Məhkəmə qərarları › İş №1(001)-648/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-648/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-648/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.40 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 04 (dörd) azyaşlı övladı olan, iflic xəstəliyindən əziyyət çəkən, fərdi əməklə məşğul olan,Yevlax Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 249-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitə olan heroini və psixotrop vasitə olan metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,106 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ərazisində, saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:00 dəqiqədə üzərində axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacığın içərisində təmiz çəkisi 1,106 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd kağız bükümdə 01 avqust 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Əli-zadə Ağasəlim Dünyamalı oğlundan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində görüşüb 10 manat pul qarşılığında əldə edib üzərində daşımaqla saxlamış, 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 22:05 dəqiqədə üzərində axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin saxladığı üçün 06 aprel 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.Belə ki, 06 aprel 2023-cü il tarixdə səhər saatlarında o, Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Həmin vaxt o, yolun kənarında bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. O, həmin kibrit qutusunu götürüb içərisinə baxmış və içərisində bir ədəd bükümün olduğunu görmüşdür. O, həmin bükümü açıb içərisinə baxmış və ağ rəngli kristal formada “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin metamfetamini istifadə etmək üçün əynində olan şalvarının sağ yan cibimə qoymuşdur. 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Onun narkotik vasitələrin saxlanmasında, daşınmasında şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə getməyə dəvət etmişlər. O, heç bir etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis İdarəsində ona dövlət vəsaiti hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanarkən ona ilk öncə hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb iştirakçılara təqdim etmişdir. Onun üzəri yoxlanılmış, təqdim etdiyim psixotrop maddədən başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur.Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.O, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin maddəni onun satmaq məqsədi olmamışdır. O, üzərindən aşkar edilmiş 1,106 qram psixotrop maddə metamfetamini hər hansı bir şəxsdən almamışdır. Üzərindən aşkar edilmiş 1,106 qram psixotrop maddə metamfetaminin hamısı ona məxsus olmuşdur. 01 avqust 2023-cü il tarixdə saat 18 radələrində bibisi oğlu X3 və qohumu X10 ilə birlikdə “20 Yanvar” metrosu yaxınlığında olduqları zaman o, Mübarizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən tanışı Ağasəlimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Ağasəlimlə danışaraq Mübariz və Mənsurla birlikdə olduğunu, hər birinə bir büküm narkotik vasitə heroin lazım olmasını demişdir.Ağasəlim yaşadığı evə gəlməyi, narkotik vasitə heroin olmasını demişdir.Sonra o, Mübariz və Mənsurla birlikdə Ağasəlimin yaşadığı ev ünvana getmişlər.Həmin vaxt o, 10 manat, Mübariz və Mənsur isə hər biri 20 manat verərək Ağasəlimdən hər biri bir büküm narkotik vasitə heroin almışlar.Həmin tarixdə saat 19:30 radələrində o, Mübariz və Mənsurla birlikdə Bakı şəhəri Binəqədi rayonu Aydınbəyov küçəsi ilə piyada hərəkət edən zaman bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər.Bundan sonra polis əməkdaşları onlara üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onları Binəqədi rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində olarkən otaqların birində saat 22:05-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir.Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır.Onun polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin kağız bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Sonradan onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin 0,357 qram olmasını bilmişdir. Üzərindən aşkar edilmiş 0,357 qram heroin ona məxsus olmuş, həmin heroni istifadə etmək üçün Ağasəlimdən almışdır. O, Ağasəlimi təxminən 7-8 ay əvvəl tanımış, sonradan Ağasəlimin narkotik istifadəçisi və satışı ilə məşğul olmasını bildikdən sonra o, da narkotik istifadəçisi olduğundan, eyni zamanda Ağasəlim də onun narkotik istifadəçisi olmağını bildikdən sonra münasibəti yaranmış, hər dəfə narkotik vasitə lazım olduqda qohumları ilə birlikdə Ağasəlimlə əlaqə saxlayıb narkotik vasitə almışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində 04 (dörd) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, iflic xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur.Ayaz, Mənsur və Mübariz adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib Binəqədi rayonu ərazisində üzərlərində gəzdirmələri barədə 01 avqust 2023-cü il tarixdə Binəqədi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Mənsur, Ayaz və Mübariz adlı şəxslərin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra Ayaz adlı şəxsin və digər şəxslərin şəxsiyyəti yoxlanılmışdır. Ayaz adlı şəxsin xx xxxxx 1993-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4vanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və digərlərinin barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Binəqədi rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2, ondan və digər polis əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs digər şəxslərlə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində olduğunu görmüşlər. O, Şahid2la birlikdə Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis idarəsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis idarəsinə aparıb baş X5ə təhvil vermişlər. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Müdafiəçi heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X5 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişdir. Polis əməkdaşı X7 isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanmış, üzərindən başqa maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu, həmin maddəni 10 manat pulun müqabilində Ağa adlı şəxsdən aldığını bildirmişdir. Həmin büküm baş X5 tərəfindən açılmış, içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Baş X5 heroinə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatçı üçün götürülmüşdür. Baş X5 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar.Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,357 qram narkotik vasitə heroini Ağa adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis idarəsinə məlumat daxil olmamış, Ayaz 0,357 qram heroini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. Məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin cinayət-axtarışı şöbəsinin kiçik inspektoru vəzifəsində işləmiş və polis baş serjantı rütbəsində olmuşdur. Ayaz, Mənsur və Mübariz adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib Binəqədi rayonu ərazisində üzərlərində gəzdirmələri barədə 01 avqust 2023-cü il tarixdə Binəqədi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatını raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Mənsur, Ayaz və Mübariz adlı şəxslərin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra Ayaz adlı şəxsin və digər şəxslərin şəxsiyyəti yoxlanılmışdır. Ayaz adlı şəxsin xx xxxxx 1993-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4vanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əməliyyat müvəkkili Şahid1 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və digərlərinin barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat müvəkkili Şahid1, ondan və digər polis əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs digər şəxslərlə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsində olduğunu görmüşdür. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis idarəsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis idarəsinə aparıb baş X5ə təhvil vermişlər.X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Müdafiəçi heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X5 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid1 iştirak etmişlər. Polis əməkdaşı Fuad Cəbrayılov isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanmış, üzərindən başqa maddə aşkar edilməmişdin. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu, həmin maddəni 10 manat pulun müqabilində Ağa adlı şəxsdən aldığını bildirmişdir. Həmin büküm baş X5 tərəfindən açılmış, içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar edilmişdir. Baş X5 heroinə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatçı üçün götürülmüşdür. Baş X5 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid2 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,357 qram narkotik vasitə heroini Ağa adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis idarəsinə məlumat daxil olmamış, Ayaz 0,357 qram heroini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis baş leytenantı rütbəsində olmuşdur. ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Abşeron rayon polis idarəsinə məlumat daxil olmuşdur.Həmin gün, yəni 06 aprel 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, o, həmin qrupun rəhbəri, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid4 isə üzvü təyin edilmişdir. Həmin gün saat 16:50 radələrində onun və Şahid4 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi ərazisində onlar tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Abşeron rayon polis idarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş tətbiqi ilə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qeyriqanuni əşya, predmet aşkar edilməmişdir. Həmin bükümdəki maddə zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 05 aprel 2023-cü il tarixdə yaşadığı küçədə gəzərkən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləmiş, polis serjantı rütbəsində olmuşdur. ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Abşeron rayon polis idarəsinə məlumat daxil olmuşdur. Həmin gün, yəni 06 aprel 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat müvəkkili Şahid3 həmin qrupun rəhbəri, o, isə üzvü təyin edilmişdir. Həmin gün saat 16:50 radələrində onun və Şahid3 iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi ərazisində onlar tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Abşeron rayon polis idarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş tətbiqi ilə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Həmin bükümdəki maddə zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 05 aprel 2023-cü il tarixdə yaşadığı küçədə gəzərkən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Şahid4 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2023-cü il tarixli 6/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün Ns 56” dairəvi möhür əksi olan, “..3.(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,106 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,056 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3-6-16/2-6/4123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N° 172” möhür əksi, “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,357 qram, tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,307 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 X11 X12 üzrə 08 avqust 2023-cü il tarixli 5062 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və iki il şərti sınaq müddəti tətbiq edilmişdir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 28 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Həmin vaxtdan 2 il müddət keçdiyinə görə CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində 4 (dörd) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, iflic xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, evlidir, himayəsində 4 (dörd) azyaşlı övladı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir, iflic xəstəliyindən əziyyət çəkir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il saat 17.50 tarixdən 08 aprel 2023-cü il saat 15.00 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirov tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il saat 17.50 tarixdə tutulmuşdur. Həmçinin, Abşeron Rayon Məhkəməsinin X8 tərəfindən qəbul olunmuş 08 aprel 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatı təmin edilməmiş, 08 aprel 2023-cü il tarixdə saat 15.00-da o, tutulmadan azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 816/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, vəsatət təmin olunmuş və Təqsirləndirilən şəxs tutulma tarixi xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 2 (iki ) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası verildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməli, eyni zamanda, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomanyadan məcburi müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcmuri müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,307, psixotrop maddə olan metamfetaminin 1,056 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və 01 avqust 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək həbsdə olduğu cəmi - 04 (dörd) ay 7 (yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 3 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,307 qram qalığı, psixotrop maddə olan metamfetaminin 1,056 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ**********00********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB************** ******, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar