Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-65/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ dərəcəli əlilliyi olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər birlikdə işlədiyi Şahid tanışı Zərərçəkmiş şəxs bacısı oğlu X4 Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 04 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən Avtovağzalın yaxınlığında 5.000 manat pul vəsaitini şəxsən Elnur Adıgözəlovdan qəbul etmiş, eyni niyyətlə 2021-ci ilin iyul ayının sonlarında özünün təqdim etdiyi istintaqla müəyyən olunmayan bank hesabına 2 dəfəyə olmaqla, 500 və 300 manat pul vəsaitinin Elnur Adıgözəlov tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən ödəmə terminalından göndərilməsinə nail olmaqla, ümumilikdə vahid niyyətlə 5.800 manat məbləğində pul vəsaitini Elnur Adıgözəlovdan alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 5.800 (beş min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə pulu almış, lakin 2021-ci ilin noyabr ayında həbs olunmuşdur. O, həbs olunan vaxtı qarşı tərəf ondan şikayət etməmiş, onun həbsdən çıxmağını gözləmişdir. O, həbsdən çıxandan sonra zərərçəkmiş şəxs şikayət etmişdir. Polisdə istintaq gedərkən o, 1000 manat ödəniş etmişdir. Hazırda 4800 manat borcu qalmışdır. Ona vaxt verilərsə, borcunu ödəyəcəkdir. O, təkrar həbs olunmaq istəmir. Zərərçəkmişin özündən də dəfələrlə ona vaxt verilməsini xahiş etmişdir. O, həbsdən çıxıqdan sonra işləməmiş, 2-ci qrup əlil olduğu üçün 488 manat pensiya alır. Amma satışda olan torpağı var. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şahidlə birlikdə hərbi hissədə xidmət etmişdir. O, Zərərçəkmiş şəxs da Nurəhməd vasitəsilə tanımışdır. Elnurdan pulu bacısı oğlunu işə düzəltmək adı ilə almışdır. Onun Elnurun bacısı oğlunu işə düzəltmək fikri olmamışdır. O, 5800 manat pulu Elnurun və onun yeznəsinin iştirakı ilə almışdır. 800 manat pul vəsaiti isə kartla hesabına köçürülmüşdür. O, aldığı pulları iynə dərmana xərcləmişdir. Ona dövlət tərəfindən 63 sot pay torpaq verilmişdir. Həmin torpaq sahəsini satışa çıxarmışdır. O, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nurəhmədə bacısı oğlunu işə düzəltmək istədiyini demiş, tanışı olarsa xəbər etməsini xahiş etmişdir. Bir gün Nurəhməd ona zəng edib işlə bağlı tanışı olduğunu demişdir. Onlar Biləcəri qəsəbəsində görüşmüşlər, Tapdıq da ora gəlmiş, birlikdə söhbət etmişlər. Orada Tapdıq ona əvvəlcədən 5000 manat pul verilməli olduğunu, 2 ay ərzində işin düzələcəyini, bundan sonra da 3000 manat pul verilməli olduğunu demişdir. O, bacısı oğlunun sənədlərini notariusda təsdiq etdirmiş, avtovağzalda Nurəhmədin, yeznəsinin yanında Tapdığa 5000 manat pul vermişdir. Bunun üzərindən 2 ay keçəndən sonra ona zəng edib, sənəd işləri üçün 500 manat pul lazım olduğunu demişlər. O, həmin pulu karta atmış, 2 gün sonra 300 manat pul istəmişlər. O, həmin pulu da kart vasitəsilə göndərmişdir. Bundan sonra Tapdığ tapa bilməmiş, həbs olunduğunu öyrənmişdir. Tapdıq onunla telefonla danışaraq şikayət etməməsini, həbsdən çıxanda borcunu ödəyəcəyini demiş, o, da razılaşmışdır. Tapdıq həbsdən çıxanda “Şamaxinka” adlanan ərazidə görüşmüş, orada yenə eyni sözlər demişdir. Tapdıq pensiyasının yığıldığını, 2 ay vaxt verilməsini xahiş etmişdir. 2 ay keçəndən sonra o, Tapdığa zəng etmiş, ona cavab verməmişdir. Daha sonra Nurəhməd Tapdığa zəng edib, danışmışdır. Tapdıq onlara hara istəyirlərsə şikayət etmələrini demiş, o, da hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat qaytarılmış, 4800 manat qaytarılmamışdır. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkilllərdən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildə Zərərçəkmiş şəxs 5000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Notariat ofisinin qarşısında vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-123/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən müvafiq hökmün və qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-229/2022 nömrəli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-947/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli, 4/407 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlarından olan xx.xx.2021-ci il tarixli sənəddə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı oğlunu işə düzəltmək məqsədi ilə aldığım 5800 manat pulu 10 gün müddətinə geri qaytaracağıma yazılı şəkildə Nurəhməd və El.arın şahidliyi ilə təsdiq edirəm. Pulu verməyənin ...... İmza: Tapdıq Mamedov.xx.xx.2021” yazıları və “imza: Tapdıq Mamedov” qrafasındakı imza - X5 tərəfindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanla bağlı 1000 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pulun alınması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazma maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-447/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, 30705 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pulun alınması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazma cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi pulun alınması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazma cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-65/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-65/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver