Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-639/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş və yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Belə ki, o, 24 yanvar 2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Vaz 21214" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi ilə üzü Bakı Beynəlxalq Avtovağzalı istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla piyada keçidindən piyadanın yolu keçməsini nəzərə alaraq sürətini lazım olan həddə qədər azaltmalı, keçidə yaxınlaşarkən nizamlanmayan piyada keçidi ilə yolu keçən piyadaya yol verməli, piyadanın nizamlanmayan piyada keçidi ilə yolu keçməsi üçün təhlükəsiz şərait yaratmalı və hərəkət istiqamətlərini ayıran 1.1 üfüqi nişanlama xəttini kəsib keçməməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək ünvan 3 ünvanında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sol sirkə kasasının ön və arxa divarının, ön və arxa kolonun çoxsaylı, qəlpəli yerdəyişmiş sınıqları.sol simfiz pubis və sol oturacaq sümüyünün parçalı (qəlpəli) çoxsaylı yerdəyişmiş sınıqları, sidik kisəsinin cırılması ilə müşayiət olunan çanağın küt travması ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuş və hadisə törətdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni zərərçəkən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli xəsarətlər aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməklə, özünün soyadını, adını, atasının adını və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara riayət etməmiş və yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun "BC" kateqoriyalı sürücülük vəsiqəsi və 9 illik sürücülük təcrübəsi olmuşdur. Onun özünə məxsus olan "Lada" markalı, "Niva" modelli, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili olmuş və o həmin avtomobili təxminən 2019-cu ilin ortalarından 2020-ci ilin ortalarına qədər idarə etmişdir. O, sonradan həmin avtomobili satmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi "Lada" markalı, "Niva" modelli **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Natavan küçəsi ilə üzü "ünvan 4 ünvanında olan piyada keçidində yolu keçən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etmiş olduğu avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur. O, həmin vaxt avtomobildə tək olmuş və dərhal avtomobildən düşüb, həmin xəsarət almış şəxsi yoldan keçən taksiyə qoyaraq babasının yaşadığı evə aparmışdır. O, həmin evə həkim çağırmış, gələn həkim xəsarət almış şəxsin vəziyyətinin ağır olduğunu bildirmiş, bunun üçün də o, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə "City Hospital” xəstəxanasına aparmış, orada bütün müalicələrini və əməliyyatlarını elətdirmişdir. Lakin, sonradan Zərərçəkmiş şəxs sağaldıqdan sonra da ondan pul tələb etmiş və ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilən zaman onun məsuliyyətdən kənar qalması üçün sonuncunun yıxılaraq xəsarət alması bildirmişlər. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və dəymiş ziyanı ödədiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 24 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Hərbi Çağırış üzrə İdarənin qarşısında, piyada keçidində yolu sağ tərəfdən sol tərəfə Biləcəri qəsəbəsi istiqamətində keçərkən markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olmuş tünd göy rəngli "Lada” markalı "Niva” modelli **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil bir qədər aşağıda yerləşmiş döngədən işıqlarını yandırmadan surətlə dönmüş, yolun əks zolağına çıxaraq onu piyada keçidinin əks hərəkət zolağının üzərindən keçən hissəsində sol tərəfindən vurmuşdur. O, zərbənin təsirindən huşunu itirmiş, özünə gəldikdə başqa bir avtomobilin salonunda başının əvvəllər tanımadığı bir qadının dizləri üstündə olmasını görmüşdür. Daha sonra həmin qadın onun ayıldığını görmüş və mobil telefonla kiməsə zəng edərək, məlumat vermişdir ki "Toğrul narahat olma, ayıldı”. Bu zaman o, X4 getmək istədiyini demişdir. O, Toğrulu xəstəxananın qarşısında görmüşdür. Həmin vaxt Toğrul Anar adlı dayısı ilə danışmış və onu Toğrulun babasının evinə aparmışlar. Həmin evdə ona ağrıkəsici iynə vurmuşlar. Sonra evə həkim gəlmiş, vəziyyətinin ağır olduğunu görmüşdür. Bundan sonra onu özlərinin tanışları işləyən “City Hospital” klinikasına aparıb, orada cərrahi əməliyyat etmişlər. Orada 1 ay müalicə aldıqdan sonra 1 saylı kliniki xəstəxanaya köçürülmüş, 1 ay da orada müalicə almışdır. Xəstəxanadan çıxdıqdan sonra hadisəni törətmiş Təqsirləndirilən şəxs və ailə üzvləri onunla maraqlanmadıqları üçün o, şikayət etmək qərarına gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, 2005 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi Ekspertiza və X3” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol qasıq nahiyələrində. qasıqüstü nahiyədə cərrahi müdaxilə izləri olan çapıq toxumaları müəyyən edilmişdir. Müayinə olunanın deməsinə görə qeyd olunan çapıq toxumaları onun xx.xx.2022-ci il tarixdə keçirdiyi avtoqəza nəticəsində aldığı xəsarətlərə görə "City Hospital” klinikasında aparılmış cərrahi müdaxilənin izləridir. Keçirilmiş cərrahi əməliyyatdan sonra o uzun müddət ərzində müxtəlif klinikalarda stasionar şəraitdə və ambulator qaydada müayinə və müalicəsini davam etdirmiş, lakin gündəlik adına olan tibbi sənədlər ekspertiza şöbəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi Ekspertiza və X3” X5 xx.xx.2021-ci il tarixli 2005 saylı rəyinə xx.xx.2022-ci il tarixli 05/2005 saylı əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol sirkə kasasının ön və arxa divarının, ön və arxa kolonun çoxsaylı, qəlpəli yerdəyişmiş sınıqları sol simfiz pubis və sol oturacaq sümüyünün parçalı (qəlpəli) çoxsaylı yerdəyişmiş sınıqları, sidik kisəsinin cırılması ilə müşayiət olunan çanağın küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 24 yanvar 2020-ci il tarixdə avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərəvurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində piyada Zərərçəkmiş şəxs xəsarət alması və sürücünün hadisə yerindən qaçması ilə nəticələnən yol nəqliyyat hadisəsi ünvan 3 ünvanında baş vermişdir. xx.xx.2022-cu il tarixli, 8/1289 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, VAZ-21214 markalı, 99-XX083 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri CM-in 263.1-1 maddəsindən həmin Məcəllənin 263.1-1 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqsilrəndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə əməl xx.xx.2022-ci il tarixli qərarla CMin 127.1-ci maddəsinə tövsif edilmiş və cinayət təqibi üzrə icraata xitam verilmişdir. xx.xx.2022-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin QİŞ tərəfindən verilmiş AD 106558 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin vəsiqə xx.xx.2023-cü il tarixədək etibarlıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-639/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayəti, tələbi yoxdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək bildirmişdir ki, CM-in 263.1-1 və 264-cü maddələri ilə özünü təqsirli bilir. O, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncuya dəymiş ziyanı tam ödəmişdir. Odur ki, zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tam ödədiyinə görə CM-in 263.1.-1-ci, həmçinin müddət keçdiyinə görə CM-in 264-cü maddəsi ilə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddələr ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və sonuncuda dəymiş ziyanı tamamilə ödəmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqirləndirildiyi CM-in 264-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən təqsirləndirilən şəxs tərəfindən həmin maddədə nəzərdə tutulan cinayət əməlini xx.xx.2020-ci il tarixdə törədilmişdir. Göründüyü kimi hal-hazırkı tarixədək böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə icraata CM-in 263-cü maddəsinin Qeydinə və CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilməldir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili İsrafilov Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-639/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-639/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver