Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-61/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin Oba filialında əmlak mütəxəssisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2çülük yaşayış massivi, 70-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 may 2023- cü il tarixdə Binəqədi rayonu, Binəqədi şosesində **-EG-*** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinədən keçirdikdən sonra psixotrop maddə saxlamasında şübhə yaranması səbəbindən o, ünvan 3 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, orada saat 18:40-da üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,165 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Azərbaycan Respublikası o öz avtomobili ilə Vülkan restoranından çıxıb hərəktimi davam etdirərkən qarşısında, yəni yolun hərəkət hissəsinin əks istiqamətində 747 nömrəli YPX-nin avtomobilinin dayandığını və ona baxdığını görmüşdür. Az hərəkət etmişdir ki, güzgüdən YPX-nin sayrışan işiqlarını qoşub arxasınca gəlməyə başladığını görmüş, avtomobili yaxınlıqda Neptun marketin həyətinə park edib saxlamışdır. YPX-nin əməkdaşının ona yaxınlaşmadığını görüb avtomobildən düşüb YPX-nin avtomobilinə tərəf getmiş, əməkdaş ondan içkili olub-olmadığımı soruşmuş, o da öz növbəsində içkili olmadığımı bildirmişdir.Bu zaman YPX-nin əməkdaşı üzərində olan alkostester vasitəsi ilə alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə alkotester müayinəsi keçirmişdir. İlk və ikinci cəhdə cavab çıxmadığından, cihazın üzərindəki, düymələri yoxlayıb təkrar test etmiş, üçüncü cəhdə alkostesterin nəticəsi 0,3 və daha artıq promille spirt aşkarlandığına görə içkili olduğu bildirilmişdir. O buna etiraz edərək içkili olmadığını bildirdikdə polis əməkdaşı ona narahat olmamasını, yoluna qoyacağını bildirmişdir. Yol-patrul xidmətinin əməkdaşı öz avtomobilində videoregistrator olduğundan onun avtomobilinə əyləşmişdir. Neptun marketinin həyətindən çıxanda aralarında 100 manat söhbəti olmuş, üzərində də istənilən məbləğdə pul olmadığından mobil telefonu götürüb iş yoldaşlarına borc pulnan bağlı yazmaq istəyərkən sms bildiriş vasitəsi ilə 400 manat məbləğində cərimə olunduğunu görmüşdür.Neptun market ilə BDYPİ-nin ara məsafəsi 150-200 metr olar.Polis əməkdaşı avtomobilində çoxfunksiyalı qol dayanağı qutusuna qoymuş olduğu siqareti götürmüş, o isə səməkdaşın siqaretdən çəkmək istədiyini fikirləşmişdir. Bu zaman o özü də siqaretindən çəkmək istəyərkən polis əməkdaşı siqareti ona qaytarmamışdır. BDYPİ-nin duracağına daxil olduqdan sonra bir müddət əvvəl ondan istənilən 100 manat məbləğ 500 manat olmuş və yalnız 500 manat məbləğində pulu ona çatdırdıqdan sonra məsələnin yoluna qoyacağını bildirərək çıxıb getmişdir.Təxminən saat 12:00-dan 15:00-a kimi orada qalmışdır. Daha Zaur və onun yanında daha başqa bir nəfər gələrək onu Sumqayıt şəhər narkoloji dispanserə aparmışlar.Oradan da təkrar BDYPİ-nin siqnal duracağının həyətinə gətirilmişdir. Daha sonra 6-cı Polis Bölməsinin əməkddaşları gəlmişlər,siqarəti ona verərək öz avtomobilində sağdan-soldan bir neçə foto şəkillərini çəkmişlər, daha sonra onu 6-cı Polis Bölməsinin əməkdaşları 6-cı Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol patrul xidmətinin avtomobili Vulkan restoranından çıxanda üzbəüz dayanmış, onun avtomobilini yol patrul xidmətinin əməkdaşı idarə etmiş, ilk öncə ondan 100 manat pul istəmişlər, BDYP-nin siqnal duracağının həyətində isə həmin məbləğ 500 manat olmuşdur, o BDYP-nin siqnal duracağının həyətinə çatan zaman artıq 400 manat cərimə edilməsi barədə telefonuna mesaj gəldiyindən yol polisi əməkdaşından 400 manat cərimə edildiyi halda niyə ondan əlavə olaraq 500 manat pul istədiklərini soruşduqda üzərində narkotik vasitənin olması bildirilmişdir, polis bölməsində çəkiliş saxlanıldığı günün sabahsı olmuş, həmin çəkilişdə yol polisi xidmətinin əməkdaşları da iştirak etmişdir, narkoloji dispanserə Zaur və tanımadığı digər şəxs ilə birlikdə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vulkan restoran və otel kimi fəaliyyət göstərir, o Vulkan restoranına hadisədən bir gün əvvəl təxminən 7 ay olar ki, tanıdığı bir xanımla getmiş, restorandan birinci xanım çıxmış, daha sonra isə o çıxmışdır, əvvəllər yol patrul xidmətinin əməkdaşları ilə heç bir ədavəti olmamışdır, onunla bir gün həmin oteldə qalan xanımın yol patrul xidmətinin əməkdaşları ilə əvvəlcədən tanışlığının olub-olmaması barədə məlumatı yoxdur, yol patrul xidmətinin əməkdaşları ondan ilk öncə 100 manat məbləğində pul istəyən zaman 400 manat məbləğində cərimə olunması barədə sms gəlməmiş, polis əməkdaşları ondan 500 manat məbləğində pul istədiyi vaxt mobil telefonu üzərində olmadığından heç kimə zəng edə bilməmişdir, ona dövlət hesabına təyin edilmiş müdafiəçini həmin gün gecə görmüşdür, üzərinə şəxsi axtarış və baxış keçirildikdən sonra polis bölməsində qalmış, səhərsi gün müvəqqəti saxlama yerinə aparılmışdır. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində olan zaman mobil telefonu təhqiqatçının masasında, monitorun yanında olmuş, təhqiqatçı mobil telefonu bir cibinə, siqaret qutusunu isə digər cibinə qoymalı olduğunu, çəkiliş zamanı isə həmin narkotik vasitəni guya 20 gün əvvəl 20 yanvar deyilən ərazidən tanımadığı şəxsdən almasına dair ifadə verməsini bildirmiş, təhqiqatçıya narkotik vasitədən istifadə etmədiyini bildirdikdə isə, təhqiqatçı cavabında valideynlərinin də Polis Bölməsində olduğunu, cinayət işinin bağlaması üçün bu tərzdə ifadə verməsinin labüd olduğunu bildirmişdir, polis bölməsindən çıxan zaman həm valideyninin həm də polis əməkdaşlarının iştirakı ilə təkrar müqayinədən keçmişdir, polis bölməsində olan zaman onunla saxlanılan digər şəxslər vasitəsi ilə tanışı olan xanıma saxlanılması barədə məlumat vermiş, bundan sonra həmin xanım da polis bölməsinə gəlmişdir, xanımdan sonra polis bölməsinə qaynatası gəlmişdir, o mobil telefonu vasitəsi ilə qaynatasına mesaj yazmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şəxsəddin oğlu sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mobil telefonu maşında qalmış, Rüstəm adlı əməkdaş götürmüşdür. Hoteldə birlikdə qaldığı xanım onun həyatında əvvəllər olan insanın yol-patrul xidmətinin əməkdaşı olduğunu bildirmişdir. Məhkəmənin 13 oktyabr 2023-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patru Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru vəzifəsində işləyir. 19 may 2023-cü il tarixdə xidmət yoldaşı Şahid2 ilə birlikdə xidməti avtomobildə xidmətdə olmuşlar. Binəqədi rayonu, Binəqədi şossesində xidmətdə olarkən hərəkət edən “Opel Astra” markalı, 50-EG- 845 qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərini taxmadığı üçün tərəfindən saxlanılıbdır. Saxladığı zaman nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri kimi sürücünün gözlərinin və üzünün qızarması, o cümlədən onun etdiyi əl-qol hərəkətləri sərxoş ola biləcəyini ehtimalını müşahidə etmişdir. Elə bu səbəbdən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə alkotester müayinəsi keçirildi. Alkostesterin nəticəsi 0,3 və daha artıq promille spirt aşkarlandığına görə həmin şəxs sərxoş hesab olunur və sürücü müayinə üçün Sumqayıt şəhər narkoloji dispanserə aparıldı, müayinəsi zamanı rəsmi olaraq akt tərtib olundu və həmin akt əsasında da protokol tərtdib edildi. Sonuncuya yolda qayıdarkən narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğu bildirdikdə, səmimi olaraq cibində və ya idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu etiraf etdi. Bu barədə o növbətçi hissəyə bildirdilər. Növbətçi hissə də aidiyyəti üzrə 6-cı Polis Bölməsinə bildirdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs BDYPİ-nin siqnal duracağının həyətinə gətirdilər. Daha sonra həmin şəxsi 6-cı Polis Bölməsinin əməkdaşları 6-cı Polis Bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs raportla 6-cı X2 Hissəsinə təhvil verdilər. Bölmədə xidmətdə olan əməliyyat qrupunun üzvü polis bölməsinin təhqiqatçısı tərəfindən şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edildi. Daha sonra isə həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında onun ilə bərabər xidmət yoldaşı Şahid2 da iştirak edib. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Həmin təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən narkotik vasitəni çıxardıb masanın üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulduqda o, üzərində heç bir başqa əşya olmadığını bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməyib. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürləndi, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandı, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunaraq ucadan oxundu, protokolun düzgünlüyü eyni ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Məhkəmə iclasında Şahid1 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs günorta saatlarına yaxın saxlamışlar və alkotestr müayinəsindən keçirtmişlər. Avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin siqnal duracağının həyətində təhlükəsiz yerə park etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən mərkəzə narkotik vasitədən istifadə edib-etmədiyini yoxlamaq üçün aparmışlar, Sumqayıta gedib gəlmək təxminən 1 saat 20 dəqiqə vaxt almışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən qayıdan zaman yolda özü idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitənin olduğunu etiraf etmişdir. Məhkəmə iclasında Şahid1 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücünü Bakı şəhəri, Binəqədi rayonunun ərazisində nəqliyyat vasitəsini alkoqollu içkidən istifadə edərək idarə etdiyindən şübhələndikləri üçün saxlamışlar, Bakı şəhərinin ərazisində narkoloji dispanser Xəzər rayonu, Maştağa qəsəbəsində yerləşdiyi üçün onu Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə aparmışlar, Sumqayıt şəhərində yerləşən narkoloji dispanserdə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi təsdiqini tapdıqdan sonra onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, 19 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol saat 11.26-da tərtib edilmişdir, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs tərəfindən saat 16.30 radələrində saxlanılması ilə inzibati xəta haqqında protokolda göstərilən saat arasında olan ziddiyyətlə bağlı heç nə deyə bilmir. Məhkəmənin iclasında Şahid1 sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, texniki qurğularda olan nasazlıqla əlaqədar olaraq müayını aktının saatı yəni 13.10 ilə inzibati xəta haqqında protokolun saatı yəni 11.26 arasında ziddiyyətlər ola bilər, raport rəsmi sənəd hesab olunduğundan onun mətnində olan düzəlişlər növbətçinin imzası ilə təsdiq edilir, raportun saat hissəsində olan düzəlişlə bağlı heç bir şey deyə bilmir, saxlanılan şəxs Sumqayıt Narkoloji mərkəzdən qayıdarkən yolda aralarında olan səmimi söhbət zamanı nəqliyyat vasitəsində narkotik vasitə olmasını etiraf etmişdir. Məhkəmənin 13 oktyabr 2023-cü il tarixli iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 19 may 2023-cü il tarixdə xidmət yoldaşı Şahid1 ilə birlikdə xidməti avtomobildə xidmətdə olmuşlar. Binəqədi rayonu, Binəqədi şosesində xidmətdə olarkən hərəkət edən Opel Astra markalı, 50-EG- 845 qeydiyyat nişanlı avtomobilin sürücüsü Vulkan restorandan çıxıb Neptun marketə daxil oldu. Uzqdan seyr edən zaman nədənsə özünü qeyri-adekvat apardığını müşahidə etdilər. O, başqa nəqliyyat vasitəsini saxlamışdı, Təqsirləndirilən şəxs Rüstəm gedib yaxınlaşdı. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili cərimə meydançasının həyətinə gətirdilər. Özü pisoxtrop maddə istifadə etdiyini bildirdi. Sərxoşluğun spirtli içkidən və ya pisoxtrop maddənin nəticəsində yarandığını onlar müəyyən edə bilmirlər. Elə bu səbəbdən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə sürücünü müayinə üçün Sumqayıt şəhər narkoloji dispanserə aparmış, müayinəsi zamanı rəsmi olaraq akt tərtib olunmuş və həmin akt əsasında da protokol tərtdib edilmişdir. Daha sonra həmin şəxsi 6-cı Polis Bölməsinin əməkdaşları 6-cı Polis Bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs raportla 6-cı X2 Hissəsinə təhvil verdilər. Məhkəmə iclasında Şahid2 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən saat 14.00-15.00 radələrində saxlamışlar, şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilən zaman o da Polis Bölməsində olmuşdur. Məhkəmə iclasında Şahid2 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi ilə bağlı digər inspektor tərəfindən akt tərtib edilmişdir, Şahid1 nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi ilə bağlı aktın tərtib edilməməsinə dair verdiyi ifadəsi ilə bağlı heç bir fikri yoxdur, Təqsirləndirilən şəxs həmin gün yolayrıcını keçmə qaydalarını pozduğuna görə saxlanılmışdır, bu zaman idarə etdikləri xidməti nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin önündə dayanmış, həmin vaxt üzərlərində olan kameranın işlək vəziyyətdə olub-olmamısını xatırlaya bilmir, tərtib edilmiş inzibati xəta haqqında protokola dair məlumatlar real vaxt rejimində Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin proqram təminatı əsasında birbaşa həmin Mərkəzi İnformasiya sisteminə ötürülür, bu səbəbdən tərtib edilmiş inzibati xəta haqqında protokolun vaxtı ilə bağlı hər hansı bir səhv ola bilməz, ərazi baxımından Sumqayıt Narkoloji dispanser yaxın olduğundan Təqsirləndirilən şəxs məhz Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə aparmışlar, Şahid1 sürücünü təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbi ilə saxlamasına dair verdiyi cavaba münasibətdə deyə bilər ki, o sürücünün yolayrıcı keçmə qaydalarını pozub-pozmadığına baxır, xidmət yoldaşı isə süücüyə yaxınlaşdıqda ola bilsin ki, həmin sürücünün yolayrıcını keçmə qaydalarını pozmaqla yanaşı, eyni zamanda təhlükəsizlik kəmərində istifadə etmədiyini də müəyyən etmişdir, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə BDYPİ-nin siqnal duracağının həyətində əməliyyat qrupunun iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirtmişlər, daha sonra sürücünü və nəqliyyat vasitəsinin Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Məhkəmə iclasında Şahid2 sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, raportda saat hissəsində olan düzəlişlə bağlı heç bir fikri yoxdur, raportda olan xətt ona məxsusdur, sürücü saxnanıldıqdan təxminən iki saat sonra Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə aparılmışdır, sürücü özü könülü idarə etdiyi avtomobildə narkotik vasitə olmasını etiraf etmişdir, bundan sonra onların İnzibati Xətalar Məcəlləsinə əsasn şəxsə məxsus nəqliyyat vasitəsində hal şahidlərinin iştirakları ilə axtarış aparmaq səlahiyətləri olsa da, şəxsi aidiyyəti üzrə Polis Bölməsinə təhvil vermişlər. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Şahid2 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlanıldığını günün axşamı təhvil vermişlər, evə çatmamışdılar ki, çəkilişdə iştirak etmələri barədə onlara zəng gəlmişdir. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Şahid2 sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu təkrar olaraq çağırmışlar, təkrar çəkilişdə o, Rüstəm və təhqiqatçı iştirak etmişlər, həmin gündən başqa çəkiliş olmamışdır, Təqsirləndirilən şəxs qaynatasından öncə polis bölməsinə tanışı xanım gəlmişdir. Cinayət işi üzrə yaranmış zərurətlə bağlı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə nə vaxt daxil olması və oradan nə vaxt çıxmasına dair məlumatların, eyni zamanda Sumqayıt şəhər rayonlararası Narkoloji Dispanserdə müayinədən keçirilməsi ilə bağlı məlumatların əldə edilməsinə dair sorğular verilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patru Xidməti Alayının Xüsusi tağımı yol patrul xidmətinin əməkdaşları tərəfindən 19 may 2023-cü il tarixdə yazılmış raportun əslinin məhkəməyə təqdim edilməsinə dair AR DİN BDYPİ-nə sorğu verilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən məhkəməyə göndərilmiş cavab məktubunda Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidmətinin əmıkdaşı tərəfindən müayinə üçün dispanserə gətirildiyi, müayinədən keçirildiyi, müayinənin nəticəsinə dair 3268 saylı aktın tərtib edildiyi, həmin aktın nəticəsinə əsasən Təqsirləndirilən şəxs amfetamin+ olduğu göstərilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidmətinin baş inspektoru, polis kapitanı Şahid1 tərəfindən DİN Baş DYP idarəsinin rəis müavini Yol-patrul Xidməti Alayının komandiri, polis polkovniki Fuad Mayılova ünvanlanmış raportda Təqsirləndirilən şəxs hərəkətləri və zahiri görkəmində sərxoşluq əlamətləri olduğundan alkotestr vasitəsi ilə yoxlanıldığı, qanda alkoqolun konsentrasiyasının 0,39 promil olması müəyyən edildiyindən idarəetmədən kənarlaşdırılması, nəqliyyat vasitəsinə baxış zamanı salonda surətlər qutusunun yanında olan və sürücüyə aid olan siqaret qutusunun içində bir büküm narkotik vasitə aşkar edildiyindən hal üzrə BDYPİ-nin növbətçi hissəsinə məlumat verildiyi, sürücünün Sumqayıt şəhər Narkoloji Dispanserdə tibbi müayinədən keçirildiyi, müayinənin nəticələrinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Binəqədi RPİ-nin 6cı Polis Bölməsinə təhvil verildiyi göstərilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən məhkəməyə təqdim edilmiş məlumat natamam olduğundan təkrar olaraq 14 noyabr 2023-cü il tarixdə sorğu göndərilmiş və məlumatların tam şəkildə məhkəməyə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən 15 dekabr 2023-cü il tarixli sorğuya əsasən Şəhər, rayon, xətt polis orqanarına gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarış və Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən qeydiyyat kitabından çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarış məhkəmənin 20 dekabr 2023-cü il tarixli iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 17.00 da polis bölməsinə gətirilmiş və 19 may saat 20.00 radələrində azad olunmuşdur. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən məhkəməyə təqdim edilmiş məlumarlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 19 may 2023cü il tarixdə saat 13.10 da müayinədən keçirilmişdir. Cinayət işi üzrə yaranmış zərurətlə bağlı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-nə nə vaxt daxil olması barədə sorğu verilmişdir. Binəqədi RPİ tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 21.00 radələrində MSY-nə təhvil verilmiş və 21 may 2023-cü tarixdə isə azad edilmişdir. Təqsirləndirilən şəxs anten məlumatlarına dair məlumatlar məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonuna 19 may saat 14.38 və 14.40 radələrində ASANPAY və SMSRADAR xidmətindən smslər gəlmiş, onun mobil telefonu 20 may 2023-cü il tarixdə saat 09.00 və 09.53 radələrində aktiv olmuş və anten dairəsi Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasının yerləşdiyi ünvan 5 ünvanında olmuşdur. Məhkəmə, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar və məhkəməyədək icraat zamanı əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş sübutları qarşılıqlı şəkildə tədqiq etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 19 may 2023-cü il tarixli, Şahid2 və Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi RPİnin 6-cı PB-nə ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobil təhlükəsizlik kəmərinə görə saxlanılmış, sürücü müayinə üçün Sumqayıt narkoloji dispanserə aparılmış, müayinənin nəticələrinə dair rəsmi akt tərtib edilmiş, müayinə nəticəsində şəxsin narkotik vasitə metamfetamin qəbul etməsi aşkar edilmişdir. Saat təxminən 16.30 radələrində sürücü BDYPİ-nin siqnal duracağına gətirilmiş, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin dirsık saxlanc yerindən 1 ədəd kent marklalı siqaret qutusunu götürüb qutunun içərisində olan 1 ədəd bükümü göstərib, həmin bükümün narkotik vasitə metamfetamin olmasını bildirərək təkrar qutuya qoyaraq, cibinə qoymuşdur. 19 may 2023-cü il tarixli 3268 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 13.15-də tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində şəxsin amfetamin növündə narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. 19 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İnzibati xəta haqqında protokolda dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə yoxlanılması, nəticədə onun alkoqoldan istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində olması müəyyən edildiyi, daha sonra şəxsin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr olduğundan tibbi müayinədən keçirilməsi, müayinə nəticəsində şəxsin avtomobili narkotik vasitədən istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında məhkəməyə təqdim edilmiş Şahid1 tərəfindən 19 may 2023-cü il tarixli DİN BDYP-nin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri, polis polkovniki Fuad Mayılova ünvanlanmış raportda isə “Opel” markalı **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobolini idarə edən xx.xx.1989-cu il təvəllüdlü sürücü Təqsirləndirilən şəxs hərəkətləri və zahiri görkəmində sərxoşluq əlamətləri müəyyən edildiyindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xidməti istifadəyə verilmiş alkotester cihazı vasitəsi ilə yoxlanıldığı, qanda alkoqolun konsentrasiyasının 0,39 promil olması müəyyən edildiyindən onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 85-ci maddəsinə əsasən idarəetmədən kənarlaşdırılması, nəqliyyat vasitəsinə baxış zamanı salonda surətlər qutusunun yanında olan və sürücüyə aid siqaret qutusunun içində 1 büküm narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan hal üzrə BDYP-nin Növbətçi Hissəsinə məlumat verildiyi, sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 85.8-ci maddəsinə əsasən Sumqayıt şəhər Narkoloji Dispanserə aparılaraq tibbi müayinədən keçirilməsi, nəticədə şəxsdən götürülmüş bioloji nümunədə narkotik vasitə amfetaminin qəbul edilməsi faktının aşkar edilməsi, barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilərək ərazi üzrə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilməsi göstərilmişdir. 19 may 2023-cü il tarixli, Şahid2 və Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nə ünvanlanmış raportun mətnində saat hissəsinə düzəliş olunduğu aşkar şəkildə müşahidə edilmişdir, bununla bağlı Şahid2 və Şahid1 soruşulduqda, əməkdaşlar cavabında düzəlişlə bağlı heç bir şey deyə bilməyəcəklərini bildirmişlər. Göründüyü kimi, eyni tarixdə eyni əməkdaşlar tərəfindən yazılmış iki raportda iki fərqli nüanslar göstərilmiş, raportun birində Təqsirləndirilən şəxs BDYP-nin siqnal duracağında ona məxsus nəqliyyat vasitəsinin dirsək saxlanc yerində olan siqaret qutusunu çıxarıb həmin qutunun içində narkotik vasitə olmasını etiraf etməsi göstərilsə də, digər raportda həmin narkotik vasitənin nəqliyyat vasitəsinə baxış zamanı müəyyən edilməsi göstərilmişdir. Məhkəməyədək icraat zamanı verilmiş ifadəsində isə Təqsirləndirilən şəxs Sumqayıt narkoloji mərkəzdə müayinədən keçən zaman özündə də narkotik vasitə olduğuna dair ifadə vermişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs Sumqayıt Narkoloji Mərkəzdən qayıdan zaman yolda onunla apardığı səmimi söhbət zamanı idarə etdiyi avtomobildə də narkotik vasitənin olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında yenidən ifadələri arasında olan ziddiyyətlərlə bağlı dindirilən zaman Təqsirləndirilən şəxs onunla birlikdə Sumqayıt Narkoloji Mərkəzə gedən zaman yolda idarə etdiyi nəqliyyat vasitəsinin qolaltında siqaret qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.10-cu bəndinə əsasən YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. Həmin təlimatın 5.11-ci bəndinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.8-ci maddəsinə əsasən götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 18.30-da şübhəli şəxs qismində tutulmuş, tutulma müddətinin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni saat 16.30 dəqiqədən hesablanmışdır. 19 may 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” aparılması haqqında protokolun surətindən görünür ki, həmin gün saat 18.40-dan saat 18.48-ə qədər Təqsirləndirilən şəxs üzərinə yol-patrul xidməti əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində şəxsi axtarış və götürmə aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibində olan Kent markalı siqaret qutusunun içərisində olan ağ rəngli kağıza bükülmüş bükümü vəbir ədəd qara rəngli Samsung markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən saat təxminən 11.20-də saxlanılsa da, o şübhəli şəxs kimi saxlanıldıqdan təxminən yeddi saat sonra, 19 may saat 18.30-da şübhəli şəxs qismində tutulmuş, saat 18.40-da isə onun üzərinə şəxsi-axtarış götürmə keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Layicov Azərbaycana qarşı 10 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb- almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” iş i, 47- c i bə nd və “Bık ov Rusiyaya qarşı ” ( Byk ov v . Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)).Sübutun keyfiyyətinin, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırılmalıdır (bax: yuxarıd a qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi həmin qərarda təqsirləndirilən şəxsin həbsi ilə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğunun sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxardığını, belə ki, bu vaxt ərzində ərizəçinin tamamilə polisin nəzarəti altında olmasını, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmadığını bildirmişdir. Hazırki cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs saat 11:20-də saxlanılmış, saat 13:15-də Sumqayıt narkoloji Mərkəzdə müayinədən keçirilmiş, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində isə saat 18:30-da şübhəli şəxs kimi tutulmuş, onun üzərinə şəxsi axtarış və götürmə isə saat 18:40-da aparılmışdır. Belə ki, məhkəmə iclasında cinayət işinin materialları tədqiq edilərkən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını onun faktiki olaraq tutulduğu vaxtdan birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir sənədə rast gəlinməmişdir. Əksinə həm İnzibati Xətalar Məcəlləsində, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”da şəxsdə alkoqol və ya narkotik sərxoşluğu aşkar olunduqda YPX inspektoru tərəfindən alkotester və narkotestr vasitəsi ilə müayinənin aparılması qaydası,nəqliyyat vasitəsinə baxış keçirilməsi qaydası, nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş əşyaların götürülməsinə dair qaydaların əks edilməsinə baxmayaraq yol-patrul xidməti əməkdaşları buna səlahiyyətləri olduğu halda şəxsin nəqliyyat vasitəsinə baxış keçirtməmiş, nəqliyyat vasitəsində olması güman edilən əşyaları götürməmiş, əksinə bu barədə ərazi üzrə polis bölməsinin rəisinə raportla müraciə etmişlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman polis əməkdaşlarının onun valideynlərinin gəldiyini, tezliklə buraxılacağını, buraxılması üçün onun iştirakı ilə çəkiliş aparılmasının vacib olduğunu, çəkiliş zamanı üzərindən çıxan həmin narkotik vasitəni polis əməkdaşlarının ona verdiyini, bundan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirildiyini, o da çəkilişdə həmin narkotik vasitəni cibindən çıxartdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni saat 11:20-dən təxminən yeddi saat sonra aparılmışdır ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən ifadəsi və həmin vaxt ərzində təqsirləndirilən şəxsin polisin nəzarəti altında olması nəzərə alınmaqla, bu da cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsinə dair sübutun mötəbərliyini şübhə altına qoyur. Göstərilənlərə əsasən, məhkəmə 19 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı protokol və videogörüntünü cinayət işi üzrə mötəbər sübut növü kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması göstərilmişdir. Şəxsin istifadəsində olan mobil telefonun anten dairəsinə dair məlumatlar tədqiq edilən zaman Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən saat 23.52-dən 19 may 2023-cü il saat 12.39-dək Bakı şəhəri, Binəqədi qəsəbəsi, X3 1N ərazisində olması müəyyən edilmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs narkotik vasitəni 19 may 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən alması istisna olunur. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə və Binəqədi RPİ-nin MSY-nə nə vaxt daxil olması və nə vaxt çıxması barədə məlumatlar tədqiq edilən zaman həmin məlumatlar arasında da ziddiyyətlər olduğu müəyyən edilmişdir. Belə ki, Binəqədi RPİ-nin 6-cı Pols Bölməsi tərəfindən verilmiş məlumatda Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 17.00 da polis bölməsinə gətirilmiş və 19 may saat 20.00 radələrində azad olunması göstərilmişdir. Binəqədi RPİ-nin MSY tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlarda Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə MSY-nə daxil olması və 21 may 2023-cü il tarixdə oradan çıxması göstərilmişdir. Təqsirləndirilən şəxs anten məlumatlarına dair məlumatlar məhkəmə iclasında tədqiq edilən zaman isə Təqsirləndirilən şəxs mobil telefonuna 19 may saat 14.38 və 14.40 radələrində ASANPAY və SMS RADAR xidmətindən smslər gəldiyi, onun mobil telefonunun 20 may 2023-cü il tarixdə saat 09.00 və 09.53 radələrində aktiv olması və anten dairəsinin Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasının yerləşdiyi ünvan 5 ünvanı olduğu müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında soruşulan zaman o 19 maydan 20 maya keçən gecə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində olduğunu bildirmişdir. Məhkəmə cinayət işi üzrə şahidlər Şahid2 və Şahid1 ifadələrinə münasibətdə qeyd edir ki, cinayət işi üzrə şahidlərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında xeyli ziddiyyətlər olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 Təqsirləndirilən şəxs yolayrıcını keçmə qaydalarını pozduğuna görə saxladıqlarını bildirsə də, digər Şahid1 Təqsirləndirilən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxladıqlarını bildirmişlər. Şahidlərin məhkəmə iclasında verdikləri ifadəsinin əksinə olaraq isə 19 may 2023-cü il tarixli DİN BDYP-nin rəis müavini, Yol-Patrul Xidməti Alayının komandiri, polis polkovniki Fuad Mayılova ünvanlanmış raportda isə “Opel” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobolini idarə edən xx.xx.1989-cu il təvəllüdlü sürücü Təqsirləndirilən şəxs hərəkətləri və zahiri görkəmində sərxoşluq əlamətləri müəyyən edildiyindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xidməti istifadəyə verilmiş alkotester cihazı vasitəsi ilə yoxlanıldığını göstərmişər. Bundan əlavə Şahid2 Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitədən istifadə etməsinə dair ifadə versə də, Şahid1 Sumqayıt Narkoloji Mərkəzdən qayıdan zaman yolda onunla aparılan səmimi söhbət zamanı üzərində narkotik vasitə olmasını bildirdiyinə dair ifadə vermişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxsunun reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış və yuxarıda tədqiq edilmiş digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini sübut kimi qəbul etmir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 may 2023-cü il il tarixə, 6/2920saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın 12 iyul 2023-cü il tarixli, 4375 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən rəyin əsaslandırma hissəsində də, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(-), AMP(-), THC(-), MTD(-), BZO(-), COC(-), TCA(-), BAR(-), və MDMA(-) aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdn istifadə etməsini inkar etmişdir. Müayinə zamanı şəxsdə psixotrop maddələri istifadə etmənin xarakterik əlamətləri, bu maddələrə qarşı abstinensiya halları, psixotrop maddələrin qəblundan psixi, fiziki asılılıq müəyyən edilməmişdir. Göstərilən rəy verilən zaman yalnız “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 19 may 2023-cü il tarixli, 3268 saylı” aktı əsas götürülərək şəxsdə psixostimulyatorlardan istifadə etmə hallarının olması göstərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs narkomanoya xəstəliyindən əzab çəkmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 iyul 2023-cü il tarixli, 4375 saylı rəyin əsaslandırma hissəsində göstərilənlər, yəni Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(-) aşkar edilməməsi, artıq 19 may 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilən nəticəni, yəni şəxsin amfetamindən istifadə etməsi faktını şübhə altına almış olur. Çünki 12 iyul 2023-cü il tarixdə şəxsdən götürülən sidik nümunəsində onun 10 növdə olan narkotik vasitələrdən heç birindən, həmçinin AMP istifadə etmədiyi və narkomanoya xəstəliyindən əzab çəkmədiyi qeyd edilmişdir. Bundan əlavə məhkəmə cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 verdiyi ifadələri şablon xarakterli ifadələr olmasını, mhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə məhkəməyədək icraat zamanı verdikləri ifadələr arasında zidiyyətlər olmasını, şahid ifadələrinin cinayət işi üzrə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq, cinayət işi üzrə mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,115 qram çəkidə narkotik vasitə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,115 qram olan metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin.. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-61/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-61/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver