Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-636/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 18/6, mənzil 54-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Kərim Kərimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 22 iyun 2023-cü il tariхdə, saat 11 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivi, Sarıqaya qəsəbəsində yerləşən Günəş ponsionatında Zərərçəkmiş şəxs məхsus yaşayış sahəsi olan mənzilin otağına pəncərənin üzərində olan toru yerdən götürdüyü şüşə parçası ilə kəsib otağa qanunsuz daхil оlaraq həmin otaqda olan 600 manat dəyərində 50U5069 modelli, “TOSHİBA” markalı LED televizoru gizli yоlla talayıb zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla оğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun həyat yoldaşının bibisi oğlu olmuşdur. Zərərçəkmiş şəxs atası Şahid1la birlikdə Binəqədi rayonu, Novxanı Bağlar massivində, X2 yerləşən evlərində yaşayır. O, Zərərçəkmiş şəxs evində dəfələrlə olmaqla həmin şəxsin evində olan bir çox əşyaların yerlərindən məlumatlı olmuşdur. Borcu olduğu üçün 22 iyun 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqdan sonra Zərərçəkmiş şəxs evindən həmin şəxsin Toşiba markalı televizorunu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra evdən **-BU-*** qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobillə çıxaraq Zərərçəkmiş şəxs yaşadığı evin qabağına getmişdir. Avtomobildən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin giriş-çıxış qapısına yaxınlaşdıqda, qapının arxasından kilidlənmiş olduğunu gördüyü üçün Zərərçəkmiş şəxs evinə qapının yanında yerləşən qapısı açıq vəziyyətdə olan, tor hasarlı alçaq pəncərəsindən girmək qərarına gəlmişdir. Pəncərəyə yaxınlaşıb yerdən tapdığı kiçik şüşə qırıntısı ilə tor hasarı 4 bucaq şəklində dibdən səliqəli şəkildə kəsib çıxarmışdır. Sonra o, pəncərədən zala daxil olmuşdur. Zalda yataq otağına sarı gedərək açıq qapıdan yataq otağına baxdıqda, Zərərçəkmiş şəxs yataqda yatdığını görmüşdür. Zərərçəkmiş şəxs yataq otağında yatdığı üçün zalda olan Toshiba markalı televizoru götürüb evin girişçıxış qapısına yaxınlaşmışdır. Evin qapısını arxasından açıb açıq vəziyyətdə qoymaqla oğurladığı Toshiba markalı televizoru aparıb **-BU-*** qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilin arxa salonuna qoymuşdur. Sonra avtomobilə əyləşərək Toshiba markalı televizoru tanıdığı Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən Karat Lombarda aparmışdır. Həmin yerdə televizoru Karat Lombarda girov qoyaraq Lombarddan 300 manat məbləğində kredit pul götürmüşdür. Həmin pulun bir qismini borclarına ödədikdən sonra onda 60 manat məbləğində pul qalmışdır. Sonra avtomobillə qayıdaraq Zərərçəkmiş şəxs evinə girdikdə, onun artıq yuxudan oyandığını, evində baş vermiş oğuqluq hadisəsindən xəbərdar olduğunu görmüşdür. Həmin vaxt utandığı üçün ona evdən oğurluq edənin özü olduğunu bildirməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun telefonu ilə Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək evindən televizorunun oğurladığını bildirmişdir. Bir neçə dəqiqədən sonra evə polis əməkdaşları gəldikdə, Zərərçəkmiş şəxs atası Şahid1 polis əməkdaşlarına onunla Zərərçəkmiş şəxs şübhələndiyini bildirdiyi üçün o və Tural Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə getmişlər. Bölmədə o, televizoru oğurladığını etiraf etmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı ödəmiş və hazırda sonuncunun ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Şahid1la birlikdə Binəqədi rayonu, Novxanı Bağlar massivində, X2 yerləşən evdə yaşamışdır. Təqsirləndirilən şəxs 2-3 ildir tanıyır. Həmin şəxs onların evində dəfələrlə olmuşdur. Evində baş vermiş oğurluq hadisəsindən təxminən bir həftə qabaq Təqsirləndirilən şəxs günorta saatlarında onun iş yerinə gəlib ondan 200-250 manat məbləğində borc pul istədikdə, o, telefonu ilə televizorlarının kreditdə olduqlarını, kredit ödədiyini bildirərək həmin şəxsə pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona Toshiba markalı televizoru Lombarda girov qoyub qarşılığında pul götürmək istədiyini bildirdikdə o, konkret olaraq “yox” cavabı vermişdir. Təqsirləndirilən şəxs isə ona heç bir söz demədən iş yerindən getmişdir. 22 iyun 2023-cü il tarixdə, saat 05 radələrində iş yerindən çıxaraq evinə gəldikdə, atası Nazim gecə növbəsində olduğu üçün evdə heç kim olmamışdır. Yorğunçuluq olduğu üçün səhər saat 10 radələrində yatmaq qərarına gəldiyi üçün evin giriş-çıxış qapısını arxadan, evin içərisindən kilidləməklə yataq otağına keçərək yatmışdır. Oyandıqdan sonra zala keçdikdə, Toshiba markalı televizorun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs iki dəfə təkrarlayaraq əgər televizoru aparmışsa, gətirib yerinə qoymasını, atasına bildirməyəcəyini demişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs televizorun harada olmasından xəbərsiz olduğunu bildirmişdir. Sonra zaldan həyətə çıxarkən kilidləmiş olduğu evin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Zaldan həyətə çıxdıqda isə, qapısı açıq olan pəncərənin torunun 4 künc şəklində kəsilib çıxarıldığını görmüşdür. Bundan sonra qapısı açıq olan pəncərənin torunun 4 künc şəklində kəsilib çıxarıldığını, pəncərədən evə girilib televozurun götürülüb qapıdan çıxmaqla aparıldığını anlamışdır. Ona görə də atası Nazimə zəng edərək evdən televizorun oğurladığını bildirmişdir. Atası Nazim də bir qədər sonra evə gəlmiş, həmin vaxt da Təqsirləndirilən şəxs dəfələrlə əgər televizoru aparmışsa, gətirib yerinə qoymağını, yoxsa polisə məlumat verəcəklərini bildirsələr də, Təqsirləndirilən şəxs evlərindən televizor oğurlamadığını bildirməklə öz telefonu ilə Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək həmin telefonu ona vermişdir. O, da DİN-in “102” xidmətinin əməkdaşına evdən televizorun oğurlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra evə polis əməkdaşları gəldikdə, onlar evdə olarkən atası Şahid1 polis əməkdaşlarına onunla Təqsirləndirilən şəxs şübhələndiyini bildirdiyi üçün o və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə getmişdir. Bölmədə olarkən Təqsirləndirilən şəxs evlərindən Toshiba markalı televizorunu oğurladığını etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən aralarında barışıq olmuş və sonuncuya qarşı onun heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə həmin şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və qəbzdən görünür ki, baxış zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən Karat Lombarddan 1 ədəd Toshiba markalı televizor və üzərində Təqsirləndirilən şəxs adı qeyd edilmiş qəbz götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Karat Lombarddan götürülmüş 1 ədəd Toshiba markalı televizor tanınma üçün Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu həmin televizoru markasından, firmasında və işlənmə dərəcəsindən tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6073 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizorun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 600 manat müəyyən edilir. Maddi sübutun tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizor iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Maddi sübutun tanınması və toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizoru öz əşyası kimi satarkən tərtib edilmiş 129071 nömrəli girov biletinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. AZ-İV 763771 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, Kərim Kərimov küçəsində yerləşən fərdi yaşayış evində yerləşən ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizorun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizoru öz əşyası kimi satarkən tərtib edilmiş 1 (bir) ədəd 129071 nömrəli girov biletinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, Kərim Kərimov küçəsində yerləşən fərdi yaşayış evində yerləşən ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 50U5069 model, “TOSHİBA” markalı LED televizorun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 129071 nömrəli girov biletinin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-636/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-636/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver