Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-65/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1981-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, istintaqa məlum olmayan vaxt və şəraitdə Yardımlı rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,652 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımış, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasına aparılmış, orada həmin tarixdə saat 13:40-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içərisində qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,247 və 0,204 qram, ümumi təmiz çəkisi isə 0,652 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.” Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər polis nəfəri kimi daxili işlər orqanlarında xidmətdə olmuş, sonradan öz istəyi ilə həmin işdən ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasından mənzil kirayələmiş, orada yaşayaraq parfüm məhsullarının səyyar satışı ilə məşğul olmuşdur. Bu məqsədlə özünə "xxxx" MMC-dən “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil də icarəyə götürmüşdür. 06 aprel 2023cü il tarixdə saat təxminən 12 radələrində kirayədə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən mənzildən tanışı X6 ilə birlikdə çıxıb həyətdə park etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. Mənzildən çıxarkən özləri ilə evin məişət tullantılarını qablaşdırdıqları polietilen torbanı da götürmüşlər ki, yolüstü zibil qabına atsınlar. Avtomobil ilə qısa məsafə qət etdikdən sonra Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanında idarə etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili saxlamış, Şəbnəm Mikayılova zibili atmaq üçün avtomobildən düşmüş, özü isə maşında qalıb onu gözləmişdır. Qəfildən dövlət nömrə nişanını xatırlamadığı “Mercedes E klass” markalı, el içində “dörd göz” adlandırılan avtomobil yolunu kəsmişcəsinə qarşısında dayanmış, 2 nəfər mülki geyimli sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər həmin avtomobildən düşərək ona yaxınlaşıb, onu avtomobildən düşürmüş, səbəbini izah etmədən küçədə, avtomobilin yanında üzərində axtarış aparmağa başlamışlar. Lakin üzərindən qeyri-qanuni heç bir əşya tapılmamışdır. Bundan sonra onlar avtomobildə axtarış aparmış, lakin idarə etdiyi avtomobilin nə salonunda və nədə ki, baqaj hissəsində qeyri-qanuni heç bir əşya tapmamışlar. Daha sonra tanışı Şəbnəm Mikayılovanın üzərini axtarsalar da, ondan da qeyri-qanuni əşya tapmamışlar. Bu zaman polis əməkdaşlarından biri kənara çəkilərək, məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanından guya yerdən tapdığı bir ədəd siqaret qutusunu göstərərək içərisində narkotik vasitə heroin olduğunu bildirib, ona nümayiş etdirmiş və qutunu yerə atdığını demişdir. Halbuki, o idarə etdiyi avtomobildən yerə üzərinə baxış keçirilərkən düşürülmüş, bu zaman isə polis əməkdaşlarının yanında olduğu üçün guya ona məxsus olduğu bildirilən bir ədəd siqaret qutusunu yerə atması mümkünsüzdür. Siqaret qutusunun və içərisindəki maddənin ona aid olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu və tanışı Şəbnəmi “Mercedes E klass” markalı avtomobilə əyləşdirərək 7-ci PB-yə gətirmişlər. İdarə etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili isə polis əməkdaşlarından biri sürərək 7-ci PB-yə aparmışdır. 7-ci PB-də olarkən əməliyyatçı Şahid1 yanına gələrək narkotik vasitə olan heroini üzərinə götürməsini tələb etmişdir. Əks halda X5 da cinayət məsuliyyətinə cəlb edəcəklərini demişdir. Ona kimi Şəbnəm Mikayılovanın mobil telefonuna azyaşlı övladından zənglər gəlsə də, ona telefonu açmağa icazə verməmişlər. Şəbnəmin azad edilməsi üçün törətmədiyi cinayəti etiraf etməyə məcbur qalmışdır. Bundan sonra X1 buraxmışlar. “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili isə "xxxx" MMC-in işçiləri gəlib 7-ci PB-in həyətindən aparmışlar. 7-ci PB-də üzərinə heç bir baxış keçirilməmiş, öncədən planlaşdırılmış şəkildə şəxsi axtarış görüntüsü yaradılaraq videoçəkiliş aparılmış, obyektiv istintaqın aparılmayacağını anlayaraq polis əməkdaşlarının dediklərini yerinə yetirmişdir. Həmin gün ondan şübhəli şəxs qismində ifadə alınmış və o, ifadəsində guya üzərində üç ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Yardımlı rayonu ərazisində 30 manat pul müqabilində aldığı kimi həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Halbuki, həmin məlumatlar həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 7-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman ona xx.xx.1981-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə raportla müraciət etmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-in NMB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2, Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili, polis mayoru Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Sözügedən əməkdaşlarla birlikdə xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs piyada və tək hərəkət etdiyini görüb ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-in 7-ci PB-yə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-in 7-ci PB-yə getmişdir. Yolboyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması təhqiqatçı Surəc Niyazova həvalə olunmuşdur. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra «Sobranie» markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş, oradan qızılı rəngli kağıza bükülmüş 03 ədəd bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq və içərisində olan qəhvəyi rəngli maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki narkotik vasitəyə oxşar kütlələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, həmin bükümlərdə olan heroini 2-3 gün öncə Yardımlı rayonunda əvvəllər tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitəyə bənzər kütlələrin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü ildə günorta saat 12 radələrində Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanında idarə etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb zibil atmaq üçün maşından düşən tanışı X5 gözləyərkən saxlanılması, üç büküm narkotik vasitə olan heroini üzərinə götürməsini ondan tələb etməsi, əks halda onunla birlikdə polis bölməsinə gətirilmiş tanışı X5 da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə rəsmiləşdirəcəklərini bildirməsi, Təqsirləndirilən şəxs razılaşdıqdan sonra X3 polis bölməsindən buraxılması barədə bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü ildə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada və tək hərəkət edərkən saxlanılmış, bu zaman onun yanında X6 adlı şəxs olmamış, o tək olmuş və “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə olmamışdır. Nədə ki, həmin avtomobil 7-ci PB-yə gətirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə verməklə yanaşı, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2023cü ildə günorta saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada hərəkət edərkən saxlanılmış, bu zaman onun yanında X6 adlı şəxs olmamış, o tək və avtomobilsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in NMB-in əməliyyat müvəkkili vəzifəsində işləmiş polis mayoru Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermiş, verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə küçədə baxış keçirilməmiş, onun yanında kiminsə olduğunu və avtomobildə olmasını xatırlamır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. Birlikdə səyyar qaydada parfüm məhsullarının satışı ilə məşğul olmuşlar. 06 aprel 2023-cü ildə Elvinin kirayədə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə olmuşdur. Saat 12 radələrində birlikdə evdən çıxmış, Elvinin həyətdə saxladığı “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. Evdən çıxarkən özləri ilə evin məişət tullantılarını topladığı torbanı da götürmüşlər ki, yolüstü zibil qutusuna atsınlar. Avtomobillə qısa məsafə getdikdən sonra Elvin məişət tullantılarının atılması üçün yolda qoyulmuş qutuların yanında avtomobili saxlamış, o, zibili atmaq üçün avtomobildən düşmüşdür. Elvin isə maşında qalıb onu gözləmişdır. Zibili qutuya atıb geri dönərkən dövlət nömrə nişanını xatırlamadığı avtomobil Elvinin idarə etdiyi avtomobilin qarşısını kəsmiş, 2 nəfər mülki geyimli şəxslər həmin avtomobildən düşərək Elvinə yaxınlaşıb, onu avtomobildən düşürmüşlər. O, isə yaxında dayanıb onları müşahidə etmişdir. Həmin şəxslər küçədə Elvinin üzərini, daha sonra isə avtomobilin salonunu və baqaj hissəsini axtarmışlar. Lakin heçnə tapmamışlar. Sonra həmin şəxslərdən biri onun üzərini axtarsa da, ondan da qeyri-qanuni əşya tapılmamışdır. Bu zaman polis əməkdaşlarından kənarda olanı zibil qutularının yanından bir ədəd siqaret qutusu tapdığını deyərək, içində narkotik vasitə heroin olduğunu bildirib, onlara nümayiş etdirmiş və Elvinin qutunu yerə atdığını demişdir. Halbuki, Elvin idarə etdiyi avtomobildən yerə ümumiyyətlə düşməmiş, avtomobil ilə zibil qutularının arasında xeyli məsafə olmuşdur. Elvin siqaret qutusunun və içərisindəki maddənin ona aid olmadığını desə də, polis əməkdaşları onları gəldikləri avtomobilə əyləşdirərək 7-ci PB-yə gətirmişlər. 7-ci PB-də olarkən yaxınları mobil telefonuna zənglər etsə də, polis əməkdaşları telefona cavab verməsinə icazə verməmişlər. Bir neçə saat sonra onu polis bölməsindən sərbəst buraxmışlar. Elvini isə orada saxlamışlar. Bir neçə gün sonra Elvin də azad edilmişdir. Elvinin sonradan ona dediyinə görə saxlanıldıqları gün polis bölməsində narkotik vasitə olan heroini üzərinə götürməsini Elvindən tələb etmişlər, əks halda onu da narkotik vasitə olan heroinlə rəsmiləşdirəcəklərini bildirmişlər. Elvin onun buraxılması üçün razılaşmış, bundan sonra onu polis bölməsindən sərbəst buraxmışlar. Elvini uzun müddətdir ki, tanıyır, onun narkotik vasitələrdən istifadə etdiyini heç vaxt görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-in direktorudur. Həmin cəmiyyət Badamdar maşın bazarında minik avtomobillərinin fiziki və hüquqi şəxslərə icarəyə verilməsi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə bağlanmış 18 mart 2023-cü il tarixli icarə müqaviləsinə əsasən cəmiyyət “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili Elvinə icarəyə vermişdir. GPS izləmə qurğusu vasitəsilə icarəyə verilmiş avtomobillərə nəzarət edərkən Elvinə icarəyə verilmiş “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin 06 aprel 2023-cü il tarixdə 7-ci PB-in inzibati binasının həyətində uzun müddət hərəkətsiz dayandığını aşkar etmişlər. Bu barədə cəmiyyətin işçiləri tərəfindən ona məlumat verildikdən sonra hansısa hadisənin baş verməsindən şübhələndiyi üçün 7-ci PB-yə getmişdir. Orada ona məlumat vermişlər ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü ildə günorta saatlarında “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən saxlanılmış, 7-ci PB-yə gətirilib üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilmişdir. “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılsa da, avtomobildən qeyri-qanuni əşya aşkar edilməmişdir. Həmin avtomobilə dair hüquq müəyyənedici sənədləri təqdim edərək avtomobili 7-ci PB-in həyətindən şəxsən təhvil alıb aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1,i.v.1). 06 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında olan zaman Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1,i.v.18-19). 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında saxlanılaraq 7-ci PB-in inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içərisində qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2023-cü il tarixdə saat 13:40-dan həmin gün saat 14:00-dək davam etmişdir (cild 1,i.v.30-32). 07 aprel 2023-cü il tarixli 6/2010 saylı “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümlərdə təmiz çəkiləri 0,201 qram, 0,247 qram 0,204 qram, ümumi təmiz çəkisi 0,652 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 1,i.v.39-42). 08 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.53-54). 08 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və başqa qətimkan tədbirinin seçilməsi barədə” ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1,i.v.68-70). 15 aprel 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,652 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkisi 0,502 qram qalan heroin, 02 ədəd gümüşü rəngli kağızlar və 02 ədəd kağız borucuqlar maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-in maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (cild 1,i.v.73). 17 aprel 2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş “Tələbnamə”dən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,i.v.86). 13 aprel 2023-cü il tarixli 2162 saylı “Ambulator X4” rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.94-95). 01 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1,i.v.111). 18 mart 2023-cü il tarixli İcarə Müqaviləsindən və eyni tarixli Etibarnamədən görünür ki, “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs icarəyə verilmiş və o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix də daxil olmaqla həmin nəqliyyat vasitəsini idarə etməkdə səlahiyyətli olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə göndərilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişdiyi ərazini əhatə edən Təhlükəsiz şəhər müşahidə kameralarının 06 aprel 2023-cü il tarixdə saat 11:30-dan 13:00-a qədər olan dövrü qeydə aldığı görüntülər arxivlərin saxlanılma müddəti bitdiyindən təqdim edilə bilmir. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, "xxxx" MMC-yə məxsus “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil 7-ci Polis Bölməsinə gətirilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada hərəkət edərkən deyil, tamamilə ayrı şəraitdə, yəni həmin tarixdə saat 12 radələrində tanışı X6 ilə birlikdə olarkən "xxxx" MMC-dən icarəyə götürdüyü “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanında saxlanıldığını, avtomobildən düşürülərək orada üzərinə və idarə etdiyi avtomobilə, habelə tanışı Şəbnəm Mikayılovanın üzərinə baxış keçirildiyini, lakin ondan və Şəbnəmdən narkotik vasitə heroin aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs 06 aprel 2023-cü ildə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada və tək hərəkət edərkən saxladıqlarını, bu zaman onun yanında X6 adlı şəxs olmadığını, onun tək olduğunu və “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil ilə olmadığını, X6 adlı şəxsin və həmin avtomobilin 7-ci PB-yə gətirilmədiyini bildirmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin bəraətində maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, həmin tarixdə polis bölməsinə daxil olmuş məlumatda xx.xx.1981-ci ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. ünvan 5 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, narkotik vasitələrin aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir (cild 1, i.v.3). İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən 06 aprel 2023-cü il tarixdə təsdiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1981-ci ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla “müvafiq” əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, i.v.4-5). İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 06 aprel 2023-cü il tarixdə polis bölməsinə daxil olmuş məlumata əsasən xx.xx.1981-ci ildə Yardımlı rayonunda anadan olmuş, ünvan 5 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən binanın arxasında əlverişli şərait yarandığından saxlamış və Binəqədi RPİ-in 7-ci PB-yə gətirmişlər (cild 1, i.v.7). İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in təhqiqatçısı polis kapitanı X10 tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən 06 aprel 2023-cü il tarixdə saat 12:00-da ünvan 6 ünvanda yerləşən binanın arxasında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 7-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içərisində qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2023-cü il tarixdə saat 13:40-dan həmin gün saat 14:00-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır (cild 1,i.v.30-31). “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinin birinci hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: vətəndaşların sorğusu; soraqlaşma; telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; məhkumların məktublarının yoxlanılması; nəqliyyat vasitələrinə baxış keçirilməsi; binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; insanların güdülməsi; şəxsiyyətin eyniləşdirilməsi; nəzarət qaydasında mal alınması; əşya və sənədlərin tədqiqi; müqayisəli tədqiq üçün nümunələrin toplanılması; nəzarətli göndəriş; cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Göründüyü kimi qanunda əməliyyat-axtarış tədbirlərinin dairəsi konkret olaraq göstərilsə də, Binəqədi RPİ-in 7-ci PB-in rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən 06 aprel 2023-cü il tarixdə təsdiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs ətrafında həyata keçiriləcək əməliyyataxtarış tədbirlərinin üsulu konkret olaraq göstərilməmiş, “müvafiq əməliyyat-axtarış tədbirləri” kimi qeyd edilmişdir. Halbuki, həmin qanunun 16-cı maddəsinin birinci hissəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən əməliyyataxtarış tədbirinin subyektləri tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyi əsaslandırılmalı, hansı müddətdə, harada və hansı üsullarla nəzərdə tutulduğu və digər əhəmiyyətli məlumatlar qərarda göstərilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2024-cü il tarixli 5(001)-852/2023 nömrəli qərarına əsasən Binəqədi RPİ-in 7-ci PB-in rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov tərəfindən 06 aprel 2023-cü il tarixdə təsdiq edilmiş“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olmamışdır. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada hərəkət edərkən deyil, tamamilə ayrı şəraitdə, yəni həmin tarixdə saat 12 radələrində tanışı X6 ilə birlikdə olarkən "xxxx" MMC-dən icarəyə götürdüyü “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanında saxlanıldığını bildirmiş, onun qeyd edilən yerdə və şəraitdə saxlanılması məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs həmin vaxt idarə etdiyi avtomobilin 7-ci PB-yə aparıldığını və oradan təhvil alındığını həmin nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-in direktoru X8 məhkəmədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılma şəraiti ilə bağlı bildirdiklərinin digər üsullarla da yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişdiyi ərazini əhatə edən Təhlükəsiz şəhər müşahidə kameralarının 06 aprel 2023-cü il tarixdə saat 11:30-dan 13:00-a qədər olan dövrü qeydə aldığı görüntülərin təqdim edilməsi üçün sorğu göndərilmiş, lakin arxivlərin saxlanılma müddətinin bitdiyi bildirilməklə məlumat məhkəməyə təqdim edilməmişdir. 7-ci Polis Bölməsi isə göndərilmiş sorğuya cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-yə məxsus “Ravon R3 minik” markalı **- PN-*** dövlət nömrə nişanlı avtomobil 7-ci Polis Bölməsinə gətirilməmişdir. X3 06 aprel 2023-cü ildə 7-ci Polis Bölməsinə gətirilməsinin yoxlanılması üçün “polis bölməsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabı” dəfələrlə tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Təsvir olunanlardan görünür ki, istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, ittihamın sübut olunmasında şübhələr yaranmışdır və yaranmış şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, əməliyyatda iştirak etmiş polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılarkən yanında X3 olduğunu, habelə onun “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə olmasını, küçədə üzərinə və idarə etdiyi avtomobilə baxış keçirdiklərini gizlətməyə çalışırlar. Bunu onların ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələri, eləcədə, 7-ci PB-dən verilmiş sözügedən avtomobilin polis bölməsinə gətirilmədiyinə dair məktubun məzmunu, habelə “polis bölməsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın məhkəməyə təqdim edilməməsi təsdiq edir. Bununla belə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi qeyd olunan dəlillər onların yoxlanılması zamanı təsdiqini tapmışdır. Bu dəlilləri təsdiq edən sübutlar X3 və "xxxx" MMC-in direktoru X7 hökmün təsviri hissəsində ətraflı təsvir edilmiş şahid ifadələridir. X3 ifadəsinin Təqsirləndirilən şəxs tanışı olduğu üçün onu müdafiə etmək xarakterli olması düşünülə bilsə də, bitərəf mövqedə olan "xxxx" MMC-in direktorunun məhkəmədəki ifadəsi, onlar arasında bağlanmış icarə müqaviləsi, avtomobilin hərəkət trayektoriyasına dair GPS məlumatları işin faktiki hallarının məhz Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi olduğunu təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, ittihamın sübut olunması üçün yaranmış şübhə ittiham tərəfindən aradan qaldırılmalı idi. Yəni, Təqsirləndirilən şəxs saxlanılarkən yanında X3 olması, onun “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobillə olması, onların birlikdə polis bölməsinə gətirilmələri hansı səbəblərə görə polis əməkdaşları tərəfindən gizlədilmişdir? Başqa sözlə, həqiqətəndə Təqsirləndirilən şəxs üzərindən 7-ci PB-də şəxsi axtarış zamanı 03 ədəd bükümlərdə narkotik vasitə heroin aşkar edilmişdirsə, onun saxlanılma şəraitinin təhrif olunmasına, yəni yanında olan X6 ilə birlikdə saxlanılıb hər ikisinin olduqları avtomobil ilə 7-ci PB-yə gətirilmələrinin gizlədilməsinə ehtiyac vardımı? Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın sübut olunmasında yaranan ciddi şübhələrdir, həmin şübhələr ittihamın əsasını təşkil edən sübutların, o cümlədən 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin), polis əməkdaşlarından ibarət şahidlərin ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Təsvir olunanlar işin faktiki halları ilə bağlı belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 7-ci PB-yə daxil olmuş əməliyyat məlumatı yoxlanılması zamanı təsdiqini tapmamış, bununla belə Təqsirləndirilən şəxs, habelə onun yanında olduğu üçün Şəbnəm Mikayılova birlikdə 7-ci PB-yə gətirilmiş, orada Ş.Mikayılovadan Təqsirləndirilən şəxs qarşı istifadə olunmuş, nəticədə Təqsirləndirilən şəxs Ş.Mikayılovanın cinayət məsuliyyətinə cəlb edilməməsi və sərbəst buraxılması müqabilində ona istinad edilən lakin törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,652 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 5-ci PB-in təhqiqatçısı polis kapitanı Surəc Niyazov tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 0,652 qram heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. İş üzrə mülki iddia yoxdur. 13 aprel 2023-cü il tarixli 2162 saylı “Ambulator X4” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 0,652 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,502 qram hissəsi maddi sübut hesab edilərək Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 0,502 qram heroin qalığı həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0,652 qram heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalığı olan 0,502 qram heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. Bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-65/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-65/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver