Məhkəmə qərarları › İş №1(001)-620/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-620/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-620/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançalarının komplekt hissəsi hesab olunan, hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla əlavə və dəyişiklik edilməmiş 01 ədəd darağı (sandıqçası) ilə birgə zavod üsulu ilə istehsal olunmuş, XLLİ-5855 nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah hesab olunan 9 mm kalibrli 01 ədəd “Makarov” konstruksiyalı PM modelli tapançanı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, 19 yanvar 2024-cü il tarixdə həmin odlu silahı və onun komplekt hissəsini saxlaması üçün Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında tanışı Şahid1 vermiş, Şahid1 bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 həmin gün saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada həmin tarixdə saat 21:20-də üzərində şəxsi axtarış aparılarkən üzərində saxlamaqla daşıyaraq əynindəki qara cins şalvarının arxa bel nahiyyəsinə keçirib gəzdirdiyi, üzərində taxılı vəziyyətdə həmin 01 ədəd darağı (sandıqçası) olan XLU-5855 nömrəli yivli odlu silah hesab olunan 9 mm kalibrli həmin 01 ədəd “Makarov” konstruksiyalı PM modelli tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, özü hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində olan cinayət işi üzrə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Şahid1 təxminən 3-4 il olar ki tanıyır, aralarında qohumluq münasibəti olmasa da həmişə normal dostluq, yoldaşlıq münasibətləri olmuşdur, hazırda da belədir. Zaurla heç vaxt ədavət və düşmənçiliyi, qərəzli münasibətləri olmamışdır. Dostu Şahid1 aşkar olunan həmin «Makarov» konstruksiyalı tapançanı həqiqətən də özü ona vermiş, daha doğrusu Zaur özü həmin tapançanı ondan istəyib götürmüşdür. Belə ki, 19 yanvar 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Bakı şəhəri Xocasən qəsəbəsində yerləşən “Cənub” kafesinin yaxınlığında dostu Şahid1la birgə dayanmış, söhbətləşmişlər. Həmin ərəfədə ailə vəziyyəti ilə bağlı, daha çox da maddi çətinliyi ilə əlaqədar özü bərk dilxor və həyəcanlı vəziyyətdə olmuş, sanki depressiyaya düşmüşdür. Qeyd edilən «Makarov» tapança da həmin vaxt üzərində olmuş, Zaur da onun bərk emosional halda olduğunu görüb ondan həmin tapançanı birdəfəlik ona verməsini tələb etmiş, bildirmişdir ki, tapançanı üzərində saxlamasın. Tapançanı Zaura vermək istəməsə də Zaur onu dilə tutub xahiş etmişdir ki, odlu silahdan uzaq olması yaxşıdır və tapançanı ona versin. Həmçinin Zaur bildirmişdir ki, tapançanı ondan götürəndən sonra ya harasa tullayacaq, ya da hansısa qaydada sonradan polisə təhvil verəcəkdir. Zaurun sözündən çıxmayıb üzərində olan həmin «Makarov» tapançanı dostu Zaura vermiş, Zaur da götürüb sağollaşaraq getmişdir. Həmin tapançanı bir neçə illər qabaq haradansa tapmış, elə o vaxtdan özündə qalmışdır. Lakin, haradan tapdığını hazırda dəqiq xatırlamır, yadında deyildir. Qeyd edilən odlu silah tapança onda olduğu dövrdə həmin silahla heç bir hadisə, nə də cinayət hadisəsi törətməmişdir. Zaur həmin tapançanı ondan birdəfəlik istəyib götürmüş, bildirmişdir ki, harasa tullayacaq, ya da hansısa qaydada özü sonradan polisə təhvil verəcəkdir. Zaur ümumiyyətlə onda tapança olmasını istəmədiyi üçün həmin silahı ondan götürmüş, tapançanın sonradan ona qaytarılması barədə Zaurla onun arasında heç bir danışıq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Şahid1 saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və götürmə aparılması, avtomobilinə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 19 yanvar 2024-cü il tarixdə işlədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əslən Ağdam şəhərindən olan və Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Şahid1 qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Şahid1 qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməliyyat qrupu olaraq xarici əlamətlərinə görə Şahid1 oxşar şəxsi 19 yanvar 2024-cü il tarixdə saat 18:30-da Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında idarə etdiyi VAZ- 2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edib dərhal saxlamışlar. Xidməti vəsiqələri ona göstərməklə özlərini təqdim etmişlər, təkliflərinə əsasən həmin şəxs də özünü təqdim edərək anket məlumatlarını söyləyib Şahid1 olduğunu təsdiqləmişdir. Şahid1 saxlanılmasının səbəbini izah etmişlər, onunla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə bildirmişlər ki, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində qanunsuz saxladığı bu kimi predmetlər varsa məlumat versin. Şahid1 da səmimi etiraf edib demişdir ki, üzərində bir ədəd Makarov tipli odlu silah tapança vardır. Bundan sonra Şahid1 elə onun VAZ-2106 markalı **-XL-*** qeydiyyat nömrəli avtomobili ilə birgə özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Şahid1 Baş X2 təhqiqatçısı Arif Rzayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunaraq təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş edilməklə Şahid1 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Şahid1 təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Həmin vaxt Şahid1 üzərində odlu silah tapança olduğunu səmimi şəkildə bir daha bildirmiş və həmin odlu silah tapançaya bənzər predmet şəxsi axtarış zamanı Şahid1 əynindəki qara cins şalvarının arxa bel nahiyəsindən çıxarılıb götürülərək masanın üzərinə qoyulmuşdur. Tapançaya bənzər həmin predmet yoxlanılmış, onun içindəki boş vəziyyətdə olan darağı da çıxarılmışdır. Həmçinin, Şahid1 üzərində olan şəxsi əşyalarını da, yəni bir ədəd «Samsung» və bir ədəd «Redmi» markalı mobil telefonlarını, açarlarını, qara rəngli cib darağını, şəxsi pulunu, diş çöplərini, qolbağını, qol saatını, boyunbağını, müştüyünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Darağı ilə birgə olan həmin odlu silah tapançaya bənzər predmetə baxış keçirilmiş, Şahid1 tapançaya bənzər həmin predmeti haradan və kimdən əldə etdiyi soruşulduqda Şahid1 bildirmişdir ki, onu Surac adlı tanıdığı şəxsdən götürmüşdür, heç istifadə etməmişdir, sadəcə üzərində saxlamışdır, başqa məqsədi olmamışdır. Daha sonra darağı ilə birlikdə həmin tapançaya bənzər predmet götürülüb zərfə qoyulmaqla qablaşdırılmışdır. Şahid1 üzərindən aşkar olunmuş digər şəxsi əşyalarına da baxış keçirilmiş, onlardan bir ədəd «Samsung» və bir ədəd «Redmi» markalı mobil telefonları da iş üzrə əhəmiyyət kəsb edəcəyi bildirilərək təhqiqatçı tərəfindən götürülmüş, qalan əşyaları və pulu isə onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, təhqiqatçı Arif Rzayev tərəfindən həmin prosesdə aşkar edilənlərlə bağlı protokol yazılmış, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasının həyətinə yerləşdirilmiş VAZ-2106 markalı **-XL-*** qeydiyyat nömrəli həmin avtomobilə də Şahid1 özünün və vəkilinin iştirakı ilə könüllü razılığı əsasında videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Şahid1 avtomobilində hər hansı qanunsuz əşya, maddə olubolmadığı soruşulduqda o bildirmişdir ki avtomobildə heç bir qanunsuz maddə, əşya saxlamır və yoxdur. Həmin avtomobilə baxış keçirilmiş, lakin qanunsuz heç bir maddə, əşya aşkar edilməmişdir. Baxış zamanı Şahid1 avtomobildən özünə aid sürücülük vəsiqəsini, həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsini və etibarnamə sənədini təqdim etmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı Arif Rzayev tərəfindən götürülmüş və baxış prosesi başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid1 əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlərə yol verilməmiş, belə hallar olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş digər şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid4 digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünürki, CM-nin 228.1-ci maddəsinin tərkibi olduğundan faktla bağlı Şahid1 barəsində ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıması faktına görə barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən CM-in 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və cinayət işinə ********* nömrəsi verilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 18:30-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 19 yanvar 2024-cü il saat 18:30dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması, daşımaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 həmin gün saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən «Cənub» kafesinin yaxınlığında idarə etdiyi VAZ-2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada həmin gün saat 21:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Şahid1 üzərində saxlamaqla daşıyaraq əynindəki qara cins şalvarının arxa bel nahiyyəsinə keçirib gəzdirdiyi, üzərində taxılı vəziyyətdə 01 ədəd darağı (sandıqçası) və XLU-5855 yazısı olan 01 ədəd tapançaya bənzər dəmir predmet aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin, şəxsi axtarış prosesi zamanı Şahid1 üzərindən ona məxsus 050744-88-00 nömrəli 01 ədəd “Samsung” markalı, ***-***-**-** nömrəli 01 ədəd “Redmi” markalı mobil telefon aparatları, açarlar, daraq, 1 manat 30 qəpik pul, 05 ədəd diş çöpü, qolbağ, qol saatı, boyunbağı və 01 ədəd müştükdən ibarət şəxsi əşyaları da aşkar edilmiş, “Samsung” və “Redmi” markalı mobil telefon aparatları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməklə pul vəsaiti və digər əşyaları onun özünə qaytarılmışdır. “Baxış və götürmə aparılması haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 özünün iştirakı ilə VAZ-2106 markalı **-XL-*** qeydiyyat nişanlı avtomobilə həmin gün saat 21:41-dən etibarən baxış keçirilərkən avtomobildən Şahid1 öz sürücülük vəsiqəsi, həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi və etibarnamə sənədi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, lakin qanunsuz saxlanılan heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/154 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd XLU-5855 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 228.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilərək cəzası 01 il 06 ay müddətinə endirilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 02 ədəd DVD disklər, 9 mm kalibrli, XLLJ- 5855 №-li Makarov konstruksiyalı PM modelli 01 ədəd tapança və ona aid 01 ədəd daraq iş üzrə 16 mart 2024-cü il tarixdə maddi sübutlar hesab edilməsi haqqında qərarı nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin iş üzrə verdikləri ifadələri, məhkəmə-ballistik ekspertizasının 20 yanvar 2024-cü il tarixli 24/154 nömrəli ekspert rəyi, məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 29/MEŞ nömrəli ekspert rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmançılığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar