Məhkəmə qərarları › İş №1(001)-64/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-64/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-64/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 27 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Saral” marketin qarşısında Zərərçəkmiş şəxs1 saxladığı “Mercedes yük” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidli olmamasından istifadə edərək qapını açıb avtomobilin salonundan sonuncuya məxsus içərisində 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi və 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi olan 450 manat dəyərində “Samsung” markalı, “A52” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 06 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən marketin qarşısında Zərərçəkmiş şəxs2 saxladığı “Ford” yük markalı, **-HR-*** döövlət qeydiyyat nişanlı avtomobilin qapısının klidli olmamasından istifadə edərək qapını açıb avtomobilin salonundan sonuncuya məxsus içərisində 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 350 manat dəyərində “Samsung” markalı, “A14” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 355 (üz yüz əlli beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 06 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “OBA” marketin qarşısında Zərərçəkmiş şəxs4 saxladığı “Toyota Prius” markalı, **-ZN-*** döövlət qeydiyyat nişanlı avtomobilin qapısının klidli olmamasından istifadə edərək qapını açıb avtomobilin salonundan sonuncuya məxsus içərisində 8 manat dəyərində 050-796-4573 mobil nömrəsi olan 500 manat dəyərində “Samsung” markalı, “A53” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 508 (beş yüz səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Elmar” marketin qarşısında Zərərçəkmiş şəxs3 saxladığı “İsuzu” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının klidli olmamasından istifadə edərək qapını açıb avtomobilin salonundan sonuncuya məxsus içərisində 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 170 manat dəyərində “Redmi” markalı, “Note9” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 180 (yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Saral” adlı mağazanın qarşısında dayanan zaman “Mercedes” yük markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını avtomobilin sürücüsünün avtomobili saxlayaraq düşüb qapılarını bağlamadan getdiyini görmüşdür. O, avtomobilin içərisində sata biləcəyi əşyalar olmasını fikirləşib avtomobilin qabaq sol qapısına yaxınlaşmış və pəncərədən avtomobilin içərisində telefon olmasını görmüşdür. O, avtomobilin qabaq sol qapısını açıb avtomobilin oturacağının üzərində olan bir ədəd “Samsung A52” markalı telefonu götürmüş, həmin gün telefonu satmaq üçün Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığına getmiş və orada telefon alqı-satqısı mağazalarının birində telefonu 140 manata satmışdır. Əldə etdiyi pulu isə özü şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa, 05 noyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” marketin yaxınlığında dayanan zaman “Ford” yük markalı avtomobilin dayandığını, avtomobilin sürücüsü avtomobildən düşərək qapılarını bağlamayıb getdiyini görmüşdür. O dərhal avtomobildən oğurluq etmək üçün yaxınlaşmış, ətrafa baxıb heç kəsin olmadığını görüb diqqət çəkməyərək avtomobilin qabaq sol qapısını açmışdır. O, avtomobilin qabaq oturacağının üzərində olan bir ədəd “Samsung” markalı telefonu götürüb cibinə qoyaraq qaçıb oradan uzaqlaşmışdır. O həmin gün telefonu satmaq üçün Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığına gəlib ilk dəfə telefon satdığı mağazada telefonu 200 manata satmış, əldə etdiyi pulu isə şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 06 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Biləcəri qəsəbəsində yerləşən “OBA” marketin qarşısında dayanan zaman “Tayota Prius” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, həmin avtomobilin sürücüsünün avtomobildən düşərək qapılarını bağlamayıb getdiyini görmüşdür. O, avtomobildən oğurluq etməyə qərar verib diqqət çəkməyərək avtomobilə yaxınlaşmış, ətrafa baxıb sakitlik olmasını görüb avtomobilin qabaq sol qapısını açaraq bir ədəd “Samsung A53” markalı telefonu götürüb cibinə qoymuşdur. O, telefonu götürdükdən sonra dərhal oradan uzaqlaşaraq telefonu satmaq üçün Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığına getmiş və telefon alqı-satqısı mağazasında telefonu 100 manata sataraq əldə etdiyi pulu isə özü şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 09 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunun kənarında dayanan zaman “İsuzu” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Elmar” marketin qarşısında dayandığını, sürücünün avtomobildən düşüb mağazaya daxil olduğunu, avtomobilin qapılarını bağlamadığını görmüşdür. O, avtomobildən oğurluq etmək qərarına gəlib ətrafa baxaraq avtomobilin qabaq sol qapısına yaxınlaşmış, diqqət çəkməyərək avtomobilin qabaq sol qapısını açıb qabaq oturacağının yanında olan hissədə olan bir ədəd “Redmi” markalı telefonu götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. O həmin gün telefonu satmaq üçün Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığına gəlmiş, lakin həmin şəxsə artıq iki dəfə telefon satdığını və onun şübhələnəcəyini fikirləşib telefonu satmamaq qərarına gəlmişdir. Buna görə də telefonu satmayaraq oradan uzaqlaşmışdır. 09 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman isə telefonu təqdim edərək oğurladığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı olduğunu bildirərək cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də sürücü işləyir, həmin MMC tərəfindən idarə etmək üçün “Mercedes” yük markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş və həmin avtomobillə mağazalara mallar paylamışdır. Belə ki, avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır və avtomobili MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. 27 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında MMC-dən malları idarə etdiyi avtomobilə yükləmiş və avtomobillə malları təhvil vermək üçün yola çıxmışdır. Saat təxminən 15:15 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Saral” markerin qarşısına çatdıqda avtomobili saxlamış və qapılarını bağlamayaraq avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman özünə məxsus “Samsung” markalı, “A52” modelli mobil telefonunu qabaq sol oturacağın üzərinə qoymuşdur. O, avtomobildə olan malları mağazaya təhvil vermək üçün mağazaya daxil olmuş və bir neçə dəqiqə sonra mağazadan çıxıb sükan arxasına yaxınlaşıb oturacaqdan telefonumu götürmək istədikdə yerində olmadığını görmüşdür. O, avtomobilin içərisini axtarsa da, telefonu tapa bilmədikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gedərək ərizə ilə müraciət etmiş və bu barədə izahat vermişdir. Bundan sonra, polis əməkdaşları telefonun oğurlandığı yerə baxış keçirib fotoşəkillər çəkmişlər. O, ifadəsində əlavə olaraq bildirmişdir ki, oğurlanmış telefonunun dəyəri 450 manat üzərində olan ***-***-**-** saylı nömrənin dəyəri 15 manat, 070646-26- 04 saylı nömrənin dəyəri isə 10 manat olmuşdur. Nömrənin içərisində isə danışıq kartı olmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hazırki vaxta qədər ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı şəkildə teleqram ünvanlayaraq işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydadea məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, bu səbəbdən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:55-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/5962 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,213 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. 10 noyabr 2023-cü il tarixli “materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-1-ci maddəsi ilə istintaq olunan 23-0041037 saylı cinayət işinə 3198, 3075, 3197, 3238 nömrəli materiallar birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Biləcəri qəsəbəsi, Oba marketin qarşısında şirkətə məxsus “Ford” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Ford” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Prius” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “İsuzu” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. 09 noyabr 2023-cü il tarixli “könüllü təqdim olunan əşyanın götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə təhqiqat orqanına “Redmi” markalı, “Note9” modelli mobil telefonu təqdim etmiş, həmin mobil telefonu 09 noyabr 2023-cü il tarixdə “İsuzu” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1125/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsindən CM-nin 177.2.2 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddəllər ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon prokurorluğunun inzibati binasından qaçaraq uzaqlaşdığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə istintaq sonuncu tapılanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq MSY-nə təhvil verildiyi üçün cinayət işi üzrə istintaq təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1177/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinaət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9435 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Redmi Note 9” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan tarixə orta bazar qiyməti 170 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə istintaq sonuncu tapılanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq 28 yanvar 2024-cü il tarixdə MSY-nə təhvil verildiyi üçün cinayət işi üzrə istintaq təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli, 564 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli, 196 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 212 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X7” X16 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməməsi və məcburi müalicəyə ehtiyacı olmaması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə istintaq sonuncu tapılanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq MSY-nə təhvil verildiyi üçün cinayət işi üzrə istintaq təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı MSY-dən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2,213 qram psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması sübuta yetirilmədiyi üçün souncunun CM-nin 234-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrca icraata ayrılmış və onun əməli CM-nin 177.2.2-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları, maddi sübut və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq saxlanıldığı MSY-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-446/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-64/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs tutulduğundan cinayət işi üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 Eldəniz Mehman oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, Zərərçəkmiş şəxs1 lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-nin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 noyabr 2023-cü il tarixdə, saat 13:55-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək dərhal məhkəmə iclas zalından azad edilmiş, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək xx.xx.2023-cü il tarixdə saxlanılmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1177/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək dərhal məhkəmə iclas zalından azad edilmiş, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək xx.xx.2024-cü il tarixdə saxlanılmış, xx.xx.2024-cü il tarixdə saxlanıldığı MSY-dən azad edilmiş, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək xx.xx.2024-cü il tarixdə saxlanılmış, xx.xx.2024-cü il tarixdə saxlanıldığı MSY-dən azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-446/2024 nömrəli qərarı ilə barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə sonuncu tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdən bugünədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 09 noyabr 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həmçinin 01 dekabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək, 28 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək, 28 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış “Redmi” markalı, “Note9” modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Redmi” markalı, “Note9” modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar