Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-626/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə,
1. xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 18 iyun 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən ictimai yer hesab olunan “King” otelin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birləşib bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edib olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərində olan çantanın ona məxsus olduğunu və evindən oğurladığını bəhanə edib ətrafda olan şəxslərin gözü qarşısında təhqir edərək sonuncunun üzərində zor tətbiq edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq Zərərçəkmiş şəxs alın və ənsə nahiyələrinin qançır-şişkinlikləri, sağ bud, çənə, boyun, sol bazu, hər iki dirsək oynağı, sol said, sol mil bilək oynağı, sol diz oynağı və sol baldır nahiyələrinin, sağ əlin, döş qəfəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri və bel haniyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3 il olar ki, tanıyır, onunla yaxın münasibətləri mövcuddur. Şahid5 təxminən 1 il olar ki, tanıyır. Belə ki, Əbdül taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanımışdır. Xavər İsmayılovanı isə Əbdülün vasitəsi ilə 4-5 aydır ki, tanımışdır. Təxminən ay yarım bundan əvvəl o, Elnurla Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutmuşlar. Evin əşyalarını Əbdül idarə etdiyi avtomaşınla gətirən zaman Xavər də avtomaşında olmuş və həmin vaxt Xavər ona evi yığışdırmaqda köməklik etmək istədiyini bildirdikdə o etiraz etməmişdir. Xavər onlarda olan zaman Elnurun əlində mobil telefon görüb həmin mobil telefonun ona məxsus olduğunu bildikdə Elnur həmin telefonu ona Əbdülün verdiyini, Xavərə məxsus olduğundan xəbərsiz olduğunu bildirərək telefonu Xavərə geri qaytarmışdır. Axşam olduqda onlar yatmış, səhər yuxudan oyandıqda Xavərin evdə olmadığını, qapının açıq olduğunu görmüşdür. O, evə nəzər saldıqda ona məxsus geyim əşyalarının, səs gücləndirici aparatın və bir ədəd qadın çantasının yerində olmadığını görmüşdür. Bu səbəbdən də o, Xavərə zəng etmiş, lakin sonuncunun telefonuna zəng çatmadıqda o, əşyalarının onun oğurladığını müəyyən etmiş və bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olunması barədə məlumat vermişdir. O, özü Xavəri nə qədər axtarsa da onu tapa bilməmişdir. 18 iyun 2024-cü il tarixdə saat 09 radələrində o, Elnurla birlikdə “King” otelə getmişdir. Elnur 60 manat otaq pulu vermiş və otelin 5 nömrəli otağında Elnurla qalmışlar. Saat təxminən 15 radələrində Əbdüllə Elnur telefonla danışan zaman Elnur onu çağırdığı üçün onların yanına gəlmişdir. Saat 20 radələrində onunla Elnur oteldən çıxmış və Əbdülün avtomaşınını Elnur götürüb idarə edərək onlar, Nəsimi rayonu, 5-ci mikrarayon, Tağızadə küçəsi, ev 32, mənzil 7-də yerləşən anasının evinə getmişlər. Evdə olan zaman yadına düşmüşdür ki, içərisində ona aid paltarlar olan sellofan torba oteldə qalmışdır. Bu səbəbdən də Elnurla birlikdə otelə qayıtmış və həmin vaxt o, Xavərlə Əbdülü otelin qarşısında küçədə görmüşdür. Xavər onu gördükdə salam verərək “oldu keçdi” sözlərini demişdir. O, Xavərə otağa keçməyi dedikdə sonuncu taksi sifariş etdiyini və getməli olduğunu bildirmişdir. Həmin vaxt o, Xavərdə ona aid olan və evindən oğurladığı çantanı gördükdə əsəbləşmiş və Xavər telefonla danışdığı üçün Elnur onun əlindən telefonu almışdır. Daha sonra o, Xavərin saçından tutaraq onu dartışdırıb yerə yıxaraq vurmağa başlamışdır. Bundan sonra otelin mühafizəçisi gəlib onları ayırmış və Xavər yerdən qalxaraq çıxıb getmişdir. Bundan sonra o, Elnur və Əbdül idarə etdiyi avtomaşına əyləşərək çıxıb getmişlər. Xavərin əlindən Elnur telefonu almış, daha sonra Xavərin saçından tutaraq onu dartışdırıb yerə yıxmış və döymüşdür. Xavər onun evindən ona məxsus geyim əşyalarını oğurlamış və bununla bağlı polisə müraciət etmişdir. O, dəfələrlə Xavərlə əlaqə saxlayıb əşyalarının hamısını geri qaytarmasını istəsə də onunla əlaqə saxlaya bilməmişdir. Xavəri görəndə tez getmək istədiyini bildirmiş və, onunla söhbət etmək istəyən zaman ona məxsus çantanı da onda gördükdə əsəblərinə hakim ola bilməmiş və onu döymüşdür. Mübahisə zamanı səsə otelin içərisində olan mühafizəçi çıxmış, hətta kənardan tanımadığı şəxslərdə otelin qarşısına topalaşmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, həmin vaxt ona məxsus olan əl çantasını Xavərdə gördüyündən əsəblərinə hakim ola bilməmiş, Xavərlə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı isə Xavəri vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir. O özü Xavərin onun evindən oğurladığı əşyalarla bağlı Abşeron rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir, lakin sonradan cinayət işinin ibtidai istintaqı zamanı Xavərlə aralarında barışıq əldə olunsun deyə qarşılıqlı razılığa gəlmişlər və Abşeron Rayon Polis İdarəsinə Xavərin onun evindən oğurluq etməsi ilə əlaqədar vermiş olduğu ərizəsini geri götürmüşdür, həmçinin Xavərə vurulmuş zərərin əvəzi olaraq ona tərəflərindən 2000 manat pul ödənilmiş, Xavər də ona və Elnura qarşı heç bir şikayət və tələbinin olmaması ilə bağlı notarial qaydada ərizə vermişdir. Keçirilən məhkəmə iclasında isə zərərçəkmiş şəxs İsmayılova Xavər aralarında baş vermiş münaqişə zamanı ona məxsus “İphone 15 Pro max” mobil telefonun yararsız hala düşdüyünü, bu səbəbdən yalnız həmin telefonun ona alınıb veriləcəyi təqdirdə onlardan şikayətçi olmayacağını bildirmişdir. O Xavərin dedikləri ilə razı deyil, belə ki, cinayət işinin ibtidai istintaqı tərəfindən onlar Xavərə 2000 manat məbləğində pul ödəmişlər, hazırda isə Xavər əsassız yerə onlardan “İphone 15 pro max” markalı mobil telefon istəyir, belə ki, Xavərin belə bir telefonu olmamışdır. Bütün bu göstərilənlərin nəzərə alınmasını, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 il olar ki, tanıyır, onunla yaxın münasibətləri vardır. Şahid5 təxminən 2-3 il olar ki, tanımışdır. Xavər İsmayılovanı isə Əbdülün vasitəsi ilə 4-5 aydır ki, tanıyır. Təxminən ay yarım bundan əvvəl o və Dürdanə Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutmuşlar. Evin əşyalarını Əbdül idarə etdiyi avtomaşınla gətirən zaman Xavər də avtomaşında olmuşdur. Xavər evi yığışdırmaqda köməklik etmək istədiyini bildirdikdə Dürdanə ona etiraz etməmişdir. Həmin vaxt Xavər onun istifadə etdiyi mobil telefonu görüb telefonun ona məxsus olduğunu bildikdə o, telefonu ona Əbdülün verdiyini ona məxsus olmasından xəbərinin olmadığını demiş və telefonu Xavərə vermişdir. Axşam olduqdan sonra onlar yatmış, səhər yuxudan oyandıqda Xavəri evdə görməmişlər. Daha sonra Dürdanə bildirmişdir ki, Xavər evdən ona məxsus geyim əşyalarını, səs gücləndirici aparatı və bir ədəd qadın çantasını oğurlayıb aparmışdır. Hətta bu səbəbdən də Dürdanə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. 18 iyun 2024-cü il tarixdə saat 09 radələrində Dürdanə və o birlikdə “King” hotelə getmişlər. O, 60 manat otaq pulu vermiş və otelin 5 nömrəli otağında Dürdanə ilə qalmışlar. Saat təxminən 15 radələrində Əbdüllə telefonla danışan zaman ona King oteldə olduğunu bildirmiş və az bir müddətdən sonra Əbdüldə onların yanına gəlmişdir. Saat 20 radələrində onunla Dürdanə oteldən çıxmış və o, Əbdüldən avtomaşını götürmüş və sonuncunun maşını ilə getmişlər. X16 rayonu, 5-ci mikrarayon, Tağızadə küçəsi, ev 32, mənzil 7-də yerləşən Dürdanəgilin evə getmişlər. Evdə olan zaman Dürdanə içərisində ona aid paltarlar olan sellofan torbanın oteldə qaldığını deyib yenidən Dürdanə ilə birlikdə otelə qayıtmışlar. Otelin həyətinə daxil olduqda onlar, Xavərlə Əbdülü həyətdə görmüşlər. Həmin vaxt Xavər onları gördükdə salam verərək Dürdanəyə “oldu, keçdi” sözlərini demişdir. Dürdanə Xavərlə söhbət etmək istədikdə Xavər taksi sifariş etdiyini və getməli olduğunu bildirmişdir. Həmin vaxt Xavər telefonla danışdığı üçün əsəbləşərək onun əlindən telefonu almış və daha sonra Dürdanə Xavərin saçından tutaraq onu dartışdırıb yerə yıxaraq vurmağa başlamışdır. Bundan sonra otelin mühafizəçisi gəlib onları ayırmış və Xavər yerdən qalxaraq çıxıb getmişdir. Bundan sonra o, Xavər və Əbdül idarə etdiyi avtomaşına əyləşərək çıxıb getmişlər. Xavərin əlindən o, telefonu almış, daha sonra Dürdanə Xavərin saçından tutaraq onu dartışdırıb yerə yıxmış və döymüşdür. O, özü də bir dəfə Xavərin saçından tutub dartmışdır. Xavər Dürdanənin evindən ona məxsus geyim əşyalarını oğurlamış və Dürdanə bununla bağlı polisə müraciət etmişdir. Onlar Xavəri görəndə o, tez getmək istədiyini bildirmiş və Dürdanə onunla söhbət etmək istəyən zaman Xavər də söhbətdən yayınmaq istədiyi üçün ilk olaraq o, əsəbləşib əlindən telefonu almış, daha sonra isə Dürdanə Xavərin saçından tutub onu dartışdıraraq yerə yıxıb vurmuşdur. Həmin vaxt Xavər söyüş söydüyü üçün o, onun saçından tutub dartmışdır. Dürdanə yalnız Xavərin əlindən özünə məxsus çantanı almışdır. O isə telefonu götürsə də sonradan özünə qaytarmışdır. Hadisə zamanı səsə otelin içərisində mühafizəçi çıxmış, hətta kənardan tanımadığı şəxslər də otelin həyətinə gəlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid5 təxminən 7-8 ay olar ki, tanımış. Aralarında yaxın münasibət olmuş və münasibətləri hər zaman yaxşı olmuşdur. X7 və Təqsirləndirilən şəxs1 təxminən 4 ay olar ki tanımışdır. Belə ki, o, Elnur və Dürdanəni Əbdülün vasitəsi ilə tanımışdır. 18 iyun 2024cü il tarixdə saat 22 radələrində Əbdül zəng edərək onu “King” otelinə çağırdığı üçün o, Əbdülün dediyi hotelə getmişdir. Saat 23 radələrində o, otelin qarşısında dayanaraq getmək üçün taksi sifariş vermişdir. Həmin vaxt Əbdül onun yanında dayanmış və Elnurla telefonla danışaraq harada olduğunu soruşmuşdur. Bir qədər sonra ora avtomaşınla Elnur və Dürdanə gəlmişdir. O, Dürdanəni görmüş və onunla salamlaşaraq daha barışdıqlarını ifadə etmişdir. Həmin vaxt Dürdanə ona hamısı birlikdə yenidən otağa getməyi bildirdikdə o, taksi sifariş verdiyini deyərək gedəcəyini bildirmişdir. Həmin vaxt kənara çəkilərək telefonla danışan zaman Dürdanə ona yaxınlaşaraq üzərində olan çantanın ona məxsus olduğunu, onun evindən götürdüyünü demiş və onu getməyə qoymamışdır. Həmin vaxt Elnur telefonunu əlindən almışdır. Elnur telefonu əlindən aldıqdan sonra Dürdanə saçından tutaraq onu vurmağa başlamışdır. Həmin vaxt Elnur da onun saçından tutaraq dartmış və yerdə olan zaman üz nahiyəsindən vurmuşdur. Daha sonra Dürdanə onun əlindən çantanı dartaraq almışdır. Onlar onu maşına mindirmək istəmiş, ancaq mindirə bilməmişlər. Otelin işçisi gəldikdən sonra o, ayağa qalxaraq Elnurun yerə atdığı telefonunu da götürüb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 əlavə olaraq bildirmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın əvəzi olaraq ümumilikdə 2000 manat pul ödənilmişdir, o isə təqsirləndirilən şəxslərlə barışması, onlara qarşı heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada ərizə vermişdir. Lakin həmin vaxt Dürdanə onun sağlamlığına xəsarət yetirmiş və o həmin pulu öz müalicəsinə xərcləmişdir. Baş vermiş hadisə nəticəsində həm də ona məxsus olan,anasının almış olduğu “İphone 15 pro max” markalı mobil telefon da yararsız hala düşmüşdür. Bu səbəbdən o yalnız həmin mobil telefonun təqsirləndirilən şəxslər tərəfindən alınacağı təqdirdə onlarla barışa bilər, onlara qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə verə bilər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3 il olar ki, tanımış, Təqsirləndirilən şəxs1 Elnurun vasitəsi ilə tanımışdır. Xavər İsmayılovanı isə 4-5 aydır ki, tanıyır. Təxminən iki-üç ay bundan əvvəl Elnur onun maşınında olan zaman salonda yerdə telefon görmüş və Elnur telefonun kimə məxsus olduğunu soruşduqda o, ona telefonun kimə aid olduğunu bilmədiyini demişdir. Həmin vaxt Elnur türmədən təzə çıxdığını, telefonu olmadığını deyib telefonu götürmək istədiyini dedikdə o, etiraz etməmişdir. Sonradan o, bilmişdir ki, telefon Xavərin qardaşı Rüstəmə aid olmuşdur. Təxminən iki ay bundan əvvəl Elnur və Dürdanə Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutmuş, evin əşyalarını idarə etdiyi avtomaşınla gətirən zaman Xavərdə avtomaşında olmuşdur. Xavər evi yığışdırmaqda Dürdanəyə köməklik etmək istədiyini bildirdikdə Dürdanə ona etiraz etməmişdir. Həmin vaxt Xavər Dürdanə ilə getmiş, o isə orada dayanmayaraq getmişdir. Evdə olan zaman Xavər Elnurun istifadə etdiyi telefonun ona məxsus olduğunu dedikdə Elnur telefonu özünə qaytarmışdır. Sonradan o, eşitmişdir ki, Xavər Durdanəgilin evində gecə qalan zaman evdən Dürdanəyə məxsus geyim əşyalarını və səs gücləndirici aparatı götürüb getmiş və bu səbəbdən də Dürdanə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Ona bu barədə Dürdanə bildirdikdə o, Xavərə dəfələrlə zəng etsə də sonuncu telefon zənglərinə cavab verməmişdir18 iyun 2024-cü il tarixdə saat təxminən 15 radələrində Elnur ona zəng edərək onunla telefonla danışan zaman Dürdanə ilə King oteldə olduğunu bildirib ora dəvət etmişdir. Elnur həbsdən çıxdıqdan sonra o, onunla az görüşdüyü üçün və ona etiraz etməmiş, az bir müddətdən sonra Elnurgilin yanına getmişdir. O Xavərə zəng edərək onu otelə çağırmışdır. Saat təxminən 22 radələrində Xavər otelə gəlmiş və o, 40 manat ödəniş edərək Xavərlə otelin 15 nömrəli otağında görüşmüşlər. Həmin vaxt Elnurla Dürdanə ona məxsus avtomaşınla getmişdirlər. Saat 23 radələrində Xavər getmək istədiyini deyib taksi sifariş vermiş və otelin qarşısında maşın gözləyən zaman o da onun yanında dayanmışdır. Həmin vaxt Elnurla Dürdanə ona məxsus avtomaşınla gəlmiş və Dürdanə Xavərə otağa keçib söhbət etməyi bildirdikdə Xavər getmək istədiyini bildirmişdir. Həmin vaxt Elnur Xavərin əlindən telefonunu almışdır. Bu zaman Dürdanə Xavərin saçından tutub dartışdırmağa başlamışdır. Bundan sonra o, araya girib Dürdanəni sakitləşdirmək istəmişdir. Həmin vaxt Xavər yerə yıxıldığı üçün otelin əməkdaşı ilə köməkləşib onu ayağa qaldırmaq istəmişdir. Lakin Xavər özü ayağa qalxaraq oradan çıxıb getmişdir. Bundan sonra o, Elnur və Dürdanə avtomaşına əyləşərək çıxıb getmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının 01-dən Binəqədi rayonu ərazisində yerləşən King oteldə resepşnda işləyir. 18 iyun 2024-cü il tarixdə saat 18 radələrində o, işə gəlmiş, işə gəldikdən sonra otelin 5 nömrəli otağında sonradan adlarını bildiyi Elnur və Dürdanə adlı şəxslər qalmışlar. Həmin günü saat təxminən 21 radələrində sonradan adlarını bildiyi Xavər və Əbdül adlı şəxslər gəlmişlər. Həmin şəxslərə də otelin 15 nömrəli otağı verilmişdir. Bir qədər sonra Elnur və Dürdanə çıxıb getmişlər. Onlardan sonra Əbdül və Xavər də oteldən çıxaraq otelin qarşısında taksi gözləmişlər. O, otelin içərisində mühafizəçi Şahid2la söhbət edən zaman otelin qarşısında səs-küy eşitmişlər. Həmin vaxt o, Raminə çölə çıxmasını səsə-küyün nə olduğuna baxmağını bildirmişdir. Ramin çölə çıxdıqdan sonra o, özü də çölə çıxmışdır. Həmin vaxt Dürdanə ilə Elnurun Xavərin vurduqlarını, Əbdüllə Raminin isə onları ayırdıqlarını görmüşdür. Həmin vaxt səsə yolun digər tərəfindən tanımadığı şəxslər də gəlmişlər. Ramin onları tam sakitləşdirdikdən sonra Əbdül, Elnur və Dürdanə avtomaşına əyləşib getmişlər. Onunla Ramin isə Xavəri otelə dəvət edib ona otaq vermişlər ki, üst başını düzəltsin. Hadisə zamanı Xavər 102 xidmətinə zəng etdiyi üçün ora polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Səsə ilk olaraq oteldən Ramin çıxmış, daha sonra isə o çıxmışdır. Bundan sonra mübahisə böyüdüyü üçün kənardanda tanımadığı şəxslər toplaşmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 01-dən Binəqədi rayonu ərazisində yerləşən “King” oteldə mühafizəçi işləyir. 18 iyun 2024-cü il tarixdə saat 21 radələrində işə gəlmiş, işə gəldikdən sonra otelin 5 nömrəli otağında sonradan adlarını bildiyi Elnur və Dürdanə adlı şəxslər qalmışlar. Həmin günü saat təxminən 21 radələrində sonradan adlarını bildiyi Xavər və Əbdül adlı şəxslər də gəlmişlər. Həmin şəxslərədə otelin 15 nömrəli otağı verilmişdir. Bir qədər sonra Elnur və Dürdanə adlı şəxslər çıxıb getmişlər. Onlardan sonra Əbdül və Xavər də oteldən çıxıb otelin qarşısında taksi gözləmişlər. O, otelin içərisində resepşnda Şahid1lə söhbət edən zaman otelin qarşısında səs küy eşitmişlər. Həmin vaxt Elməddin ona çölə çıxmağını səs-küyün nə olduğuna baxmağını bildirmişdir. O, çölə çıxdıqdan sonra onun arxasınca Elməddin özü də çölə çıxmışdır. Həmin vaxt Dürdanə ilə boyu balaca olan Elnurun Xavər adlı qadını vurduqlarını, Əbdülün isə onları ayırdıqlarını görmüşdür. O, Xavərin döyüldüyünü görüb tez özü də müdaxilə edərək onları ayırmağa başlamışdır. Həmin vaxt səsə yolun digər tərəfindən tanımadığı şəxslər də gəlmişlər. O, onları tam sakitləşdirdikdən sonra Əbdül, Elnur və Dürdanə avtomaşına əyləşib getmişlər. Onunla Elməddin isə Xavəri otelə dəvət edib ona otaq vermişlər ki, üst başını düzəltsin. Hadisə zamanı Xavər 102 xidmətinə zəng etdiyi üçün ora polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Məhkəmə iclasına çağırılmış Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və videogörüntü olan diskdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəs, S.Bəhlulzadə küçəsində yerləşən “King” otelin qarşısında baş vermişdir. xx.xx.2024-cü il tarixli, 1218 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-bel nahiyəsinin dərialtı hematoması, alm və ənsə nahiyələrinin qançır şişkinlikləri, sağ bud, çənə, boyun, sol bazu, hər iki dirsək oynağı, sol said, sol mil-bilək oynağı, sol diz oynağı və sol baldır nahiyələrinin, sağ əlin, döş qəfəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən bel nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ( yumruq, təpik, və.s) ilə ednirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Bel nahiyəsini dərialtı hematomasının Zərərçəkmiş şəxs zərblə yerin bərk səthinə çırpılması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 18 iyun 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “King” otelin qarşısında mübahisə baş verir və mübahisə zamanı ilkin olaraq Təqsirləndirilən şəxs2 X4 əlindən mobil telefonu alır, daha sonra Təqsirləndirilən şəxs1 Xavər İsmayılovanın saçından tutub dartaraq onu döyməyə başlayır, həmçinin Təqsirləndirilən şəxs2 Xavərin saçından tutub dartır, yerdə olan zaman isə boyun nahiyəsindən vurur. Həmin vaxt Şahid5 və otelin mühafizəçisi Şahid2 onları sakitləşdirməyə çalışır və mübahisə zamanı səsə ətrafdan kənar şəxslər toplaşır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qıı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığında olma müddətinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni qismən təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X8 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 həmin gün saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 ilə X8 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni qismən təsdiq etməklə Şahid5 üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,iş üzrə hadisənin baş verdiyi görüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 09 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 09 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallrına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 Elnur Adil oğlunun övladıdır. Zərərçəkmiş şəxs X4 məhkəmə baxış iclasında verdiyi ifadədən aydın olmuşdur ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 2000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən AR CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq yəni 19 iyun 2024-cü il tarixdə saat 21:00-da məhdudlaşdırıldırılmış, 21 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 09 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Zərərçəkmiş şəxs X4 məhkəmə baxış iclasında verdiyi ifadədən aydın olmuşdur ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində dəymiş zərərlə bağlı zərərçəkmiş şəxsə 2000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini X3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X5 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxs X3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; CM-in 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; CM-in 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; CM-in 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CİM-in 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. CİM-in 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CİM-in 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X3 üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, X5 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, X3 üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yeri ünvan 2 axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. (CİM 15.5-1) Bununla yanaşı məhkəmə hesab edir ki, X6 barəsində seçilmiş “ev dustaqlığı” qismində qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X3 hazırkı cinayət işi ilə bağlı 19 iyun 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, 21 iyun 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 17 (on yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1n üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aynurə Sadıqova