Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-622/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Amazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, o, 19 may 2024-cü ildə saat 01 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində idarə etdiyi “MERCEDES BENZ C200” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sağdan 2-ci zolağı ilə Quba rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə avtomobilin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə təhlükəsiz manevr aparmaqla həmin avtomobili sol tərəfdən keçib getməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobilin qabaq sağ hissəsi qarşıda eyni istiqamətdə 10-20 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “MERCEDES BENZ C200” minik markalı avtomobil sola istiqamələnib sol tərəfdə təxminən özündən 2-2,5 metr aralı məsafədə paralel olaraq 60-70 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi “BMW X6M” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkər və sağ qanadına çırpılmış, nəticədə ehtiyatsızlıqdan “MERCEDES BENZ C200” minik markalı avtomobildə olan sərnişin X2 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin və burun belinin əzilmiş-cırılmış yaraları, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtomobili sürətlə idarə etdiyindən idarə etməni itirib qarşıda gedən nəqliyyat vasitəsinə toxunmuş və hadisə baş vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmədə elan edilmiş ittihamla razıdır. O, hadisənin hansı tarixdə baş verdiyini xatırlamır. Hadisə vaxtı içkili olmamışdır. Hadisə vaxtı sürücülük hüququ ilə bağlı məhdudiyyət olmamışdır. Halhazırda törətdiyi əməldən peşmandır. O, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş zərər onun tərəfindən ödənilmişdir. O, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı sərnişin qismində təqsirləndirilən şəxsin avtomobilində olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etdiyinə görə hadisə baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı avtomobilin ön oturacağında əyləşmiş, yan şüşə açıq vəziyyətdə olmuşdur. Hadisə vaxtı onun həmkəndlisi də maşında olmuş, hadisədən sonra ona köməklik göstərmiş, təcili tibbi yardım çağırıldıqdan sonra xəstəxanaya aparılmışdır. O, təqsirləndirilən şəxs barəsində CM-in 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onlarn iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi 19 may 2024-cü il tarixdə Bakı-Quba- Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində avtomobil yolunda baş vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü i tarixli məktubundan görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AC 585242 nömrəli, “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeyd alınmamışdır. xx.xx.2024-cü il tarixli, 1007 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin rəyindən görünür ki, X1 bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin və burun belinin əzilmiş-cırılmış yaraları, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X6 PHŞ-yə müraciət etdiyi xx.xx.2024-cü il saat 01:59-dan bir qədər əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan az ağır zərər vurmaya aiddirlər. X1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə sərnişini olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması zamanı əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı bir iddia və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/1757 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, MERCEDES BENZ C200 minik markalı 90SJ540 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən məlumatlara əsasən Hyundai Sonata markalı, 99HK073 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən göstərilən şəraitdə BMW X6M markalı 770P781 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ C200 minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi “HYUNDAİ SONATA minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “BMW X6M minik” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahiblərinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ C200 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi “HYUNDAİ SONATA minik” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “BMW X6M minik” markalı **-OP- *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ C200 minik” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı, Şahid1 idarə etdiyi “HYUNDAİ SONATA minik” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi “BMW X6M minik” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manatməbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-622/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-622/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver