Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-61/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə,
1. xx.xx.1972-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 62 ünvanında yerləşən 4 saylı mühərriklərin təmiri emalatxanasının giriş qapısının küçə tərəfə olan qarşısından Zərərçəkmiş şəxs mülkiyyətində olan və təmir üçün emalatxanaya verilmiş “Daewoo BS-090” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtobusun 1300 manat dəyərində “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrikinin blok hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 20 noyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1.366 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara, boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 21:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə, saat 22:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara, boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 1.366 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
2. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 62 ünvanında yerləşən 4 saylı mühərriklərin təmiri emalatxanasının giriş qapısının küçə tərəfə olan qarşısından Zərərçəkmiş şəxs mülkiyyətində olan və təmir üçün emalatxanaya verilmiş “Daewoo BS-090” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtobusun 1300 manat dəyərində “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrikinin blok hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 24 oktyabr 2023-cü il tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,675 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 24 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan yerdə saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,675 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 20 noyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,317 qram olan ağ rəngli kristalşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 23:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və 21 noyabr 2023-cü il tarixdə saat 00:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 1,317 qram olan ağ rəngli kristalşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 14 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 12:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, “Piramida” adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 234.1ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Seymur ona özünə məxsus ehtiyat hissəsi olduğunu demiş, həmin hissələri birlikdə götürməyi təklif etmiş, o, da razılaşmışdır. O, həmin ehtiyat hissələrinin başqa şəxsə məxsus olduğunu, Seymurun həmin hissələri oğurlamaq istədiyini bilməmişdir. O, Seymurla birlikdə gedib, həmin ehtiyat hissələrini avtomobilə qoyub gətirmiş, onun avtomobili ilə getdiklərinə görə Seymur ona 20 manat vermişdir. Seymur ona 8-ci kilometr adlanan ərazidə mühərrikin bloku olduğunu demiş, onun avtomobili ilə həmin bloku götürməyi təklif etmiş, o, da razılaşmışdır. Onlar bloku götürdükdən sonra Hökməli dairəsi yaxınlığında yerləşən, Seymurun iş yerinin qabağında avtomobildən çıxarmışlar. Seymur ona bloku oğurladığını deməmişdir. Narkotiklə bağlı isə 40-cı polis bölməsinin əməkdaşları onları Hökməli dairəsində saxlamış və polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamış, Seymurun üzərində siqaret qutusunun içində narkotik vasitə olmuşdur. Polis əməkdaşları onları “BMW” markalı avtomobildə polis bölməsinə aparmışlar. O, həmin vaxt Seymurla birlikdə olduğuna görə onun da barəsində narkotik vasitə ilə bağlı rəsmiləşdirmə aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Seymurla təxminən bir ildir ki, tanışdır. O, təxminən 10 yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, bəzən Seymurla birlikdə narkotik vasitə istifadə etmişdir. Seymur əvvəllər bir neçə dəfə yük daşımaq üçün onun avtmobilidən istifadə etmiş, buna görə ona pul ödəmişdir. Onların götürdüyü mühərrik zibilliyin yanında olmuş, o, tullantı olduğunu düşünmüşdür. Seymur ona bloku təmir etmək üçün götürdüyünü demişdir. O, narkotik vasitə istifadəçisi olmuş, “kakos” adlanan narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitə ilə bağlı polis əməkdaşları tərəfindən saxlanıldığı səhər saat 10-11 radələrində narkotik vasitə istifadə etmişdir. Seymurla onu Binəqədi rayonunda 100 saylı marşrut avtobusun sonuncu dayanacağında polis əməkdaşları saxlayıb, Xətai rayonunda yerləşən polis şöbəsinə aparmışlar. Onları iki gün saxlayıb, prokurorluğa aparmışlar. O, istintaq dövründə müstəntiq tərəfindən yazılmış ifadəsini oxumadan imzalamışdır. O, Seymurla birlikdə götürdükləri mühərrik blokunu metaləritmə məntəqəsinə aparmamışdır. Hal-hazırda tərəflərindən zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş və barışmışdır. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 234.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə o, Binəqədi rayonu ərazisində saxlanılmış, Xətai RPİ-nin polis əməkdaşlarına təhvil verilmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. 14 mart 2024-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən də üzərində narkotik vasitə olmuşdur. Oğurluq epizodu ilə bağlı o, mühərrikin blok hissəsini lazımsız bilib götürmüşdür. Həmin vaxt onlar sexə girməmiş, hasardan həyətə düşməmiş, darvaza açmamışlar. Həmin əməli o, törətmiş, Firdovsinin təqsiri olmamışdır. O, Firdovsiyə birlikdə gedib həmin ehtiyat hissəsini götürməyi təklif etmiş, sonuncu razılaşmışdır. Həmin ehtiyat hissəsini götürməyə görə o, Firdovsiyə 20 manat pul vermişdir. Firdovsi bloku Biləcəridə qoyub getmişdir. O, bloku təsadüfən, həmin ərazidən keçərkən görmüşdür. Onlar bloku metal qəbul məntəqəsinə təhvil vermiş və 40 manat pul əldə etmişdir. Həmin puldan Firdovsiyə verməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir. Onların götürdüyü blok işlək olmamış, təmirə yararsız olmuşdur. Həmin blok yol kənarında olmuş, o, tullantı olduğunu düşünmüşdür. O, Firdovsini taksi sürücüsü kimi tanımış, aralarında dost münasibəti olmamışdır. Onlar mühərriki Babək prospekti 62 ünvanında yerləşən 4 saylı mühərriklərin təmiri emalatxanasının giriş qapısından götürmüşlər. Onlar bloku götürmək üçün gedəndə saat 20-21 radələri olmuş, həmin vaxt Firdovsinin avtomobili xarab olmuş, avtomobil düzələnə kimi gecə olmuşdur. O, Firdovsinin maşınına 5 manatlıq benzin vermiş 15 manatda özünə vermişdir. Firdovsi bloku metal qəbulu məntəqəsinin qarşısında qoyub, səhər həmin məntəqə açıldıqdan sonra o, bloku satmışdır. 24 oktyabr 2023-cü il tarixdə o, Binəqədi rayonu ərazisində 100 saylı marşrutun sonuncu dayanacağında tutulmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 34-cü polis şöbəsinin əməkdaşlarına təhvil vermişlər. O, həmin ərəfədə narkotik vasitələrdən istifadə etməmişdir. Polis şöbəsində ona təzyiq olunduğu üçün narkotik vasitəni üzərinə götürmüşdür. Onu saxlayan polis əməkdaşlarının heç birini tanımamışdır. Polis şöbəsində o, döyülmüş, ayağında xəsarət izləri olmuşdur. O, 24 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən Firdovsi ilə birlikdə olmuşdur. Onu saxlayan Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları mülki geyimdə olmuşdur. O, həmin polis əməkdaşlarını 34-cü polis şöbəsində görməmişdir. Onları növbətçi hissənin maşını ilə aparıb mülki avtomobil sürən polis əməkdaşına təhvil verdikdən sonra qollarını bağlayıb, polis şöbəsinə gətirmişlər. Ona fiziki təsir göstərilərkən Firdovsi yanında olmamışdır. Həmin vaxt üzərində mobil telefon olmuş, sonradan mobil telefon özünə qaytarılmışdır. Firdovsinin avtomobili 2 aydan artıq müddətdə şöbənin həyətində saxlanılmış, buna görə Firdovsi ilə aralarında söz-söhbət olmuşdur. 20 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən “kakos” adı ilə tanıdığı narkotik vasitə olmuş, lakin üzərindən “patı” adı ilə tanıdığı maddə çıxması ilə bağlı rəsmiləşdirmə aparılmışdır. Həmin vaxt Firdovsi ilə birlikdə olmuşdur. O, sexdən çıxıb, Firdovsi ilə birlikdə maşında evə gedərkən Hökməli diarəsində çörək almaq üçün maşından düşmüşdür. Həmin vaxt “BMW” markalı avtomobildən düşən mülki geyimli polis əməkdaşları onları saxlamışlar. Həmin polis əməkdaşlarından Şahid5 tanımış, sonuncu ərazinin əməliyyatçısı olmuşdur. O, maşına oturanda ona narkotik vasitə istifadə etməsini bildiyini demiş, o, da içində narkotik vasitə olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 30 manata almışdır. Həmin epizodla bağlı ona təzyiq olunmamışdır. O, həmin narkotik vasitəni aldıqdan sonra qutunun içərisinə baxmamışdır. 14 mart 2024-cü il tarixdə o, axtarış qərarı əsasında tutulmuş, həmin vaxt narkotik vasitə istifadə etmişdir. O, həmin vaxt Sulutəpə qəsəbəsində tutulmuşdur. O, üzərində olan narkotik vasitənin “kakos” olduğunu bilmiş, lakin açıb baxmamışdır. Təqsirləndirilən şəxs2lə birlikdə törətdiyi oğurluq əməli ilə bağlı zərər çəkmiş şəxsə vurulmuş zərər tərəflərindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabrın 20-də əməliyyat müvəkkili Ərşad Məmmədovun məlumatı əsasında Hökməli dairəsi yaxınlığında Sabir Xəlilov saxlanılmış və polis bölməsinə gətirilmişdir. Polis bölməsində üzərində narkotik vasitə olan metamfetamin aşkar olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs1 görmüş, lakin tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən müqavimət göstərməmişdir. Əməliyyat müvəkkili Ərşad Məmmədov Təqsirləndirilən şəxs1 narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib, polis bölməsinə dəvət etmiş, sonuncu etiraz etmədən bölməyə getmiş və üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində təhqiqatçının otağında şəxsi axtarış keçirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 14 mart 2024-cü il tarixində daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 Çiçək qəsəbəsində, “Piramida” adlanan yerdə saat 12 radələrində saxlanılaraq 40-cı polis bölməsinə gətirilmişdir. 40-cı polis bölməsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman özü könüllü şəkildə bir ədəd şəffaf sellofana bükülmüş metamfetamin adlanan psixotrop maddəni təqdim etmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs1 tərəflərindən 20 noyabr 2023-cü il tarixdə Hökməli qəsəbəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə üzərində şəxsi axtarış keçirilərkən əynindən olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, 01 ədəd bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 tərəflərindən Çiçək qəsəbəsində və Hökməli qəsəbəsində saxlanılmışdır. 20 noyabr 2023-cü il tarixdə tərəflərindən həmçinin Təqsirləndirilən şəxs2 də Hökməli qəsəbəsində yerləşən “Al Market” mağazasının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mühərrik blokunu təmir üçün onlara “Sədərək” şirkəti vermişdir. Həmin mühərrik blokunu servisin çöl tərəfində mühafizə olunan hissədə qoymuşlar. O, 18 oktyabr 2023-cü il tarixdə işə gələrkən həmin mühərrik blokunun oğurlandığını aşkar etmişidir. O, hadisə ilə bağlı polis sahə inspektoruna məlumat vermiş, sonuncu ilə birlikdə video müşahidə kameralarına baxdıqda iki nəfər şəxsin mühərrik blokunu avtomobilə yüklədiyini görmüşlər. O, hadisədən iki gün sonra DİN-in “102” xidmətinə zəng edib məlumat vermişdir. O, hadisədən əvvəl həmin şəxsləri tanımamışdır. Mühərrik blokun oğurlandığını gördükdən sonra o, həmin blokun pulunu özü ödəmək istəmiş, lakin blok nömrəli olduğuna görə təhvil verməli olduğu bildirilmişdir. Bu səbəbdən DİN-in “102” xidmətinə iki gün sonra məlumat vermişdir. Həmin mühərrik bloku kənar şəxslər tərəfindən tullantı hesab oluna bilərdi. Orada mühafizəçi olduğuna görə o, mühərrik blokun mühafizə altında olmasından arxayın olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun işlədiyi metal qəbul məntəqəsinə mühərrik blokunu gətirib, satmışdır. Sonradan həmin blokun başqa şəxsə məxsus olduğunu öyrənmiş, maşına yükləyib sahibinə göndərmişlər. O, təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs1 görmüş, digər təqsirləndirilən şəxsi görməmişdir. Onlar mühərrik blokunun bir kiloqramını 25 qəpiyə almışlar. Təqsirləndirilən şəxs1 mühərrik blokunu satarkən özünə məxsus olduğunu demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Xətai rayonu, maşın bazarı adlanan ərazidə oğurluq hadisəsi ilə bağlı axtarış apararkən Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, üzərindən ağ rəngli şəffaf sellofana bükülmüş narkotik maddə aşkar edilərək götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Babək prospektində, maşının bazarının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlanılarkən tək olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü il oktyabr ayında oğurluq faktı ilə bağlı əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs1 yaxınlaşıb, özlərini təqdimi etmiş, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin polis sahə rəisi, polis polkovnik-leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, o, da həmin qrupun tərkibinə daxil edilmişdir. Təqsirləndirilən şəxs2 həmin gün saat 20-21 radələrində Binəqədi rayonu, Hökməli dairəsində tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmiş, narkotik aludəçisi olduğunu etiraf etmişdir. O, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən onlara müqavimət göstərməmiş, ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən psioxtrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitənin daşınması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla müraciət olunmuş, həmin gün gecə saatlarında o, sahə inspektoru Şahid8la birlikdə əməliyyat qrupunun tərkibində Binəqədi rayonu, Hökməli dairəsində Təqsirləndirilən şəxs1 yaxınlaşmış, narkotik vasitənin daşınmasında və istifadəsində şübhəli olduğunu bildirdik. Təqsirləndirilən şəxs1 40-cı polis bölməsinə dəvət edilmiş, bölmədə hüquq və vəzifələri izah edilmişdir. Bölmənin təhqiqatçısı Kamil Cahangirovun otağında Təqsirləndirilən şəxs1 vəkil təqdim edilmiş, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış həyata keçrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitənin olub-olmaması soruşulmuş, sonuncu üzərində olan psixotrop maddə metemafetmini çıxarıb, təqdim etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək, daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 mart 2024cü il tarixdə saat 12:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1526 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi– 0,460 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,410 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək, daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il tarixdə saat 21:10-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki qara-boz rəngli şalvarının sağ yan kiçik cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6103 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,366 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi– 0,366 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,316 qram. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki şalvarın sağ yan kiçik cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün Müşfiqabad qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2230041054 nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə məhkum olunmuş, sonucu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2010-cu il tarixli, 1(001)-819/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə cəzasının əvvəli xx.xx.2011-ci il tarixdən hesablanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 7700 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 62 ünvanında yerləşən mühərrik təmiri emalatxanasının qarşısında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayaraq ona satdıqları Zərərçəkmiş şəxs Sədrəddin qızına məxsus “Daewoo BS-090” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtobusun mühərrikinin blok hissəsini təhqiqata təqdim etmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 oktyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə Xətai RPİ-nin 34-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 oktyabr 2023-cü il tarixdə saat 18:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5711 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 152” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs1 –imza; üç- imza, təhqiqatçı: E.Qəribov –imza...” bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,675 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroininin təmiz çəkisi – 0,675 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,625 qram. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “kakos” adlandırdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşında baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşısında arxa dövlət qeydiyyat nişanı bağlı şəkildə olan “Vaz 2104” markalı avtomobilin yanında iki nəfər kişi cinsindən olan şəxsin avtomobilin arxa tərəfində yerdə olan 01 ədəd avtomobil mühərrikinin blokunu avtomobilin yük yerinə yükləyərək oradan uzaqlaşması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşında baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşısında arxa dövlət qeydiyyat nişanı bağlı şəkildə olan “Vaz 2104” markalı avtomobilin yanında iki nəfər kişi cinsindən olan şəxsin avtomobilin arxa tərəfində yerdə olan 01 ədəd avtomobil mühərrikinin blokunu avtomobilin yük yerinə yükləyərək oradan uzaqlaşması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşısında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2lə törətdikləri oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşısında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la törətdikləri oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü il tarixdə saat 23:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki boz rəngli şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6104 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,317 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi– 1,317 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,267 qram. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün Müşfiqabad qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ilə ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli, 7701 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli, 9/8279 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrikinin (blok) orta bazar qiyməti nəzəri qaydada təxminən 1300,00 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müraciəti əsasında aparılmış araşdırma zamanı polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən Xətai rayon prokurorluğunda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ilə ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-190/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfatemin olduğunu, şəxsi istifadəsi üçün Lökbatan qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin şərtlərini pozduğuna görə 24 mart 2024-cü il tarixdə saat 15:00-dan tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-205/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay 21 (iyirmi bir) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş çəkisi 0,675 qram olan narkotik vasitə heroin, çəkiləri 1,317 qram və 0,460 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,625 qram olan narkotik vasitə heroin, çəkilər 1,267 qram və 0,410 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən 03 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş çəkisi 1,366 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 1,316 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 saxlanılması və üzərində yoxlama aparılmasının görüntülərini özündə əks etdirən 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanında yerləşən 4 saylı emalatxananın qarşında baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sədrəddin qızına məxsus 01 ədəd “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrik (blok) hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-431/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün, yəni 04 iyul 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-432/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün, yəni 04 iyul 2024-cü il tarixədək uzadılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-424/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-61/2025 nömrəli qərarından görünür ki, cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.2023-cü il saat 16:00-dan xx.xx.2023-cü il saat 16:00-a qədər olan müddət ərzində, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, həmçinin xx.xx.2023-cü il saat 16:00-dan xx.xx.2023-cü il saat 16:00-a qədər olan müddət ərzində Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə və Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə dair anten məlumatlarının ələ keçirilməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ***-***-**- **, ***-***-**-** və ***-***-**-** saylı nömrələrə sorğulanan müddət ərzində həmin operatorda istifadə edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla Şahid2 istifadəsində olan ***-***-**-** nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-98/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci tarixdə saat 10:50-dən xx.xx.2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ona edilmiş ittiham üzrə özünü CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Təqsirləndirilən şəxs1 ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində saxlanılması, saxlanılarkən, üzərində narkotik vasitə olmaması, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, həmçinin mühərrik blokunu tullantı kimi qəbul edib götürmələri barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-98/2024 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci tarixdə saat 10:50-dən xx.xx.2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməllərini Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-98/2024 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda baxılan iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş eyni tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş eyni tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-205/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay 21 (iyirmi bir) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-98/2024 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci tarixdə saat 10:50-dən xx.xx.2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Əliyev X3 Rayon Məhkəməsində baxılmış 1(012)-98/2024 nömrəli cinayət işi üzrə 07 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə 25 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək 1 (bir) gün, 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək 2 (iki) gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-205/2024 nömrəli qərarı ilə barəsində 2 (iki) ay 21 (iyirmi bir) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 24 mart 2024-cü il tarixdən həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 234.1-ci maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 98/2024 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsində baxılmış 1(012)-98/2024 nömrəli cinayət işi üzrə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, cəmi 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, “CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin hazırkı halda Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-98/2024 nömrəli hökmü ilə məhkum edildiyi cəzanın əvvəlindən, yəni 22 iyul 2024-cü il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzanın çəkilmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən götürüldüyü halda onun vəziyyətini yüngülləşdirdiyindən həmin tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 234.1-ci maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda baxılan iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş eyni tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş eyni tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-190/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda baxılan iş üzrə 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək 2 (iki) gün, 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək 2 (iki) gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-190/2024 nömrəli qərarı ilə barəsində 3 müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 14 mart 2024-cü il tarixdən həbsdə saxlanılır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət,həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 1,316 qram, 0,410 qram və 1,267 qram olan psxiotrop maddə metamfetamin, təmiz çəkisi 0,625 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrik (blok) hissəsinin saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alımalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 106 (bir yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, 279 (iki yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iş materialları ilə tanış olmaqla, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 100 (bir yüz) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 100 (bir yüz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində iş materialları ilə tanış omaqla, məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 100 (bir yüz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 100 (bir yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 800 (səkkiz yüz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 100 (bir yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 800 (səkkiz yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 98/2024 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsində baxılmış 1(012)-98/2024 nömrəli cinayət işi üzrə 07 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, hazırki iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 25 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023 il tarixədək 1 (bir) gün, 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək 2 (iki) gün, cəmi 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, cəmi 4 (gün) müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkiləri 1,316 qram, 0,410 qram və 1,267 qram olan psxiotrop maddə metamfetamin, təmiz çəkisi 0,625 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “Daewoo” markalı, DE08TİS14283SBQ mühərrik nömrəli və KL5UK42HECU005088 şassi nömrəli, 2011-ci il istehsal il olan avtobusun mühərrik (blok) hissəsinin saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 106 (bir yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 279 (iki yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi 100 (bir yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 800 (səkkiz yüz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi 100 (bir yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 800 (səkkiz yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev