Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-64/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Nizami küçəsi, ev 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, gələcəyə dair hadisələr və qeyb aləminə aid məlumatlara malik olmaqla, fövqəltəbii güclərlə əlaqəyə girərək, falçılıqla məşğul olmaqla yazdığı xüsusi dualar və hazırladığı əməllər vasitəsi ilə onun ailə üzvləri ilə münasibətlərini yaxşılaşdıracağına, aralarında sevgi-məhəbbət yaradacağına, ruzi, bərəkətini artıracağına, həyat şəraitini yaxşılaşdıracağına, onu və ailə üzvlərini pis əməllərdən qoruyacağına dair yalan vədlər verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə sonuncuya məxsus olan, ünvan 1 ünvanında yerləşən mağazada olmaqla, ilk dəfə 18 avqust 2018-ci il tarixdə 1.000 manat, bundan sonra 11 iyul 2022-ci il tarixdə 370 manat, 12 iyul 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 330 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1.700 (min yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib gələcəyə dair hadisələr və qeyb aləminə aid məlumatlara malik olmaqla, fövqəltəbii güclərlə əlaqəyə girərək falçılıqla məşğul olmaqla yazdığı xüsusi dualar və hazırladığı əməllər vasitəsilə onun həyat şəraitini yaxşılaşdıracağına, ruzi, bərəkətini artıracağına və onu pis əməllərdən qoruyacağına dair yalan vədlər verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, Zərərçəkmiş şəxs1 hər dəfə yaşadığı ünvan 2 ünvanından mobil telefonunda quraşdırılmış tətbiq vasitəsi ilə özünə məxsus olan 4136-****-****-1222 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabından ona məxsus olan 4169-****-****-1943 nömrəli bank kartının hesabına köçürdüyü 17 may 2022-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 20 manat, 01 iyun 2022-ci il tarixdə 50 manat, 03 iyun 2023-cü il tarixdə 50 manat, 09 iyun 2022-ci il tarixdə 50 manat, 11 iyun 2022-ci il tarixdə 223 manat, 12 iyun 2022-ci il tarixdə 20 manat, 05 avqust 2022-ci il tarixdə 100 manat, 16 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında 1.000 manat, bundan sonra 2022-ci ilin avqust ayının sonlarından həmin ilin sentyabr ayının sonlarına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı evdə hissə-hissə olmaqla cəmi 660 manat, həmin dövrün valyuta məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları, həmin ərəfədə ünvan 4 ünvanında yerləşən evdə 200 manat, bundan sonra yenidən Zərərçəkmiş şəxs1 hər dəfə yaşadığı ünvan 2 ünvanından mobil telefonunda quraşdırılmış tətbiq vasitəsi ilə özünə məxsus olan bank kartının hesabından ona məxsus olan bank kartının hesabına köçürdüyü 02 oktyabr 2022ci il tarixdə 10 manat, 14 oktyabr 2022-ci il tarixdə 305 manat, 16 oktyabr 2022-ci il tarixdə 100 manat və sonuncu dəfə 2022-ci ilin oktyabr ayının sonlarında özünün kirayədə yaşadığı, ünvan 5 ünvanın yanında yerləşən təmir sexində 100 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3.328 (üç min üç yüz iyirmi səkkiz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 3 ildir ki tanımış, Zərərçəkmiş şəxs1 isə təxminən 1 il olar ki, Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. O, təxminən 3 il bundan əvvəl Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində və Novxanı yolunun üstündə yerləşən evlərində mebel yığmış, bununla da aralarında tanışlıq yaranmışdır. Təxminən 2 il bundan əvvəl Esmira ona Novxanı yolunun üstündə yerləşən bağ evində santexnik və elektrik işlərini görməsini, həmçinin evin iki otağında tavana alçipan vurmasını, bunun qarşılığında həmin evi ailə üzvləri ilə birlikdə yaşamaq üçün ona verəcəyini demişdir. Esmira həmçinin ona evin həyətində mebel sexi açmağa icazə verəcəyini demişdir. O, Esmiranın evində ümumilikdə bir həftə işləmiş, bütün işləri görüb başa çatdırandan sonra Esmira həmin evdə bacısı oğlunun yaşayacağını demişdir. O, Esmiranın sifarişi əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evində işlənmiş mebel taparaq yük avtomobili ilə gətirib quraşdırmış, Esmira mebelin pulunu versə də, ona 80 manat pul borclu qalmışdır. 2022-ci ilin yay aylarında Esmira ona rəfiqəsinin evində mebel işi olduğunu demiş, sonuncu ilə birlikdə sonradan tanıdığı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən evinə gəlmiş və ilk tanışlıqları orada yaranmışdır. O, Nuranənin evində olan mebellərə təmir etmək üçün baxmış, lakin qiymətlə bağlı aralarında razılıq olmamışdır. Bundan 4-5 ay sonra Nuranənin Abşeron rayonu ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzi ilə üzbəüz yaşayış massivindəki evində mətbəx mebelinin oturacaqlarını təmir edərək 30 manat zəhmət haqqı almışdır. O, oğlu Poladı 3-4 dəfə riyaziyyat və azərbaycan dili fənlərindən hazırlıq keçməsi üçün Nuranənin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən evinə aparmışdır. O, “Unibank”dan 3000 manat kredit götürmüş, Nuranə ondan 1000 manat borc istədiyinə görə həmin puldan 1000 manat Nuranəyə vermiş, qalan 2000 manat pulu isə arvadının tibbi əməliyyatı üçün xərcləmişdir. Bunun üstündən 2 ay keçəndən sonra Nuranədən pulunu geri istəmiş, özünə maşın almaq istədiyini demişdir. Nuranə də ona 700 ABŞ dolları pul vermişdir. Bundan sonra o, “Opel” markalı avtomobil almışdır. Avtomobili götürəndən sonra Nuranə ondan bankdan yenidən kredit götürə biləcəyini maraqlanmasını demiş, o, da bankdan maraqlanıb cavab verəcəyini demişdir. O, bankda işləyən tanışına müraciət etmiş, kredit ala bilməyəcəyini, sonra müraciət etməli olduğunu öyrənmişdir. Bankdan götürdüyü 3000 manat kreditin faizlərinin ödənilməsi ilə bağlı Nuranə ona hissə-hissə, yəni 100, 50 manat olmaqla cəmi 1100 manat pul vermiş və o, da həmin məbləği aldıqdan sonra bank faizlərinin ödənilməsinə sərf etmişdir. Sonradan Nuranə ondan 1100 manat pulu istədiyinə görə həmin pulu hissə-hissə olmaqla təxminən 1 ay ərzində özünə məxsus olan "xxxx" kartından Nuranəyə məxsus "xxxx" kartına telefonunda olan mobil tətbiq vasitəsilə köçürmüşdür. Nuranə onun Lənkəran rayonundan olduğunu bildiyinə görə ona “eşitmişəm sizin tərəflərdə cadugərliklə məşğul olan “dayı”lar var, sənin belə tanışların vardırsa, mənə dua yazdır, gəlinim oğlumdan ayrılsın, mənim tələbələrim çox olsun, ruzim artsın” demişdir. Nuranə həmişə ailə vəziyyəti ilə bağlı gileylənmişdir. O, isə Nuranəyə belə bir tanışlarının olmadığını, belə şeylərə inanmamasını demişdir. Bir müddət aralarında bu xarakterli söhbətlər olmuşdur. Nuranə ona artıq yaşamaqdan bezdiyini, özünü öldürmək istədiyini demişdir. O, Nuranəyə “sən özünü öldürmə, sənin üçün “dayı” taparam” demişdir. Lakin, əsl məqsədi Nuranənin özünü öldürməsinin qarşısını almaq olmuşdur. Bank tərəfindən ona kredit verilmədiyinə görə o, Nuranəyə pul verə bilməmişdir. Nuranə ona X3 qohumunu ali məktəbə düzəltmək adı ilə 10000 manat pul aldığını, hazırda pulu qaytarmalı olduğunu, ona görə də təcili olaraq 5000 manat pul lazım olduğunu demiş, bankdan kredit götürməsini, sonra birlikdə faizləri ödəməyi təklif etmişdir. O, Nuranəyə ona bankdan kredit vermədiklərini demişdir. Nuranə də ona inanmayıb guya falçılıq adı ilə ona 3200 manat pul verməsi ilə bağlı şikayət etmişdir. O, heç vaxt falçılıqla məşğul olmamış və bu məqsədlə heç bir şəxsdən pul almamışdır. O, heç vaxt Nuranəyə falçılıqla məşğul olan dayısı olması barədə bildirməmiş, həyat şəraitini yaxşılaşdırmaq, ruzi və bərəkətini artırmaq, həmçinin fəlakətlərdən qorumaq, ailə üzvləri arasında sevgi-məhəbbət yaratmaq barədə vədlər verməmişdir. O, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel-may aylarından tanmışdır. Belə ki, həmin vaxt Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 6, ev 32 ünvanında yaşamış, yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs2 ərzaq dükanı olmuşdur. Esmira ilə bir qonşu kimi münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin aprel ayının sonları və ya may ayının əvvəllərində evində olan mebelləri təmir etdirmək istəmiş, bununla bağlı Esmiradan usta tanışının olub-olmamasını soruşanda sonuncu Kənan adlı tanışının mebel ustası işlədiyini demişdir. Sonradan Esmira “Kənan” adı ilə tanıdığı şəxsi, yəni Təqsirləndirilən şəxs onun evinə gətirmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs el arasında Kənan deyə müraciət edirlər. O, evində olan mebellərin təmiri ilə bağlı Təqsirləndirilən şəxs zəhmət haqqını tam olaraq ödəmişdir. Həmin ərəfədə Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 6, ev 32 ünvanında yerləşən evini satdığına görə küçə tərəfdə darvazaya evin satılmasına dair elan vurmuşdur. Zaur həmin elanı görərək evin hansı qiymətə satılması ilə maraqlanmış və hətta tanış makler olduğunu, evini satmağa kömək edə biləcəyini demişdir. Evinin satılması ilə bağlı maklerə 1000 manat qonorar verməyi fikrində tutduğunu demişdir. Bundan sonra Zaur falçılıqla məşğul olan dayısı olduğunu, sonuncunun vasitəsilə evin tez bir zamanda satılmasına köməklik edə biləcəyini demişdir. Lakin, Zaur dayısının kim olmasını və harada yaşamasını bildirməmişdir. O, evinin satılması ilə bağlı Zaurun təklif etdiyi köməyə etiraz etməmişdir. Zaur bu işlə bağlı dayısına 300 manat pul vermək lazım olduğunu demişdir. O, razılaşdıqdan sonra Zaur həyətin içərisində bir neçə yerdən torpaq götürüb sellofan torbaya qoyaraq çıxıb getmişdir. Bir gün sonra Zaur 0,5 litrlik su butulkasında maye gətirərək həyətə səpmişdir. Bir neçə gündən sonra isə o, həmin evi istədiyi qiymətə satmış və Zaura 300 manat pul vermişdir. Sonra Zaur ona demişdir ki, ürəyi istədiyi yerdə və qiymətə ev almağında dayısının vasitəsilə köməklik edə bilər. O, razılaşdıqda Zaur həmin iş üçün də 300 manat pul verməli olduğunu demişdir. O, Zaura 300 manat pul vermiş bir müddət sonra isə Xırdalan şəhərində “Abşeron Gənclər Şəhərciyi”ndə ev almışdır. Bundan sonra o, Zaura inanmağa başlamışdır. Zaur ona dayısının bundan da böyük və güclü işlər gördüyünü demişdir. 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq Zaur onunla əlaqə saxlayaraq onu və oğlunu yaxın vaxtlarda bəlaların və pis hadisələrin gözlədiyini bildirmiş və çətinliklərin aradan getməsi ilə bağlı xüsusi duaların yazılması və cadu əməllərin hazırlanması üçün dayısına çatdırmaq adı ilə hissə-hissə pul almağa başlamışdır. Zaur təxminən 10-15 dəfə butulkada su gətirmiş, həmin suyun dayısı tərəfindən hazırlandığını bildirmiş, bəzən suyu evin içərisinə səpməyi, bəzən də həmin su ilə çimməyi məsləhət görmüşdür. O, hissəhissə olmaqla Zaura ümumilikdə 3328 manat pul vermişdir. Həmin pulun bir hissəsini Zaura nağd şəkildə, bir hissəsini isə özünə məxsus "xxxx" kartının hesabından Zaurun bank kartına köçürmüşdür. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə 100 manat pulu Zaurun Binəqədi rayonu, ünvan 6 ünvanında kirayədə yaşadığı evin yaxınlığında yerləşən təmir sexində vermişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarına yaxın Zaur demişdir ki, yuxuda onun anasını görmüş və anası ondan əl çəkməsini tələb edərək onu boğmuş, daha onunla işinin olmayacağını demişdir. O, Zaurun dediklərinin çoxunun düz çıxmamasına görə artıq onu aldatdığını hiss etmişdir. Zaur anası ilə bağlı yuxusunu danışandan sonra bir daha Zaur əslində fırıldaqçı olmasına əmin olmuşdur. O, Zaurdan pulunu tələb etmiş və dayısı ilə görüşdürməsini istəmişdir. Lakin, Zaur heç bir dayı olmadığını demiş, etidiklərinə görə ondan üzr istəmiş, barəsində heç bir yerə şikayət etməməsini demişdir. O, Zaura verdiyi 3328 manat pulu tələb etmiş, Zaur onun bank kartına 1000 manat pul göndərmiş, lakin aldığı pulun 2328 manatını qaytarmamışdır. 2022-ci ilin sentyabr ayında Zaur oğlunu böyük bir bəla gözlədiyini, dua yazılmasa, oğlunun həlak ola biləcəyini demişdir. Həmin dua isə çox güclü olduğuna görə 1000 manat pul lazım olduğunu bildirmişdir. O, qorxduğundan Zaurla razılaşmış, lakin verməyə 1000 manat pulu olmadığına görə 22 qram çəkidə qızıl dəstini “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyaraq götürdüyü 1000 manat pulu Zaura vermişdir. Lakin sonradan həmin borcu lombarda qaytara bilmədiyinə görə qızılı orada batmışdır. 2022-ci ilin oktyabr ayının sonlarından başlayaraq Zaur onu aldadaraq vaxtı uzatdığına görə pul qaytarmaq fikrinin olmadığını yəqin etmiş və 21 noyabr 2022-ci il tarixdə 43-cü polis bölməsinə gələrək şikayət ərizəsi vermişdir. Ərizəsi üzrə toplanmış material üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı Zaur arvadı Könül adlı xanımla birlikdə yaşadığı mənzilə gələrək şikayətini geri götürməyi xahiş etmişlər. Həmin vaxt aralarında olan söhbəti telefona yazmış və səs yazılarını istintaqa təqdim etmişdir. O, bildirmişdir ki, Zaur Zərərçəkmiş şəxs2 da eyni üsulla aldadaraq 1700 manat pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 2328 manat pul verməlidir. Onun Təqsirləndirilən şəxs nağd şəkildə pul verməsini bir neçə dəfə qonşusu Təranə də görmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əslən Lənkəran rayonundan olan və əvvəllər özünü Kənan kimi təqdim etmiş Təqsirləndirilən şəxs 18 iyun 2018-ci il tarixdən tanımışdır. Belə ki, 2018-ci ildə qızı X2 ailə quraraq həmin gün gəlin köçmüşdür. Bundan 10 gün sonra isə Təqsirləndirilən şəxs onun yaşadığı evin birinci mərtəbəsində yerləşən mağazasına gəlmiş və orada tanış olmuşlar. Mətanət Nuriyevadan başqa digər övladı olmadığına görə və İran İslam Respublikasının vətəndaşı olan əri Keykavus Məhəmmədi 2016-cı ildən yaşamaq üçün birdəfəlik İran İslam Respublikasına getdiyindən tək qalmışdır. Zaur mağazada onun pərişan halda olduğunu görərək hal-əhval tutmuş və demişdir ki, “sənə elə kömək edərəm qızın da yadından çıxar və ağlamazsan, darıxmazsan”. Zaur dayısının güclü falçı olduğunu, böyük imkanları olduğunu, sonuncunun yanında bəzi şeyləri öyrəndiyini, hazırda da vəhhabilərin birliyinə gedib-gəldiyini, baxıcılıq öyrəndiyini demişdir. O, ailə vəziyyətini, ərinin onu ataraq İran İslam Respublikasına getdiyini Zaura danışmışdır. Zaur falçı dayısı ilə danışıb ona xəbər verəcəyini bildirmişdir. Bir müddət sonra Zaur mağazasında onunla görüşərək dayısının ərini yaşamaq üçün yanına gətirə biləcəyini, lakin bunun üçün 1000 manat pul lazım olduğunu demişdir. Zaur dayısının əməl hazırlayacağını və İran İslam Respublikasına gedib həmin əməli orada həll etdikdə ərinin yanına qayıdacağını demişdir. O, da Zaura inanaraq 18 avqust 2018-ci il tarixdə ünvan 7 ünvanında yerləşən evinin birinci mərtəbəsində olan mağazada Zaura 1000 manat pul vermişdir. Zaur 20 avqust 2018-ci il tarixdə İran İslam Respublikasına gedəcəyini demişdir. Həqiqətən də bir müddət Zaur onunla əlaqə saxlamamışdır. Lakin sonradan mağazada görüşərək demişdir ki, rəsmi qaydada gömrükdən keçərək İran İslam Respublikasının Astara şəhərinə getmiş, dayısının hazırladığı əməlləri orada həll etmişdir. Zaur ona tezliklə ərinin qayıdıb yanına gələcəyini demişdir. Sonra isə Zaur yaşadığı həyətin torpağından götürüb dayısına apardığını, dayısının etdiyi əməl nəticəsində qızını unudacağını demişdir. Həqiqətən də qızı Mətanət bundan sonra yadından çıxmağa başlamışdır. Lakin, əri X4yıtmamışdır. O, dəfələrlə Zaurdan bu barədə soruşduqda hər dəfə bir sözlə onu yola vermişdir. Nəhayət, pulunu geri istədikdə Zaur onu hədələyərək pulu tələb etdiyi halda dayısının başına oyun açacağını demişdir. O, Zauru tanıdığı vaxtdan təxminən 1 il müddətində Kənan adı ilə tanımış, 1 il sonra mağazasında olan müştərilərdən biri Zauru tanıyıb demişdir ki, Zaur həm falçılıq edir, həm də mebel ustasıdır. İlk dəfə həmin vaxt bilmişdir Kənan kimi tanıdığı şəxsin həqiqi adı Zaurdur. Sonradan Zaurla aralarında dostluq münasibətli yaranmışdır. Hətta Zaur onun evinə öz ailəsini də gətirmişdir. Zaur onun bağ evinin olmasını bilərək həmin evi yaşamaq üçün müvəqqəti olaraq verməsini xahiş etmişdir. Lakin, həmin evdə qardaşı oğlu ailəsi ilə qaldığına görə o, Zaurun təklifini qəbul etməmişdir. 2022-ci ilin may ayında rəfiqəsi Zərərçəkmiş şəxs1 evində olan mebeli təmir etdirmək üçün usta axtaran zaman o, bir nəfər tanış usta olduğunu demişdir. Sonra Zaura zəng edib birlikdə Nuranənin evinə getmişlər. Orada Zaur mebelə baxmış və təmir işlərini boynuna götürmüşdür. O, 2022-ci ilin mart ayında X7 ilə dini nikahla ailə qurmuşdur. Elşad Qarabağda cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində zabit işləmişdir. Onun Elşadla ailə qurduğunu Zaur da bilmişdir. 2022-ci ilin iyul ayının 11-də Zaur evinə gələrək dayısının Elşadı böyük bir təhlükə, ölüm təhlükəsi gözlədiyini dediyini çatdırmışdır. O, qorxuya düşərək Zaura köməklik göstərməsi üçün dayısıyla danışmasını demişdir. Zaur Elşadın fotoşəkilini almış, evdən su, həyətin 4 tərəfindən künclərdən torpaq götürüb aparmışdır. Zaur dayısına vermək adı ilə ondan 370 manat pul alaraq çıxıb getmişdir. Həqiqətən də 12 iyul 2022-ci il tarixdə televizorda Qarabağ bölgəsində 1 günlük hərbi toqquşma olması barədə məlumat verildikdə Zaura daha çox inanmağa başlamışdır. 12 iyul 2022-ci il tarixdən sonra 21 sentyabr 2022-ci il tarixə kimi olan müddət ərzində Zaur dayısına dualar yazdırmaq, onu Elşadla mehriban etmək, ailəsinin ruzisini artırmaq, gözlənilən bəlalardan qorumaqla bağlı əməl-cadu etdirmək adı ilə 200, 100, 20 və 10 manat olmaqla ondan 330 manat da pul almışdır. Zaur Elşadın ondan soyuduğunu Elşadda ona qarşı istək yaransın deyə başqa kişi ilə yatmalı olduğunu demiş, hətta onunla bir yerdə yatmağı təklif etmişdir. Lakin, o, Zaurun təklifini rədd etmişdir. 22 sentyabr 2022ci il tarixdə Elşadın iş yeri Bakı şəhərinə dəyişilmişdir. Zaur bildirmişdir ki, əməl yolu ilə onu Elşaddan ayıracaqdır. Bundan sonra o, Zauru qovmuşdur. Sonradan bilmişdir ki, Zaur dələduzluq edərək eyni üsullarla rəfiqəsi Nuranənin 3228 manat pulunu ələ keçirmişdir. Zaurla aralarında olan telefon danışıqları zamanı sonuncunun səsini yazmış və istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ona məxsus pulu ələ keçirməsini rəfiqəsi Zərərçəkmiş şəxs1 məlumatı olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəldən Kənan kimi tanıdığı, lakin sonradan adının Zaur olduğunu bildiyi şəxsi 2022-ci ilin yay aylarından tanımışdır. Belə ki, o, qadın olmasına baxmayaraq ev təmiri işləri ilə məşğul olmuşdur. 2022-ci ilin təxminən iyun ayında Nuranənin evində təmir işləri görərkən Zaur adlı şəxs də həmin evə gəlmiş və orada ona məlum olmuşdur ki, Zaur həm mebel işlərini bacarır, həm də ki, falçılıqla məşğul olur. Nuranənin evində olarkən Zaur ona bildirmişdir ki, üstündə ağırlıq görür. Həmin ərəfədə işləri düz getməmiş, ərindən boşandığına görə himayəsində olan 2 nəfər azyaşlı uşaqlarına özü baxmışdır. Lakin münasib iş olmadığına görə maddi vəziyyəti aşağı səviyyədə olmuşdur. Zaur ona bildirmişdir ki, əlindən fala baxmaq və ağırlıqları dua yazmaqla aradan qaldırmaq gəlir. Həmçinin, Zaur ona evində də ağırlıqlar olduğunu demiş, şam almasını, gəlib xüsusi dualar oxuyaraq evdə yandırmaqla ağırlıqları götürəcəyini bildirmişdir. O, Zaurun evdə gəlib şam yandırmasına etirazının olmadığını bildirmişdir. Zaur ona işin xərcinin 60 manat olduğunu demişdir. Bundan sonra Zaur hazırda xatırlamadığı mobil telefon nömrəsini vermiş və onun mobil telefon nömrəsini götürmüşdür. 2-3 gün sonra Zaur telefonla danışaraq duanın hazır olmasını bildirmişdir. 2022-ci ilin iyun ayında Zaur onun yaşadığı mənzilə gəlmiş, əvvəldən aldığı şamı mənzilin ortasında yandırmış və daha sonra isə Zaur kasanın içərisində su gətirməsini demişdir. Zaur həmin kasanın içində olan suya başa düşmədiyi dildə nəsə deməyə başlamış və əlini suya salıb isladaraq onun başına, evin içərisinə səpməyə başlamışdır. Zaur təklif etmişdir ki, əynində olan paltarları qurşağa kimi soyunsun və həmin sudan onun çılpaq bədəninə çiləsin. Lakin, o, Zaurla razılaşmamışdır. Zaur belə olduqda duanın daha yaxşı təsir göstərə biləcəyini demişdir. Onun əsil niyyətinin başqa şey olduğunu dərk edərək etiraz etmişdir. Çünki, həmin vaxt evdə Zaur və özü olmuşdur. Bir qədər sonra Zaur çıxıb getmişdir. Səhəri günü Nuranənin evində olarkən 50 manat pulu Nuranəyə vermiş və Nuranə onun yanında həmin pulu Zaura vermişdir. Lakin, buna baxmayaraq Zaurun dediyi kimi həyat şəraiti yaxşılaşmamış, əlinə gəlirli işlər keçməmiş, əvvəlki qaydada həyatı davam etmişdir. Zaur bir neçə dəfə dua oxunmuş suyu bədəninə səpməyi təklif etsə də, o, buna razılıq verməmişdir. Bundan 10-15 gün sonra Zaur dayısının güclü falçı olduğunu, qızıl-zinət əşyası varsa aparıb dayısına verməsini, əməl etməyi təklif etmiş, ruzibərəkətinin artacağını demişdir. O, azyaşlı qızına məxsus olan qızıl bilərziyi gətirib Zaura verdikdə sonuncu zəhmət haqqı kimi 20 manat pul almışdır. Bir neçə gün sonra isə həmin qızılı üstünə bir neçə yerdən qırmızı rəngli sap bağlanmış halda ona qaytarmışdır. Həmin qızılı üzərində Zaurun dediyi vaxta kimi saxlamış, lakin heç bir nəticəsi olmamışdır. Zaurun onu aldatdığını başa düşmüş, lakin aldığı pul cəmi 70 manat olduğuna görə pulu istəməmişdir. 2022-ci ilin oktyabr ayının sonları, noyabr ayının əvvəllərində isə məlum olmuşdur ki, Zaur fala baxmaq adı ilə Nuranənin xeyli pulunu almış, hətta Nuranə Zaurun sözlərinə inanaraq qızıllarını lombarda girov qoyaraq götürdüyü pulun hamısını Zaura vermişdir. 2022-ci ilin dekabr ayının ikinci yarısında Nuranənin mənzilinə getdikdə Zaurun arvadı Könül adlı qadınla Nuranənin evində olduğunu görmüşdür. Həmin vaxt Zaur Nuranəyə şikayətini geri götürməsi üçün yalvarmışdır. Ona məlum olmuşdur ki, Zaur Nuranəni aldadaraq pulunu ələ keçirdiyinə görə sonunnu Binəqədi Rayon Polis idarəsinə şikayət etmişdir. Zaur söz vermişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərində bankdan kredit götürüb Nuranədən aldığı pulu ödəyəcəkdir. Həmin vaxt Zaurun arvadı Könülə demişdir ki, Zaur ondan da fala baxmaq adı ilə 60 manat pul almışdır. O, 70 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçrilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 1 ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 ilk dəfə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində olan zaman görmüşdür. Eyni zamanda əri Təqsirləndirilən şəxslə aralarındakı mübahisəli məsələləri və ərinin guya falçılıq adı ilə Zərərçəkmiş şəxs1 təxminən 3200 manat pul vəsaiti aldığını bildirmişdir. Binəqədi rayon Polis İdarəsinə əri Zaurla birlikdə getdikdə Nuranə də orada olmuş, Nuranə ilə əri Zaur arasında sözlü mübahisə olduqdan sonra, Nuranəyə bildirmişdir ki, əri ilə birlikdə onun yaşadığı evə gəlib orada söhbət edərək, bütün məsələlərə aydınlıq gətirsinlər. Həmin gün əri Zaurla birlikdə Nuranənin yaşadığı Abşeron rayonunda yerləşən evə getmiş, Nuranə evdə tək olmuşdur. Bir neçə dəqiqə sonra evə əvvəllər tanımadığı Nuranənin tanışı gəlmiş və söhbətin sonunadək oturub onları izləmişdir. Evin mətbəxində Nuranə danışmağa başlayaraq Zaurun başqa qadınlarla münasibətləri olduğunu demiş, Nuranədən Zaurla bağı şikayətinin səbəbini soruşduqda Nuranə Zaurun falçılıqla məşğul olan dayısının olduğunu və bu adla pul vəsaitlərini aldadaraq alıb ələ keçirməsini bildirmişdir. Nuranə Zaura konkret nə qədər pul verməsini deməmiş, əsəbi halda danışdığından onlar getmək istədikdə Nuranə icazə verməmişdir. O, Nuranənin bu qədər əsəbiləşməsindən qorxub ağlamağa başlamışdır. Nuranə Zaura pul verməsi üçün lombarda 22 qramlıq qızıl qoyub həmin pulu Zaura verdiyini bildirmişdir. Onun həmin söhbətlərin heç birindən əvvəllər xəbəri olmamışdır. Zaur Nuranəyə borclu olduğunu həmin vaxt etiraf etmiş, 05 yanvar 2023-cü il tarixədək borcunu geri qaytaracağını bildirmişdir. Reallıqda isə Zaurun Nuranəyə borcu olub-olmamasını, həmçinin Nuranənin pul verməsini dəqiq bilməmiş, sadəcə olaraq Nuranə əsəbi olduğundan Zaura hər şeyi etiraf etməsini bildirmişdir. Onlar sağollaşıb getmək qərarına gəldikdə Nuranə mobil telefonunu onlara göstərərək danışıqları qeydə aldığını bildirdikdə Zaur, Nuranənin danışıqları yazıb saxlamasına etiraz etmədiyini bildirmişdir. Artıq gedən zaman Nuranənin səslərini yazdığını bilmiş, həmin gündən etibarən Nuranə ilə bir daha nə telefon əlaqəsi saxlamış, nə də ki, görüşüb danışmışdır. O, Zərərçəkmiş şəxs2 təxminən 3-4 ildir ki, tanımış, sonuncu ilk tanışlıqları Zaurun vasitəsilə olmuşdur. Belə ki, Zaur Esmiraya məxsus ərzaq mağazasını işlətmiş, Esmira ilə münasibətləri normal olmuşdur. Zaur mebel ustası kimi Esmiranın yaşadığı evdə də işləmişdir. Zaurla Esmiranın münasibətlərinin soyumasına səbəb Zaurun Esmiradan 80 manat pulunu istəməsi olmuşdur. Zaur Esmiranın evində usta kimi işlədikdən sonra Esmiranın 80 manat borcu qalmış, məhz bu söhbətdən sonra Zaurla Esmira arasında ciddi mübahisələr yaranmışdır. Zaurun falçılıq etməsi və ya falçılıq edən dayısının olması barədə məlumatı olmamışdır. Zaurun ümumiyyətlə bu üsulla kimdənsə pul alaraq ələ keçirməsi ilə bağlı əvvəllər şikayət olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, onun 3 azyaşlı övladı var və övladlarından biri 10 yaşlı Zəhra Əliyeva 7 yaşından bəri serebral iflic xəstəliyindən əziyyət çəkir. Qohumu Təqsirləndirilən şəxslə söhbət əsnasında qızı barədə danışmış və Zaur ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kəndində yaşayan Esmira adlı tanışının olmasını bildirmişdir. Zaur həmçinin ona bildirmiş ki, onun uşağı barədə Esmiraya danışmış, sonuncu da uşağı yanına gətirməsini məsləhət bilmiş, uşağa şəfa ola biləcəyini demişdir. O, falçılara inanmasa da qızına görə məcbur olaraq Esmira xanımın evinə getmişdir. 2019-cu ildə, dəqiq tarixi xatırlamadığı vaxtda Zaurun ona baxıcı kimi təqdim etmiş olduğu Esmira xanımın evinə qızını aparmışdır. Həmin zaman Esmira qızını yatağa uzadıb üzərinə bir neçə daş qoymuşdur. Esmira demişdir ki, 2-3 dəfə də yanına getsələr onun qızını bu xəstəlikdən müalicə edəcəkdir. Bu hadisə hardasa 30 dəqiqə içərisində davam etmiş və o, Esmira xanıma 30 manat pul vermişdir. Bundan sonra qızında hər hansı bir irəliləyişin olmadığını gördüyü üçün bir daha Esmiranın yanına getməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında olmuş danışıqların səs yazıları diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş və Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-156/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin ediməmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli prortokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd disk, 11 ədəd qəbz və qızıl əşyanın girov qoyulması barədə 01 ədəd sənədin kserosurəti götürülərək cinayətin işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli prortokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 01 ədəd disk götürülərək cinayətin işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 11 ədəd fayl var. Həmin fayllardan birincisinə baxış zamanı bir nəfər qadın cinsindən olan şəxsin danışıqları müəyyən edilmişdir. Belə ki, həmin qadın bildirir ki, “And olsun Allaha bu dedi ki, məni “banditizmdən” də aparıblar, bu məndən xahiş elədi ki, mənim telefonuma mesaj yazma, mənim telefonlarım izlənilir, mənə zəng vurma izlənilir, mən də insanlıq elədim, mən də buna yazdım ki, Kənan borclarımı qaytar. Bu da boş söhbətdir, nə təhər oldu, mən də axırıncı dəfə götürəndə mən buna yenə də, mən buna hər dəfəsində deyirdim, deyirdim Kənan bu qələt olmaz”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin qadın onun özüdür. İkinci fayla baxış zamanı iki nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, birinci qadın bildirir ki, mən ora içəri girəndə sən mənə desəydin ki, qələt eləmişəm, kişi cinsindən olan şəxs deyir ki, “Vallah indi böyüklük elə”, birinci qadın: hə, hansı böyüklüyü edim ?, 22 qram qızılım batıb orda, 1500 manat burdan ziyana düşmüşəm, qalan borcların da orda, gətir pulumu ver. Kişi: verəcəyəm, birinci qadın: nə vaxt verəcəksən ?, kişi: yanvar ayının beşində pul götürəcəyəm, birinci qadın: xeyir, mən yanvar ayının beşi zadı gözləmirəm, yox, yox, mənim qızılım batır lombardda, ikinci qadın: nə qədər puldur ?, kişi: mən çıxardaram da, kömək edərəm çıxardaram, birinci qadın: nə vaxt ?, batır, mən iki aydır pul ödəmirəm, neçə aydır, üç ay, ikinci qadın: nə qədər Kənanın sizə borcu var ?, birinci qadın: üç aydır, 22 qramlıq qızılım batır orda, 1500 manat o camaatın zibilinə görə düşmüşəm, 3223 manat da “obşi” borcu idi, ondan 1100-dü nədir mənim kartıma atıb, iki min nə qədər qalıb, 1500 manat burda qızın zibilinə görə düşmüşəm, 22 qramlıq da qızılım batır, niyə görə mənim qızılım batmalıdır ki ?, ikinci qadın: mən bilirəm ki, Kənana inanmazsınız, məni də belə aldatsalar mən də ona inanmaram, amma əgər sübut üçün istəsəniz mən özüm öz ağzımdan dilimdən kağız yazıb, birinci qadın: o boş söhbətdir, ikinci qadın: boş deyil, mən özüm qızıl satmışam, birinci qadın: nə olsun, ala bilirsən ?, ikinci qadın: məhkəmədədir hal-hazırda, birinci qadın: nə olsun, ala bilməyəcəksən, Kənan ki, indi dekabrda bankdan götürə bilir, getsin götürsün, gətirsin versin də pulumu, kişi: yanvarın beşində pul götürüb sənə verərəm, Poladın əziz canı üçün, birinci qadın: gedəcəksən, sabah orda yazacaqsan ki, Nuranədən aldığım 3223 manatı Nuranəyə ödəyəcəyəm, “plus” mənim 22 qram qızılımı çıxaracaqsan. Kişi: 22 qram qızılı sən faizlə qoymamısan, sələmə götürmüsən, birinci qadın: qızılımı lombarda qoyub pul götürüb vermişəm, get çıxart da qızılımı mənim, mənim qızılım batacaqsa 22 qramlıq qızılımı alıb gətirəcəksən, kişi: mən təşkil edərəm onu, həll edərəm, verərəm, birinci qadın: nə vaxt ?, kişi: yanvarın beşinə qədər mən sənə verərəm, birinci qadın: mən gedib oradan yenə xahiş edim ki, bunu yanvarın beşinə qədər gözlə ? kişi: mən sənə söz deyirəmsə, özün bilirsən ki, deyirəm, eləmişəm, birinci qadın: sabah gedib orda yazacaqsan ki, bəli, 3223 manat “plüş” da mənim qızılımı götürüb verəcəksən, kişi: bəs deyəcək falçı nədir ?, birinci qadın: mən sənə xəbərdarlıq elədim, zəng də eləmişəm e qızım buna, mən hansı qarantiya alım ki, o mənim pulumu gətirib verəcək, mən inanmıram, kişi: mən söz verirəm sənə, istəyirsən yazım, birinci qadın: yazmaqla heç bir şey olmur, nə yazacaq ?, kişi: borcum bu qədər var, filan vaxtı verərəm, birinci qadın: xeyr, o polis deyəcək ki, borc söhbətidir, apar ver məhkəmədə al. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, birinci qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsi, ikinci qadın isə Təqsirləndirilən şəxs arvadıdır. Üçüncü fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, kişi bildirir ki, mən verəcəyəm, onsuz da mən yanvarda bankdan pul götürəcəyəm, qadın: nə olsun, sən mənə noyabrda da deyirdin, onu götürəndə də sən bilirdin ki iki aya pul verməyəcəklər, Kənan, niyə deyirdin ki, dayım var falçıdır, iş görür, sən özünə yaraşdırırsan bayaq mənim gözümün içinə baxa-baxa deyirsən ki, sən “maşenniksən”, mən falçıyam ?, həmin adamsan da, indi nə oturmusan orda büzüşüb ?, həyatda özümdən başqa kişi tanımadım, səs atmışam buna bir ay bundan qabaq, dedim Kənan qurban ol Könülə, Könül xəstədir, hissə-hissə gətir mənim pulumu ödə, bilirsən mənə nə yazdı qızım ?, Könülün bacısı gəlib səni cırar, bacın da səhv elədi də, bacın da bir qadın kimi gəlib demədi ki, bacın da səhv elədi, sən mənə borc söhbəti yazacaqsan, o da deyəcək ki, borclusan, get məhkəmədə al, kişi: mən deyirəm ki, verəcəyəm yanvarın beşində pul götürərəm, mən bunu sizə əmin edərəm, qadın: mən sənə inanmıram, sənə dedim ki, Kənan “parikmaxerdən” götürdüm 500 manatı ala get işini həll elə, sən getdin, mənə deyir ki, səni süründürəcəyəm, dayı var, kişi: tövbə yoxdur, valla Poladın canına, qadın: o dayı var, vəhhabidirlər, sən onların qorxusundan onları üzə çıxarmırsan, kişi: valla yoxdur, tövbə yoxdur, qadın: sən falçısan ?, kişi: yox, seyidəm, qadın: mənim də anam seyiddir, amma anam falçılıq eləmir, mənim anam heç kimi burdan yuxarı soyundurub iş görmür, sən falçısan, bağla da məni səndən şikayət verməyim, axı sən gəlirdin pul alırdın, deyirdin filan işi edəcəyəm, arxayın ol, bağladım, indi bağla da məni, elədiyin qələtin fərqindəsən ?, bilirsən sənə 5 ildən 8 ilə iş düşür ?, bilirsən səni bu gün ordan buraxmayacaqdılar?, mən orda rəisin qəbuluna niyə çıxdım girdim ? Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Dördüncü fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, 1000 manat qızılımın ödənişidir, 200 manat faizdir, 3253 manat da pulumdu, ayın 5-i, 6-sı, 6-sı son nöqtədir, oldu ?, kişi: oldu, qadın: danışdığını sənin razılığınla yazmışam, etirazın yoxdur ?, kişi: nə etirazım olacaq, borcluyam sənə verərərm. Qadın: “zapisə” etirazın yoxdu ?, kişi: yox, qadın: “davay” sağ ol. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Beşinci fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, kişi bildirir ki, mən sizə söz verirəm, bax yoldaşım da burda, qadın: sözlə heç nə keçmir, iki minimi gətir, nə vaxt ?, kişi: gətirəcəyəm də, qadın: nə vaxt ?, nə vaxt ki, mən oranı 3 gün yubadım də, ki, xəstəyəm, nasazam, kişi: 3 günə mən sizi necə aldadım?, qadın: sən məni indiyə qədər aldatmısan da, kişi: yox, mən yanvarın beşində pul götürəcəyəm, söz veriblər ki, bankdan pul götürəcəyəm, qadın: mənim qızılım batır Kənan, 200 manat onun faizi ödənməlidir, mənim qızılım batır, narahatam, kişi: sən narahat olma, faizini verərik, iki günə, qadın: nə vaxt, kişi: iki günə faiz verərik, qızılımı çıxardacaqsan oradan, 3223 manatımı da ödəyəcəksən qəpiyinə kimi, son sözümdü, kişi: verəcəyəm, qadın: nə vaxt ?, kişi: deyirəm də, ayın beşində, qadın: amma orda da yazıb verəcəksən, mən orda da yalançı çıxa bilmərəm, deyəcəksən ki, bəli, dayım filan yoxdur, özümün ehtiyacım olduğu üçün aldatmışam, bu sözü yazacaqsan, kişi: bu belə demir axı, barışın deyir, qadın: barışığı yanvarın beşinə kimi uzadıram. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Altıncı fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, düz danışan adamsan Könül, nə dedi bayaq bölmədə, demədi ki, siz bilmirsiz, bu “maşennikdi”, dedi qızım?, mənə dediyi o sözü, indi bu gün “maşennik” kimdir ?, bax təmiz danışaq, “maşennik” kimdir bala ?, dayı deyirsən, dayını çıxart da mənə, ver onun anasını ağladım, kişi: olsa verərəm sən də ağladarsan, mən də, qadın: bəs niyə məni aldadırdın ?.Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Yeddinci fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin faylda olan kişi və qadın səsləri birinci faylda olan səslərlə eynilik təşkil edir. Səkkizinci fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, 500 manatı da təzədən özümdən vermişəm, indi Kənan oturur mənə pul hesablayır, deyir ki, 300 manat borcu var, 22 qramlıq qızılım batdı lombardda, o belə gombul, kişi: bax sən mənə nə qədər dedin, mən onu dedim, mən artıq demədim sənə, qadın: bəs mənim qızılımı gəlib çıxartmadın da, sən mənim üstümə deyirdin səs atırdın e ki, səni süründürəcəyəm, səs məndə, sən məni aldatmısan, sən falçı kimi gəlmisən, sən məni aldatmısan, sən bayaqları müstəntiqin yanında gözümün içinə deyirsən ki, mən falçı deyiləm, niyə ?, kişi: mən sizi aldatmışam indiyə qədər ?, haçan sizi aldatmışam ?, qadın: aldatmağın buynuzu olur ?, aldatmısan da. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Doqquzuncu fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, sən mənim gözümün içinə baxa-baxa dedin, bu gün orda Esmira var idi a qızım ?, 5 ildi Esmiranı tanımısan da, Könül də Esmiranın evinə gedib-gəlir də, Esmiranı niyə aldadırdın bəs ?, kişi: mən aldatmamışam ki, qadın: nə təhər aldatmamısan ?, Elşadın şəklini götürüb aparmısan ki, dayıya aparıram, pulu alırsan, ona da eliyirsən, kişi: yoxe Quran haqqı, yoxe, sən özün görürsən, Esmira mənə pul versəydi mənim pulum hara getdi ?, qadın: Esmira sənə pul verib, kişi: o mənə borcludur, bax Quran haqqi, qadın: Esmira sənə Elşadın işi üçün pul verib də Kənan, yalan söhbəti demə, səndən nə qədər pul aldı qızım bax bu Kənan?, ikinci qadın: kim ?, birinci qadın: bax bu Kənan, 50 manat mən sənin əvəzinə verdim, düzdü ?, mən indi yalan deyirəm ki, bu nə isə iş görür, bu indi mənim gözümün içinə baxa-baxa .., kişi: mən heç nə demirəm, birinci qadın: bəlkə də bu Allah-taalanın bir dur söhbəti idi ki, mənimlə bitdi, başqasında bunun bağırsağını yortub tökərlər çölə, adamı tikə-tikə edərlər, adamı öldürərlər, ikinci qadın: əslində polis saxlayırdı, birinci qadın: mən də bilirəm. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. Onuncu fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, Kənan, dayı kimdir onu çıxart mən, kişi: dayı yoxdur, mən sənə kömək edirdim, qadın: mənim 6 qardaşım var, sən niyə mənim gözümün içinə baxa-baxa yalan danışırdın ?, mən buna ilk gündən qardaşı demədimsə tüpürsün mənim üzümə, o dayını mənə ver, səni nə vadar edirdi bax bu falçı adı ?, gəlib mənə deyəydin ki, ay bacı, mənə zəng elədi ki, Poladın ad günüdür, tort zad heç nə ala bilmirəm, dedim ki, Kənan, 100 manat pul atıram kartına, dedim 50 manat Poladın hədiyyəsi, 50 manatını yazarsan, bu maşınını qaytara bilmirdi, bunu handa bir kişi eləmir, getdim durdum orda o söhbəti mən həll elədim, amma Kənan mənə böyük yanlış elədi, ona mən dedim ki, Kənan mən 22 qramlıq qızılımı qoydum lombarda, mən dedim o pulu götürüb verirəm sənə, mənim qızılım batdı, kişi: Quran haqqı üzr istəyirəm, qadın: mən buna 2 ay vaxt verdim qızım, özüm zəng elədim, cavablamadı, kişi: Könülə də dedim ki, bu adam mənə yaxşılıq edib, sən məni orda pis vəziyyətdə qoyursan axı, qadın: sən mənə deyəndə ki, sən mənim baldızımı tanıyırsan ? Könülün bacısı gəlib səni cırar, kişi: mən deyirdim ? qadın: sən, sübut göstərim ?, mesaj yazmısan e mənə, axı o dayı kimdir, onu ver mənə, kişi: vallah yoxdur, qadın: var, bu da onu gizləyir, bəs mənə niyə bu qədər yalan danışırdın ki, dayıya zəng elədim onu dedi, bunu dedi, onu gətirdi, bunu elədi, onları niyə deyirdin Kənan ?, yox o dayı var, kişi: Poladın əziz canı üçün yoxdur, qadın: Nübar deyir ki, Nübar “parikmaxerdi”, mən onu elə tanıyıram, Nübar mənə deyir ki, gəldi torpaq götürdü, dedi ki, gəl mənimlə münasibət qur, ərin səndən ötrü darıxsın, mən də Kənanı qovdum, mən səni şərləmirəm e, mən buna deyirəm ki, mən yoldaşımdan ayrılmışam, mənim ilk nəvəm olanda o, mənə bir komplekt alıb yollamışdı, mən o komplektimi and olsun Allaha lombardda mənim o komplektim batır, 22 qramlıq qızılım batır, onu qoydum götürdüm verdim axırıncı dəfə dedim ki, Kənan ala, mən kəfən pulumu qızım mənim bir xasiyyətim var, mən ayrılanda söz vermişəm, tövbə eləmişəm ki, heç kimdən bir dənə çörək pulu da götürməyəcəm, o tövbə elədiyim üçün 500 manat diri 500-lük getdim gəlinimizə qoymuşdum onu ki, mən narahatam, xəstəyəm, mənim başımdadır şiş, getdim dedim ki, qızım həkimdir gəlinimiz, Dili bunu saxla mənim başıma qəfil bir iş gəlsə babalım boynuna bu pulu çıxar ortaya, mən istəmirəm ki, mənim anam da rəhmətə getdi, mən kiminsə kəfənində gedim ha, kimin çiynində gedəcəyəm o mənim üçün maraqlı deyil, amma o kəfən, o yuyan pulu zadı bu ödəyəcək, gətirdim onu verdim buna götürdü getdi, dedim 300 manatı götür, 200 manatı apar at mənim kartıma, atdı kartıma. Sonra səhəri günü zəng vurdu ki, Nuranə Poladın ad günüdür, ağladı ki, mən ona heç nə edə bilmirəm, 100 manat təzədən dedim ki, Kənan mən o 100 manatı qaytarıb atıram sənə, Allahla mənim aramda 100 manat qalır, 50 manatı olsun Poladın ad günündə olsun Poladın, qalanı 50 manatı da yazarsan pulumun üstünə bunu qoyduq qırağa Kənan. On birinci fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, pulumu nə vaxt verirsən Kənan ?, kişi: bax balamın canına and içirəm ki, qəbirə qoyum balamı, bankdan pul götürəcəyəm, qadın: nə vaxt götürəcəysən ?, qızılım batdı, mənim qızılım batdı, kişi: məni başa düşürsən ? qadın: necə başa düşüm səni ?, sən məni başa düşə bilmirsən, mən səni, sənə dedim, sənlə razılaşdım, sənə dedim get Kənan 2-3 günə qızılım batır, gətir, gətirmədin, düzdü ?, dedin 200-300 gətirəcəyəm, gətirmədin, niyə batırdın mənim qızılımı ?, qızılımın pulunu ödə, nə yığırsan, haranı yığırsan ?, sən 2-3 gündür oradan gəldiyin, sən taksidən 200 manat düzəldə bilmədin mənim pulumu qızılımın pulunu verəsən, qızılım batmaya ? kişi: mən taksidə işləmirəm, qadın: niyə ?, kişi: nə bilim, götürmürlər, qadın: nə təhər götürmürlər ?, kişi: götürmür də, qadın: Kənan məni niyə aldatdın sən ?, mənim qapımdan çıxanda dedin ki, gətirib verəcəyəm pulu, qızılın batmasın, kişi: mənim sənə borcum var idi, borcumu verirəm, sən də faizi deyirsən, qadın: hansı borcdur Kənan, mənim ağzımı açma, sən o dayı köpək oğlunu çıxart da mənə, kişi: hansı dayı ?, qadın: bilmirəm, sən deyirdin ki, dayımdı, falçılıq edir, onu edir, bunu edir, mən demirdim, kişi: “zapis” eliyirsən ?, qadın: nə edirəm sənin “zapisini” ?, sən zatən mənim evimdə hər şeyi boynuna almısan da, kişi: aç görüm “zapis” edirsən ?, qadın: nəyi açım Kənan ?, sən axtarışdasan xəbərin var ?, kişi: məndən sənə heç vaxt pislik gəlməz, sən səbirli ol, birinci günə qədər səbirli ol, qadın: Kənan, yenə nə əməl edəcəysən ?, sən əməl eləmirdin ? kişi: mən deyirdim ki, Allahdan başqa yalandı, qadın: Kənan sən əməl eləmirsən ?, yenə məni əsəbləşdirirsən ?, sənə 300 manatı verdim mən verdim e keçidin altında, ev satılma söhbətində, yadına düşdü ? kişi: dua elədim sənin üçün düzdü ?, qadın: əməl elədin, dua eləmədin, kişi: mən əməl bilirəm ki, eliyəm ?, qadın: bilmirsən ?, kişi: tövbə olsun bilmirəm, qadın: sən camaatın qızlarını niyə soyundurub dua edirdin ?, nəyə gələcəysən ?, sən birinci gün nəyə gələcəysən ?, sən mənim pulumu qəpiyinə qədər ödəyəcəksən, cinayət işi də açılıb. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qadın onun özüdür, kişi səsi Təqsirləndirilən şəxs səsidir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərə baxış keçirilmiş və baxış müəyyən edilmişdir ki, həmin qəbzlər 11 ədəddir. Həmin qəbzlərdə 17 may 2022-ci il tarixdə 100 manat və 20 manat olmaqla cəmi 120 manat, 01 iyun 2022-ci il tarixdə 50 manat, 03 iyun 2023-cü il tarixdə 50 manat, 09 iyun 2022-ci il tarixdə 50 manat, 11 iyun 2022-ci il tarixdə 223 manat, 12 iyun 2022-ci il tarixdə 20 manat, 05 avqust 2022-ci il tarixdə 100 manat, 02 oktyabr 2022-ci il tarixdə 10 manat, 14 oktyabr 2022-ci il tarixdə 305 manat, 16 oktyabr 2022-ci il tarixdə 100 manat pulun 416973******1222 nömrəli bank kartından 416973******1943 nömrəli bank kartına köçürülməsi müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin məbləğdə pulları Təqsirləndirilən şəxs kart hesabına köçürmüş və sonuncu, onu aldatmaqla həmin pulları ələ keçirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd sənədin kserosurətinə baxış zamanı müəyyən edilmişdir ki, 16 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 18,9 qram çəkidə qızıllarını girov qoyaraq 1050 manat məbləğində pul əldə etmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 3 ədəd fayl var. Həmin fayllardan birincisinə baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, Elşadın şəklini çatdırırsan mənə, bir də ki, mənim evimdə bəzi söhbətlərin oldu ha, hamısını mən qoyacağam polisin qabağına, Elşadın da şəklini qaytar mənə, yoxsa bu saat gəlirəm Könülün yanma, Könülə elə bir söz deyəcəyəm ki, onda görəcəysən ki, nə deyirəm. Kişi: indi sən mənə qorxu gəlirsən ?, qadın: bu dəqiqə Elşadın şəkli mənə çatacaq, Elşadın şəkli səndədir, kişi: mən sənə axırıncı dəfə deyirəm, mənə inanmırsan ki ?, qadın: şəkli qaytar ver özümə, sonra inanacağam, kişi: yaxşı, baxarıq, qadın: şəkli aldın apardın ki, dayı istəyir, kişi: evdəsən ?, qadın: hə. İkinci fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edildi. Belə ki, qadın bildirir ki, çox şeylərdən söhbət edəcəyəm mən “uje”, çünki mənim bu günki gündə bu vəziyyətə düşməyimin səbəbi “imennoy” sənsən, dayındı, sizin fala baxmağınız məni gətirdi bu yerə çatdırdı, kişi: sən fala baxırsan, qadın: mən baxmıram, sən baxırsan, gedək soruşaq, Aytaca mənim evimdə baxmamısan ?, Nazlının qızına baxmamısan ?, Nuranənin evində kiməsə baxmamısan ?, bəlkə sən deyilsən bu baxan, mənəm ?, mən səni çağırdım ki, çağırmadım e, dedin gəlirəm, dedim gəl, amma heç kimə qapı açmayacağam innən belə, sabah gələcəyəm sizə. arvadının yanında səndən söhbət edəcəyəm, şəkli gətir, qoy ora götürəcəyəm, o stolun üstünə, kişi: sən mənə güvənmirsən ?, qadın: yox, “uje” güvənmirəm, mənim güvənim itdi sənə, kişi: niyə ?, qadın: itdi də, şəkli qoy ora gəlib götürəcəyəm, pəncərədən ver, mən “uje” heç kimə inanmıram, ver, ver şəkli, sən qorxulu adamsanmış, mənim bu günləri Elşadla bu vəziyyətə gəlib çıxmağımın səbəbi sən və sənin dayın olub, dayını da birinci günü çağırtdıracağam, kişi: sənə bir söz deyim, sənin mənə nə qədər borcun var hesabla, 5 manatdan hesabla, qadın: 5 manatdan hesablayacağam, kişi: 80 manat borcun var, qadın: hələ bəzi şeylər də var, onları da deyəcəyəm, çox saxta hərəkətlərin olub mənə qarşı, sən mənim həyətimin torpağın aparırsan, mənim ruzimi baltalatdırırsan, elə şey olur ?, mənim gül kimi ailəm dağıldı, mən sənə demişəm ki, o məni istəyir, ona heç nə eləmə, nə olsun hərbiçidir, hərbiçi adam deyil ?, hərbiçiyə getmirlər ?, o heç vaxt belə olmayıb, Kənan, o torpaq mənim həyətimdən gedən gündən bir-birimizi qırırıq, qurtardı “uje” hər şey, sabah həll edərəm hər şeyi, sabah gələcəyəm sizə. Üçüncü fayla baxış zamanı bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxslərin danışıqları müəyyən edilmişdir. Belə ki, qadın bildirir ki, biabırçı qırğınımız oldu, o, axırıncı torpaq getdi ey mənim evimdən yadımdadır apardın ? ondan bəri mənim nə ruzim oldu, nə bərəkətim oldu, ondan bəri də mən sənə neçə dəfə demişəm ki, Elşadla qırırıq bir-birimizi. Bu günləri təmiz Elşad mənə dedi ki, sən məni başından atdın, mən də ona dedim ki, sən məni başından atdın. Yəni ki, qurtardıq. Nə sən məni axtar, nə mən səni axtarım. Sabah da gedirəm şeyin yanına kəbin kağızını oxutdururam dala. Yəni bundan bəri nə qədər biabırçılıq oldu. Bizim Elşadla problemimiz yox idi, dayın torpaq apardıqdan sonra bizim problemlərimiz oldu. 45 gündür kəbin kəsilib, o torpaq gedəndən sonra, su da çilədin ey ondan sonra Elşadın məni görməyə gözü yoxdur, mən də ona nifrət edirəm, niyə belə oldu. Mənim yaşım uşaq deyildi, bu yaşımda mənə bu zərbəni vuranın Allah balasını öldürsün. Allah bəlasını versin. Amin . Mən nə istədim ki, sizdən dedim bir dənə elə edin ki, Elşad anasıyla arada qalmasın. Anası gəlsin Elşadın. Kişi: sən demisən ki, bu iş alınsın pul verəcəyəm. Sən iş görürsən sən istəyirsən ki, sənin işində problem ola ? qadın: mən istəmirəm, mən görəndə ki, işimdə problem var, and olsun Allaha ki, mənim əlimdə işim alınmadı, Qurana and olsun mən getdim Lökbatanda qadın var idi həmin o mənə verən qadının pulunu verdim ona gördürdüm onun işini, kişi: sən fakt deyirsən ki, torpaq apardın sonra Elşadla pozuldu, mənlik deyil, sənin qohumlarındı, qadın: kimin qohumları, mənim qohumlarım heç nə demir, dayın qohumlarımı atmasın ortaya, bizim qohumların hamısı razıdır. Torpaq gedəndən sonra Elşad gün-gündən mənim gözümdən düşdü. Bu yaşımda kim mənim sevincimi əlimdən aldısa Allah əzizini öldürsün. Torpaq gedəndən sonra münasibətimiz pozuldu. Anası gəlsəydi bizim münasibətimiz pozulmazdı. Söhbət ondan gedir ki, bu gün mən Elşadı görmək istəmirəm, kişi bizlik deyil, bizlə əlaqəsi yoxdu qadın: bəs kimlikdi, onda mən deyirəm 1-ci günəcən Elşad anası ilə bizim bu qapıdan girdi-girdi, girmədi o dayına da de mənim pulumu çatdıracaq, kişi: sən mənə nə qədər pul vermisən dayıya?, qadın: 200 manat bir aparmısan, 150 bir, 20 manat da bir, kişi: 200 manat Elşada görə verməmisən, qadın: dayı mənim işimi görüb də mən görmüşəm, qışqırma ha, 1-ci gün mən sizi qışqırdacam polisdə, 1-ci gün mən sizi polisdə qışqırtmasam onda mən də Esmira deyiləm, kişi: evində işlədiyimin pulunu vermisən, qadın: nə? işləmisən gəlib mebel bağlamısan dükanında satmısan xeyrini də görmüsən, qurtardı getdi, alçipanı özüm almışam. 1-ci gün mən səni də dayını da polisə çağırtdırdım çağırtdırdım, çağırtdırmadım məndən alçağı yoxdu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 1,2 və 3-cü fayllardakı qadın səsi onun səsi, kişi səsi isə Təqsirləndirilən şəxs səsidir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdikləri 02 ədəd disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 11 ədəd pul köçürülməsi ilə bağlı qəbz iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 1(001)- 597/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan, "xxxx" ASCyə məxsus 4169 7385 2037 1943 və Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7332 1365 1222 nömrəli bank kartları arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış bütün köçürmə əməliyyatlarına dair məlumatlar ələ keçirilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan, "xxxx" ASC-yə məxsus 4169 7385 2037 1943 və Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7332 1365 1222 nömrəli bank kartları arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda qarşılıqlı pul köçürmələri olmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, iş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, 13659 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1257 (bir min iki yüz əlli yeddi ) manat məbləğində pul keçirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdikləri 02 ədəd disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 11 ədəd pul köçürülməsi ilə bağlı qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdikləri 02 ədəd disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 11 ədəd pul köçürülməsi ilə bağlı qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-64/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-64/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver