Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-637/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 ,(eyni zamanda X4 etibarnamə üzrə nümayəndəsi), barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13, X17, X5, X1 vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5, X17, X13, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 və X14 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X18 və X23 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5, X17, X13, X1 CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Binəqədi rayonu, 8-ci mikrorayon, 3a saylı binanın yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ******* saylı çıxarış əsasında tam olaraq X8 mülkiyyətindədir. Torpaq sahəsinə dair çıxarış aldıqdan sonra mülkiyyətində olan sahəni mərzləmək istəsə də X5, X17, X13, X15 hər cür maneələrlə qanunsuz olaraq onları şəxsi mülkiyyətində olan torpaq sahəsinə buraxmamışlar. Belə ki, X5, X17, X13, X15 özbaşına olaraq sözügedən torpaq sahəsində ağac və kol bitkiləri əkərək ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edirlər. Bu səbəbdən də, X9, X17, X13 və X10 qarşı “əlavə tikililərin sökülməsi, özbaşına açılmış qapının bağlanması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, dəmir çəpərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müracət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək X16 məxsus Bakı şəhəri, Binəqədi rayonu 3a saylı binanın yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsinə cavabdehlər X9 və X13 tərəfindən əkilmiş kol bitkilərinin cavabdehlərin hesabına çıxarılmaqla torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadəyə mülkiyyətçi X6 yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, hələ bu vaxta qədər icrası mümkün olmamışdır. Həmin şəxslər Azərbaycan Respublikasının adından çıxarılmış qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneəçilik yaradaraq bir mülkiyyətçi olaraq onların kostitusion hüquqlarını pozurlar. Dəfələrlə sivil qaydada onlara müraciət etdikdə isə onlar digər vətəndaşları da başlarına yığaraq onlara qarşı qanunsuz özbaşınalıq hərəkətlərinə davam etməklə yanaşı onların üzərinə hücum çəkərək xəsarət yetirməyə cəhd etmişlər. Hətta, bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə də müraciət olmuşdur. Müvafiq qaydada həmin şəxslər Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə cərimə cəzası ilə cəzalandırılmışlar. Lakin, onlar nə qanun, nə məhkəmə, nə də hüquq mühafizə orqanlarını sayırlar. Bununla bağlı 16 fevral 2021-ci il tarixdə icra məmurları icra tədbirlərini yerinə yetirdiyi zaman X13 icra yerinə qışqıra-qışqıra gələrək icrada iştirak edən səxləri təhqir etməyə başlamış ona dövlət adından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraatını həyata keçirilməsi izah olunsa da o nə məhkəmə nə də dövlət tanımadığını bildirərək heç kim heç nə edə bilməz ifadələrini işlətməklə icra nümayəndələrinə mane yaratmışlar. Bununla bağlı 16 fevral 2021-ci il tarixli akt tərtib olunmuşdur. Hətta icra orqanları belə qətnamənin icra olunması istiqamətində hər hansı bir tədbirlər görə bilmirlər. Göründüyü kimi həm müvafiq reyesterdən çıxarış həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq üzərində onun hüquqlarının mövcudluğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq, X5, X17, X13, X15 qanuni əsaslarla onun mülkiyyətində olan torpaq sahəsində hər hansı işlərin görülməsinə maneə yaratmaqla onların faktiki olaraq öz mülkiyyətlərindən məhrum edərək orada qanunsuz olaraq kol və digər ağaclar əkərək faktiki olaraq torpaq sahəsini mənimsəyirlər. Hər dəfə qətnamənin icrası tələb olunduqda çoxsaylı insanların əhatəsində onlara böhtan ataraq təhqir edərək şərəf və ləyaqətlərinə xələl gətirirlər və belə hallar dəfələrlə təkrarlanır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2021-xx.xx.2021-ci il tarixində Binəqədi rayon icra şöbəsinin məmurları icra yerində olduğu zaman X19 və onun digər ailə üzvüləri icra işinə maneə yaratmaqla yanaşı X20 və icra nümayəndələrinin ünvanına çoxsaylı təhqir edərək şərəf və ləyaqətlərinə xələl gətirmişlər və bununla bağlı Bakı şəhər icra şöbəsinin məmurları tərəfindən aktlar tərtib olunmuşdur. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə qətnamənin icrası ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra şöbəsinin məmurları icra yerində olduqları zaman X5, X17, X13, X15 mətbuat nümayəndələrini və coxsaylı insanları ətrafına toplayaraq X23 və X11 böhtan ataraq ən aşağı səviyyəli söyüşlərlə təhqir edərək şərəf ləyaqətlərinə xələl gətirmişlər. Onların ünvanına işlədilmiş nalayiq ifadələr, böhtan xarakterli çıxışlar “Kompromat TV-nin" “Bakıda məhkəmə icraçıları ilə etiraz edən vətəndaşlar qarşı qarşıya” başlıqlı xx.xx.2021ci saylı buraxılışında “Azərbaycan saatı” TV-nin “Bakıda sakinlərlə hökumət toqquşdu” başlıqlı xx.xx.2021-ci il buraxılışında yayılmışdır. Bundan əvvəl də onlar tərəfindən “Talk” TV-də o cümlədən 02 mart 2020-ci il tarixli telefonun videogörüntüsündə “şərəfsiz" deyə təhqir etməsi, və digər ifadələr səsləndirməklə onu kütləvi insanların yanında və kütləvi informasiya vəsitələrində təhqir etməklə şərəf və ləyaqətlərini alçaltmışlar. Bu səbəbdən də, Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müvafiq qaydada “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək X5, X17, X13, X15 tərəfindən “Kompromat” TV-nin xx.xx.2021-ci il tarixli və Azərbaycan saatı TV-nin xx.xx.2021 -ci il tarixli buraxılışında o cümlədən xx.xx.2021-xx.xx.2021-ci il tarixində Binəqədi rayon icra şöbəsinin məmurları tərəfindən tərtib olunmuş aktlarda böhtan və təhqir xarakterli məlumatları yaymaqla iddiaçıların şərəf ləyaqətini alçaldan hərəkətlər törətdikləri cavabdehlərdən 100000 manat məbləğində mənəvi zərər məbləğinin tutulması, iddiaçılardan üzr istənilməsi və bu barədə təkzib verilməsi, təkzibin və üzr istənilməsi barədə məlumatin “Kompromat” TV və “Azərbaycan saatı” TV-də yerləşdirilməsi və iddiaçıların təhqir olunduqları Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3a saylı binan yaxınlığında yerləşən 0.015 ha torpaq sahəsində, ucadan səsləndirilməklə iddiaçılardan üzr istənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-62/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(001)-6305/2021 nömrəli qətnamələrinə əsasən iddia tələbi qismən təmin edilmiş, X18 və X12 şərəf və ləyaqətini alçaldan söz və ifadələrin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3a saylı binanın qarşısında ucadan səsləndirilməklə üzr istənlməsi bir vəzifə olaraq X2 üzərinə “Kompromat” TV və “Azərbaycan” saatı TV-nin youtube təkzib edilməsi və iddiaçılardan üzr istənilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmuş, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər X5, X17, X13, X1 hər birindən 500 (beş yüz ) manat olmaqla cəmi 2000 (iki min) manat məbləğində pul vəsaitinin iddiaçılara ödənilməsi qət edilmişdir. Onların yaşatdığı stress, mənəvi sarsıntılar illərdir davam edir, onlar hələ də öz qanunsuz hərəkətlərinə davam edərək həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onları ictimaiyyət qarşısında nüfuzdan salan yalan məlumatlar yaymaqda davam edirlər. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Bu səbəbdən X18 və X23 tərəfindən X5, X17, X25, X7 qarşı CM-in 147 və 148-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13, X17, X5, X1 nümayəndəsi və vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətə etirazla məhkəməyə müraciət etmiş və etirazı onunla əsaslandırmışdır ki, CPM-in 92.10.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olmadığından göstərilən təqsirləndirilən şəxslərin hər birinin müdafiəsini həyata keçirməsi qanuna zidd deyildir. CPM-nin 302.2.3. maddəsinin tələbinə görə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Hazırki şikayətdə xüsusi ittiham qaydasında verilən şikayətlər üçün CPM-nin 302.1.3-cü maddəsində göstərilən prossesual tələblər yerinə yetirilməmişdir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinin tələbinə görə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməli olduğu halda bu məlumatlar tam göstərilməmişdir, yəni şikayət edənlərin məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. CPMnin 293.3.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməli olduğu halda şikayət ərizəsində şikayətlə əlaqəsi olmayan hadisələr uzun-uzadı sadalanmış, hansı təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törətməsi, onun harada, nə vaxt və necə törədilməsi konkret olaraq göstərilməmişdir. CPM-nin 293.3.4-cü maddəsinin tələbinə görə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olduğu halda şikayətçilər bu barədə hansısa televiziya verilişlərinə istinad etdikləri halda bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Şikayətçilər ərizəyə sübut kimi mülki qaydada məhkəməyə müraciətləri nəticəsində təqsirləndirilən şəxslərin onların şərəf və ləyaqətlərini alçatması faktı üzrə onların hər birinin 500 manat cərimə olunmaları haqqında məhkəmə qətnaməsini əlavə etmişlər, lakin bu qətnamə qanuni qüvvəyə minməmişdir, çünki həmin qətnamədən verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin qəbul edilib edilməməsi haqqında məsələyə 17 oktyabr 2022-ci il tarixində saat 14-50 də (iş № 2(103)-2889/2022-011) baxacaqdır. Hətta bu qətnamə qanuni qüvvəyə minmiş olsa belə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi qəbul olunması Avropa Məhkəməsinin Böyük Palatasının «X22 Federasiyasına qarşı» iş üzrə 10 fevral 2009-cu il tarixli qərarında öz əksini tapmışdır. CPM-nin 302.1.7-ci maddəsinin tələbinə görə şikayət əsassız olmamalı və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməlidir. Lakin yuxarıda göstərilən kimi, şikayət əsassızdır, yəni şikayətin dəlilləri heç bir sübutla təsdiq olunmur və ya belə sübut şikayətə əlavə edilməmişdir. Şikayətin əsasını təsdiq edən yeganə sübut kimi şikayətin sonunda istinad edilən “Youtube” internet saytında Sumqayıt şəhərində anadan olmuş X3 şikayətçilərin şərəf və ləyaqətlərini alçaltdığı göstərilmişdir ki, bunun da müdafiə etdiyi şəxslərə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs, həmçinin, X4 nümayəndəsi X23 verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi, X5, X17, X13, X1 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5, X17, X13, X1 etibaramə üzrə nümayəndəsi və vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək, hüquqlarını müdafiə etdiyi X5, X17, X25, X1 xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi haqqında şikayət ərizələrinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X18 və X23 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən yalnız barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin ad, soyad, ata adı, təvəllüdləri və qeydiyyat ünvanları sadalanmaqla kifayətlənmiş, onların məşğuliyyət növləri və vəzifələri qeyd edilməmişdir. Eyni zamanda xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin, CM-in 147-ci maddəsinin hansı bəndləri ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi konkret göstərilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən cinayətin törədilmə hallarının “Youtube” internet informasiya şəbəkəsində yayımlanan videogörüntülərlə təsdiq edildiyini göstərilsə də, həmin videogörüntülərin əks edildiyi sübutlar xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayətin sonunda 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş X3 CM-in 147.2, 148, 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi göstərilsə də, həmin şəxsin adı şikayətin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin siyahısında və “xahiş edirəm” hissəsində qeyd edilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 və X23 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X5, X17, X13, X15 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X5, X17, X13, X1 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X18 və X12 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5, X17, X13, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X18 və X12 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-637/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-637/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver