Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-62/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, halhazırda subay, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yaşamış, Binəqədi Rayon Məhkəməsinin 1(001)-512/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 12 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə axşam satlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 iyul 2021-ci il tarixdə saat 18:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən “Army” marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən 6-cı PB-nə gətirilmiş və orada saat 19:15-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş təmiz cəkisi 0,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, əsasən heroin narkotik vasitəsindən istifadə edir.Həmin narkotiki əsasən Bakı şəhərində, «Papanin» adlanan ərazilərdə tanımadığı şəxslərdən pul müqabilində alır.Sonuncu dəfə 20.07.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroini alıb üzərində saxlamışdır ki, istifadə etsin. 21.07.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən «Army» marketin yaxınlığında polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər.Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qızılı kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur.Üzərində aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq, hədiyyə vermək və ya ötürmək məqsədi olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunduğunu və himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 21 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan heroinin qəbulunda və saxlanılmasında şübhəli olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, məlumata əsasən raportla Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarın icrası ilə əlaqədar Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 21 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.R.İsmayılov küçəsində yerləşən “Army” marketinin yaxınlığında zahiri əlamətləri məlum olan Təqsirləndirilən şəxs müşahidə edib dərhal sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədin olmadığını deyib özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu izah edərək Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər.Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir.Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur.Həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qızlı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin bükülü iştirakçıların iştirakları ilə açılan zaman narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, bundan başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən bildirmişdir ki, əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroindir və onu 20.07.2021-ci il tarixdə Nəsimi rayon Papanin adlanan ərazidən tanmadğı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün almış, 21.07.2021-ci il tarixdə saat 18:30 radələrində polis əməkdaşları tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi “Army” marketin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmişdir.Daha sonra Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılaraq DİN-nin 175 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Şahid həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamış, yalnız onun qanunsuz narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 digər Şahid2 oğlunun ifadəsində göstərilən xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 3019 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən nqarkotik vasitələrin siyahsına (Siyahı 1) daxildir.Tədqiqata 0,05 qram heroin sərf edilmiş, heroinin qalıq çəkisi 0,116 qram təşkil edir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 28 avqust 2021-ci il tarixli, 3114 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminlərin birgə qəbul edilməsində nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı, məhəkədən yayındığını, axtarış nəticəsində tutulduğunu nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə məhkum olunmasını və himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdən – 23 iyul 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Rəvan İsrayılov tərəfindən qəbul olunmuş 21 iyul 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi rayonunun sabiq prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın verilməsindən imtina olunmuşdur.Həmçinin,iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədov tərəfindən qəbul olunmuş 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-512/2021 saylı, 20.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq onun barəsində axtarış elan edilmişdir.Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 13.01.2022-ci il tarixli, 062-702-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroin 0,116 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdən – 23 iyul 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,116 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-62/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-62/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver