Məhkəmə qərarları › İş №1(001)-615/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-615/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-615/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nin İnzibati Binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsi, Y.Səfərov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X2 və Yeganə adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs Elyaz qızının işlətdiyi “1001 Xırdavat” adlı mağazaya gələrək aralarında olan razılaşmaya əsasən Səbinə Əlipaşayeva və Yeganə adlı tanışları satışda olan malların qiymətlərini soruşaraq Zərərçəkmiş şəxs fikirini yayındırmalarından istifadə edən o, sonuncuya məxsus olaraq piştaxtanın üzərində saxladığı, dəyəri 7 manat təşkil edən, içərisində 2100 manat pul olan pul kisəsini gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 2.107 (iki min yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olmuş və işləmədiyindən pula ehtiyacı olmuşdur. Bu səbəbdən imkanı olduğunda oğurluq etmək istəmişdir. 23 may 2022-ci il tarixdə təxminən gunorta vaxtı Abşeron rayonu, Xırdalan şəhərinə, “Af-Park” adlanan yerdə, səhv etmirsə Heydər Əliyev prospektində və ya onun yaxınlığında yaşayan keçmiş məhbus yoldaşı X1 evinə getmişdir. Bu zaman orada həmçinin Səbinənin rəfiqəsi kimi tanıdığı Yeganə adlı şəxs də olmuşdur. Onlar evdə ünsiyyətdə olanda razılaşmışlar ki, gedib mağazaların birindən oğurluq edərək pul əldə etsinlər. Əvvəlcədən olan razılığa əsasən onlar mağazada satıcıdan piştaxtanın muxtəlif yerlərində olan malların qiymətləri ilə marağlanaraq satıcının fikirini yayındırmalı idilər ki, bu zaman kimin fürsəti varsa pul və ya digər bir şey oğurlaya bilsinlər. Həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, Döngə 3 ünvanında yerləşən, adının Zərərçəkmiş şəxs Elyaz qızı olduğunu sonradan bildiyi şəxsin işlətdiyi “1001 Xırdavat” adlı mağazaya gəlmişlər/ Mağazada təkcə bir satıcı Əsmər olmuş, başqa adam olmamışdır. Səbinə və Yeganə alıcılar kimi satışda olan malların qiymətlərini soruşmaqla satıcı Əsmərin fikirini yayındırmışlar, o isə bundan istifadə edərək piştaxtanın üzərinə, stulun yanında olan hissədə, qırmızı rəngli ləyənlər olan yerə Əsmərin qoyduğu qara rəngli pul kisəsini gizli olaraq oğurlayıb diqqət cəlb etmədən mağazadan çıxıb tez oradan aralanmışdır. Bundan sonra onun ardı ilə Səbinə və Yeganə də mağazadan çıxıb tez addımlarla ona çatmışlar. Onlar əvvəl ara küçəyə girmişlər, orada Səbinə və Yeganə ona çatmamış o, əlindəki pul kisəsinə baxanda içərisində 2100 manat pulun, bank kartlarının olduğunu görmüşdür. Pullar muxtəlif əskinaslardan ibarət olmuşlar. Sonra Səbinə ona çataraq tələsdirmişdir ki, tez pulu götürüb pul kisəsini atmaq lazımdır, yoxsa onları yerində tutarlar. Sonra pul kisəsini onun əlindən alaraq əlində tutduğu sellofan torbaya qoymuş, Yeganəni isə yoldan taksi tapmağa göndərmişdir. Yeganə gələnə kimi pul kisəsini o, Səbinədən götürmüş, içərisinə baxanda bilmişdir ki, artıq Səbinə pul kissəsindəki pulun bir hissəsini götürmüşdür. O, pul kisəsində cəmi 750 manat qaldığını görüb onları götürmüşdür. Mağazadan təxminən 150 metr aralıda, sakit yerdə pul kisəsini içərisindəki şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-nin verdiyi iki ədəd bank kartları ilə birlikdə zibilliyə atmışdır. Onların niyyəti yalnız pul, qızıl və ya digər maddi neymətlərin oğurluğu olduğundan sənəd və bank kartları onlara lazım olmamışdır. Odur ki, 2100 manat pulu götürərək bölmüşlər, sənədi və bank kartlarını atmışlar. Səbinə ilə pulu niyə belə bölünməsi, özünə çox götürməsi ilə bağlı sonuncu ilə söhbət etməmişdir, çünki bunun yeri deyildi. Səbinə Yeganəyə demişdir ki, pul kisəsində pul az olub və özünə çatan puldan Yeganəyə təxminən 120-130 manat pul vermişdir. Oğurluq nəticəsində ona çatmış pulu sonra öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi cinayət əməlində peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən, bir mərtəbəli tikilidən idarət “1001 Xırdavat” adlı mağazanı icarəyə götürərək işlədir. 23 may 2022-ci il tarixdə saat 18 radələrində o, işlətdiyi “1001 Xırdavat” adlı mağazada olanda üç nəfər tanımadığı qadın alıcı kimi mağazaya daxil olaraq hərəsi piştaxtanın muxtəlif tərəfindən onu çağıraraq guya malların qiymətləri ilə marağlanmağa başlamışlar. Lakin özlərini aparmalarından və malların qiymətlərini formal soruşmalarından o, bir ticarətçi kimi hiss edirdi ki, bu qadınlar mal alana oxşamırlar. O, özünə məxsus qara rəngli pul kisəsini piştaxtanın üzərinə, stulun yanında olan hissədə, qırmızı rəngli ləyənlər olan yerə qoymuşdur. Həmin pul kisəsində 2100 manat pul, şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-nin verdiyi iki ədəd bank kartı olmuşdur. Pullar muxtəlif əskinaslardan ibarət olmuşlar. Kisədəki pulu oğurluqdn bir neçə gün əvvəl "xxxx" ASC-dən kredit kimi götürmüş və mal almaq üçün saxlamışdır. Bank kartının birində 5000 manat pul olmuş, digərində isə pul olmamışdır. Qadınlar onun fikrini mallara yayındırdıqdan sonra əvvəl yaşlı qadın mağazanı tərk etmiş, onun arxası ilə digər ikisi tələsik çıxıb getmişlər. Bu qadınlar mağazada olan zaman o, bacısı Şahid ilə görüntülü olaraq telefonla danışmış və qadınlar gedəndə bacısı ona demişdir ki, diqqətli ol, qadınlardan yaşlısı stulun yanındakı piştaxtadan nə isə götürüb getmişdir. O, qadınların arxası ilə baxanda görmüşdür ki, onlar tələsik ara küçələrə tərəf getmişlər. Lakin o, mağazanı boş qoya bilmədiyi üçün həmin qadınları təqib edə bilməmişdir. Sonra mağazada piştaxtaya baxanda görmüşdür ki, pul kisəsi oğurlanmışdır. Həmin tarixdə saat axşam saatlarında zəng edib bu barədə polisə məlumat vermişdir. Oğurluq olmasını görərək o, başa düşmüşdür ki, bu qadınlar əlbir olaraq ikisi qəsdən onun fikirini yayındırmış, digəri isə pul kisəsini oğurlamışdır. Hadisədən dərhal sonra banka zəng etmiş və kartları bloklatdırmışdır Polis idarəsində olan zaman qadınlardan yaşlısının Zeynəb, orta yaşlının Səbinə və digərinin Yeganə olması ona məlum olmuşdur. Zeynəbi və Səbinəni o, polis bölməsində görüb dərhal tanımışdır. Yeganəni də görsə tanıya bilər. Hadisə nəticəsində dəyəri 7 manat təşkil edən pul kisəsi, həmin pul kisəsinin içərisində olan 2100 manat pulu oğurlanaraq ona cəmi 2.107 (iki min yüz yeddi) manat məbləğində maddi ziyan vurulmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Əsmər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, Döngə 3 ünvanında yerləşən “1001 Xırdavat” adlı mağazanı icarə əsasında işlədərək ticarətlə məşğul olur. 23 may 2022-ci il tarixdə təxminən axşam saatlarında bacısı əsmərlə telefonda görüntülü danışmışdır. Danışıq arasında Əsmər ona mağazaya müştərilərin gəldiyini və bir qədər gözləməsini bildirmiş, o isə telefonu söndürməmiş və bacısının işini bitirməsini gözləmişdir. Bir neçə dəqiqə sonra qadınların birinin piştaxtanın üzərindən nə isə götürdüyünü görmüşdür. O, Əsmərə bu barədə demişdir ki, diqqətli olsun. Əsmər isə ona həmin qadınların mağazadan getdiyini və pul kisəsinin oğurlandığını bildirmişdir. Daha sonra isə bacısı Əsmər qadınların arxası ilə baxanda görmüşdür onların ara küçələrə tərəf getdiklərini görmüşdür. Daha sonra isə onlar telefon danışığını yekunlaşdırmışlar və Əsmər oğurluq barədə polisə zəng edib məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən “1001 Xırdavat” adlı mağazada baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, Döngə 3 ünvanında yerləşən “1001 Xırdavat” adlı mağazadan oğurluq cinayətini kimlərlə birlikdə necə törətməsini əyani şəkildə göstərməklə verdiyi ifadəsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq istintaqa 3 ədəd fotoşəkil təqdim edilmiş və onlar cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 3 ədəd fotoşəkilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı fotoşəkillərdəki şəxslərin birinin onun özü olduğunu, digər şəkillərdəki şəxslərin isə Səbinə Əlipaşayeva və Yeganə adlı şəxs olduqlarını, şəkillərin mağazadan pul kisəsini oğurlayıb həmin ərazidən uzaqlaşarkən çəkildiyini ehtimal etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-734/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş "xxxx" ASC-nin müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa "xxxx" ASC-nə məxsus kredit müqaviləsi təqdim edilmiş və həmin müqavilədən sonuncunun adına qeyd olunan bankdan kredit götürülməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-84/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 3 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 30 yanvar 2020-ci ildən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 3 ədəd fotoşəkil və "xxxx" ASC-dən 7000 manat pul götürülməsini təsdiq edən müqavilə iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2, 177.2.3, 177.2.3-1, 180 və 326.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işininin materiallarından axtarışda olan təqsirləndirilən şəxs X2 və Yeganə adlı şəxs barəsində CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1023/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-84/2020 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə azad edilərək həmin məhkumluğu ödənilmiş hesab olunmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edilməzdən əvvəl, yəni 23 may 2022-ci il tarixdə törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində cinayətlərinin residivinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını, cəzasını çəkib qurtarmamasını, qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə nəzərdə tutulan cinayət əməlini Bakı şəhəri Qaradağ rayon Polis idarəsində CM-in 177.1ci maddəsi ilə olan cinayət işinin istintaqı dövründə törədilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin cəzanı çəkib qurtarmamasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-734/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 20 iyun 2022-ci il tarixdən barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü çıxarıldığı vaxtadək, yəni 2 (iki) ay 17 (on yeddi) gün müddətində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsnun hazırda baxılan iş üzrə 20 iyun 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 17 (on yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd olunan qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)- 236/2022 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq istintaqa 3 ədəd fotoşəkil və "xxxx" ASC-nə məxsus kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 37 (otuz yeddi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 37 (otuz yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 37 (otuz yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 222 (iki yüz iyirmi iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) ay 17 (on yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-236/2022 nömrəli hökmü ilə məhkum edildiyi 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 3 ədəd fotoşəkil və "xxxx" ASC-nə məxsus kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 37 (otuz yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 222 (iki yüz iyirmi iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar