Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-650/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş) ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 may küçəsi, 1-ci mədən, 8 saylı korpusda yerləşən evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Sabunçu Rayon Məhkəməsinin 1(008)-364/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, cavabdeh kimi ondan, 16 iyul 2015-ci il tarixdən hesablanmaqla 05 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2(008)-7651/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(001)-4125/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə, həmin məhkəmənin 04 aprel 2023-cü il tarixli, 3(001)- 1365/2023 saylı qərarı ilə 01 ay müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 16 yanvar 2023-cü il və 11 may 2023-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 05 fevral 2021-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 12 iyun 2023-cü il tarixinə kimi 5800,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimenti ödəmədiyindən Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 306.1-ci madddəsi üzrə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 noyabr 2021-ci il tarixdə amnistiya qərarına əsasən cəza müddəti azaldılmış və 30 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azadlığa çıxdıqdan sonra məhkəmə qətnaməsi icra edilməsi üçün yaşadığı yer üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Daimi iş yeri olmadığından yenidən alimenti ödəyə bilməmişdir. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir, lakin alimenti ödəməyə imkanı olmamışdır. 12 iyun 2023-cü il tarixədək Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 5800 manat təşkil etmişdir. Hazırda fərdi əməklə məşğul olaraq qapı və pəncərə ustası kimi fəaliyyət göstərir. Aylıq gəliri təxminən 250-300 manat təşkil edir. Hazırda aliment borcnu birdəfəyə ödəmək imkanı yoxdur. Əgər ona vaxt verilərsə borcunu hissə-hissə icra etməyə imkanı vardır. Himayəsində azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə görə Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Milli Məclisin amnistiya qərarına əsasən 30 iyun 2022-ci il tarixdə cazadan azad olmuşdur. Azadlığa çıxdıqdan sonra Təqsirləndirilən şəxs alimenti ödəmədiyi, məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Binəqədi Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 12 iyun 2023-cü il tarixə ödənməmiş aliment borcu 5800 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs aliment pulunu ödəmək niyyəti yoxdur. Məhkəmədən aliment pulunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda sonuncu barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı, 22 sentyabr 2015-ci il tarixli icra sənədinə əsasən 05 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, alimentin tutulması isə 16 iyul 2015-ci il tarixdən hesablanmışdır. İcra sənədi üzrə Sabunçu rayon İcra şöbəsi tərəfindən 10 noyabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sabunçu rayon İcra şöbəsinin təqdimatı ilə borclu Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin 1(008)-364/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-7651/2015 saylı, 22 sentyabr 2015-ci il tarixli icra sənədi icra olunması üçün Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı çəza çəkmə müəssisəsinə göndərilmiş, həmin müəssisədə ondan 840 manat məbləğində aliment tutularaq tələbkarın xeyrinə ödənilmişdir. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunduğu üçün 16 saylı çəza çəkmə müəssisəsi tərəfindən icra sənədi Sabunçu rayon İcra şöbəsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində yaşaması ilə əlaqədar icra sənədi Sabunçu rayon İcra şöbəsi tərəfindən 14 dekabr 2022-ci il tarixli məktubla Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və 15 dekabr 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şöbəyə dəvət olunaraq, barəsində olan icra sənədinin icrasının təmin edilməsi tələb olunmuş, icra sənədinin icrasının təmin edilməsi üçün ona qısa müddətli vaxt verilmiş və bu barədə izahat alınmışdır. Borclu ona verilmiş vaxt ərzində icra sənədinin icrasını təmin etmədiyi üçün yenidən 23 dekabr 2022-ci il tarixdə şöbəyə dəvət edilmiş, yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu tərəfindən tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-4125/2022 saylı, 23 dekabr 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq, ona həmin tarixə aliment borcunun olması elan olunmuş, barəsində olan məhkəmə qərarının icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığı üçün inzibati qaydada məsuliyyətə cəlb olunduğunu, yaranmış borcun 10 gün müddətində ödənilməsini təmin etməyəcəyi halda, daha ağır məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görüləcəyi ona elan olunmuş və bu barədə ona “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq təqdim olunmuşdur. Həmçinin, borclunun yaşadığı ünvanda şəxsi əmlakının müəyyən edilməsi və tələbin ona məxsus şəxsi əmlakına yönəldilməsi məqsədilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. 04 aprel 2023-cü il tarixdə borclu şöbəyə dəvət edilmiş, yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu tərəfindən tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ay müddətində inzibati qaydada həbs edilmişdir. 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq, ona həmin tarixə aliment borcunun olması elan olunmuş, barəsində olan məhkəmə qərarının icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırdığı üçün inzibati qaydada məsuliyyətə cəlb olunduğunu, yaranmış borcun 10 gün müddətində ödənilməsini təmin etməyəcəyi halda, daha ağır məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görüləcəyi ona elan olunmuş və bu barədə ona “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq təqdim olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tərəfindən 06 fevral 2021-ci il tarixdən aliment ödənişi olunmamış, 12 iyun 2023-cü il tarixədək aliment üzrə borcu 5800 manat təşkil etmişdir. Tələbkar Zərərçəkmiş şəxs 22 fevral 2023-cü il tarixli ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs ona aliment borcunun olduğunu və həmin borcu ödəməkdən qəsdən yayındığını bildirirərək, borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair tədbirlərin görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs 5800 manat aliment borcu yaranmış, həmin icra sənədinə münasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati və cinayət tədbirlərdən heç bir nəticə çıxarmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, onun qərəzli olmasına dəlalət etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasına çağırılmış şahid Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunma haqqında xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına baxmayaraq, cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə alimentə görə borclu olduğu cəmi 5020 manat puldan heç bir ödəniş etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-7651/2015 nömrəli qiyabi qətnaməsindən və icra sənədindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması cavabdeh Təqsirləndirilən şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş və alimentin tutulması 16 iyul 2015-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-7651/2015 nömrəli icra sənədini icra etməsi ilə bağlı xəbərdarlıq verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-4125/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 gün müddətə inzibati həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-128/2023 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(008)-7651/2015 nömrəli icra sənədi üzrə 16700 manat aliment borcu tam icra edilənədək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1365/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-364/2021 nömrəli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-145/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza barəsində Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 30 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsq ismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AA3695103 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, eləcə də törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-364/2021 nömrəli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-145/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza barəsində Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 30 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qeyd olunan cinayət işi üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-650/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-650/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver