Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-618/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, İbrahimzadə Mustafa Əli Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham Aktı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. Məhkəmə hazırlıq iclasında müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verərək bildirmişdir ki, 02 may 2024-cü il tarixdə ******* saylı orderini Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ruhid Yaqubluya təqdim edərək və yazılı vəsatət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.1, 92.9.2, 92.9.8. və 92.9.15-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qarşı şübhənin və ya ittihamın mahiyyətini bilməyi üçün onun iştirakı ilə keçirilmiş istintaq və digər prosessual hərəkətlərin protokolları ilə tanış olmağına şərait yaradılmasını, şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərinin ona verilməsini xahiş etmişdir. Lakin müstəntiq qanunun tələblərini pozaraq vəsatətinə baxmamış, qeyd edilən sənədlərin surətlərini ona verməkdən imtina etmiş, bununla da şübhəli və sonradan təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs müdafiəsinə hazırlamasına mane olmaqla onun müdafiə hüququnu kobud şəkildə pozmuşdur. Buna görə də məcbur olub 05 may 2024-cü il tarixdə vəsatətlə Binəqədi rayon prokuroru Fuad Məmmədova müraciət etmişdir. Həmin vəsatətinə də vaxtında baxılmamış, yalnız ibtidai istintaq yekunlaşdıqdan sonra, yəni 08 avqust 2024-cü ildə müvafiq qərarla X7 vəsatətini qismən təmin edib, sənədlərin surətinin ona verilməli olduğunu bildirmişdir. X7 öz qərarında onun müdafiəçi kimi Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş istintaq və digər prosessual hərəkətlərin protokolları, ekspertiza rəyi ilə ilə tanış olmasına şərait yaradılması, şübhəli şəxs qismində cəlb etmə, tutma, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərinin verilməsi xahişinin ibtidai istintaq yekunlaşdıqdan sonra təmin olunmasının heç bir əhəmiyyət daşımadığına məhəl qoymamışdır. Üstəlik prokurorun qərarından sonra da qeyd olunan sənədlər ona verilməmişdir. Qeyd olunanlardan əlavə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə onun iştirakı olmadan üzləşdirilmişdir. Müstəntiq cinayət işinin materiallarına onunla telefon əlaqəsi yaratdığını, üzləşdirmə keçirilməsinə dəvət etdiyinə dair arayışlar əlavə etsə də, həmin arayışlardakı məlumatlar həqiqəti əks etdirmir. Müstəntiqin və ibtidai istintaqa rəhbərlik edən prokurorun Təqsirləndirilən şəxs müdafiə hüququnu pozan hərəkətlərini əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.1, 92.9.2, 92.9.8. və 92.9.15-ci maddələrinə əsasən müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şübhənin və ya ittihamın mahiyyətini bilmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərini almaq hüququna malikdir. Lakin ibtidai istintaqın gedişində ona tanış olmağı üçün heç bir protokol və qərar təqdim olunmamışdır. Buna görə də o, ibtidai istintaqın sonuna kimi müdafiəni həyata keçirmək imkanından məhrum olmuşdur. Həmin məcəllənin 19.4.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və təqsirləndirilən şəxsə öz müdafiəsini hazırlamaq üçün imkan yaratmaqla onun müdafiə hüququnu təmin etməlidir. Eyni məcəllənin 121.1.2 və 121.1.3-cü maddələrinə əsasən cinayət təqibini həyata keçirən orqan cinayət prosesi tərəflərinin yazılı vəsatətlərini cinayət işinin materiallarına əlavə etməli, vəsatətlərə onların verilməsindən dərhal sonra baxmalı və müvafiq qərar çıxarmalıdırlar. Onun Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ruhid Yaqubluya təqdim etdiyi sözügedən yazılı vəsatəti cinayət işinin materiallarına əlavə edilməmiş, vəsatətə onun verilməsindən dərhal sonra baxılmamış və müvafiq qərar çıxarılmamışdır. CPM-in 303.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduqda məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmadığını, onun əməllərində daha ağır cinayətin əlamətləri olduğunu, cinayəti bir qrup şəxs halında törətdiyini, cinayət törətmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunmadıqlarını bildirib ********* saylı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib,cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 vəsatəti təmin edilməli, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş aşağıdakı kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından və müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 hazırlıq iclasında məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, 02 may 2024-cü il tarixdə ******* saylı orderini Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim edərək və yazılı vəsatət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.1, 92.9.2, 92.9.8. və 92.9.15-ci maddələrinə əsasən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs qarşı şübhənin və ya ittihamın mahiyyətini bilməyi üçün onun iştirakı ilə keçirilmiş istintaq və digər prosessual hərəkətlərin protokolları ilə tanış olmasına şərait yaradılmasını, şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərinin ona verilməsini xahiş etmişdir. Müdafiəçi X2 həmin vəsatəti cinayət işinin materiallarına əlavə edilməmişdir. Cinayət işinin materiallarında olan Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2024-cü il tarixli “vəsatətə baxılması və qismən təmin edilməsi” haqqında qərarından görünür ki, müdafiəçi X2 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş istintaq və digər prosessual hərəkətlərin protokolları ilə tanış olmasına şərait yaradılması, şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərinin ona verilməsinə dair vəsatəti həmin hissədə təmin edilmiş, qeyd olunan prosessual sənədlərin surətlərinin müdafiəçi X3 verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2024-cü il tarixli “vəsatətə baxılması və qismən təmin edilməsi” haqqında qərarı cinayət işinin materiallarına əlavə edilməmişdir. Cinayət işindən həmçinin görünür ki, xx.xx.2024-cü il tarixdə ibtidai istintaqın qurtarması Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.9.1, 92.9.8 və 92.9.15-ci maddələrinə əsasən müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şübhənin və ya ittihamın mahiyyətini bilmək, özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və özünün xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq hüququna malikdir. Həmin Məcəllənin 19.4 və 19.4.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq. Eyni Məcəllənin 121.1.2 və 121.1.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etməli, bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmalı və nəticələri üzrə müvafiq qərar çıxarmalıdır. Halbuki, cinayət işi üzrə ibtidai istintaqı aparan orqan müdafiəçi A.N.Şahverdiyə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin protokollarını, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların surətlərini verməmiş, cinayət prosesində iştirak edən müdafiəçi A.N.Şahverdinin sözügedən yazılı vəsatətini işə əlavə etməmiş, vəsatətə onun verilməsindən bilavasitə sonra baxmamış və nəticələri üzrə müvafiq qərar çıxarmamışdır. Vəsatət cinayət işi üzrə ibtidai istintaqı aparan orqan tərəfindən təmin edilmədiyindən və buna dair müvafiq qərar çıxarılmadığından müdafiəçi A.N.Şahverdi xx.xx.2024-cü ildə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etmiş, vəsatəti həmin hissədə əsaslı hesab edən prokuror xx.xx.2024-cü ildə sənədlərin surətlərinin müdafiəçiyə təqdim edilməsini qərara almışdır. Lakin, xx.xx.2024cü il tarixdə ibtidai istintaqın qurtarması Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 elan edildiyindən bu dəfə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4 və 19.4.3-cü maddələrinin tələbləri pozulmuş, müdafiə tərəfinə öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilməmiş və imkan yaradılmamış, ittiham aktı təsdiq olunmaqla cinayət işi məhkəməyə göndərilmişdir. Bu məqamda məhkəmə həmçinin qeyd edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən sənədlərin surətlərinin müdafiəçiyə verilməsi qərara alınsa da, müdafiəçi A.N.Şahverdi müstəntiq M.Qiyasovun iştirakı ilə məhkəmədə bildirmişdir ki, bugünədək sənədlərin surəti ona verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.1-ci maddələrinə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud pozuntu hesab edilir və bu pozuntu cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Bundan başqa, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham Aktında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 səciyyələndiriən hallar göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.5-ci maddəsinə görə zərər çəkmiş şəxsi səciyyələndirən hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Göründüyü kimi, İttiham Aktında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 səciyyələndiriən hallar göstərilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.6-cı maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması - kobud pozuntu hesab edilir və bu pozuntu - cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməsi və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə məhkəmənin mövqeyi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddələrinə əsasən cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduqda (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilir. Eyni Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış şəxslər tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından həmçinin görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299-300 və 303-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. SƏDRLİK EDƏN ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №1(001)-618/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-618/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver