Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-624/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.00 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci il tarixdə Ermənistanın Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, hal-hazırda subay, himayəsində 01 (bir) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan mərum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,767 qram çəkidə narkotik vasitə olan heroini 01 ədəd bükümdə 15 manat pul müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 07:15-də Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,12-ci sıra küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci polis bölməsinə aparılıb üzərinə həmin gün saat 09:20-də şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə istifadə edir.Belə ki, narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olur.28 iyun 2023-cü il tarixdə səhər saatlarında qonşusu Şahid1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə getmiş, orada o ayrılıqda özü təsadüfən gördüyü, üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin alıb cibinə qoyaraq üzərində saxlamışdır ki, münasib vaxtda istifadə etsin.Ümüd də başqa şəxsdən özünə ayrılıqda nə isə almışdır.Sonra onlar məhəlləyə qayıtmış və saat 07:15-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sıra 12-də olarkən hər ikisi Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışlar.Bu zaman polis əməkdaşları özlərini təqdim etmişlər və onların qanunsuz olaraq üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib 7-ci PB-yə dəvət etmişlər, o və Ümüd etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 7-ci PB-nin inzibati binasına getmişlər.Bölmədə ayrı-ayrılıqda onlarla istintaq hərəkətləri keçirilmişdir.Belə ki, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 7-ci PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur.Sonra o müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etmədiyini bildirmişdir, müdafiəçi özü də buna etiraz etməmişdir, şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmişdir və qərarla tanış olmuşdur. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığını, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir.O, könüllü olaraq əynində olan şalvarın sol yan cibində saxladığı içində heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən büküm açıldıqda içindən heroin olduğu müəyyən edilmişdir.Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni xx.xx.2023- cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır.Bundan sonra, iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir.Üzərindən aşkar edilən 01 ədəd bükümdə heroin şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmişdir və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır.Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur.Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir.Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmişdır.O, həmçinin ifadəsində İstifadə etdiyi narkotik vasitə heroini müxtəlif şəxslərdən aldığını, onların heç birini tanımadığını, sonuncu dəfə də heroin əldə etdiyi şəxsi üzdən tanısa da adını bilmədiyini, o, özünün heroin istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün aldığını, sonuncu dəfə aldığı heroindən istifadə etmədiyini, heroini heç kimə satmadığını, heç kimə də bağışlamadığını bildirmişdir.Belə ki, narkotik vasitə heroini əldə etdiyi şəxsin anket məlumatları və ya əlaqə nömrəsini bilmədiyini, həmin şəxsi üzdən tanıdığını, orta boylu, 45-47 yaşlarında qaraşın, seyrək saçlı, arıq bədən quruluşlu oğlan olduğunu, narkotik vasitəni ona satan şəxsin telefon nömrəsini bilmədiyini, qonşusu Şahid1 da onunla Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Papanin» adlı yerə getdiyini, onun qonşusu Şahid1 özünə ayrılıqda nə isə aldığını, o, da ayrılıqda aldığını, qonşusu Şahid1 cinayət əlaqələri barədə heç nə deyə bilmədiyini, lakin sonuncunun narkotik maddə satmadığını, istifadə etdiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini, himayəsində 1 (bir) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 27 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə Binəqədi RPİ-nin 7-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o, Binəqədi RPİnin 7-ci PB-nin polis sahə rəisi Hikmət Abbasov, polis sahə rəisi Şahid3 və cinayət axtarış üzrə əməliyyat miivəkilli Ağa Ağazadədən ibarət əməliyyat qrupu yaradılmışdır.28 iyun 2023-ci il tarixdə saat 07:15 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıranın içərisində əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs və Şahid1 zahiri əlamətləri ilə uyğun gələn şəxslər saxlanılmışdır.Həmin şəxslərə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər.Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, yanında olan digər şəxs isə özünü X6 olaraq təqdim etmişlər.Onlar Təqsirləndirilən şəxs və X5 üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına dəvət etmişlər.Hər iki şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PBnin inzibati binasına gəlmişlər.Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti otaqlarda ayrı-ayrılıqda saxlanılmışlar. O və Şahid3 Təqsirləndirilən şəxs saxlanıldığı otaqda, Hikmət Abbasov və Ağa Ağazadə isə X1 otaqda olmuşlar.Pünhana hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir.Vəkil Pünhana təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmış, eləcə də protokol tərtib edilmişdir.Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir.Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Həmin bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşduqda, sonuncu həmin maddənin “kakos” olduğunu, həmin narkotik vasitə olan heroini “Papanin” adlanan ərazidə anket məlumatını bilmədiyi tanımadığı şəxsdən 15 (on beş) manat pula aldığını bildirmişdir.Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır.Aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroin bənzər maddə boş zərfə qoyularaq 176 N°-li zərflər üçün möhürü ilə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 və Şahid3 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3563 N°-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N« 176” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs sözləri ,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd şəffah rəngli sellofan bükümdə təmiz çəkisi -0,767 qram olan qəhvəyi rənglili maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023cü il tarixli, 4326 saylı məhkəmə-narkoloji ekspertizasının ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asıllıq sindromu aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnayə və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1 -ci maddəsi ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 03 il azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə vaxtında əvvəl şərti azad olumuşdur.Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir.Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Həmçinin, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cii maddələri ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 08 gün müddəti vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzası sona çatmışdır.Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən, onun əməlində cinayətlərin residivi müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini, himayəsində 1 (bir) azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Surəc Niyazov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə tutulmuşdur.Bundan sonra, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Tural Kazımov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 29 iyun 2023-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə həbsdən buraxılmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlindən cəzanın residivi olduğuna görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, hökm çıxdığı tərəfindən, yəni 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməli və “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan – 0,717 qram heroin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi1 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdən, saat 08.30-dan 29 iyun 2023-cü il tarixə, saat 10.30-dək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və P.M.Müstafayev məhkəmə zalından həbs edilsin. Hökm qanuni qüvvəsi alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, 15 noyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,717 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-624/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-624/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver