Məhkəmə qərarları › İş №1(001)-611/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-611/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-611/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 222-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları’nın 4.1 və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci və “Elektrik təhlükəsizliyi. Ümumi tələblər” 12.1.019-79 dövlət standartının 3.4.1-ci və “elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.14.3-cü bəndlərinin tələbləri ilə müəyyən edilmiş qaydada elektrik şəbəkələrinin mühafizə zonası hesab edilən, gərginliyi 1000 voltdan çox olan, 35 kilovatlıq (35000 voltluq) yüksək gərginlikli hava elektrik ötürücü xəttinin 15 metr şaquli məsafəsində tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı müvafiq icazə almalı olduğu halda, 2023-cü ilin iyul ayının əvvəllərindən 03 avqust 2023-cü il tarixədək olan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 və satışı idarəsinin balansında və istismarında olan, elektrik şəbəkələrinin mühafizə zonası hesab edilən, 35 kilovatlıq (35000 voltluq) yüksək gərginlikli hava elektrik ötürücüsü xəttinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanından keçən, “90-92” adlı yüksək gərginlikli hava elektrik ötürücüsü xəttinin altında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin 170 kvadratmetrlik dam örtüyünün azbest şifer təbəqələrinin sökülməsi və onun yerində metal dam örtüyünün vurulması ilə müşayiət olunan tikinti işləri aparması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən və yüksək gərginlikli hava elektrik verilişi xəttini istismar edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 və satışı idarəsindən icazə almadan, fərdi qaydada tikinti sahəsində usta işləyən Zərərçəkmiş şəxs1 ilə əməyin mühafizəsi və təhlükəsizliyi barədə təlimatlandırma aparmadan həmin tikinti işlərinin icrasını sonuncuya tapşırmış, Zərərçəkmiş şəxs1 3 avqust 2023-cü il tarixdə, saat 09 radələrində hər hansı mühafizə tədbirləri görmədən evin dam hissəsində dam örtüyünün birləşmə hissələrini yerləşdirərkən, əlindəki 2 metr uzunluğunda metal materialdan olan birləşmə hissəni bir tərəfdən digər tərəfə yerləşdirmək istəyərkən ehtiyatsızlıqdan həmin metalın “90-92” adlı 35 kilovatlıq (35000 voltluq) yüksək gərginlikli hava elektrik ötürücü xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən qarının ön sağ-yan divarının, sağ budun ön, bayır, arxa və qismən yuxarı 1/3-nin içəri səthlərinin, sağ bazunun aşağı, sağ saidin orta-yuxarı 1/3-nin, sağ mil-bilək oynağının, sol saidin orta-aşağı 1/3-nin ön və sağ əl pəncəsinin arxa səthlərinin, ümumi bədən səthinin təxminən 32-35 %-ni əhatə edən İİİA-İİİB dərəcəli elektrotermiki yanıq yaralarından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri alması ilə müşayiət olunan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini 2000-ci ildə qonşuluqda yaşayan Qurban adlı şəxsdən 500 ABŞ dollarına satın almışdır. Torpağı alarkən Qurbanla arasında heç bir müqavilə bağlanmamış, şifahi qaydada razılaşmışlar. 2001-ci ildə həmin torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamış və həmin ildə də evi inşa edib bitirmişdir. Həmin vaxtdan orada ailəsi ilə birlikdə yaşamışdır. Torpağı alarkən və orada fərdi yaşayış evi inşa edərkən həmin torpaq sahəsinin üzərindən gərginlik altında olan "xxxx" ASC-yə məxsus yüksək gərginlikli hava elektrik verilişi xəttinin keçdiyini görmüşdür. 2023-cü ilin iyun ayının sonlarında qonşuluqda yaşayan Qaraxan adlı ustaya yaşadığı fərdi yaşayış evinin damında azbest şifer təbəqəsini yenisi ilə əvəz etmək istədiyini, bu barədə ondan işlər görməsini xahiş etmişdir. Qaraxan təxminən 1 həftə sonra, yəni 2023-cü ilin iyul ayının əvvəllərində Sərvət adlı fəhlə ilə evinə gələrək onunla görüşmüşdür. Görüş zamanı görüləcək işlərin, yəni evin dam hissəsində olan azbest şifer təbəqəsinin sökülərək yerində dalğavari metal örtüklə örtülməsi işlərini 2400 manat müqabilində görəcəkləri barədə şifahi qaydada razılaşmışlar. Bundan sonra Qaraxan və Sərvət tikinti-quraşdırma işlərinə başlamışlar. Həmin tikinti işlərinə özü rəhbərlik etmişdir. 3 avqust 2023-cü il tarixdə saat 10 radələrində işdə olduğu zaman arvadı Tamilla zəng edərək, özünə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin damında işləyən zaman fəhlə Zərərçəkmiş şəxs1 elektrik cərəyanı vurduğunu, Sərvəti təcili-tibbi yardım avtomobilində X7 yanıq şöbəsinə apardıqları barədə məlumat vermişdir. İşdən icazə alaraq xəstəxanaya getmiş və çatdıqda həqiqətən də, Sərvəti elektrik cərəyanı vurmasından yanıq xəsarətləri aldığını görmüşdür. Sərvət fərdi yaşayış evinin üzərində iş görərkən əlindəki metal hissə evin üzərindən keçən yüksək gərginlikli hava elektrik verilişi xəttinə dəyərək elektrik cərəyanı vurması nəticəsində xəsarət almışdır. Özünə məxsus fərdi yaşayış evinin dam hissəsində 2023-cü ilin iyul-avqust ayları ərzində aparılmış tikinti-quraşdırma işlərinə başlanılmamışdan əvvəl, o cümlədən işlər görülən zaman evin üzərindən keçən, "xxxx" ASC-yə məxsus yüksək gərginlikli hava elektrik verilişi xəttində elektrik enerjisinin dayandırılması ilə əlaqədar hər hansısa bir quruma, o cümlədən "xxxx" ASC-nin müvafiq qurumlarına müraciət etməmişdir. Görülmüş işlərlə əlaqədar Zərərçəkmiş şəxs1 və Şahid1 ilə əmək müqaviləsi bağlanmamışdır. Sərvət və Qaraxanı, işləri gördükləri zaman dəbilqə və çəkmə ilə təmin etməmişdir. Hava xəttinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması üçün "xxxx" ASC-nin müvafiq orqanına müraciət edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Sərvət fərdi yaşayış evinin üzərində iş görərkən əlindəki metal hissə evin üzərindən keçən yüksək gərginlikli hava elektrik verilişi xəttinə dəyərək elektrik cərəyanı vurması nəticəsində xəsarət almışdır. 2023-cü ilin iyul-avqust ayları ərzində evinin dam örtüyünün yenilənməsi ilə bağlı apardığı tikinti-quraşdırma işlərinin layihəsi yoxdur, apardığı tikinti- quraşdırma işlərinə başlamazdan əvvəl tikinti işlərinə başlamaq üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək icazə almamışdır. Torpaq sahəsini alarkən, orada 2001-ci ildə fərdi yaşayış evi inşa edərkən, eləcə də 2023cü ilin iyul-avqust ayları ərzində aparılmış tikinti- quraşdırma işlərinə başlanılmamışdan əvvəl evin üzərindən 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin keçdiyini və həmin yüksək gərginlikli hava elektrik verilişi xəttində gərginlik olduğunu bilmişdir. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəmişdir, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta işləyir. Sifariş olduqda fərdi yaşayış evlərində, eləcə də, qeyri-yaşayış sahələrində hörgü, suvaq, dam örtüyünün vurulması və sair işlərlə məşğul olur. 2023-cü ilin iyul ayının əvvəllərində usta yoldaşı Şahid1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün dəyişilməsi ilə bağlı iş təklif etmişdir. Həmin vaxt işi olmadığına görə bu təklifi qəbul etmiş və Qaraxanla birlikdə qeyd olunan ünvana getmişdir. Həmin ünvanda ev sahibi Təqsirləndirilən şəxsla iş barədə söhbət etmişlər, onlarla söhbət zamanı görəcəkləri işin evin 170 kv.metrlik dam sahəsinin azbest şifer təbəqəsinin sökülməsi və onun yerində metal dalğavari dam örtüyünün vurulmasından ibarət olduğunu bilmişdir. Söhbətdən sonra görüləcək işlərə 2400 manat müqabilində razılaşmışlar. Həmin pulu Qaraxanla yarı-yarıya bölmək istəmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində işə başlamışlar. Əvvəlcə müəyyən müddət ərzində Qaraxanla birlikdə azbest şifer təbəqələrini evin dam hissəsindən sökmüş, sonra isə metal dalğavari təbəqələri damın üzərinə vurmağa başlamışlar. Gördükləri işin müqabilində razılaşdıqları pulu ev sahibi Ağasəf hissə-hissə, nağd şəklində vermişdir. 3 avqust 2023-cü il tarixdə Qaraxanla birlikdə saat 08 radələrində gördükləri işi davam etdirməyə başlamışlar. Həmin gün planları navalçaları vurub işi yekunlaşdırmaq olmuşdur. Dam hissədə dam örtüyünün birləşmə hissələrini yerləşdirmək, Qaraxan isə 3-4 metr aralıda həmin birləşmə hissələrini bərkitmək istəmişdir. Saat 09 radələrində evin dam hissəsində olarkən əlində olan təqribən 2 metr uzunluğunda metal materialdan olan birləşmə hissəni bir tərəfdən digər tərəfə yerləşdirmək istəyərkən həmin metal havada olduğu zaman bir anlıq elektrik cərəyanı vurduğunu hiss etmiş, sonradan bilmişdir ki, həmin metal hissə evin üzərindən keçən 35 kV- luq yüksək gərginlikli hava elektrik verilişi xəttinə dəyərək onu elektrik cərəyanı vurmuşdur. Qaraxan kömək edərək onu aşağıya düşürmüş, bədəninin müxtəlif hissələrindən yanıq xəsarətləri almışdır. Tikinti-quraşdırma işlərinin aparıldığı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin dam hissəsində 2023-cü ilin iyul-avqust ayları ərzində tikinti-quraşdırma işləri apardığı zaman evin üzərindən 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin keçdiyi barədə məlumatı olmuş, lakin ev sahibi Təqsirləndirilən şəxs və usta yoldaşı Qaraxana həmin xətlərdə heç bir gərginliyin olmadığını demişdir. Ev sahibi Təqsirləndirilən şəxs arasında görüləcək tikinti işləri ilə əlaqədar heç bir əmək müqaviləsi bağlanmamış, yalnız şifahi razılıq olmuşdur. Fərdi yaşayış evin dam hissəsində tikinti-quraşdırma işləri apardığı zaman işlərin mühafizə zonasında aparıldığını bilməmişdir. Baş vermiş hadisə zamanı hadisə yerində o və Qaraxan evin dam hissəsində, ev sahibi Ağasəfin arvadı Tamilla isə fərdi yaşayış evində olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Hüquq idarəsinin aparıcı hüquqşünası vəzifəsində işləyir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən, Təqsirləndirilən şəxs məxsus 2 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin X8 və satışı idarəsinin balansında və istismarında olan 35 kV-lik yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında, birbaşa xəttin altında inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na əsasən, mühafizə zonalarında müvafiq icazə almadan tikinti və quraşdırma işləri aparmaq qanunla qadağan edilmişdir. Qeyd olunan ünvanda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs göstərişi əsasında sonuncuya məxsus fərdi yaşayış evinin damında tikinti-quraşdırma işlər apararkən ehtiyatsızlıqdan evin üzərindən keçən 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinə toxunaraq elektrik cərəyanının təsirindən xəsarət almışdır. “90-92” 35 kV-luq yüksək gərginlikli hava elektrik xətti 1940-cı ildə istismara verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evində tikinti-quraşdırma işləri “90-92” 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasında aparılmış, tikinti-quraşdırma işlərinin aparılmasına heç bir icazə alınmamış və tikinti işlərinin aparılması "xxxx" ASC-nin X8 və Satışı İdarəsi ilə razılaşdırılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin aparıldığı ərazi "xxxx" ASC X8 və Satışı İdarəsinin balansında olan “90-92” 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin mühafizə zonasına düşməsi, qeyd olunan elektrik xətlərində normal təmir işlərinin aparılmasını, hətta qəza-bərpa işləri zamanı qəzanın nəticələrinin vaxtında aradan qaldırılmasını çətinləşdirmiş, bəzən isə qeyri-mümkün etmişdir. Həmçinin yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında yaşayış evlərinin və digər məişət obyektlərinin yerləşdirilməsi həmin sahədə yaşayan və işləyən insanların həyatı üçün hər an təhlükə mənbəyi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs özünə məxsus, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin dam örtüyünün dəyişilməsi ilə bağlı iş təklif etmişdir. Uzun illərdir tanışı olan Zərərçəkmiş şəxs1 həmin işi birlikdə görməsini təklif etmişdir. Sərvət təklifi qəbul etmiş və 2023-cü ilin iyul ayının əvvəllərində işə başlamışlar. 03 avqust 2023-cü il tarixdə saat 09 radələrində fərdi yaşayış evinin damında işləyən zaman Sərvət əlində olan təqribən 2 metr uzunluğunda metal materialdan olan birləşmə hissəsini bir tərəfdən digər tərəfə yerləşdirmək istəyərkən həmin metal havada olduğu zaman partlayış səsi eşidilmiş və Sərvəti elektrik cərəyanı vurmuşdur. Sərvəti alov bürümüş, qoluna girərək onu nərdivan vasitəsilə aşağıya düşürtmüşdür. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin dam hissəsində 2023-cü ilin iyul-avqust ayları ərzində tikinti-quraşdırma işləri apardığı zaman evin üzərindən 35 kV-luq yüksək gəırginlikli elektrik xəttinin keçdiyi barədə məlumatı olmuşdur. Ev sahibi Təqsirləndirilən şəxs ona və usta yoldaşı Sərvətə həmin xətlərdə heç bir gərginliyin olmadığını demişdir. Təqsirləndirilən şəxs ilə aralarında görüləcək tikinti işləri ilə əlaqədar heç bir əmək müqaviləsi bağlanmamış, yalnız şifahi razılıq olmuşdur. Tikintiquraşdırma işləri apardığı zaman işlərin mühafizə zonasında aparıldığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri Ağasəf, qızı Arzu və oğlu Mirəyyubla birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini əri Təqsirləndirilən şəxs 2000-ci ildə qonşuluqda yaşayan Qurban adlı şəxsdən almışdır. 2023-cü ilin iyun ayının sonlarında əri Ağasəf qonşuluqda yaşayan Qaraxan adlı ustaya yaşadıqları fərdi yaşayış evinin damında azbest şifer təbəqəsini yenisi ilə əvəz etmək istədiyini, bu barədə ondan işlər görməsini xahiş etmişdir. Ağasəf təxminən 1 həftə sonra, yəni 2023-cü ilin iyul ayının əvvəllərində Sərvət adlı şəxslə birlikdə gəlmiş və tikintiquraşdırma işlərinə başlamışlar. Həmin tikinti işlərinə əri Təqsirləndirilən şəxs nəzarət etmiş, Sərvət və Qaraxan tikinti işlərini birlikdə görmüşlər. 3 avqust 2023-cü il tarixdə saat 10 radələrində evdə tək olmuş, ustalar evin damında iş görmüşlər. Qaraxanın qışqırıq səsini eşitmiş və çölə çıxdıqda Sərvəti elektrik cərəyanı vurması məlum olmuşdur. Dərhal təcili yardım xidmətinə və qızı Arzuya zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Əri Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin dam hissəsində 2023-cü ilin iyul-avqust ayları ərzində aparılmış tikinti-quraşdırma işlərinə başlamımamışdan əvvəl, o cümlədən işlər görülən zaman evin üzərindən keçən, "xxxx" ASC-yə məxsus yüksək gərginlikli hava elektrik verilişi xəttində elektrik enerjisinin dayandırılması ilə əlaqədar əri Təqsirləndirilən şəxs hər hansısa bir quruma, o cümlədən "xxxx" ASC-nin müvafiq qurumlarına müraciət etməmişdir. Fəhlələr Zərərçəkmiş şəxs1 və Şahid1 ilə əri Təqsirləndirilən şəxs arasında görüləcək tikinti işləri ilə əlaqədar əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 fərdi qaydada usta işləyir. Sifariş olduqda fərdi yaşayış evlərində, eləcə də, qeyri-yaşayış sahələrində hörgü, suvaq, dam örtüyünün vurulması və sair işlərlə məşğul olur. 2023-cü ilin iyul ayının əvvəllərində işi olmadığına görə ona gələn təklifi qəbul etmiş və iş yoldaşı Qaraxanla birlikdə ünvan 1 ünvanında yerləşən fərdi ünvana getmişdir. İşləyən zaman evin dam hissəsində olarkən əlində olan təqribən 2 metr uzunluğunda metal materialdan olan birləşmə hissəni bir tərəfdən digər tərəfə yerləşdirmək istəyərkən evin üzərindən keçən 35 kV- luq yüksək gərginlikli hava elektrik verilişi xəttinə dəyərək onu elektrik cərəyanı vurmuşdur. Qaraxan kömək edərək onu aşağıya düşürmüş, bədəninin müxtəlif hissələrindən yanıq xəsarətləri almışdır. Tikintiquraşdırma işlərinin aparıldığı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin dam hissəsində 2023cü ilin iyul-avqust ayları ərzində tikinti-quraşdırma işləri apardığı zaman evin üzərindən 35 kV-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin keçdiyi barədə məlumatı olmuş, lakin ev sahibi Təqsirləndirilən şəxs və usta yoldaşı Qaraxana həmin xətlərdə heç bir gərginliyin olmadığını demişdir. Ev sahibi Təqsirləndirilən şəxs arasında görüləcək tikinti işləri ilə əlaqədar heç bir əmək müqaviləsi bağlanmamış, yalnız şifahi razılıq olmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 fərdi yaşayış evin dam hissəsində tikinti-quraşdırma işləri aparan zaman işlərin mühafizə zonasında aparıldığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 anası Tamilla İsmayıova ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının CM-nin 222-2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi dəlilləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, 03 avqust 2023-cü il tarixə qədər ünvan 6 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin damında tikintiquraşdırma işləri ilə məşğul olduğunu, 03 avqust 2023-cü il tarixdə saat 09 radələrində evin damında iş gördüyü zaman əlimdə olan təqribən 2 metr uzunluğunda metal materialdan olan birləşmə hissəsini bir tərəfdən digər tərəfə yerləşdirmək istəyərkən həmin metal havada olduğu zaman onu elektrik cərəyanı vurduğunu, ev sahibi Təqsirləndirilən şəxs ona evin üzərindən keçən 35 kV-luq elektrik xəttində heç bir gərginliyin olmadığını deməsini bir daha göstərdib təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Torpaq sahəsinə dəmir darvazadan daxil olduqda və 5 metr irəlilədikdə fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi 3 mişar daşı hündürlüyündə kürsü üzərində inşa edilmiş, eni 10 metr, uzunluğu 12 metrdir. Fərdi yaşayış evi 5 yaşayış otağı, hamam-tualet, dəhliz və mətbəxdən ibarətdir. Evin hündürlüyü dama qədər 3,22 metr, dam ilə birlikdə 4,5 metrdir. Fərdi yaşayış evi mişar daşlarından inşa olunmuşdur. Baxışda iştirak edən "xxxx" ASC Biləcəri ETSİ-nin Binəqədi qəsəbəsi üzrə mühəndisi X3 bildirmişdir ki, fərdi yaşayış evinin üzərindən 35 kV-luq “90-92” yüksək gərginlikli hava elektrik xətti keçir və həmin yüksək gərginlik elektrik xəttinin mühafizə zonası 15 metrdir. Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin 04 iyul 2024-cü il tarixli 5-10/2-1498/2024 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 24 iyun 2024-cü il tarixli 02/İ-467 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 19 ünvanda yerləşən 2 nömrəli fərdi yaşayış evi 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. Həmin fərdi yaşayış evində Təqsirləndirilən şəxs, arvadı Şahid3, qızı Şahid4 və oğlu X4 yaşayırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 28 sentyabr 2023-cü il tarixli 1866 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlər-qarının ön sağ -yan divarının, sağ budun ön, bayır, arxa və qismən yuxarı 1/3-nin iç səthlərinin, sağ bazunun aşağı, sağ saidin orta-yuxarı 1/3-nün, sağ mil-bilək oynağının, sol saidin orta-aşağı 1/3-nin ön və sağ əl pəncəsinin arxa səthlərinin ümumi bədən səthinin təxminən 32-35 faizini əhatə edən llla-lllb dərəcəli elektrotermiki yanığı yüksək gərginlikli hava elektrik verilişi cərəyanının bədənlə bilavasitə təması (elektrik vurma) nəticəsində törənmiş, elektrotermiki təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 3 avqust 2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə, yəni iş zamanı metalliki dam örtüyünün yüksək gərginlikli hava elektrik verilişi ötürücüsünə toxunması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 10 yanvar 2024-cü il tarixli 10/9639 nömrəli rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən, istismarda olan hava elektrik xəttinin altında yerləşən fərdi yaşayış evində dam örtük işlərinin həmin xəttə elektrik enerjisinin verilişi dayandırılmadan aparılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ünvan 7 ünvanında yerləşən, istismarda olan hava elektrik xəttinin altında yerləşən fərdi yaşayış evində dam örtük işlərinin təhlükəsiz aparılması üçün həmin xəttə elektrik enerjisinin verilişinin dayandırılmasını təmin etmədiyinə görə “Elektrik təhlükəsizliyi. Ümumi tələblər” 12.1.019-79 DST-nin 3.4.1bəndinin tələbləri həmin işlərin görülməsinə rəhbərlik etmiş şəxs (lər) tərəfindən pozulmuşdur. Elektrik şəbəkəsinin mühafizə zonasında, həmin şəbəkənin istismarçısının və yaxud mülkiyyətçinin rəsmi razılığı olmadan təmir və yenidən qurulma işi aparıldığına görə “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın 12-ci bəndinin “elektrik qurğularının quraşdırılması qaydası” nın 2.5.14.3 bəndinin tələbləri yaşayış evinin sahibi tərəfindən pozulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC X8 və Satışı İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC-nin aparıcı hüquqşünası Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs "xxxx" ASC X8 və Satışı İdarəsinin nümayəndəsi kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli 5-10/2-1498/2024 nömrəli məktubdan görünür ki, Bakı şəhəri ünvan 5 yaşayış evi barədə Rayon İcra Hakimiyyəti tərəfindən məlumatlandırma icraatı çərçivəsində hər hansı rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi ilə bağlıhər hansı bir müraciət daxil olmadığından qeyd olunan fərdi yaşayış evi ilə əlaqədar sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi 30 iyul 2024-cü il tarixli 10/3772 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 19 ünvanda yerləşən, Təqsirləndirilən şəxs Mirqasım oğluna məxsus 2 nömrəli fərdi yaşayış evinin damında təqribən 190 kv.metr dam örtüyü Zərərçəkmiş şəxs1 tərəfindən dəyişdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 19 ünvanda yerləşən, Təqsirləndirilən şəxs Mirqasım oğluna məxsus 2 nömrəli fərdi yaşayış evinin damının dəyişdirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən tikinti-quraşdırma işlərinə aiddir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 19 ünvanda yerləşən, Təqsirləndirilən şəxs Mirqasım oğluna məxsus 2 nömrəli fərdi yaşayış evinin "xxxx" ASC Biləcəri ETSİ-nin balansında və istismarında olan “90-92” 35 Kv-luq yüksək gərginlikli hava elektrik verilişi xəttinin altında yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi işlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın 5-ci maddəsinə əsasən yüksək gərginlikli elekrtik xəttinin 15 metrlik mühafizə zonasında aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarf’nın 4.1 və 4.2-ci bəndlərinə əsasən, dam ötüyünün dəyişdirilməsi zamanı müvaviq icra hakimiyyəti orqanlarına müraciət olunmalı idi. Elektrk şəbəkəsinin mühafizə zonasında həmin şəbəkənin istismarçısının və yaxud mülkiyyətçisinin rəsmi razılığı olmadan təmir və yenidən qurma işi aparıldığına görə, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin tələbi pozulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti 145 saylı MKİS tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 222-2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Miri oğlu tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş zərərin tam olaraq ödənilməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını, onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat və 50 (əlli) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik qızı təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik qızı təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Miri oğluna göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs ndan tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar