Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-623/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 297.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 məhkəməyə müraciət edərək, X1 CMin 297.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, CM-in 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X3 həm ibtidai istintaqda, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə prosesində bilə-bilə yalan və ziddiyyətli ifadələr vermişdir. Belə ki, istintaqda verdiyi ifadədə guya müxtəlif vaxtlarda 94.050 manat məbləğində pul verdiyini bildirsə də məhkəmə prosesində 30.000 manat məbləğində pul verdiyini qeyd etmişdir. Məhkəmədə verdiyi ifadə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-142\2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün 6/20-ci səhifəsində göstərilmişdir. Bu iki ziddiyyət və ziddiyyətli ifadə verməsinin nəticəsində o, ağır cinayət üzrə cəza çəkir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 07 il 06 ay müddətə cəza almışdır. Vahid Mahmudovun bu əməli CM-in 297.2-ci maddəsinin təsiri altına düşür. O, yalan, ziddiyyətli ifadələri ifşa edərək sübutları təqdim etməyə hazırdır. Odur ki, CPM-in tələblərinə uyğun olaraq X3 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsinə onun iştirakı ilə baxılmasını və CM-in 297.2-ci maddəsi ilə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini və X1 CM-in 297.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməklə xüsusi ittiham qaydasında şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 ərizəsində göstərdiyi törədilməsi ehtimal edilən cinayət əməli barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisində yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında törədilmişdir. Bu halda məhkəmə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; CPM-in 302-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir və məhkəmə bu halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 215.3-cü maddəsinə əsasən CM-in 297-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında işlərə baxılarkən şikayətə mahiyyəti üzrə baxılmazdan əvvəl şikayətin həmin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılmalı, məhkəməyə aid olduğu halda mahiyyəti üzrə baxılmalı, digər məhkəməyə aid olduqda isə aidiyyəti üzrə göndərilməlidir. Sadalananlara əsasən məhkəmə belə hesab edir ki, X3 barəsində CM-in 297.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X1 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Xüsusi ittiham qaydasında şikayət məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-623/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-623/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver