Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-613/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay– himayəsində 3 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CMin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2vanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2023-cü ildə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanda yerləşən “Şərq-Qərb Təbabət” adlanan klinikaya daxil olaraq birinci mərtəbədə yerləşən həmin klinikada həkim-infeksionist vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən iş otağına sonuncunun otaqda olmamasından istifadə edib açıq qapıdan qanunsuz olaraq daxil olub otaqda olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 50 manat dəyərində dəri materialdan, “Piere Cardin” markalı 1 ədəd pul qabını, həmin pul qabının içərisində olan həmin dövrün məzənnəsi ilə 1870 manat təşkil edən 1100 ABŞ dolları, 682 manat pulu, 10 manat dəyərində 4169**0829 nömrəli "xxxx" ASC-yə məxsus 1 ədəd bank hesab kartını, 10 manat dəyərində 4189**4401 nömrəli "xxxx" ASC-yə məxsus 1 ədəd bank hesab kartını, 10 manat dəyərində 4189**2546 nömrəli "xxxx" ASC-yə məxsus 1 ədəd bank hesab kartını, 2 manat dəyərində “BakıKart” adlı metro kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2634 (iki min altı yüz otuz dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 aprel 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanda yerləşən “Araz” adlanan mağazada olarkən həmin mağazanın daxilində yerləşən “Prime” adlanan mağazaya məxsus saxlanc yeri hesab edilən şüşəli piştaxtadan 985 manat dəyərində Çin istehsalı “kvartz” mexanizmli, üzərində “X3” markalanma göstəricisi olan PBHM3234 modelli, dəri kəmərli 1 ədəd kişi qol saatını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nə 985 (doqquz yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, 09 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanda yerləşən “Şərq-Qərb Təbabət” adlanan klinikaya daxil olaraq birinci mərtəbədə yerləşən həmin klinikada həkim-infeksionist vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən iş otağından sonuncuya məxsus 19 dekabr 2016-cı il tarixdə ASAN İ tərəfindən verilmiş, etibarlılıq müddəti 25 sentyabr 2030cu il tarixədək olan AZE seriyalı 16827107 nömrəli 10 manat dövlət rüsumu ödənilmiş Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədlər olan 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş, etibarlılıq müddəti 20 noyabr 2033-cü il tarixədək olan BA083707 nömrəli 41 manat dövlət rüsumu ödənilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsini, 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, etibarlılıq müddəti 29 sentyabr 2032-ci il tarixədək olan C04068779 vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır.” Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamlarda özünü tam təqsirli bilərək, CM-in 326.2-ci maddəsilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən sexdə ayaqqabı dizayneri ustası işləmişdir. Həftəiçi işdə olmuş, altıncı və bazar günləri isə işə getməmişdir. 2021-ci ildə Bakı şəhərində oğurluq cinayəti törətdiyi üçün Xətai Rayon Məhkəməsinin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin avqust ayında azadlığa buraxılmışdır. 09 dekabr 2023-cü ildə həftənin altıncı günü olmuşdur. Maddi cəhətdən sıxıntıları olmuş, anası Rənanın yüksək təzyiq xəstəliyi olmuşdur. Çıxış yolu tapmaq, pul əldə etmək məqsədi ilə 09 dekabr 2023-cü ildə səhər saatlarında yaşadığı evdən çıxaraq Bakı şəhərinin bir neçə yerinə getmişdir. Həmin gün saat 14 radələrində Binəqədi rayonu Azadlıq prospektinə gəlmişdir. Küçədə gəzişərkən hava çox soyuq olduğu üçün üşüdüyündən yaxınlıqda yerləşən “Şərq-Qərb Təbabət” klinikasına daxil olmuşdur. Girişdə yerləşən baxılı geyinmiş, klinikanın birinci mərtəbəsində dəhlizdə bir neçə dəqiqə gəzişib bədənini qızışdırmışdır. Dəhlizdə gəzişərkən klinikanın giriş qapısından sol tərəfdə həkim otağının yerləşdiyini, həmin otağın qapısının açıq vəziyyətdə olduğunu, içəridə heç kimin olmadığını görmüşdür. Otağa baxarkən otaqdakı qabaq masasının üzərində printer olduğunu, həmin printerin üzərində isə qırmızı rəngli pul qabının olduğunu görmüşdür. Pul qabında pulun olacağını yəqin etmiş və pula ehtiyacı olduğu üçün həmin pul qabını götürmək qərarına gəlmişdir. Bundan sonra o, həmin otağa daxil olub qırmızı rəngli bir ədəd pul qabını götürmüş, pul qabını əynində olan gödəkçənin iç cibinə qoymuş və otaqdan çıxmışdır. Bundan sonra o, klinikadan çölə çıxmış və klinikanın arxa tərəfində yerləşən küçəyə getmişdir. Orada pul qabını açaraq içərisinə baxmışdır. Pul qabında pulun, bank kartlarının, mağaza kartlarının və digər sənədlərin olduğunu görmüşdür. O, pulları sayaraq doqquz ədəd 100-lük nominal dəyərində ABŞ dolları pulun, 650 manat pulun olduğunu müəyyən etmişdir. Pul qabını cibinə qoyub oradan uzaqlaşmışdır. Polis əməkdaşlarının onu axtara biləcəyini düşünüb yaşadığı evə getməmək qərarına gəlmişdir. Bu səbəbdən o, taksi avtomobili ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi Nərimanov küçəsinə getmişdir. Pul qabında olan pulları götürüb cibinə qoymuş, pul qabını isə içərisindəkilərlə birlikdə özünə məxsus qara rəngli əl çantasının içərisinə qoymuş, çantanı isə həmin küçədə yaşayış olmayan bir evin həyətinə qoyub oradan uzaqlaşmışdır. 8-ci kilometr bazarına getmiş və orada yerləşən aptekdən təxminən 200 manat dəyərində anası Rənanın dərmanlarını almışdır. Sonra Əhmədli metrostansiyasına gedərək orada pul dəyişən tanımadığı şəxsdən 800 ABŞ dolları pulu təxminən 1360 manata dəyişmişdir. Həmin pulla yaşadığı evin kirayə pulunu vermiş, özünə pal-paltar almış və evə bazarlıq etmişdir. Bir neçə gün sonra qalan 100 ABŞ dolları pulu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketin içərisində "xxxx"da 169 manata dəyişmişdir. Həmin pulu da gündəlik tələbatına xərcləmişdir. 12 yanvar 2023-cü ildə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları onu saxlayıb oğurluq etdiyini bildirmişlər. O, etdiyi oğurluğu etiraf etmiş və polis əməkdaşları ilə birlikdə Bakıxanov qəsəbəsinə gedərək oraya atdığı çantasını götürüb içərisində olan əşyalarla, yəni qırmızı rəngli bir ədəd pul qabını, Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, pasportu, bir ədəd metro kartını, bir ədəd “Azercell” sim kart nömrəsini, bir ədəd “Bakcell” sim kart nömrəsinin kartını, bir ədəd "xxxx" kartını, bir ədəd “Leo bank” kartını, bir ədəd “Expressbank” kartını, iki ədəd "xxxx" kartını, bir ədəd Medical kartı, bir ədəd Baku Electronics kartını və bir ədəd Olivia kartını təqdim etmişdir. Pulların hamısını xərclədiyi üçün təqdim edə bilməmişdir. Bundan başqa o, 15 aprel 2024-cü ildə saat 13 radələrində işdən çıxmış və gəzərək Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisi istiqamətində getmişdir. 9-cu mikrorayonda yerləşən “Araz” adlı mağazaya su almaq məqsədi ilə daxil olmuş və mağazada gəzməyə başlamışdır. Həmin mağazada gəzərkən şüşəli piştaxtada qol saatlarının olmasını görmüş və həmin saatlar onun marağını cəlb etmişdir. Piştaxtaya yaxınlaşıb orada olan qol saatlarına baxmağa başlamış və həmin qol saatlarından biri xoşuna gəlmişdir. Həmin zaman o, saatı oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxmış və ətrafda heç kimin olmadığını və heç kimin ona fikir vermədiyini görüb şüşəsi açıq olan piştaxtadan bir ədəd qol saatını götürmüşdür. Sonra ətrafa bir daha nəzər yetirərək həmin qol saatını ovucunda gizlədərək mağazanın çıxışına doğru getmiş, mağazadan çıxıb oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirir ki, onun məqsədi Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, pasportu oğurlamaq olmamışdır. Onun məqsədi pul qabında olan pulu oğurlamaq olmuşdur. Həmin sənədlər isə oğurladığı pul qabında olmuş, o, pul qabını oğurluqdan sonra açarkən sənədləri görmüşdür. Sənədlərdən istifadə etməmiş, sənədləri atdığı yeri polis əməkdaşlarına göstərərək həmin yerdən götürüb təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 187 ünvanda yerləşən “Şərq- Qərb Təbabət” Klinikasında infeksionist həkim işləmişdir. Həftəiçi altı gün saat 09-dan saat 17-dək klinikada işdə olmuşdur. 09 dekabr 2023-cü ildə saat 09:30 radələrində klinikaya işə gəlmişdir. Klinikanın girişində sol tərəfdə yerləşən iş otağında olmuşdur. Saat 13:50 radələrində kassadan pul götürmək üçün otaqdan çıxmışdır. Həmin vaxt onun əşyaları otaqda qalmış və otağın qapısını bağlamamışdır. Saat 14:03 dəqiqədə otağa qayıdarkən printerin üzərinə qoyduğu qırmızı rəngli pul qabının yerində olmadığını görmüşdür. Pul qabını kimin götürdüyünü bilmək üçün klinikada işləyən şəxslərə məlumat vermişdir. Həmin şəxslər ona kömək edərək pul qabını axtarmışlar. Lakin, onlar pul qabını tapa bilməmişlər. Qeydiyyatçı işləyən Gülnar adlı şəxs o otaqda olmayan zaman otağına bir nəfər kişi cinsli şəxsin daxil olub çıxdığını demişdir. O, həmin şəxsin pul qabını oğurladığını yəqin etmişdir. Pul qabında bank kartlarının da oğurlandığını nəzərə alıb oğurluq etmiş şəxsin həmin kartlardan istifadəsinin və pulları çıxarmasının qarşısını almaq üçün mobil tətbiq vasitəsi ilə oğurlanmış beş ədəd kartını bloklamışdır. Xəstələri qəbul etdikdən sonra istifadə etdiyi mobil telefonla 102-yə zəng edərək pul qabının içərisində olan əşyalarla birlikdə oğurlanması barədə məlumat vermişdir. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin əməkdaşları klinikaya gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Polis əməkdaşları klinikanın videomüşahidə kamerasına baxmışlar. Həmin vaxt bir nəfər şəxsin klinikadan qaça-qaça çıxıb getdiyi və oğurluğu həmin şəxsin etdiyi müəyyən edilmişdir. Ona məxsus oğurlanmış bir ədəd pul qabı qırmızı rəngli, “Piere Cardin” markalı, dəri materialdan, düymə ilə bağlanan, iki-üç gözlü, dəyəri 50 manat olmuşdur. Pul qabında 682 manat nağd pul və 1100 ABŞ dolları olmuş, həmin pullar oğurlanmışdır. 682 manat pul 200, 100, 50, 20, 10 və 1 manatlıq əskinaslardan ibarət olmuşdur. ABŞ dolları isə on bir ədəd 100 dollarlıq əskinasdan ibarət olmuşdur. Oğurlanmış şəxsiyyət vəsiqəsi 19 dekabr 2016-cı il tarixdə Asan 1 tərəfindən verilmiş, 16827107 nömrəli olmuş, dövlət rüsumu olaraq 10 manat ödəmişdir. Oğurlanmış sürücülük vəsiqəsi BA083707 nömrəli, dövlət rüsumu olaraq 41 manat pul vermişdir. Oğurlanmış pasport C04068779 nömrəli, dövlət rüsumu olaraq 60 manat ödəmişdir. Oğurlanmış "xxxx" kartı 4169 7377 0495 0829 nömrəli, kartı 10 manata almış, içərisində 390 manat olmuş, lakin pul oğurlanmamışdır. Oğurlanmış “Leo bank” kartı 4098 5844 6214 6356 nömrəli, pulsuz almış, içərisində 3800 manat pul olmuş, lakin həmin pul oğurlanmamışdır. Oğurlanmış birinci “Rabitə bank” AZN kartı 4189 8000 8008 4401 nömrəli olmuş, 10 manata almış, içərisində 8 manat pul olmuş, lakin pul oğurlanmamışdır. Oğurlanmış “Rabitə bank” USD kartı 4189 8000 8446 2546 nömrəli, 10 manata almış, içərisində 1618 ABŞ dolları pul olmuş, lakin pul oğurlanmamışdır. Oğurlanmış “Expressbank” kartı 4724 9514 1047 5777 nömrəli, pulsuz almış, maaş kartı olmuş, içərisində 337 manat pul olmuş, lakin pul oğurlanmamışdır. Bundan başqa ona məxsus “Baku elektronics” adlı bonus kartı, “Olivia” adlı bonus kartı, “Bakı kart” adlı metro kartı, “Uçak Medical” adlı vizik kartı, Azercell sim kartının qabı və Bakcell sim kartının qabı oğurlanmışdır. Göstərdiklərindən başqa ona məxsus digər əşya oğurlanmamışdır. İçərisində pul və digər əşyaların olduğu pul qabı otaqdan oğurlanan zaman o, otağında olmamış, o, klinikanın dəhlizində olmuşdur. Bu səbəbdən o, əşyalarının oğurlandığını görməmişdir. Oğurlanmış pullardan başqa digər əşyalar və sənədlər ona qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabineti vasitəsilə ərizə ilə müraciət edərək, cinayət işinə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, oğulanmış “X3” markalanma göstəricisi olan PBHM3234 modelli 1 ədəd kişi qol saatı geri qaytarıldığından Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri olmadığını bildirmişdir. Cinayət prosesi tərəfləri zərər çəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs2n nümayəndəsinin məhkəmədə iştirakını tələb etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən “Şərq-Qərb Təbabət” Klinikasında qeydiyyatçı işləyir. Həmin klinikada infeksionist həkim işləyən Zərərçəkmiş şəxs1 tanıyır. 09 dekabr 2023-cü ildə saat 13:50 radələrində iş yerində olan zaman ağzında maska, başında papaq və çiynində çanta olan kişi cinsli tanımadığı bir nəfər şəxsin giriş qapıdan içəri daxil olduğunu görmüşdür. Həmin şəxs qeydiyyat şöbəsinə yaxınlaşmamışdır. Həmin şəxsin hara getdiyini görməmişdir. Təxminən 10-15 dəqiqə sonra Sevinc həkim gələrək otağından bir neçə dəqiqə ərzində çıxıb geri qayıtdığını, otağa qoyduğu pul qabının yerində olmadığını demişdir. Sevinc həkimə klinikaya bir nəfər tanımadığı kişi cinsli şəxsin gəldiyini demişdir. Sevinc həkim pul qabında bank kartlarının, pulunun və digər sənədlərinin olduğunu, həmin əşyalarının birlikdə otağında olan printerin üzərindən götürüldüyünü demişdir. Sevinc həkim xəstələrini qəbul etdikdən sonra mobil telefonla 102-yə zəng edərək pul qabının oğurlanması barədə məlumat vermişdir. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin əməkdaşları klinikaya gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Polis əməkdaşları klinikanın video müşahidə kamerasının qeydə aldığı video görüntüyə baxmışlar. O, da həmin video görüntüyə baxmışdır. Video görüntüdə klinikaya daxil olmuş qeyd etdiyi şəxsin Sevinc həkimin otağına daxil olması aydın şəkildə görünməsə də, onun həmin istiqamətdə getdiyi məlum olmuşdur. İstintaq zamanı Sevinc həkimin otağına Təqsirləndirilən şəxs adlı şəxsin daxil olduğu və pul qabını sonuncunun oğurladığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 43). Cinayət işi başlanması barədə 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Binəqədi RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 55). Şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 102). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 143-144). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 164-165). Cinayət əməlinin tövsif edilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v 183-184). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 187-188). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 206-209). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2024-cü il tarixli 9/4261 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal olunmuş, üzərində “X3” markalanma göstəricisi olan PBHM3234 modelli, dəri kəmərli, kişi qol saatının 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 850 manat müəyyən edilir (cild 2, i.v.44-46). Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinə tövsif edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Piere Cardin” markalı bir ədəd pul qabı, 4169 7377 0495 0829 nömrəli "xxxx" kartı, 4189 8000 8008 4401 nömrəli "xxxx" AZN kartı, 4189 8000 8446 2546 nömrəli "xxxx" USD kartı və “BakıKart” adlı Bakı Nəqliyyat Agentliyi metro kartı, AZE seriyalı 16827107 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, BA083707 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsi, C04068779 nömrəli Azərbaycan Respublikası pasportu maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nə məxsus Çində istehsal olunmuş, “kvartz” mexanizmli, üzərində “X3” markalanma göstəricisi olan PBHM3234 modelli, dəri kəmərli bir ədəd kişi qol saatı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmiş, oğurluq hadisələrinin videogörüntülərinin olduğu iki ədəd “CD” disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v 69- 70). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 2, i.v 76-77). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona CM-in 326.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina etmişdir. Dövlət ittihamçısı imtinasını onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə ittiham Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanda yerləşən “Şərq- Qərb Təbabət” adlanan klinikaya daxil olaraq birinci mərtəbədə yerləşən həmin klinikada həkim- infeksionist vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən iş otağına sonuncunun otaqda olmamasından istifadə edib açıq qapıdan qanunsuz olaraq daxil olub otaqda olan masanın üzərindən Zərərçəkmiş şəxs1 AZE seriyalı 16827107 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin, digər mühüm şəxsi sənədlər olan Azərbaycan Respublikası sürücülük vəsiqəsinin, C04068779 nömrəli Azərbaycan Respublikası pasportunun talanmasına görə verilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcədə məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini oğurlamaq niyyəti olmamış, Zərərçəkmiş şəxs1 iş otağına baxarkən otaqdakı printerin üzərində qırmızı rəngli pul qabının olduğunu görüb pul qabında pulun olacağını yəqin edib pula ehtiyacı olduğu üçün həmin pul qabını oğurlamışdır. Bundan sonra klinikadan çölə çıxmış və klinikanın arxa tərəfində yerləşən küçədə pul qabını açaraq içərisinə baxıb pul qabında pulun, bank kartlarının, mağaza kartlarının və digər sənədlərin olduğunu görmüş, pulları götürdükdən sonra bank kartlarını, mağaza kartlarını, Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədləri özünə məxsus çantanın içinə qoyaraq yaşayış olmayan evlərdən birinin həyətinə atıb getmişdir. Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni, həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Təqsirləndirilən şəxs pul qabını içərisindəki şəxsiyyət vəsiqəsi və digər sənədlərlə birlikdə oğurluq yolu ilə götürsə də, şəxsiyyət vəsiqəsi və digər sənədlər təqsirləndirilən şəxsin gizli yolla taladığı pul qabının içərisində olmuş, sonuncunun zərər çəkmiş şəxsin sözügedən sənədlərini oğurlamaq niyyətində olması, bu sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması araşdırma zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən imtina etdiyini və iş üzrə cinayət təqibinin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə davam etdirilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə cinayət işi üzrə icraata dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən bəraətverici əsasla Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.1.2-ci maddəsinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrilə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 23 sentyabr 2023-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v.167-168). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.3-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İşdə olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində 3 azyaşlı uşağı var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 3 azyaşlı uşağın olmasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə cinayət işi üzrə icraata dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Piere Cardin” markalı bir ədəd pul qabının, 4169 7377 0495 0829 nömrəli "xxxx" kartının, 4189 8000 8008 4401 nömrəli "xxxx" AZN kartının, 4189 8000 8446 2546 nömrəli "xxxx" USD kartının və “BakıKart” adlı Bakı Nəqliyyat Agentliyi, metro kartının, 19 dekabr 2016-cı il tarixdə Asan 1 tərəfindən verilmiş AZE seriyalı 16827107 nömrəli şəxsiyyət vəsiqəsinin, BA083707 nömrəli sürücülük vəsiqəsinin, C04068779 nömrəli pasportun Zərərçəkmiş şəxs1, “X3” markalanma göstəricisi olan bir ədəd kişi qol saatının zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nə qaytarılması nəzərə alınmalı, oğurluq hadisələrinin videogörüntüsünün köçürüldüyü iki ədəd “CD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə cinayət işi üzrə icraata dövlət ittihamçısı həmin hissədə ittihamdan imtina etdiyindən Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Maddi sübutlar – “Piere Cardin” markalı bir ədəd pul qabının, 4169 7377 0495 0829 nömrəli "xxxx" kartının, 4189 8000 8008 4401 nömrəli "xxxx" AZN kartının, 4189 8000 8446 2546 nömrəli "xxxx" USD kartının və “BakıKart” adlı Bakı Nəqliyyat Agentliyi metro kartının, AZE seriyalı 16827107 nömrəli şəxsiyyət vəsiqəsinin, BA083707 nömrəli sürücülük vəsiqəsinin, C04068779 nömrəli pasportun Zərərçəkmiş şəxs1, “X3” markalanma göstəricisi olan bir ədəd kişi qol saatının zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nə qaytarılması nəzərə alınsın. Oğurluq hadisələrinin videogörüntüsünün köçürüldüyü iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-613/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-613/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver