Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-651/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-369/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəza çəkdiyi və saxlanıldığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 10 ünvanında yerləşən Penitensiar Xidmətin 11 X2 “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya, işlək vəziyyətdə, istifadəyə yararlı, daxilində danışıq kartı olmayan, "**********00155”, “**********00158” imei kodlu, 01 ədəd qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisənin 1 saylı dəstəsində müəssisə əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş axtarış-baxış zamanı əynindəki gödəkcəsinin sol cibində həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Penitensiar Xidmətin 11 X2 cəza çəkdiyi 1 saylı dəstəsində müəssisə əməkdaşları tərəfindən onun üzərində keçirilmiş axtarış-baxış zamanı əynindəki gödəkcəsinin sol cibində, daxilində danışıq kartı olmayan, 1 ədəd qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Həmin mobil telefon aparatının ona məxsus olduğunu bildirib könüllü olaraq müəssisə əməkdaşlarına təhvil vermişdir. O, həmin mobil telefon aparatını üzərində aşkar olunaraq götürülməmişdən 1 (bir) gün əvvəl cəza çəkdiyi müəssisənin ərazisindəki hamamın qarşısında yerdən tapmışdır. Aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində danışıq kartı olmadığı üçün həmin mobil telefon aparatından istifadə edə bilməmiş və üzərində mobil telefon aparatının olması barədə məhkum yoldaşları xəbərsiz olmuşdur. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 Əməliyyat Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisənin 1 saylı dəstəsində qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirilərkən, əynindəki gödəkcəsinin sol cibindən işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qanunla qadağan olunmuş mobil telefon aparatı aşkar olunan zaman məhkum Təqsirləndirilən şəxs telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefon aparatını 1 (bir) gün əvvəl cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən hamamın qarşısında yerdən tapdığını bildirmiş və könüllü olaraq həmin mobil telefon aparatını təhvil vermişdir. Şahidlərin və əməkdaşların iştirakı ilə daxilində danışıq kartı olmayan həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 Əməliyyat Şöbəsinin rəisi Şahid1 ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs mobil telefon aparatı aşkar edilməsi faktına görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci tarixli protokoldan görünür ki, əvvəlcədən əldə edilmiş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən 1 saylı dəstədə qeydiyyatda olan məhkum məhkum Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən əynində olan gödəkcəsinin sol cibindən daxilində danışıq kartı olmayan, 01 ədəd qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən və arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 11 saylı CM-nə xx.xx.2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasından qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona CM-nin X4 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkuma iş planı tərtib edilərkən, onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkum Təqsirləndirilən şəxs ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlədən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir, xasiyyətcə qapalı və dəyişkəndir Əməyə və təhsilə münasibəti mənfidir. Təqsirləndirilən şəxs ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Cəza çəkdiyi müddətdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulması və ya hər hansı bir şəkildə məhdudlaşdırılması, habelə saxlama şəraiti ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etmişdir. Cəza çəkdiyi müddətdə məhkuma həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7- N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X4» na 11-ci əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. xx.xx.2022-ci il tarixli 5/404 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “Mini Phone” modelli proqram təminatında olan “**********00155” “**********00158” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “imei” kod fərqlidir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzası almış, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 178.2.1-ci maddələrilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-369/2021 nömrəli hökmü ilə CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş daxilində GSM danışıq kartı olmayan, "**********00155”, “**********00158” imei kodlu, 01 ədəd qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-369/2021 nömrəli hökmü ilə CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq məhkum olunduğu 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-369/2021 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-369/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş üzərindən aşkar edilmiş daxilində GSM danışıq kartı olmayan, "**********00155”, “**********00158” imei kodlu, 01 ədəd qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)- 369/2021 nömrəli hökmü ilə məhkum olunduğu 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)- 369/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş "**********00155”, “**********00158” imei kodlu, 01 ədəd qara rəngli “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-651/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-651/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver