Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-643/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxsləərin müdafiəçiləri: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxx 2002-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi işlə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Danyeri ərazi dairəsi, Danyeri kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Atatürk Məhəlləsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, 03 avqust 2004-cü ildə Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi işlə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Danyeri ərazi dairəsi, Danyeri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 may 2023-cü il tarixində saat 00:30 radələrində ünvan 1 ünvanında yerləşən «Azadlıq parkı»nda tanışları Zərərçəkmiş şəxs yaxınlaşaraq cinayətkar niyyətlərinin həyata keçirilməsi məqsədi ilə rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında o, sonuncuya məxsus «Redmi Note 9 Pro» markalı mobil telefonun təhlükəsizlik kodunu öyrəndikdən sonra söhbət edib fikrini yayındırmış, bundan istifadə edən Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs əlində olan 250 manat dəyərində «Redmi Note 9 Pro» markalı mobil telefonu götürərək əl keçirib qaçmaqla açıq talayaraq, Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, bəzi vaxtlarda restoranlarda köməkçi ofisiant kimi işləmişdir. Sonuncu dəfə 24 may 2023-cü il tarixində axşam saatlarında “Gənclik” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2la spirtli içki qəbul edib söhbət edərkən pula ehtiyaclarından danışmış və qərara gəlmişlər ki, ünvan 1 ünvanında yerləşən «Azadlıq parkı»na gedib orada kiminsə telefonunu oğurlayıb qaçsınlar. Bu məqsədlə 25 may 2023cü il tarixində saat 00:30 radələrində həmin «Azadlıq parkı»na gedib orada olarkən təxminən bir həftə ərzində bir neçə dəfə görüb söhbət etdikləri, tanıdıqları Zərərçəkmiş şəxs parkda daşın üzərində oturduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşanda bir qədər söhbət etmişlər. Söhbət zamanı ətrafda olan şəxslərin uzaqlaşdığını və yaxınlıqda onlardan savayı kimsənin olmadığını görən dostu Təqsirləndirilən şəxs2 qəfildən Zərərçəkmiş şəxs əlində olan mobil telefonu götürüb qaçmışdır. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs aralanıb dostu Təqsirləndirilən şəxs2 yanına gedərək parkın kənarında görüşmüşlər. Bundan sonra tanımadıqları taksi ilə Abşeron rayonu, Mehdabad qəsəbəsi, Atatürk məhəlləsində yaşadığı nömrəsiz evə getmişlər. Səhəri günü onlar Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerə gedib orada yerləşən telefon mağazalarından birinə həmin telefonun özünə məxsus olduğunu uydurub satmışlar. Əldə etdikləri 135 manat pulu isə öz aralarında yarıbayarı bölüşdürmüş, özlərinə paltar almışdırlar. Bin neçə gün sonra isə törətdikləri əmələ görə polis tərəfindən saxlanılmışlar. Əməlindən peşman olduğunu, bacısının yataq xəstəsi olduğunu məhkəmənin nəzərə almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 may 2023-cü il tarixində saat 00:30 radələrində ünvan 1 ünvanda yerləşən «Azadlıq parkı»nda tanışları Zərərçəkmiş şəxs yaxınlaşaraq cinayətkar niyyətlərinin həyata keçirilməsi məqsədi ilə rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında Təqsirləndirilən şəxs1 sonuncuya məxsus «Redmi Note 9 Pro» markalı mobil telefonun təhlükəsizlik kodunu öyrəndikdən sonra söhbət edib fikrini yayındırmış, o isə bundan istifadə edib Zərərçəkmiş şəxs əlində olan 250 manat dəyərində «Redmi Note 9 Pro» markalı mobil telefonu götürərək ələ keçirib qaçmaqla açıq talayaraq, Zərərçəkmiş şəxs 250 manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, təxminən iki ildir o, Bakı şəhərinə köçmüşdür və bəzi vaxtlarda fərdi olaraq ofisiant kimi işləməklə dolanmışdır. 25 may 2023-cü il tarixində saat 00:30 radələrində ünvan 1 ünvanında yerləşən həmin «Azadlıq parkı»na getmişlər. Orada Həmin parkda olarkən Zərərçəkmiş şəxs kənarda daşın üzərində bir nəfər velosipedli şəxslə söhbət etdiyini görüb yaxınlaşanda velosipedli şəxs oradan getmiş və həmin vaxt spirtli içki qəbul edən Zərərçəkmiş şəxs isə onları görüb tanımışdır. Nihad Ələkborovla planlaşdırdıqları qaydada, yəni Zərərçəkmiş şəxs əlində olan mobil telefonu götürüb qaçmazdan əvvəl sonuncu ilə təxminən 10 dəqiqə söhbət etmişlər. Sonra o, başının qarışdığından və nisbətən sərxoş vəziyyətdə olduğundan istifadə edərək onun əlində olan mobil telefonu qəfildən götürüb dərhal qaçmış, dostu Təqsirləndirilən şəxs1 da onun arxasınca bir qədər sonra qaçaraq getmiş və onlar birlikdə parkdan çıxıb uzaqlaşmışlar. Sonra da yolda tanımadıqları bir taksi ilə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Mehdabad qəsəbəsində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla söhbət zamanı sonunucunun telefonundakı şifrəsini öyrəndiyindən onlar çətinlik çəkmədən taladıqları “Redmi Note 9” markalı mobil telefonun şifrəsini açmış və səhəri gün, yəni 25 may 2023-cü il tarixində günorta saatlarında həmin mobil telefonu Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerdə olan telefon mağazalarından birinə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 135 manata satmış və əldə etdikləri pulu isə aralarında yarıbayarı bölüşdürmüşlər. 02 iyun 2023-cü il tarixində isə onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Əməlindən peşman olduğunu, hələ gənc olduğunu, gələcəyinin qarşıda olduğunu, ayağında əyrilik, belində yırtıq olduğunu nəzərə alaraq məhkəmədən pna kömək edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında həmin parkda olarkən bir neçə dəfə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb tanış olmuş və söhbət etmişlər. Həmin şəxslər parkda olarkən tək onun yanında deyil, başqa şəxslərin də yanında oturub söhbət etmişlər. 24 may 2023-cü il tarixində axşam saatlarında o, həmin parka gedib spirtli içki qəbul etmişdir. 25 may 2023-cü il tarixində saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər onun yanına gəlib söhbət etməyə başlamışlar. Həmin şəxslərlə söhbət edərkən o özünə məxsus mobil telefonu əlində tutub məşğul olmuşdur. Təxminən 10 dəqiqə söhbət etdikdən sonra Ümüd Ələkbərov qəflətən onun əlində olan özünə məxsus “Redmi Note 9 Pro” markalı mobil telefonu alaraq dərhal qaçmışdır. Bunu görən Təqsirləndirilən şəxs1 da dostunun arxası ilə qaçmışdır. O isə bir qədər həmin şəxslərin arxası ilə getsə onların tez vaxtda uzaqlaşdıqlarından dayanıb öz telefonuna zəng etmək üçün başqa bir telefon axtarmış, lakin telefonuna zəng çatmamışdır. Bundan sonra o, hadisə barədə Binəqədi RPİ-nin 5-ci PB-yə məlumat vermişdir. Məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını,onlara qarşı heç bir tələbi və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında iştirak edə bilməyən şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən ünvan 2 ünvanında yerləşən “M Telecom” mağazasını işlədir və həmin mağazada müxtəlif mobil telefonların alış-satışı ilə məşğul olmuşdur. 25 may 2023-cü il tarixində günorta saatlarında həmin mağazada olarkən iki nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşıb sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs özünə məxsus mobil telefonu satmaq istədiyini deyərək “Redmi Note 9 Pro” markalı mobil telefonu ona təqdim etmişdir. O həmin telefona baxıb 135 manat qiymətləndirmiş, həmin şəxslər də bir qədər fikirləşdikdən sonra 135 manat qarşılığında həmin mobil telefonu satmağa razılıq vermişlər. Sonra o, həmin mobil telefonun içərisini yoxlayıb oğurlanmış ola biləcəyi ilə bağlı nəsə bir şey aşkar etməmiş və telefonu almaq üçün 135 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra mobil telefonun **********77875/00 və **********77883/00 İMEİ kodunu bir vərəqə yazaraq Təqsirləndirilən şəxs1 şəxsən satdığını qeyd edib bunu təsdiq edən imzasını, şəxsiyyət vəsiqəsinin surətini, eləcə də özü və yanında gəlmiş Ümüd adlı tanışının mobil telefon nöməsini qeyd etmişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, həmin mobil telefon cinayət yolu ilə əldə olunmuşdur. Ona görə də, o həmin mobil telefonu istintaqa təqdim etmişdir. Həmin mobil telefonu almaq üçün Təqsirləndirilən şəxs1 verdiyi 135 manat pul hazırda ailəsi tərəfindən ona geri ödənilmişdir. O, həmin mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Belə ki, bu barədə Təqsirləndirilən şəxs1 sual verdikdə sonuncu həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Ona telefon satmış həmin şəxsləri əvvəllər tanımamış və onlar ilk dəfə olaraq 25 may 2023-cü ildə ona yaxınlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040563 №-li cinayət işi 02 iyun 2023-cü il tarixində fakta görə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə başlanaraq icraata götürülməklə istintaq aparılmışdır. 02 iyun 2023-cü tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 iyun 2023-cü il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli, 4(001)- 576/2023 saylı qərarla Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 iyun 2023cü il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli, 4(001)- 577/2023 saylı qərarla Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 iyun 2023cü il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 4(001)- 590/2023 saylı qərarla Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli, 4(001)- 624/2023 saylı qərarla Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq Binəqədi RPİ-nin İstintaq şöbəsinə gəldiklərindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraatıma götürülməklə istintaq davam etdirilmişdir. 02 sentyabr 2023-cü il tarixində təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihama əlavələr edilməklə onlara tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 03 iyun 2023-cü il tarixində tərtib edilmiş “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Şahid 25 may 2023-cü il tarixində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs talayaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında yerləşən “M Telecom” mağazasına satdığı “Redmi Note 9 Pro” markalı mobil telefonu və həmin mobil cihazın alınmasına dair tərtib etdiyi sənədin surətini Binəqədi RPİ-nin İstintaq şöbəsində istintaq orqanına könüllü olaraq təqdim etmişdir. 03 iyun 2023-cü il tarixində tərtib edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanı tərəfindən ona tanınmaya təqdim edilmiş, 1-dən 3-ə kimi nömrə altında nişanlanmış üç ədəd “Redmi Note 9 Pro” markalı mobil telefon arasında «2» rəqəmi altında olan mobil telefonun məhz ona məxsus olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq, həmin mobil telefonunu rəngindən, arxa tərəfindən yerləşən kamerasından, eləcə də İMEİ kodlarından tanıdığını bildirmişdir. 03 iyun 2023-cü il tarixində tərtib edilmiş “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25 may 2023-cü il tarixində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs talayaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında yerləşən “M Telecom” mağazasına satdığı və 03 iyun 2023-cü il tarixində həmin mağazanı işlədən Şahid tərəfindən Binəqədi RPİ-nin İŞ-yə təqdim etdiyi bir ədəd “Redmi Note 9 Pro” markalı mobil telefona baxışda iştirak edən cinayət işi üzrə Zərərçəkmiş şəxs mobil telefonun kodunu açmaqla müvafiq bölmələrə daxil olaraq orada saxlanılan məlumatları yoxladıqdan sonra həmin mobil telefon cihazının məhz ona məxsus olduğunu və 25 may 2023-cü il tarixində saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq parkı”nda “Ümid” kimi tanıdığı və sonuncunun yanında olmuş digər şəxs tərəfindən ondan talandığını bildirmişdir. Maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Çin Xalq Respublikasında istehsal olunmuş arxa tərəfi göy rəngli, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı bir ədəd “Redmi Note 9 Pro” markalı, «M2003J6B2G» modelli, **********77875/00 və **********77883/00 İMEİ kodlu mobil telefon aparatı cinayət işi üzrə maddi sübut hesab edilərək sahibi – iş üzrə Zərərçəkmiş şəxs məsul saxlanışa verilmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 25 may 2023-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Azadlıq parkı»nın içində baş vermişdir. 21 iyul 2023-cü il tarixdə tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığında yerləşən «Azadlıq parkı»nda 25 may 2023cü il tarixində gecə saat 00:30 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9 Pro” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etdiyini istintaqa verdiyi ifadəsi üzrə əyani şəkildə göstərmişdir. 25 iyul 2023-cü il tarixdə tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığında yerləşən «Azadlıq parkı»nda 25 may 2023cü il tarixində gecə saat 00:30 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9 Pro” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etdiyini istintaqa verdiyi ifadəsi üzrə əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 9/4779 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Çin istehsalı, 128 GB daxili yaddaşı, “Redmi Note 9 Pro” markalı, «M2003J6B2G» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X5 «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» barədə 25 may 2023-cü il tarixli, 2/16203 nömrəli protokoluna əsasən müayinə olunan Zərərçəkmiş şəxs yüngül alkoqol sərxoşluğu dərəcəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X1 İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin izahatına, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə görə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddinin təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddinin təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətmələrini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmalarını, gənc olmalarını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə aralarında barışıq olması, ona vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslər barəsində şikayətinin olmamasını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxslərin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını) və təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, onlara qarşı şikayət və tələbin olmamasını, ən əsası isə yaşlarını, ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların cəza çəkmədən islah olunmalarını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törədərkən Təqsirləndirilən şəxs1 21, Təqsirləndirilən şəxs2 isə 19 yaşı olmasını nəzərə alaraq məhkəmə cəza təyin edərkən onlara mərhəmət göstərilməsini xüsusilə vacib hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin davranış və rəftarları onların təyin ediləcək cəzadan qorxmalarını və törətdikləri cinayət əməlinə tənqiqdi yanaşaraq əməllərindən peşman olduqlarını göstərmişdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirimədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirimədən saxlanılmalıdır. İş üzrə maddi sübut hesab edilmiş “Redmi Note 9” markalı telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut hesab edilmiş “Redmi Note 9” markalı telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-643/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-643/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver