Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-641/2023 30.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu, Bulaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Bulaqlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 20 may 2023-cü il tarixdə saat 20:30 radələrində “B, C” kateqoriyalı, AE 529131 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (Hıbrıd)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə Sulutəpə dairəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə edərək yolu keçməyə çalışan 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə, 2002-ci il təvəllüdlü piyada X6 idarə etdiyi avtomobilin qabaq orta tərəfi ilə vurması nəticəsində, Zərərçəkmiş şəxs sağ dirsəyin sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə xarakterizə olunan bədən xəsarəti yetirməklə ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, zərərçəkmiş şəxs X7 isə baş beyin ödəmi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, beyinin yumuşaq qişasına, beyin toxumasına, sağ və sol yan mədəciklərə qansızmalar, beyin toxumasının əzilməsi, sağ körpücük sümüyünün, sağ İ-İX və sol İ-İİ qabırğaların sınıqları, sağ ağciyərin cırılmaları, 1-3-cü döş fəqərələrinin sağ yan çıxıntılarının qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması, sağ bazu, bud və baldır, sol bud-çanaq oynağı sümüklərinin yerdəyişmiş sınıqları, başın, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun 02 iyun 2023-cü il tarixdə saat 10:30da “Respublika Kliniki Xəstəxanası” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər X14 məxsus “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı, açıq yaşıl metallik rəngli avtomobili etibarnamə əsasında idarə etmişdir. 20 may 2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda Binəqədi kəndindən üzü Sulutəpə dairəsi istiqamətinə idarə etdiyi avtomobillə təxminən 60-70 km/saat sürətlə hərəkət edən zaman iki nəfər piyadanın əks istiqamətdə hərəkət edən avtobusun önündən tələsik keçib yolun orta hissəsində dayandığını, özü olan zolağı keçmək üçün irəli bir addım atmaqla hərəkətə başlamaq istəsələr də, onlardan birinin, yəni özündən digərinə nisbətən uzaqda dayanmış piyadanın digərini saxlamaq istədiyini görmüşdür. Beləliklə həmin piyadalar geri addım atmaqla orta hissədə dayanmış və o, hərəkət sürətini yavaşlatmadan yolu davam etmişdir. Buna baxmayaq, həmin piyadalar qəflətən yolu keçmək üçün idarə etdiyi avtomobilin önünə atılmış, həmin vaxt o, piyadalardan nisbətən uzaqda olanı, sonradan adının X11 olduğunu öyrəndiyi şəxsi avtomobilin ön orta hissəsi ilə vurmuş və həmin piyada sağ tərəfinə yıxılmışdır. Onunla ələlə yolu keçmək istəyən digər piyada, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi isə hadisədən sonra həmin yerdə görməmişdir. O, piyadanı vurduqdan dərhal sonra avtomobili saxlamaq üçün ayağını əyləcə atmış və hadisə baş vermiş yerdən təxminən 10 metr aralıda avtomobilini dayandıra bilmişdir. Tez vaxtda avtomobildən düşüb piyadalara yaxınlaşmış və təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə ətrafdan başqa şəxslər toplaşmış və təxminən 5 dəqiqə ərzində təcili tibbi yardım işçiləri gəlib piyadanı xəstəxanaya aparmışlar. Özü isə piyadanın 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıldığını dəqiqləşdirib ərazi üzrə polis orqanına yaxınlaşmışdır. Sonradan isə vurmuş olduğu piyada Namət Bayramovun vəziyyətinin yaxşı olmadığını, digər piyada Zərərçəkmiş şəxs isə hadisə vaxtı sağ qol nahiyəsinin sınmış olduğunu öyrənmişdir. 02 iyun 2023-cü il tarixdə isə X5 müalicə aldığı xəstəxanada vəfat etməsi xəbərini almışdır. Hadisə nəticəsində özü hər hansı xəsarət almamış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə, psixotrop maddə qəbul etməmiş və hadisə baş verən anda özündə olmuşdur. Hazırda o, Zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmış, həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X11 onun uşaqlıq dostu olmuşdur. Sonuncu dəfə 20 may 2023-cü il tarixdə saat 20 radələrində “Qardaşlar” mebel fabrikinin yaxınlığında, yəni Binəqədi rayonu, Binəqədi yolunda marka və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi fəaliyyəti göstərən avtomobildən düşmüşlər. Həmin avtomobil getdikdən sonra yolu Namət Bayramovla birlikdə keçmək istəmiş və həmin vaxt yolun hərəkət hissəsində xeyli sayda avtomobil hərəkət etmişdir. Onlar yolda olan piyada keçidindən təxminən 5 metr ara məsafəsindən yolun “Qardaşlar” mebel fabriki yerləşən tərəfindən əks tərəfinə, yəni tanışları Fuad Qəhrəmanovun yanına keçmək üçün hərəkətə başlamışdırlar. Həmin yol hər istiqamətdə bir zolaq olmaqla iki tərəfli yol olduğundan özü və Namət Bayramov yolun birinci zolağını keçərək ikinci zolağı keçməyə hazırlaşmaq üçün yolun orta hissəsində dayanmışlar. Həmin orta hissə ancaq yol nişanı xətti ilə bir birindən ayrıldığı üçün onlar həmin xəttin üzərində dayanmış və təxminən 5 saniyə sonra yolu keçə biləcəklərini fikirləşib irəli addım atmışlar. İrəli addım atmazdan öncə o Namət Bayramova nisbətən onlara tərəf gələn avtomobillərə daha yaxın dayanmış və hərəkətə başladıqları anda Namət Bayramov özündən az da olsa geridə olmuşdur. Onlar özlərinə tərəf gələn avtomobilin onlara çatanadək yolu tam keçə biləcəklərini fikirləşsələr də, gələn avtomobil sürətlə tez vaxtda onlara çatdığından həmin avtomobil onları vurmuşdur. Belə ki, sözügedən açıq yaşıl metallik rəngli “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə özünün sağ qol nahiyyəsini sağ yan güzgüsü ilə vurmuş, daha sonra Namət Bayramovu ön tərəfi ilə vurmuşdur. Ona avtomobil dəyəndən sonra qolunda ağrı hiss edib aşağı əyilmiş və Namət Bayramovu vurmuş olduğunu görüb ayağa qalxmışdır. Namət Bayramov bir qədər aralıda yerdə olmuşdur. Həmin avtomobil isə onları vurduğu yerdən təxminən 30 metr aralıda dayanmış, sürücüsü sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs avtomobildən düşərək yanlarına gəlmişdir. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, pis vəziyyətdə olan Namət Bayramovu həmin avtomobilə yerləşdirmişlər. Onun özü isə ortaq tanışları və Fuad ilə xəstəxanaya getmişlər. Onlar 1 saylı Şəhər Klinik xəstəxanasına çatdıqdan sonra Namət Bayramova və özünə yardım göstərilmişdir. Bundan sonra o sağ qol nahiyyəsinin sınmış olduğunu öyrənmişdir. Daha sonra polisin göndərişi əsasında məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. 02 iyun 2023-cü il tarixdə Namət Bayramov müalicə aldığı Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X11 onun qardaşı olmuşdur. 20 may 2023-cü il tarixdə yaşadığı evdən çıxmazdan əvvəl qardaşı Namət Bayramovu görmüş, həmin gün axşam saatlarında işdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək qardaşı Namət Bayramovla birlikdə yolnəqliyyat hadisəsində vurulmuş olduqlarını, qardaşının vəziyyəti pis olduğu üçün 1 saylı Şəhər Klinik Xəstəxanasında olduğunu bildirmişdir. O, tez vaxtda işdən çıxıb özünü həmin xəstəxanaya çatdırmış, ailə üzvləri də həmin yerə getmişlər. Xəstəxanada olarkən qardaşının dostları olan və Binəqədi rayonu, Binəqədi yolunda yol nəqliyyat-hadisəsi baş verərkən yanında olmuş X15 və Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı məlumatları, eləcə də hadisəyə səbəb olan şəxsin “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs də hadisə zamanı qardaşının yanında olduğunu və onun da sağ qol nahiyyəsindən həmin avtomobilin vurmuş olduğunu bilmişdir. Həkim kollektivindən qardaşı Namət Bayramovun halının yaxşı olmadığını dəqiqləşdirmiş və onu səhəri gün “X29” Mərkəz Filialı xəstəxanasına köçürmüşlər. Özlərinin və yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs maddi imkanı icazə vermədiyi üçün iki gün sonra həmin xəstəxanadan çıxmalı olmuş və qardaşı Namət Bayramov M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına aparılmışdır. 02 iyun 2023-cü il tarixdə isə qardaşı Namət Bayramov vəfat etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş ziyan ödənilmiş, hazırda ona qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda “Qardaşlar” adlanan mebel fabrikinin yaxınlığıdır. Hadisə yerində yol asfalt-beton örtükdən ibarət olmaqla düz, quru, hamar və defektsizdir. Hadisənin baş verdiyi yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qrupuna aid 1.1 üfüqi nişanlanma xətti mövcuddur. Yol iki istiqamətlidir və hər istiqamətdə bir zolaq vardır. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni hadisə baş vermiş zolaqda 6,8 metr, digər zolaqda 5,2 olmaqla 12 metr təşkil edir. Hərəkət hissəsinin kənarlarında hər hansı bir yol hərəkət nişanı yoxdur və həmin sahədə hərəkət nizamlanmayandır. xx.xx.2023-cü il tarixli, 2/12695 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 məyyən edilməsi məqsədi ilə 21 may 2023-cü il tarixdə aparılmış tibbi müayinə zamanı onda sərxoşluq vəziyyəti aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 xx.xx.2023-cü il tarixli, 973 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – sağ dirsəyin sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X24” PHŞ-nə müraciət etdiyi 20 may 2023-cü il tarixdən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni 20 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdi. İfadələrin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətləri aparılmış və bu zaman sonuncu istintaqa verdiyi ifadəni bir daha hadisə yerində əyani olaraq təsdiq etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və onaəlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi zədəli vəziyyətdədir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, diskdə olan 16 saniyədən ibarət videogörüntü Binəqədi rayonu, Binəqədi (DSK) yolunun hadisə baş verdiyi hissəsini müşahidə edən videokamera tərəfindən qeydə alınmışdır. Video başlayan andan etibarən yolun hərəkət hissəsində iki istiqamətdə avtomobillərin hərəkəti müşahidə edilir. Videonun 9-cu saniyəsində “Toyota Prius” markalı həmin yolda hərəkətdə olarkən əks zolaqdan hərəkətə başlamış iki piyadadan birini vuraraq vurulan yerin sağ tərəfinə, digər piyadanı isə daha irəli olmaqla yolun sağ tərəfinə atdığı, hadisədən dərhal sonra nisbətən geridə vurulub qalmış piyada ilə ətrafda olan başqa şəxslərin irəli atılmış piyadaya tərəf qaçdığı görsənir. AZ-İİ 362378 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 02 iyun 2023-cü il tarixdə “baş beynin travmatik ödemi” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və Təqsirləndirilən şəxs 24 noyabr 2017-ci ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış, hazırda sonuncunun ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 xx.xx.2023-cü il tarixli 122 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin ödəmi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, beyinin yumşaq qişasına, beyin toxumasına, sağ və sol yan mədəciklərə qansızmalar, beyin toxumasının əzilməsi, sağ körpücük sümüyünün, sağ l-İX və sol l-ll qabırğaların sınıqları, sağ ağciyərin cırılmaları, 1-3-cü döş fəqərələrinin sağ yan çıxıntılarının qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması, sağ bazu, bud və baldır, sol bud-canaq oynağı sümüklərinin yerdəyişmiş sınıqları, başın, gövdənin və ətrafların çoxsaylı qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətə və şəraitdə, yəni 20 may 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb baş beyin ödəmi ilə müşayiət olunan ağır qapalı kəllə-beyin travması beyinin yumşaq qişasına, beyin toxumasına, sağ və sol yan mədəciklərə qansızmalar, beyin toxumasının əzilməsi olmuşdur. Meyitin müayinəsi zamanı aşkar edilmiş sağ körpücük sümüyünün, sağ l-İX və sol l-ll qabırğaların sınıqları, sağ ağciyərin cırılması, 1-3cü döş fəqərələrinin sağ yan çıxıntılarının yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması, həmçinin sağ bazu, bud və baldır, sol bud-canaq oynağı sümüklərinin yerdəyişmiş sınıqları prosesə ağırlaşdırıcı təsir edərək ölümün baş verməsini sürətləndirmişdir. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, N.C.Bayramov 02 iyun 2023-cü il tarixdə saat 10:30-da “Respublika Kliniki Xəstəxanası” PHŞ-nin reanimasiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AE 529131 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən X12 adına qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2318 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və həmin avtomobil saxlanılması üçün faktiki sahibi X14 qaytarılmışdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZ-İV 291940 nömrəli, AZ-İV 458732 nömrəli və AZ-İV 873991 nömrəli doğum haqqında şəhadətnamələdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X17 adlı, xx.xx.2020-ci il təvəllüdlü X13 adlı və xx.xx.2023-cü il təvəllüdlü X16 adlı 3 azyaşlı qızı vardır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və dəymiş ziyan tam olaraq ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxs hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X14 qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səkksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X14 qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səkksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-641/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-641/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver