Məhkəmə qərarları › İş №1(001)-612/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-612/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-612/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağları, “Günəş” lagerində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Qışlaq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağları, “Günəş” lagerində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 23 may 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs icarə əsasında çimərlik geyimlərinin satışını həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları massivində yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni mağazanın qapısını güc tətbiq etmək yolu ilə açmaqla, binaya qanunsuz daxil olaraq oradan 1 ədədinin dəyəri 8 manat olmaqla cəmi 3 ədəd 24 manat dəyərində qara rəngli, üzərində “Sports Cap fashionline 87” sözləri yazılmış yay papağını, 1 ədədinin dəyəri 8 manat, cəmi 2 ədəd 16 manat dəyərində ədəd boz rəngli, üzərində “X11” sözləri yazılmış yay papağını, 8 manat dəyərində bir ədəd narıncı rəngli yay papağını, 1 ədədinin dəyəri 12 manat, cəmi 6 ədəd 72 manat dəyərində üzərində “100% polyester Made in China” sözləri yazılmış etiketi olan müxtəlif rəngli, 140x70 sm ölçüdə olan bədən dəsmalını, 15 manat dəyərində bir ədəd üzərində “Mantian special style swimwear 18631 size 44, Made in P.R.C” sözləri yazılmış etiketi olan qadın alt geyimini, 1 ədədinin dəyəri 12 manat, cəmi 13 ədəd 156 manat dəyərində üzərində “5XL”, “GB/T8878-2014” sözləri yazılmış etiketi olan kişi uzun şortiki, 1 ədədinin dəyəri 15 manat, cəmi 8 ədəd 120 manat dəyərində üzərində “sport wear style 822 size: 2XL” sözləri yazılmış etiketi olan kişi qısa şortiki, 1 ədədinin dəyəri 10 manat, cəmi 4 ədəd 40 manat dəyərində qara rəngli, boz rəngli, ağ-qara zolaqlı, açıq çəhrayı rəngli qadın çimərlik şalvarını, 1 ədədinin dəyəri 7 manat, cəmi 3 ədəd 21 manat dəyərində üzgüçülük eynəyini, 1 ədədinin dəyəri 5 manat, cəmi 5 cüt 25 manat dəyərində üzərində “Karoon shoes, Made in İran” sözləri yazılmış qara rəngli, ölçüləri 41 sm, 42 sm və 44 sm olan kişi şəpitini, 1 ədədinin dəyəri 5 manat, cəmi 2 cüt 10 manat dəyərində üzərində “Gezer” sözləri yazılmış qara rəngli, üzərində narıncı və göy rəngli yunlu bəzəyi olan, ölçüləri 36 sm və 37 sm olan qadın şəpitini, 15 manat dəyərində 1 ədəd üzərində “Excamator komatsu, wheel loader toys” sözləri yazılmış, sarı rəngli kran uşaq oyuncağını, 12 manat dəyərində 1 ədəd üzərində “Xtrem” sözü yazılmış boz rəngli maşın uşaq oyuncağını, 10 manat dəyərində 1 ədəd yaşıl rəngli betonqarışdıran uşaq oyuncağını, 8 manat dəyərində 1 ədəd üzərinə “hilux offroad" sözləri yazılmış maşın uşaq oyuncağını, 8 manat dəyərində 1 ədəd üzərinə “Hen toys” sözləri yazılmış qırmızı rəngli yarış maşını uşaq oyuncağını, 20 manat dəyərində 1 ədəd qum şəlaləsi uşaq oyuncağını, 1 ədədinin dəyəri 15 manat, cəmi 3 ədəd 45 manat dəyərində kapron vedrə dəsti uşaq oyuncağını, 1 ədədinin dəyəri 12 manat, cəmi 12 ədəd 144 manat dəyərində üzərində “100% polyester Made in China” sözləri yazılmış etiketi olan müxtəlif rəngli, 140x70 sm ölçüdə olan bədən dəsmalını, 1 ədədinin dəyəri 8 manat, cəmi 19 ədəd 152 manat dəyərində qadın üçün çimərlik şortikini, 1 ədədinin dəyəri 15 manat, cəmi 25 ədəd 375 manat dəyərində qadın üçün çimərlik geyimini (kupalnik), 1 ədədinin dəyəri 5 manat, cəmi 12 ədəd 60 manat dəyərində qadınçimərlik dəyərində qadınçimərlik maykasını, 1 ədədinin dəyəri 15 manat, cəmi 8 ədəd 120 manat dəyərində qadın üçün tül xalatı, 1 ədədinin dəyəri 12 manat, cəmi 35 ədəd 420 manat dəyərində kişi uzun şortiki, 1 ədədinin dəyəri 8 manat, cəmi 14 ədəd 112 manat dəyərində günlük kişi yay papağını, 1 ədədinin dəyəri 15 manat, cəmi 12 ədəd 180 manat dəyərində kişi qısa şortiki (mayosu), 1 ədədinin dəyəri 5 manat, cəmi 13 cüt 65 manat dəyərində kişi və qadın şəpitlərini, 1 ədədinin dəyəri 7 manat, cəmi 15 ədəd 105 manat dəyərində üzgüçülük eynəyini, 1 ədədinin dəyəri 10 manat, cəmi 10 ədəd 100 manat dəyərində uşaq üçün çimərlik geyimini, 1 ədədinin dəyəri 4 manat, cəmi 20 ədəd 80 manat dəyərində xilasedici şarı, 1 ədədinin dəyəri 7 manat, cəmi 15 ədəd 105 manat dəyərində ördək formasında hava şarını, 1 ədədinin dəyəri 10 manat, cəmi 9 ədəd 90 manat dəyərində kapron vedrə dəsti uşaq oyuncağını, 1 ədədinin dəyəri 10 manat, cəmi 3 ədəd 30 manat dəyərində maşın uşaq oyuncağını, 15 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonun elektrik uyğunlaşdırıcısını və 30 manat dəyərində 20 metr uzunluqda video müşahidə kamerasının kabelini sellofan torbalara yığıb mağazadan aparmaqla gizli olaraq talayıb, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2907 (iki min doqquz yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal küçəsi ev 57-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağlar massivi Günəş lagerində yerləşən fərdi yaşayış evində yaşayır. O, əvvəllər hər hansı bir cinayət törətməmiş, onun məhkumluğu olmamışdır. O, Təqsirləndirilən şəxs2 təxminən bir-iki aydır tanımışdır. Onun Cavidlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün Novxanı bağlarında günəmuzd işləmişdir. O, Novxanı bağlarında günəmuzd işləyərkən Cavidlə tanış olmuşdur. Son vaxtlar bəzi hallarda o, Cavidlə birlikdə işləmişdir. 23 may 2024-cü il tarixdə gün ərzində o, Cavidlə birlikdə Novxanı bağlarında işləmiş, həmin gün saat 18 radələrində onlar işdən çıxdıqdan sonra birlikdə oturub yemək yeməyi və spirtli içki qəbul etməyi qərara almışlar. Bundan sonra onlar Novxanı bağlarında yerləşən mağazadan 750 qramlıq araq və kolbasa almışlar. O, Cavidlə birlikdə sonuncunun işlədiyi bağa getmişlər. Tanışları Famil adlı şəxs də onların yanına gəlmişdir. Onlar birlikdə həmin bağda arağı içmiş və kolbasanı yemişlər. Araq onlara kifayət etmədiyi üçün o, Famillə birlikdə yaxınlıqda yerləşən “Laçın” adlı marketə getmiş, oradan 500 qramlıq bir ədəd araq alıb yenidən bağa qayıtmışdır. Onlar həmin arağı da içmişlər. Saat 23:30 radələrində onlar yeyib-içdikdən sonra yaşadıqları evə getməyi qərara almışlar. Onlar bağdan çıxmış və o, Cavidlə birlikdə küçə ilə yaşadıqları ev istiqamətində hərəkət etmişlər. Həmin vaxt Cavid yolun kənarında yerləşən geyim mağazasının qapısını itələməyə başlamışdır. O, Caviddən nə etdiyini soruşmuş, Cavid ona həmin mağazanın yeni açıldığını, mağazada video müşahidə kamerasının olmadığını, mağazaya girib bir neçə ədəd şortik götürmələrini demişdir. O, Cavidə bir söz deməmişdir. Cavid əlləri ilə mağazanın giriş qapısını itələyib açmış və içəriyə daxil olmuşdur. O, da Cavidin arxasınca mağazaya daxil olmuşdur. Cavid mağazanın içərisində olan geyim paltarlarını sellofan torbaya yığmağa başlamışdır. O, da mağazadan təxminən 15 ədəd şortik və bir neçə ədəd şəpiti götürüb sellofan torbaya yığmışdır. Bundan başqa o, Cavidlə birlikdə mağazada uşaq oyuncaqları, dərmal və digər bu kimi əşyaları sellofan torbaya yığıb çölə çıxmışlar. Bundan sonra onlar oğurladıqları əşyaları sellofan torbada Cavidin işlədiyi bağa aparmışlar. Cavid oğurladıqları əşyaların çox hissəsini bağa qoymuşdur. O, isə 10-15 ədəd şortik, bir neçə ədəd şəpiti və bir ədəd oyuncağı götürüb yaşadığı evə getmişdir. O, həmin əşyaları yaşadığı evdə gizlətmişdir. Səhəri gün o, Cavidlə görüşüb sonuncu ilə işə getmişdir. O, Cavidə 10-15 ədəd şortikin ona lazım olmadığını demişdir. Cavid şortikin onda qalmasını, xalasının geyim paltarlarının satışı ilə məşğul olduğunu, şortiki satmaq üçün ondan götürüb xalasına verəcəyini demişdir. Polis əməkdaşları geyim əşyalarını onun və Cavidin oğurladığını müəyyən etmişlər. O, özündə olan şortikləri polis əməkdaşlarına təqdim etmişdir. O Cavidlə birlikdə mağazadan şortiklər, şəpitlər, dəsmallar, uşaq oyuncaqları və digər əşyalar oğurlamışlar. Oğurladıqları bütün əşyaları sahibinə geri qaytarmışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əvvəlcədən Cavidlə birlikdə mağazadan oğurluq etmək kimi bir niyyətlərinin olmadığını, həmin güm işdən çıxıb içki içdiklərindən və sərxoş olduqlarından Cavidlə birlikdə mağazadan oğurluq etdiklərini, hazırda törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, mağazadan oğurladıqları bütün əşyaların hamısının mağaza sahibinə geri qaytardığını, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs dəymiş ziyanın əvəzi olaraq 1000 manat pul ödəməsini, onun isə maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs pul ödəyə bilməməsini, lakin oğurladığı bütün əşyaları geri qaytardığını, göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin oğurluğu tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir. O, Mehmanı təxminən bir aydır tanımışdır. 23 may 2024-cü il tarixdə saat 17 radələrində o, Mehmanla birlikdə olmuşdur. Həmin vaxt onlar Novxanı bağlarında yerləşən mağazadan 750 qramlıq araq və kolbasa almışlar. O, Mehman və tanışı Famillə birlikdə arağı içmiş və kolbasanı yemişlər. Araq onlara kifayət etmədiyi üçün o, Mehmanla birlikdə yenidən mağazadan araq və “Go” içkisi almışlar. Onlar həmin arağı da içmiş və sərxoş vəziyyətə düşmüşlər. Saat 23 radələrində anası Mahirə ona zəng edərək evə gələrkən bir ədəd çörək almağını demişdir. Bundan sonra o, Mehmanla birlikdə piyada olaraq yaşadıqları Lagerə doğru hərəkət etmişlər. Mehman ona “qaqa sənə şortikdən zaddan nə qulluq edim” demişdir. O, Mehmana şortikin ona lazım olmadığını demişdir. Mehman ona mağazaya girib şortik götürmələrini, qabaqdan yay gəldiyini, şortiki geyinib dənizdə çimmələrini demişdir. O, Mehmanla razılaşmış və sonuncu ilə birlikdə tanımadığı şəxsə məxsus mağazanın qarşısına getmişlər. Mehman ayağı ilə mağazanın qapısına təpik zərbəsi vurub açmışdır. Onlar qapıdan içəri daxil olmuşlar. O, Mehmanla birlikdə mağazada olan geyimlərdən yeddi ədəd şortik, beş ədəd şəpit götürmüşlər. Bundan başqa Mehman mağazadan iki ədəd “Kamaz”, bir ədəd “traktor” oyuncaqları, təxminən 20 ədəd çimərlik eynəyi, bir neçə ədəd dəsmal, bir neçə ədəd dimdikli yay papağı və digər əşyalar götürmüşdür. Onlar həmin əşyaları bir neçə ədəd sellofan torbaya yığıb mağazadan çölə çıxmışlar. Onlar yaxınlıqda yerləşən transformatorun yanına getmişlər. Mehman oğurladıqları əşyaları bölüşdürmüşdür. Mehman ona bir neçə ədəd şəpit, bir ədəd şortik və oyuncaqları vermişdir. O, Mehmanın verdiyi əşyaları işlədiyi bağa qoymuşdur. Dörd ədəd şortiki isə yaşadığı evə aparmış, yatdığı taxtın altında gizlətmişdir. Anası şortikləri görməmişdir. Səhəri gün o, Mehmanla birlikdə Sumqayıt şəhərinə getmişdir. O, Mehmanla birlikdə gəzişib pivə, araq içmişlər. Polis əməkdaşları oğurluq etdiyini bildikdən sonra o, Mehmanla birlikdə oğurladığı əşyalardan Mehmanın ona verdiyi əşyaları təqdim etmişdir. O, oğurladığı əşyaların heç birini satmamış və hamısını təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə olaraq mağazadan oğurladığı əşyalardan 3 ədəd sellofan torbada olan əşyaları işlədiyi bağda özünə məxsus otağa qoyduğunu, həmin əşyalardan 4 ədəd şortik və 3 ədəd tərliyi götürüb yaşadığı evdə özünə məxsus otağa qoyduğunu, daha sonra polis əməkdaşları onu saxladıqdan sonra o, işlədiyi bağda olan qaldığı otaqdakı oğurladıqları əşyaları və yaşadığı evə apardığı əşyaları polis əməkdaşlarına təhvil verdiyini, Mehmanın da eyni ilə onun kimi mağazadan oğurluqla götürdüyü əşyaları sahibinə geri qaytardığını, əvvəlcədən Mehmanla birlikdə oğurluq etmək niyyətinin olmadığını, həmin gün Mehmanla birlikdə spirtli içki içib sərxoş olduqlarından mağazadan oğurluq etdiklərini,törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, vurulmuş zərərin əvəzi olaraq Zərərçəkmiş şəxs əlavə olaraq min manat ödədiyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə dəftərxana vasitəsi ilə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərin tamamilə ödəndiyini və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlaması nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CMin 177.2.1 və 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 24 may 2024-cü il tarixli “hadisə yerinə baxış protokolu və fotocədvəl” dən görünür ki, həmin oğurluq hadisəsi Binəqədi rayonu, Novxanı bağları dəniz istiqamətində yolun kənarında yerləşən “Murad” marketdə baş vermişdir. 28 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Novxanı bağlar massivi, Güməş lagerində yerləşən ünvansız evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 yataq otağındakı çarpayının kənar hissəsindən 1 ədəd şəffaf seloffanda, 1 ədəd puma markalı qara rəngli idman şalvarı və 6 ədəd bədən dəsmalı, 1 ədəd yaşıl sellofanda uşaq oyuncağı, 1 ədəd şəffaf selloffanda 7 cüt ayaq üçün tərlik, 1 ədəd levis selloffanında 2 ədəd uşaq oyuncağı və 1 ədəd üzgüçülük eynəyini təhvil vermişdir. 28 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Həsənov X7 yolu, 6-cı döngə ünvansız fərdi tikilidə, köməkçi tikildə, evin giriş hissəsində çarpayının aşağı yerində gizlətdiyi 1 ədəd şəffaf seloffanda 16 ədəd şortik, 1 ədəd qəhvəyi sellofanda 2 ədəd uşaq oyuncaq maşını, 1 ədəd şəffaf selloffanda 2 ədəd uşaq oyuncaq maşını, 1 ədəd qəhvəyi selloffanda 6 ədəd şapka, 9 ədəd şortik və 1 ədəd üzgüçülük eynəyini təhvil vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 22:30-da CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 18:30-da CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-392/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmişdir, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, fotoşəkilləri təqdim edilmiş və təqdim edilməyən 33 adda malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2541,00 manat müəyyən edilir. Fotoşəkilləri təqdim edilməyən digər 7 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 6 ədəd günlük kişi yay papağı, 6 ədəd bədən dəsmalı, 1 ədəd büstqalter, 13 ədəd kişi uzun şortiki, 8 ədəd kişi qısa şortiki, 4 ədəd qadın çimərlik şalvarı, 3 ədəd üzgüçülük eynəyi, 5 cüt kişi şəpiti, 2 cüt qadın şəpiti, 3 ədəd maşın uşaq oyuncağı, 1 ədəd betonqarışdıran uşaq oyuncağı, 1 ədəd qum şəlaləsi uşaq oyuncağı və 3 ədəd kapron vedrə dəsti uşaq oyuncağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 19 avqust 2024-cü il tarixdə tərəfimdən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla maddi sübut hesab edilmiş və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmişdir, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Sumqayıt şəhəri, Novxanı bağları, “Günəş” lageri ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 28 may 2024-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 30 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-392/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 28 may 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi həbsdə olduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 04 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2024-cü il tarixli X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 Mehman Şahin oğlunun övladlarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsi və ya götürülməsini), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, oğurladığı əşyaları qaytarmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Sumqayıt şəhəri, Novxanı bağları, “Günəş” lageri ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayorunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 29 may 2024-cü il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 30 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 29 may 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi həbsdə olduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 04 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 6 ədəd günlük kişi yay papağı, 6 ədəd bədən dəsmalı, 1 ədəd büstqalter, 13 ədəd kişi uzun şortiki, 8 ədəd kişi qısa şortiki, 4 ədəd qadın çimərlik şalvarı, 3 ədəd üzgüçülük eynəyi, 5 cüt kişi şəpiti, 2 cüt qadın şəpiti, 3 ədəd maşın uşaq oyuncağı, 1 ədəd betonqarışdıran uşaq oyuncağı, 1 ədəd qum şəlaləsi uşaq oyuncağı və 3 ədəd kapron vedrə dəsti uşaq oyuncağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 təqdim etdikləri hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 6 ədəd günlük kişi yay papağı, 6 ədəd bədən dəsmalı, 1 ədəd qadın alt geyimi, 13 ədəd kişi uzun şortiki, 8 ədəd kişi qısa şortiki, 4 ədəd qadın çimərlik şalvarı, 3 ədəd üzgüçülük eynəyi, 5 cüt kişi şəpiti, 2 cüt qadın şəpiti, 3 ədəd maşın uşaq oyuncağı, 1 ədəd betonqarışdıran uşaq oyuncağı, 1 ədəd qum şəlaləsi uşaq oyuncağı və 3 ədəd kapron vedrə dəsti uşaq oyuncağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar