarətinə yenidən başladığını bildirmiş və bazar qiymətindən ucuz qiymətə qızıl verən şəxsin olduğunu demişdir. Bu ona inandırıcı gəlməsə də o, İlahədən satılan qızıl barədə məlumat alarkən İlahə onun istifadəsində olan telefona qızılların şəklini atmağa başlamışdır. O, İlahənin göndərdiyi qızıl modellərinə baxıb həmin qızılların köhnə modelli olduğunu və təxminən 2000-ci illərin modelinə aid olduğunu görmüş, qeyd edilən qızılların nə səbəbə bazar qiymətindən ucuz verildiyini soruşarkən İlahə qızılı satan şəxsin həmin qızılları illər öncə çox ucuz qiymətə aldığını və bu səbəbdən də ucuz satdığını bildirmişdir. İlahə ona 583 və 585 əyyarlı qızılların qramını 40 manatdan, 750 əyyarlı qızılı isə 49 manatdan, 750 əyyarlı qızılı brilyant qaşları ilə birlikdə 55 manatdan verə biləcəyini bildirmişdir. İlahənin dediyi bu qiymətlər qızıl alverindən lom qiymətindən 2-5 manat yuxarı hesablanmış qiymət olmuşdur. O, qızılların köhnə modelli olduğunu və lom qiymətindən bir qədər yuxarı olduğunu görüb həmin qızılların ucuz satıla biləcəyinə inanmış, lakin onun əlində nağd pulu olmadığı üçün o, İlahəyə qızıl almaqdan imtina etmişdir. O, onkoloji xəstə olduğu üçün müalicə ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasına gedib xx.xx.2018ci il tarixdə geri qayıtmış, qayıtdıqdan sonra da Zivərdən həqiqətən də İlahənin qızıl alveri etdiyini eşitmiş, hətta, o, İlahə ilə görüşüb əvvəlki səhvlərə yol verməmək üçün məsləhətlər də vermişdir. Belə ki, İlahə aralarındakı qızıl alveri zamanı səhvlərə yol verərək onu ziyana salmışdır. İlahə isə ona narahat olmamağı və səhvsiz olaraq qızıl ticarəti ilə məşğul olduğunu və qızılı əsasən Rusiya Federasiyasında satdırdığını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, müalicə ilə əlaqədar olaraq növbəti dəfə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə getmiş, Ankara şəhərində olarkən İlahə ona səsli mesaj ataraq onunla təcili əlaqəyə çıxmağını xahiş etmişdir. Bundan sonra o, İlahəyə zəng vurmuş və İlahə ona qızıl götürüdüyü şəxsə götürüdüyü qızıla görə borcunun olduğunu, belə ki, həmin götürdüyü qızılı satmaq üçün Rusiya Federasiyasındakı tanışı Lidiya adlı qadına göndərdiyini və Lidiyanın pulu gecikdirdiyi üçün qızıl sahibinə pul verməli olduğunu bildirib təcili olaraq pul tapmağını və həmin pulun müqabilində ona qızıl verə biləcəyini bildirmişdir. İlahəyə yaxın müddətdə vətənə qayıdarkən bu mövzuya qayıdacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, Azərbaycan Respublikasına qayıtmış və elə həmin günü İlahə onun evinə gəlmiş və ilk olaraq ondan 10.000 manat borc pul istəmişdir. İlahəyə pulunun olmadığını bildirəkən İlahə bir daha ona öz qızıl ticarəti barədə məlumatlar verərək yaxşı gəlir əldə etdiyini bildirməklə, o, Türkiyə Respublikasında olarkən telefonda ona dediklərini bir daha bildirmiş və ondan təcili olaraq pul tapmağını xahiş etmişdir. O, bir daha qızıl bazarı ilə maraqlanarkən İlahənin ona satmaq istədiyi qızılın lom qiymətindən bir qədər üstün olduğunu görmüş, belə ki, həmin ərəfədə 583 və 585 əyyarlı qızılın lom qiyməti 36.2 manat olduğu halda İlahə qramını 40 manatdan, 750 əyyarlı qızılın lom qiyməti 46 manat olduğu halda İlahə qramını 49 manatdan, 750 əyyarlı qızılı brilyant qaşları ilə birlikdə lom qiyməti 51 manat olduğu halda İlahə qramını 55 manatdan verəcəyini bildirmişdir. O, ilahəyə bir daha pulunun olmadığını, özünün qızılları nisyə alıb satdığını bildirərkən İlahə ona təklif etmişdir ki, 10.000 manat pul tapsın və ona həmin məbləğdən də artıq dəyəri olan qızıl versin, artıq olan qızılları satıb pulu 2 ay müddətində qaytarsın. Həmçinin İlahə ona əldə etdiyi gəlirdən 48.000 manat borcundan bir hissəsini ödəyəcəyini də demişdir. Bundan sonra o, qızıl ticarəti ilə məşğul olan Namiqə zəng vurub İlahənin təklifini ona bildirmişdir. Namiq qızıl almağa etiraz etməsə də 10.000 manat verildikdən sonra qızılların gətirilməsinə razı olmamış, belə ki, özü aldadılmamaq üçün pulu verərkən qızılları götürmək istədiyini bildirmişdir. Bundan sonra o, Namiqin dedikləri ilə bağlı İlahə ilə danışmış və sonuncu 10.000 manat pulu götürək və qızılların satıldığı Şirvan şəhərində yaşayan şəxsin evinə getməyi, lakin onunla Namiqin orada qızıl satan şəxslə heç bir danışıq aparmamasını təklif etmişdir. O və Namiq İlahənin bu təklifi ilə razılaşmışdır. xx.xx.2018-ci il tarixdə səhər saatlarında İlahə ilə görüşüb onun idarə etdiyi avtomobillə Namiqi yaşadığı Corat yolunun kənarında yerləşən evindən götürmüş və oradan Namiq pul götürmək üçün Bakı şəhərinə gəlmişdir. Namiq pul götürdükdən sonra onlar Şirvan şəhərinə yola düşmüş, günorta saatlarında İlahənin dediyi evin qarşısına gəlib çatmışlar. İlahə pulu istəyərkən o, Namiqdən 10.000 manatı alıb İlahəyə vermiş və İlahə avtomobildən düşüb yaxınlıqdakı evə getmişdir. Təxminən 15 dəqiqə sonra İlahə geri qayıdaraq ev sahibinin aş dəmlədiyini, onların uzaq yol gəldiyi üçün onları nahara çağırdığını və ev sahibinə onu xalası qızı kimi, Namiqi isə onun əri kimi təqdim etdiyini bildirmişdir. İlahənin onları ev sahibinə bu cür təqdim etməsi onun xoşuna gəlmədiyi üçün Namiqlə o, evə keçməkdən və nahar etməkdən imtina etmiş və İlahə yenidən evə qayıtmışdır. Bir qədər sonra İlahə ev sahibi adı sonradan ona Əlizadə kimi məlum olan şəxslə gəlmiş və Əlizadə onları israrla evə dəvət etmiş, onlar evə keçərkən evdə adı sonradan ona məlum olan ev sahibəsi Gülarə və adını bilmədiyi gəlini ilə görüşmüşlər. Namiqlə Əlizadə həyətdə, qadınlar isə evdə oturmuşlar və nahara qonaq olmuşlar. Süfrə arxasında Gülarə İlahəyə niyə gecikdiyini, dünəndən gözlədiyini bildirərkən İlahə Gülarəyə biraz işlərinin olduğunu bildirmişdir. Onlar nahar edib qurtardıqdan sonra İlahə ilə Gülarə evin 2-ci mərtəbəsinə çıxmışlar. Təxminən 1 saat müddətində o, Gülarənin gəlini ilə 1-ci mərtəbədə, İlahə ilə Gülarə isə 2-ci mərtəbədə olmuşlar. İlahəgilin danışıq səsləri gəlsə də o, danışığın nə barədə söhbət etdiyini anlaya bilməmişdir. Daha sonra Gülarəgil 1-ci mərtəbəyə düşmüşlər. X18 Şirvan polisində saxlanılan Əlizadənin oğluna yemək apardıqları üçün bir qədər də onları gözləmişlər. Saat təxminən 17 radələrində Gülarəgildən çıxaraq avtomobilə gəlmiş, avtomobildə İlahə salfetə bükülmüş qızılları ona vermiş, o, salfeti açaraq içindəki qızıllarla birlikdə Namiqə vermiş və Namiq qızılları bir-bir nəzərdən keçirməyə başlamışdır Orada 23 çeşiddə 349 qram qızıl olmuş və həmin qızılların dəyəri Namiqin verdiyi 10.000 manatdan artıq olmuşdur. Bu da İlahə ilə onun danışığına uyğun olmuşdur. Belə ki, İlahə 10.000 manatdan artıq qızıl verəcəyini bildirmişdir. Bundan sonra İlahə onunla sağollaşmış və Şirvan şəhərində qalacağını bildirmişdir. Onlar isə Namiqlə Sumqayıt şəhərinə qayıtmış və onun evinə gəlmişlər. Onlar evdə qızılların bir daha çəkisini və əyyarını yoxladıqdan sonra qızılların bir qismini o özündə saxlamış, bir qismini isə Namiq aparmışdır. Onun qızılların bir qismini özündə saxlamağının səbəbi həmin qızılları satmaq olmuşdur. O, evdə olarkən İlahə ona zəng vuraraq ondan əlavə 11.000 manat pul tapmağını və yenə qızıl götürəcəyini bildirmişdir. O, bu barədə Namiqə bildirmiş, Namiq də öz növbəsində tanışından maraqlanaraq 11.000 manat pul tapa biləcəyini bildirmişdir. Həmçinin o, Namiqdən əlavə olaraq özü üçün 6.000 manat borc pulda istəmiş və sonuncu da, borc verə biləcəyini demişdir. Onlar Namiqlə belə qərara gəlmişlər ki, sabahsı gün səhər saatlarında Şirvan şəhərinə yola düşsünlər. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Şirvan şəhərinə yolda olarkən Namiq ona 17.000 manat pul vermiş və o, həmin puldan 6.000 borc olaraq özünə götürmüşdür. Bundan sonra İlahə ona zəng vuraraq gətirdiyi 11.000 manat pulu 2 yerə hər biri 5500 manat olmaqla ayırmağını, 5500 manatı ondan Gülarəgilin evində alacağını qalan 5500 manat pulu isə sonradan ondan götürəcəyini bildirmişdir. İlahədən bunun səbəbini soruşarkən İlahə ona “sənin nəyivə lazımdır, mən belə deyirəm, belə də elə” demişdir. Saat 11-12 radələrində onlar Namiqlə Şirvan şəhərinə Əlizadəgilin evinin qarşısına çatmış, onları çöldə İlahə qarşılamış və evə dəvət etmişdir. Onlar yenə də evə keçmək istəməsə də Əlizadə israrla onları evə dəvət etmiş, o evə keçsə də Namiq evin həyətində Əlizadə ilə qalmışdır. O, evdə salamlaşan kimi mətbəxə keçmiş və orada Gülarənin yanında 5500 manat pulu İlahəyə vermiş. O, pulu İlahəyə verərkən İlahə ona “bu pulu rus” göndərib dəyərkən tutulmuş və İlahənin dediyini başa düşməyib tutqun vəziyyətdə İlahənin gözünə baxmışdır. O, İlahənin nə dediyini anlamadığı üçün “Rusu zadı niyə qatırsan bura” cavabını verərkən İlahə “rusun yeri elə oradı” sözünü işlətmiş və o, yenə İlahənin nə dediyini anlamayıb əhəmiyyət verməmişdir. İlahə isə öz növbəsində pulu Gülarəyə vermiş və onlar evin 2-ci mərtəbəsinə çıxmışlar. O, isə Gülarənin gəlini ilə mətbəxdə qalmış, bir qədər sonra İlahə aşağı düşərək ona biraz gözləməli olacaqlarını, belə ki, Gülarənin də onlarla Bakı şəhərinə qayıdacağını və onlara veriləcək qızılın bir qismini “Moskva” Univermağından götürəcəyini bildirmişdir. İlahə bundan 1 ay öncə ondan toya geyinməyə paltar götürüdüyü üçün o İlahəyə təklif etmişdir ki, paltarını ona qaytarsın. İlahə onun paltarının İlahənin qaynının evində olduğunu bildirib oradan gedib götürmələrini və oradan da öz evinə gedərək yemək yeyib qayıdıb Gülarəni götürüb Bakı şəhərinə getməklərini təklif etmişdir. Bundan sonra o, Namiq və İlahə İlahənin qaynının evinə yola düşmüşlər. Yolda o, İlahədən bir qədər öncə “rus” barədə söz deyərkən nə demək istədiyini soruşarkən İlahə ona Gülarədən aldığı qızılın bir hissəsini Rusiya Federasiyasında olan rəfiqəsi Lidiya adlı qadına göndərdiyini və Lidiya ilə alver etdiyini, hətta Gülarəgilin də özlərinin də İldiyaya qızıl apardığını bildirmişdir. İlahənin bu cavabı ona maraq kəsb etmədiyindən o, İlahənin sözünə daha əhəmiyyət verməmişdir. Onlar İlahənin qaynıgilin evinə çatanda İlahə avtomobildən düşüb qaynının evinə getmiş və onun paltarını götürüb geri qayıtmış və onlar İlahəgilin evinə getmişlər. Orada İlahə ondan yerdə qalan 5500 manat pulu istəmiş, İlahəyə bir qədər etiraz edib bir qədər öncə verdiyi 5500 manat müqabilində hələ heçnə vermədiyini bildirərkən İlahə ona narahat olmamağı və Gülarənin “Moskva” Univermağından qızıl götürüb verəcəyini və onun heç bir işə qarışmamağını bildirdiyi üçün o, əlavə olaraq İlahəyə 5500 manat pulu da vermişdir. Təxminən 15-20 dəqiqə İlahənin evində olduqdan sonra onlar oradan çıxmış və Gülarəgilə qayıtmışlar. Onlar ora çatarkən Gülarə ilə adı sonradan ona Tural kimi məlum olan oğlunun onlarla Bakı şəhərinə getməyə hazır olduqlarını görmüş və birlikdə onun avtomobilinə əyləşmişlər. Gülarə telefonda kimələsə danışaraq yol kənarına çıxmağını bildirmiş, onlar Şirvan şəhərinin içərisində İlahənin istiqmaətləndirilməsi ilə yol kənarında bir yerə gəlmiş və onlara yaxınlaşan yaşlı bir qadın Gülarəyə salfetə bükülmüş qızıl vermiş və onlar Bakı şəhərinə yola düşmüşlər. X16 həmin salfetdəki qızılların içərisindən yalnız bir dənə üzüyü ona göstərmiş və baxıb ağ qızıldan olan qızıla baxıb onu yenidən İlahəyə qaytarmışdır. Onlar Bakı dairəvi yolu ilə Bakı Beynəlxalq Avtovağzala çatmağa biraz qalmış İlahə ona yazaraq yaxınlıqdakı restoranların birində dayanmağı bildirmiş, o, İlahədən bunun səbəbini soruşarkən İlahə Gülarəyə qızıl gələcəyini və ona qədər çay içməyi yazmışdır. Bundan sonra İlahə avtomobilin salonunda Gülarəyə əyləşib bir yerdə çay içməyi təklif edərkən Gülarə razılığını bildirmişdir. Bu səbəbdən Namiq idarə etdiyi avtomobili yaxınlıqda olan “Bulaq” restoranına sürmüş, restoranda İlahə ona yaxınlaşaraq Namiqlə onun ayrı, İlahənin isə Gülarəgillə ayrı oturacağını bildirmişdir. İlahədən bunun səbəbini soruşarkən İlahə Gülarə ilə haqq-hesab edəcəyini və Gülarənin onun müştərisi olduğu üçün aralarındakı haqqhesabın yalnız onlara aid olduğunu bildirmişdir. O, İlahənin Gülarə ilə onun yaxınlaşma ehtimalından, gələcəkdə İlahəsiz alver edəcəyindən ehtiyat etdiyini görüb heç bir söz deməmiş və restoranda Namiqlə o, ayrı masada, İlahəgil isə ayrı masada oturmuşlar. Onlar Namiqlə ayrı masada əyləşərkən Namiq ona İlahənin hərəkətlərindən şübhələndiyini və İlahənin onları aldadacağından ehtiyat etdiyini bildirmişdir. Bir qədər sonra İlahə onların olduqları masaya yaxınlaşarkən o, qızılların nə zaman gələcəyini soruşarkən İlahə yaxın dəqiqələrdə qızılların gələcəyini bildirmiş və yenidən Gülarəgilin yanına qayıtmışlar. Bir qədər sonra İlahə yenidən onların masasına yaxınlaşmış və Gülarənin Şirvan şəhərindən salfetə bükülmüş vəziyyətdə götürdüyü qızılları onlara gətirmişdir. Onlar salfeti açarkən orada 1 ədəd ağ qızıldan qolbaq, 1 ədəd fantaziya modelli yaşıl qaş qızıl üzük, 1 ədəd tək qaş qızıl üzük və daha yadında qalmayan bir qızılın olduğunu görmüşdür. Namiq İlahəyə onlardan 11000 manat pul alıb az bir qızıl verməsinə öz etirazını bildirərkən İlahə narahat olmamağı, qalan qızılların bir qədər sonra gələcəyini bildirmiş və yenidən Gülarənin yanına qayıtmışdır. Bir qədər sonra İlahə yenidən onun yanına gələrək Gülarəgillə qızıl dalınca gedəcəyini və Namiqlə onun “Moskva” Univermağının qarşısına gedib orada gözlmələrini bildirib, ondan 20 manat taksi pulu istəmişdir. İlahə ona X1 götürəcəyini və onlarında orada gözlmələrini bildirdiyi üçün o, İlahəyə inanmış və İlahəyə 20 manat pul vermişdir. Bundan sonra İlahə Gülarəgilə yaxınlaşmış və onlar masadan qalxıb restoranı tərk etmişlər. O, İlahəgilin qayıdacağını güman edib sağollaşmamış, bundan sonra onlar restorandan çıxıb Namiqlə “Moskva Univermağının qarşısına gəlmişlər və orada avtomobildə oturub İlahəni gözləməyə başlamışlar. O, İlahədən xəbər çıxmadığını görüb İlahəyə zəng vurmağa başlamış, lakin İlahənin telefonu bağlı olmuşdur. Bundan sonra o, narahat olub tez-tez yığmağa başlamış, lakin İlahəyə zəng çatmamışdır. Onlar Namiqlə 2 saat müddətində orada gözlədikdən sonra o, Namiqə evə gedib İlahəni orada gözləməyi təklif etmişdir. Onlar Namiqlə Sumqayıt şəhərinə çatarkən onun mobil telefonuna tanımadığı nömrədən qısa zəng gəlmiş, o, həmin nömrəyə zəng vurarkən telefona İlahə cavab vermiş, həmin zaman İlahəyə harada olmasını bildirərkən İlahə onlara gəldiyini bildirmişdir. İlahədən qızılları götürüb-götürmədiyini soruşarkən İlahə qızıl götürmədiyini bildirmişdir. O, İlahəyə əsəbiləşərək bunun səbəbini soruşarkən İlahə ona bir gün öncə aldığı pulun dəyərindən artıq qızıl verdiyini və hazırda bizə gəlib haqq-hesab edəcəyini bildirmişdir. Evə çatdıqdan təxminən 10-15 dəqiqə sonra İlahə onlara gəlmiş, saat artıq 20- 21 radələrində İlahədən məsələyə aydınlıq gətirməsini bildirərkən İlahə ona aldığı puldan artıq qızıl satdığını və hazırda tanışıgilə tələsdiyini,10 dəqiqə müddətində ora gedib qayıdacağını və onunla haqq-hesab edəcəyini bildirmiş və evdə masa üzərində olan qızıl tərəzisini götürüb evdən çıxmışdır. O da Namiqlə birlikdə İlahədən aldığı və Namiqdən satmaq üçün götürdüyü qızılları masa üzərinə töküb İlahənin gəlməsini gözləyərək haqq hesab etməyə başlamışlar. Təxminən 15 dəqiqə sonra onlara polis əməkdaşları gəlmiş və onları DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinə aparmaq üçün avtomobillərinə əyləşdirmişlər. O, ilk öncə İlahədən aldığı qızıllarla bağlı problem olduğunu güman etsə də polislərin avtomaşınına minərkən onların avtomobilində olan İlahənin bir qədər öncə narkotik vasitə satarkən saxlandığını bildirmişlər. Daha sonra İlahənin narkotik vasitə satması ilə əlaqədar material Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə İdarəsinə verilmiş və orada aparılmış istintaq zamanı Namiqlə onun günahsız olduğu sübuta yetirilmiş, İlahə isə həbs edilmişdir. Qızıllar Namiqə qaytarılmış, sonuncu da ona bildirmişdi ki, qızılları borca pul götürdüyü Rafiq adlı şəxsə ondan aldığı pulların müqabilində vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təsirli bilərək, Zərərçəkmiş şəxs dəymiş zərərin ona aid hissəsini tam olaraq ödədiyini və qanunvericilikdə nəzərdə tutulmuş ona aid ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2018-ci ilə qədər Sumqayıt Ticarət Mərkəzində qızıl alğısatqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 orada işlədiyi müddətdə tanımış və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 ilk dəfə xx.xx.2018-ci il tarixdə tanımış, belə ki, 15 avqust 2018-ci il tarixdə Xuraman ona zəng edib İlahə adlı tanışının ucuz qiymətə qızıl satdığını bildirmiş, qızılı almaq üçün 10.000 manat lazım olduğunu demişdir. O, tanışı Sumqayıt Ticarət Mərkəzində işləyən Rafiqə 10.000 manat pul verməsinin əvəzində qızıl verəcəyini bildirib Rafiqdən 10.000 manat almışdır. xx.xx.2018-ci il tarixdə Xuraman maşını ilə Corat yolunda onu götürmüş, həmin vaxt İlahə də maşında olmuşdur. Xuraman maşında ona bildirmişdir ki, İlahə qızıllarını qoyub faizə pul götürüb, indi qızılları götürməsə qızıllar batacaq, 10.000 manat verib qızılları götürəcəyik. Bundan sonra Xuraman maşını Şirvan şəhərinə sürmüş, əvvəllər tanımadığı, adı sonradan məlum olan Gülarəgilin evinin qarşısında dayanmışlar. Xuramanla o, maşında qalmış, 10.000 manat pulu Xuramana vermiş, Xuraman da İlahəyə vermişdir. İlahə Gülarəgilə getmiş, təxminən yarım saat sonra İlahə gəlmiş, ev sahibinin onları çağırdığını, nahara qonaq etmək istədiyini demişdir. Xurman və özü maşından düşüb Gülarənin evinə getmiş, Gülarənin əri adı sonradan ona məlum olan Əlizadə ilə evin həyətində oturub çay içib çörək yemişlər, Xuramanla İlahə isə içəri girmişdir. Təxminən 2 saat Əlizada ilə evin həyətində oturmuş, ancaq həmin müddət ərzində qızıl barədə heç bir söhbət etməmişlər. Sonra İlahə ilə Xuraman evdən çıxmış və Xuramanla özü avtomobilə əyləşib Bakıya qayıtmışlar. İlahə isə Gülarəgildə qalacağını demişdir. Yolda Xuraman qızılları ona göstərmiş və Xuramanın Sumqayıt şəhərində yerləşən evinə getmişlər. Orada Xuraman qızılları açıb tökmüş, 23 çeşiddə 349 qram qızıl olduğunu görmüşdür. Xuraman ona bildirmişdir ki, “İlahə bizi Şirvanda gözləyir, əlavə 17.000 manatda aparıb yenə qızıl götürəcəyik”. Onlar yenidən pul əldə etmək üçün Xuraman Gülarədən götürdüyü 23 çeşid qızıldan 8.000 manat dəyərində qızılları ayırıb ona vermişdir ki, Rafiqə versin və əlavə yenə Rafiqdən pul götürsün ki, sabah gedib Şirvanda Gülarəgildən yenə qızıl götürsünlər. O, Xuramanın verdiyi qızılları götürüb Rafiqə vermiş və Rafiqdən 17.000 manat pul almış, digər qızıllar Xuramanda qalmışdır. 17 avqust 2018-ci il tarixdə yenidən Xuramanın avtomobili ilə Şirvana Gülarəgilə getmişlər. O, 17.000 manatı Xuramana vermiş, onlar Gülarənin evinə daxil olmuş, İlahə və Gülarə yuxarı mərtəbəyə qalxmışlar. Xuramanla özü isə Əlizadə ilə aşağıda qalmışlar. Xuraman pulu İlahəyə verdiyini demiş, təxminən 1 saatdan sonra Xurman, İlahə və Gülarə və Gülarənin oğlu ilə birlikdə Bakıya getmək üçün avtomobilə əyləşmişlər. Yolda Şirvan şəhərinin içində maşını saxlamış, bir nəfər qadın maşına yaxınlaşıb Gülarəyə nəisə vermişdir. O, yolda Xuramandan qızıl barədə heç bir söz soruşmamış, Bakıya daxil olub çay içmək üçün Biləcəridə yerləşən Bulaq kafesinə getmişlər. Kafeyə daxil olduqda onunla Xuraman digər masada, İlahə ilə Gülarə və oğlu digər masada əyləşmişlər. Ayrı-ayrı oturmaqlarının səbəbi İlahənin təklifi imiş ki, İlahə Gülarə ilə işi olduğunu onların digər masada oturmaqlarını istəməsi olmuşdur. Həmin kafedə təxminən 3 saata yaxın oturmuşlar. Bu müddət ərzində bir dəfə İlahə Xuramadan maşının açarlarını istəmiş, maşında bir nəfərlə görüşəcəyini deyib, açarları alıb maşına getmişdir. Bir az sonra İlahənin arxası ilə getmiş və İlahənin əvvəllər tanımadığı orta yaşlı kişi ilə birlikdə maşında oturduğunu görmüşdür. Kafeyə qayıtdıqdan sonra İlahə ilə Gülarə və oğlu getmişlər. İlahə demişdir ki, “M.X4rşısında görüşərik”. Xurmanla o, İlahənin dediyi kimi Moskva Univermağının qarşısında gözləmişlər, ancaq İlahəyə zəng çatmamış, təxminən 2 saat gözlədikdən sonra başqa nömrədən zəng edib Sumqayıta Xurmangilə getmələrini, ora gələciyini söyləmişlər. Xurmanla o, Sumqayıta getmişlər. İlahə də oraya gəlmiş, orada Xuraman 71 qram qızıl çıxarıb masaya qoymuşdur. Xuraman birinci dəfə Gülarədən aldığı qızıllardan qalan çeşidləri də gətirmiş, hamısını masanın üzərinə qoymuşlar ki, haqq hesab etsinlər. İlahə həmin zaman qonşuya gedib yenə qızıl götürəcəyini bildirib tərəzini də götürüb çıxmışdır. İlahə getdikdən təxminən 10 dəqiqə sonra polislər Xurmanın evinə gəlmiş, həmin vaxt o, masada olan qızılların hamısını götürüb cibinə qoymuş, polislər üzərlərinə baxış zamanı onun üzərində olan qızılları götürmüşlər. Polislər onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarında ona məlum olmuşdur ki, İlahə narkotik vasitə satarkən yaxalanmışdıır. Sonradan onları Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparmışlar, istintaq zamanı Xurmanla onun təqsiri olmadığı müəyyən edildiyindən onlar buraxılmış, ancaq İlahəni həbs etmişlər. BMCMİ-də tutulan vaxt onun üzərindən aşkar olunmuş qızılların hamısını qaytarmışlar. O, da qızılların hamısını götürdüyü pulun əvəzində Rafiqə vermiş, hesablamaya görə o, ümumilikdə Rafiqə təxminən 408 qram qızıl vermişdir. Göstərilənləri nəzərə alıb barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 elan edilmiş CMin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxın yaşadığı Şirvan rayonunda qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olmuşdur. 2015-ci ildə baş vermiş devalvasiyadan sonra qızıl-zinət əşyalarını sata bilmədiyi üçün müflis olmuş və bir qədər də ziyana işlədikdən sonra 2018-ci ilin iyul ayında işlətdiyi mağazanı bağlanmışdır. Təqsirləndirilən şəxs1 qiyabi olaraq Ayan adı ilə tanımışdır. Belə ki, İlahə onun həmyerlisi Maarifin həyat yoldaşı olmuş və o, İlahənin Rusiya Federasiyasında yaşadığını bilmişdir. Təxminən 2018-ci ilin iyun ayında İlahə onun mağazasına gələrək oğlu Fuada satmaq üçün dəyəri 1200 manat olan 1 ədəd qızıl zinətəşyası vermiş, oğlu Fuad İlahəyə 400 manatı versə də 800 manat borclu qalmışdır. Təxminən 2018-ci ilin iyul ayının əvvəlində İlahə onların evinə gələrək Fuadın 800 manat borclu olduğunu bildirmişdir. O İlahəyə maddi durumunun ağır olduğunu, mağazanın bağlandığını, evinin də bankda girovda olduğunu bildirmişdir. Bu zaman İlahə ona niyə bekar oturduğunu, niyə işləmədiyini bildirərkən o, İlahəyə əlində mayası olmadığını və bu səbəbdən qızıl alıb-sata bilmədiyini bildirmişdir. Həmin söhbət zamanı İlahə ona təklif etmişdir ki, Şirvan şəhərində işləyən qızıl alveri ilə məşğul olan şəxslərdən qızıl götürüb İlahəyə versin, İlahə də sataraq həm özünə, həmdə ki, ona xeyir versin və bununla da onun İlahəyə olan borcu bağlansın. Belə ki, İlahə onun Şirvan şəhərində qızıl alverçiləri içində hörmətə malik olduğunu və həmin şəxslərin ona nisyə qızıl verəcəklərini bilirdikdə İlahənin bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, Şirvan şəhərində yerləşən “Elit” TM-də qızıl alveri ilə məşğul olan Raziyə xanıma müraciət edərək ona nisyə qızıl verməsini xahiş etmişdir. Raziyə düşdüyü durumunu bildiyindən və bu səbəbdən ona etiraz etməmişdir. Təxminən 2018-ci ilin iyul ayının axırlarında Raziyədən ümumi dəyəri 7260 manat olan 10 çeşiddə ümumi çəkisi 110 qram, 9 miskal olan qızıl-zinət əşyasını nisyə götürərək yaşadığı evdə İlahəyə vermiş, İlahə 3-4 gün müddətində hissə-hissə həmin qızılın pulunu ona ödəmşdir. İlahə həmin pulu ona həm şəxsən, həmdə ki, bank vasitəsilə göndərmişdir. O, həmin alverdən qazanc kimi əldə etdiyi puldan 500 manat İlahəyə verərək borcundan çıxmasını bildirmiş, qalan pulu isə Raziyə xanıma vermişdir. Bundan sonra İlahə ilə telefon danışın zaman sonuncu ona yenidən Raziyədən nisyə qızıl götürməyini bildirmişdir. O, İlahənin xahişi ilə Raziyyə xanımdan ümumi dəyəri 18500 manat dəyərində ümumi çəkisi 221 qram müxtəlif çeşiddə qızıl-zinət əşyası götürmüş və xx.xx.2018-ci il tarixdə həmin qızıl-zinət əşyalarını yaşadığı evdə İlahəyə vermişdir. İlahə 1-2 günə pulu verəcəyini desə də gecikdirməyə başladığı üçün o, tez-tez İlahəni telefonla yığmağa və tələsdirməyə başlamışdır. İlahə həmin puldan ona 1000 manat pul göndərmiş və 2000 manat komplekt satılmadığı üçün ona qaytaracağını və ona 15500 pul verəcəyini bildirmişdir. Təxminən xx.xx.2018-ci il tarixdə İlahə onun evinə gəlmiş, lakin özü ilə pul gətirməmişdir. Evdə söhbət zamanı İlahə ona narahat olmamağını, ondan götürdüyü qızılları payladığını və 2-3 günə yığıb gətirəcəyini bildirmişdir. Bundan başqa İlahə ona 2 günə Rusiya Federasiyasından qızıl almaq üçün müştərisinin gələcəyini bildirib əlavə olaraq nisyə qızıl götürməyini və 2-ci dəfə götürdüyü qızılların pulunu verərkən həmin qızılları da götürəcəyini bildirmişdir. Hətta İlahə onu inandırmaq üçün onun yanında öz mobil nömrəsi ilə zəng vurub rus dilində “Lidiya” adlı xanımla danışmış. O, həmin “Lidiya” adlı şəxsin səsini eşitməsə də İlahənin danışığından belə başa düşmüşdür ki, Lidiya Bakıda H.Əliyev adına hava limanındakı oteldə qalırmış. X7 2-ci partiya qızılın pulunu almayacağı təqdirdə 3 partiyanı verməyəcəyəni demişdir. O, İlahəyə həmin rusu aeroportdan əri Əlizadənin götürməsini təklif etsə də, İlahə Lidiyanın Bakı şəhərindən qırağa çıxmadığını, ona narahat olmamağını, avtomobili olan xalası qızı ilə gəlib qızılı ondan götürüb Lidiyaya aparıb sataraq pulunu gətirəcəyini demişdir. Həmin vaxt İlahə 2 gün idi ki, onların evində qonaq olmuşdur. xx.xx.2018-ci il tarixdə İlahə onun evindən Bakı şəhərinə getmiş, İlahə gedərkən sabah gələcəyini və pulu gətirəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə saat təxminən 12- 13 radələrində İlahə 1 qadın və 1 kişi ilə onlara gəlmişdir. İlahə evə keçsə də həmin qadın və kişi avtomobildə gözləmişlər. İlahə həmin şəxsləri xalası qızı Xuraman və Xuramanın əri Namiq kimi təqdim etmişdir. İlahədən xalası qızını və ərini də evə çağırmağını bildirdikdə, İlahə onların utandığı üçün evə keçmədiklərini bildirmişdir. Həyat yoldaşı Əlizadə çölə çıxaraq Xuraman və Namiqi evə dəvət etmiş, onlar evin həyətinə daxil olduqda Xuraman ona demişdir ki, İlahənin xalası qızıdır, Namiqdə onun güya əridir. Hətta Xuramana demişdir ki, nə əcəb İlahə ilə bir-birinizə oxşamırsınız. Namiqlə Əlizadə həyətdə, qadınlar isə evdə nahar etmişlər. Nahar zamanı Xuraman ona demişdir ki, həmin qızılları aparıb rus qadın var adı Lidiyadır, aparıb qızılları ona verəcəyik. Nahardan sonra Əlizadə ilə Namiq də evə keçmiş və hamı qonaq otağında əyləşib söhbət edərkən İlahə yeni partiya qızılları ona verməyini, Namiqlə Xuramanın həmin qızılları aparıb oteldə qalan rusa satacaqlarını bildirərkən, ona etiraz etmiş və köhnə haqq-hesabı bağlamasını bildirərkən, İlahə çantasından pul çıxarıb 15500 manat pulu ona vermişdir. Sonra hesablaşmaq üçün evin 2-ci mərtəbəsinə çıxmışlar. İlahənin təklifi ilə razılaşmış və 31.660 manat olan 23 çeşiddə ümumi çəkisi 349.3 qram qızılı Xuramana vermişdir. Xuramanla Namiq həmin qızılları götürüb avtomaşına qoyub demişdirlər ki, həmin qızılları aparıb Lidiya adlı qadına satacaqlar pulunu isə sabah ona Şirvan şəhərinə gətirəcəklər. Axşam saatlarında İlahə telefonla danışıb ona demişdir ki, Xuramanla danışmış, Lidiya adlı rus qadın bu qızılların az olduğunu daha sanballı “Full” qızıllar lazım olduğunu demişdr. Öncə qızıl tapa bilməyəcəyini qeyd etmiş, lakin İlahə Xuramanla telefonla danışıb təkid edib ona demişdir ki, “sən qızıl tap qızılı verək dərhal pulu verəcəm”, “sən qızılları ver rusa sabah gəl qızıl götürüb Lidiyaya verək o seçim etsin”. Səhəri günü 17 sentyabr 2018-ci il tarixdə Namiqlə Xuraman onların evinə gəlmiş, onlar evə keçib çay içib söhbət edərkən, İlahə demişdir ki, Xuraman nə oldu rus qadın bu qədər qızıldan seçim edə bilmədi. Xuramanla Namiq ona demişdirlər ki, “əlavə qızıl lazımdır, sənin dünən verdiyin qızıllar bizdədir, əlavə qızıl götür seçim azdır”. Bundan sonra Raziyə ilə əlaqə saxlayaraq ondan əlavə olaraq nisyə mal istəmiş və ona narahat olmamağını bildirmişdir. Raziyə ona etiraz etməmiş və ona əlavə olaraq nisyə mal verəcəyini bildirmişdir. Bundan sonra İlahə ərinə baş çəkmək üçün evlərinə getməli olduğunu və tez bir zamanda qayıdacağını bildirib Xuramanla evdən çıxmışlar. Təxminən 2 saat sonra İlahə ona zəng vuraraq onlara gəldiyini və yolda olduğunu bildirmiş, İlahəgil gəldikdən sonra oğlu Turalla onların gəldiyi Xuramanın avtomobilinə əyləşib “Elit” TM-nə getmişlər və o, Raziyədən ümumi dəyəri 6540 manat olan 7 çeşiddə ümumi çəkisi 71,5 qram qızıl-zinət əşyalarını götürmüş və onlar Bakı şəhərinə yola düşmüşlər. Onlar yolda olarkən İlahə ona Lidiyanın Bakı şəhərində yerləşən “Bulaq” restoranına gələcəyini və onlarla orada görüşəcəyini bildirmişdir. Saat təxminən 17-18 radələrində onlar Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranına gəlmişlər. Onlar restorana keçdikdən sonra Xuramanla Namiq onlarla bir masa arxasında yox başqa masa arxasında əyləşmişlər. Səbəb kimi isə İlahə Namiqin başı ağrıdığını və bu səbəbdən ayrı oturmaq istədiyini göstərmişdir. İlahə, özü və oğlu Tural isə bir masada əyləşmişlər. Onlar masa arxasında əyləşərək İlahə ilə ümumi haqq-hesab etməyə başlamışlar və o, üzərində olan 71,5 qram qızılı İlahəyə vermiş, İlahə isə həmin qızılları aparıb digər masa arxasında əyləşən Xuramangilə vermişdir. Təxminən 2-3 saat restoranda Lidiyanı gözlədikdən sonra İlahə ona Lidiyanın gəlməyəcəyini, sabah Lidiya ilə görüşəcəklərini bildirmişdir. İlahə onun narahat olduğu görüb ona evdə gecələməyi dəvət etmişdir. Lakin, o, etiraz etmiş və qərara gəlmişlər ki, o, evə getsin və sabahsı günü Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-nin qarşısında görüşsünlər və İlahə ona Lidiyanın almayacağı malları və 3-cü partiya üçün götürüdüyü qızıla görə ilkin olaraq 5000 manat pul versin. Qalan pulları isə xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində onun evinə gələrək gətirsin. Bundan sonra onlar sağollaşmış, o oğlu Turalla evə getmişlər. O, İlahənin bu hərəkətindən şübhələndiyi üçün həmin günü gecə bir neçə dəfə yığsa da İlahə cavab verməmişdir. xx.xx.2018-ci il tarixdə o, Binə TM-nin qarşısına getsə də İlahə gəlib çıxmamış, dəfələrlə mesaj yazsa da, İlahə cavab verməmişdir. Sonradan İlah ona mesaj yazaraq İran İslam Respublikasında olduğunu bildirmiş və bir daha cavab yazmamışdır. xx.xx.2018-ci il tarixdə İlahənin onun zənglərinə cavab vermədiyini görüb əvvəllər İlahənin onun telefonu ilə yığmış olduğu nömrəyə zəng vurmuş, həmin şəxs özünü İlahənin xalası qızı Zivər kimi təqdim etmiş, Zivərlə danışıq zamanı ona məlum olmuşdur ki, İlahə polis tərəfindən tutulub, Xuraman isə İlahənin xalası qızı yox, sadəcə tanışı imiş. Bundan sonra o, İlahənin onu aldatdığını başa düşmüşdür. İlahə, Xuraman və Namiq qızıllarını “Lidiya” adlı rus qadına satacaqlarını vəd verib əvvəlcə 16 avqust 2018-ci il tarixdə günorta radələrində yaşadığı evdə cəmi 31.660 manat dəyərində 23 çeşiddə ümumi çəkisi 349.3 qram, 17 avqust 2018-ci il tarixdə günorta radələrində isə eyni vədlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Bulaq” adlı restoranda cəmi 6540 manat dəyərində olan 7 çeşiddə ümumi çəkisi 71,5 qram qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 ona 11500 manat, Təqsirləndirilən şəxs1 21000 manat, Təqsirləndirilən şəxs3 2000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncu ilə barışmış, hər hansı şikayəti yoxdur. Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanı tam ödəmədiyi və Təqsirləndirilən şəxs1 onda götürdüyü və verilmiş ittihamda göstərilməyən komplekt qızılı geri qaytarmadığı üçün onlardan şikayətçidir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxın yaşadığı Şirvan rayonunda qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olmuşdur. 2015-ci ildə baş vermiş devalvasiyadan sonra qızıl zinət əşyalarını sata bilmədiyi üçün müflis olmuş, bir qədər də ziyana işlədikdən sonra 2018-ci ilin iyul ayında işlətdiyi mağazanı bağlamışdır. Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ilin iyul ayından tanımışdır. Belə ki, İlahə onların həmyerlisi Maarifin həyat yoldaşı olmuş və o, İlahəgilin Rusiya Federasiyasında yaşadığını bilmişdir. Təxminən 2018-ci ilin iyun ayında İlahə onların mağazasına gələrək oğlu Fuada satmaq üçün dəyəri 1200 manat olan 1 ədəd qızıl zinət-əşyası vermiş, oğlu Fuad İlahəyə 400 manatı versə də 800 manat borclu qalmışdır. Təxminən 2018-ci ilin iyul ayının əvvəlində İlahə onların evinə gələrək Fuadın İlahəyə 800 manat borclu olduğunu bildirmişdir. Onlar İlahəyə maddi durumlarının ağır olduğunu, mağazanın bağlandığını, evlərinin də bankda girovda olduğunu bildirmişlər. Bu zaman İlahə onlara niyə bekar oturduqlarını, niyə işləmədiklərini bildirərkən İlahəyə əllərində mayalarının olmadığını və bu səbəbdən qızıl alıb-sata bilmədiklərini bildirmişlər. Həmin söhbət zamanı İlahə onlara təklif etmişdir ki, Şirvan şəhərində işləyən qızıl alveri ilə məşğul olan şəxslərdən qızıl götürüb ona versinlər və oda sataraq həm onlara, həm də ki, özünə xeyir götürsün və bununla da onların İlahəyə olan borcu bağlansın. Belə ki, İlahə onların Şirvan şəhərində qızıl alverçiləri içində hörmətə malik olduqlarını və onlara nisyə qızıl verəcəklərini bilirmişdir. Onlar İlahənin bu təklifi ilə razılaşmışlar. Bundan sonra Şirvan şəhərində yerləşən “Elit” TM-də qızıl alveri ilə məşğul olan Raziyə xanıma müraciət edərək onlara nisyə qızıl verməsini xahiş etmişlər. Təxminən 2018-ci ilin iyul ayının axırlarında yoldaşı Gülarə Raziyədən ümumi dəyəri 7.260 manat olan 10 çeşiddə ümumi çəkisi 110 qram, 9 miskal olan qızıl-zinət əşyasını nisyə götürərək yaşadığı evdə İlahəyə vermiş, İlahə 3-4 gün müddətində hissə-hissə həmin qızılın pulunu onlara ödəmişdir. İlahə həmin pulu onlara həm şəxsən, həm də ki, bank vasitəsilə göndərmişdir. O, həmin alverdən qazanc kimi əldə etdiyi puldan 500 manat İlahəyə verərək borcundan çıxmasını bildirmişdir. Qalan pulu isə Raziyə xanıma vermişdir. İlahə ilə telefon danışığında İlahə onlardan yenə də nisyə qızıl götürməklərini bildirmiş, onlar İlahəyə inanıb ümumi dəyəri 18.500 manat dəyərində ümumi çəkisi 221 qram müxtəlif çeşiddə qızıl-zinət əşyasını yaşadığı evdə İlahəyə vermiş, İlahə 1-2 günə pulu versə də gecikdirməyə başladığı üçün yoldaşı Gülarə tez-tez onu telefonla yığaraq tələsdirməyə başlamışdır. İlahə həmin puldan onlara 1000 manat göndərmiş və 2000 manat komplekt satılmadığı üçün onlara qaytaracağını və onlara 15.500 pul verəcəyini bildirmişdir. Təxminən xx.xx.2018-ci il tarixdə İlahə onların evinə gəlmiş, lakin özü ilə pul gətirməmişdir. Onların evində söhbət zamanı İlahə narahat olmamalarını, onlardan götürdüyü qızılları payladığını və 2-3 günə yığıb gətirəcəyini bildirmişdir. Bundan başqa İlahə 2 günə Rusiya Federasiyasından qızıl almaq üçün müştərisinin gələcəyini bildirib onlardan əlavə olaraq nisyə qızıl götürməklərini və 2-ci dəfə götürüdüyü qızılların pulunu verərkən həmin qızılları da götürəcəyini bildirmişdir. Hətta İlahə onları inandırmaq üçün onların yanında öz mobil nömrəsi ilə zəng vurub rus dilində “Lidiya” adlı xanımla danışırmışdır. O, həmin “Lidiya” adlı şəxsin səsini eşitməsə də İlahənin danışığından belə başa düşmüş ki, Lidiya Bakıda H.Əliyev adına hava limanındakı oteldə qalırmış. X8rın 2-ci partiya qızılın pulunu almayacağı təqdirdə 3 partiyanı verməyəcəklərini demişdir. Gülarə İlahəyə həmin rusu aeroportdan onun götürməyini təklif etsə də, İlahə Lidiyanın Bakı şəhərindən qırağa çıxmadığını, onlara narahat olmamalarını, avtomobili olan xalası qızı ilə gəlib qızılı onlardan götürüb Lidiyaya aparıb sataraq pulunu gətirəcəyini demişdir. Həmin vaxtı İlahə 2 gün imiş ki, onların evində qonaq olmuşdur. xx.xx.2018-ci il tarixdə İlahə onlardan Bakı şəhərinə getmişdir. İlahə gedərkən sabaha gələcəyini və pulu gətirəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə saat təxminən 12-13 radələrində İlahə “Chevrolet” markalı avtomobillə 1 qadın və 1 kişi ilə onlara gəlmişdir. İlahə evə keçsə də həmin qadın və kişi avtomobildə gözləmişlər. İlahə həmin şəxsləri xalası qızı Xuraman və Xuramanın həyat yoldaşı Namiq kimi təqdim etmişdir. O, İlahədən xalası qızını və ərini də evə çağırmağını bildirmiş. İlahə Namiq və Xuramanın utandığı üçün evə keçmədiklərini bildirmişdir. O, çölə çıxaraq İlahə və Namiqi evə dəvət etmiş. Namiq evin həyətinə daxil olduqda Xuraman ona demişdir ki, “mən İlahənin xalası qızıyam”, Namiq də onun güya əri imiş. Namiqlə o həyətdə, qadınlar isə evdə nahar etmişlər. Nahar zamanı Xuraman yoldaşı Gülarəyə demişdir ki, həmin qızılları aparıb rus qadın var imiş, adı Lidiya imiş, aparıb qızılları həmin şəxsə verəcəklərmiş. Nahardan sonra o, Namiqlə evə keçmiş və hamısı qonaq otağında əyləşmişlər. Orada hamının yanında söhbət zamanı İlahə yeni partiya qızılları verməyini, Namiqlə Xuraman həmin qızılları aparıb oteldə qalan rusa satacaqlarını bildirərkən, onlar İlahəyə etiraz etmişlər və köhnə haqq-hesabı bağlamasını bildirərkən, İlahə çantasından pul çıxarıb 15.500 manat pulu onlara vermiş, sonra onlar hesablaşmaq üçün evin 2-ci mərtəbəsinə çıxmışlar. Sonra İlahənin təklifi ilə razılaşmışlar və 31.660 manat olan 23 çeşiddə ümumi çəkisi 349.3 qram qızılı Xuramana vermişlər. Xuramanla Namiq həmin qızılları götürüb avtomaşına qoymuşlar, demişlər ki, həmin qızılları aparıb Lidya adlı qadına satacaqlarmış, pulunu isə sabah onlara Şirvan şəhərinə gətirəcəklərmiş. Axşam saatlarında İlahə telefonla danışıb onlara demiş ki, Xuramanla danışmış, Lidya adlı rus qadın bu qızılların az olduğunu, daha sanballı (Full) qızıllar lazım imiş. Onlar öncə qızıl tapa bilməyəcəklərini demiş, lakin İlahə Xuramanla telefonla danışıb təkid edib onlara demiş ki, “sən qızıl tap, qızılı verək, dərhal pulu verəcəm”. İlahə telefonla Xuramanla danışıb demiş ki, “Xuraman sən qızıllar ver rusa sabah gəl qızıl götürüb Lidyaya verək o seçim etsin”. Sabahısı günü 17 sentyabr 2018-ci il tarixdə Namiqlə Xuraman onların evinə gəlmişlər. Onlar evə keçmiş, çay içib söhbət edərkən, o, Xuramana demişdir ki, “Xuraman nə oldu? rus qadın bu qədər qızıldan seçim edə bilmədi?”. Xuramanla Namiq ona demişlər ki, “əlavə qızıl lazımdır. Sənin dünən verdiyin qızıllar bizdədir, əlavə qızıl götürək seçim azdır”. Bundan sonra o, Raziyə ilə əlaqə saxlayaraq Raziyədən əlavə olaraq nisyə mal istəmiş və narahat olmamağı bildirmişdir. Raziyə ona etiraz etməmiş, əlavə olaraq nisyə mal verəcəyini bildirmişdir. Bundan sonra Xuraman ərinə baş çəkmək üçün evlərinə getməli olduğunu və tez bir zamanda qayıdacağını bildirib, Xuramangillə evdən çıxmışlar. Təxminən 2 saat sonra İlahə yoldaşı Gülarəyə zəng vuraraq onlara gəldiyini və yolda olduğunu bildirmiş. İlahəgil gəldikdən sonra yoladaşı Gülarə oğlu Turalla onların gəldiyi Xuramanın avtomobilinə əyləşib “Elit” TM-nə getmiş və Gülarə Raziyədən ümumi dəyəri 6.540 manat olan 7 çeşiddə ümumi çəkisi 71,5 qram qızıl-zinət əşyalarını götürürək Bakı şəhərinə yola düşmüşlər. Onlar yolda olarkən X13 Bakı şəhərində yerləşən “Bulaq” restoranına gələcəyini və onlarla orada görüşəcəyini bildirmişdir. Saat təxminən 17-18 radələrində onlar Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranına gəlmişlər. Lidya adlı qadın həmin restorana gəlmədiyi üçün Gülarə geri qayıtmışlar. Daha sonra onlara məlum olmuşdur ki, İlahə narkotik satışı ilə tutulmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 26371 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli olan CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışığın tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs2 məxsusdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət prosesində iştirakında şübhəli statusuna xitam verilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-122/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət prosesində CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur. xx.xx.2021-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-161/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən Təqsirləndirilən şəxs1 CM-in 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdıramaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qəbil qızı əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmşdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 229/2019 nömrəli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 04 il, 04 ay, 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü uşağı X11 14 yaşına çatanadək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 13 iyul 2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 13 iyul 2022-ci il tarixdə tutularaq 15 iyul 2022-ci il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və həbsdən azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs dəymiş 38200 (otuz səkkiz min iki yüz) manat ziyanın 21000 (iyirmi bir min) manatı Təqsirləndirilən şəxs1, 11500 (on bir min beş yüz) manatı təqsirləndirilən şəxs X2 və 5700 (beş min yeddi yüz) manatı Təqsirləndirilən şəxs3 aid edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ona 11500 manat, Təqsirləndirilən şəxs1 21000 manat və Təqsirləndirilən şəxs3 2000 manat pul ödəmələrini, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün sonuncu ilə barışdığını, hər hansı şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanı tam ödəmədikləri üçün onlarla barışmadığını və şikayətçi olmasını bildirmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ona aid hissəsinin iyirmi beş faizi olan 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsi hesabına keçirilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bildiyini və zərərçəkmiş şəxsə onun tərəfindən vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad olunması ilə bağlı qarar qəbul edilməsini xahiş etmişdir. AZE 10799781 və AZE 10799782 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. AZE 11637188 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nigar İsmayılova adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməyərək verdiyi ifadələrinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən elan edilmiş ittihamlar üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-61/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və həbsdən azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuş, xx.xx.2022-ci il tarixdə isə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 13 iyul 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 3 (üç) ay 18 (on səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 1(101)-229/2019 nömrəli hökmü əsasında CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 79-cu maddəsi tətbiq edilməklə təxirə salındığından CM-in 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu qaydasında ona cəza təyin edilməsinə zərurət yoxdur və həmin cəza müstəqil icra edilməlidir. Qeyd edildiyi kimi ona birinci iş üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmışdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 2 saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 14 dekabr 2019cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 14 dekabr 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 83.33 (səksən üç manat otuz üç qəpik) manatı Təqsirləndirilən şəxs1 və 83.33 (səksən üç manat otuz üç qəpik) manatı isə Təqsirləndirilən şəxs3 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 95 (doxsan beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə ümumilikdə 95 (doxsan beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 95 (doxsan beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək və 12 avqust 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 18 (on səkkiz gün) müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 14 dekabr 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan ünvan 2 saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 83.33 (səksən üç manat otuz üç qəpik) manatı Təqsirləndirilən şəxs1 və 83.33 (səksən üç manat otuz üç qəpik) manatı isə Təqsirləndirilən şəxs3 tutularaq, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar